Məhkəmə qərarları › İş №e-2(006)-3005/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3005/2023

25.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3005/2023 25.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X24 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rektorunun 06 aprel 2023-cü il tarixli, 190/K saylı əmrinin ləğv edilməsi, Cavabdeh uşaq xəstəlikləri kafedrasında (0,5 ştat) dosent vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi, hüquqi xidmət üçün ödənilmiş 220 manat məbləğin, məhkəməyə gediş-gəliş üçün 120 manat məbləğin, mediasiya xidmətinə ödənilmiş 60 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh rektorunun 06 aprel 2023-cü il tarixli, 190/K saylı əmri ilə uşaq xəstəlikləri kafedrasında 0,5 ştat vahid dosent vəzifəsi üzrə iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı 2020-ci il 02 mart tarixdə, Cavabdeh uşaq xəstəlikləri kafedrasında (0,5 ştat) 5 il müddətinə dosent vəzifəsinə təyin olunmuş, əmək müqaviləsi 02 mart 2025-ci il tarixədək bağlanmışdır. İddiaçı Cavabdehn rektoru, professor cənab Nümayəndə qəbulunda olmuş və işdən çıxarılmasına səbəb göstərilmiş əsasların qanunsuz olduğunu bildirməklə, əmək müqaviləsinə xitam verilməsi barədə əmrə etiraz etmişdir. ATU-nun nəzdində X17 işə qəbul olunması ilə bağlı ona 07 aprel 2023-cü il tarixdə yeni əmək müqaviləsinə imza etdirmişlər. İddiaçının iradəsini ifadə etmədiyi üçün o, yeni ərizə ilə əmək müqaviləsinin qeydiyyata alınmadan ləğv edilməsini və ya geri qaytarılmasını yazılı bildirmişdir. Mart ayında Quba rayonu Nügədi kəndində özünü yaxşı hiss etmədiyi üçün tibb müəssisəsinə müraciət etmişdir. Səhhətində yaranmış xəstəliklə bağlı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli həkim reseptləri ilə aptekdən dərmanlar almışdır. Bülletenə çıxmasının səbəbi 9-10 mart 2023-cü il tarixdə səhhətində olan problemlər olmuşdur. Tələbələrinin tədrisdən geri qalmaması, tədris mövzularının daha dərin öyrədilməsi məqsədi ilə özünü yaxşı hiss etdiyi üçün 10 mart 2023-cü il tarixdə 2 saylı X9 gəlmişdir. Tədris jurnalında tələbələrin dərsdə iştirak etməmələri ilə bağlı qeydlərini aparmışdır. İddiaçı ziyalı bir müəllimə olaraq tədris qaydalarını, Universitetin daxili nizam-intizam qaydalarını tədris prosesini pozmamışdır. Cavabdeh iddiaçının işdə olmasına, həmçinin, tibbi bülletenin mövcudluğuna baxmayaraq, xx.xx.2023-cü il tarixli, 190/K saylı əmri ilə 67 N-li xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixində xitam verilməsi barədə işdən çıxarılma əmri vermişdir. İddiaçı cavabdehlə yaranmış mübahisəni yoluna qoymaq cəhdləri üzrə mediasiyaya müraciət etsə də, nəticə verməmişdir. AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi imperativ qayda olmaqla işçini işəgötürənin özbaşınalığından qorunmaq məqsədi daşıyır. İddiaçının hərəkətlərində AR ƏMin 70-ci maddəsinin “ç” və yaxud, bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulmasına dair əsaslar yoxdur. Belə ki, ağlabatan mühakimə əsasında aşkar görünür ki, iddiaçı həm tədrisini qaydasında vermiş, həm də eyni zamanda o saat və o gün üçün tibbi bülletendə olmuşdur. Onun üzürsüz səbəbə görə işə gəlməməsi və universitetin daxili intizam qaydalarını kobud şəkildə pozması ilə bağlı dəlillər əsassızdır. İddiaçı tədris müqaviləsində göstərilən 276 saat illik dərs yükünü bir smestr ərzində, əlavə olaraq, işdən qanunsuz çıxarılmağı barədə çıxarıldığı günə qədər isə əlavə 40 saat dərs yükü keçmişdir. Məqsədi tələbələrin bilik səviyyəsini artırmaq olmuşdur. Kollektivin bütün ictimai xeyir-şər işlərində iştirak etmiş, kollektiv ilə heç bir ədavəti olmamış, hal-hazırda da münasibətləri normaldır. 2000-ci ildən başladığı əmək fəaliyyətində heç bir pozulmalar olmayıb. Həmişə biliklərini müasir dövrə uyğun artırmağa çalışmışdır. 70-dən çox elmi əsəri vardır. Konfransda iştirak etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia əsassızdır. İddiaçı Cavabdeh X5 dosenti vəzifəsində işləyərkən öz əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Cavabdehndə bütün dərslər əyani tədris edildiyi halda, iddiaçı özbaşına tədris qaydalarını dəyişərək, 09 mart 2023-cü il tarixində Hərbi Tibb fakültəsinin 4cü kurs 619A2c qrupunun nümayəndəsinə zəng edib, 10 mart tarixində keçəcəyi dərsi 09 martda saat 20:00-da online keçəyəci barədə qrupun tələbələrinə məlumat verilməsini demişdir. Qrup nümayəndəsi müəllimin sözünü qrup yoldaşlarına çatdırmış və nəticədə xx.xx.2023-cü il tarixində 20:00-da “Zoom” proqramı vasitəsi ilə onlayn dərs (45 dəqiqə) keçirilmişdir. Növbəti gün, 10 mart 2023-cü il tarixində iddiaçı işə gəlməmiş və gəlməyəcəyi barədə kafedranın rəhbərliyinə məlumat verməmişdir. 10 mart tarixində iddiaçı işdə olmalı və saat 12:30-dan 16:00-a qədər Hərbi Tibb fakültəsinin tələbələrinə dərs keçməli idi. Nəticədə tədris prosesi pozulmuş, tələbələr başlı-başına qalmışdırlar. Kafedra müdiri, kafedra müdirinin tədris işləri üzrə müavini işə gəlməməyinin səbəbini öyrənmək məqsədilə Hacıyevaya zəng etmiş, o isə həmin gün başqa işi olduğunu bildirmişdir. Kafedra müdirinin tədris işləri üzrə müavini 10 martda saat təxminən 15:00-da iddiaçıya təkrarən zəng etmiş və təcili universitetin prorektorunun qəbuluna gəlməyini tələb etsə də, o, hal-hazırda şəhərdə olmadığını və işin sonuna qədər gələ bilməyəcəyini bildirmiş və gəlməmişdir. İddiaçı öz izahatında etdiyi hərəkətlər ilə bağlı təzadlı ifadələr vermişdir. İddiaçı gah həmin vaxt işdə olduğunu, lakin tələbələr özləri dərsə gəlmədiklərini, gah da həmin gün xəstə olduğuna görə işə gəlmədiyini bildirmişdir. İddiaçının təqdim etdiyi əmək qabiliyyətinin itirilməsi vərəqəsinin (ƏQİV) Quba-Nügədi ASM tərəfindən verilməsi onun həqiqiliyinə şübhə yaratmışdır. Belə ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il 9 nömrəli qərarı ilə təsdiq “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”a əsasən xəstələr tibbi xidmət göstərilməsi üçün qeydiyyatda olduğu yer üzrə tibb məntəqəsinə müraciət etməlidirlər. Müstəsna hallarda xəstələrə iş yeri və yaşadığı yerdən kənarda xəstəlik vərəqələri açıla bilər. Bunlar müvafiq qaydalara riayət edilərək həyata keçirilməlidir. İddiaçı özü dediyi kimi tibb məntəqəsinə müraciət etməmiş, həkim onu guya evdə qəbul edibmiş. Ertəsi gün 10 mart tarixində yenə tibb müəssisəsinə müraciət etməmiş, həkimin qəbulunda olmamış, həkimə demədən hətta guya Bakıya işə gəlmişdir. Buna baxmayaraq, həkim ona “KRVİ” diaqnozu ilə xəstəlik vərəqəsi açmışdır. Qeyd olunanların hamısı iddiaçının yalan danışması və saxta xəstəlik vərəqəsini qeyri-qanuni yolla əldə etməsini sübut edir. İddiaçı işə gəlməməyini ört-basdır etmək üçün qeyri-qanuni yolla əmək qabiliyyətinin itirilməsi vərəqəsini əldə etmişdir. Gah işdə olduğunu, lakin tələbələrin özlərinin dərsə gəlmədiyini, gah da həmin gün xəstə olduğuna görə işə gəlmədiyini bildirən iddiaçı yalan, təzadlı ifadələr verərək hamını çaşdırmağa çalışsa da, özü yalanlar içində dolaşmışdır. Hərbi Tibb Fakültəsinin 4-cü kurs 619A2c qrup tələbələri iddiaçının 10 martda işə gəlməyəcəyini və həmin dərsi bir gün qabaq 09 martda saat 20:00-da onlayn keçirdiyini təsdiq etmişlər. İddiaçı verdiyi izahatlarda tutduğu hərəkətlərdən peşman olduğunu bildirməmiş, əksinə özünü haqlı hesab etdiyini bildirmişdir. İddiaçı üzrlü səbədən işə gəlmədiyinə, digər hərəkətləri ilə tədris qaydalarını və tədris prosesini kobud surətdə pozduğuna və bununla əmək vəzifələrini kobud surətdə pozduğuna görə onun məsələsi Universitetin intizam komissiyasında ətraflı araşdırılmış və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi universitetin rektoruna tövsiyə edilmişdir. Universitetin Həmkarlar İttifaqı Komitəsinin razılığı ilə Cavabdeh rektorunun xx.xx.2023-cü il tarixli 190/K nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatların məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatların məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddianı qəbul etməyib, iddia ərizəsinə etirazın və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatların məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və etirazı nəzərdən keçirib, şahid ifadələrini iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş: X4 ifadəsində bildirmişdir ki, uşağı xəstə olduğu üçün xx.xx.2023-cü il tarixdə İddiaçı qəbuluna getmiş, lakin iddiaçının dərsi olduğuna görə qəbuluna düşə bilməmiş, xx.xx.2023-cü il tarixdə saat 08:30-09:30 aralığında Əbülfəz Qarayev adına 2 saylı xəstəxanada iddiaçı ilə görüşmüşdür. X14 ifadəsində bildirmişdir ki, 2019-cu ilədək Qubada xəstəxanada işlədiyindən iddiaçı vəziyyətinin yaxşı olmadığına görə onu çağırmış, iddiaçını müayinə etməyə getdikdə xəstə olduğunu görmüş, özünün bülleten açmaq səlahiyyəti olmadığına görə başqa həkimə yönləndirmişdir. Cavabdeh etiraz təqdim edərək, iddiaçının məhkəməyə təqdim etdiyi şahidlərin ifadələrinin həqiqəti əks etdirmədiyini və əsassız olduğu üçün onların qəbul edilməsinə etiraz etdiklərini bildirmişdir. X1 ifadə verərkən bildirmişdir ki, 10 mart 2023-cü il tarixində onun uşağını müalicə edən iddiaçını Ə.Qarayev adına uşaq klinik xəstəxanasında görmüşdü. Hətta, məsləhət almışdır. Azərbaycan Respublikasında icbari tibbi sığortaya keçiləndən sonra xəstə, həkimin qəbuluna düşmək üçün qeydiyyat şöbəsində mütləq həkimin adı, xəstənin adı, hətta qəbul saatı qeyd olunan göndəriş (talon) almalıdır. Belə bir talon olmamışdır və ola da bilməzdi. Ona görə ki, iddiaçı sertifikasiyadan keçməmiş və buna görə də həmin xəstəxanada o xəstə qəbul edə və müalicə apara bilməzdi. Digər şahidin ifadəsinə görə, o, 10 mart 2023-cü il tarixinə qədər 05 mart və 09 mart tarixlərində İddiaçı Quba rayonu İİ Nügədi kəndindəki evində həkim yardımı göstərməmişdir. Həmin şahid ixtisasca mama-ginekoloqdur. Əmək qabiliyyətinin itirilməsi vərəqəsini verən həkim deyil. İddiaçının təqdim etdiyi əmək qabiliyyətinin itirilməsi vərəqəsi ginekoloji problemə görə yox, kəskin respirator virus infeksiyasına (KRVİ) görə açılmışdır. Əmək qabiliyyətinin itirilməsi vərəqəsinin açılması üçün vətəndaş ərazi üzrə qeydiyyatda olmalı və ya iş yeri ərazi üzrə olmalıdır. Bundan başqa, vətəndaş ezamiyyətdə, məzuniyyətdə, sanatoriyada və kurortda olduqda və arayış təqdim etdikdə ona xəstəliklə bağlı əmək qabiliyyətinin itirilmə vərəqəsi açıla bilər. Belə olan halda vətəndaş müraciət edərsə, həkim yardım göstərdikdən sonra X28 şöbəsinə yönəltməli idi. Lakin, iddiaçı Bakı şəhərində qeydiyyatdadır, Bakı şəhərində işləyir və o, adı çəkilən ərazidə müvəqqəti yaşaması, ezamiyyətdə, məzuniyyətdə, sanatoriya və ya kurort müalicəsində olması barədə heç bir arayış və ya başqa bir sənədi də yox idi. Buna baxmayaraq, iddiaçıya həkim (hansı səlahiyyətlə və nəyin əsasında çağırılış olmadan) guya 9 mart axşam 20:00-dan sonra da evdə baxış keçirib, səhərisi gün 10 martda isə onu görmədən və halından xəbəri olmadan əmək qabiliyyətinin itirilməsi vərəqəsini açmışdır. Halbuki, iddiaçının dediyinə görə o, səhər Bakıda işdə olmuşdur. Bütün bunların hamısı şahidlərin ifadələrinin düzgün olmamasını və sadəcə məhkəməni çaşdırmaq üçün nəzərdə tutulduğunu göstərir. İddiaçı Universitetə düzgün məlumat verərək şəxsi işi ilə əlaqədar işdə olmadığını bildirmək əvəzinə (belə olan halda ona qarşı cəza da daha yüngül ola bilərdi), Hərbi Tibb Fakültəsinin tələbəsinin silahlı insidentdən yaralanması barədə məlumat aldıqdan sonra əmək qabiliyyətinin itirilməsi vərəqəsini əldə edib və yalançı şahidləri məhkəməyə təqdim etmişdir. Ə.Qarayev adına uşaq kliniki xəstəxanasında Cavabdeh 2-ci X5 bazası olmasına baxmayaraq, auditoriya olmadığına görə 2-ci X5 dərsləri 1 nömrəli tədris binasının 2-ci və 5-ci mərtəbəsində keçirilir. Bununla bağlı müvafiq arayış təqdim edilmişdir. Tələbələr də təsdiq edə bilər. İddiaçının dərsi 12:30-dan 16:00-a qədər işdə olmalı olduğu halda Ə.Qarayev adına uşaq klinik xəstəxanasında nə edirdi? Qeyd olunanları nəzərə alaraq, Cavabdeh bir daha bəyan etmişdir ki, iddiaçının işdən azad olmasına səbəb bilavasitə vəzifə borclarının yerinə yetirilməməsi ilə müəllim adına yaraşmayan yalan və təzadlı ifadələri olmuşdur. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş: X13 ifadəsində bildirmişdir ki, Cavabdeh hərbi tibb fakültəsinin 5-ci kurs kursantıdır, həmin dövrdə qrup nümayəndəsi olmuş, iddiaçı ona martın 10-da səhhəti ilə əlaqədar dərsin olmayacağını, əvəzinə 9 martda saat 8-də “Zoom” vasitəsilə onlayn dərs keçəcəklərini bildirmiş, belə də etmişlər. Həmin gün başqa dərslərində iştirak edib sonra iddiaçının dərsinə qalmadan getmişlər. İddiaçıya qarşı heç bir qərəzi yoxdur, o, normal müəllimdir. X18 ifadəsində bildirmişdir ki, Cavabdeh hərbi tibb fakültəsinin 5-ci kurs kursantıdır, iddiaçıdan müəllim kimi heç bir narazılığı yoxdur. Müəllim dərs barədə qrup nümayəndəsi ilə danışmışdır. X15 ifadəsində bildirmişdir ki, Cavabdeh hərbi tibb fakültəsinin 5-ci kurs kursantıdır, mart ayının 10-da saat 14:32 radələrində yaralanmışdır. İddiaçı ilə heç bir problemi yoxdur, 9 martda onlayn dərs keçmiş, 10 martda isə dərs keçməmişlər. Mülki işin materiallarında olan: İddiaçı məxsus ******* №-li əmək kitabçasından görünür ki, xx.xx.2002-ci il tarixdə Cavabdeh İ uşaq xəstəlikləri kafedrasına baş laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə 0.5 vahid assistent vəzifəsinə seçilməsi haqqında pediatriya fakültəsinin elmi şurasının qərarı təsdiq olunmuş, xx.xx.2019-cu il tarixdə yeni müddətə 0.5 ştat vahid assistent vəzifəsinə seçilməsi ilə əlaqədar əmək müqaviləsi 5 il müddətinə uzadılmış, xx.xx.2020-ci il tarixdə müsabiqədən keçdiyinə görə həmin kafedrada 0.5 ştat vahid dosent vəzifəsinə keçirilmiş və 5 il müddətinə əmək müqaviləsi bağlanılmış, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə Universitetin daxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş fəlsəfə doktoru diplomundan görünür ki, 5 oktyabr 2010-cu il tarixli qərar ilə İddiaçı tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 67 №-li əmək müqaviləsindən görünür ki, işçi İİ Uşaq xəstəlikləri kafedrasına dosent 0.5 ş. v. vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 5 il müddətinə bağlanmışdır. İşçinin gündə 3 saatdan, həftə ərzində isə 18 saatdan çox olmayaraq işləməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 292 №-li vəsiqədən görünür ki, İddiaçı İİ Uşaq xəstəlikləri kafedrası dosenti vəzifəsindədir. Vəsiqə xx.xx.2023-cü ilə qədər etibarlıdır. Cavabdeh ilə İddiaçı (qiyabi doktorant) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01 №-li müqavilədən görünür ki, universitet ödənişli əsaslarla, qiyabi (istehsalatdan ayrılmamaqla) tibb üzrə elmlər doktoru proqramı üzrə təhsil həyata keçirir, doktorant isə seçdiyi pediatriya ixtisası üzrə dövlət standartlarına uyğun təhsil almağı və hər tədris ili üçün 750 AZN məbləğində təhsil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Doktoranturada hazırlıq müddəti 5 ildir və xx.xx.2022-ci ildən xx.xx.2027-ci ilə kimi müəyyən edilmişdir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli resept nüsxələrindən görünür ki, həkim Əzizova R. tərəfindən “İddiaçı” adlı xəstəyə müxtəlif adlı dərmanlar yazılmışdır. Cavabdeh Hərbi-Tibb fakültəsinin İV kurs üzrə 619A2c №-li qrup jurnalından çıxarışdan görünür ki, tələbələrin “uşaq xəstəlikləri” məşğələ dərsində iştirakı bölməsinə xx.xx.2023-cü il tarixdə “könüllü”, xx.xx.2023-cü il tarixdə isə “q” qeyd edilmişdir. SN 00008 seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, Quba-Nügədi ASM tərəfindən İddiaçı “KRVİ” diaqnozu qoyulmuş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən azad edilməsi və xx.xx.2023-cü il tarixdən işə başlamalı olması qeyd edilmişdir. Əmək qabiliyyətinin olmaması vərəqəsi həkim Səlimov tərəfindən imzalanmış, 2-ci X32 Məntəqəsinin möhürü ilə təsdiq edilmişdir. İşçinin iş vaxtında iş yerində olmaması haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 10 mart 2023-cü il tarixində saat 14:15-də işçilər tərəfindən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində kaferanın dosenti İddiaçı iş yerində olmaması müəyyən edilmişdir. Aktın doğruluğunu X5 müdiri, professor Nailə Sultanova, Kafedranın həmkarlar təşkilatının sədri, professor Ələkbər Həsənov və kafedranın laborantı Həmidə Əzizova öz imzaları ilə təsdiq etmişlər. Laboratoriya işçisi Sevinc Əhmədovanın xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, Nərgiz xanım laboratoriyaya xəstə ilə daxil olmuşdur. Sonra o, işdən çıxanda xəstəxananın həyətində Nərgiz xanımla yenidən qarşılaşmışdır. 2 saylı X8 laboratoriya şöbəsinin müdiri X2 xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, o, xx.xx.2023-cü ildə həftənin 5-ci günü İddiaçı xəstəxanada bir neçə dəfə görmüşdür və işdə olmağını təsdiq edir. X4 tərəfindən səlahiyyətli dövlət orqanlarına ünvanlanmış ərizədən görünür ki, o, xx.xx.2023-cü ildə saat 8:30-9:30 radələrində 2 saylı Ə.F.Qarayev adına X12 həkim İddiaçı ilə canlı görüşmüşdür. Hərbi Tibb Fakültəsinin rəisi tibb xidməti polkovniki Çingiz Əlləzov tərəfindən Cavabdeh rektoru professor Nümayəndə ünvanlanmış məktubdan görünür ki, ATU Hərbi Tibb Fakültəsinin hərbi həkim ixtisası hazırlığı kurslarının 4-cü kurs 619A2c qrup tələbəsi X7 xx.xx.2023-cü il tarixdə saat 14:20 radələrində Səməd Vurğun küçəsində baş vermiş silahlı insident nəticəsində güllə yarası alması ilə əlaqədar qrup tələbələrindən izahat alınmışdır. Məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 12:30-14:00 və 14:30-16:00 vaxt aralığında adı çəkilən qrup “Uşaq xəstəlikləri” dərsində olmalı olmasına baxmayaraq, saat 12:00-da Psixiatriya dərsindən sonra evə getmişlər. Səbəb olaraq tələbələr tərəfindən bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə “Uşaq xəstəlikləri” fənni üzrə müəllim dos. İddiaçı qrup nümayəndəsinə zəng edərək xx.xx.2023-cü il tarixdə 3-cü, 4-cü saat dərsin olmayacağını, həmin dərsin xx.xx.2023-cü il tarixində saat 20:00-da onlayn qaydada keçiriləcəyini bildirmişdir. Tələbələrin izahatına görə xx.xx.2023-cü il tarixində saat 20:00-da 45 dəqiqə onlayn dərs keçirilmişdir. Bu barədə nə tələbələr, nə də müəllim tərəfindən fakültə rəhbərliyinə məlumat verilməmişdir. Məktuba 11 nəfər tələbənin göstərilən məzmundakı yazılı izahatı əlavə edilmişdir. “İİ Uşaq xəstəlikləri” kafedrasının müdiri, t.e.d., professor Nailə Sultanova tərəfindən Cavabdeh Tədris Departamentinin rəhbəri dosent Kamandar Yaqubova ünvanlanmış məktubdan görünür ki, İddiaçı Ağamusa qızı həqiqətən 22/23-cü tədris ilində “İİ Uşaq xəstəlikləri” kafedrasının dosenti (0.5 ş/v) vəzifəsində fəaliyyət göstərdiyi vaxtda cəmi 20 saat mühazirə, 306 saat məşğələ dərslərini tədris etmişdir. Bu da toplamda 326 saat edir. Bir illik tədris yükü - 270 saatdır. Cavabdeh İİ X5 müdiri və Həmkarlar Təşkilatının sədri tərəfindən imzalanmış xasiyyətnamədən görünür ki, kafedranın dosenti, t.ü.f. doktoru, ali dərəcəli həkim İddiaçı 2002-ci ildə ATU-nun İ uşaq xəstəlikləri kafedrasına baş laborant təyin olunmuşdur. Qabiliyyəti və tibb elminin incəliklərinə dərindən yiyələnmək həvəsi ilə diqqəti cəlb etdiyinə görə 2004-2005-ci tədris ilindən pedoqoji işə cəlb edilmişdir. Daha sonra da universitetdə müxtəlif vəzifələrdə çalışmışdır. O, elmi pedaqoji, müalicəvi profilaktika, eləcə də ölkəmizdə səhiyyə sahəsinin inkişafı və gənc tibb kadrlarının hazırlanması yolundakı fəaliyyəti yüksək, professional səviyyəyə uyğun olub, müasir dövrün tələblərinə cavab verir. Dost kimi mehriban, sadə, gözəl insandır, savadlı həkimdir, ləyaqətlidir, qayğıkeş anadır. Möhkəm özüllər üzərində qurulan qürurunu saxlaya bilən, obyektiv mənəviyyata və fəlsəfi irudisiyaya malik ziyalıdır. Cavabdeh Ümumi Şöbəsinə xx.xx.2023-cü ildə daxil olmuş izahatdan görünür ki, İddiaçı rektora məsələ barədə yazılı izahatını təqdim etmişdir. Cavabdeh İntizam Komissiyasının 29 mart 2023-cü il tarixində keçirilən iclasının 3 nömrəli protokolundan çıxarışdan görünür ki, iclasa tədris və müalicə işləri üzrə prorektor professor Sabir Əliyev, İİ X5 müdiri prof. N.Sultanova, kafedra müdirinin tədris işləri üzrə müavini A.Ağayeva, Hərbi Tibb fakültəsinin rəisinin tədris işləri üzrə müavini M.Rzayev, Hərbi tibb fakültəsinin İV kurs 619A2c qrup tələbələri dəvət edilmişdir. Üzrsüz səbəbdən xx.xx.2023-cü il tarixdə işə gəlmədiyinə, həmçinin özbaşına tədris qaydalarını dəyişdirərək tədris prosesini və daxili intizam qaydalarını pozduğuna görə İİ X5 dosenti İddiaçı tutduğu vəzifədən azad olunması Universitetin rektoruna tövsiyə edilmişdir. Cavabdeh Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli 74 №-li protokolundan çıxarışdan görünür ki, üzrlü səbəb olmadan xx.xx.2023-cü il tarixdə işə gəlmədiyinə, özbaşına tədris qaydalarını dəyişərək tədris prosesini və universitetin daxili nizam-intizam qaydalarını pozduğuna görə İİ X5 dosenti İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 190/K №-li əmrdən çıxarışdan görünür ki, dosent İddiaçı 10 mart 2023-cü il tarixində işə gəlmədiyinə, həmçinin özbaşına tədrisin təşkili qaydalarını dəyişdirərək tədris prosesini və universitetin daxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini, Universitetin intizam komissiyasının xx.xx.2023-cü il tarixli qərarını və Universitetin Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli qərarını əsas tutuaraq, İİ Uşaq xəstəlikləri kafedrasında 0.5 ştat vahid dosent vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilməsi barədə əmr verilmişdir. İddiaçı əmrlə xx.xx.2023-cü il tarixdə tanış olmuş, qərarla razı olmadığını, bunun ona qarşı haqsızlıq olduğunu qeyd etmişdir. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, heç bir üzrlü səbəb olmadan xx.xx.2023-cü il tarixdə işə gəlməməsi, özbaşına tədris qaydalarını dəyişərək tədris prosesini və universitetin daxili nizam-intizam qaydalarını pozmasına görə Cavabdeh rektorunun xx.xx.2023-cü il tarixli 190/K №-li əmri ilə onunla bağlanmış 67 №-li xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixində xitam verilməsi barədə məlumat verilmiş, ATU-nun kadrlar şöbəsindən xx.xx.2023-cü il tarixində əmrin surətini və əmək kitabçasını götürməsi xahiş edilmişdir. Bakı 8 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00659 nömrəli arayışından görünür ki, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mediasiya işi üzrə ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh nümayəndəsi X6 iştirak etmişdir. Hər iki tərəf öz tələbini müdafiə etmiş, lakin prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı – 50 AZN İMS və 5 AZN poçt-kargüzarlıq xərcini ödəmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, vətəndaş İddiaçı İİ Nügədi Ailə Sağlamlıq Mərkəzindən (ASM) verilən SN00008 № ******* nömrəli xəstəlik (əmək qabiliyyətinin olmaması) vərəqəsinin müvafiq jurnalda qeydiyyatı mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarının 2 nömrəli Əlavəsinin “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” təlimatının 31-ci bəndinə əsaslanaraq sözügedən ASM rəhbəri 3 gün müddətinə əmək qabiliyyətinin itirilmə vərəqəsi açmaq səlahiyyətlərinə malikdir. “e-tabib.gov.az” portalında xx.xx.2023-cü il tarixə qədər Quba Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan tibb müəssisələrində müraciəti üzrə qeydiyyatı müəyyən edilməyib. Lakin xx.xx.2023-cü il tarixdə İİ Nügədi ASM-ə müraciəti əsasında müvafiq olaraq ambulator karta açılmışdır. Məktuba İddiaçı adına açılmış ambulator xəstənin tibbi kitabçası, xəstəlik vərəqələrinin qeydiyyat kitabından İddiaçı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin verilməsini təsdiq edən çıxarış, xx.xx.2023-cü ildə həkim qəbulunda olmasını təsdiq edən arayış əlavə edilmişdir. “Quba Rayon Mərkəzi Xəstəxanası” X21 xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı 2023-cü ildən hal-hazırki tarixədək Quba Rayon Mərkəzi Xəstəxanasının “TƏBİB” alt sisteminə ambulator və stasionar müayinə üçün müraciət etməmişdir. Məsələ ilə bağlı araşdırma aparılan zaman məlum olmuşdur ki, Quba Rayon Mərkəzi Xəstəxanası İİ Nügədi Ailə Sağlamlıq Mərkəzinin müdiri X16 rəhbərliyin xəbəri olmadan və iş vaxtından sonra İddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsi təqdim etmişdir. Xəstəlik vərəqəsinin açılması üçün vətəndaş ərazi üzrə qeydiyyatda olmalı və ya iş yeri ərazi üzrə olmalıdır. Vətəndaş ezamiyyətdə, məzuniyyətdə, sanatoriyada və kurortda olduqda və arayış təqdim etdikdə, İİ Nügədi ASM müdiri Mayis Səlimovun 3 gün müddətində əmək qabiliyyətinin itirilməsi vərəqəsi açmaq səlahiyyəti var. Lakin İddiaçı adı çəkilən ərazidə müvəqqəti yaşaması, ezamiyyətdə, məzuniyyətdə, sanatoriya və ya kurort müalicəsində olması barədə heç bir arayış və ya başqa bir sənəd təqdim etməmişdir. Belə olduğu halda vətəndaş müraciət edirsə, Səlimov Mayis xəstəyə yardım göstərdikdən sonra X28 şöbəsinə yönəltməli idi. X23 dediyinə görə xəstəyə evdə baxış keçirib və xəstəlik vərəqəsi təqdim etmişdir. İİ Nügədi ASM şöbəsinin müdiri X30 RMX tərəfindən töhmət elan olunmuşdur. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı xx.xx.2020-ci il tarixdən 5 il müddətinə Cavabdeh İİ Uşaq xəstəlikləri kafedrasına 0.5 ştat vahid dosent vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə universitetin Hərbi Tibb fakültəsinin İV kursunda təhsil alan 619A2c №-li qrupuna könüllü olaraq “Zoom” platforması vasitəsilə onlayn dərs keçmişdir. İddiaçıya “KRVİ”dən əziyyət çəkməsi səbəbindən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində işdən azad edilməsi, xx.xx.2023-cü il tarixdən işə başlamalı olması barədə Quba- Nügədi ASM-nin həkimi Səlimov M. tərəfindən 2-ci X32 Məntəqəsinin möhürü ilə təsdiq edilmiş ******* nömrəli xx.xx.2023-cü il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Xəstəlik vərəqəsinin olmasına baxmayaraq, iddiaçı xx.xx.2023-cü il tarixində özünü yaxşı hiss etdiyini və buna görə də işə gəldiyini, cədvəl üzrə həmin qrupa dərsi olduğundan auditoriyaya getdiyini, lakin tələbələrin auditoriyada olmaması səbəbindən jurnalda hamısına “q” yazaraq, auditoriyanı tərk etdiyini bildirir. Həmin qrupda təhsil alan kursantlar iddiaçının onlara əvvəlki gün onlayn dərs keçməsi səbəbindən həmin gün digər dərsləri bitdikdən sonra iddiaçının dərsi olan vaxt evə getdiklərini bildirmişlər. Dərs vaxtı həmin qrupun tələbəsi X15 mart ayının 10-da saat 14:32 radələrində yaralanmışdır. Bundan sonra iddiaçının həmin gün olan dərsi barəsində cavabdeh tərəfindən araşdırma aparılmış və yekun olaraq, cavabdehin xx.xx.2023-cü il tarixli 190/K №-li əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, iddiaçı 10 mart 2023-cü il tarixində işə gəlməmiş, həmçinin, özbaşına tədrisin təşkili qaydalarını dəyişdirərək tədris prosesini və universitetin daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Hazırda iddiaçı 10 mart 2023-cü il tarixində xəstəlik vərəqəsinin olmasına baxmayaraq, işə gəlməsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ilk əsasının qanunsuz olması və digər əsaslarını sübut edən halların olmaması səbəbindən, həmin əmrin ləğv edilməsini, işə bərpa edilməsini və məcburi iş buraxmaya görə əmək haqqının, məhkəmə xərclərinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh isə iddiaçının dəlillərinin təzadlı və yalan olmasını bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsinin və iddia ərizəsinə etirazın dəlillərini, tərəflərin təqdim etdiyi sübutları, şahid ifadələrini tərəflərin izahatları ilə müqayisəli şəkildə araşdıraraq iddia tələbinə aşağıdakı qaydada münasibət bildirməyi məqsədə müvafiq hesab edir: İddia tələbinin “əmrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən əmək qabiliyyətinin olmaması vərəqəsi ilə təsdiq olunur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı əmək qabiliyyəti olmamışdır. Cavabdeh həmin vərəqənin saxta olduğunu iddia edərək, xəstəlik vərəqəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın müstəsna hallarda xəstələrə iş yeri və yaşadığı yerdən kənarda xəstəlik vərəqələrinin açıla bilməsi müddəalarına riayət edilmədən verildiyini bildirmişdir. Məsələ ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də, İİ Nügədi Ailə Sağlamlıq Mərkəzindən İddiaçı xəstəlik (əmək qabiliyyətinin olmaması) vərəqəsi verilmiş və bu barədə müvafiq jurnalda qeydiyyat aparılmışdır. Lakin xəstəlik vərəqəsi qanunvericilikdə müəyyən edilmiş prosedur qaydalara əməl edilmədən verildiyinə görə xəstəlik vərəqəsini verən həkimə Quba RMX tərəfindən töhmət elan olunmuşdur. Məhkəmə qeyd edir ki, əmək qabiliyyətinin olmaması vərəqəsi verilərkən qanunvericiliyin prosedur qaydaları tənzimləyən tələblərinə əməl edilməməsi hazırki iddianın əsassız olmasına dəlalət etməməlidir. Belə ki, məhkəmə işin faktiki hallarına bu qədər formal yanaşa bilməz. Əmək qabiliyyətinin olmaması vərəqəsinin tibb müəssisəsinin səlahiyyətli şəxsi tərəfindən düzgün qaydada rəsmiləşdirilməməsinin iddiaçının həmin müddətdə əmək qabiliyyətini itirməsinin (əmək qabiliyyətinin olmamasının) həqiqi olub-olmamasına heç bir aidiyyəti yoxdur. Başqa sözlə, həmin vərəqənin düzgün qaydada verilməməsi iddiaçının xəstə olmadığı qənaətinə gəlmək üçün əsas deyil. İddiaçıya verilən xəstəlik vərəqəsinin etibarsız olması, yəni həmin vaxt iddiaçının xəstə olmadığı, buna baxmayaraq həkimin qanunsuz olaraq ona xəstəlik vərəqəsi verməsi halı müəyyən edilsəydi, sözsüz ki, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X31 və “Quba Rayon Mərkəzi Xəstəxanası” X31 bu məsələni müvafiq qaydada bilavasitə araşdırar və ya araşdırılması üçün aidiyyəti orqana müraciət edər və bu barədə məhkəməyə verdiyi cavab məktublarında da qeyd edərdi. Deməli, xx.xx.2023-cü il tarixdə iddiaçının əmək qabiliyyətinin olmaması aidiyyəti qurumlar tərəfindən inkar edilmir. Beləliklə, əmrin əsasını təşkil edən hallardan biri olan “iddiaçının xx.xx.2023-cü il tarixində bütün iş günü ərzində işə gəlməməsi barədə” fakta münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının “əmək qabiliyyətinin olmaması” vərəqəsinin olması onun işə getməməsi üçün üzrlü səbəbdir. İddiaçının “əmək qabiliyyətinin olmaması” vərəqəsi olmasına baxmayaraq, özünü yaxşı hiss etdiyi təqdirdə işə gəlməsi isə üçüncü şəxslərin hüquqlarını pozmadığı (başqa şəxsləri yoluxdurmaq və s.) müddətdə qanunsuz hesab edilə bilməz, bu, onun iradəsinin könüllü qaydada ifadə edilməsidir. Cavabdeh iddiaçının bütün iş günü ərzində işdə olmadığını “işçinin iş vaxtında iş yerində olmaması haqqında” xx.xx.2023-cü il tarixli aktla əsaslandırır. Hansı ki, həmin aktda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 14:15-də işçilər tərəfindən yoxlama keçirilmiş və iddiaçının iş yerində olmaması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının “əmək qabiliyyətinin olmaması” vərəqəsi etibarlı olduğundan və onun işə gəlməməyə üzrlü səbəbi olduğundan, cavabdehin işçiləri tərəfindən tərtib edilmiş aktın artıq əhəmiyyəti qalmır. Məhkəmə əmək müqaviləsinə xitam verilməsi barədə 190/K nömrəli əmrin verilməsinə əsas olan digər iki hala – “işçinin özbaşına tədrisin təşkili qaydalarını dəyişdirərək tədris prosesini və universitetin daxili intizam qaydalarını kobud şəkildə pozmasına” münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin etirazına görə Cavabdehndə bütün dərslər əyani tədris edildiyi halda, iddiaçı özbaşına tədris qaydalarını dəyişərək, 09 mart 2023-cü il tarixində Hərbi Tibb fakültəsinin 4-cü kurs 619A2c qrupunun nümayəndəsinə zəng edib 10 mart tarixində keçməli olduğu dərsi 09 mart saat 20:00-da onlayn keçəcəyi barədə qrup yoldaşlarına məlumat verməsini demişdir. Qrup nümayəndəsi müəllimin sözünü qrup yoldaşlarına çatdırmış və nəticədə xx.xx.2023-cü il tarixində 20:00 “Zoom” proqramı vasitəsi ilə onlayn dərs (45 dəqiqə) keçirilmişdir. Qeyd olunan məlumatlar məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də təsdiqlənir. Lakin, iddiaçı xx.xx.2023-cü il tarixində keçdiyi dərsin əlavə dərs olduğunu, həmin dərsin xx.xx.2023-cü il tarixdə keçirilməli olan mövzudan fərqli olduğunu, xx.xx.2023-cü il tarixdə olan dərsi xx.xx.2023-cü il tarixdə keçdiyini, qrup nümayəndəsinə “xx.xx.2023-cü il tarixdə dərsə gəlməmələrini” demədiyini bildirmişdir. Göründüyü kimi, şahid ifadələri ilə iddiaçının izahatı arasında aşkar ziddiyyətlər mövcuddur. Cavabdeh isə əmrin əsasını təşkil edən halın sübutetmə yükü onun üzərində olduğu halda, bu məsələ ilə bağlı əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarından aydın olur ki, cavabdeh işçinin özbaşına tədrisin təşkili qaydalarını dəyişdirərək tədris prosesini və universitetin daxili intizam qaydalarını kobud şəkildə pozması əsası ilə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmri verərkən məhz Universitetin İntizam Komissiyasının xx.xx.2023-cü il tarixli iclasındakı tələbələrin ifadələrinə əsaslanmışdır. Məhkəmə hesab edir ki, universitet müəlliminin tələbələrə onların razılığı ilə onlayn formada (“Zoom” tətbiqi vasitəsilə) dərs keçməsi və bu dərsdə iştirakın jurnalda qeydiyyata alınmaması, qarşısında “könüllü” yazılması həmin dərsdə iştirakın məcburi olmadığı mənasına gəlir. Əgər müəllim əyani keçirilməli olan dərsin əvəzinə qabaqcadan tələbələrlə razılaşmaqla onlayn formada dərs keçsəydi belə, bu hal müəllim (işçi) ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə əsas verməzdi. Çünki informasiya texnologiyalarından (internetdən) istifadə etməklə davamlı inkişaf etmənin cəmiyyətdə xüsusi əhəmiyyət kəsb etdiyi bir zamanda müəllimin tələbələr ilə qabaqcadan razılaşmaqla sadəcə bir onlayn dərs təşkil etməsinin kobud pozuntu hesab olunması və buna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məntiqsiz və ədalətsiz olardı. Dərsin onlayn formada tədris edilməsi Universitetin daxili qaydalarına zidd olsa belə, həmin əmələ münasibətdə işçinin ən ağır intizam tənbehinə layiq görülməsi onun əməlinə və törətmiş olduğu iddia edilən xətanın xarakterinə uyğun deyildir. Bundan başqa məhkəmə vurğulamağı zəruri hesab edir ki, cavabdeh iddiaçı ilə bağlanmış müvafiq əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verərkən həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsini (bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun) nəzərə almamışdır. Belə ki, cavabdeh işçinin törətmiş olduğunu iddia etdiyi pozuntunun işin, istehsalın, əmək və icra intizamının normal ahənginin necə pozulduğunu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan dəymiş olduğunu sübut edə bilməmişdir. Cavabdehin etirazındakı “iddiaçının universitetə düzgün məlumat verərək şəxsi işi ilə əlaqədar işdə olmadığını bildirmək əvəzinə (belə olan halda ona qarşı cəzada daha yüngül ola bilərdi) Hərbi Tibb Fakültəsinin tələbəsinin silahlı insidentdən yaralanması barədə məlumat aldıqdan sonra əmək qabiliyyətinin itirilməsi vərəqəsini əldə edib və yalançı şahidləri məhkəməyə təqdim etmişdir” qeydi onu ifadə edir ki, iddiaçı şəxsi işi ilə əlaqədar işə gəlmədiyini bildirsəydi, ona hazırki intizam tənbehi yox, daha yüngül intizam tənbehi tətbiq olunardı. Yəni hazırki intizam tənbehinin tətbiq edilməsinin səbəbi dolayısı ilə Hərbi Tibb Fakültəsinin tələbəsinin silahlı insidentdən yaralanması və iddiaçının şəxsi işi ilə əlaqədar işdə olmadığını bildirmək əvəzinə xəstəlik vərəqəsini cavabdehə təqdim etməsi olmuşdur. Məhkəmə qeyd edir ki, sözügedən əmri ləğv etmədən iddiaçıya cavabdeh tərəfindən başqa vəzifənin təklif olunması, lakin iddiaçının bundan imtina etməsi onu sübut edir ki, cavabdeh də o fikirdədir ki, işçi əslində kobud pozuntuya yol verməmişdir. Ən sadə məntiqə əsaslansaq, kobud pozuntuya yol verən, öz vəzifə öhdəliklərinə laqeyd münasibət bəsləyən işçiyə onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra yenidən işə götürmək barədə təklif edilməzdi. Bu da onu göstərir ki, əmək müqaviləsinə xitam verilərkən törədilən pozuntuya müvafiq intizam tənbeh tədbiri yox, daha ağır intizam tənbeh tədbiri tətbiq edilmişdir. O da qeyd edilməlidir ki, məhkəmə araşdırmaları dövründə barışıq üçün iclasların təxirə salınması, lakin tərəflərin israrla razılıq əldə etməməsi mübahisənin barışıqla həll edilməsini əngəlləmişdir. İş materiallarında olan Cavabdeh 2-ci X5 müdiri və Həmkarlar Təşkilatının sədri tərəfindən imzalanmış xasiyyətnamə təsdiq edir ki, iddiaçı yüksək nizam-intizamla, professional olaraq özünü inkişaf etdirmiş və universitetdə nüfuz qazanmış, eləcə də kifayət qədər uzun bir müddət ərzində cavabdehlə əmək münasibətlərində olmuşdur. Cavabdehin nümayəndəsinin də bildirdiyi kimi, işlədiyi müddətdə barəsində heç bir intizam tənbeh tədbiri tətbiq edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh sözügedən əmək müqaviləsinə xitam verərkən onun törətmiş olduğunu iddia etdiyi əməlin xarakterini nəzərə almadığı kimi, işçinin şəxsiyyətini, kollektivdəki nüfuzunu və peşəkarlıq səviyyəsini də nəzərə almamışdır. Halbuki, əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək həm də intizam tənbehi sayılır (Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsi). Ona görə də qeyd olunan maddə ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 29-cu fəslinin müddəalarının da nəzərə alınması zəruridir. Göstərilənlərə əsasən, Cavabdeh 06 aprel 2023-cü il tarixli, 190/K saylı əmrinin əsassız olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, Cavabdeh 06 aprel 2023-cü il tarixli, 190/K saylı əmri ləğv edilməli və onun nəticəsi olaraq iddiaçı Cavabdeh İİ uşaq xəstəlikləri kafedrasına 0.5 ştat vahid “dosent” vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 9-cu maddəsinin “q” bəndinə əsasən, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 11-ci maddəsinin 1-ci hissəsinin “d” bəndinə əsasən, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək işəgötürənin əsas hüquqlarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin “a” bəndinə əsasən, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 186-cı maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 190-cı maddəsinin 3-cü hissəsinə əsasən, işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. 300-cü maddənin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xəstəlik vərəqələrinin verilməsi və müalicəsağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” xx.xx.1993-cü il tarixli qərarının 31-ci bəndinə əsasən, sığorta haqqı ödəyən şəxslərin əmək qabiliyyətini müvəqqəti olaraq itirməsi daimi yaşayış və iş yerindən kənarda (məs. ezamiyyət zamanı, istirahət evində və i.a.) müvəqqəti olduqları yerdə tibb müəssisəsinin baş həkiminin təsdiqi ilə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Məhkəmə iddia tələbinin “hüquqi xidmət və məhkəməyə gediş-gəliş üçün çəkilmiş xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, dəfələrlə təklif olunmasına baxmayaraq, iddiaçı tərəf bu tələbi təsdiq edən sübutları – ödəniş qəbzlərini, vəkillə bağlanmış müqaviləni və digər sənədləri məhkəməyə təqdim etmədiyindən, tələb bu hissədə təmin olunmamalıdır. Məhkəmə iddia tələbinin “iddiaçının mediasiya xidmətinə görə ödədiyi 60 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, məhkəməyə təqdim edilən 8 saylı Mediasiya təşkilatının arayışından görünür ki, İddiaçı 50 manat İMS və 5 manat poçt-kargüzarlıq xərcini ödəmişdir. İddiaçının “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbi təmin edildiyindən, onun tərəfindən çəkilmiş mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir. Buna görə də məhkəmə hesab edir ki, mediasiya xərci kimi ödənilmiş 55 (əlli beş) manat məbləğində pul Cavabdehndən alınaraq İddiaçı verilməlidir. Nəticədə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 06 aprel 2023-cü il tarixli, 190/K saylı əmri ləğv edilməli, İddiaçı Cavabdeh İİ uşaq xəstəlikləri kafedrasına 0.5 ştat vahid “dosent” vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Cavabdehndən tutularaq İddiaçı ödənilməli, mediasiya xərci kimi ödənilmiş 55 (əlli beş) manat məbləğində pul Cavabdehndən alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 06 aprel 2023-cü il tarixli, 190/K saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh İİ uşaq xəstəlikləri kafedrasına 0.5 ştat vahid “dosent” vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci kimi ödənilmiş 55 (əlli beş) manat məbləğində pul Cavabdehndən alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar