Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3211/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakları ilə İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər LPO Cavabdeh2 ASC-yə və LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər LPO Cavabdeh2 ASC-yə və LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 25 saylı evin 1 saylı mənzili üzərində ləğv prosesində olan Cavabdeh2 ASC-nin ipoteka yüklülüyünə xitam verilməklə bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi, həmin mənzilin Cavabdeh2 ASC qarşısında ipoteka ilə yüklülükdən azad edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bununla bağlı müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 25 saylı evin 1 saylı mənzilinə dair İddiaçı ilə Cavabdeh2 ASC arasında cəmi 1 dəfə xx.xx.2006-cı il tarixli ipoteka müqaviləsi bağlanmış və kredit müqaviləsinin təminatı kimi DƏDRX-də ipoteka ilə yüklü edilmişdir. Qeyd edilən öhdəlik iddiaçı tərəfindən tam icra edilmişdir. Lakin LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əməkdaşları tərəfindən İddiaçı şifahi qaydada məlumat verilmişdir ki, ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 25 saylı evin 1 saylı mənzili tərəflər arasında 2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən DƏDRX-də ipotekanın əlavə yüklülüyü qeydə alınmışdır. 2006-cı il tarixdə bağlanmış müvafiq kredit müqaviləsi üzrə öhdəlik hal-hazırda mövcud olmadığı halda ləğvedici ƏSF tərəfindən İddiaçı məlum olmayan 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi tələb edilmişdir. Lakin bütün bu məlumatlar ləğvedicinin əməkdaşları tərəfindən İddiaçı şifahi bildirildiyindən iddiaçının vəkili tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə vəkil sorğusu verilmiş, İdarədən sorğuya verilmiş xx.xx.2023cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Cavabdeh2 ASC-nin “Biznes” filialının xx.xx.2012-ci il tarixli müraciəti əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 25 saylı evin 1 saylı mənzilinə dair sonrakı ipotekanın qeydiyyatı aparılmışdır. Məktubun məzmunundan aydın olur ki, mənzilə dair 2012-ci il tarixində dövlət reyestr xidmətində aparılmış yüklülüyə dair qeydiyyat heç bir hüquqi əsas olmadan, yalnız bankın birtərəfli qaydada ünvanladığı məktubu ilə (ipoteka və ya sonrakı ipoteka müqaviləsi olmadan) aparılmışdır. Qeyd edilən mənzilə dair Cavabdeh2 ASC tərəfindən hərəkətsizlik edilərək 2006-cı il tarixli ipoteka yüklülüyünə xitam verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməmiş, əksinə 2012-ci il tarixdə İddiaçı ilə Cavabdeh2 ASC arasında ipoteka müqaviləsi, müqaviləyə əlavə və ya sonrakı ipoteka müqaviləsi bağlanmadığı halda qanunsuz olaraq mənzilin təkrar ipoteka yüklülüyünə nail olunmuşdur. Qeyd olunan xüsusatların araşdırılması və 2006-cı ildə yaranmış öhdəliyin icra edilməsinə baxmayaraq, bank tərəfindən mənzilin birtərəfli qaydada yüklü edilməsi barədə müvafiq quruma müraciətin ünvanlanması əsaslarının müəyyən edilməsi, əks təqdirdə mənzilin üzərində Cavabdeh2 ASC-nin ipoteka yüklülüyünün ləğv (xitam) edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsi ilə əlaqədar cavabdehə tərəfimizdən müraciət ünvanlansa da, sonuncu heç bir adekvat reaksiya verməmiş və mənzili əsassız olaraq ipotekada saxlamağa davam etmişdir. Heç bir əsas olmadan iddiaçının mülkiyyətindəki əmlakın üzərində ipoteka yüklüyü ilə bağlı qeydlərin saxlanılması onun mülkiyyət hüquqlarını əsassız olaraq məhdudlaşdırır və mülkiyyət hüquqlarının tərkib hissəsi olan sərəncam hüququndan istifadə edilməsini mümkünsüz edir, bununla da iddiaçıya maddi ziyan dəymiş olur. İddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 25 saylı evin 1 saylı mənzil üzərində Cavabdeh2 ASCnin ipoteka yüklülüyü ləğv (xitam) edilməli və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydlər aparılmalıdır. Cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu etiraz təqdim edərək, İddiaçı iddia ərizəsinin əsassız olduğu səbəbindən rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ASC-nin “Biznes” filialı ilə İddiaçı arasında 2012-ci il tarixli kredit müqaviləsi mövcuddur. Belə ki, Cavabdeh2 ASC-nin “Biznes” filialı ilə iddiaçı arasında 07 noyabr 2012-ci il tarixdə 143 saylı kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı onun kreditin ayrılması barədə xahiş ərizəsinə əsasən 24 ay müddətinə, 18 % ilə hesablanmaq şərti ilə 40.000 (qırx min) manat məbləğində vəsait verilmişdir. İddiaçı həmin vəsaiti 07 noyabr 2012-ci il tarixdə bankın xəzinəsindən kassa-məxaric orderinə imza ataraq almışdır. Cavabdeh2 ASC-nin “Biznes” filialı ilə İddiaçı arasında 07 noyabr 2012-ci il tarixdə 143 saylı kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 25 saylı evin 2 otaqlı 1 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Mənzilin ipotekaya qoyulması barədə Bank ilə İddiaçı arasında 07 noyabr 2012ci il tarixli 143 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə 07 noyabr 2012-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda notariat qaydada təsdiq edildikdən sonra mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı bankdan almadığını iddia etdiyi vəsaitin ayrılması üçün ilkin olaraq Cavabdeh2 ASC-nin “Biznes” filialına ərizə ilə müraciət edərək ona 40.000 (qırx min) manat məbləğində vəsaitin verilməsini istəmişdir. Bundan başqa, iddiaçı kredit vəsaitinin ayrılması üçün fiziki şəxslər üçün nəzərdə tutulan kredit sifarişini dolduraraq və öz imzası ilə təsdiq edərək, yalnız ona məlum olan məlumatları qeyd edərək 40.000 (qırx min) manat məbləğində vəsaitin ayrılmasını xahiş etmişdir. Bununla bağlı bankda filialın əməkdaşları tərəfindən kreditin verilməsi və təhlili cədvəli hazırlanmışdır. Vəsaiti aldığı zaman iddiaçı əlavə olaraq 07 noyabr 2012-ci il tarixdə 143 saylı müddətli öhdəçiliyə imza ataraq bankdan aldığı 40.000 (qırx min) manat məbləğində ssudanı Cavabdeh2 ASC-nin “Biznes” filialına ödəməyi öhdəsinə götürmüşdür. Qanunvericiliyin tələblərinə və prosedurlarına uyğun olaraq əmlakın ipoteka ilə yüklü edilməsi məqsədi ilə iddiaçıya ÖM seriyalı, 178293 nömrəli qeydiyyat vəsiqəsi üzrə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 25 saylı evin 1 saylı mənzilində qeydiyyatda olan vətəndaşlar barədə Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 150 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən notariat kontoruna təqdim edilməsi üçün 1825 saylı 19 oktyabr 2012-ci il tarixli arayış və forma 2 Bakı şəhəri 9 saylı notariat kontoruna təqdim etmişdir. Həmin arayışlar digər sənədlərlə birlikdə Bank ilə İddiaçı arasında bağlanmış 07 noyabr 2012-ci il tarixli 143 saylı ipoteka müqaviləsinin Azərbaycan Respublikası ƏDMK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsində qeydiyyata alınan zaman xx.xx.2012-ci il tarixdə DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsinə təqdim edilmişdir (sənədin nömrəsi – **********). Həmin vəsait hazırki iddia üzrə iddiaçı tərəfindən alındıqdan sonra verilən kredit üzrə banka müxtəlif vaxtlarda ödənişlər aparılmışdır. Məhkəmə İddiaçı LPO Cavabdeh2 ASC-də olan cari hesab üzrə çıxarışdan görünür ki, xx.xx.2012-ci il tarixdə verilən kredit üzrə mütəmadi olaraq müxtəlif vaxtlarda ödənişlər aparılmışdır. O ödənişlər üzrə vəsaitlər hesablanmış faiz və əsas borcdan silinmişdir. Hal-hazırda həmin ödənişlər silinəndən sonra İddiaçı LPO Cavabdeh2 ASC-yə xx.xx.2012-ci il tarixli 143 saylı kredit üzrə borc aşağıdakı kimidir: - Əsas borc 21.526,53 manat, faiz borc 9.523,97 manat, cərimə 10.365,09 manat, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz 9.418,50 manat, cəmi xx.xx.2023-cü il tarixə borc 50.834,09 (əlli min səkkiz yüz otuz dörd manat, 09 qəpik) manatdır. Göründüyü kimi, İddiaçı xx.xx.2012-ci il tarixli 143 saylı kredit üzrə borcu tam ödəməmişdir. Bununla bağlı qalıq borcun ödənilməsi üçün dəfələrlə cavabdehə xeyli sayda xəbərdarlıq məktubları göndərilmiş və həmin məktublar onun tərəfindən imzalanaraq qəbul edilmişdir. İddiaçının Cavabdeh2 ASC-nin “Biznes” filialının xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin onun tərəfindən bağlanmaması, bu kreditdən xəbəri olmaması dəlilinə inanmaq olmur. Bundan başqa 25 aprel 2019-cu il tarixdə İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət edərək, İddiaçı xx.xx.2012-ci il tarixdə Cavabdeh2 ASC-nin “Biznes” filialından 40.000 AZN kredit götürdüyünü bildirmiş, həmin kreditə aid kredit müqaviləsinin, borcun olub-olmamasının (və ödənişlərin) təsdiq edilmiş surətinin ona təqdim edilməsini (ərizəyə uyğun yazılıb) xahiş etmişdir. Həmin məktuba cavab olaraq Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 16, mənzil 38 yaşayan İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 cavab olaraq bildirilmişdir ki, ləğv prosesində olan Cavabdeh2 ASC-nin Biznes filialı ilə aralarında bağlanmış xx.xx.2012-ci il tarixli 143 saylı kredit müqaviləsi üzrə ona 24 (iyirmi dörd) ay müddətinə qaytarmaq şərtilə, illk 18 (on səkkiz) faiz dərəcəsi ilə 40 000 (qırx min) manat məbləğində kredit verilmişdır. Bundan başqa bildirilmişdir ki, 30 may 2019-cu il tarixinə 07 noyabr 2012-ci il tarixli 143 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan Cavabdeh2 ASC qarşısında 21526.53 (iyirmi bir min beş yüz iyirmi altı manat 53 qəpik) manat əsas, 9514.78 (doqquz min beş yüz on dörd manat 78 qəpik) manat faiz, 53.82 (əlli üç manat 82 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 31095.13 (otuz bir min doxsan beş manat 13 qəpik) manat borc öhdəliyinin mövcudluğu və həmin borc məbləğinin ödənilməsi tövsiyə edilmişdir. xx.xx.2023-cü ildə cavabdeh LPO Cavabdeh2 ASC yazılı məlumat təqdim edərək bildirmişdir ki, İddiaçı ilə bank arasında 2006-cı ildə bağlanmış müvafiq kredit müqaviləsi üzrə öhdəlik halhazırda mövcud deyil, həmin tarixdə bağlanan kredit müqaviləsi və digər sənədlər ləğvediciyə verilməmişdir. İddiaçı (vəkili-nümayəndəsi Vəkil) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 25 saylı evin 1 saylı mənzili üzərində ləğv prosesində olan Cavabdeh2 ASC-nin xx.xx.2006-cı il tarixli və xx.xx.2012-ci il tarixli ipoteka yüklülüyünə xitam verilməklə bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi, həmin mənzilin Cavabdeh2 ASC qarşısında ipoteka ilə yüklülükdən azad edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bununla bağlı müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin “mənzil üzərində xx.xx.2012ci il tarixli ipoteka yüklülüyünə xitam verilməklə, hər iki müqavilə üzrə (xx.xx.2006-cı il tarixli və xx.xx.2012-ci il tarixli) daşınmaz əmlakın dövlət reyestrində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bununla bağlı müvafiq qeydlərin aparılması” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmış, iddiaçıya qeyd olunan tələblərə dair mübahisəni həll etmək məqsədilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malik olması və işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia tələbinin əsaslı olmasının nəzərə alınaraq təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu bildirdi ki, tərəflər arasında bağlanmış 2006-cı il tarixli müqavilə üzrə öhdəliklər mövcud deyil. Həmin hissədə iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia cavabdeh LPO Cavabdeh2 ASC-yə münasibətdə qismən təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 178293 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 35.34 yaşayış sahəsindən ibarət 2 otaqlı 25 saylı evin 1 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2004-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 07-Lök saylı reyestr kitabında 1184-cü səhifədə 30/337 № ilə qeydə alınmışdır. Cavabdeh2 ASC (borc verən) ilə İddiaçı (borc alan) arasında 07 noyabr 2012-ci il tarixində bağlanmış 143 saylı kredit müqaviləsindən görünür ki, borc verən borc alana mənzil təmiri üçün 07 noyabr 2014-cü il tarixinədək illik 18 (on səkkiz) faiz ödəmək şərtilə 40000 (qırx min) manat məbləğində kredit vermişdir. Cavabdeh2 ASC (ipoteka saxlayan) ilə İddiaçı (ipoteka qoyan) arasında 07 noyabr 2012-ci il tarixində bağlanmış 143 №-li sonrakı ipoteka müqaviləsindən görünür ki, həmin tarixdə bankla İddiaçı arasında bağlanmış 143 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan tərəfindən İddiaçı ayrılmış 40000 manat məbləğində kredit öhdəliyinin təminatı üçün ipoteka qoyan İddiaçı şəxsi mülkiyyətində olan mənzili təkrar ipoteka qoymuşdur. İpoteka predmeti İddiaçı tam mülkiyyət hüququ ilə məxsus (ÖM seriyalı 178293 saylı xx.xx.2004-cü il tarixli Çıxarış) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 25 yaşayış sahəsindən ibarət 2 otaqlı 1 saylı mənzil olmuşdur, mənzilin ümumi dəyəri tərəflər arasında 60000 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2012-ci il tarixli xəzinə məxaric orderindən görünür ki, Cavabdeh2 ASC-nin “Biznes” filialı tərəfindən İddiaçı kredit təyinatı ilə 40.000 manat məbləğində pul verilmişdir. Cavabdeh2 ASC-nin “Biznes” filialının AR ƏMDK DƏDRX Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı xx.xx.2012-ci il tarixli məktubdan görünür ki, xx.xx.2012-ci ildə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 1 nömrəli mənzilin Cavabdeh2 ASC-nin “Biznes” filialı tərəfindən ipotekaya qoyulduğu bildirilmiş, həmin evin ipoteka müqaviləsinin təkrar dövlət qeydiyyatına alınması xahiş edilmişdir. Cavabdeh2 ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014-cü il tarixli bildirişlərdən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixli müqavilə üzrə öhdəliyini pozmasının nəticələri barədə bank tərəfindən xəbərdar edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Cavabdeh2 ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu isə bankın ləğvedicisi təyin edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli SF3633 nömrəli çıxarışdan görünür ki, İddiaçı 40.000 manat məbləğində olan xx.xx.2012-ci il tarixli kredit üzrə aktiv öhdəlikləri mövcuddur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 ASC “Biznes” filialının xx.xx.2012-ci il tarixli müraciəti əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 25 saylı evin 1 saylı mənzilinə dair sonrakı ipotekanın qeydiyyatı aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 25 saylı evin 1 saylı mənzili Cavabdeh2 ASC “Biznes” filialının xx.xx.2006-cı il tarixli və xx.xx.2012-ci il tarixli müraciətlərinə əsasən ipoteka ilə yüklü edilmişdir və hal-hazırda yüklüdür. Müvafiq normativ-hüquqi sənədlərin tələblərinə uyğun olaraq həmin sənədlərin saxlanılması müddəti başa çatdığından məhv edilmişdir. Bu səbəbdən sənədlərin surətlərinin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə hərtərəfli, tam və obyektiv məhkəmə araşdırması üçün zəruri sənədlərin və məlumatların təqdim edilməsi cavabdehlərdən və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdən tələb edilmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı 07 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə LPO Cavabdeh2 ASC-yə 21526.53 manat əsas, 9523.97 manat faiz, 10365.09 manat cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 9418.50 manat faiz borcu olmaqla, cəmi 50834.09 manat borcu mövcuddur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş saxlanmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması haqqında xx.xx.2017-ci il tarixli aktdan görünür ki, 1989-cu ildən 2013-cü ilədək olan müxtəlif məzmunlu sənədlər məhv edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində iş materiallarına və tərəflərin izahatlarına əsaslanaraq məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2004-cü ildən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 1 nömrəli mənzil iddiaçı ilə hazırda ləğv prosesində olan Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2006-cı il və xx.xx.2012-ci il tarixli kredit müqavilələrinin təminatı olan ipoteka müqavilələrinə əsasən, bankın xeyrinə ipoteka və sonrakı ipoteka ilə yüklü edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliyini tam icra etməsi mübahisələndirilmir, belə ki, cavabdeh LPO Cavabdeh2 ASC məhkəməyə yazılı şəkildə məlumat verərək bildirmişdir ki, iddiaçı ilə bank arasında 2006-cı ildə bağlanmış müvafiq kredit müqaviləsi üzrə öhdəlik hal-hazırda mövcud deyil, həmin tarixdə bağlanan kredit müqaviləsi və digər sənədlər ləğvediciyə verilməmişdir. Eyni zamanda, mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışda iddiaçının adında bu müqavilə üzrə aktiv öhdəliyin mövcud olması qeyd edilmir. İddiaçının həmin müqavilə üzrə öz öhdəliyini tam yerinə yetirməsinə baxmayaraq, ipoteka saxlayan bank daşınmaz əmlak üzərində hüquqların reyestrini həyata keçirən aidiyyəti orqana bu barədə məlumat vermək öhdəliyini yerinə yetirməmişdir və hazırda əmlak üzərində hər iki müqavilə üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklülük mövcuddur. İddiaçının iddia tələbinin bir hissəsinə mülki qaydada baxılmalı olmadığından məhkəmə tərəfindən xitam verildiyindən, iddiaçının hazırki tələbi “İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 25 saylı evin 1 saylı mənzili üzərində ləğv prosesində olan Cavabdeh2 ASC-nin xx.xx.2006-cı il tarixli ipoteka yüklülüyünə xitam verilməklə həmin mənzilin Cavabdeh2 ASC qarşısında ipoteka ilə yüklülükdən azad edilməsi” məzmununda olmuşdur. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddianın məzmunundan aydın olur ki, iddiaçı əmlakının bank qarşısında ipoteka ilə yüklülükdən tam azad olunmasını istəyir. Cavabdeh LPO Cavabdeh2 ASC isə xx.xx.2006-cı il tarixli müqavilə üzrə iddiaçının öhdəliyini tam icra etdiyini etiraf edir, lakin iddiaçının bank qarşısında aktiv öhdəlikləri olduğundan, tələbin həmin hissədə əsassız hesab edilərək təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə xx.xx.2006-cı il tarixli müqavilə üzrə iddiaçının bank qarşısında olan öhdəliyini tam icra etməsinə dair gətirdiyi dəlilləri, həmin dəlilləri təsdiq edən sübutları və cavabdeh LPO Cavabdeh2 ASC-nin bununla əlaqədar etirafını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia cavabdeh LPO Cavabdeh2 ASC-yə münasibətdə qismən təmin edilməli, ünvan 4 ünvanında yerləşən 1 saylı mənzil üzərində xx.xx.2006-cı il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməklə mənzil məhz həmin müqavilə üzrə ipoteka yüklülüyündən azad edilməlidir. Lakin iddiaçının digər müqavilə üzrə bank qarşısında aktiv öhdəliklərinin olub-olmaması hazırki mübahisə üzrə araşdırma predmeti olmadığından məhkəmə hesab edir ki, əmlakın bank qarşısında ipoteka ilə yüklülükdən tam azad edilməsi mümkün deyildir, buna görə də tələb bu hissədə təmin edilməməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1, 48.1.2-ci maddəsinə görə, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Məhkəmə hesab edir ki, iddia tələbi həm ləğv prosesində olan banka, həm də ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəldilsə də, bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin tələb üzrə əsl cavabdeh olmadığından tələbin təmin edilən hissəsi ona münasibətdə deyil, yalnız ləğv prosesində olan banka münasibətdə təmin edilməlidir. Ləğv prosesində olan bank ləğvetmə prosesi ərzində hüquq qabiliyyətini tam həcmdə saxladığından və əsl cavabdeh olduğundan tələbin əsaslı hesab edilən hissədə ona münasibətdə qismən təmin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 60.2-ci maddəsinə görə, ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi iddianı qismən etiraf etmişdir. Məhkəmə hesab edir ki, həmin etiraf qanunazidd deyildir və hər hansı şəxsin maraqlarına və ya mənafelərinə toxunmur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda istinad edilmiş hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia cavabdeh LPO Cavabdeh2 ASC-yə münasibətdə qismən təmin edilməli, ünvan 4 ünvanında yerləşən 1 saylı mənzil üzərində xx.xx.2006-cı il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməklə mənzil həmin müqavilə üzrə ipoteka yüklülüyündən azad edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia cavabdeh LPO Cavabdeh2 ASC-yə münasibətdə qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən 1 saylı mənzil üzərində xx.xx.2006-cı il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməklə mənzil həmin müqavilə üzrə ipoteka yüklülüyündən azad edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-3211/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3211/2023
05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver