Məhkəmə qərarları › İş №e-2(006)-2982/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2982/2024

08.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2982/2024 08.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı1, onun və digər İddiaçı2 vəkili-nümayəndəsi Vəkil, Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların daimi yaşadıqları və qeydiyyatda olduqları, cavabdehlə İddiaçı1 birgə nikah dövründə əldə etdikləri – ünvan 1 ünvana köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında İddiaçı1 hazırkı mülki işin məhkəmənin icraatında olan digər mülki işə birləşdirilməsinin məqsədə müvafiq olmadığını, işlərə ayrı baxılmalı olduğunu bildirdi. Məhkəmə hazırlıq iclasında iddiaçıların vəkili-nümayəndəsi Vəkil hazırkı mülki işin məhkəmənin icraatında olan digər mülki işə birləşdirilməsinin məqsədə müvafiq olmadığını, işlərə ayrı baxılmalı olduğunu bildirdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə hazırkı işin məhkəmənin icraatında olan digər mülki işlə birlikdə deyil, ayrı baxılmalı olduğunu bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib hesab edir ki, hazırki mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan mülki işə birləşdirilərək bir icraatda baxılması məqsədə müvafiqdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı1 Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə aldıqları ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin alınmasına sərf edilmiş pul məbləğinin, birgə nikah dövründə həmin ünvanda tikilmiş 23 ədəd fərdi yaşayış evinin tikintisinə sərf olunmuş pul məbləğinin müəyyən edilməsi, həmçinin, həmin evlərin kirayə verilməsindən əldə edilmiş pul məbləğinin müəyyən edilməsi və aralarında bölünməsi, iddiaçıya çatası məbləğin cavabdehdən alınıb ona verilməsi, birgə nikah dövründə alınmış “Mitsubishi” markalı, **-KQ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı (alqı-satqı müqaviləsi etibarsız hesab edilərək əvvəlki vəziyyətinə qaytarılmalı) və “Moskviç” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillərə 1/2 hissədə mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (mülki iş № e-2(006)- 1305/2024, daxil olma tarixi: xx.xx.2024). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İddia ərizələrini araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan tələblərə bir icraatda baxılması prosessual qənaət prinsipinə riayət olunmaqla, mübahisənin hərtərəfli həllinə nail olmağa imkan verəcəkdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-2982/2024 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan İddiaçı1 Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-1305/2024 nömrəli mülki işə birləşdirilməli, həmin işlərə bir icraatda baxılmalı və mülki işə e-2(006)-1305/2024 nömrəsi verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-2982/2024 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan İddiaçı1 Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-1305/2024 nömrəli mülki işə birləşdirilsin, həmin işlərə bir icraatda baxılsın və mülki işə e-2(006)-1305/2024 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar