Məhkəmə qərarları › İş №e-2(006)-306/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-306/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-306/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı mənzillərin təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “kooperativ binada mənzil tikintisi haqda” xx.xx.2008-ci il tarixli 013, 014, 015 nömrəli, xx.xx.2008-ci il tarixli 016 və 017 nömrəli müqavilələrə əsasən cavabdeh "xxxx" MMC tərəfindən ünvan 6-də tikilmiş çoxmərtəbəli binanın 7- ci mərtəbəsində yerləşən, sahəsi 132,6 kv.m. 3 otaqlı 22 nömrəli, sahəsi 132,6 kv.m. 3 otaqlı 27 nömrəli, sahəsi 114,6 kv.m. 2 otaqlı 24 nömrəli, binanın 8-ci mərtəbəsində yerləşən sahəsi 132,6 kv.m. üç otaqlı 32 nömrəli və sahəsi 93,1 kv.m. 2 otaqlı 30 nömrəli mənzillərin, ümumilikdə 605,5 kv.m. yaşayış sahəsinin iddiaçı X5 verilməsinə, həmçinin hüquqi xidmət və məhkəmə xərci olaraq cəmi 500 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı X8 arasında “Kooperativ binada mənzil tikintisi haqda” xx.xx.2008-ci il tarixində 013, 014 və 015 nömrəli, xx.xx.2008-ci il tarixində 016 və 017 nömrəli müqavilələr bağlanmışdır. Həmin müqavilədə cavabdeh "xxxx" MMC inşa etdiyi ünvan 6də tikilən ona məxsus binanın 7-ci mərtəbəsində yerləşən, sahəsi 132,6 kv.m. 3 otaqlı 22 nömrəli, sahəsi 132,6 kv.m. 3 otaqlı 27 nömrəli, sahəsi 114,6 kv.m. 2 otaqlı 24 nömrəli, binanın 8-ci mərtəbəsində yerləşən sahəsi 132,6 kv.m. üç otaqlı 32 nömrəli və sahəsi 93,1 kv.m. 2 otaqlı 30 nömrəli mənzillərin iddiaçı Rafail Yusifova təhvil verəcəyini, iddiaçı isə həmin mənzillərə görə ümumilikdə 605.500 manat məbləğində pulu MMC-yə ödənilməsinə dair qarşılıqlı öhdəliklər şərtləndirilmişdir. Müqavilələrə əsasən mənzillərə görə razılaşdırılmış cəmi 605.500 manat məbləğ İddiaçı tərəfindən tam şəkildə MMC-yə ödənilmişdir. Müqavilələr üzrə razılaşdırılmış məbləğin tam şəkildə ödənildiyinə və borcun qalmadığına dair MMC tərəfindən müvafiq olaraq xx.xx.2008-ci və xx.xx.2008-ci il tarixli maliyyə arayışları təsdiqlənib iddiaçıya verilmişdir. Bununla da iddiaçı müqavilədə razılaşdırılmış mənzillərin dəyərinin ödənişi ilə bağlı öhdəliyini tam şəkildə icra etmişdir. Nəticədə yəni nə qədər ki, iddiaçı müqavilədə müəyyənləşdirilmiş əmlakın dəyərinin tam şəkildə ödəmişdir, həmin əmlaka dair mülkiyyət hüququnu əldə etmiş olur. Cavabdeh də binanın inşasını həyata keçirmiş, müqavilədə adı çəkilən mənzillərin yerləşdiyi mərtəbələri inşa etmiş, lakin ödənişə qarşılıq müqavilədə nəzərdə tutulmuş mənzillərin iddiaçıya təhvilini təmin etmir. Bununla da mənzillərin verilməsi ilə bağlı müqavilə öhdəliyini yerinə yetirməmişdir. Mənzillərin təhvil verilməsi üçün cavabdehlə dəfələrlə görüşüb məsələnin həll edilməsi tələb edilmiş, daha sonra da rəsmi olaraq prentenziya göndərilmiş, lakin, cavabdehin hərəkətsizliyi üzündən məsələni məhkəmədən kənar həlli mümkün olmamışdır. Ona görə də məsələnin məhkəmə yolu ilə həll edilməsi məcburiyyəti yaranmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli 013, 014, 015 nömrəli, xx.xx.2008-ci il tarixli 016 və 017 nömrəli müqavilələrdə nəzərdə tutulmuş tərəflərin qarşılıqlı icra edilməli olan öhdəliklərin bir başa tələbinə görə və iddiaçı Rafail Yusifov tərəfindən mənzillərin razılaşdırılmış dəyəri olan 605.500 manat məbləğin ödənildiyi baxımından, cavabdeh "xxxx" MMC-dən Bakı şəhəri, Nəsimi rayonu, 3014-cü məhəllədə, A.Məhərrəmov küçəsi 4-də inşa etdiyi mövcud binanın 7-ci mərtəbəsində yerləşən, sahəsi 132,6 kv.m. 3 otaqlı 22 nömrəli, sahəsi 132,6 kv.m. 3 otaqlı 27 nömrəli, sahəsi 114,6 kv.m. 2 otaqlı 24 nömrəli, binanın 8-ci mərtəbəsində yerləşən sahəsi 132,6 kv.m. üç otaqlı 32 nömrəli və sahəsi 93,1 kv.m. 2 otaqlı 30 nömrəli mənzillərin iddiaçı Rafail Yusifova təhvil verməyi MMC-dən tələb olunmalıdır. Cavabdeh məsələni qarşılıqlı razılaşma əsasında həll etməkdən yayındığından, yaranmış mübahisənin məhkəmə qaydasında həlli üçün iddiaçı istifadə etdiyi hüquqi xidmətə görə (o cümlədən mediasiya xitməti, iddianin hazirlanması, vəkil xidməti haqqı, dövlət rüsumu və s.) 500 manat əlavə xərc çəkməsinə səbəb olmuşdur. Ona görə də mənzillərin təhvil verilməsi ilə yanaşı qeyd olunan 500 manat məbləğ də tam şəkildə cavabdehdən iddiaçının xeyrinə tələb olunmalıdır. Belə ki, zərərin əvəzinin ödənilməsi və mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları müəyyən olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1097.1 -ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bundan başqa iddia tələbi mənzillərin verilməsi ilə bağlı olduğundan formasına görə mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olmaqla, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar deyildir. Daha sonra Cavabdeh2 cavabdeh qismində, "xxxx" MMC və “X19 Bankı” üçüncü şəxs qismində cəlb edilmişlərdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, 2008-ci ildə Cavabdeh2lə danışaraq ona pul ödəmişdir. 2008-ci ilin fevral ayının 22-də 379.800 manat pul ödəməklə müqavilə bağlamışlar. İki 3 otaqlı və bir 2 otaqlı mənzil almışdır. Daha sonra 2008-ci ilin noyabr ayının 20-də 2 mənzil yenə almışdır. Həmin bu mənzillərin qarşılığında 225.000 manat pul ödəmişdir. Müqavilə bağlamamışdan öncə mənzillərə baxış keçirmişdir. Mənzillər 7-ci mərtəbədə yerləşmişdir. Mənzillər hələ tam tikilməmişdir. Ona demişlər ki, bu bina zəlzələyə davamlı və Bakıda yerləşən ən yüksək səviyyəli binadır. Daha sonra ona Bakı şəhəri İcra Hakimiyyəti ilə razılaşdırılmış sənədlərinin, lahiyələrinin olduğunu bildirdilər. Pulu şəxsən Vaqif bəyə özü vermişdir. Ətrafda heç kim olmamışdır. O, Vaqif bəyi 1980-ci ildən tanıyır. O, Sumqayıtda işləyəndə Vaqif də orada işləmişdir. 100-150 metr aralıda olan mağazada işləyib. Binada ən son dəyişiklik 2019-cu ildə olmuşdur. Ondan sonra heç bir tikinti işləri aparılmamışdır. Vaqiflə olan iş fəaliyyəti odur ki, o bina tikiləndə bir-neçə gündən bir ora gedib baxmışdır. Ona təklif etmişdir ki, bəlkə burada işə başlasın. O, daha sonra orada mexanik vəzifəsində işə başlamışdır. Ümumi yığıncağın qərarını ona təqdim etməyiblər. O, pul vermiş və ev almışdır. Sadəcə ona maliyyə arayışı verilmişdir. Maliyyə arayışı ona 2008-ci ildə verilmişdir. Arayışda yazılıb ki, məbləğ tam ödənilmişdir. Onun bu qədər il gözləməsinə səbəb həm aralarında mövcud olmuş münasibətlər, həm də Vaqifin artıq bir binanı satması olmuşdur. O, binanı araşdırmş və o bina ilə bağlı heç bir problemin çıxmadığı müəyyən edilmişdir. O, Vaqifin sözünə inanmışdır. İndidə görür ki, 2 ildir bina yoxdur. Ona görə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddiaçının izahatına uyğun izahat verdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X14 iddianın rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, onlar tikintiyə icazə verilməsi ilə bağlı sənədləri təqdim etmişlər. 2008-ci ildə bağlanan müqavilələr, predmeti olan mənzillər, planlar və icazələr müqavilələrdən sonrakı dövrə aiddir. Binanın inşa edilməsinə 2011-ci ildə başlanılıb. Maliyyə arayışlarının saxta olmasını sübut edən faktlar vardır. 2010-cu ilin yanvar ayında EL.SƏ.Nİ. MMC-nin blankı dəyişmişdir. Həmin blank dəyişməzdən öncə EL.SƏ.Nİ. MMC tərəfindən müxtəlif orqanlara məktublar yazılmışdır. Sənədlərdən aydın görünür ki, blank yeni blankdır. 2010-cu ilin blankı 2008-ci ildə ola bilməz. Buradan da aydın olur ki, həmin maliyyə arayışları saxta sənədlərdir. İddiaçı bu saxta sənədlərdən istifadə edir. Müqavilələrə baxanda görmək olur ki, 1 tərəf Şirkət, digər tərəf payçıdır. İddiaçının payçı kimi qəbulolunma şərtləri nizamnaməyə uyğun olmalıdır. Şəxs əgər üzvlüyə qəbul olunursa ona pay haqqı verilməlidir. Bu barədə heç bir sənəd və sübut təqdim olunmamışdır. Sonra kitabça verilir ki, həmin şəxs üzvlüyə qəbul olunmuşdur. Bu hal da mülki işin materiallarında öz əksini tapmamışdır. Daha sonra burada ən əsası İddiaçı payçı olması barədə yığıncağın qərarı yoxdur. Belə olan halda bu müqavilə etibarsız əqd sayılmalıdır. Həmçinin hesab edir ki, iş üzrə iddia müddəti ötürülmüşdür. İddiaçı hər gün o obyektə gedib gəlmişdir. Rəfail müəllim əvvəldən ipoteka müqaviləsini bilirdi. Cavabdeh2lə Rəfail müəllimin daima mübahisələri olub. Həmin mübahisələrdə maraqlıdır ki, müqavilələr barədə aralarında heç bir söhbət olmamışdır. Ancaq pul söhbəti olub ki, pul verib, pul almışdır. Cavabdeh2 deyirdi ki, Rəfail müəllimdən pul almış, qaytarmaq lazımdır. Dəfələrlə mübahisə olub. Bildirir ki, maliyyə arayışı özü-özlüyündə etibarsız sənəddir. O, bütün sübutlarını məhkəməyə təqdim etmişdir. Rəfail az öncə izahatında da bildirdi ki, maliyyə arayışını 2008-ci ildə almışdır. O sənəd 2008-ci ildə ola bilməzdi. Çünki blank dəyişilmişdi. Bununla bağlı əmr mövcuddur. "xxxx" MMC-nin bu blank dəyişəndən əvvəl göndərilən məktublar işin içində mövcuddur. Onlara məktub təqdim etsinlər ki, o sənədlər həmin blankda verilmiş olsun. O sənədlər sonradan verilmişdir. Hamısı saxta sənədlərdir. Müqavilədə Rəfail bəy payçı kimi qeyd olunub. Bununla bağlı ümumi yığıncağın qərarı yoxdur. Rəfail bəy 14 il ərzində sənədləri "xxxx" MMC-dən ala bilməyib. Bununla bağlı Şirkətə pretenziya da verməyib. O, özü "xxxx" MMC-nin təsisçisidir. O, müqaviləyə baxıb görür ki, "xxxx" MMC müqavilə imzalayıb. Sədr Cavabdeh2 göstərilib. Vaqif "xxxx" MMC-də həm təsisçi həm də direktor olub. Sədr təsisçi ola bilməz. MMC-də ümumiyyətlə sədr olmur. Sədr MTK-da olur. Yəni müqavilədən görünür ki, müqavilə formal yazılıb. Müqavilədə görünür ki, İddiaçı payçıdır. Payçı o deməkdir ki, MMC-yə pay qoyub. "xxxx" MMC-nin payçısı "xxxx" MMC-dir. Başqa payçı yoxdur. O, müqavilələrdə alıcı görmür, payçı görür. Eyni zamanda "xxxx" MMC iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2008-ci il və xx.xx.2008-ci il tarixli alqı-satqı müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsi və mənzillərin 5 gün müddətində ona təhvil verilməsi ilə bağlı İddiaçı tərəfindən imzalanmış yeganə pretenziya məktubu onun nümayəndəsi və vəkili Fikrət Səfərov tərəfindən onlayn kargüzarlıq vasitəsilə yalnız xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə göndərilmişdir. Bundan belə görünür ki, İddiaçı 14 il sonra MMC-yə pretenziya vermişdir. Yusubov X10 Vaqif Xıdır oğlu ilə dostluq münasibətlərində olmuş və hətta xx.xx.2017-ci il tarixli əmrlə Cavabdeh2 direktoru olduğu "xxxx" MMC-yə işə götürmüş və xx.xx.2019-cu il tarixli əmrlə işdən azad edilmişdir. Səbəb "xxxx" MMC-yə qarşı üçüncü şəxs X1 iddialarından irəli gələn problemlərlə bağlı MMC-nin bank hesablarına və əmlakına həbs qoyulması, icra tədbirləri nəticəsində əmlakın hərraca çıxarılması idi. Əlbəttə ki, İddiaçı 2017-ci ildən öncə də "xxxx" MMC-nin üzləşdiyi problemlərdən irəli gələn boş dayanmalar və məhkəmə mübahisələri barədə məlumatlı idi. İki il müddətində "xxxx" MMC çalışan zaman isə bu problemləri daha dərindən dərk etmiş və obyektdə baş verən prossesləri və boşdayanmaları canlı olaraq müşahidə etmişdir. Bütün yuxarıda qeyd olunanlara, xüsusilə "xxxx" MMC-nin 2018-ci ilin sonunda əmlakına və 2019-cü ilin fevral ayında bank hesablarına həbs qoyulmasına, şirkətin fəaliyyətinin və tikinti işlərinin dayandırılmasına, nəticədə MMC-nin tikintidə çalışan bütün personalının işdən azad edilməsinə rəğmən susur və üç il on bir aya yaxın zaman keçəndən sonra pretenziya verir və daha sonra mülki qaydada məhkəmədə "xxxx" MMC-yə qarşı iddia qaldırır. Digər tərəfdən İddiaçı Qənbər oğlu ilə yaşayış sahələrinin alqı-satqısı ilə bağlı 2008-ci ildə bağlanmış müqavilələr notarial qaydada bağlanmamışdır. Tərəflər öz aralarında alqı-satqı ilə bağlı müqavilə bağlayan zaman həmin mənzillərin yerləşdiyi binaya sərəncam verilməmiş, işçi layihəsi təsdiq edilməmiş və tikintiyə icazə verilməmişdi. Mənzillərin proyekti və layihələri yox idi. Bu kimi müqavilələr üzrə öhdəliklərin icrasında müddətlər müəyyən olunur ki, alqı-satqı zamanı həmin hallar müqavilədə göstərilməmişdir. Belə olan halda İddiaçı aldığı mənzilləri 14 il müddətində "xxxx" MMC-dən tələb etməmiş və buna maraqlı olmamışdır. Yaşayış binasının layihəsi üzrə inşaat işləri isə 2019-cu ildə yekunlaşmalı idi. Bunu təsdiq edən hal binanın önündə yerləşdirilən lövhədən bəllidir və İddiaçı iki il müddətində həmin binanın tikintisində iştirak edən zaman gündəlik olaraq həmin layihənin qarşısından keçərək iş yerinə daxil olmuşdur və bunu inkar edə bilməz. 2019-cu ildə layihə üzrə inşaat işləri dayananda İddiaçı bu dayanmanın səbəblərini bilirdi. Başqa sözlə heç olmazsa həmin andan "xxxx" MMC-yə pretenziya verməli və narazılığını bildirməli olduğu halda bunu etməmişdir. Müqavilə öhdəliyinin icrası ilə bağlı öhdəliklərlə bağlı qanunla üç il nəzərdə tutulan iddia müddəti artıq ötürülmüşdür. İddiaçı Qənbər oğlu müqavilə bağlayan zaman sərəncamın olub-olmamasını, həbs və yüklülüyün olubolmamasını yoxlamamış, yaşayış mənzillərinin işçi layihəsi və digər sənədlərini tələb etməmiş və gələcəkdə baş verən riskləri qəbul etmişdir. Cavabdeh "xxxx" MMC-yə, Cavabdeh2 və üçüncü şəxs “X19 Bankı”na məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2, "xxxx" MMC və “X19 Bankı”nın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Həmin ərizədə həmçinin qeyd edilmişdir ki, İddiaçı ilə bağlanılmış müqavilələr və xx.xx.2008 və xx.xx.2008 tarixli maliyyə arayışları formal xarakter daşıyır və bu barədə onunla vaxtı ilə razılaşmaları olmuşdur. Hal-hazırda onun "xxxx" MMC-yə qarşı iddia qaldırması və əmlak tələb etməsi düzgün deyildir. Sözü gedən ünvanda inşa olunacaq binanın layihələndirilməsi ilə bağlı ilk sərəncam "xxxx" MMC-yə xx.xx.2008-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmişdir. Həmin sərəncama əsasən Nəsimi rayon, A. Məhərrəmov, 3014-cü məhəllədə özəlləşdirilmiş 2918.3 kv.m sahədə bir girişli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Binanın layihələndirilməsi barədə ikinci sərəncam xx.xx.2008-ci il tarixdə verilmiş və həmin sərəncamla Nəsimi rayon, A. Məhərrəmov, 3014cü məhəllədə özəlləşdirilmiş 4358.3 kv.m sahədə iki girişli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Yaşayış binasının işçi layihəsi xx.xx.2009-cü il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Daha sonra Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı Şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyi tərəfindən verilmiş 3785 nömrəli xx.xx.2009-cu il tarixli icazəyə əsasən yaşayış binasının tikinti-quraşdırma işlərinə icazə verilmişdir. Bütün bunlar barədə tərəfindən təsisçi "xxxx" MMC-yə məlumat verilmiş və müvafiq sənədlər xx.xx.2024-cü il tarixdə MMC-nin direktoru X6 təqdim edilmişdir. Bundan başqa bildirmişdir ki, iddia predmeti olan müqavilələrdə İddiaçı “PAYÇİ”, "xxxx" MMC isə “ŞİRKƏT” olaraq göstərilir. Əgər müqavilələr üzrə “Payçı” İddiaçı oğlunun kooperativə üzv olmaq istəyən şəxs kimi rəsmi müraciəti olsaydı, ona nizamnamə ilə müəyyənləşdirilən üzvlük barədə kitabça verilərdi, bu barədə "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağı qərar qəbul edərdi, onun tərəfindən üzv olaraq kooperativə əmlak payı haqqı ödənilərdi. Əgər bu hərəkətlər edilsəydi indiki iddia predmetinin vəziyyəti fərqli olardı. Bir daha bildirmişdir ki, maliyyə arayışları formal olaraq verilmişdir və iddiaçı bunu yaxşı bilir. Müqavilələr üzrə 605000 manat vəsait formal olaraq göstərilmişdir. Belə bir vəsait ümumilikdə iddiaçı tərəfindən ödənilməyib. Ondan müəyyən məbləğdə şəxsi xərcləri üçün borc almış və geri qaytaracağına söz vermişdir. Məhz aralarında olan razılaşmaya görə də uzun bir müddət keçməsinə baxmayaraq indiyə qədər İddiaçı məhkəmələrdə iddia qaldırmamışdır. Hətta 2017-2019-cu illərdə o direktoru olduğu "xxxx"MMC də çalışmış və maaş almışdır. İndiki halda həmin müqavilələr və arayışların məhkəmə müstəvisinə çıxarılması düzgün deyildir. Çünki İddiaçı bütün razılaşmalarını yaxşı bilir. Əgər qohumu İsayev Nəriman etibarından sui-istifadə edib MMC-yə qarşı süni iddialar qaldırmasaydı bütün işləri yaxşı gedərdi. Bir daha bildirmişdir ki, İddiaçı ilə aralarında olan şəxsi borc münasibətlərinin "xxxx" MMC-yə heç bir aidiyyəti yoxdur və ola da bilməz. Cavabdeh2 məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəf X7 ilə dostluq münasibətləri olmuşur. 2008-ci ildə aralarında şəxsi borc münasibətləri yaranmışdır. O zaman ona bildirmişdir ki, şəxsən ona borc versin və bəzi problemlərini həll edib borcu qaytaracağını vəd etmişdir. Ona inansın deyə gələcəkdə "xxxx" MMC tərəfindən inşa edilməsi nəzərdə tutulan yaşayış binasından bir neçə mənzilin alqı-satqı müqaviləsini rəsmiləşdirərək ona vermişdir və demişdir ki, həmin sənədləri özündə saxlasın və borcu qaytaranda ona qaytarsın. Belə ki, Şirkət adından alqı-satqı müqaviləsi bağlamaq üçün nizamnamə ilə nəzərdə tutulmuş qaydalara müvafiq olaraq təsisçilərin ümumi yığıncağı çağrılmalı, alınan məbləğ "xxxx" MMC-ni xəzinəsinə rəsmi qaydada mədaxil edilməli və rəsmi qəbz verilməli idi. Bütün bu əməliyyatlar isə o zaman mümkün deyildi. Çünki həmin illərdə dövlət bankı olan X12 Bankı ilə kredit xətti barədə rəsmi danışıqlar gedirdi və tikiləcək yaşayış binası X12 Bankından alınan kredit vəsaiti ilə tikilməli olduğu üçün üzərində bina tikiləcək torpaq sahəsinin kredit öhdəliklərinin təminatı kimi ipotekaya qoyulması, tikiləcək binadan alqı-satqı edilməsi yalnız ipoteka saxlayanın razılığı ilə mümkün olması barədə şərtlər irəli sürülmüş və Sifarişçi və kredit alan tərəf olaraq bütün bu şərtlər "xxxx" MMC tərəfindən qəbul edilmişdir. Belə bir vəziyyətdə Şirkət adından rəsmi qaydada hər hansı bir mənzilə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi mümkün deyildi və təbii ki, hər hansı bir vəsaitin nağd və ya köçürmə yolu ilə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə ödənilməsi qanuni sayıla bilməzdi, belə ki, Şirkət tərəfindən götürülmüş digər öhdəliklərə zidd olduğundan həmin öhdəlikdələrin icrası mümkün olmazdı. Yuxarıda qeyd olunanlara görə iddiaçıdan şəxsi məqsədlər üçün aldığı vəsaitin qarşılığında qeyri-rəsmi olaraq ona maliyyə arayışı və alqı-satqı müqavilələri vermişdir ki, ona inansın və gözləsin. Daha sonrakı illərdə işlər gözlədiyi qaydada getməmişdir. Etibarından sui-istifadə edən yaxın qohumu Nəriman İsayevin ona və "xxxx" MMC-yə qarşı saxta iddiaların verilməsi nəticəsində ona və Şirkətə böyük ziyan dəymiş, tikinti işləri dayandırılmış, Kredit aldığı Bank qarşısında etibardan düşmüş, kredit xətti dayandırılmış və bütün bunların nəticəsi olaraq İddiaçı şəxsi məqsədləri üçün aldığı pulu uzun müddət qaytara bilməmişdir. Bir daha bildirmək istəmişdir ki, həmin alqı-satqı müqavilələri və maliyyə arayışının "xxxx" MMC-yə heç bir aidiyyəti yoxdur, vəsait MMC-yə istər köçürmə, istərsə ön nağd şəkildə ödənməyib və yalnız fiziki şəxs kimi aldığı borcun qarşılığında tərəfə verilmişdir. O zaman güman etmişdir ki, tikinti proqramı üzrə gedəcək, vaxtında bitəcək və əldə olunan gəlirdən İddiaçı borcunu qaytara biləcəkdir. Lakin, işlər yuxarıda qeyd etdiyi kimi, etibarından sui istifadə edən qohumu X3 tərəfindən məhkəmələrdə qaldırılan saxta iddialar nəticəsində ona qarşı oldu. Əlbəttə ki, təsisçi "xxxx" MMC-nin səyləri nəticəsində gələcəkdə problemlərin həll ediləcəyinə ümid etmiş və güman etmişdir ki, ümid etdiyi mənbədən gəlir əldə edən kimi İddiaçı borcunu nağd olaraq ona qaytaracaqdır. İndiki vəziyyətdə isə bina yarımçıq qaldığından, rəsmi qaydada "xxxx" MMC adından alqı-satqı mümkün olmadığından, maliyyə arayışında qeyd olunan vəsait MMC-yə mədaxil olmadığından həmin müqavilələr əhəmiyyətsiz əqddir və təsisçi "xxxx" MMC və ipoteka saxlayan bank (X12 Bankı) tərəfindən mübahisələndirilə və ləğv oluna bilər. 2014-cü ildə "xxxx" MMC-nin 100% payları "xxxx" MMC-yə rəsmi qaydada satılmış və o zaman notarial qaydada verdiyi izahatda da bildirmişdir ki, paylarla və Şirkətin əmlakı ilə bağlı üçüncü şəxslər qarşısında Şirkətin heç bir öhdəliyi yoxdur. Digər tərəfdən isə bildirmişdir ki, "xxxx" MMC-nin 100% payları və əmlakı X12 Bankının xeyrinə yüklü edilmişdir və yüklülük 2010-cü ildən etibarən qeydiyyata alınmışdır. Əmlakla bağlı bütün alqı-satqı əməliyyatları məhz ipotekaya götürənin icazəsi olmadan mümkün deyil və bu qayda imperativ xarakter daşıyır. Digər bir xüsusat isə bundan ibarətdir ki, yaxın qohumu X3 tərəfindən ona və "xxxx" MMC-yə qarşı irəli sürülən iddialar nəticəsində qanunsuz qətnamələr qəbul edilmişdir. X3 “EL.SƏ.Nİ" MMC-nin əmlakını ələ keçirmək niyyətini güdür. MMC-nin inşa etdiyi bina qanunsuz olaraq hərraca çıxarılmış və hərracda satılmadığından iddiaçı X2 təklif edilmişdir. Bu hal da özü-özlüyündə onu göstərir ki, İddiaçı iddia predmeti olan əmlakla bağlı yuxarıda qeyd olunan mübahisəli qətnamələr mövcuddur. Hal-hazırda təsisçi “CAMİ" MMC bütün bu problemlərin həlli ilə məşğuldur. Ümid etmişdir ki, məsələlər həll olunandan sonra layihənin yekunlaşdırılmasından sonra əldə olunan və ona düşən gəlirdən İddiaçı borcunu qaytara biləcəkdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan payçı İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2008-ci il tarixdə bağlanmış 013 nömrəli kooperativ binada mənzil tikintisi haqda müqavilədən görünür ki, 1.1 "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, 3014-cü məhəllədə, A.Məhərrəmov küçəsi 4-də tikiləcək "xxxx" MMC-yə məxsus binanın 7-ci mərtəbəsində 3 otaqdan ibarət olan ümumi satış sahəsi 132.60 kv.m olan 22 nömrəli mənzili payçıya verməyi öz üzərinə götürür. Payçı mənzilin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürür. Göstərilən mənzillər 1 ədəd 3 otaqdan ibarət olmaqla ümumi satış sahəsi 132.60 kv.m təşkil edir. 2.1. Müqavilənin 1.1 bəndində göstərilən mənzilin yaşayış və qeyri-yaşayış sahəsinin hər kv.m dəyəri 1000 manat həcmində qiymətləndirilməklə 132600 manat təşkil edir. Razılaşdırılmış dəyər payçı tərəfindən tam ödənilmişdir. İş materiallarında olan payçı İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2008-ci il tarixdə bağlanmış 014 nömrəli kooperativ binada mənzil tikintisi haqda müqavilədən görünür ki, 1.1 "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, 3014-cü məhəllədə, A.Məhərrəmov küçəsi 4də tikiləcək "xxxx" MMC-yə məxsus binanın 7-ci mərtəbəsində 3 otaqdan ibarət olan ümumi satış sahəsi 132.60 kv.m olan 27 nömrəli mənzili payçıya verməyi öz üzərinə götürür. Payçı mənzilin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürür. Göstərilən mənzillər 1 ədəd 3 otaqdan ibarət olmaqla ümumi satış sahəsi 132.60 kv.m təşkil edir. 2.1. Müqavilənin 1.1 bəndində göstərilən mənzilin yaşayış və qeyri-yaşayış sahəsinin hər kv.m dəyəri 1000 manat həcmində qiymətləndirilməklə 132600 manat təşkil edir. Razılaşdırılmış dəyər payçı tərəfindən tam ödənilmişdir. İş materiallarında olan payçı İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2008-ci il tarixdə bağlanmış 015 nömrəli kooperativ binada mənzil tikintisi haqda müqavilədən görünür ki, 1.1 "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, 3014-cü məhəllədə, A.Məhərrəmov küçəsi 4də tikiləcək "xxxx" MMC-yə məxsus binanın 7-ci mərtəbəsində 2 otaqdan ibarət olan ümumi satış sahəsi 114.60 kv.m olan 24 nömrəli mənzili payçıya verməyi öz üzərinə götürür. Payçı mənzilin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürür. Göstərilən mənzillər 1 ədəd 2 otaqdan ibarət olmaqla ümumi satış sahəsi 132.60 kv.m təşkil edir. 2.1. Müqavilənin 1.1 bəndində göstərilən mənzilin yaşayış və qeyri-yaşayış sahəsinin hər kv.m dəyəri 1000 manat həcmində qiymətləndirilməklə 114600 manat təşkil edir. Razılaşdırılmış dəyər payçı tərəfindən tam ödənilmişdir. İş materiallarında olan payçı İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2008-ci il tarixdə bağlanmış 016 nömrəli kooperativ binada mənzil tikintisi haqda müqavilədən görünür ki, 1.1 "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, 3014-cü məhəllədə, A.Məhərrəmov küçəsi 4də tikiləcək "xxxx" MMC-yə məxsus binanın 8-ci mərtəbəsində 3 otaqdan ibarət olan ümumi satış sahəsi 132.60 kv.m olan 32 nömrəli mənzili payçıya verməyi öz üzərinə götürür. Payçı mənzilin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürür. Göstərilən mənzillər 1 ədəd 3 otaqdan ibarət olmaqla ümumi satış sahəsi 132.60 kv.m təşkil edir. 2.1. Müqavilənin 1.1 bəndində göstərilən mənzilin yaşayış və qeyri-yaşayış sahəsinin hər kv.m dəyəri 1000 manat həcmində qiymətləndirilməklə 132600 manat təşkil edir. Razılaşdırılmış dəyər payçı tərəfindən tam ödənilmişdir. İş materiallarında olan payçı İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2008-ci il tarixdə bağlanmış 017 nömrəli kooperativ binada mənzil tikintisi haqda müqavilədən görünür ki, 1.1 "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, 3014-cü məhəllədə, A.Məhərrəmov küçəsi 4də tikiləcək "xxxx" MMC-yə məxsus binanın 8-ci mərtəbəsində 2 otaqdan ibarət olan ümumi satış sahəsi 93.10 kv.m olan 30 nömrəli mənzili payçıya verməyi öz üzərinə götürür. Payçı mənzilin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürür. Göstərilən mənzillər 1 ədəd 2 otaqdan ibarət olmaqla ümumi satış sahəsi 93.10 kv.m təşkil edir. 2.1. Müqavilənin 1.1 bəndində göstərilən mənzilin yaşayış və qeyri-yaşayış sahəsinin hər kv.m dəyəri 1000 manat həcmində qiymətləndirilməklə 93100 manat təşkil edir. Razılaşdırılmış dəyər payçı tərəfindən tam ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş maliyyə arayışından görünür ki, "xxxx" MMC şirkəti ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən ona satılmış Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 4, 3014-cü məhəllədə tikiləcək binanın Qərb blokunun 8-ci mərtəbəsində 1 ədəd 3 otaqlı və 1 ədəd 2 otaqlı mənzillərin ümumi sahəsi 225.70 m2 olan yaşayış sahəsinin dəyəri "xxxx" MMC şirkətinə tam ödənilmiş və bu ğünə borcu mövcud deyildir. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş maliyyə arayışından görünür ki, "xxxx" MMC şirkəti ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən ona satılmış Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 4, 3014-cü məhəllədə tikiləcək binanın Qərb blokunun 7-ci mərtəbəsində 2 ədəd 3 otaqlı və 1 ədəd 2 otaqlı mənzillərin ümumi sahəsi 379.80 m olan yaşayış sahəsinin dəyəri "xxxx" MMC şirkətinə tam ödənilmiş və bu ğünə borcu mövcud deyildir. İş materiallarında olan satıcı "xxxx" MMC ilə alıcı "xxxx" MMC arasında xx.xx.2014cü il tarixdə bağlanmış müəssisədəki payın alqı-satqı müqaviləsindən görünür ki, satıcı ona məxsus olan 100 faiz həcmində 200 payını alıcıya 200 manat satmışdıt. Satıcı həmin müəssisə ilə bağlı müqavilə bağlandığı tarixədək olan öhdəlikləri və cavabdehliyi öz üzərinə götürür və həmçinin müəssisədəki möhür və ştampı, dvlət qeydiyyatı haqqında şəhadətnaməni, nizamnamələrini və cəmiyyətə aid digər sənədləri, payının alıcıya verir və alan tərəf bunları qəbul edir. İş materiallarında olan ipoteka qoyan-borc alan "xxxx" MMC ilə ilə ipoteka saxlayan “X19 Bankı” arasında xx.xx.2017-ci il tarixdə bağlanmış ipoteka müqaviləsindən görünür ki, İpoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 21 noyabr 2009-cu il tarixli 880/M/AZE11 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İpoteka predmeti: ünvan 1 ünvanında, mülkiyyətində olan 0.4358ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58116.3 kv/m olan 24 mərtəbəli, 2 girişli yaşayış binası tam mülkiyyət üzrə İpoteka qoyana məxsusdur: ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2017 tarixdə "xxxx" MMC adından Cavabdeh2 verilmiş **********89-05301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 58116.3 kv/m olan, 24 mərtəbəli 2 girişli yaşayış binası və mülkiyyətində olan 0.4358ha torpaq sahəsi. İpoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 40000000 manat məbləğində müəyyən edilmişdir. İpoteka qoyan bəyan edir ki, ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan hər hansı hüquqları, ipoteka predmetinin yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri mövcud deyil Bu bənddə qeyd olunmuş məlumatın düzgün verilməməsi İpoteka saxlayana, o cümlədən sonrakı İpoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli sərəncamda göstərilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2007-ci il tarixli, 07 saylı müraciəti, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin xx.xx.2005-ci il tarixli, 1403 saylı rəyi, Dövlət Əmlakının İdarə X20 Komitəsinin xx.xx.2005-ci il tarixli, 005396 və xx.xx.2006-cı il tarixli, 000083 saylı şəhadətnamələri nəzərə alınaraq, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 3014-cü məhəllədə özəlləşdirilmiş 2918,3 kv.m sahədə bir girişili yaşayış binasının tikintisinin layihələndirilməsinə həmin məhdud məsuliyyətli cəmiyyətinə icazə verilmiş, ərazidə yerləşən qeyri-yaşayış tikililərinin sökülməsi "xxxx" MMC tərəfindən həll edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı 12170733 saylı çıxarışın surətindən görünür ki, "xxxx" MMC-nin 0.4358 ha, 58116.3 kv.m ölçülü Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 22, 22 A çoxmərtəbəli yaşayış binası “X19 Bankı”nın xeyrinə yüklü edilmişdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, əvvəlki ünvanı ünvan 2 "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları ”nda dəyişikliklər edilməsi barədə ” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 10 fevral tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq ünvan 3 ünvan nömrəsi təyin edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli sərəncamda göstərilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2007-cı il tarixli, 07 saylı müraciəti, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin xx.xx.2005-ci il tarixli, 1403 saylı rəyi, Dövlət Əmlakının İdarə X20 Komitəsinin xx.xx.2005-ci il tarixli, 005396 və xx.xx.2006-cı il tarixli, 000083 saylı şəhadətnamələri nəzərə alınaraq, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 3014-cü məhəllədə özəlləşdirilmiş 2918,3 kv.m sahədə bir girişili yaşayış binasının tikintisinin layihələndirilməsinə həmin məhdud məsuliyyətli cəmiyyətinə icazə verilməsi, ərazidə yerləşən qeyri-yaşayış tikililərinin sökülməsi "xxxx" MMC tərəfindən həll edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Baki Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə "xxxx" MMC-nin direktoru Cavabdeh2 ünvanlanmış məktubun surətinən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 08 saylı, xx.xx.2008-ci il tarixli, 255 saylı sərəncamları, 12233 saylı inşaat pasportu, xx.xx.2008-ci il tarixli, 18/04-359 saylı məktubu və «Dövlətbaşekspertiza»sının xx.xx.2009-cu il tarixli, 10916/10402/9970 saylı rəyi əsasında hazırlanmış Nəsimi rayonu, A. Məhərrəmov küç. 3014-cü məhəllədə tikintisi nəzərdə tutulan yaşayış binasının təqdim olunmuş yeni işçi layihəsinə baxılaraq (2 girişli 24 mərtəbəli + texmərtəbə, 1-ci mərtəbəsi - ticarət təyinatlı qeyri-yaşayış sahəsi, 2-ci, 3-cü və 4-cti mərtəbələri - ofis təyinatlı qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbələri: -6.60 m və -3.20 m səviyyələrində yeraltı avtodayanacaq; "xxxx" MTK-nin işı, memar S. Moinzadə) onun memarlıq hissəsi razılaşdırılır. Qeyd: Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2008-ci il tarixli 18/04- 369 saylı məktubu öz qüvvəsini itirmiş hesab olunur. Layihə sənədləri tam həcmdə Bakı Şəhər Tikintiyə icazə və Qeydiyyat Müfəttişliyində qeydiyyatdan keçməlidir. Obyektin xarici mühəndis xətlərinin inşa işləri əlaqədar təşkilatlarla razılaşdırılmış layihə sənədləri əsasında, onların nümayəndələrinin iştirakı və nəzarəti ilə aparılmalıdır. Mühəndis xətlərinin tikintisi başa çaldıqdan sonra icra cizgiləri Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır. İş materiallarında olan Baki Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş İcazə №3785-də göstərilmişdir ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi (prospekt) 3014-cü məhəllədə 24 mərtəbəli 2 girişli yaşayış binasının (+ texmərtəbə, 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi, 2-ci, 3-cü və 4-cü mərtəbələri ofis təyinatlı qeyri-yaşayış sahəsi) tikintisini tikinti-quraşdırma işləri binanın bir girişində bünövrə hissəsində aparıldığı vəziyyətdə qeydiyyatdan keçirir və tikınti-quraşdırma işlərinin aparılmasına "xxxx" MMC-yə icazə verilmişdir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2008-ci il tarixli 013, 014, 015 nömrəli, xx.xx.2008-ci il tarixli 016 və 017 nömrəli müqavilələr bağlanmış, həmin müqavilələr üzrə "xxxx" MMC tərəfindən ünvan 6-də tikilmiş çoxmərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən, sahəsi 132,6 kv.m. 3 otaqlı 22 nömrəli, sahəsi 132,6 kv.m. 3 otaqlı 27 nömrəli, sahəsi 114,6 kv.m. 2 otaqlı 24 nömrəli, binanın 8-ci mərtəbəsində yerləşən sahəsi 132,6 kv.m. üç otaqlı 32 nömrəli və sahəsi 93,1 kv.m. 2 otaqlı 30 nömrəli mənzillərin, ümumilikdə 605,5 kv.m. yaşayış sahəsinin X5 verilməsinə dair öhdəlik götürülmüş, X9 isə maliyyə arayışlarına əsasən müqavilə üzrə 605.500 manatı tam olaraq "xxxx" MMC-yə ödəmişdir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş yerli baxış nəticəsində həmçinin müəyyən edilmişdir ki, ünvan 6 ünvanda aparılan tikinti işləri hələ başa çatdırılmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, müqavilə bağlanılan zaman iddiaçının binanın hələ tikilib istifadəyə verilməməsindən xəbərdar olmasını o, məhkəmədə verdiyi izahatında təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, tələb edilən mənzillər tam inşa olunmadığından, həmin mənzillərin iddiaçıya verilməsində hər-hansı maneənin olması müşahidə edilmir. Göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə iddia tələbinə "xxxx" MMC-nin etirazında əks olunan dəlillərlə müqayisəvi şəkildə qiymət verməklə hesab edir ki, həmin dəlillərin qismən hüquqi əsası vardır. İlk öncə məhkəmə iddiaçı ilə bağlanılan 2008-ci il tarixli müqavilələrə dair verilmiş maliyyə arayışlarının "xxxx" MMC-nin 2010-cu ilin yanvar ayından dəyişmiş blanklarında verilməsi dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, bu əsaslar iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, xx.xx.2010-cu il tarixdə "xxxx" MMC şirkətinin ofisinin yerinin və əlaqə telefonlarının dəyişməsi səbəbindən şirkətin blankının yeni formatda hazırlanmasına dair 01 №-li əmr verilmişdir. Lakin, həmin tarixdən əvvəl mövcud olmuş blanklar iş materiallarında olmadığından əvvəl və sonra olan blankların müqayisəsinin aparılmamaqla bu dəlilin doğruluğunu müəyyən etmək mümkün olmamışdır. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə xx.xx.2008-ci və xx.xx.2008-ci il tarixlərdə imzalansa da, sözügedən binanın layihələşdirilməsinə bir girişli-xx.xx.2008-ci il tarixdə, iki girişli-xx.xx.2008-ci il tarixdə icazə verilmiş, tikintisinə icazə isə xx.xx.2009-cu il tarixdə verilmişdir. Keçirilmiş yerli baxış zamanı 2-ci binanın “Qərb” adlandırılması iştirak edənlər tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin etirazında həmçinin iddiaçı ilə bağlanılan müqavilələrdə Cavabdeh2 direktor kimi deyil sədr kimi göstərilməsini müqavilələrin bu əsasla etibarsız hesab edilməli olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC-nin nümayəndəsinin izahatında iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməli olması səsləndirilsə də, buna dair müstəqil iddia verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə Cavabdeh2 İddiaçı ilə bağlanılmış müqavilələrin və xx.xx.2008 və xx.xx.2008 tarixli maliyyə arayışlarının formal xarakter daşıması, müqavilələr üzrə 605000 manat vəsaitin əslində ödənilməməsinə və bu səbəbdən iddianın rədd edilməsinə dair dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh qeyd olunanlara dair heç bir sübut təqdim etməməklə, ərizədə göstərilənlər yalnız onun mülahizələrini ifadə edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə iş üzrə verilmiş “iddia müddətinin tətbiqi” barədə ərizəyə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunmalıdır ki, hazırki mübahisə üzrə müddətin keçməsinə görə iddianın rədd edilməsi maddi hüquq normalarına uyğun deyildir, o cümlədən cavabdehin müddətin keçməsi ilə iddianın rədd edilməsi dəlilləri müqaviləyə münasibətdə irəli sürdüyü dəlillərlə zidiyyət təşkil edir. Belə ki, cavabdeh müqaviləni və maliyyə sənədlərini mübahisələndirməklə, onların əhəmiyyətsiz olmasını sübut etməyə çalışmaqla yanaşı, tərəflər arasında olan münasibətlərə ümumi iddia müddətinin şamil edilməsinə də toxunur. Tələb edilən mənzillər tam inşa olunmadığından, tərəflər arasında olan münasibətlərin etibarlı olub olmaması aydınlaşdırılmadan, hazırki vəziyyətdə mülkiyyət hüququ mülkiyyətçinin özündə qaldığından qaldırılan tələbə iddia müddətinin şamil edilməsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddianın məhkəmə xərclərinin və hüquqi xidmətə görə məsrəflərin cavabdehlərdən tutulmasına dair hissəsi də təmin edilməməlidir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı mənzillərin təhvil verilməsi barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar