Məhkəmə qərarları › İş №e-2(006)-3099/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3099/2024

17.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3099/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilə və abunə kodunun ilkin abonentin adına rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1 qarşı “sayğacın ilkin abonentin adına rəsmiləşdirilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu (Binə qəsəbəsi, Bakavtomat yolu) sahəsi, ev., bina 0003, mənzil 0A15 ünvanında nömrəsi: 3731011H1095808, abunə kodu: **********30A15 olan elektrik sayğacının Cavabdeh3 adından çıxarılaraq, ilkin abonent Cavabdeh1 adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında 12 sentyabr 2005-ci il tarixdə Lerik rayon VVADQ şöbəsində bağlanmış nikah 153 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, həmin tarixdən etibarən onlar Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu (Binə qəsəbəsi, Bakavtomat yolu) sahəsi, ev., bina 0003, mənzil 0A15 ünvanında fərdi ev inşa etmiş, həmin evin tikintisinə 60.000 (altmış min) manatdan çox pul xərcləmişlər. Fərdi evə dair nömrəsi: 3731011H1095808, abunə kodu: **********30A15 olan elektrik sayğacı birgə razılaşma əsasında İddiaçı həyat yoldaşı Cavabdeh1 adına 2018-ci ildə quraşdırılmışdır. Cavabdeh1 iddiaçının xəbəri və məlumatı olmadan notarial qaydada ərizə yazaraq fərdi evə dair **********30A15 nömrəli abunə kodunu xx.xx.2024-cü il tarixdə anası Cavabdeh3 adına dəyişdirmişdir. Cavabdeh1 iddiaçının birgə nikah dövründə inşa etdiyi fərdi evinin tikinti və təmirinin aparılmasına formal görüntü yaratmaq məqsədilə onun məlumatı olmadan gizli şəkildə bu hərəkəti etmişdir. Cavabdeh fərdi evdən iddiaçıya heç bir əmlak payı düşməsin deyə evə quraşdırılmış işıq və qaz sayğaclarını anası Cavabdeh3 adına rəsmiləşdirmişdir. İddiaçı ilə Cavabdeh1 arasında ciddi fikir ayrılığı olduğundan, əmlakda İddiaçı iştirakını istisna etmək üçün bu hərəkət edilmişdir. İddiaçı "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixdə müraciət etdiyi ərizəsində qeyd etmişdir ki, “Bildirirəm ki, xx.xx.2005-ci ildən etibarən rəsmi nikahda olduğu həyat yoldaşım Cavabdeh1 ilə birlikdə Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu (Binə qəsəbəsi, Bakavtomat yolu) sahəsi, ev., bina 0003, mənzil 0A15 ünvanında 2018-ci ildə fərdi evi inşa etmişik. Fərdi evin girişində nömrəsi: 3731011H1095808, abonent kodu: **********30A15 olan elektrik sayğacı Cavabdeh1 adına quraşdırılmasına baxmayaraq, hazırda sayğac onun adından çıxarılmışdır. Qeyd olunan ünvanda abonent Cavabdeh1 adına (quraşdırılma tarixi) neçənci ildə abonent kodunun açılması, bu sayğacın və abonent kodunun nə vaxtdan etibarən Cavabdeh3 (qaynanamın) adına keçirilməsinə dair (abonent hesabından çıxarış, abonent kartı və s.) arayış (məlumat), yaxud məlumatların əks olunduğu hesabdan çıxarış verməyi Sizdən xahiş edirəm”. İddiaçının müraciəti əsasında və onun iştirakı ilə xx.xx.2018-ci ildə "xxxx" ASC-nin Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsi tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 03731011 nömrəli sayğac, tipi M580 A5(80) V220 Asan Xidmət vasitəsilə fərdi evin girişində sayğac quraşdırılmışdır. “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” 760544 nömrəli protokol iddiaçıya təqdim edilməklə, sayğac onun həyat yoldaşı Cavabdeh1 adına quraşdırılaraq abonent kimi rəsmiləşdirilmişdir. 2024-cü ilin fevral ayından etibarən ailə münasibətləri gərginləşərək dözülməz vəziyyətə çatdığından İddiaçı 18 aprel 2024-cü il tarixdə Cavabdeh1 rəsmi qeydiyyatda olduğu ünvan üzrə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, nikahın pozulması tələbi ilə bağlı müraciət etmiş və e-2(006)-2249/2024 saylı mülki iş həmin məhkəmənin icraatındadır. Cavabdeh1 Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərindən irəli gələrək əmlak bölgüsündə onun özünün inşa etdiyi fərdi evdə heç bir paya sahib ola bilməməsi, tikintiyə xərclədiyi vəsaiti tələb edə bilməməsini reallaşdırmaq üçün, "xxxx" ASC-ni faktiki olaraq aldatmağa nail olmaqla iddiaçını əmlakdan məhrum etmək niyyətini əsas cavabdehdən gizlətmişdir. Fərdi evə dair heç bir rəsmi çıxarış mövcud deyildir. Eyni zamanda, tikililərin rəsmiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2003-cü il tarixli Fərmanı və Sərəncamlarının tələblərinə uyğun olaraq, rəsmi icazə olmadan fərdi evlərə sayğacların quraşdırılması qadağan edilmişdir. Cavabdeh1 bu halları bildiyindən fərdi evin sayğac abonent kodunun onun adından çıxarılmasına notarial qaydada icazə vermişdir. Bu hərəkətləri ilə İddiaçı öz vəsaiti hesabına birgə nikah dövründə inşa edilmiş fərdi evin həm işıq, həm də qaz sayğaclarını anası Cavabdeh3 adına keçirməklə iddiaçını inşa etdiyi evdən, yaxud paydan məhrum etmiş olur. Çünki nikahda olduqları dövrdə inşa edilmiş evə xərclənmiş vəsait birgə vəsaitdir. Əmlakın birgə vəsait hesabına tikilməsini əngəlləmək üçün xidmət sahələri üzrə abonent kodlarını anasının adına keçirtmişdir.

3. Cavabdeh1 etiraz ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, sayğacın cavabdehin anasının adına dəyişdirilməsindən iddiaçının xəbəri olmuş, çünki özü onları “ASAN Xidmət” Mərkəzinə aparmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli 135 nömrəli əmrinə əsasən Abşeron rayonu Donuzçuluq Sovxozu ərazisində 0,04 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. 2018-ci ildən isə Cavabdeh1 valideynləri öz şəxsi vəsaiti hesabına torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etmiş və hazırda da valideynləri yaşayır. İşıq sayğacı müəyyən səbəbə görə müvəqqəti olaraq onun adında olmuşdur. Hazırda həmin evin istifadəçisi Cavabdeh1 valideynləridir, evə aid bütün kommunal xərclər onlar tərəfindən ödənilir. İddiaçının tələbi qanunsuz və əsassızdır, cavabdeh həmin tələbi qəbul etmir. Belə ki, söhbət müqavilə öhdəliyindən gedirsə, hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçının cavabdehlər “Azəriqaz” İB-yə və Cavabdeh1 qarşı eyni iddia tələbi üzrə mülki işin icraatına xitam verilmişdir (Bakı şəhəri Xətai Rayon Məhkəməsi, hakim İlahə Abbasova, İş № 2(011)-5198/2024). Tərəflər arasında ailə münaqişəsi olduğundan, iddiaçı yalan, əsassız, eləcə də haqsız iddialarla hər hansı yolla olursa-olsun mənfəət əldə etmək istəyir.

5. İddiaçı (vəkili-nümayəndəsi Nümayəndə) “iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsinə əlavə” təqdim edərək, "xxxx" ASC-ni, Cavabdeh1 və Cavabdeh3 cavabdeh qismində cəlb etməklə, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu (Binə qəsəbəsi, Bakavtomat yolu) sahəsi, ev., bina 0003, mənzil 0A15 ünvanında nömrəsi: 3731011H1095808, abunə kodu: **********30A15 olan elektrik sayğacı ilə əlaqədar bağlanmış xidmət müqaviləsinin (xx.xx.2024-cü il tarixli) və abonent kodunun Cavabdeh3 adından çıxarılaraq, ilkin abonent Cavabdeh1 adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə ərizə təqdim edərək bildirmişdir ki, birgə Cavabdeh1 iddia tələbinin Rayon Məhkəməsinin səlahiyyətinə aid olmadığını bildirməklə, öz fikrini Xətai Rayon Məhkəməsində oxşar iddia üzrə işin icraatına hakim tərəfindən xitam verilməsi ilə əlaqələndirmişdir. Xətai Rayon Məhkəməsinin qanuna, Konstitusiya Məhkəməsinin qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına zidd formada xx.xx.2024-cü il tarixdə qəbul etmiş olduğu 2(011)-5198/2024 nömrəli qərardadı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5088/2024 nömrəli qərardadı ilə ləğv edilmişdir. Apellyasiya Məhkəməsi iddia tələbinin Rayon Məhkəməsi tərəfindən baxılmalı olduğunu qərarda əsaslandırmışdır. Birgə cavabdehin qeyd etdikləri əsassızdır. Birgə cavabdeh və üçüncü şəxsin cavabdehə müraciət edərək, sayğacı 3-cü şəxsin adına keçirmək istəklərinin reallaşdırılması məqsədli olmaqla, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 1/2024 saylı qərarının 4.11-ci bəndi ilə müəyyən olunmuş qaydada birgə nikah dövründə birgə vəsait hesabına özbaşına tikili olaraq inşa edilmiş fərdi evin faktiki əldə olunmasına sərf edilmiş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsinə tələb etmək hüququndan məhrum etmək istəyindən irəli gəlir. Belə ki, İddiaçı ilə birgə cavabdeh 2005-ci il tarixdən nikahda olmaqla, ər-arvad münasibətlərindədirlər. Birgə nikah dövründə Xəzər rayonu ərazisində Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu (Binə qəsəbəsi, Bakavtomat yolu) sahəsində fərdi yaşayış evi inşa etmişlər. İnşa etdikləri fərdi evi xx.xx.2017-ci il tarixdə etibarnamə əsasında torpaq sahəsinin sahibi X2 almış, İddiaçı həmin torpaq sahəsini etibarnamə əsasında həyat yoldaşı Cavabdeh1 adına almasına səbəb, İddiaçı Bakı şəhərində qeydiyyatda olmaması, Cavabdeh1 Bakı şəhərində qeydiyyatda olmasıdır. Qeyd olunan torpaq sahəsində fərdi ev inşa edilmiş və 2017-2018-ci illərdə həmin evə dair Cavabdeh1 ilə qaz və işıq xidmətləri ilə əlaqədar müqavilə rəsmiləşdirilməklə adına abonent kodları açılmışdır. Tərəflər arasında ailə münaqişəsi 2024-cü ildə baş verdiyi üçün İddiaçı xx.xx.2024-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, nikahın pozulması və uşaqların onun himayəsində saxlanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İş № e-2(006)-2249/204). Məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübutlardan məlum olur ki, hazırki iş üzrə birgə cavabdeh və 3-cü şəxs 02 aprel 2024-cü il tarixdə notarial ərizə əsasında cavabdehə müraciət ünvanlayaraq, müqavilə və abonent kodunu 3-cü şəxsin adına dəyişdirməyə nail olmuşlar. Nəzərə alınmalıdır ki, fərdi evə xidmət ilə əlaqədar müqavilənin arvadın (ərin) adından çıxarılıb başqa şəxsin adına keçirilməsi üçün mütləq digər tərəfin razılıq ərizəsi olmalıdır. İddiaçı və Cavabdeh1 hal-hazırda ər-arvad hesab olunurlar. Məhkəmənin gedişində Cavabdeh1 birgə nikah dövründə inşa etdikləri fərdi özbaşına tikilidə həyat yoldaşı İddiaçı ondan pul tələb etmək hüququnu aradan qaldırmaq məqsədilə müqavilə və abonent kodunu öz anasının adına keçirməklə, bildirmək istəyir ki, bu fərdi evin guya bu cütlüyə (ər-arvada) aidiyyəti olmadığı kimi görüntü və fakt ortaya qoymaq istəyir. İddiaçı Mayqa Süleymanovadan torpaq sahəsini etibarnamə əsasında Cavabdeh1 adına aldıqdan sonra, torpaq sahəsində fərdi ev inşa etməklə, xidmət müqavilələri Cavabdeh1 adına rəsmiləşdirilməklə, eyni zamanda Bələdiyyədə müvafiq qaydada qeydiyyata alınmaqla, vergiləri ödəmişdir (Bələdiyyənin xx.xx.2024-cü il tarixli 1063 saylı arayışı). Məhkəmə faktlara dair müvafiq qərar qəbul edərkən nəzərə almalıdır ki, birgə cavabdeh və 3-cü şəxs ər-arvadın birgə nikah dövründə inşa etdiyi fərdi evdə İddiaçı həmin evin tikintisinə xərclənmiş vəsaiti Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına uyğun şəkildə tələb etmək hüququnun qaşısını almaq məqsədilə fərdi evə dair xidmət müqavilələrinin həyat yoldaşının razılığı olmadan gizli formada anasının adına keçirdiyi üçün müqavilə və abonent kodu ilkin vəziyyətə qaytarılmalıdır. Birgə cavabdeh və 3-cü şəxs özbaşına tikilinin birgə nikah dövründə birgə vəsait hesabına inşa edilməsi faktını aradan qaldırmaq məqsədilə İddiaçı razılığı olmadan müqavilə və abonent kodunun 3-cü şəxsin adına keçirilməsində məqsəd, İddiaçı bu fərdi evə münasibətdə subyektiv hüququnun aradan götürülməsinə yönəlik bir hərəkətdir. İşin bu halı nəzərə alınmaqla, özbaşına tikili olan birgə əmlakda öz xərclədiyi pul vəsaitini tələb edə bilməmək üçün birgə cavabdeh bu hərəkətləri etmişdir.

a) Məhkəmə prosesi:

7. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddianı qəbul etməyib, rədd edilməsini məhkəmədən xahiş etdi.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını xahiş etmişdir.

10. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia və etiraz ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

11. Nikah haqqında AZ-İ seriyalı 184789 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh1 nikahı Lerik rayon VVADQ şöbəsində xx.xx.2005-ci il tarixdə 153 nömrə ilə qeydə alınmışdır.

12. xx.xx.2017-ci il tarixli 7E-10170 reyestr nömrəli etibarnamədən görünür ki, X1 rayonu, Binə qəsəbəsi, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 m2 torpaq sahəsindən 350 m2 torpaq sahəsini və üzərində olan tikilini özəlləşdirməyi və bununla əlaqədar digər bir sıra hərəkətlərin həyata keçirilməsini 50 il müddətinə Cavabdeh1 etibar etmiş, etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur.

13. xx.xx.2024-cü il tarixli iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı “nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir.

14. Cavabdeh1 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış notariat qaydasında təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, adına olan işıq sayğacının və **********30A15 saylı abonent kodunun Cavabdeh3 adına keçirilməsinə və sənədləşdirilməsinə heç bir etirazı olmadığını bildirmişdir.

15. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli bildiriş-xəbərdarlığından görünür ki, həmin tarixdə abunə kodu (**********30A15) və sayğac (3731011H1095808) Cavabdeh3 adına olmuşdur.

16. Abunə haqqında sənəddən görünür ki, Xəzər, Binə, Sovxoz sahəsi, Ev (Bina) 0003, Mənzil 0A15-ə verilmiş abunə kodu (**********30A15) abonent Cavabdeh3 adınadır (xx.xx.2024-cü il).

17. "xxxx" ASC tərəfindən vəkil Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, elektron bazada ünvan 2 ünvanının 04 iyun 2018-ci il tarixdə **********30A15 nömrəli abunə kodu ilə Cavabdeh1 adına qeydiyyata alınaraq elektrik enerjisi ilə təchiz edilməsinə dair məlumat vardır. Qeyd olunan abunə kodu üzrə 02 aprel 2024-cü il tarixdə əhali istehlakçısının ad dəyişdirilməsi xidməti həyata keçirilmiş və abunə kodu üzrə qeydiyyat Cavabdeh1 adından Cavabdeh3 adına dəyişdirilmişdir.

18. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir.

19. Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 1063 nömrəli arayışından görünür ki, İddiaçı həyat yoldaşı Cavabdeh1 Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 3,5 sot torpaq sahəsini X2 etibarnamə əsasında almış və həmin torpaq sahəsi Binə Bələdiyyəsində vergi öd. kimi qeydiyyata alınmışdır.

20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən tikilinin və müvafiq torpaq sahəsinin sorğuda qeyd olunan şəxslərin adlarına qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir.

21. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubunun məzmunu xx.xx.2024-cü il tarixli məktubun məzmunu ilə eynilik təşkil etmişdir.

22. İş materiallarına, həmçinin, Cavabdeh1 verilmiş tədiyyə bildirişi, poçt qəbzləri və Abşeron rayonu Donuzkökəltmə Sovxozu üzrə 12 iyul 1990-cı il tarixli 135 nömrəli əmrdən çıxarış (surət) əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

23. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar.

24. Birgə nikahda olduqları dövrdə – xx.xx.2017-ci il tarixdə üçüncü şəxs X1 rayonu, Binə qəsəbəsi, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 m2 torpaq sahəsindən 350 m2 torpaq sahəsini və üzərində olan tikilini özəlləşdirməyi və bununla əlaqədar digər bir sıra hərəkətlərin həyata keçirilməsini 50 il müddətinə Cavabdeh1 etibar etmiş, etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur.

25. Tərəflər nikahda olduqları vaxt – xx.xx.2018-ci il tarixdə ünvan 2 ünvanı **********30A15 nömrəli abunə kodu ilə Cavabdeh1 adına qeydiyyata alınmaqla elektrik enerjisi ilə təchiz edilmişdir.

26. xx.xx.2024-cü il tarixdə iddiaçı Cavabdeh1 qarşı nikahın pozulması və s. tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, iş hazırda icraatdadır, yəni tərəflər hələ nikahdadırlar.

27. xx.xx.2024-cü il tarixdə Cavabdeh1 digər cavabdeh "xxxx" ASC-yə notariat qaydasında təsdiq edilmiş ərizə ilə müraciət edərək, adına olan işıq sayğacının və **********30A15 saylı abonent kodunun anası – Cavabdeh3 adına keçirilməsinə və sənədləşdirilməsinə heç bir etirazı olmadığını bildirdiyindən, həmin tarixdə ad dəyişdirilməsi xidməti həyata keçirilərək, abunə kodu üzrə qeydiyyat Cavabdeh3 adına dəyişdirilmişdir. Hazırda kod Cavabdeh3 adına qeydiyyatdadır.

28. Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışında iddiaçının arvadı Cavabdeh1 Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 3,5 sot torpaq sahəsini etibarnamə əsasında Süleymanova Mayqadan alması, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda isə Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən tikilinin və müvafiq torpaq sahəsinin tərəflərin adlarına qeydiyyatdan keçməsi haqqında məlumatın aşkar edilmədiyi qeyd edilmişdir.

29. Hazırda iddiaçı cavabdeh "xxxx" ASC tərəfindən evə verilmiş abunə kodunun və sayğacın Cavabdeh1 digər cavabdeh olan anası Cavabdeh3 adına keçirilməsinin iddiaçının razılığı alınmadan və gələcəkdə əmlak bölgüsündən yayınmaq məqsədilə edildiyini bildirərək, "xxxx" ASC ilə bağlanmış müqavilənin və abunə kodunun ilkin abunəçi olan Abbasova Novbarın adına rəsmiləşdirilməsini; Cavabdeh1 evin valideynlərinin vəsaiti hesabına tikildiyini və hazırda orada valideynlərinin yaşadığını, digər cavabdeh "xxxx" ASC isə addan-ada keçirmə əməliyyatının qanunamüvafiq qaydada aparıldığını bildirərək, iddianın təmin edilməməsini xahiş edirlər.

c) Məhkəmənin mövqeyi:

29. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası olmadığından, iddia təmin edilməməlidir.

30. Belə ki, iddiaçının «"xxxx" ASC ilə bağlanmış müqavilənin və abunə kodunun arvadı tərəfindən anasının adına keçirilməsindən onun xəbərinin olmaması, bu əməliyyatın həyata keçirilməsi zamanı razılığının alınmaması barədə» dəlilinə münasibətdə qeyd edilməlidir ki, elektrik enerjisindən istifadə qaydalarını tənzimləyən müvafiq qanunvericilik aktlarında belə bir imperativ normanın olması, yəni birgə nikahda olan şəxslərdən birinin (hazırki işdə arvadın) adına olan abunə kodunun və müqavilənin həmin evdə yaşayan üçüncü şəxsin (öz anasının) adına keçirilməsi zamanı ərin razılığının alınmasının zəruriliyi məhkəmə tərəfindən müəyyən edilmir. Belə ki, elektrik enerjisindən istifadə edilməsi üçün bağlanmış müqavilənin və abunə kodunun başqa şəxsin adına keçirilməsi həmin şəxsin öz müraciəti əsasında həyata keçirilir. Müvafiq Qaydalarda bu müqavilənin yalnızca mülkiyyətçi ilə deyil, həm də kirayəçi ilə bağlanmasının və hesabın həmin şəxslərin adına olmasının mümkünlüyünün nəzərdə tutulması o deməkdir ki, müqavilə evdə yaşadığı müəyyən edilən şəxslə bağlanılır. Hazırkı işdə də Cavabdeh1 yazılı şəkildə məhkəməyə təqdim etdiyi ərizəsində həmin evdə anasının yaşaması barədə mülahizəsi və iddiaçı tərəfin bu mülahizəni öz izahatları ilə təsdiq etməsi (iddiaçı tərəf əvvəllər həmin evdə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə birlikdə yaşadığını, hazırda isə özünün o evdə yaşamadığını da bildirmişdir) hazırda abunə kodu adında qeydiyyatda olan Cavabdeh3 əvvəllər, yəni abunə kodu adına keçirildiyi vaxt həmin evdə yaşaması faktını məhkəmə tərəfindən iş üzrə mübahisəsiz hal kimi qiymətləndirməyə əsas verir. Evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması və iddiaçının həmin evdə qeydiyyatda olmaması da iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardandır. Cavabdeh1 adına qeydiyyata alınmış abunə kodunun anasının adına keçirilməsi barədə notariat qaydasında verdiyi ərizəni və həmin vaxt Cavabdeh3 həmin evdə yaşamasını nəzərə alan məhkəmə hesab edir ki, mübahisəli evə dair müqavilənin Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanması və abunə kodunun Cavabdeh3 adına qeydiyyata alınması zamanı qanunvericiliyin tələbləri pozulmamışdır və məhkəmə bu prosesi cavabdehlərin öz hüquqlarından istifadə etməsi kimi qiymətləndirir.

31. İddiaçının “bu əməliyyatın həmin əmlakı bölgüdən yayındırmaq məqsədilə edilməsi barədə” dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, hazırkı işin materiallarında "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixdə abunə kodunun Cavabdeh1 adına qeydiyyata alınması məzmununda məktubunun olması nəzərə alındıqda, abunə kodunun hazırda kimin adına olması əmlak bölgüsünə təsir edə biləcək, əhəmiyyətli bir hal hesab olunmur (əgər cavabdehlər (Cavabdeh1 və Cavabdeh3) bu işi məhz həmin məqsədlə etmişdirlərsə də belə). Çünki cavabdehlərin bu hərəkətləri ilə iddiaçının hər hansı hüquqlarını pozmaları məhkəmə tərəfindən müəyyən edilmir.

32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

33. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

34. “Elektrik enerjisindən istifadə Qaydaları”: 8.21-ci bənd. Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 1/2024 №-li Qərarı: 3.6-3.8, 3.11-ci bəndlər. Əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir.

36. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Beləliklə, məhkəmə toplanmış sübutlara və tərəflərin izahatlarına məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilə və abunə kodunun ilkin abonentin adına rəsmiləşdirilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

39. Mülki prosessual qanunvericiliyin tələbin görə, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir.

Nəticə:

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilə və abunə kodunun ilkin abonentin adına rəsmiləşdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar