Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3125/2025 24.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X3 oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “mənzilin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X1 Cavabdeh BOKT ASC-yə qarşı “mənzilin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin ipoteka yüklüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 24.310,03 manat əsas borc, 1578,56 manat faiz borcu, 500 manat faiz borcu olmaqla cəmi 26.388,59 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Nümayəndə tutularaq "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı məxsus olan və banka ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 77.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən "xxxx" ASC-yə olan borcu ödədikdən sonra artıq qalan pul vəsaitinin İddiaçı verilməsi, hərracdan sonra yaşayan şəxslərin ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizasının əvəzi kimi 50 və qiymətləndirilməyə sərf edilən 250 manat pulun ondan tutulması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7268/2018 saylı iş üzrə 03 iyul 2018-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamışdır. Həmin qətnamədən isə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-7836/2018 saylı Qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyidirilmədən saxlanılmışdır. Bundan sonra Bakı şəhəri Nizami rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qətaməsi icra olunmaq xx.xx.2018-ci il tarixdə icraya yönəldilmiş və xx.xx.2018-ci il tarixdə icraata başlanılmışdır. Borclu Nümayəndə həmin məbləği ödəməyə imkanı olmadığı üçün tutmaya yönəldilmiş əmlak üzrə xx.xx.2021-ci il tarixdə hərrac keçirilmiş və bundan sonra Cavabdeh BOKT ASC xx.xx.2021-ci il tarixdə məktub verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-72/2018 saylı 31 yanvar 2018-ci il tarixli qətnaməsi əsasında Nümayəndə icra sənədini könüllü icra etdiyinə görə icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin məktub və xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, cavabdeh öhdəliyini yerinə yetirmiş və onun borc öhdəliyi yoxdur. Həmin icra sənədi üzrə hələ artıq 895 manat artıq ödəniş ödənilməsinə baxmayaraq, nə artıq ödəniş geri qaytarılmamış, nə də ipoteka predmeti olan mənzil həbsdən azad edilməmişdir. İddiaçı Cavabdeh BOKT Açıq Səhmdar Cəmiyyəti cavabdeh Nümayəndə qarşı kredit borcu üzrə əldən çıxmış faydanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nümayəndə vurulmuş zərərin əvəzi olaraq 5307 manatın və 73.10 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutularaq Cavabdeh BOKT ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi də rədd edilmişdir. Lakin iddia ərizəsi verilən günə qədər ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü olmaqda davam edir. Həmin mənzilin ipoteka yüklüyündən azad edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edib bildirdi ki, müvafiq məhkəmə qətnaməsi ipoteka predmetinə tutma yönəldilməzdən əvvəl tam şəkildə icra olunduğundan, qarşı tərəf borcun olmaması barədə arayışı onlara təqdim etmiş, lakin mənzilə dair çıxarışı vermək üçün əlavə pul tələb etmişdir. İddiaçı tərəf borcu tam ödəyib bitirdiyindən əlavə ödənişə əsas olmadığını düşünüb hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddia tələbinin əsaslı olmasının nəzərə alınaraq təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh BOKT ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-72/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 26.388,59 manat borc və 30 manat dövlət rüsumunun əvəzi Nümayəndə tutulmalı, tutma İddiaçı məxsus olan və banka ipoteka qoyulmuş Bakı şəhəri Nizami rayonu M.X.Şərifli küçəsi ev 98 ünvanında yerləşən 44 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına tələb edilən borc ödənilməli, mənzilin hərracda ilkin satış qiyməti 77.000 manat məbləğində müəyyən edilməli, hərrac yolu ilə əldə edilən pul vəsaitindən borc ödənildikdən sonra artıq qalan pul vəsaiti mülkiyyətçiyə qaytarılmalı, satıldıqdan sonra mənzil boşaldılmalıdır. Cavabdeh BOKT ASC tərəfindən Nizami rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Nizami Rayon Məhkəməsinin 2(007)-72/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında Nümayəndə barəsində verilmiş eyni nömrəli icra sənədini könüllü icra etdiyinə görə, icra sənədi üzrə icraata xitam verilməsinə dair məhkəməyə təqdimat verilməsi xahiş edilmişdir. Nizami rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-72/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədində qeyd olunan tələb borclu Nümayəndə tərəfindən tam şəkildə təmin olunduğundan icra sənədinə xitam verilmişdir. Cavabdeh BOKT ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Nümayəndə ilə Cavabdeh BOKT ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə heç bir borc öhdəliyi mövcud deyildir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu M.X.Şərifli küçəsi ev 98 ünvanında yerləşən 44 nömrəli mənzil iddiaçının oğlu ilə Cavabdeh BOKT ASC arasında bağlanmış xx.xx.2014cü il tarixli kredit müqaviləsinin təminatı olan ipoteka müqaviləsinə əsasən, bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə sözügedən kredit müqaviləsi üzrə borcun və dövlət rüsumunun əvəzinin iddiaçının oğlundan tutulması və tutmanın iddiaçının mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi qət edilsə də, Cavabdeh BOKT ASC tərəfindən Nizami rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla müəyyən edilir ki, iddiaçının oğlu icra sənədini könüllü icra etmiş, buna görə də tələbkar tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Beləliklə, Nizami rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan icra sənədinə xitam verilmişdir. Məhkəmənin müvafiq qərardadı əsasında cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışda Nümayəndə ilə Cavabdeh BOKT ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə heç bir borc öhdəliyinin mövcud olmadığı qeyd edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müvafiq kredit müqaviləsi üzrə öhdəliyin tam icra edilməsi mübahisəsiz olaraq müəyyən edilmişdir. Müqavilə üzrə öz öhdəliyin tam yerinə yetirilməsinə baxmayaraq, ipoteka predmeti üzərində yüklülüyə xitam verilməmişdir. c) Məhkəmənin mövqeyi: Məhkəmə kredit müqaviləsi üzrə öhdəliyin tam icra edilməsinə dair gətirilən dəlilləri, cavabdehdən və İcra şöbəsindən əldə edilmiş və həmin dəlilləri təsdiq edən mötəbər sübutları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri Nizami rayonu M.X.Şərifli küçəsi ev 98 ünvanında yerləşən 44 nömrəli mənzil ipoteka yüklülüyündən azad edilməlidir. d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 48.1, 48.1.2-ci maddəsinə görə, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda istinad edilmiş hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri Nizami rayonu M.X.Şərifli küçəsi ev 98 ünvanında yerləşən 44 nömrəli mənzil ipoteka yüklülüyündən azad edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nizami rayonu M.X.Şərifli küçəsi ev 98 ünvanında yerləşən 44 nömrəli mənzil ipoteka yüklülüyündən azad edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №e-2(006)-3125/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3125/2025
24.12.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver