Məhkəmə qərarları › İş №e-2(006)-3066/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3066/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3066/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçılar Hümbətov Sahı̇ b Cəməddı̇ n oğlunun və İddiaçı2, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar Hümbətov Sahı̇ b Cəməddı̇ n oğlunun və İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı “qanunsuz tikilinin sökülməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Hümbətov Sahı̇ b Cəməddı̇ n oğlu və İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı “qanunsuz tikilinin sökülməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı1 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 barışıq sazişinin təsdiq edilməklə, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 barışıq sazişinin təsdiq edilməklə, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, iddiaçıların və iddiaçıların nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçılar Hümbətov Sahı̇ b Cəməddı̇ n oğlu və İddiaçı2 ilə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə2 arasında aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır:

1. İkinci tərəf təsdiq və qəbul edir ki: 1.1. İkinci tərəf (cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə2) Birinci tərəf İddiaçı2 ilə bağlanmış 01 may 2017-ci il tarixli müqaviləyə əsasən Birinci tərəfə təhvil verilmiş Nəsimi rayonu, M.Qasımov 8 ünvanda yerləşən yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 80 kv.m sahəsi olan 2 saylı mənzili geri götürür və onun əvəzinə Birinci tərəfə Nəsimi rayonu, M.Qasımov 8 ünvanda yerləşən yaşayış binasının 7ci mərtəbəsində 123 kv.m sahəsi olan 36 nömrəli mənzili heç bir ödəniş olmadan təqdim edir. 1.2. Nəsimi rayonu, M.Qasımov 8 ünvanda yerləşən yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 80 kv.m sahəsi olan 2 saylı mənzilə dair maliyyə arayışı yeni təhvil verilən Nəsimi rayonu, M.Qasımov 8 ünvanda yerləşən yaşayış binasının 7-ci mərtəbəsində 12 kv.m sahəsi olan 36 nömrəli mənzilə aid edir.

2. Birinci tərəfə aid olan İddiaçı2 təsdiq və qəbul edir ki: 2.1. İkinci tərəf Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı2 arasında bağlanmış 01 may 2017-ci il tarixli müqavilə əsasən Birinci tərəfə təhvil verilmiş Nəsimi rayonu, M.Qasımov 8 ünvanda yerləşən yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 7-ci mərtəbəsində 123 kv.m sahəsi olan 36 nömrəli mənzili qəbul edir. 2.2. Birinci tərəf Nəsimi rayonu, M.Qasımov 8 ünvanda yerləşən yaşayış binasının 3cü mərtəbəsində yerləşən 2 otaqlı, 80 kv.m sahəsi olan 2 saylı mənzili bu Saziş imzalandıqdan sonra 1 (bir) müddətində öz hesabına tam boşaltmağı və təhvil-təslim aktına əsasən İkinci tərəfə təhvil verməyi öhdəsinə götürür. 2.3. İkinci tərəfə qarşı qüsurlu təhvil verilmiş 6 kv.m sahənin əvəzi olan (6 X 3000=18000) 18000 (on səkkiz min) manat məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilməsi, İddiaçı2 təhvil verilmiş mənzilin çölə baxan pəncərə və eyvanının qarşısında tikilmiş qanunsuz konstruksiyanın Cavabdeh MMC tərəfindən onun hesabına sökülməsi barədə iddia tələbindən tam şəkildə imtina edir.

3. Tərəflər 01 may 2017-ci il tarixli müqaviləyə aşağıdakı dəyişiklər etməyə razılaşırlar: Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan Cavabdeh MMC, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli № 86 saylı qərarına əsasən Nəsimi rayonu, M.Qasımov 8 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan ona məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 34 kv.m mənzilin” sözlərindən sonrakı sözlər çıxarılsın və aşağıdakı sözlər əlavə edilsin: “əvəzinə Nəsimi rayonu, M.Qasımov 8 ünvanında yerləşən yaşayış binasının 7-ci mərtəbəsində 123 kv.m sahəsi olan 36 nömrəli mənzili Mülkiyyətçiyə verməyi öhdəsinə götürür”.

4. Tərəflər 36 nömrəli mənzilə görə Birinci tərəfin heç bir borcu olmadığına dair İkinci tərəfin maliyyə arayışı təqdim etməsi ilə razılaşırlar.

5. Birinci tərəfə aid olan İddiaçı1 təsdiq və qəbul edir ki: 5.1. Birinci tərəf İddiaçı2 ilə bağlanmış 01 may 2017-ci il tarixli müqavilə əsasən Birinci tərəfə təhvil verilmiş Nəsimi rayonu, M.Qasımov 8 ünvanda yerləşən yaşayış binasının 3cü mərtəbəsində yerləşən 2 otaqlı, 80 kv.m sahəsi olan 2 saylı mənzilin İkinci tərəfə qaytarılması və onun əvəzində Birinci tərəfə Nəsimi rayonu, M.Qasımov 8 ünvanda yerləşən yaşayış binasmın 7-ci mərtəbəsində 123 kv.m sahəsi olan 36 nömrəli mənzilin qəbul edilməsi ilə razılaşır. 5.2. İkinci tərəfə qüsurlu təqdim edilmiş 20 kv.m sahənin əvəzi olan (20 x 3000=60000) 60000 manat məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, İddiaçı1 mənzilinin sahəsində daxil olaraq, mənzilin layihəsini kobut surətdə pozaraq inşa olunmuş qonşu mənzilin sanitar qovşağının Cavabdeh MMC tərəfindən onun hesabına sökülməsi barədə iddia tələbindən imtina edir.

6. Tərəflər bu Sazişin 1-ci bəndində göstərilmiş iddia tələbi üzrə sonradan biri digərinə qarşı hər hansı iddia qaldırmayacaqlarını öz öhdələrinə götürürlər.

7. X1, birbaşa müəyyən olunub-olunmamasından asılı olmayaraq, Tərəflər vicdanla və ləngitmədən bu Saziş üzrə öhdəliklərini və üzərlərinə götürdükləri vəzifələri yerinə yetirmək üçün zəruri olan bütün hərəkətləri həyata keçirəcək, müraciətləri, ərizələri və digər sənədləri tərtib edəcək göndərəcək vəya imzalayacaqlar.

8. X2 bağlanması, imzalanması və icrası ilə əlaqədar bütün zəruri hərəkətləri Tərəflərin özləri və ya etibarnamə üzrə nümayəndələri həyata keçirə bilərlər.

9. X3 imzalandığı və məhkəmə tərəfindən qərardadla təsdiq edildiyi andan qüvvəyə minir.

10. Tərəflər bəyan və təsdiq edilər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu ilə tanışdırlar, X3 qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, bu Sazişlə həll edilən mübahisələr üzrə gələcəkdə biri digərinə qarşı iddia qaldırmaq hüququnu itirdiklərini bilir və barışığın hüquqi nəticələri onlara tam aydındır.

11. Bu Saziş Azərbaycan dilində 3 (üç) autentik nüsxədə tərtib olundu, imzalandı və hərəsində bir nüsxə olmaqla Tərəflərdə və ya onların nümayəndələrində və Məhkəmədə saxlanıldı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinin tələbinə görə, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinin tələbinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehlərin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdehlər və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehlərin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehlərin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261, 262, 263-264, 267-269-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

İddiaçılar Hümbətov Sahı̇ b Cəməddı̇ n oğlu və İddiaçı2 ilə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə2 arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1. İkinci tərəf təsdiq və qəbul edir ki: 1.1. İkinci tərəf (cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə2) Birinci tərəf İddiaçı2 ilə bağlanmış 01 may 2017-ci il tarixli müqaviləyə əsasən Birinci tərəfə təhvil verilmiş Nəsimi rayonu, M.Qasımov 8 ünvanda yerləşən yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 80 kv.m sahəsi olan 2 saylı mənzili geri götürür və onun əvəzinə Birinci tərəfə Nəsimi rayonu, M.Qasımov 8 ünvanda yerləşən yaşayış binasının 7ci mərtəbəsində 123 kv.m sahəsi olan 36 nömrəli mənzili heç bir ödəniş olmadan təqdim edir. 1.2. Nəsimi rayonu, M.Qasımov 8 ünvanda yerləşən yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 80 kv.m sahəsi olan 2 saylı mənzilə dair maliyyə arayışı yeni təhvil verilən Nəsimi rayonu, M.Qasımov 8 ünvanda yerləşən yaşayış binasının 7-ci mərtəbəsində 12 kv.m sahəsi olan 36 nömrəli mənzilə aid edir.

2. Birinci tərəfə aid olan İddiaçı2 təsdiq və qəbul edir ki: 2.1. İkinci tərəf Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı2 arasında bağlanmış 01 may 2017-ci il tarixli müqavilə əsasən Birinci tərəfə təhvil verilmiş Nəsimi rayonu, M.Qasımov 8 ünvanda yerləşən yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 7-ci mərtəbəsində 123 kv.m sahəsi olan 36 nömrəli mənzili qəbul edir. 2.2. Birinci tərəf Nəsimi rayonu, M.Qasımov 8 ünvanda yerləşən yaşayış binasının 3cü mərtəbəsində yerləşən 2 otaqlı, 80 kv.m sahəsi olan 2 saylı mənzili bu Saziş imzalandıqdan sonra 1 (bir) müddətində öz hesabına tam boşaltmağı və təhvil-təslim aktına əsasən İkinci tərəfə təhvil verməyi öhdəsinə götürür. 2.3. İkinci tərəfə qarşı qüsurlu təhvil verilmiş 6 kv.m sahənin əvəzi olan (6 X 3000=18000) 18000 (on səkkiz min) manat məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilməsi, İddiaçı2 təhvil verilmiş mənzilin çölə baxan pəncərə və eyvanının qarşısında tikilmiş qanunsuz konstruksiyanın Cavabdeh MMC tərəfindən onun hesabına sökülməsi barədə iddia tələbindən tam şəkildə imtina edir.

3. Tərəflər 01 may 2017-ci il tarixli müqaviləyə aşağıdakı dəyişiklər etməyə razılaşırlar: Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan Cavabdeh MMC, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli № 86 saylı qərarına əsasən Nəsimi rayonu, M.Qasımov 8 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan ona məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 34 kv.m mənzilin” sözlərindən sonrakı sözlər çıxarılsın və aşağıdakı sözlər əlavə edilsin: “əvəzinə Nəsimi rayonu, M.Qasımov 8 ünvanında yerləşən yaşayış binasının 7-ci mərtəbəsində 123 kv.m sahəsi olan 36 nömrəli mənzili Mülkiyyətçiyə verməyi öhdəsinə götürür”.

4. Tərəflər 36 nömrəli mənzilə görə Birinci tərəfin heç bir borcu olmadığına dair İkinci tərəfin maliyyə arayışı təqdim etməsi ilə razılaşırlar.

5. Birinci tərəfə aid olan İddiaçı1 təsdiq və qəbul edir ki: 5.1. Birinci tərəf İddiaçı2 ilə bağlanmış 01 may 2017-ci il tarixli müqavilə əsasən Birinci tərəfə təhvil verilmiş Nəsimi rayonu, M.Qasımov 8 ünvanda yerləşən yaşayış binasının 3cü mərtəbəsində yerləşən 2 otaqlı, 80 kv.m sahəsi olan 2 saylı mənzilin İkinci tərəfə qaytarılması və onun əvəzində Birinci tərəfə Nəsimi rayonu, M.Qasımov 8 ünvanda yerləşən yaşayış binasmın 7-ci mərtəbəsində 123 kv.m sahəsi olan 36 nömrəli mənzilin qəbul edilməsi ilə razılaşır. 5.2. İkinci tərəfə qüsurlu təqdim edilmiş 20 kv.m sahənin əvəzi olan (20 x 3000=60000) 60000 manat məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, İddiaçı1 mənzilinin sahəsində daxil olaraq, mənzilin layihəsini kobut surətdə pozaraq inşa olunmuş qonşu mənzilin sanitar qovşağının Cavabdeh MMC tərəfindən onun hesabına sökülməsi barədə iddia tələbindən imtina edir.

6. Tərəflər bu Sazişin 1-ci bəndində göstərilmiş iddia tələbi üzrə sonradan biri digərinə qarşı hər hansı iddia qaldırmayacaqlarını öz öhdələrinə götürürlər.

7. X1, birbaşa müəyyən olunub-olunmamasından asılı olmayaraq, Tərəflər vicdanla və ləngitmədən bu Saziş üzrə öhdəliklərini və üzərlərinə götürdükləri vəzifələri yerinə yetirmək üçün zəruri olan bütün hərəkətləri həyata keçirəcək, müraciətləri, ərizələri və digər sənədləri tərtib edəcək göndərəcək vəya imzalayacaqlar.

8. X2 bağlanması, imzalanması və icrası ilə əlaqədar bütün zəruri hərəkətləri Tərəflərin özləri və ya etibarnamə üzrə nümayəndələri həyata keçirə bilərlər.

9. X3 imzalandığı və məhkəmə tərəfindən qərardadla təsdiq edildiyi andan qüvvəyə minir.

10. Tərəflər bəyan və təsdiq edilər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu ilə tanışdırlar, X3 qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, bu Sazişlə həll edilən mübahisələr üzrə gələcəkdə biri digərinə qarşı iddia qaldırmaq hüququnu itirdiklərini bilir və barışığın hüquqi nəticələri onlara tam aydındır.

11. Bu Saziş Azərbaycan dilində 3 (üç) autentik nüsxədə tərtib olundu, imzalandı və hərəsində bir nüsxə olmaqla Tərəflərdə və ya onların nümayəndələrində və Məhkəmədə saxlanıldı. İddiaçılar Hümbətov Sahı̇ b Cəməddı̇ n oğlunun və İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı “qanunsuz tikilinin sökülməsi və pul” tələbinə dair iddia ərizəsi ilə bağlı e-2(006)- 3066/2024 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar