Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3121/2022 17.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdehnə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 ildən çox bir müddətdə Azərbaycan Neft və Sənaye Universitetində çalışmışdır. 2012-2016-cı illərdə «Fizika və analitik kimya» (hazırki «Kimya və qeyri-üzvi maddələrin texnologiyası») kafedrasının doktorantı olmuşdur. 2012-ci il tarixdən «Fizika və analitik kimya» kafedrasının «Fiziki kimya» ixtisası üzrə «NaX əsaslı seolit modifikasiyaları və onların iştirakı ilə C2- C3 doymuş biratomlu spirtlərin çevrilməsi» adlı dissertasiya mövzusunun elmi tədqiqat işlərini apararaq artıq yekunlaşdırmışdır. 13 ildir ki, ADNSU da çalışdığı müddət ərzində dissertasiya işinin mövzusunda 19 elmi əsər, o cümlədən 8 məqalə çap olunmuşdur. İxtisas üzrə fəlsəfə doktorluğu minimum imtahanlarını müvəfəqqiyyətlə vermişdir. İELTS üzrə sertifikatı var. İngilis dilində kimya fənni üzrə dərs deyə bilən yeganə mütəxəssislərdən biridir. Lakin bu göstəriciləri ADNSU rəhbərliyi tərəfindən qiymətləndirilməmişdir. 2021-ci ilin sentyabr ayında «Yeni kimyəvi materiallar və texnologiyalar» laboratoriyasının bağlanacağı və əməkdaşların müvafiq işlərlə təmin ediləcəyi bildirilmişdir.Həmçinin bildirilmişdir ki, əməkdaşlar Universitetin daxilindəki kafedralarda işlə təmin olunacaqdır. Lakin bir müddət sonra qeyri-rəsmi olaraq iddiaçıya Universitetlə əlaqəsi olmayan bir instituta işə keçməsi təklif edilmişdir. Halbuki işlədiyi laboratoriyanın 21 işçisinin demək olar ki, hamısı Universitetdə işlə təmin olunmuşdu. Laboratoriyanın əməkdaşları da yazdıqları ərizədə iddiaçının «Neft kimya texnologiyası və sənaye ekologiyası» kafedrasında baş laborant vəzifəsinə keçiriləcəyinə söz verildiyi təsdiq edilmişdir. Lakin sonradan səbəbini bilmədiyi halda iddiaçını hansısa əlaqəsi olmayan bir instituta keçməsini təkid etməyə başlamışlar. Belə ki, xx.xx.2022-ci il tarixli, 08-32 saylı məktubla Cavabdeh tərəfindən iddiaçıya «Xəbərdarlıq» göndərilərək Cavabdeh xx.xx.2021-ci il tarixdə baş tutmuş Elmi Şurasının qərarına əsasən müvafiq struktur dəyişikliklər həyata keçirilməsi və yeni kimyəvi materiallar və texnologiyalar elmi tədqiqat laboratoriyasının bağlanması bildirilmişdir. Həmin xəbərdarlıqda göstərilmişdir ki, «bu xəbərdarlığı aldığınız gündə 9 təqvim həftəsindən sonra «Sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam veriləcəkdir». Universitetin kadrlar şöbəsinə hamilə olması barədə şifahi məlumat versə də, bu hal nəzərə almadan iddiaçının işdən azad edilməsinə qərar verilmişdir. İddiaçı dəfələrlə Universitetin rəhbərliyinə yazılı şəkildə müraciət edərək görüşmək və ya onun işinə təkrar baxılaraq Universitetdə işlə təmin edilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. xx.xx.2022-ci il tarixli, 383 saylı əmrlə xx.xx.2022-ci il tarixdə işdən azad edilmişdir. İşdən azad edilməsinə dair əm rvə əmək kitabçası xx.xx.2022-ci il tarixdə iddiaçıya rəsmi qaydada təqdim etdikdən sonra o, Universitet arasında olan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün xx.xx.2022-ci il tarixdə «mediasiya prosesinin tətbiq edilməsi barədə təklif» məktubu göndərmişdir. Təklif məktubu xx.xx.2022-ci il tarixdə tərəfə çatdırıldıqdan sonra sənədlər Bakı 4 saylı Mediasiya Təşkilatının X1 icraatına verilmişdir. Keçirlən mediasiya görüşlərində barışıqlar bağlı razılıq əldə edilə bilmədiyi üçün MŞB/4-1084 saylı, xx.xx.2022-ci il tarixli arayış xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Tərəflər arasında barışıq əldə edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndində deyilir: «işçilərin sayı və ya ştatları ixtisar edildikdə». Cavabdehin əmri Əmək Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə verilmişdir. Belə ki, xəbərdarlıq barədə bildiriş iddiaçıya təqdim edildiyi gün o, hamilə olduğunu bəyan etsə də, buna məhəl qoymayan işəgötürən laboratoriyanın bağlanmasını əsas gətirərək onun işdən azad ediləcəyini qəti şəkildə bildirmişlər. Cavabdehin qanunsuz əməli nəticəsində 2022-ci ilin aprel ayından əmək haqqı almır. On üç ilə yaxın bir müddətdə Universitetdə çalışır. Yuxarıda qeyd etdiyi kimi ingilis dilində kimya fənni üzrə dərs tədris edə bilən az mütəxəssislərdəndir. Heç bir əsas olmadan Universitet rəhbərliyinn gənc kadrlara qarşı bu cür aqressiv münasibəti başa düşülən deyil. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, 04-383 saylı əmrin ləğv edilməsi, məcburi işburaxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra edilən günədək hər ay müvafiq əmək haqqı ödənilməklə Universitetin «Neft kimya texnologiyası və sənaye ekologiyası» kafedrasında işlə təmin olunmasına dair qətnamə çıxarılması xahiş edilmişdir.
3. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia həcminin artırılması barədə ərizə məhkəməyə təqdim edərək göstərmişdir ki, iddia ərizəsi yazılan zaman səhhətində olan problemlərlə bağlı olaraq «Bakı Sağlamlıq» mərkəzində stasionar müalicədə idi. Belə ki, işdən çıxarılmasına dair cavabdeh təşkilatla olan mübahisələri nəticəsində hamiləliyi ilə bağlı olaraq problemlər yaranmışdır. Odur ki, müayinə və müalicə üçün həkimə müraciət etməli olmuşdur. Lakin keçirtdiyi əsəb və stres nəticəsində uşğını itirmişdir. Buna səbəb olan cavabdeh təşkilatı Cavabdeh məsul şəxsləridir. Hamilə olduğunu bildikləri halda iddiaçını işdən çıxarmaları tamamilə qanunsuz və əsassızdır. Belə ki, fəaliyyəti dayandırılan laboratoriyanın 21 əməkdaşından yalnız onun işdən çıxarılması, digər 20 nəfərin işlə təmin edilməsi iddiaçıya qarşı olan açıq haqsızlığın göstəricisidir. Cavabdeh əməkdaşlarının iddiaçıya qarşı olan bu haqsız münasibəti onun səhhətinə pis təsir etmiş və buna görə keçirtdiyi stres və əsəbin nəticəsində övladını itirmişdir. Bu mənəvi zərərin əvəzi cavabdeh təşkilat tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, 04-383 saylı əmrin ləğv edilməsi, cavabdeh təşkilatdan mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun tutulması, məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra edilən günədək hər ay müvafiq əmək haqqı ödənilməklə Universitetin «Neft kimya texnologiyası və sənaye ekologiyası» kafedrasında işlə təmin olunmasına dair qətnamə çıxarılması xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Cavabdehin nümayəndəsi və vəkili işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
6. Məhkəmə işə iddiaçının və onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək və iddiaya qarşı etiraz təqdim edərək öz izahatında göstərmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə baş tutmuş Elmi Şurasının qərarına əsasən müvafiq struktur dəyişikliklər həyata keçirilmiş və iddiaçının çalışdığı yeni kimyəvi materiallar və texnologiyalar etmi tədqiqat laboratoriyası bağlanmışdır. Laboratoriyada çalışan bütün əməkdaşlar işlə təmin edilmişdir. Yalnız İddiaçı ona təklif edilən və ixtisasına uyğun olan işlə razılaşmamış, ümumiyyətlə ixtisasına uyğun olmayan işə – ADNSU-da müəllim vəzifəsinə keçirilməsini tələb etmişdir. İddiada qeyd olunduğu kimi İddiaçı heç kim «Neft kimya texnologiyası və sənaye ekologiyası» kafedrasında işləmək barədə təklifi verməmiş, iddiaçıya ADNSU-nun nəzdində «Neftin, qazın geotexnoloji problemləri və kimya» X10 ixtisasına uyğun iş təklif edilmişdir. Qeyd etdiyi kimi iddiaçı hər hansı elmi işdə işləməkdən imtina etmiş, yəni nə ADNSU-nun nəzdində «Neftin, qazın geotexnoloji problemləri və kimya» X10,nə də ki, başqa elmi tədqiqat laboratoriyada çalışmaqdan imtina etmişdir. Əsas istəyi, ingilis dilində tədris aparılan ixtisaslar üzrə müəllim vəzifəsinə keçirilməsi idi. Daha sonra, iddia ərizəsində qeyd olunub ki, guya ki, iddiaçı ADNSU-nun kadrlar şöbəsinə hamilə olması barədə şifahi məlumat vermir, lakin bu hal nəzərə alınmamışdır. AR MPMnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla bağlı qeyd edir ki, iddiaçı yalan danışır, iddiaçı bu «fakt» barədə kadrlar şöbəsindən konkret olaraq hansı əməkdaşa məlumat verməsini yazmır. Çünki o, heç kimlə bu barədə danışmayıb. Bundan başqa, qaydalara uyğun olaraq hamilə qadınlar müvafiq arayışı əldə edib iş yeri üzrə təqdim edir. ADNSU-ya iddiaçı tərəfindən hamilə olması barədə nə şifahi, nə də rəsmi olaraq hər hansı məlumat daxil olmamışdır. Əgər İddiaçı bu barədə hər hansı sübutu varsa, bu sübutu məhkəməyə təqdim etməklə öz iddiasını AR MPM-nin 77.1-ci maddəsinə göstərilən qaydada sübut etməlidir. Təqdim olunan sənədlər sübut edir ki, cavabdeh tərəfindən iddiaçıya heç bir mənəvi zərər vurulmamış, bu tələb heç bir əsas olmadan formal mülahizələr əsasında irəli sürülmüşdür. «Həmkarlar ittifaqı haqqında» Qanununun 11-ci maddəsinin 2-ci cümləsində qeyd olunur ki, işəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə Cavabdeh Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinə müraciət ünvanlanmışdır. Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyəti isə öz növbəsində qanuna uyğun olaraq işçi ilə görüş keçirmiş, onunla söhbət aparmışdır. Qanunvericiliklə nəzərdə tutulmuş 3 aylıq müddət keçdikdən sonra, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələbinə əsasən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması məqsədilə xx.xx.2022-ci il tarixdə müraciət ünvanlanmışdır. xx.xx.2022-ci il tarixli Cavabdeh Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin Qərarına əsasən İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə işdən azad olunmasına etirazın olmaması müəyyən edilmişdir. Daha sonra, xx.xx.2022-ci il tarixdə komissiyanın iclası keçirilmişdir. İddiaçının iştirakı ilə keçirilmiş iclasda ona xəbərdarlıq təqdim olunmuşdur. İddiaçı xəbərdarlığı qəbul etsə də, bu barədə imza atmaqdan imtina etmişdir. Bu etapların heç birində iddiaçı hamilə olması barədə hər hansı formada məlumat verməmişdir. Yalnız, təkidlə İELTS sertifikatının olmasını nəzərə alıb onun ingilis dilində tədris aparılan ixtisaslar üzrə müəllim vəzifəsinə keçirilməsini xahiş edirdi. Nəhayət, xəbərdarlığın rəsmi təqdim oldunduğu tarixdən 9 təqvim həftə keçdikdən sonra, xx.xx.2022-ci il tarixli, 04-383 nömrəli əmr verilmişdir. Həmin əmr əmək qanunvericiliyin bütün tələblərinə uyğun tərtib olunmuş, əmək mqaviləsinin ləğv edilmə əsası, əmək məcəlləsinin müvafiq maddəsi və s. qeyd olunmuş, əmək qanunvericiliyin tələbləri gözlənilmişdir. İddia tələbinn «Neft kimya texnologiyası və sənaye ekologiyası» kafedrasında işlə təmin olunması tələbi isə tamamilə absurddur. İddiaçı həmin kafedrada heç vaxt çalışmamış, iddiaçının həmin kafedrada işləyəcəyi barədə ona rəsmi təklif edilməmiş, iddiaçının sözügedən kafedraya heç bir aidiyyatı olmamışdır. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsinin məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2009-cu il tarixdən əmək müqaviləsinə əsasən Azərbaycan Dövlət Neft Akademiyasının «Fiziki və analitik kimya» kafedrasının nəzdində «Ekoloji kataliz» ETL-ya mühəndis vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2011-ci il tarixdən əmək müqaviləsi müddətinə həmin ETL-da kiçik etmi işçi vəziyəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixdən əmək müqaviləsi müddətinə həmin ETL-da etmi işçi vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixdən «Azərbaycan Dövlət Neft Akademiyasının» adı dəyişdirilərək «Cavabdeh» adlandırılmış, xx.xx.2016-cı il tarixdən «Fiziki kimyəvi analiz metodları» METL, «Metalkompleks kataliz», «Ekoloji kataliz», «Doymamış karbohidrogenlərin heteroatomlu törəmələri», «Polifunksional xassələrə malik perspektiv materiallar», «Kimya texnologiyasının mühəndis əsasları» elmi-tədqiqat laboratoriyaları «Kimya-texnologiya fakültəsi»nin nəzdinə verilmiş və «Kimya-texnologiya fakültəsinin nəzdində elmi tədqiqat laboratoriyası» adlandırılmış, xx.xx.2016-cı il tarixdən Kimya-texnologiya fakültəsinin nəzdində fəaliyyət göstərən elmi tədqiqat laboratoriyası «Yeni kimyəvi materiallar və texnologiyalar» ETL adlandırılmış, xx.xx.2022-ci il tarixdən işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar AR ƏM-nin 70-ci maddəsinin «b» bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
8. İş materiallarında olan «YKMT» elmi tədqiqat laboratoriyasının elmi içisi İddiaçı tərəfindən ADNSU-nun rektoru, professor Mustafa Babanlıya ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, 2010-cu ildən «Fiziki və analitik kimya» kafedrasının nəzdində «Ekoloji kataliz» elmi tədqiqat laboratoriyasında laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. Eyni zamanda Universitetin sabiq doktorantıdır. Elmi işini bitirmişdir, ilkin müzakirədən keçmişdir.Müxtəlif konfrans iştirak etmişdir. Bu illər ərzində 19 elmi əsərləri beynəlxalq və yerli jurnallarda dərc olunmuşdur. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda 3 ay keçmişdir, İELTS sertifikatı var. xx.xx.2021-ci il «YKMT» ETL-nın bağlanması ilə əlaqədar işçilərin kafedralara yerləşdirilməsi ilə əlaqədar olan siyahıda onun adı «Neft kimya texnologiyası və sənaye ekologiyası» kafedrasında ilkin ---- --- qərarı ilə yerləşdirilsə də, 5 gün sonra adı siyahıdan çıxarılmışdır. Onun digər işçilər kimi ADNSU-da ixtisasına uyğun kafedrada fəaliyyətinə davam etməsinə şəraitin yaradılması xahiş etmişdir.
9. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh rektoru professor Mustafa Babanlıya ünvanlanmış ərizənin surətindən görünür ki, Universitetdə fəaliyyət göstərən «YKMT» laboratoriyasının bağlanmağı və yaranmış vəziyyətlə əlaqədar olaraq ədalətinə və gənc kadrlara hər zaman göstərdiyi qayğı və etdiyi köməklərə qüvənərək onu ixtisasına uyğun davam etməsinə və ADNSU-ya yararlı kadr olmasına şəraitin yaratmasını xahiş etmişdir.
10. İş materiallarında olan «YKMT» elmi tədqiqat laboratoriyasının elmi işçisi İddiaçı tərəfindən ADNSU-nun rektoru professor Mustafa Babanlıya ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, 2010-cu ildən etibarən «Fiziki kimya» kafedrasının nəzdində «Ekoloji kataliz» elmi tədqiqat laboratoriyasında laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. Eyni zamanda Universitetin sınaq doktorantıdır. Elmi işini bitirmişdir. Bu illər ərzində 19 elmi əsərləri beynəlxalq və yerli jurnallarda dərc edilmişdir. Müxtəlif konfrans və təlimlərdə iştirak etmişdir. xx.xx.2020-ci il Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsində layihə rəhbəri olmuşdur. X17 Development Program in the X14 for the 2022-2023 proqramında iştirak etmək üçün sənədlərini təqdim etmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda 3 ay Qazmaye xromotoqraflarının iş prinsipini öyrənmişdir. xx.xx.2021-ci il onlara YKMT elmi tədqiqat laboratoriyasının bağlanması və işçi heyətinin müvafiq kafedralara yerləşdirilməsi haqqında şifahi məlumat verildi. Laboratoriyanın digər əməkdaşların müvafiq kafedralarda işlə təmin olunasına baxmayaraq, ilkin siyahıda adı Neft kimya texnologiyası və Sənaye ekologiyası kafedrasında olsa da, hələ də işlə təmin olunmamışdır. Universitetdə yaranan xoş, ədalətli abu-hava həm tələbələrin, həm də müəllim, elmi işçi heyyətinin rəhbətini qazanmışdır. M.Babanlının rəhbərliyi altında çalışmaq gənc elmi işçilər və məhz onun üçün stimul yaradır ki, Universitetin elm-təhsil sistemində layiqli mütəxəssis kimi fəaliyyət göstərə bilmədiyi üçün şəxsi-professional inkişafın üzərində daim çalışır. Qeyd etdiklərini nəzərə alaraq elmi və müəllimlik fəaliyyətini doğma ADNSU-da ixtisasına kafedralardan birində davam etməsinə təstək olmasını və müvafiq köməklik göstərməsini xahiş etmişdir.
11. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 08-32 nömrəli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə baş tutmuş Elmi Şuranın qərarına əsasən müvafiq struktur dəyişikliklər həyata keçirilmiş və yeni kimyəvi materiallar və texnologiyalar elmi tədqiqat laboratoriyası bağlanmışdır. Bu səbəbdən də İddiaçı tutduğu elmi işçi vəzifəsi ştatı ixtisar olunmuşdur. Bununla əlaqədar, bu xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam veriləcəkdir. Nəzərinə çatdırırlar ki, İddiaçı sözügedən xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxalınlmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılır. Xəbərdarlıq müddəti ərzində ixtisasına (peşəsinə) uyğun olan vakant ştat vahidləri müəyyən edilərsə, bu barədə İddiaçı əlavə məlumat veriləcəkdir. Eyni zamanda qeyd olunur ki, yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq hazırki xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında bir dəfəlik ödəniş edilməklə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilə bilər. Bu xəbərdarlıq xx.xx.2022-ci il tarixdə qüvvəyə minəcək.
12. İş materiallarından olan Afət Quliyeva, Turanxanım İskəndərova, Səbinə Yusubova, Kəmalə Ağayeva, Mahirə Əliyeva və Mehriban Mikayılova tərəfindən Cavabdeh rektoruna yazılmış ərizənin surətindən görünür ki, onlar «YKMT» elmi tədqiqat laboratoriyasının keçmiş əməkdaşları yazıb bildirmək istəyirlər ki, xx.xx.2021-ci il tarixdə onların laboratoriyanın bağlanması və işçilərin müxtəlif kafedralara yerləşməsi ilə bağlı məlumat gəlmişdir. Siyahıda İddiaçı adı «Neft kimya texnologiyası və sənaye ekologiyası» kafedrasında baş laborant vəzifəsində səslənmişdir.
13. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli, 04-61 nömrəli əmrin surətindən görünür ki, KTF-nin nəzdində «Yeni kimyəvi materiallar ıə texnologiyalar» ETLnın bağlanması ilə əlaqədar və 1 ştat vahidi etmi işçi ştatının ixtisar olunmasını nəzərə alaraq 5 nəfərdən komisiyanın yaradılması əmr edilmişdir.
14. İş materiallarında olan Cavabdeh Həmkarlar İttifaqı Komitəsi tərəfindən Cavabdeh rektoruna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, ADNSU-nun Həmkarlar İttifaqına ştatların ixtisarı ilə bağlı məsələ HİK-nin Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli iclasında müzakirə edilərək qərar qəbul edilmişdir.
15. İş materiallarında olan Cavabdeh rektorunun xx.xx.2022-ci il tarixli 04-61 nömrəli əmri ilə yaradılmış Komissiyasının xx.xx.2022-ci il tarixli iclasının protokolun surətindən görünür ki, İddiaçı əmək müqaviləsi ləğv edilməzdən əvvəl 9 təqvim həftəsi müddətində rəsmi xəbərdarlığın elan edilməsi qərara alınmışdır.
16. İş materiallarında olan Cavabdeh elmi işlər üzrə prorektor Lətafət Qardaşova, tədris-metodiki şöbənin müdiri Lətifə Məmmədova, baş hüquqşünas Nümayəndə və baş mühasib v.m.i.e.Vidadi Mİrzəyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdehndə elmi işçi vəzifəsində çalışan İddiaçı ixtisar olunması ilə əlaqədar yazılı xəbərdarlıq təqdim olunmuş, İddiaçı xəbərdarlığı qəbul etmiş, lakin hər hansı imza atmayacağını bildirmişdir.
17. İş materiallarında olan Cavabdeh 04-383 nömrəli, xx.xx.2022-ci il tarixli əmrin görünür ki, ADNSU-da elmi işçi vəzifəsində çalışan İddiaçı işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar, AR ƏM-nin 70-ci maddəsinin «b» bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə 2022-ci il 14 aprel tarixdən xitam verilməsi, AR ƏM-nin 77-ci maddəsinin 3-cü bəndinə əsasən orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilməsi və son haqq-hesabın edilməsi baş mühasib v.m.i.e.V.Mirzəyevə tapşırılması əmr edilmişdir. Əsas: Rektorun xx.xx.2022-ci il tarixli, 08-32 nömrəli xəbərdarlığı, xx.xx.2022-ci il tarixli, 06-37 nömrəli akt, HİK-in xx.xx.2022-ci il tarixli, 13 nömrəli məktubu, HİK-in xx.xx.2022-ci il tarixli qərarı, ADNSU üzrə verilmiş 04-61 nömrəli, xx.xx.2022-ci il tarixli əmr və ixtisar komissiyasının protokolu.
18. İş materiallarında olan Bakı 4 saylı mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MŞB/4-1084 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı və Cavabdehn nümayəndəsi X9 xx.xx.2022-ci il tarixdə, 14.00-15.00 saatlarında «işdən çıxarma barədə əmrin ləğvi və digər işə keçirilmə tələbinə dair» əmək mübahisəsi üzrə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər.Tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.
19. İş materiallarında olan «Bakı sağlamlıq» klinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli epikrizindən görünür ki, İddiaçı son kliniki diaqnoz: əsas xəstəlik – O20.0-abort təhlükəsi. Diaqnoz qeydi: düşük təhlükəsi. EKM. Əsas xəstəliyin ağırlaşması- O04.9- Ağırlaşmasız tam və ya dəqiqləşdirilməmiş abort. 20.İş materiallarında olan Azərbaycan Dövlət Neft Akademiyası nəzdindəki «Neftin, qazın geotexnoloji problemləri və kimya» elmi-tədqiqat institutunun 1995-ci ildə qeydə alınmış nizamnaməsinin təsdiq olunmuş surətindən görünür ki, «Neftin, qazın geotexnoloji problemləri və kimya» elmi-tədqiqat institutu (ETİ) Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il 129 saylı qərarına əsasən xalq təsərrüfatında böyük əhəmiyyətli elmi-tədqiqat işlərinin aparılması və xalq təsərrüfatında tətbiq edilməsi üçün təşkil edilib və sərbəst fəaliyyət göstərmək hüququna malikdir. 21.İ ş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh «Neftin, qazın geotexnoloji problemləri və kimya» elmi-tədqiqat institutu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, aşağıda adları çəkilən əməkdaşlar Cavabdeh nəzdində fəaliyyət göstərən «Neftin, qazın geotexnoloji problemləri və kimya» X10 göstərilən tarixlərdən işlə təmin olunmuşlar: 1. Məmməd Həsən-zadə Dilarə Səməddin qızı – xx.xx.2021; 2. X5 qızı – xx.xx.2021; 3. X4 – xx.xx.2021; 4. X3 – xx.xx.2021; 5. X15 – xx.xx.2021; 6. X13 – xx.xx.2021.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
22. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh «Yeni kimyəvi materiallar və texnologiyalar» laboratoriyasının elmi işçi vəzifəsində işləmiş və Universitetin xx.xx.2021-ci il tarixdə baş tutmuş Elmi Şurasının qərarına əsasən müvafiq struktur dəyişikliklər həyata keçirilmiş və iddiaçının çalışdığı laboratoriyası bağlanmışdır. Laboratoriyada çalışan əməkdaşlar işlə təmin edilmiş, lakin iddiaçı ona təklif edilən və ixtisasına uyğun olan işlə razılaşmamış, ixtisasına uyğun olmayan işə keçirilməsini tələb etmişdir. Bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ştatların ixtisarı ilə əlaqədar xitam verilməsinə razılıq verilməsi üçün Həmkarlar İttifaqına müraciət olunmuş və bu müraciətə müsbət cavab verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli əmri ilə ADNSU-da elmi işçi vəzifəsində çalışan İddiaçı işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar işdən azad olunmuşdur.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.
24. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
25. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir.
26. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.
27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər.
28. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasnə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq əmək stajı on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftə qabaq işçiyə rəsmi xəbərdar edilməlidir.
29. Qanunun yuxarıda göstərilən tələbinə əsasən əmək stajı on ildən çox olan işçilərə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən rəsmi xəbərdarlıq müddəti azı doqquz təqvim həftəsi olmalıdır.
30. Göründüyü kimi işçilərin sayı və ştat ixtisar edilərkən, iddiaçıya ADNSU-nun nəzdində «Neftin, qazın geotexnoloji problemləri və kimya» X10 və başqa elmi tədqiqat laboratoriyada ixtisasına uyğun iş təklif edilmiş, lakin iddiaçı bu təkliflərdən imtina etmişdir.
31. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tutduğu ştatın ixtisara düşməsi barədə qanunvericiliyin tələbinə uyğun iki ay əvvəl işəgötürən tərəfindən xəbərdar olunmuş, hətta xəbərdarlıq müddəti ərzində ona hər iş həftəsində əmək haqqı saxlanmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir.
32. Məhkəmə qeyd edir ki, iddiaçı ADNSU-nun kadrlar şöbəsinə hamilə olması barədə şifahi məlumat verməsini, lakin bu hal nəzərə alınmamasını iddia etsə də, məhkəmə iclasında bu hallar öz təsdiqini tapmamışdır. (şahid ifadəsi, kimə şifahi məlumat vermişsə onun izahatı və s.)
33. Belə ki, qeyd olunan hamiləlik ilə bağlı müraciət şifahi olmamaqla, yazılı tərtib edilməli və kadrlar şöbəsinə rəsmi məlumat verilməliydi. (işə götürəni məlumatlandırmaq vəzifəsi işçiyə məxsus olduğundan) Lakin İddiaçı bunun yazılı olmasını və rəsmi məlumat verməsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
34. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olduğu üçün və iddiaçının həmin əmrin ləğvi ilə əlaqədar gətirdiyi dəlillər öz təsdiqini tapmadığı üçün, irəli sürülmüş əmrin ləğv edilməsi barədə tələbi əsaslı hesab edilə bilməz və bu səbəbdən də təmin edilməməlidir.
35. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi hissəsində əsassız hesab olunduğu üçün prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırma aparmadan digər tələblər – onun Universitetin «Neft kimya texnologiyası və sənaye ekologiyası» kafedrasında işlə təmin olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbləri də əsassızdır və təmin edilməməlidir.
36. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə 10.000 manat tutulması hissəsi üzrə qeyd edir ki, tələb digər ilkin tələblərlə (əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı tələbi) bağlı olduğundan və onun hüquqi nəticəsini daşımalı olduğundan iddia tələbi bu hissədə təmin edilə bilməz.
37. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
38. Həmçinin, Ali Məhkəmənin Plenumu yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
39. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi ziyan» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
43. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı Cavabdehnə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəzi ziyan» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov