Məhkəmə qərarları › İş №e-2(006)-304/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-304/2023

20.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-304/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" X4 İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidmətinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" X4 İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidmətinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" X4 İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidmətinin iddiaçının barəsində qəbul etdiyi 21238 saylı xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, tələbinin cavabdeh tərəfindən qismən təmin edildiyini, yəni artıq əvvəlki işindən və əməkhaqqından daha yaxşı işlə təmin olunduğunu, lakin boşdayanma günlərinin əvəzinin ödənilmədiyini, bu səbəbdən də məhkəmə qərarı qəbul edilərkən tələbinin bir qisminin həll edildiyini nəzərə alaraq, boşdayanma günlərinin əvəzinin ödənilməsi hissəsində qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, mülki işin materiallarını və tələbin həcminin azaldılması məzmununda olan ərizəni nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında "xxxx" X2 nümayəndəsi X3 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, hazırkı iş üzrə icraata cavabdeh "xxxx" X4 İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidmətinə münasibətdə xitam verilməlidir. Belə ki, iddia ərizəsində cavabdeh qismində qeyd edilmiş "xxxx" X4 İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidməti adlı fiziki və ya hüquqi şəxs mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən mülki prosesdə cavabdeh fiziki və ya hüquqi şəxs olmalıdır. Lakin iddia ərizəsində cavabdeh qismində qeyd edilən "xxxx" X4 İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidməti adlı fiziki və ya hüquqi şəxs mövcud deyil. Fiziki və ya hüquqi şəxs olmayan birinə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" X4 İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidmətinə qarşı "əmrin ləğv edilməsi və s.” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" X4 İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidmətinə qarşı "əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar