Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3059/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı “X5 Azərbaycan” QSC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X5 Azərbaycan” QSC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.077,37 manat məbləğində maddi zərərin və 60,77 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, e-2(006)- 3059/2022 saylı qərardadı ilə mübahisəyə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı “X5 Azərbaycan” QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “X5 Azərbaycan” QSC arasında xx.xx.2019-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və xx.xx.2021-ci il tarixli 2(006)-952/2021 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “X5 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək, borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarix üzrə ödənilən 5000 manat , xx.xx.2022-ci il tarix üzrə ödənilən 2000 manat, xx.xx.2022-ci il tarix üzrə ödənilən 3000 manat və xx.xx.2022-ci il tarix üzrə ödənilən 17182,50 manat cəmi 27182,5 manat məbləğ "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 4077,37 manat manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən “X5 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 4077,37 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cü il tarixli müqavilənin 12-ci maddəsinə qeyd edilmişdir ki: “...Bu müqavilə üzrə verilmiş kreditlə bağlı “Borcverənin” tələb hüquqları qanunvericilklə nəzərdə tutulmuş qaydada üçüncü şəxslərə satıla və ya digər üsulla verilə (güzəşt edilə) bilər. Həmin müqavilənin 12.2-ci bəndinə əsasən: bu müqavilə üzrə “Borcalanın” öhdəliklərinin icra edilməsi və ya lazımınca icra edilməməsi səbəbindən ayrılmış kreditin geri qautarılmasının təmin edilməsi məqsədilə kredit borcunun qaytarılması və/və ya girov (ipotekaya) verilmiş əmlaka tutmanın yönəldilməsi ”Borcverən” tərəfindən müvafiq müqavilələr əsasında üçüncü şəxslərə də tapşırıla bilər. Bu işlərin aparılmasına görə həmin şəxslərə ödənilən xərclər və yaxud çəkilməli olan məsrəflər “Borcalandan”, zaminlərdən və yaxud da girova (ipotekaya) verilmiş və/və ya kreditin təminatı kimi çıxış edən digər əmlak (əşyalar) hesabına tutulacaq. Azərbaycan Respublikasının Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.1-cimaddəsinə əsasən, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin tam şəkildə təmin edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən ərizəni nəzərə alıb, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 251292 saylı kredit müqaviləsindən görünür ki, “X5 Azərbaycan” QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh 36 ay müddətinə, illik 18% dərəcəsi ilə 32.700 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-952/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 23.663,46 manat əsas kredit borcunun, 2.870,37 manat əsas məbləğə hesablanmış faiz borcunun, 450,37 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, ümumilikdə 26.984,20 manat məbləğində kredit borcun və 135 manat əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqı, 1,10 manat sığorta ödənişinin ödənilməsi barədə ipoteka qoyana göndərilmiş bildirişə görə ödənilmiş poçt xərci, 1,10 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) göndərilməsi üçün çəkilmiş poçt xərcləri, 1,10 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildiriş üçün poçt xərci, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 27.182,5 manat pul vəsaitinin «X5 Azərbaycan» QSC-nin xeyrinə tutulması, habelə banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda tələbin ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə X1 mülkiyyətinə olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5-də istifadədə olan 0.11663 ha torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binada 28.45 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 38 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılaşdırılmış 46.800 manat məbləğində olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğin borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsinin borcludan tutulması, qalan hissədə iddia tələbinin təmin edilməməsi, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 manat məbləğində pulun cavabdeh X3 tutularaq "xxxx" MMC-nin "xxxx" KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minməklə, icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilədən görünür ki, “X5 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bank qarşısında yaranan borcların alınması (qaytarılması) üzrə hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, “X5 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-nin hesabına ümumilikdə 4.077,37 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X5 Azərbaycan” QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh 36 ay müddətinə, illik 18% dərəcəsi ilə 32.700 manat məbləğində kredit verilmişdir. Borclu tərəfindən müqavilə üzrə tələblər yerinə yetirilmədiyindən, bank tərəfindən məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 2(006)-952/2021 saylı qətnamə çıxarılmışdır. Qeyd edilən qətnamədə cavabdehdən ümumilikdə 27.182,5 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamə icra edilməsi məqsədilə borclunun qeydiyyat ünvanı üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə yönəldilmişdir. Digər tərəfdən qətnamənin icra edilməsi məqsədilə hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar “X5 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və müqaviləyə əsasən bank tərəfindən MMC-yə 4.077,37 manat məbləğində ödəniş edilmişdir. Hazırda isə iddiaçı MMC-yə ödəmiş olduğu pul vəsaitini cavabdehdən tələb edir. Tələbini isə borclu Cavabdeh ilə bağlamış olduğu xx.xx.2019-cu il tarixli, 251292 saylı kredit müqaviləsinin müvafiq bəndlərini rəhbər tutaraq əsaslandırır. Məhkəmə iddiaçının hazırki tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinə - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; - tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; - tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; - icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; - bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər aid edilir. Yuxarıda sadalanan qanunvericiliyin tələbləri baxımından məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Belə ki, icra sənədi üzrə zəruri icra tədbirlərinin həyata keçirilməsi icra məmurunun vəzifələri sırasına aid edilmişdir. Qanunvericiliyin tələbləri baxımından səlahiyyətli icra məmuru icraatına daxil olmuş icra sənədi üzrə tələbin təmin edilməsi istiqamətində bütün məcburi icra tədbirlərini həyata keçirməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən heç kəsin təzyiqi olmadan, könüllü şəkildə öz seçimi əsasında "xxxx" MMC ilə “Hüquqi xidmət haqqında” müqavilə bağlanmışdır. İddiaçı “X5 Azərbaycan” QSC-nin "xxxx" MMC ilə müqavilə bağlamış olması və qanunverici tərəfindən müəyyən edilən üsul və vasitə qaydasını seçməməsi, iddiaçının göstərilmiş xidmətin qarşılığında müəyyən pul məbləğinin ödənilməsinə gətirib çıxarmışdır. Hazırda isə həmin pul məbləğinin cavabdehdən tələb edilməsi yolverilməzdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, "xxxx" MMC-nin iddiaçıya göstərdiyi xidmətin konkret olaraq hansı hərəkətdə ifadə olunması iddia ərizəsinin məzmunundan və təqdim edilmiş sübutlardan aydın deyildir. Belə ki, iddiaçı məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsində qeyd etmişdir ki, "xxxx" MMC cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək, borcun tam şəkildə ödətdirilməsini təmin etmişdir. Lakin "xxxx" MMC-nin hər hansı orqana müraciət etməsi barədə sübut (sənəd) iş materiallarında mövcud deyildir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı “X5 Azərbaycan” QSC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X5 Azərbaycan” QSC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-3059/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3059/2022
07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver