Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3095/2023 25.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, və İddiaçı1, ilkin iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 vəkilinümayəndəsi Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın vəkilinümayəndəsi Vəkil2 iştirakları ilə İlkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı «mənzillərin təhvil verilməsi və s.» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTKnın qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ilkin iddia üzrə Cavabdehnə qarşı «müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən cavabdeh şirkət tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 12 (on iki) mərtəbəli yaşayış kompleksində “A” bloku, 3cü mərtəbədə ümumi sahəsi 78,6 kv.m olan 2 otaqlı 2 saylı və ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 2A saylı mənzillərin tam təmirli şəkildə sahiblik və istifadələrinə verilməsi, eləcə də həmin mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulmasına, həmçinin Cavabdeh MTK-dən vurulmuş mənəvi zərərə görə 4000 (dörd min) manatın tutularaq İddiaçı2, 4000 (dörd min) manatın isə tutularaq İddiaçı1 ödənilməsinə, eləcə də dövlət rüsumu kimi ödənilmiş 100 manatın cavabdehdən tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə Cavabdeh MTK arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 20 dekabr 2014-cü il tarixli Sərəncamına əsasən iddiaçıların paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 83,75 kv.m-dən ibarət mənzilin sökülərək, əvəzinə ünvan 3 ünvanında inşa edəcəyi 12 (on iki) mərtəbəli yaşayış kompleksində “A” bloku, 3-cü mərtəbədə ümumi sahəsi 78,6 kv.m olan 2 otaqlı 2 saylı və ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 2A saylı mənzilləri tam təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırda qeyd olunan ünvanda inşa edilmiş yaşayış kompleksindəki mənzillər sakinlərə təhvil verilir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, təhvil verməli olduğu mənzilləri bugünədək iddiaçılara təhvil verməmişdir. İddiaçılar tərəfindən 06 iyun 2023-cü il tarixli pretenziya ilə cavabdeh şirkətə müraciət edilərək, aralarında bağlanmış müqavilənin şərtlərinə riayət edilməklə cavabdeh tərəfindən ünvan 3 ünvanında inşa edilmiş 12 (on iki) mərtəbəli yaşayış kompleksində “A” bloku, 3cü mərtəbədə ümumi sahəsi 78,6 kv.m olan 2 otaqlı 2 saylı və ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 2A saylı mənzillərin tam təmirli şəkildə 05 (beş) gün ərzində onlara təhvil verilməsi, eləcə də həmin mənzillərin açarlarının təqdim edilməsinin təmin edilməsi təklif edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları bildirilmişdir Lakin iddiaçıların müraciətinə hər hansı bir cavab verilməmişdir. Qeyd olunanlara əsasən iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən şirkət tərəfindən ünvan 3 ünvanında inşa edilmiş 12 (on iki) mərtəbəli yaşayış kompleksində “A” bloku, 3-cü mərtəbədə ümumi sahəsi 78,6 kv.m olan 2 otaqlı 2 saylı və ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 2A saylı mənzillərin tam təmirli şəkildə iddiaçıların sahiblik və istifadəmizə verilməsi, eləcə də həmin mənzillərin açarlarının onlara təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulmasına dair qətnamə qəbul edilməlidir. Cavabdeh iddiaçılara məxsus mənzilləri sökərək, yerində tikəcəyi çoxmərtəbəli yaşayış binasından müqavilədə nəzərdə tutulmuş mənzilləri onların sahiblik və istifadəsinə verməyi öhdəsinə götürsə də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bunun nəticəsində iddiaçılar uzun müddətdir ki, kirayələrdə yaşamağa məcbur olmuşlar. İddiaçı2 və İddiaçı1 dəfələrlə MTK-nın ofisinə gedərək, hüquqlarının təmin edilməsi xahiş edilsə də, heç bir nəticəsi olmamışdır. İddiaçıların himayəsində anadangəlmə birinci qrup əlil olan X5 vardır ki, o, xüsusi qulluq tələb edir. Lakin iddiaçıların məhdud şəraitli kirayə mənzildə yaşamaları Ramella Rəhimovaya göstərilməli olan qulluğu da çətinləşdirmişdir. Cavabdeh MTK-nın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, iddiaçıların hüquqlarının müdafiəsi üçün məcbur olub məhkəməyə müraciət etmələri, ağır maddi vəziyyətə düşmələri, anadangəlmə əlil olan Ramella Rəhimovaya göstərilməli olan xüsusi qulluğun çətinləşməsi, bunun nəticəsində də onun əziyyət çəkməsi və s. onların psixikasına çox böyük mənfi təsir göstərmiş, onların özünə etdikləri hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. İddiaçılar cavabdeh tərəfindən vurulmuş mənəvi ziyanı simvolik olaraq 8.000 manat məbləğində qiymətləndirir və həmin məbləğin 4000 (dörd min) manatı cavabdehdən tutularaq İddiaçı2, 4000 (dörd min) manatı isə İddiaçı1 ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40.000 manat məbləğində pulun, habelə qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 210 manat məbləğində pulun İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər arasında olan qarşılıqlı münasibətlər, müqavilədən kənar aparılan danışıqlar, əldə olunan razılaşmalar, imzalanmış sənədlər olduğu kimi iddia ərizəsində göstərilməmişdir. Belə ki, Nəsimi Rayon İcra Hakimiyyətininin 614 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı ilə Cavabdeh MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, 741ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində çoxmənzilli yaşayış binalarının tikintisinə icazə verilmişdir. Həmin yaşayış kompleksinin inşa edilməsi məqsədilə, qeyd olunan ərazidə mövcud olan yaşayış evlərinin sökülməsi ilə bağlı Cavabdeh MTK və yaşayış sahələrinin mülkiyyətçiləri arasında razılaşmalar əldə olunmuş və müqavilələr bağlanmışdır. Sözügedən müqavilələrdən biri də (14004/2021 nömrəli, xx.xx.2021-ci il tarixli) ilk iddia üzrə birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən və paylı mülkiyyət hüququ əsasında İddiaçı2 və İddiaçı1 məxsus olan, ümumi sahəsi 83,75 kv.m-dən ibarət 9 saylı mənzilin sökülərək, əvəzinə ünvan 4 ünvanda inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində “A” blokun 3cü mərtəbəsində ümumi sahəsi 78,6 kv.m-dən ibarət 2 otaqlı 2 saylı və ümumi sahəsi 79,2 kv.mdən ibarət 2 otaqlı 2A saylı mənzilləri tam təmir olunaraq İddiaçı2 və İddiaçı1 təhvil verilməsini Cavabdeh MTK öz üzərinə götürmüşdür. Mənzillərin ümumi tikinti sahəsi 157,8 kv.m təşkil edir (maddə 1.3). Yaşayış sahələrinin sökülməsindən sonra yeni yaşayış binaları tikilərək, təmirli vəziyyətdə təhvil verilənədək İddiaçı2 və İddiaçı1 kirayə edilmiş mənzil üçün aylıq kirayə haqqını ödəməyi Cavabdeh MTK üzərinə götürmüşdür (maddə 1.2). Sözügedən ərazidə söküntüyə məruz qalmış yaşayış sahələrinin mülkiyyətçilərinə MTK tərəfindən 250-300 manat civarında aylıq kirayə haqqının ödənilməsi barədə razılaşma əldə olunmuşdur. Hazırki iş üzrə tərəflər arasında razılaşdırılmış aylıq kirayə haqqı isə 300 manat təşkil etmişdir. Daha sonra İddiaçı2 və İddiaçı1 Cavabdeh MTK-ya müraciət edərək, “Əvəzləşdirmə müqaviləsi” üzrə onlara təhvil verilməsi nəzərdə tutulmuş 2 mənzilin ölçülərinin müqavilədə qeyd olunduğundan daha az olmasını, bunun əvəzinə isə onlara nağd şəkildə 40.000 manat məbləğində pulun verilməsini xahiş etmişlər. Cavabdeh MTK isə İddiaçı2 və İddiaçı1 bu təklifi ilə razılaşmışdır. Bu məqsədlə İddiaçı2 və İddiaçı1 yazılı şəkildə tərtib olunmuş ərizəyə imza edərək, ərizəni Cavabdeh MTK-ya təqdim etmişlər. Həmin ərizənin məzmunu belədir: “Azərbaycan Respublikasının qanunları və öz nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh MTK ilə onların aramızda sözügedən şirkət tərəfindən bizə paylı mülkiyyət əsasında məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi ünvanında yerləşən ev 29, 9 saylı mənzilin sökülməsi müqabilində inşa ediləcək çoxmənzilli yaşayış binasında yeni mənzillər veriləcəyinə dair Əvəzləşdirmə müqaviləsinin olduğunu təsdiq edirik. Yaşayış binasının istifadə üçün təhvil veriləcəyi vaxtadək bizə verilməli olan kirayə pulundan imtina edirik, qismən də mənzilin kvadratura ölçülərinə görə təşkil edən məbləği qəbul edirik və gələcəkdə bizim tərəfimizdən buna dair heç bir iddia qaldırmayacağına dair təminat veririk. Cavabdeh MTK tərəfindən bu məqsədlə bizə 40.000 (qırx min) AZN ödənildiyini təsdiq edirik”. Qeyd olunan ərizə İddiaçı2 və İddiaçı1 tərəfindən imzalanmış və İddiaçı1 öz xətti ilə “Atamla mən özümüz qol çəkdik heç bir təzyiq olmadan” cümlə əlavə etmişdir. Qeyd olunan məzmunda ərizə verildikdən sonra Cavabdeh MTK öz növbəsində 40.000 manatı xx.xx.2021-ci il tarixdə bank vasitəsi ilə İddiaçı2 ödəmişdir. Həmin vaxtdan bu günədək tərəflər arasında yeni razılaşma ilə bağlı hər hansı narazılıq, tələb olmamışdır. Hazırda Cavabdeh MTK tərəfindən ünvan 4 ünvanında 12 mərtəbəli yaşayış kompleksinin inşası başa çatdırılmışdır. Cavabdeh MTK-nın tərəf olğudu müqavilələr üzrə mənzillərin təhvil-təslimi həyata keçirilir. Lakin İddiaçı2 və İddiaçı1 xx.xx.2021-ci il tarixdə əldə olunmuş razılaşmanın şərtlərini pozaraq, məhkəmədə iddia qaldırmaqla Cavabdeh MTK-dan xx.xx.2021-ci il tarixli müqavilədə qeyd olunan ümumi sahəsi 157,8 kv.m ölçüdə iki mənzili tələb edirlər. Halbuki, həmin tələb əsassızdır. Çünki artıq qeyd olunduğu kimi, İddiaçı2 və İddiaçı1 yazılı formada ərizə ilə Cavabdeh MTK-ya müraciət edərək, onlara daha aşağı ölçüdə mənzillərin təhvil verilməsini və bunun müqabilində onlara nağd şəkildə 40.000 manat pulun verilməsini xahiş etmişlər. Cavabdeh MTK həmin 40.000 manat məbləğində pulu bank vasitəsi ilə İddiaçı2 adına köçürtmüş, sonuncu isə bu vəsaiti qəbul etmişdir. Cavabdeh MTK, İddiaçı2 və İddiaçı1 arasında bağlanmış müqavilənin 2.1-ci maddəsinə görə, ümumi tikinti sahəsinə arakəsmə divarlar, pilləkən qəfəsi daxil edilmişdir. Müqavilənin qeyd olunan şərti (yəni mənzilin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin, eyvanların yerləşdiyi sahələr nəzərə alınmaqla hesablandıqda), hazırda MTK-nın təqdim etdiyi mənzillərin sahələri elə müqavilədə göstərilmiş ölçülərə uyğundur. Lakin İddiaçı2 və İddiaçı1 nə müqavilənin qeyd olunan şərtini, nə MTK-dan 40.000 manat aldıqlarına əhəmiyyət vermədən, mənzilin ölçülərini, bayır və ara divarlarının, habelə məhəccərlərin, eyvanların yerləşdiyi sahələr nəzərə alınmadan, ölçüləri 78,6 kv.m və 79.2 kv.m təşkil edən mənzillər tələb edirlər. Hazırda xx.xx.2023-cü il tarixdə İddiaçı2 və İddiaçı1, tərəflər arasında əldə olunmuş razılaşmanı pozaraq, ümumi sahəsi 157,8 kv.m ölçüdə iki mənzil tələb etdiklərindən hesab olunmalıdır ki, 40.000 manat məbləğində pulun İddiaçı2 və İddiaçı1 qalmasına da heç bir əsas qalmır. Yəni Cavabdeh MTK-ya məxsus 40.000 manat pul İddiaçı2 və İddiaçı1 əsassız qalmaqla, sonuncular MTK-ya münasibətdə əsassız varlanan şəxslər hesab edilirlər. İddiaçı2 və İddiaçı1 MTK-dan aldıqları pulla əsassız varlanmışlar. MTK-nın 40.000 manat pulunu, yəni mülkiyyətini əsassız olaraq mənimsəmişlər. İddiaçı2 və İddiaçı1 Cavabdeh MTK-ya münasibətdə əsassız varlanmış şəxslər olduqları üçün onlar 40.000 manat məbləğində pulu MTKya qaytarmalıdır. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 vəkili-nümayəndəsi Nümayəndə qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək, qarşılıqlı iddianın əsassız olması səbəbindən bütünlüklə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçı qarşılıqlı iddiasını əsaslandırmamış və mübahisənin həqiqi hallarını təhrif etməklə əsassız tələblər irəli sürmüşdür. Qarşılıqlı iddia tələbi tamamilə əsassız olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddia ərizəsində qeyd edildiyi kimi ödənilməli olan kirayə haqqının məbləği 300 manat deyil, İddiaçı1 münasibətdə 500 manat və İddiaçı2 münasibətdə isə 600 manat müəyyən edilmişdir. Həmçinin, qarşılıqlı iddia ərizəsində istinad edildiyi kimi hər hansı bir “Əvəzləşdirmə müqaviləsi” mövcud deyildir. Eləcə də, İddiaçı2 və İddiaçı1 tərəfindən hər hansı bir ərizə ilə Cavabdeh MTK-ya müraciət edilməmiş, qeyd olunan məzmunlu hər hansı bir ərizə imzalanmamışdır. Qarşılıqlı iddia ərizəsində qeyd edilmiş qarşılıqlı iddiaçıların kirayə pulundan imtina etmələri ilə bağlı fikirlər də əsassızdır. Həmçinin İddiaçı2 və İddiaçı1 ödənilmiş 40.000 (qırx min) manatın guya onlara təhvil verilməsi nəzərdə tutulmuş 2 mənzilin ölçülərinin müqavilədə qeyd olunduğundan daha az olmasını qəbul etmələri ilə bağlı olması barədə qeyd olunmuş fikirlər də həqiqətə uyğun deyildir. Ödənilmiş 40.000 (qırx min) manat 2 il ərzində İddiaçı2 və İddiaçı1 ödənilməli olan kirayə haqqı məbləği və paylı mülkiyyətlərində olan daşınmaz əmlakın sökülməsinə razılıq vermələri ilə bağlı olmuşdur. Qarşılıqlı iddiaçının əsassız varlanma ilə bağlı normalara istinad edərək, ödənilmiş 40.000 (qırx min) manatın geri qaytarılması barədə irəli sürdüyü tələb tamamilə əsassızdır. İlkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh MTK tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizənin etibarsız hesab edilməsinə, Cavabdeh MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən cavabdeh şirkət tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 12 (on iki) mərtəbəli yaşayış kompleksində “A” bloku, 3cü mərtəbədə ümumi sahəsi 78,6 kv.m olan 2 otaqlı 2 saylı və ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 2A saylı mənzillərin tam təmirli şəkildə onların sahiblik və istifadələrinə verilməsi, eləcə də həmin mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulmasına, həmçinin Cavabdeh MTK-dan vurulmuş mənəvi zərərə görə 4000 (dörd min) manatın tutularaq İddiaçı2, 4000 (dörd min) manatın isə tutularaq İddiaçı1 ödənilməsinə, eləcə də dövlət rüsumu kimi ödənilmiş 100 manatın cavabdehdən tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İlkin iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçılar qeyd olunan ərizəni imzalamamış, eləcə də MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən onlara ödənilmiş kirayə haqlarından imtina etməmişlər. Lakin həmin ərizəni imzalamış olsalar belə, hansı şəraitdə imzaladıqları onlara məlum deyil, eləcə də ərizənin məzmunu barədə hər hansı bir məlumatları olmamışdır. Adi məntiqlə də məlumdur ki, heç bir kəs illərlə yaşadığı evin sökülərək əvəzində ona mənzil verilənədək almalı olduğu kirayə haqqından heç bir halda imtina etməz. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizə mülki qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyindən, eləcə də həmin ərizənin hər hansı bir hüquqi qüvvəsi olmadığından etibarsız hesab edilməlidir. Tərəflər arasında bağlanmış müqavilə ilə də müəyyən edilmişdir ki, onlara ödənilmiş məbləğin böyük bir hissəsi kirayə haqqı məbləğidir. Həmçinin, onlara ödənilmiş məbləğin müəyyənləşdirilməsi zamanı öhdələrində olan anadangəlmə birinci qrup əlil X5 da nəzərə alınmışdır. Buna baxmayaraq, ərizədə guya onların kirayə haqqından imtina etdikləri qeyd edilmişdir. Göründüyü kimi, əvvəla ərizədə qeyd olunanlar tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə ziddir. İkincisi isə tamamilə absurd olmaqla, heç bir məntiqə, sağlam düşüncəyə sığmır. Digər tərəfdən məlumdur ki, ərizə adətən kiməsə ünvanlanır, hazırkı halda sözügedən ərizə heç kimə ünvanlanmamışdır, həmin ərizə heç bir halda tərəflər arasında bağlanmış müqavilə şərtlərinin dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən iddia tələbi onlar tərəfindən dəqiqləşdirilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkili-nümayəndəsi Nümayəndə ilkin iddianı müdafiə edib, ilkin iddia ərizəsi və ona əlavənin məzmununa uyğun çıxış edərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil2 ilkin iddianı “ərizənin etibarsız hesab edilməsi” hissəsində qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edib, ilkin iddianın “mənzillərin təhvil verilməsi” hissəsində təmin ediləcəyi təqdirdə, qarşılıqlı iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3095/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbinin “ərizənin etibarsız hesab edilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi Sosial Ekspert Komissiyasının TSE-01 seriyalı 607012 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü X5 ümumi xəstəlik səbəbindən müddətsiz birinci qrup əlildir, kənar şəxsin qulluğuna ehtiyacı var. Nəsimi rayonu ƏSMM tərəfindən xx.xx.2015-ci ildə verilmiş 039337 nömrəli vəsiqədən görünür ki, X5 birinci qrup əlildir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan (Seriya: RX, № 0939048) görünür ki, ünvan 2 (reyestr nömrəsi: **********05-05101-093005) paylı mülkiyyət hüququ üzrə 2 otaq (ü/s – 50.45 kv.m, y/s – 31.5 kv.m) İddiaçı2, 1 otaq (ü/s – 33.3 kv.m, y/s – 16.5 kv.m) (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrində 1331 nömrəli reyestr kitabının 121582 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır. “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş bank rekvizitlərindən görünür ki, AZ04İBAZ******************** nömrəli bank hesabı İddiaçı2 məxsusdur. Cavabdeh MTK (Tərəf 1) ilə İddiaçı2 (Tərəf 2) və İddiaçı1 (Tərəf 2) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, M004/2021 nömrəli müqavilənin: 1.1-ci bəndindən görünür ki, “Tərəf 1” Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin həyata keçirilməsi və “Tərəf 2” isə mülkiyyətində olan mənzilin boşaltdırılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının əvəzləşməsi barədə razılığa gəlmişlər. 1.2-ci bəndində qeyd edilmişdir ki, “Tərəf 1” Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli Sərəncamına əsasən ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək və tam təmir edilib, təhvil verilənədək “Tərəf 2”yə kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün aylıq (təqdim edilmiş bank kartı əsasında) kirayə haqqını ödəyir. “Tərəf 2” “Tərəf 1”dən ödəniləcək kirayə haqqının nağd şəkildə aldığı səbəbindən sözügedən kirayə haqqı ona ödənilmişdir və yeni yaşayış binası tikilənədək, tam təmir edilib, təhvil verilənədək “Tərəf 2”yə ödənilməyəcəkdir. 1.3-cü bəndindən görünür ki, “Tərəf 1” Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli Sərəncamına və “Tərəf 2”-nin razılığına əsasən ******* nömrəli, Seriya RX, **********05-05101-093005 reyestr nömrəli olan xx.xx.2016-cı il qeydiyyat tarixli Çıxarışa əsasən onların paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 83.75 kv.m ibarət mənzilin sökülərək, əvəzinə ünvan 1 ünvanında inşa ediləcək 12 (on iki) mərtəbəli yaşayış kompleksində “A” bloku, 3-cü mərtəbədə:
1. ümumi sahəsi 78.6 kv.m-dən ibarət 2 otaqlı 2 saylı;
2. ümumi sahəsi 79.2 kv.m-dən ibarət 2 otaqlı 2A saylı mənzilləri tam təmir edib təhvil verməyi öz üzərinə götürür. ünvan 1 ünvanında inşa ediləcək 12 (on iki) mərtəbəli yaşayış kompleksində “Tərəf 1”in “Tərəf 2”yə verəcəyi mənzillərin ümumi tikinti sahəsi 157.8 kv.m təşkil edir. 1.4-cü bəndində göstərilmişdir ki, “Tərəf 2”nin əldə etdiyi yaşayış sahəsinin yerləşdiyi binanın idarə olunması, nəzarətdə saxlanılması və ona texniki xidmətlərin göstərilməsi “Tərəf 1” tərəfindən və ya “Tərəf 1”in təyin etdiyi digər şirkətlər tərəfindən həyata keçirilir, mənzil təhvil verildikdən sonra xidmət müqaviləsi imzalanır və kommunal haqqı ödənilir. 2.1-ci bəndindən görünür ki, müqavilədə qeyd edilən mənzilin sökülərək, əvəzinə yeni inşa ediləcək yaşayış binasında təmirli mənzilin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 86 saylı Qərarı və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014cü il tarixli Sərəncamı ilə tənzimləndiyindən dəyişdirilmiş mənzillərin dəyəri bir-birinə bərabər tutulur. Ümumi tikinti sahəsinə arakəsmə divarlar, pilləkən qəfəsi daxil edilir. 7.2-7.3-cü bəndlərində qeyd edilmişdir ki, müqaviləyə edilən əlavə və dəyişikliklər yalnız yazılı formada tərtib edildikdə və hər iki tərəf imzaladıqdan sonra hüquqi qüvvəyə malik olur. Müqaviləyə edilən bütün əlavə və dəyişikliklər müqavilənin tərkib hissəsinə çevrilən “müqaviləyə əlavə” ilə rəsmiləşdirilir. Müqavilədə “atamla mən özümüz qol çəkdik, heç bir təzyiq olmadan” qeydi qoyulmuşdur. İddiaçı2 və İddiaçı1 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh MTK ilə aralarında paylı mülkiyyət əsasında onlara məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi ünvanında yerləşən ev 29, 9 saylı mənzilin sökülməsi müqabilində inşa ediləcək çoxmənzilli yaşayış binasında yeni mənzillər veriləcəyinə dair Əvəzləşmə müqaviləsinin olduğunu təsdiq edirlər. Yaşayış binasının istifadə üçün təhvil veriləcəyi vaxtadək onlara verilməli olan kirayə pulundan imtina edirlər, qismən də mənzilin kvadratura ölçülərinə görə təşkil edən məbləği qəbul edirlər və gələcəkdə onlar tərəfindən buna dair heç bir iddia qaldırmayacağına dair təminat verirlər. Cavabdeh MTK tərəfindən bu məqsədlə onlara 40.000 (qırx min) AZN ödənildiyini təsdiq edirlər. Ərizədə “atamla mən özümüz qol çəkdik, heç bir təzyiq olmadan” qeydi qoyulmuşdur; xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı2 məxsus AZ04İBAZ******************** nömrəli bank hesabına “müqaviləyə əsasən yeni müqavilə bağlamaq üçün ödəniş edilir” təyinatı ilə 40.000 manat məbləğində pul köçürülmüşdür. İddiaçı2 və İddiaçı1 tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, onlar aralarında olan müqavilənin icra edilməsini MTK-dan xahiş etmiş, əks halda mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqlarını bildirmişlər. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı2 tərəfindən iddia ərizəsinin verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh MTK tərəfindən iddia ərizəsinin verilməsinə görə 210 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli cavab məktublarından görünür ki, ünvan 2 ünvanı ilkin olaraq Nəsimi rayon İcra Hakimiyyətinin 2058/2 saylı, xx.xx.1993-cü il tarixli sərəncamına, xx.xx.1993-cü il tarixli müqaviləyə əsasən xx.xx.1994-cü il tarixdə İddiaçı2 adına ilkin qeydiyyata alınmışdır, lakin həmin mənzilin 1 otaq (ü/s – 33.3 kv.m, y/s – 16.5 kv.m) olan hissəsi Bakı şəhəri 13 saylı DNK-nın 4ə-159 reyestr nömrəli xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı1 adına, yerdə qalan 2 otaq (ü/s – 50.45 kv.m, y/s – 31.5 kv.m) təşkil edən hissə isə İddiaçı2 adına dövlət qeydiyyatına alınmışdır. Mənzilə aid arxiv sənədlərinin təsdiq edilmiş surəti məktuba əlavə edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə tam, obyektiv və hərtərəfli tədqiqat aparılması məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2023-cü il tarixli 4/1433 nömrəli ekspert rəyindən görünür ki:
1. Ekspertizaya təqdim edilmiş, mülki işin 84-cü vərəqində olan xx.xx.2021-ci il tarixli ərizədə “1. İmza:” qrafasındakı imza - İddiaçı2 tərəfindən icra olunmuşdur;
2. Ekspertizaya təqdim edilmiş, mülki işin 84-cü vərəqində olan xx.xx.2021-ci il tarixli ərizədə “2. İmza:” və “Tarix:” qrafalarındakı imza – İddiaçı1 tərəfindən icra olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 126 (bir yüz iyirmi altı) manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh MTK ilə İddiaçı2 və İddiaçı1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, M004/2021 nömrəli müqavilə ilə bağlı qeydin olduğu müqavilələrin qeydiyyatı jurnalından təsdiq edilmiş çıxarışın, Cavabdeh MTK ilə digər şəxslər arasında bağlanmış analoji müqavilələrin təqdim edilməsinin Cavabdeh MTK-dan tələb edilmişdir. Cavabdeh MTK tərəfindən təqdim edilmiş arayışdan görünür ki, MTK tərəfindən mənzillərin və qeyri-yaşayış sahələrinin satışı ilə bağlı bağlanmış müqavilələrin qeydiyyat kitabı yoxdur. Müqavilələrin qeydiyyatı və sisemləşdirilməsi yalnız kompyuter vasitəsi ilə aparılır. Odur ki, Cavabdeh MTK ilə İddiaçı2 və İddiaçı1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, M004/2021 nömrəli müqavilənin qeydiyyatının aparılması ilə bağlı çıxarış məhkəməyə təqdim olunur. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 9 nömrəli mənzil xx.xx.1994-cü ildən İddiaçı2 məxsus olmuş, xx.xx.2016-cı il tarixdə mənzilin 1 otağı onun tərəfindən İddiaçı1 bağışlanmış, beləliklə, mənzil xx.xx.2016-cı ildən paylı mülkiyyət hüququ əsasında İddiaçı2 və İddiaçı1 mülkiyyətində olmuşdur. Onlarla Cavabdeh MTK arasında xx.xx.2021-ci ildə bağlanmış M004/2021 nömrəli müqaviləyə görə, onlar ümumi sahəsi 83.75 kv.m təşkil edən həmin mənzilin sökülməsinə və əvəzində ünvan 1 ünvanında Cavabdeh MTK tərəfindən inşa ediləcək 12 (on iki) mərtəbəli yaşayış kompleksində “A” bloku, 3-cü mərtəbədə ümumi sahəsi 78.6 kv.m-dən ibarət 2 otaqlı 2 saylı və ümumi sahəsi 79.2 kv.m-dən ibarət 2 otaqlı 2A saylı mənzillərin (ümumi tikinti sahəsi 157.8 kv.m) tam təmir edilib təhvil verilməsinə razılıq vermişlər. Müqavilədə göstərilmişdir ki, yeni yaşayış binası tikilib, tam təmir edilib təhvil verilənədək ödəniləcək kirayə haqqı onlara birdəfəlik ödənildiyindən, MTK tərəfindən onlara aylıq kirayə ödənişləri həyata keçirilməyəcəkdir. Müqavilə ilə müəyyən edilmişdir ki, dəyişdirilmiş mənzillərin dəyəri bir-birinə bərabər tutulur. Tərəflər müqaviləyə edilən əlavə və dəyişikliklərin yalnız yazılı formada tərtib edildikdə və hər iki tərəf imzaladıqdan sonra hüquqi qüvvəyə malik olması, müqaviləyə edilən bütün əlavə və dəyişikliklərin müqavilənin tərkib hissəsinə çevrilən “müqaviləyə əlavə” ilə rəsmiləşdirilməsi barədə razılığa gəlmiş, İddiaçı1 tərəfindən müqavilədə “atamla mən özümüz qol çəkdik, heç bir təzyiq olmadan” qeydi qoyulmuşdur. Bundan sonra – xx.xx.2021-ci il tarixdə İddiaçı2 və İddiaçı1 Cavabdeh MTK-ya ərizə ilə müraciət edərək, yaşayış binasının istifadə üçün təhvil veriləcəyi vaxtadək onlara verilməli olan kirayə pulundan imtina etdiklərini, qismən də mənzilin kvadratura ölçülərinə görə təşkil edən məbləği qəbul etdiklərini və gələcəkdə onlar tərəfindən buna dair heç bir iddia qaldırılmayacağına dair təminat vermələrini bildirmiş, Cavabdeh MTK tərəfindən bu məqsədlə onlara 40.000 manat ödənildiyini təsdiq etmişlər. Ərizədə də İddiaçı1 tərəfindən “atamla mən özümüz qol çəkdik, heç bir təzyiq olmadan” qeydi qoyulmuşdur. Həmin tarixdə İddiaçı2 məxsus AZ04İBAZ******************** nömrəli bank hesabına “müqaviləyə əsasən yeni müqavilə bağlamaq üçün ödəniş edilir” təyinatı ilə 40.000 manat məbləğində pul köçürülmüşdür. İddiaçı2 və İddiaçı1 xx.xx.2023-cü il tarixdə pretenziya ilə MTK-ya müraciət edərək, aralarında olan müqavilənin icra edilməsini xahiş etmiş, bundan sonra isə xx.xx.2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hazırda İddiaçı2 və İddiaçı1 MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən MTK tərəfindən ünvan 1 ünvanında 12 (on iki) mərtəbəli yaşayış kompleksinin inşa edildiyini və artıq sakinlərlə təhvil-təslim edildiyini bildirərək, həmin yaşayış kompleksində “A” bloku, 3-cü mərtəbədə ümumi sahəsi 78,6 kv.m olan 2 otaqlı 2 saylı və ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 2A saylı mənzillərin tam təmirli şəkildə onların sahiblik və istifadələrinə verilməsi, eləcə də həmin mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulmasını, onlara vurulmuş mənəvi zərərə görə 4000 manatın İddiaçı2, 4000 manatın isə MTK-dan tutularaq İddiaçı1 ödənilməsini və ödədikləri dövlət rüsumunun MTK-dan alınıb onlara verilməsini; Cavabdeh MTK isə İddiaçı2 və İddiaçı1 kirayə pulundan imtina etdiklərini və müqavilə ilə razılaşdırılmış mənzillərdən birinin daha kiçik ölçüdə verilməsinə razı olaraq bu məqsədlə MTK-dan 40.000 manat məbləğində pulu aldıqlarını bildirərək, ilkin iddia təmin edildiyi təqdirdə İddiaçı2 və İddiaçı1 tərəfindən əldə edilmiş pulun əsassız varlanma kimi qiymətləndirilməklə, həmçinin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun onlardan tutularaq MTK-ya ödənilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə ilkin iddia tələbinin “Cavabdeh MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən cavabdeh şirkət tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 12 (on iki) mərtəbəli yaşayış kompleksində “A” bloku, 3-cü mərtəbədə ümumi sahəsi 78,6 kv.m olan 2 otaqlı 2 saylı və ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 2A saylı mənzillərin tam təmirli şəkildə onların sahiblik və istifadələrinə verilməsi, eləcə də həmin mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflərin Qasımov Məhər və İddiaçı1 məxsus mənzillərin MTK tərəfindən sökülməsi və əvəzində inşa ediləcək binada onlara təmirli yeni mənzillərin verilməsi barədə razılığa gələrək müqavilə bağlaması, sonradan tərəflər arasında müqaviləyə əlavə və ya dəyişiklik edilməsinə dair hər hansı razılıq olmaması, Qasımov Məhər və İddiaçı1 müqavilə üzrə öhdəliklərini yerinə yetirərək mənzillərini MTK-ya təhvil verməsi, lakin müqavilənin hələ də qüvvədə olmasına və yaşayış binasının artıq tikilib istifadəyə verilməsinə baxmayaraq, Cavabdeh MTK-nın müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi hazırki iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardandır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 12 (on iki) mərtəbəli yaşayış kompleksində “A” bloku, 3-cü mərtəbədə ümumi sahəsi 78,6 kv.m olan 2 otaqlı 2 saylı və ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 2A saylı mənzillər tam təmirli şəkildə İddiaçı2 və İddiaçı1 verilməli, həmin mənzillərin açarlarının İddiaçı2 və İddiaçı1 təqdim edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Məhkəmə hesab edir ki, qeyd olunan mənzillərin İddiaçı2 və İddiaçı1 verilməsi və mənzillərin açarlarının onlara təqdim edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulması özlüyündə elə mənzillərin onların sahiblik və istifadəsinə verilməsi məsələsini ehtiva edir. İlkin iddia tələbinin «Cavabdeh MTK-dan vurulmuş mənəvi zərərə görə 4000 (dörd min) manatın tutularaq İddiaçı2, 4000 (dörd min) manatın isə tutularaq İddiaçı1 ödənilməsi» hissəsi ilə əlaqədar isə məhkəmə qeyd edir ki, MTK-nın ona edilən xəbərdarlığa baxmayaraq, xx.xx.2021-ci il tarixli müqavilə üzrə öhdəliklərini icra etməməsinin, onlardan aldığı mənzillərin əvəzində tikilmiş binada razılaşdıqları mənzilləri verməməsinin, bununla da məhkəmə çəkişmələrinə gətirib çıxaran hərəkətlərinin İddiaçı2 və İddiaçı1 inamsızlıq, narahatlıq, məyusluq hisslərinə səbəb olması, onlara stress və əzab verməsi, ümumilikdə mənfi psixoloji reaksiya ilə nəticələnməsi ağlabatandır. Lakin məhkəmə hesab edir ki, İddiaçı2 və İddiaçı1 vurulmuş mənəvi zərərin məbləği 4000 manat deyildir. Məhkəmə mənəvi zərərin qiymətləndirilməsi ilə bağlı məsələdə qiymətləndirmə sərbəstliyinə malik olmasını vurğulanmaqla hesab edir ki, ilkin iddia üzrə cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçılara dəymiş mənəvi ziyanın hər birinə münasibətdə 300 manat məbləğində qiymətləndirilməsi ədalətli və ağlabatandır. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia bu hissədə qismən təmin edilərək, mənəvi zərərin əvəzi kimi Cavabdeh MTK-dan 300 manat pul İddiaçı2, 300 manat pul isə İddiaçı1 xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, MTK tərəfindən tələb edilən 40.000 manatın təyinatı ilə bağlı aparılan araşdırma zamanı tərəflər keçirilmiş bütün məhkəmə iclaslarında ziddiyyətli və qeyri-səmimi izahatlar vermiş, ehtimallara əsaslanan dəlillər gətirmiş, lakin heç bir tərəf öz izahatını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bununla da, ədalətli və obyektiv məhkəmə araşdırmasının aparılmasına, formal həqiqətin məhkəmə tərəfindən müəyyən edilməsinə kömək etmək əvəzinə, əksinə məhkəməni yanıltmaq məqsədilə hüquqlarından sui-istifadə etmişlər. Belə ki, MTK İddiaçı2 və İddiaçı1 onlara veriləcək kirayə pulundan və verilməsi razılaşdırılmış ümumi sahənin 40 m2-dən imtina etdiklərini bildirərək, buna görə onlara İddiaçı2 bank hesabına köçürmə yolu ilə 40.000 manat ödədiklərini bildirir. MTK bu dəlilini onlar tərəfindən imzalandığı ekspert rəyi ilə məhkəmədə öz təsdiqini tapan xx.xx.2021-ci il tarixli ərizə ilə əsaslandırır. Həmin ərizə ilə bağlı məhkəmənin mövqeyi ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixli ərizə onu imzalayan şəxslərin – qarşılıqlı iddia üzrə cavabdehlərin hər hansı mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, eyni zamanda, ünvanlanan şəxsə – qarşılıqlı iddia üzrə iddiaçıya hər hansı hüquq vermir, bir sözlə, ərizə tərəflər üçün bilavasitə şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitamına səbəb olmur. Bu tip – özlüyündə hər hansı hüquqi nəticələr doğurmayan ərizə tərəflər arasında müqaviləyə dəyişiklik əvəzinə rəsmiləşdirilsə də, məhkəmə hesab edir ki, həmin ərizə puçdur və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyənləşdirilmiş hüquqlardan və öhdəliklərdən onların imtina etməsi və ya müqavilənin şərtlərinin dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. Çünki mülki qanunvericiliyin tələbinə və tərəflər arasında bağlanmış görə müqaviləyə müvafiq olaraq, müqaviləyə dəyişiklik edilməsi yalnız müqaviləni bağlamış şəxslərin qarşılıqlı razılığı ilə onlar tərəfindən imzalanmaqla rəsmiləşdirilir. Buna görədir ki, İddiaçı2 məxsus hesaba 40.000 manat məbləğində pul köçürülərkən “müqaviləyə əsasən yeni müqavilə bağlamaq üçün verilir” qeydi qoyulmuş, lakin sonradan tərəflər arasında heç bir yeni müqavilə bağlanmamış və ya müqaviləyə əlavə rəsmiləşdirilməmişdir. Bu hal isə MTK-nın səhlənkarlığının göstəricisi olmaqla yanaşı, həm də onun hüquqdan sui-istifadəsi kimi qiymətləndirilir. Çünki MTK qarşılıqlı iddia üzrə cavabdehlərə kirayə pulundan və veriləcək mənzillərin qismən kvadratura ölçülərindən imtina edilməsi məzmununda qeyd olunan ərizəni imzalatmaqla əldə etmək istədiyi nəticəyə hüquqi don geyindirməyə cəhd etmişdir. Kirayə haqqı ilə bağlı o da qeyd edilməlidir ki, tərəflər arasında olan müqavilədə MTK tərəfindən yeni yaşayış binası tikilib, tam təmir edilib təhvil verilənədək ödəniləcək kirayə haqqının İddiaçı2 və İddiaçı1 birdəfəlik ödənilməsi səbəbindən onlara aylıq kirayə ödənişləri həyata keçirilməyəcəyi qeyd edilmişdir. Bununla da, vətəndaşların kirayə pulundan imtina etməsinə dair MTK-nın vəkili-nümayəndəsinin dəlili hazırda qüvvədə olan müqavilədə müəyyən edilmiş şərtlər əsasında təkzib olunur. Məhkəmə, eyni zamanda, qeyd edir ki, tikinti şirkətləri ilə mülkiyyətçilər arasında mülki dövriyyədə formalaşmış işgüzar adətlərə (faktiki praktikaya) nəzər saldıqda, mülkiyyətçilərin kirayə pulundan tamamilə imtina etməsi dəlili əgər buna əsaslı sübut yoxdursa, ağlabatan hesab edilə bilməz. Bununla bağlı İddiaçı2 və İddiaçı1 mövqeyinə gəldikdə isə ilk öncə qeyd edilməlidir ki, onlar R.Məhərə məxsus bank hesabına köçürülmüş 40.000 manat məbləğində pulun hər iki şəxs üçün ödənildiyini və həmin məbləği aldıqlarını (onlara çatdıqlarını) mübahisələndirmirlər. Bununla yanaşı, onların vəkili-nümayəndəsi isə əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehlərin mülkiyyətində olan mənzillərə görə hərəsinə 500 manat və 600 manat aylıq kirayə haqqı ödənilməsi razılaşdırmaqla, ümumilikdə 2 ilə görə (binanın tikilib təhvil verilməsi üçün nəzərdə tutulmuş müddət) 26.400 manat pul əvvəlcədən ödənilmişdir. Qalıq məbləğin (yani 13.600 manat pulun) isə nə üçün (hansı məqsədlə ödənilməsi) barədə dəqiq fikir səsləndirə bilməmişdir, sonrakı iclasda isə vəkil bildirmişdir ki, həmin pul İddiaçı2 və İddiaçı1 himayələrində əlil şəxsin olması nəzərə alınaraq verilmişdir. Qeyd edilməlidir ki, vəkilin fikirlərinə zidd olaraq isə, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dünyamalıyeva Yazgül isə pulun onlara evin ümumi sahəsinin göstəriləndən artıq olması səbəbindən və köçmək üçün verildiyini bildirmişdir. İş üzrə tərəflərin ziddiyyətli izahatlarını müqayisəli şəkildə araşdıraraq məhkəmə hesab edir ki, tərəflərin istinad etdikləri hallar və gətirdikləri dəlillər mötəbər sübutlarla öz təsdiqini tapmadığından, eyni zamanda, “köçmək üçün”, “əlil şəxs üçün”, “hər evə görə ayrıayrılıqda aylıq 500 və 600 manat kirayə haqqı”, “kirayə pulundan səbəbsiz olaraq birdəfəlik imtina” və s. bu kimi dəlillər analoji münasibətlər üzrə mülki dövriyyədə yaranmış təcrübəyə əsasən ağlabatan deyildir. Tərəflərin məhkəmə araşdırmaları gedişində sərgilədikləri dəyişkən mövqeləri, ağlabatanlıqdan uzaq olan izahatları onun göstəricisidir ki, həqiqətən də, qarşılıqlı iddia üzrə cavabdehlərin iddiaçının vəsaiti hesabına əsassız varlanma halı baş vermiş, bu əsassız varlanma isə həyata keçirilməyən əsasa söykənmişdir. Lakin məhkəmə eyni zamanda onu da qeyd edir ki, tərəflərin kirayə pulundan tamamilə imtina etməsinə dair dəlillər məhkəmədə sübuta yetirilmədiyindən, aralarında olan müqavilədə kirayə pulunun onlara birdəfəlik ödənilməsi göstərildiyindən, mülki dövriyyədə formalaşmış təcrübəyə görə binanın tikilib təmirli mənzilin təhvil verilməsi üçün müəyyənləşdirilmiş 2 il müddətinə mülkiyyətçilərə aylıq 500 manat kirayə haqqının MTK tərəfindən birdəfəlik ödənilməsi ağlabatan və ədalətli hesab edilir. Bu qaydada hesablama aparıldıqda MTK-nın M.Rufinaya və Q.Məhərə kirayə puluna görə 12.000 (500 manat x 24 ay) məbləğində pulu kompensasiya kimi əvvəlcədən ödəməsi müəyyən edilir. Qalan 28.000 manat məbləğində pulun isə qarşılıqlı iddia üzrə cavabdehlərə hansı əsasla verilməsinin müəyyən edilməsi tərəflərin ziddiyyətli izahatlarına görə mümkün olmadığından, qarşılıqlı iddia üzrə iddiaçının həmin məbləğdə pulu cavabdehlərə verməsi və cavabdehlərin isə həmin məbləğdə pulu alması mübahisəsiz olduğundan məhkəmə hesab edir ki, 28.000 manat məbləğində pul İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq Cavabdeh MTK-ya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 10-cu maddəsinə müvafiq olaraq, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. 14.2, 14.2.1, 14.2.6-14.2.7-ci maddələrinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, başqa şəxsə zərər vurulması və əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. 21.1-21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1 və 324.2-ci maddələrinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 387.2-ci maddəsinə əsasən, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 389.1-389.3-cü maddələrinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir; 390.1 və 390.5-ci maddələrinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 421.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.1-ci maddəsinə müvafiq olaraq, müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 1091 və 1092.1-ci maddələrinə müvafiq olaraq, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1, 106.3-cü maddələrinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edilməli, Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 12 (on iki) mərtəbəli yaşayış kompleksində “A” bloku, 3-cü mərtəbədə ümumi sahəsi 78,6 kv.m olan 2 otaqlı 2 saylı və ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 2A saylı mənzillər tam təmirli şəkildə İddiaçı2 və İddiaçı1 verilməli, həmin mənzillərin açarlarının İddiaçı2 və İddiaçı1 təqdim edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalı, mənəvi zərərin əvəzi kimi Cavabdeh MTK-dan 300 (üç yüz) manat pul İddiaçı2, 300 (üç yüz) manat pul isə İddiaçı1 xeyrinə tutulmalı, İddiaçı2 və İddiaçı1 müştərək qaydada 28.000 (iyirmi səkkiz min) manat pul tutularaq Cavabdeh MTK-ya ödənilməli, ilkin və qarşılıqlı iddialar qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə ilkin və qarşılıqlı iddia tələblərinin “dövlət rüsumunun tutulması” hissəsinə münasibətdə hesab edir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edildiyindən, ilkin iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun 30 (otuz) manat hissəsi İddiaçı2, 30 (otuz) manat hissəsi isə İddiaçı1 xeyrinə ilkin iddia üzrə Cavabdeh MTK-dan tutulmalı, dövlət rüsumunun qalan hissəsi ilkin iddia üzrə iddiaçılara aid edilməli, eyni zamanda, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 210 (iki yüz on) manat dövlət rüsumunun 158 (bir yüz əlli səkkiz) manat hissəsi qarşılıqlı iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyərinin 63 (altmış üç) manat hissəsi İddiaçı2 və İddiaçı1 müştərək qaydada, qalan 63 (altmış üç) manat hissəsi isə Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0 və 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia qismən təmin edilsin. Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 12 (on iki) mərtəbəli yaşayış kompleksində “A” bloku, 3-cü mərtəbədə ümumi sahəsi 78,6 kv.m olan 2 otaqlı 2 saylı və ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 2A saylı mənzillər tam təmirli şəkildə İddiaçı2 və İddiaçı1 verilsin. Həmin mənzillərin açarlarının İddiaçı2 və İddiaçı1 təqdim edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Mənəvi zərərin əvəzi kimi Cavabdeh MTK-dan 300 (üç yüz) manat pul İddiaçı2, 300 (üç yüz) manat pul isə İddiaçı1 xeyrinə tutulsun. Cavabdeh MTK-dan ilkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi İddiaçı2, 30 (otuz) manat hissəsi isə İddiaçı1 xeyrinə tutulsun, dövlət rüsumunun qalan hissələri ilkin iddia üzrə iddiaçılara aid edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı2 və İddiaçı1 müştərək qaydada 28.000 (iyirmi səkkiz min) manat pul tutularaq Cavabdeh MTK-ya ödənilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 158 (bir yüz əlli səkkiz) manat hissəsi İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq Cavabdeh MTK-ya ödənilsin, dövlət rüsumunun qalan hissəsi Cavabdeh MTK-ya aid edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyərinin 63 (altmış üç) manat hissəsi İddiaçı2 və İddiaçı1 müştərək qaydada, qalan 63 (altmış üç) manat hissəsi isə Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova