Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3202/2025 13.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Sağlamlıq X3rşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X10 və X6 cəlb olunmaqla) "işə bərpa və sair" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Bakı Sağlamlıq X3rşı "işə bərpa və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanan xx.xx.2025-ci il tarixli, 132-K nömrəli əmrinin və bu əmrə əsasən, əmək kitabçasına yazılmış “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin 2 “ç” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) “əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılaraq ləğv edilməsi, işə bərpa olunmağı, onunla cavabdeh arasında müddətsiz əmək müqaviləsinin bağlanması öhdəliyi cavabdehin üzərinə qoyulması, məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsinə, mediasiya xərci üçün ödədiyi 50 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2014-cü il tarixdən başlayaraq mamaçı işləyir, işlədiyi müddətdə hər-hansı bir cəzası olmamışdır. Layiqincə üzərinə düşən işi həyata keçirirdi. Bundan əlavə işlədiyi müddətdə Baş tibb bacısının göstərişi ilə gecə növbəsinə çıxmışdır, lakin gecə növbəsi işləməyinə baxmayaraq gündüz növbəsinin əmək haqqı ödənilmişdir. İşini itirməmək üçün məcburiyyətdən onların ona etdiklərinə dözmüşdür təki məvacib alsın, övladlarını dolandırsın. Lakin pozulmuş hüquqlarının bərpası üçün digər işçilər müraciət etdikləri üçün və onda həmin işçilərlə yaxın münasibətdə olduğu üçün bunların qara siyahısına düşmüşdür. Hər vasitə ilə onları şərləyib işdən çıxarmaq istəyirdilər. Lakin o, işinə daha məsuliyyətli olduğu üçün onlar bunu edə bilmirdilər. Guya ki, xx.xx.2025-ci il tarixdə xəstəxanada yatan Həqiqət Bayramova və Səidə Babayevanın şikayəti əsasında o onlara gecə növbəsində də olan zaman yaxşı baxmamışdırm və onlarla kobud danışmışdır. Əslində qeyd olunanların heç biri olmayıb sadəcə adları şadlanan şəxslər (işçilər) şikayət etdikləri və onun da həmin şəxslərlə yaxın olduğu üçün qanunsuz olaraq şərlənərək işdən azad edilmişlər. Əmrdə onunla bağlı qeyd olunan hallar hamısı qanunsuz və əsasızdır. Qeyd olunan halları nəzərə alaraq xx.xx.2025-ci il tarixli 132-K saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Əmək Müqaviləmə qanunsuz olaraq xitam verilib. Bildirir ki, sözü gedən əmrin təsviri hissəsində qeyd olunan halların hər biri əsasızdır və böhdan xarakterlidir belə olan halda xx.xx.2025-ci il tarixdə 132-K saylı əmr ilə Azərbaycan Respublikası əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə qanunsuz olaraq xitam verilib. Hesab edir ki, cavadehin xx.xx.2025-ci il tarixdə 132-K saylı əmri tamamilə qanunsuz və əsassızdır. Buna görə də məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmiş və bu əsaslardan biri də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, iddia tələbini müdafiə etdiklərini və onun təmin edilməsini xahiş etmişdirlər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Bakı Sağlamlıq Mərkəzi X16 nümayəndəsi Vəkil izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahat verərək bildirmişdir ki, o, Bakı Sağlamlıq Mərkəzində müalicə olunduğu zaman tibb bacısı İddiaçı onun iynələrini vurmamış və ona laqeyd münasibət göstərmişdir. O, zəng düyməsini basmasına baxmayaraq, yanına gəlməmişdir. Bu səbəbdən onun barəsində şikayət etmişdir. Evə buraxılarkən isə uşaq qucağında olarkən yolunu kəsərək ona təzyiq göstərmiş və şikayət verməsinin səbəbini soruşmuşdur. Bu hal nəticəsində Həqiqət xanım ciddi qorxu keçirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahat verərək bildirmişdir ki, Həqiqət xanımın dedikləri doğrudur. Onların da müşahidələrinə görə, Nuridə xanım xəstələrə laqeyd münasibət göstərmiş, zəng düyməsini basmalarına baxmayaraq yanlarına gəlməmişdir. Həmin gecə demək olar ki, köməksiz qalmışlar. Qeyd etmişdir ki, şikayəti də özləri etmişlər. Sonuncu məhkəmə iclasının (məhkəmə qətnamsinin elan iclası) vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - İşəgötürən Bakı Sağlamlıq X19 şəxsi ilə işçi İddiaçı arasında bağlanan xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı Bakı Sağlamlıq Mərkəzi, Bakı şəhəri Nərimanov rayonu, Azadlıq prospekti 112, Əsas doğum şöbəsinə mama vəzifəsinə işə qəbul edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 132/K nömrəli əmrin surətindən görünür ki, “Bakı Sağlamlıq Mərkəzi” bölməsində “Doğum şöbəsinə mama” vəzifəsində işləyən İddiaçı Əliağa qızı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, AR ƏM-in 70. “ç”maddəsinə əsasən, xx.xx.2025 tarixindən xitam verilməsi, işçinin xx.xx.2014 tarixindən xx.xx.2025 tarixinə qədər istifadə edilməmiş 30 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə və planlamaya həvalə edilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzi X16 “Mama İddiaçı, tibb bacısı X1 və kiçik tibb işçisi X4 əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli 132 nömrəli əmrinin surətindən görünür ki, mama İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “e” bəndi- əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) 18 mart 2025-ci il tarixdən xitam verilməsi, işçinin istifadə etmədiyi əmək məzuniyyətinə görə 30 təqvim günü kompensasiya ödənilməsi, tibb bacısı X7 ilə bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “e” bəndi- əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) 18 mart 2025-ci il tarixdən xitam verilməsi, işçinin istifadə etmədiyi əmək məzuniyyətinə görə 9 təqvim günü kompensasiya ödənilməsi, kiçik tibb işçisi X8 ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “e” bəndiəmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) 18 mart 2025-ci il tarixdən xitam verilməsi, işçinin istifadə etmədiyi əmək məzuniyyətinə görə 34 təqvim günü kompensasiya ödənilməsi, əmrin icrasından irəli gələn məsələlərin həlli İnsan resursları (Ramilə Heydərzadə) və son haqq-hesab hissəsi Maliyyə və planlama (Kamalis Nağıyev) şöbələri tərəfindən təmin edilməsi əmr edilmişdir . - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzi X16 AR ƏƏSMN yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini cənab Fərid Bağırova ünvanladığı xx.xx.2025-ci il tarixli 3-28-25/2-385/2025 saylı məktubdan görünür ki, işçilərin əmək müqavilələrinə xitam verilməsi ilə bağlı müəssisənin Həmkarlar İttifaqı Komitəsinə müraciət olunmuş və Komitə hər üç işçinin iştirakı ilə iclas keçirmişdir. Müzakirənin nəticələrinə əsasən müəssisənin rəhbərliyinə Həmkarlar İttifaqı Komitəsinin razılıq məktubu təqdim edilmiş və işçilərin əmək müqavilələrinə xitam verilmişdir. - Babayeva Səidə tərəfindən xx.xx.2025-ci il tarixli şikayət ərizəsindən görünür ki, o, Babayeva Səidə bildirir ki, sonradan o şikayət etdikdən sonra baxıcısı Lamiyə tibb bacısı Flora palataya daxil olub müdaxilə edərək yazmalarına mane oldular. Nuridənin tərəfini saxlayıb onlara basqı elədilər. - Babayeva Səidə tərəfindən yazılan şikayət ərizəsindən görünür ki, keser əməliyyatı olmuşdur. Həkimlərdən razıdır. Qulluqdan razıdır. Yeməklərdən razıdır. Uşağa baxanlardan razıdır. Sadəcə 6-da 7-nə keçən gecə Nuridə xanımın rahat davranmağından razı deyildir. Çağıranda çox gec gəlir və bir az əsəbi davranır, zəngi basandan ən az 20 dəqiqə sonra gəlir. - Bayramova Həqiqətin şikayət ərizəsindən görünür ki, Bayramova Həqiqət BSM-də Keysəriyyə əməliyyatı olmuşdur. Ayın 6-dan 7-nə keçən gecə Nuridə xanımdan şikayətçidir. Çağıranda gec gəlirdi. - Bakı Sağlamlıq Mərkəzinin Direktoru A.B.Həsənova Doğum şöbəsinin maması İddiaçı tərəfindən verilən yazılı izahatdan görünür ki, xx.xx.2025-ci il tarixində gecə növbəsində 5 xəstəyə baxmışdır. Təyinatları vaxtında icra etmişdir. Gecə xəstələrdən heç bir şikayət olmayıb, ağrı zamanı ehtiyac halında növbətçi həkimə təyinata ağrı kəsici yazdırıb, xəstəyə ağrı kəsici vurmuşdur. Xəstələr baxım, qulluq, qayğı istəyirlər. 23 xəstəyə 1 xəstə baxıcısı olub, saat 5-dən 1 xəstə baxıcısı olub, saat 5-dən 8-ə xəstə baxıcısı olmayıb. Səhər növbəsini normal təhvil vermişdir. Ondan sonra Bayramova Həqiqət və Babayeva Səidə ondan şikayət ərizəsi yazıblar. O yazılan heç bir ittiahmı qəbul etmir, xəstələrə çox yaxşı baxmışdır, gecə heç bir həkim olmamışdır, 2 tibb bacısı, 1 mama, 1 növbətçi həkim, 1 xəstə baxıcısı olub. Gecə növbəsi normal keçib. Xəstələrə ilk növbədə Doğum şöbəsinin Böyük tibb bacısı yaxınlaşıb, xəstələrin şikayəti yazılı surətdə istənilib. O bu yazının özünə qarşı planlı olduğunu bildirmişdir. Çünki xəstə niyə ona öz şikayətinin o növbədə olanda bildirməyib, sonra bildirib. Böyük Tibb bacısı Lamiyə Məşədiyev onla ədavət aparır, öz şəxsi mənafeyinə görə şöbəni idarə edir, işçiləri narazı salır, müdriyyətin gözündən işçiləri salır. Onun hüququnun pozulmasına icazə verilməməsini, bu məsələnin ciddi araşdırılmasını xahiş etmişdir. O, nizam-intizam pozmamışdır, öz vəzifəsini vicdanla yerinə yetirmişdir. - Bakı Sağlamlıq Mərkəzi tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli aktdan görünür ki, bu akt ondan ötrü tərtib olunmuşdur ki, xx.xx.2025-ci il 11:00-da tibb bacısı Flora Abdullayeva, kiçik tibb bacısıLamiyə Məmmədova, Qadın Mərkəzində yatan xəstə Səidə Babayeva və Həqiqət Bayramovanın palatalarına daxil olaraq, onlara hədə-qorxu gələrək onlara mama İddiaçı barəsində etdiklərişikayətlərini, habelə xidmətdən edilən şikayəti geri götürülməsini kobud şəkildə tələb etmişlər. Xəstələr təlaş içərisində stasionarı tərk etmişlər. - “Bakı Sağlamlıq Mərkəzi” X16 “Bakı Sağlamlıq Mərkəzi” X16 Həmkarlar İttifaqı Komitəsinin sədri Günay İsmayılovaya ünvanladığı 3-28-25/3-64/2025 nömrəli xx.xx.2025ci il tarixli məktubun surətindən görünür ki, doğum şöbəsinin hər üç işçisinin – mama İddiaçı, tibb bacısı X7 və kiçik tibb işçisi X4 əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə xitam verilməsinə münasibət bildirməsini xahiş etmişdir. - “Bakı Sağlamlıq Mərkəzi” X16 Həmkarlar İttifaqı Komitəsinin “Bakı Sağlamlıq Mərkəzi” X18 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, barələrində müraciət edilən hər üç işçi iclasa dəvət edilərək dinlənilmişlər. İclasın sonunda yekdilliklə Doğum şöbəsinin maması İddiaçı əmək müqaviləsinə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə xitam verilməsinə etiraz edilmədi. Doğum şöbəsinin tibb bacısı X1 əmək müqaviləsinə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə xitam verilməsinə etiraz edilmədi. Doğum şöbəsinin kiçik tibb işçisi X4 əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə xitam verilməsinə etiraz edilmədi. - İş materiallarına əlavə edilmiş son haqq-hesab cədvəlindən görünür ki, ödəniləcək məbləğ 713.70 manat təşkil edir. - Bakı Sağlamlıq X19 Şəxsin nümayəndəsi Vəkil vəsatətindən görünür ki, Bakı Sağlamlıq Mərkəzinin Baş həkimi, digər rəhbər və həkim heyətinin imzası ilə müəssisənin İcraçı direktoruna ünvanlanmış 7 mart 2025-ci il tarixli təqdimatda Doğum şöbəsində çalışan 3 işçinin- mama İddiaçı, tibb bacısı X2 və kiçik tibb işçisi X4 əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilməsi xahiş edilmişdir. Belə ki, təqdimatda İddiaçı aid hissədə bildirilmişdir ki, Doğum şöbəsinin böyük tibb bacısı L.Məşədiyevanın xəstələrə gündəlik səhər ziyarəti zamanı 07 mart 2025-ci il tarixdə 2 pasiyentin - Həqiqət Bayramova və Səidə Babayevanın şikayətləri ilə rastlaşmışdır. Şikayətçilər gecə növbəsində olan mama İddiaçı qeysəriyyə əməliyyatı olunmuş xəstələıln gecə ərzində çağırışlarına gəlməməsi, onları çarəsiz və tibbi yardıma möhtac vəziyyətdə buraxması, həmçinin əsəbi davranması barədə şikayət etmişlər Həmçinin, yazılı şəkildə də şikayət etmişlər (əvvəldən iş materiallarına əlavə olunmuşdur). Şikayət barədə xəbər tutan İddiaçı iş yoldaşları- tibb bacısı X5 və kiçik tibb işçisi X8 pasiyentlərin palatasına daxil olaraq, şikayətin yazılmasına mane olmuş və onlara basqı etmişlər. Həmçinin, pasiyentlərin şikayət etmələri barədə İş yoldaşları İddiaçı məlumatlandırmışlar. Bundan dərhal sonra barəsində şikayət olunan İddiaçı Lamiyə Məşədiyevaya telefon zəngi edərək, hədə-qorxu gəlmiş və onun barəsində olan şikayətin ört-basdır edilərək bağlanmasını tələb etmişdir. Pasıyentlər təlaş və qorxu içində xəstəxanadan dərhal çıxmaq istədiklərini Bakı Sağlamlıq Mərkəzinin Baş tibb bacısı Aygün Şahbazovaya bildirmişlər Pasiyentlər - Həqiqət Bayramova və Səidə Babayeva evə buraxılmağa hazırlaşdıqları əsnada, mama İddiaçı ış növbəsində olmamasına baxmayaraq, həyal yoldaşı ilə birgə iş yerinə gəlmiş və tibbi sanitar qaydalarını pozaraq üst geyimi ile Doğum şöbəsinə daxil olmuşdur. Bu zaman pasiyentlərin həkimləri Sevinc Qarayevə və Günel Mərəyeva ilə mübahisə yaratmışdır. Xəstənin həkimi Sevinc Qarayevə mama İddiaçım şöbədən uzaqlaşdıraraq, xəstəsi Həqiqət Bayramovanın təhlükəsizliyi üçün xəstəxanadan çıxartmağa çalışmışdır. Bundan sonra mama İddiaçı xəstəni təqib edərək, xəstə Həqiqət Bayramovanın çıxdığı anda həkim Sevinc Qarayevanın müdaxiləsinə baxmayaraq, xəstə ilə mübahisə etmiş və şikayətini geri çəkməsi üçün xəstəyə təzyiqlər etmişdir. Həmçinin, İddiaçı öz həyat yoldaşını müəssisəyə çağırması nəticəsində mübahisə daha da gərginləşmişdir. Mübahisəni sakitləşməyə çalışan İcraçı direktorun müavini X.Qənbərov onlar tərəfindən təzyiqlə üzləşmişdir. Hətta mübahisənin böyüməsinin qarşısının alınması məqsədilə hadisə yerinə gəlməsi üçün polisə də zəng edilmişdir. Təsadüfi deyil ki, Doğum şöbəsinin orta və kiçik tibb heyəti kollektivinin qeyd edilən bəzi üzvlərinin davranışı nəticəsində bu tibbi xidmət üzrə müraciət edən pasiyenlərin sayında illər üzrə fərq müşahidə olunur. Belə ki, şöbədə bu kimi qruplaşmalar nəticəsində dəfələrlə xəstələrdən qeyri-rəsmi ödənişlərin istənilməsi, zahı qadınlara xidmət göstərilməməsi, kollektivin digər üzvlərini təzyiq altında saxlama və sair məzmunlu şikayətlər edilirdi. Hətta məsələnin araşdırılması ilə bağlı işçilərdən izahat istənilərkən, izahat verməkdən imtina etmələri onların subordinasiya qaydalarına əməl etməmələrini bariz şəkildə göstərir. Bu səbəbdən müəssisəmiz tərəfindən izahat verilməsi xahişi ilə onların ev ünvanlarına məktublar ünvanlanmışdır. Bundan sonra digər iki işçi izahat versə də Lamiyə Məmmədova izahat verməkdən imtina etmiş, habelə ev ünvanına göndərilən məktubu almaqdan imtina etmişdir. Göründüyü kimi, hər üç şəxsin əməli nəticəsində müəssisənin işgüzar nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gəlmiş, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. Belə ki, pasiyentlər sərgilənən xidmətdən və kobud davranışdan təlaş içərisində müəssisəni tərk etmişlər. Qeyd olunan işçilərə görə müəssisə sonradan pasiyentlərin, onların yaxınlarının müəssisəyə qarşı da şikayəti ilə (hətta sosial şəbəklərdə xəstəxana barədə mənfi rəy bildirəcəklərini qeyd etmişlər) üzləşmişdir. Mübahisənin davam etdirilməsi ətraf ziyarətçilərin diqqətini də çəkmiş və hər iki hal müəssisənin imicinə ciddi xələl gətirmişdir. Nəzərə çatdırmaq istərdilər ki, işçilərin əmək müqavilələrinə xitam verilməsi ilə bağlı müəssisənin Həmkarlar İttifaqı Komitəsinə müraciət olunmuş və Komitə hər üç işçinin iştirakı ilə iclas keçirmişdir. Müzakirənin nəticələrinə əsasən müəssisənin rəhbərliyinə Həmkarlar İttifaqı Komitəsinin razılıq məktubu təqdim edilmiş və işçilərin əmək müqavilələrinə xitam verilmişdir. Eyni zamanda pasiyent Həqiqət Bayramova təlaş içərisində müəssisəni tərk etmək istəyərkən mama İddiaçı onun qarşısım lifti qarşısında alması barədə video görüntü məhkəməyə təqdim edilmişdir. Eləcə də 5 avqust 2025-ci il tarixində pasiyentlər Səidə Babayeva və Həqiqət Bayramova məhkəmə iclasında iştirak edərək bir daha onlara qarşı İddiaçı tərəfindən olan kobudluqlar barədə danışmışlar. Göründüyü kimi sadalanan hallar mötəbər və təkzibolunmaz sübutlarla üz əksini tapır. Xüsusilə vurğulamaq istərdilər ki, qarşı tərəf də iddiaçı olmasına baxmayaraq, müdafiə baxımından ortaya əsaslı bir dəlil təqdini etməmişdir. Pasiyentlər qarşı tərəfin müraciəti əsasında məhkəmə də iştirak etsələr də qarşı tərəf özü məhkəməyə gəlməmişdir. Ehtimal olunur ki, iddiaçı tərəf pasiyentlərin şikayətləri ilə üzləşmək istəməmişdir. Mülki iş materiallarına iş vaxtının tabelindən çıxarışlar, “A” formatlı ödəniş tapşırığı və CD-disk əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin araşdırılan hallarından göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş, iddiaçı isə həmin əmri mübahisələndirərək onun ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinin “q” bəndinə görə, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Sözügedən Məcəllənin 71-ci maddəsinin 2-3-cü bəndlərinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin Məcəllənin 72-ci maddəsində qeyd edilmişdir ki, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə ilk olaraq qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir. Yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Həmçinin, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirdiyindən həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq bu qənaətə gəlmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən tərəfindən qəbul olunmuş əmrin hüquqi əsası və hüquqi əsasıı mövcuddur. Birincisi, əmək müqaviləsinə xitam verilməsi yalnız formal göstəricilərə əsaslanmamış, bilavasitə pasiyentlərin yazılı müraciətləri, onların məhkəmədə verdiyi ifadələr, işəgötürənin təqdim etdiyi akt və videomateriallarla təsdiqini tapmışdır. Bayramova Həqiqət və Babayeva Səidə məhkəmə prosesində bilavasitə iştirak edərək, İddiaçı xəstələrə münasibətdə laqeydlik, çağırışlara vaxtında reaksiya verməmə və qeyri-etik davranış hallarını bir daha təsdiqləmişlər. Onların ifadələri bir-birini tamamlayaraq, sübutetmə standartı baxımından tutarlı və etibarlı hesab olunmuşdur. İkincisi, iş materiallarına əlavə olunmuş video görüntülər və tərtib olunmuş aktdan aydın görünür ki, iddiaçı yalnız xidmət keyfiyyəti ilə bağlı narazılıqlara səbəb olmamış, eyni zamanda pasiyentlərlə birbaşa mübahisə etmiş, tibbi müəssisənin daxili qaydalarını pozaraq iş vaxtından kənar həyat yoldaşı ilə şöbəyə daxil olmuş, bu zaman digər tibb heyəti və rəhbərliklə münaqişə yaratmışdır. Belə davranış müəssisənin normal fəaliyyət ritmini pozmuş, pasiyentlərin təhlükəsizlik hissinə ciddi xələl gətirmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, “Bakı Sağlamlıq Mərkəzi” X16 Həmkarlar İttifaqı Komitəsinin “Bakı Sağlamlıq Mərkəzi” X18 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görüdüyü kimi həmkarlar ittifaqı komitəsi məsələyə dair iclas keçirərək hər üç işçinin, o cümlədən İddiaçı izahatını dinləmiş və yekdilliklə əmək müqaviləsinə xitam verilməsinə razılıq vermişdir. Bu hal göstərir ki, işəgötürən xitam prosedurunu qanunvericiliyin tələb etdiyi qaydada, həmkarlar ittifaqının mövqeyi nəzərə alınmaqla həyata keçirmişdir. Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər (əmr, təqdimatlar, aktlar) ilə yanaşı pasiyentlərin ifadələri və təqdim edilmiş CD-disk real baza təşkil etmişdir. Əksinə, iddiaçı öz müdafiəsini yalnız ümumi və subyektiv bəyanatlarla məhdudlaşdırmış, konkret sübutlar təqdim etməmiş, məhkəmə iclasına da qatılaraq mövqeyini əsaslandırmaqdan yayınmışdır. Bütün bu hallar göstərir ki, İddiaçı əmək fəaliyyəti zamanı davranışları müəssisənin işgüzar nüfuzuna və qanuni mənafeyinə ciddi zərər vurmuş, əmək və icra intizamını pozmuş, pasiyentlərin təhlükəsizliyinə və psixoloji durumuna neqativ təsir göstərmişdir. Bu baxımdan, işəgötürənin qəbul etdiyi qərar hüquqi cəhətdən əsaslandırılmış, mütənasib və qanunauyğun hesab edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh Bakı Sağlamlıq Mərkəzi X16xx.xx.2025-ci il tarixli, 132-K nömrəli əmrinin ləğv edilməsi tələbini əsassız olduğundan, onun əvvəlki işinə bərpa olunmağı və sair tələbləri ilk tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla rədd edilməlidirlər. Beləliklə, istinad edilən hüquq normalarının hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Bakı Sağlamlıq X3rşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X10 və X6 cəlb olunmaqla) "işə bərpa və sair" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı Sağlamlıq X3rşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X10 və X6 cəlb olunmaqla) "işə bərpa və sair" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-3202/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3202/2025
13.08.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver