Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3230/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh «BP Eksploreyşn (Kaspian Si) Limited» Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh «BP Eksploreyşn (Kaspian Si) Limited» Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2005-ci ildən 2022-ci ilin 31 may tarixinədək BP Eksploreyşn (Kaspian Si) Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində müxtəlif vəzifələrdə çalışmışdı. Belə ki, əmək fəaliyyətinə xx.xx.2005-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2006-cı ilədək Əməliyyatlar üzrə texnik (mexanik) vəzifəsinə qəbul olunmuşdu. Bundan sonra xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixinədək Mexanika üzrə texnik, xx.xx.2014-cü ildən xx.xx.2016-cı il tarixinədək və xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək Texniki işlər üzrə texnik vəzifəsində çalışmışdı. Daha sonra xx.xx.2016-ci ildən xx.xx.2018-ci ilədək və xx.xx.2018-ci ildən xx.xx.2022-ci il tarixinədək Texniki xidmət üzrə planlaşdırıcı vəzifələrində işləmişdi. Gördüyü işin xüsusiyyətləri nəzərə alınaraq iş yeri işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerləri kateqoriyasına məxsus olmuşdur. Belə ki, tutduğu vəzifənin xüsusiyyətləri, həmçinin sağlamlığıma vurulmuş zərərin xüsusiyyətləri nəzərə alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən barəsində İİİ dərəcəli əlillik verilməklə pensiya təyin edilmişdir. İlk əvvəl işə başladığım dövrdə hər şey normal idi. Lakin, səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerində çalışdığım üçün səhhətimdə nasazlıqlar yaranmağa baş vermişdir. Artıq 2007-ci ildə keçirilən müayinələr zamanı səhhətində müəyyən nasazlıqların yarandığı hiss olunurdu. Bununla bağlı müəyyən tibbi sənədləri də mövcuddur. Bu nasazlıqlar sonda səhhətinin ciddi şəkildə pozulmasına və xx.xx.2010-cu il tarixində sol mədəciyin aşağı divarının kəskin miokard infarktı ilə nəticələnən xəstəliyimin yaranmasına gətirib çıxardı. Bununla bağlı xx.xx.2010-cu il tarixdə ürəyinin tac divarlarının stendlənməsi (3 stend) əməliyyatı həyata keçirilmişdir. Onun iş yeri şəhərdən 120 km (gedib/qayıtmaq) uzaqlıqda yerləşən Səngəçal terminalında olmuşdur. Ağır dərəcəli miokard infarkt keçirmiş bir insanın hər gün o məsafəni qət etməklə işə getməsi nə deməkdir? Gündə 3 saat vaxtın təkcə yola sərf edilməsi deməkdir. Xəstə insana bu mənəvi iztirabdan başqa bir şey deyildir. Ən pisi isə odur ki, terminalda ümumiyyətlə həkim xidməti yox idi, yalnız feldşer olurdu. Bir anlıq təsəvvür edin ürəyinin təkrar infarkt keçirməsi halında terminalda həkimin olmaması səbəbindən o həyatını itirə bilərdi, çünki məsafə baxımından heç təcili yardım maşınının ora gəlməsi də mümkün deyildir. Məsələ orasındadır ki, həmin ərazidə heç təcili yardım xidməti də yoxdur. Səngəçal terminalında gördüyü işin xüsusiyyətlərinə uyğun olaraq daim xeyli məsafə qət etməli və sahədə qurğuları yoxlamalı, hündürlüklərə çıxmalı idi. Bütün bu hərəkətlilik ayaqlarımın da sıradan çıxmasına gətirib çıxarmışdır. Belə ki, sağlamlığı üçün zərərli iş sahəsində çalışdığı üçün bütün bunlar səhhətinə çox ciddi təsir edirdi. Bununla bağlı “A GROUP” şirkəti tərəfindən X5 müvafiq göndəriş verilmiş və orada ona sol diz oynağının medial meniskinin arxa buynuzunun 1-ci dərəcəli yırtığı. Sağı diz oynağının medial meniskinin arxa buynuzunun deqenerativ dəyişiklikləri (2-ci dərəcəli). Onurğanın L5-S1 inetrvertebral diskin degenerasiyası və arxa mərkəzi protruziyası diaqnozu qoyulmuşdur. X7 tərəfindən təqdim edilən QN 095/10 xx.xx.2010-cu il tarixli arayışdan da görünür ki, ona yüngül fiziki işlə təmin olunmağım məsləhət görülmüşdür. X5 göndəriş verən Cavabdehin işçilərini sığorta etdirdiyi “A Group” şirkəti olmuşdur. Həmin arayış Cavabdehə təqdim olunması həmin dövrdən ötən müddət ərzində iş yeri dəyişdirilməmiş, daha yüngül fiziki işlər təmin olunmamışdır. Bütün bu halları davamlı olaraq hər il keçirilən işçinin müayinəsi zamanı yoxlamanı həyata keçirən həkimin diqqətinə çatdırsa da heç bir nəticə vermirdi. Cavabdehin məhz hərəkətsizliyi nəticəsində sağlamlığı günü gündən pisləşməkdə davam etmiş və sonda xx.xx.2021-ci il tarixində açıq ürək əməliyyatı (aortakoronar şuntlama) olunmağına səbəb olmuşdur. Daha sonra o əlilliklə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, əvvəlcə imtina edilsə də sonradan Bakı İnzibati Məhkəməsinə müraciətimdən sonra İİİ dərəcə əlillik dərəcəsi müəyyən edilməklə pensiya təyin edilmişdir. Cavabdeh tərəfin mediasiya prosesində iştirak edən nümayəndəsi X2 prosesdə şirkətin belə hal olduğu zaman “siyasətini” də açıqlamışdır . Onun dediyinə görə şirkətin işçisinin daha yüngül işə keçirilməsi ilə bağlı həkim rəyi olduqda “dərhal bununla bağlı tədbir görülür”. Hətta onun vəzifəsinə uyğun daha yüngül iş olmadıqda belə yüngül iş yeri boşalana qədər işçinin işə çıxmadan əmək haqqı alması təmin olunur. Nümayəndənin dediklərindən bir anlıq ona elə gəldi ki, sən demə o həmin şirkətdə işləməmişəm, 16 il fasiləsiz yuxu görmüşdür. Ələxsus onu yandıran evdə oturub maaş almalı olduğu ilə bağlı utopik fikirlər idi. Təbii ki, nümayəndə bu zaman təkidlə bildirirdi ki, işçinin yüngül işə keçirilməsi ilə bağlı bir dənə də olsun həkim rəyi olmayıb. Artıq onun diqqətinə özlərinin sığorta etdirdiyi A Group sığorta şirkəti tərəfindən verilən göndəriş əsasında müayinə olduğum X4 verilmiş yuxarıda adıçəkilən arayışı təqdim edir. Arayışdan da göründüyü kimi həkim göstərişlərinə əsasən yüngül işə keçirilməyim tövsiyə olunsa da Cavabdeh buna məhəl qoymamış və onu ağır şəraitli işdə işlətməyə davam etdirmişdir. Bunun nəticəsində sağlamlığa ciddi zərər vurulmuşdur. Səhhəti ilə bağlı təqdim etdiyi bülletenlər təsdiq edir ki, sağlamlığı pozulması ilə bağlı o davamlı olaraq stasionar və ambulator müalicələr almış, bu zaman əmək qabiliyyətli olmamışdır. Hətta məsələ o həddə çatmışdır ki, sonuncu dəfə o məcburi olaraq 1 (bir) il müddətində işə çıxa bilməmiş, bununla bağlı forma 27 sənədi də vardır. Bütün bunlar bir daha sübut edir ki, Cavabdehin təqsiri ucbatından (hərəkətsizliyi) pozulmuş sağlamlığımı heç cür bərpa edə bilməmişdir. Eyni zamanda bildirir ki, təqdim etdiyi bank çıxarışından da görünür ki, aylıq əmək haqqı 3516.84 manat təşkil edirdi. Əgər Cavabdehin təqsiri ucbatından sağlamlığı pozulmasaydı və ya daha yüngül işə keçirilsəydim o əmək pensiyası yaşına çatana qədər işləyə bilərdi. Nəzərə alsaq ki, qanunvericiliklə kişilər üçün pensiya yaşı 65-dir və hazırda onun da 59 yaşı var. 2022-ci ilin may ayında işdən çıxarılmağını nəzərə alaraq həmin vaxtı 58 yaşı var idi. Hesablama aparsa 65 yaşı xx.xx.2029-cu ildə tamam olacaqdır. İşdən xx.xx.2022-ci ildən işdən çıxdığı vaxtdan xx.xx.2029-cu il tarixədək hesablama aparsa (hər ay əmək haqqının 3516.84 manat olduğunu nəzərə alaraq) 7 il x 12 ay+6 ay (31.05-09.12)x3516.84 manata = 316.515,60 manat əldə edə bilərdi. Cavabdehin məsuliyyətsizliyi, hərəkətsizliyi nəticəsində o bu qazancı (gəlirlərindən) məhrum olunmuşdu. Əgər Cavabdeh əmək mühafizəsinə dair qanunvericiliyin tələblərinə əməl etmiş olsaydı, həkim məsləhətinə diqqət edilsə idi o bugünədək işdə qalıb işləyə, əmək haqqı alıb, ailəsini və özünü dolandıra bilərdi. Lakin, Cavabdehin təqsiri ucbatından o bu gün əlil olmaqla nəinki işləmək, eyni zamanda kənardan qulluğa ehtiyac duyur. Bundan əlavə bütün bu müddət ərzində o müalicə məqsədilə daim həkim müayinələrində olmuş, müxtəlif ömürlük ona yazılan dərman vasitələri almış və bununla bağlı külli miqdarda vəsait xərcləmişdir. Həkim müayinələrində ambulator və stasionar müalicələrdə olmağı ilə bağlı sənədləri məhkəmə prosesi gedişində təqdim edəcəkdir. Sərf etdiyim vəsait külli miqdarda olsa da Mülki Məcəllənin 384.0.3-cü maddəsinin tələbinə əsasən həmin vəsaitin son üç ildə aylıq 2000 manat tələb edilməsini ədalətli hesab edir. O səbəbdən həmin məbləğin ona dəymiş maddi ziyan kimi 72.000 manat (36 ay*2000=72.000 manat) ödənilməsini istəyir. İddiaçı cavabdeh «BP Eksploreyşn (Kaspian Si) Limited» Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» tələbinə dair yazılı izahat ilə məhkəməyə müraciət etmişdir. İzahat onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim etdiyi AT-İV №4656654 nömrəli Əmək kitabçasına əsasən, İddiaçı "CavabdehNDƏ (bundan sonra Nümayəndəlik) aşağıdakı müddətdə qeyd olunan vəzifələrdə çalışmışdır:
1. xx.xx.2005 - xx.xx.2006 - Əməliyyatlar üzrə (mexanik) texnik (təcrübə keçən)
2. xx.xx.2006 - xx.xx.2014 - Mexanika üzrə texnik
3. xx.xx.2014 - xx.xx.2016 - Texniki işlər üzrə texnik (yalnız vəzifənin adı dəyişib)
4. xx.xx.2016 - xx.xx.2016 - Nəqletmə (Midstrim) əməliyyatları departamenti, texniki xidmət üzrə texnik (yalnız vəzifənin adı dəyişib)
5. xx.xx.2016 - xx.xx.2018 - Nəqletmə (Midstrim) əməliyyatları departamentində qalmaqla texniki xidmət üzrə planlaşdırıcı
6. xx.xx.2018 - xx.xx.2022 - Nəqletmə (Midstrim) əməliyyatları departamentində qalmaqla texniki xidmət üzrə planlaşdırıcı - sahə
7. xx.xx.2022 - İşdən çıxarılmışdır. Əmək kitabçasından da göründüyü kimi, 2006-ci ildən xx.xx.2016-cı il tarixinədək o eyni yerdə və vəzifədə çalışmışdır. Çalışdığı vəzifələrdə yalnız vəzifənin adında dəyişiklik olmuşdur. Məhkəmə prosesi zamanı qarşı tərəf vəzifənin adına edilən dəyişikliyi sanki vəzifə dəyişikliyi kimi göstərməyə çalışması tamamilə qəbulolunmazdır. Hesab edir ki, bununla Cavabdeh məhkəməni yanlış istiqamətləndirməyə cəhd edir. Halbuki reallıq əmək kitabçasından da aydın görünür ki, bu heç də belə olmamışdır. İstər onun məhkəməyə təqdim etdiyim "X6" tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli arayışdan, istərsə də qarşı tərəfin son məhkəmə prosesi zamanı məhkəməyə təqdim etdiyi Medi Club tərəfindən barəmdə verilmiş xx.xx.2010-cu il, xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli arayışlardan onun iş üçün yararsız və/və ya məhdudiyyətlə yararlı olmağı açıq aşkar göstərilmişdir. Bununla yanaşı qeyd olunan məlumatlar Cavabdehin özü tərəfindən hər tibbi arayışa münasibətdə verilən tibbi sertifikatlarda (Xəstəlikdən sonra tibbi sertifikat) öz əksini tapmışdır. Buna baxmayaraq, o eyni vəzifədə saxlanılmış və həmin ağır şəraitdə işləməyə davam etməyə məcbur edilmişdir. Eyni zamanda məlumat üçün bildirir ki, "Medi Club" tərəfindən verilmiş arayışlarda onun yalnız ofis işi üçün yararlı olmağı qeydləri də mövcuddur. Göründüyü kimi Cavabdeh çoxsaylı tibbi rəylərə əhəmiyyət verməmiş, qanunvericiliyin tələblərinə məhəl qoymayaraq onu ağır işdə işləməyə məcbur etmiş və sonda bu hal səhhətinin kəskin şəkildə pozulmasına səbəb olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, Cavabdeh tərəfindən təqdim edilmiş "Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair" arayışdan görünür ki, Mahmudov llham Aqoş oğlunun xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək işlədiyi Texniki xidmət üzrə texnik vəzifəsi - neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçiçilingər vəzifəsinə uyğun olmuş, vəzifə üzrə işləri isə "Səngaçal Terminalında" çətin şəraitdə, açıq havada, küləkli, qeyri-sabit, isti və soyuq hava şəraitində növbə metodu ilə (gecə və gündüz vaxtında 12 saat istirahət, 12 saatlıq əmək şəraiti) həyata keçirilmişdir. Son olaraq xx.xx.2016-cı il tarixdən Nəqletmə (Midstrim) əməliyyatları departamentində texniki xidmət üzrə planlaşdırıcı, daha sonra texniki xidmət üzrə planlaşdırıcı - sahə vəzifələrinə diqqət yetirdikdə həmin vəzifələrin də daha əvvəl texnik kimi işlədiyi eyni departamentin tərkibində olduğu və eynilə digər vəzifələr kimi ağır şəraitli işlər kateqoriyasına aid olduğu görünür və bu hal Cavabdeh tərəfindən verilmiş yuxarıda adıçəkilən arayışla tam təsdiq edilir. Məsələ burasındadır ki, həm texnik, həm texniki xidmət üzrə planlaşdırıcı, həm də texniki xidmət üzrə planlaşdırıcı - sahə vəzifələri ağır şəraitli iş yeri kateqoriyasına aiddir. Göstərilən hər üç vəzifə tamamilə ofis şəraitli iş kateqoriyasında uzaq, adından da göründüyü kimi birmənalı olaraq sahədə ağır şəraitdə görülən işlərə aid edilir. Bütün bu qeyd edilənləri ümumiləşdirsək belə demək olar ki, Cavabdeh onu yüngül işə keçirilmə zərurəti olmasına baxmayaraq ƏM-in 231-ci maddəsinin göstərişlərinə əməl etməyərək məni daha yüngül vəzifəyə keçirməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
Əsaslandırıcı hissə: İş materiallarına əlavə edilmiş ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinə əməliyyatlar üzrə (mexanik) texnik (təcrübə keçən) vəzifəsinə qəbul olunmuş, xx.xx.2006cı ildə mexanik üzrə texnik vəzifəsinə teyin olunmuş, xx.xx.2014-cü ildə vəzifəsinin adı texniki işlər üzrə texnik kimi dəyişdirilmiş, xx.xx.2016-cı il tarixli, 4007 saylı müqaviləyə əsasən vəzifəsinin adı nəqletmə (Midtrim) əməliyyatları departamentində texniki xidmət üzrə texnik kimi dəyişdirilmiş, xx.xx.2016-cı il tarixli, 4608 saylı əmək müqaviləsinə dəyişikliyə əsasən həmin departamentdə qalmaqla texniki xidmət üzrə planlaşdırıcı vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci ildə həmin departamentdə qalmaqla texniki xidmət üzrə planlaşdırıcı- sahə vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli, 8663/EM/VO saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 maddəsinin altıncı bəndinə əsasən ştatların ixtisarı əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. Mülki işin materiallarında olan Nəsrəddin Tusi adına Klinikanın xx.xx.2007-ci il tarixli arayışından görünür ki, İddiaçı Agoş oğlunun müayinəsinə əsasən lyumbar fizioloji lordoz saxlanılmış, fəqərələrin formaları və siqnalları saxlanmış, dagılmalar olmamış, fəqərə limblərində əhəmiyyətli lokal Şmorl tipli düyünlər müşahidə olunmuş, vertebral kanalın stenozu aşkarlanmamışdır. Onurğa beynin istiqamətində və cauda equina strukturunda patoloji siqnallar nəzərə çarpmamışdır. İntervertebral disklər: L1-L2 - disk hündürlüyü azalmamış, Diskin T2Wl signalinda azalma olmamışdır, L2-L3 - intervertebral disk normal hündürlükdəymiş, diskin T2Wl siqnali azalmamışdır, L3-L4 - diskin hündürlüyü yastılaşmamış, iskin T2 Wİ siqnal intensivliyi azalmamışdır. Diskin fibroz xəlqəsinin arxa fraqmentin qabarması, protruziyası mövcud deyildir. Dural kisəsinin ventral səthi kompressiya olunmamış. L4-L5 intervertebral disk yastılaşmamışdır, diskin T2Wİ Signalı normointensdir. Diskin arxa protruziyası yaxud yırtıqı aşkar edilməmiş, dural kisəsinin ventral səthi kompressiya olunmamışdır. L5-S1 intervertebral diskin hündürlüyü azalmamış, diskin T2Wİ Signalı hipointensdir. Diskin arxa protruziyası aşkar edilmiş, fibroz xəlqəsinin zədələnməsi ( tears) mövcuddur. Dural kisəsinin ventral səthinin sıxılması, sag və sol Najot sinirin kompressiyası olmamış, lateral kanal mənfəzi daralmamış, sag və sol nevral kökcüyünün kompressiyası nəzərə carpmamışdır. Üst və alt tamamlayıcı lövhəsinin deqenerasiyası ( tip 1 - 2- 3) əks olunmamış, sakral hissədə əhəmiyyətli abnormal simptomlar mövcud deyildir. Paravertebral toxumalarda patoloji dəyişikliklər nəzərə carpmamış, onurğanın bel hissəsinin degenerativ dəyişiklikləri olmamışdır. Mülki işin materiallarında olan “X6” MMC-nin 08 oktyabr 2010-cu il tarixli arayışından görünür ki, aparılan kliniki və diaqnostik müayinələr nəticəsində İddiaçı Agoş oğluna sol diz oynağının medial meniskinin arxa boynuzunun 1 -ci dərəcələ yırtığı, sağ diz oynağının medial meniskinin arxa buynuzunun degenerativ dəyişiklikləri (2ci dərəcəli), nurğanın L5-S1 intervertebral diskin degenerasiyası və arxa mərkəzi protruziyası" diaqnozu qoyulmuşdur. Qoyulmuş diaqnoz və aparılan müayınıləri əsas tutaraq İddiaçı Agoş oğluna yüngül fiziki işlə təmin olunması məsləhət görülür, 8-12 kq. artığ yük qaldırmaq məsləhət görülmür. Avtomobil idarə edərkən, diz oynağların hərəkətdə olmasını komplektə olunmuş maşınları sürə bilər. Mülki işin materiallarında olan klinikalar tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı sığorta təminatı üçün mütamadi olaraq fərqli müayinələrdən keçmişdir. Mülki işin materiallarında olan Medi Club tərəfindən İddiaçı barədə verilmiş xx.xx.2010-cu il, xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli arayışlarda və hər tibbi arayışa münasibətdə verilən tibbi sertifikatlarda İddiaçı iş üçün məhdudiyyətlə yararlı olmağı göstərilmişdir. Mülki işin materiallarında olan Medi Club tərəfindən İddiaçı barədə verilmiş xx.xx.2010-cu il tarixli arayışda və arayışa münasibətdə verilən tibbi sertifikatlarda İddiaçı iş üçün yararsız olmağı açıq aşkar göstərilmişdir. Mülki işin materiallarında olan Medi Club tərəfindən İddiaçı barədə verilmiş xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli arayışlarda və hər tibbi arayışa münasibətdə verilən tibbi sertifikatlarda İddiaçı iş üçün yararlı olmağı göstərilmişdir. Mülki işin materiallarında olan “MediClub” Klinikasının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Pasiyent Mahmudov llham oğlunun diaqnozu: - əsas: əvvəllər keçirilən miokard infarktı (125.2). Koronar angioplastik implant və transplantantın olması (Z95.5). - yanaşı: arışıq hiperlipidemiya (E78.2). - Xəstəliyin fəsadları və ya mürəkkəbləşməsi yoxdur. Xəstənin sağlamlıq durumu qənaətbəxşdir. Tredmil test mənfi idi, davamllığı 09 dəq 00 san (Brüs protokolu ilə, son İİİ-cü pililənin davamlığı 3 dəq 00 san). Ağır fiziki və emosional gərginliyə məruz qalmaq məsləhət görülmür. Mülki işin materiallarında olan X1 tərəfindən İddiaçı barədə verilmiş xx.xx.2017-ci il, xx.xx.2018-ci il xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli arayışlarda və hər tibbi arayışa münasibətdə verilən tibbi sertifikatlarda İddiaçı dənizdə və ya ucqar sahələrdə işləmək üçün yararlı olması göstərilmişdir. Mülki işin materiallarında olan “MediClub” Klinikasının 794 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə həkim-travmatoloq tərəfindən müayinə olunmuşdur. Pasiyent Mahmudov llham oğlunun diaqnozu: hər iki diz oynağının 3-cü dərəcəli artrozu, medial meniskin arxa buynuzunun yırtığı, beyker kistası, onurğanın L5-S1 intervertebral diskin degenerasiyası və arxa mərkəzi yırtığı, boyun fəqərələrinin C1-C7 çoxsaylı fəqərəarası disklərin sinirlərini sıxan protruziyalar və yırtığları, Th8-Th11 səviyyəsinin osteoxondrozu, bağların kalsifikasiyası, aşağı ətraflarda hərəkətin və hissiyatın pozulması .Vəziyyətində hərəkət məhdudluğu qeyd olunmuş, narahat vəziyyətdə işləyə, davamlı gərgin fiziki işlə məşğul ola, kimyəvi maddələrlə işləyə bilməzdir. "Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair" arayışdan görünür ki, Mahmudov llham Aqoş oğlunun xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək işlədiyi Texniki xidmət üzrə texnik vəzifəsi - neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər vəzifəsinə uyğun olmuş, vəzifə üzrə işləri isə "Səngaçal Terminalında" çətin şəraitdə, açıq havada, küləkli, qeyri-sabit, isti və soyuq hava şəraitində növbə metodu ilə (gecə və gündüz vaxtında 12 saat istirahət, 12 saatlıq əmək şəraiti) həyata keçirilmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixinədək işlədiyi Texniki xidmət üzrə planlaşdırıcı (Sahə) - neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzfəsinə uyğun olmuşdur. Bakı şəhəri 13 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/13/203-00829 saylı, xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin dəvam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 14:00-dan 15:00dək keçirilən ilkin mediasiya sessiyasında İddiaçı Agoş oğlu, xx.xx.2022-ci il tarixli, 7E- 1666 nömrəli etibarnamə üzrə nümayəndə Vəkil2, xx.xx.2023-cü il tarixli etibarnamə üzrə Nümayəndə və BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin xx.xx.2023-cü il tarixli, RGJ/6816 nömrəli etibarnamə üzrə nümayəndə X2 iştirak etməmişdirlər. Mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin xx.xx.2023-cü il tarixli, RGJ/6816 nömrəli etibarnamə üzrə nümayəndə X2 mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-1401/2023 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “əlilliyin təyin olunması” tələbinə dair 2-1(112)-1401/2023 saylı iş üzrə icraata xitam verilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmadan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi- törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü- mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Tibbi Sığorta Haqqında” Azərbaycan Respublisı Qanunun 15-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. Məhkəmə iddiaçının pul tələbinin üç hissədən olmasını xüsusilə vurğulayaraq ilkin olaraq ona ödənilməlisi nəzərdə tutan 316.515 (üç yüz on altı min beş yüz on beş ) manat hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı 316.515 (üç yüz on altı min beş yüz on beş ) manatın onun cavabdehin təqsiri üzündən xəstələnməsi səbəbindən əmək münasibətlərinə tez xitam verilmiş və əmək pensiyasına vaxtında əvvəl çıxmasına əsaslanmışdır. O, hesab etmişdir ki, cavabdehin təqsiri üzündən sağlamlığı pozulmasaydı 65 yaşına kimi işləyər və nəticədə ümumilikdə əmək haqqı kimi 316.515 (üç yüz on altı min beş yüz on beş ) manat əmək haqqı alacağdı. Halbuki iddiaçı həqiqətən 65 yaşına kimi cavabdehlə əmək münasibətlərini davam etdirəcəyini, cavabdehin onunla əvvəl bağlamış olduğu əmək müqaviləsində pensiya yaşına kimi əmək müqaviləsinin müddətinin sonunun müəyyən edilməsi barədə hər hansı qeyd şərt müəyyən edilməmiş, ehtimala əsaslanmış və iddiaçı bunu sübut edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddianın digər hissəsi olan 72.000 (yetmiş iki min ) manat hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı sonuncu məbləği son üç illlik müddət nəzərə alınmaqla aylıq 2000 manat olaraq hesablamış və bunun əsasında xəstəliyi ilə bağlı müvafiq dərman vasitələrinin alınması, həkim müayinə və müalicələrində olmasına əsaslanmışdır. Lakin, məhkəmə bu halda qeyd edir ki, iddiaçı cavabdehlə əmək münasibətlərində olduğu dövr ərzində iddiaçının tibbi sığortası mövcud olmuş və müvafiq qaydada yaralanmışdır. Əgər tam deyil qismən yararlanmış olsada belə artıq bu hal iddiaçının öz risk dairəsinə düşməklə iddiası əssasız olmasına gətirib çıxartmışdır. Bundan əlavə isə məhkəmə tibbi xərclərin ödənilməsi ilə bağlı qeyd edir ki, “Tibbi Sığorta Haqqında” Azərbaycan Respublisı Qanunun müvafiq maddələrinə əsasən iddiaçı icbari qaydada tibbi xidmətlər zərfi çərçivəsındə ödənişsiz qaydada tibbi xidmətlərdən yararlanmaq hüququda mövcud olmuşdur. Məhkəmə iddianın mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində rədd ediliyindən və iddiaçı digər qaydada mənəvi ziyan çəkməsi barədə mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi mənəvi ziyan hissəsində də təmin edilməməlidir. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Məhkəmə belə qənaətə gələrkən mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh «BP Eksploreyşn (Kaspian Si) Limited» Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Əfsanə Heydərova