Məhkəmə qərarları › İş №e-2(006)-315/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-315/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-315/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh “X1” ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh “X1” ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9000 manatın qaytarılmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank hesabı müqaviləsinin şərtlərinə uyğun olaraq N 3689sSTB2/19 xx.xx.2019 tarixində onunla Bank arasında müqavilə bağlanmışdır və onun razılğı ilə AZ04UBAZ**********1010AZN001 (nömrə) Bank hesabı açılmışdır. O və cavabdeh (Unibank KB” ASC) bank N 3689sSTB2/19 Bağlanmış müqavilənin (müqavilənin 1.1 bəndinə).gösdərilən kredit Kartı isdifadəsinə görə xx/xx/2021-ci il tarixdə 919 manat isdifadə etdiyi məbləği tam şəkildə ödəmişdir O, AZ04UBAZ**********1010AZN001 hesaba nağdsız pul vəsaiti köcürmə etmişdir. Köcürulmüş məbləğlər "1. xx/xx/2021-ci il 1500 manat, xx/xx/2021-ci il 1500 manat xx/xx/2021-ci il 2000 manat və 4. xx/xx/2021-ci il 4000 manat ümunilikdə 9000 manat "xxxx" ASC tərəfindən onun hesabından AZ04UBAZ**********1010AZN001 xx/xx/2021-ci il tarixdə qanunsuz 9000 manat çıxılma gördükdə o, cavabdehə pulu qaytarıması ücün lazımi qaydada müraciət etsə də, cavabdeh pulu verməkdən imtina etmişdir. Bu hal hesabdan cıxarışda təsdiqlənir. Yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. O, öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmənin əvvəlki iclasında cavabdehin nümayəndəsi iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etmişdir. Üçün şəxs xx.xx.2024-cü X2 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 3689Sstb2/19 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2026-cı il tarixinədək 500 manat limit təşkil edən kredit ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı "xxxx" ASC-nin xeyrinə 3913.06 manat əsas, 661.61 manat faiz, cəmi 4574.67 manat borc və 65.75 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İş materiallarında olan tələbkar Unibank KB ASC ilə yeni tələbkar X2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli tələb hüququnun satılması haqqında müqavilən görünür ki, tələbkar Azərbaycan Respublikası Məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarına əsasən müqavilənin tərkib hissəsi sayılan əlavələrdə qed edilən borc qalıqlarına dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını yeni tələbkara satır. İş materiallarında olan X2 MMC tərəfindən verilmiş maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixə İddiaçı kredit müqaviləsi üzrə 4640.03 manat borcu vardır. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı tərəfinədn “Unibank KB-nin 15 saylı filialının hesabına İddiaçı AZ75UBAZ**********1010AZN002 hesabından AZ04UBAZ**********1010AZN001 hesabına 22 Avqust 2021-ci il tarixdə ayrılıqda 1500 manat və 1500 manat, 23 Avqust 2021-ci il tarixdə 4095 manat və 2000 manat, cəmi 9095 manat köçürülmüşdür. 20 Avqust 2021-ci il 28582192 №-li tarixli ödəniş tapşırıqlarından görünür ki, “Unibank KB-nin 15 saylı filialının hesabına İddiaçı AZ75UBAZ**********1010AZN582 hesabından AZ04UBAZ**********1010AZN001 hesabına 919,93 manat köçürülmüşdür. Ödəniş tapşırıqlarının hamısında ödəniş təyinatı və əsası kimi 3689sSTB2/19 qeyd olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ödəniş tapşırıqları, hesabdan çıxarış məlumatları və “Unibank" Kommersiya Bankı ASC ilə İddiaçı arasında bağlanmış 3689SSTB2/19 saylı, xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixində ödənilmiş 9095,0 manat məbləğinin "xxxx" KB ASC-nə ödənilməsi müəyyən edilir. Müəyyən edildiyi halda bu ödənişlər 3689Sstb2/19 saylı, xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsi və AZ04UBAZ**********41010AZN001 nömrəli hesab üzrə olması müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ödəniş tapşırıqları, hesabdan çıxarış məlumatları və “Unibank" Kommersiya Bankı ASC ilə İddiaçı arasında bağlanmış 3689Sstb2/19 saylı, xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixində ödənilmiş 9095,0 manat məbləğinin "Unibank” KB ASC-nə ödənilməsi müəyyən edilir. Müəyyən edildiyi halda bu ödənişlər 3689Sstb2/19 saylı, xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsi və AZ04UBAZ**********1010AZN001 nömrəli hesab üzrə olması müəyyən edilir. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi, müxtəlif tarixlərdə İddiaçı tərəfindən pul köçürmələri olması müəyyən edilir (İSP lahiyəsi AniPay köçürmə əməliyyatları, Payment retum). Lakin hesabdan çıxarışlarda həmin pul köçürmələri barədə dəqiq heç bir məlumat göstərilmədiyindən borclunun banka olan əsas və faiz məbləğlərini müəyyən etmək olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən İddiaçı xx.xx.2026-cı il tarixinədək 500 manat limit təşkil edən kredit ayrılmış, müqavilə öhdəlikləri vaxtında icra edilməməsi səbəbindən Bank tərəfindən məhkəməyə müraciət olunmuş, həmin tarixə olan borc məbləğinin tutulması qət edilmişdir. Hazırda isə iddiaçı həmin kart hesabına xx.xx.2021-ci il tarixdə nağdsız pul vəsaiti köçürməsini iddia etməklə, onun geri qaytarılmasını tələb edir. İş üzrə iddiaçının vəsatəti təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası ilə həmin ödənişlərin 3689Sstb2/19 saylı, xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsi və AZ04UBAZ**********1010AZN001 nömrəli hesab üzrə olması müəyyən edilmişdir. Lakin hesabdan çıxarışlarda həmin pul köçürmələri barədə dəqiq heç bir məlumat göstərilmədiyindən borclunun banka olan əsas və faiz məbləğlərini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, üçüncü şəxs tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən iddiaçının banka 4640.03 manat borcu qalmaqdadır. Beləliklə, məhkəmə iddiaçının cavabdehə qarşı tələbinin əsaslandığı hallara dair sübut təqdim edə bilmədiyi qənaətinə gəlir, həmçinin göstərilənlər işin araşdırılmış halları ilə də müəyyən olunmadı. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 manat İddiaçı oğlundan alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun ləğv olunması və borc hesablanmasının qadağan edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar