Məhkəmə qərarları › İş №e-2(006)-3294/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3294/2024

07.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3294/2024 07.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Bakı şəhəri 28 saylı notariat ofisinə və xüsusi notarius Cavabdeh2 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X37) "qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh xüsusi notarius Cavabdeh2 və üçüncü şəxs X29 qarşı "qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X17 və X4 birgə nikah dövründə əldə etdikləri və qanun üzrə ½ payla X6 məxsus olmuş aşağıda sadalanan əmlaklara dair İddiaçı2 və İddiaçı1 qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir: -Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti ev 67 mənzil 3A; -** OV *** dövlət qeydiyyat nişanlı X46 minik markalı avtomobil; -Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti 67 saylı binanın həyətində yerləşən qeyri-yaşayış sahəsi 23,8 m2 torpaq sahəsi üzərində 19,7 m2 sahəsi olan qaraj; -Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi Ağamaliyev küçəsi 12 saylı evin 22.0 m2 yaşayış sahəsindən ibarət bir otaqlı 7 saylı mənzil; -Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsində istifadədə olan, 0,15688ha torpaq sahəsində yerləşən 22/24 nömrəli 5 mərtəbəli binada 37,26 m2 ümumi, 17,98 m2yaşayış sahəsindən ibarət 1 otaqlı, 99 nömrəli mənzil; -ünvan 1 ünvanında istifadədə olan 0,0813 ha torpaq sahəsində yerləşən 146 m2 yaşayış sahəsindən ibarət ev; -2550 ədəd "xxxx" ASC-nin səhmi; -"xxxx" ASC AZNEFT filialında 10 293 (on min iki yüz doxsan üç) manat məbləğində pul vəsaiti Sonradan iddiaçının nümayəndəsi iddia ərizəsinə dəqiqləşdirilməsi bardə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən göstərilən əmlaklar üzrə İddiaçı2 və İddiaçı1 qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehlər Bakı şəhəri 28 saylı notariat ofisinə və həmin ofisin notariusu Cavabdeh2 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 390 saylı məktubuna əsasən, mərhum X10 ilə bağlı Bakı şəhəri 28 saylı notariat ofisində vərəsəlik işi açılmış və xx.xx.2021-ci il tarixli 2V-74 və 2V-75 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrə əsasən X18, İddiaçı1 və İddiaçı2 vərəsə kimi tanınmışdılar. Mərhum X4 adına əmlaka dair əlavə sənəd təqdim olunduğu təqdirdə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi məsələsinə baxılacaqdır. Bu barədə İddiaçı1 bildirilmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçıların valideynləri X11 və X17 06 noyabr 1979-cu ildə birgə nikaha daxil olmuş və birgə nikahdan övladları iddiaçılar İddiaçı2 və İddiaçı1 doğulmuşdur. İddiaçıların anaları mərhum X11 04 noyabr 2020-ci il tarixdə vəfat etmiş və vərəsələri qismində iddiaçılar və onların ataları X12 Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. X11 və X9 birgə nikah dövründə əldə etdikləri, lakin X9 adına rəsmiləşdirilmiş aşağıdakı əmlaklar ümumi paylı mülkiyyətdə olduğu üçün həmin əmlaklar barəsində də vərəsəlik şəhadətnaməsi verilməli olduğu halda cavabdeh tərəfindən qeyd edilən əmlaklar üçün qanun üzrə vərəsəlik şəhadətnamələri verilməmişdir: -Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti ev 67 mənzil 3A; -** OV *** dövlət qeydiyyat nişanlı X46 minik markalı avtomobil; -Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti 67 saylı binanın həyətində yerləşən qeyri-yaşayış sahəsi 23,8 m2 torpaq sahəsi üzərində 19,7 m2 sahəsi olan qaraj; -Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi Ağamaliyev küçəsi 12 saylı evin 22.0 m2 yaşayış sahəsindən ibarət bir otaqlı 7 saylı mənzil; -Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsində istifadədə olan, 0,15688ha torpaq sahəsində yerləşən 22/24 nömrəli 5 mərtəbəli binada 37,26 m2 ümumi, 17,98 m2yaşayış sahəsindən ibarət 1 otaqlı, 99 nömrəli mənzil; -ünvan 1 ünvanında istifadədə olan 0,0813 ha torpaq sahəsində yerləşən 146 m2 yaşayış sahəsindən ibarət ev; -2550 ədəd "xxxx" ASC-nin səhmi; -"xxxx" ASC AZNEFT filialında 10 293 (on min iki yüz doxsan üç) manat məbləğində pul vəsaiti. İddiaçılar qanun üzrə vərəsəlik şəhadətnaməsi almaqla yanaşı yuxarıda sadalanan əmlakları da faktiki olaraq sahiblik etməklə həmin əmlakları da miras kimi qəbul etmişlər. İddiaçıların atası X17 18 mart 2022-ci il tarixdə vəfat etmişdir. İddiaçılar atasının mirası ilə bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişlər. Hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X37 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1996-cı ildə Bakı şəhərində anadan olduğunu, anası X39, atasının doğum haqqında şəhadətnaməyə əsasən X38 olduğunu, lakin atasının əslində iddiaçıların atası X9 olduğunu iddia etmiş və məhkəmədən iddiaçıların atası X9 Nigar Zolinanın atası olması faktının müəyyən olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qüvvəyə minmiş yekun qərarına əsasən mərhum X3 Nigar Çingiz qızının atası olması faktı məhkəmə tərəfindən tanınmışdır. X1 cavabdeh tərəfindən aparılan vərəsəlik işində miras əmlaklar birgə nikah dövründə əldə edildiyi üçün X6 aid əmlaklar X9 əmlakından ayrılmalı və iddiaçılara X6 aid hissədə vərəsəlik şəhadətnaməsi verilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iddianın həllini məhkəmənin mülahizəsinə buraxdı. Əlavə olaraq bildirdi ki, bu iddia prosessual pozuntularla verilmişdir. 2020-ci ildə Xaliqa Əliquliyeva vəfat etmişdir və vəfat etdiyi gün də onun adına bank əmanəti kimi pul vəsaiti var imiş. Həmin pul vəsaiti tərəflərin razılığı ilə bərabər şəkildə bölünmüşdür. Bu birgə nikah dövründə əldə olunmuş vəsait olsa belə, mərhum Əliquliyev Çingiz də, digər iddiaçılar da miras əmlakı kimi bərabər şəkildə bölünməsini qəbul etmişlər. İllər keçmiş, vəziyyət dəyişmişdir. Başqa bir məhkəmə işində Əliquliyev Çingizin nikahdan kənar üçüncü qız övladının olması məhkəmə qaydasında təsbit olunmuşdur. İndi qarşı tərəf ona az əmlak qalsın deyə, qisasçılıq niyyəti ilə, onun subyektiv hüquqlarından suiistifadə edərək, illər keçməsinə baxmayaraq bölünmüş, tamamlanmış vərəsəlik işinin yenidən açılmasına cəhd göstərmişlər. Hesab edir ki, notariusun cavabı çox doğru göstərilmişdir. Adına əmlakın olmadığı göstərilmişdir. İndi illər keçmiş, bu imtinadan məhkəməyə müraciət edərək ½ hissəsinin payının müəyyən olunmasını istəmişdir. Ər və arvad vəfat etmiş, bərabər paylar şəkildə bölünmüşdür. Əgər bərabər yox, Əliquliyev Çingiz ½ hissəsini özünə götürmüş olsa idi, ½ hissənin 1/3 hissəsi müəyyənləşdirilmiş olsa idi, başa düşülər ki, indi vətandaşlardır da, düşünə bilərlər ki, digər əmlak da var, o, açıq qalmışdır. Daha sonra ½ hissə mübahisələndirilməmişdir. Bu iddia qanunsuzdur və təmin oluna bilməz. Konstitusiya Məhkəməsinin Plenum qərarı da var ki, o vaxt bu hüquqdan istifadə olunmayıbsa, artıq istifadə oluna bilməz. Miras qoyanlar vəfat etmişdir. X36 adına olan əmlaka baxılır, onun da əmlakı var, əmlak hüquqları bəllidir. Qaraja münasibətdə qeyd edir ki, sərəncamla torpaq heç bir zaman əvəzli əqd kimi hesab olunmur. Kimin adından verilməsindən asılı olaraq onun mülkiyyəti sayılır, vərəsəlik də ümumi əsaslarla verilir, yəni, paylı mülkiyyət yoxdur, əvəzsizdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhəri Yasamal (Oktyabr) Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş P-JQ seriyalı 341693 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X2 Xadiqa İbrahim qızı ilə xx.xx.1979-c il tarixdə nikahları bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Əliquliyeva soyadı verilmişdir. Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 120444 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X11 xx.xx.2020-ci il tarixdə dəqiqləşdirilməmiş ürək çatızmazlığından vəfat etmişdir. V-34/2021 nömrəli vərəsəlik işi üzrə Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-74 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı2, İddiaçı1 və X17 Azərbaycan Beynəlxaql Bankı ASC üzrə X4 hər birinin nominal dəyəri 0.27 manat olan 3976 ədəd adi adlı səhminə dair mirasdan bərabər hissələrdə irs almışlar. V-34/2021 nömrəli vərəsəlik işi üzrə Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-75 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı2, İddiaçı1 və X17 Bakı şəhəri, Baş Səhiyyə İdarəsinin 9 nömrəli Qadın məsləhətxanasında mama-ginekoloq vəzifəsində işləmiş X4 vəfat etməsi ilə əlaqədar orta əmək haqqının 3 misli qədəri müavinat 966.92 manat məbləğində pul vəsaitinə dair mirasdan bərabər hissələrdə irs almışlar. Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 251220 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X17 xx.xx.2022-ci il tarixdə qulaqcıqların fibrilyasiyası və titrəməsindən vəfat etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-1010/2024 nömrəli qərarına əsasən, iddiaçı X22 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı X9 onun atası olması faktının (atalığın tanınması) müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3526/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X47 İdarəsi xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışına, habelə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, "X46” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixdən X9 mülkiyyətində olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli məktubuna və məktuba əlavə edilmiş sənədlərə əsasən: -Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 67, mənzil 3a ilkin olaraq X8 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzil Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunun 3M-628 reyestr nömrəli, xx.xx.1999-cu il tarixli dəyişmə müqaviləsinə əsasən X9 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. -Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 67 ünvanında yerləşən qeyri-yaşayış binasına (qaraj) dair Səbail Rayon İcra Hakimiyyətinin 198 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamına əsasən X9 adına ilkin texniki pasport tərtib edilmişdir. -Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağamalıyev küçəsı, ev 12, mənzil 07 ilkin olaraq X15 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzil Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli, 4Ə-1075 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X9 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. -Bakı şəhəri, Binəqədi rayonu, Rəsuzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 22/24, mənzil 99 ilkin olaraq X33 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzil Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontorunun xx.xx.1992-ci il tarixli, D4-1136 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X14 adına qeydiyyatdan keçmişdir. Daha sonra həmin mənzil Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontorunun D1-19 reyestr nömrəli, xx.xx.1994-cü il tarixli dəyişmə müqaviləsinə əsasən X16 adına qeydiyyatdan keçmişdir. Adıçəkilən mənzil Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontorunun 2V-97 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X21 adına qeydiyyatdan keçmişdir. Sonra isə qeyd edilən mənzil Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontorunun 4Ə-02- 291 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 02/928 saylı məktubundan görünür ki, ünvan 4 ünvanında 813.6 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 146.01 m2 olan, 6 otaqlı, 2 mərtəbəl fərdi yaşayış evi 23.06 2016 cı il tarixdə Naxçıvan Şəhər 1-ci DNK-nın 31.08 2004-cü il tarixli, 4/Ə-610 nömrəli və 22.06.2:016 cı il tarixli, 4/Ə-347 nömrəli bağışlama müqavilələri və 555 inventar nömrəli texniki pasport əsasında daşınmaz əmlakın dövlət reyestrində X9 adına qeydiyyata alınmışdır. Fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin 429,1 m2 hissəsi Çingiz Əliquliyevin anası X5, torpaq sahəsinin 323,84 m2 hissəsi isə X19 mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsinin ÖM seriyalı 018430 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 67, 3a nömrəli mənzilin mülkiyətçisi X13r. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsinin ÖM seriyalı 208918 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağamalıyev küçəsı, ev 12, 7 nömrəli mənzilin mülkiyətçisi X13r. Azərbaycan Respublikasnın Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixli Daşınmaz Əmlakın Texniki Pasportunun notarial qaydada təsdiq olunmuş surətinə əsasən (Qeyri-Yaşayış Binası (Qaraj)) Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektindəki 67 saylı binanın həyətində olan qeyri-yaşayış sahəsi üzrə hüquq subyekti X13r. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Rəsuzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 22/24, 99 nömrəli mənzilin mülkiyyətisi X13r. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Naxçıvan şəhəri, H.Rəhimov küçəsi döngə 2, 4 nömrəli evin mülkiyyətisi X13r. "xxxx" ASC-nin BB-09 0067 nömrəli səhminin surətinə və Səhmlərin alqı-satqı və broker xidmətlərinin göstərilməsi haqqında müqavilələrin surətlərinə əsasən, X9 "xxxx" ASC-də 2550 ədəd səhmi vardır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarili məktubuna əlavə edilmiş razılaşmanın və hesabdan çıxarışın surətinə əsasən, X9 "xxxx" ASC-də olan depozit hesabına xx.xx.2020ci il tarixdə 9400 manat və 455 manat məbləğində əmanət yerləşdirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. Dövlət vərəsəlik hüququna təminat verir (5-ci hissə). Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 225.1. Əərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir; Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1159.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Maddə 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən olunur ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 mərhum X11 ilə X9 birgə nikahlarından olan qızlarıdır. İddiaçıların anası - X11 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra, sağlığında ona məxsus Azərbaycan Beynəlxalq Bankı ASC-də hər birinin nominal dəyəri 0.27 manat olan 3976 ədəd adi adlı səhmi, habelə vəfat etməsi ilə əlaqədar orta əmək haqqının 3 misli qədəri müavinat olan 966.92 manat məbləğində pul vəsaiti, onun öldüyü məqamda sağ olan əri - X17, övladları- İddiaçı2 və İddiaçı1 tərəfindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr əsasında miras kimi qəbul edilmişdir. İddiaçıların atası X17 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra, sağlığında mülkiyyət hüququ üzrə ona məxsus olmuş iddia ərizəsində sadalanan daşınar və daşınmaz əmlaklar onun öldüyü məqamda sağ olan övladları- İddiaçı2 və İddiaçı1 miras qalmışdır. Daha sonra məhkəmənin qüvvəyə minmiş qətnaməsinə əsasən mərhum X9 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X22 atası olması faktı məhkəmə tərəfindən tanınmışdır. Beləliklə, mərhum X9 birinci növbə vərəsələri İddiaçı2, İddiaçı1 və Zolina Nigar olmuşdur. Bundan sonra vərəsələrdən İddiaçı2 və İddiaçı1 miras əmlaklarla bağlı 2024-cü ildə ərizə ilə notariat ofisinə müraciət edərək, valideynləri - X17 ilə X4 birgə nikah dövründə əldə etdikləri əmlaklar üzrə analarından miras qalmış əmlaklar üzərində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. ünvan 5 ünvanlanmış xx.xx.2024-cü il tarixli 277 nömrəli məktubu ilə X4 adına olan miras əmlaka dair hüquqmüəyyənedici sənədlərin təqdim edildiyi təqdirdə vərəsəlik şəhadətnaməsinin verilməsi məsələsinə baxılacağı bildirilmişdir. İddiaçılar hazırki məhkəmə mübahisəsində valideynləri - X17 ilə X4 birgə nikah dövründə əldə etdikləri əmlaklardan analarına aid olan hissədən pay almağa nail olmaq istəyirlər və miras qalmış əmlaklara faktiki olaraq sahiblik etmələrinə əsaslanmaqla, həmin əmlaklara dair anaları X6 aid olan ½ hissədə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbini irəli sürürlər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1243.3-cü maddəsinin tələbi baxımından, iddiaçıların analarının ölümü ilə ondan miras qalmış səhmlər və ölümlə bağlı müaviət üzrə qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mirası qəbul etdiklərindən, iddiaçıların iddia ərizəsində sadalanan və onlardan ümumi birgə mülkiyyət hesab edilən əmlaklara da analarından miras qalmış hissədə vərəsəlik hüquqları yaranmış olur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları vərəsəlik hüququndan əmələ gəlir və cavabdehin nümayəndəsinin “bu hüquqdan istifadə olunmayıbsa, artıq istifadə oluna bilməz” barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, bu hüquq analarının vəfatından sonra atalarının sağlığında mübahisəli əmlaklarla bağlı müvafiq bölgünün həyata keçirilməməsi (payının müəyyən olunmaması və s.) ilə xitam olunmur. Bu hüquq yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Nəzərə alınmalıdır ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquqlar (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə müvafiq olaraq vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada miras qoyanın miras əmlakına daxil olan əmlakın həcminin, o cümlədən birgə nikah dövründə əldə edilmiş əmlakın hüquqi rejiminin (ümumi mülkiyyət rejimi) müəyyən edilməsi vərəsəlik institutunun vacib aspektlərindən biridir. Aydın olduğu kimi vərəsəlik hüququ daha çox ailə münasibətləri ilə əlaqəlidir. Konstitusiyanın 34-cü maddəsində nikah hüququ, o cümlədən ər ilə arvadın hüquqlarının bərabərliyi təsbit olunmuşdur. Ailə Məcəlləsinin 29.1-ci maddəsində isə ər və arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olmaları müəyyən edilmişdir. Bununla yanaşı, Ailə Məcəlləsinin 32-ci maddəsində nikah dövründə əldə edilən daşınmaz və daşınar əmlakın kim tərəfindən əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, ər-arvadın birgə mülkiyyətinə daxil edilməsi nəzərdə tutulmuşdur. Öz növbəsində, Mülki Məcəllənin 225.1-ci maddəsində göstərilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi, ailə və mülki qanunvericiliyi ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakı onların ümumi mülkiyyəti hesab edir. Ər-arvadın ümumi əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsi Ailə Məcəlləsinin 33-cü maddəsi ilə tənzimlənir. Bu baxımından qeyd edilməlidir ki, ilk növbədə mübahisəli əmlakların birgə mülkiyyət hesab edilib-edilməməsi müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarda X17 ilə X4 xx.xx.1979-cu il tarixdən rəsmi nikahda olduqları müəyyən edilmiş faktdır. Miras əmlaklar isə həmin müddət ərzində əldə olunmuşdur. Əldə olunmuş əmlakların birgə mülkiyyət hesab edilib-edilməməsinin müəyyən edilməsindən ötrü verilmiş məhkəmə sorğuları əsasında daxil olmuş sənədlərlə iddia tələbində sadalanan əmlaklardan ünvan 6 ünvanında istifadədə olan 0,0813 ha torpaq sahəsində yerləşən 146 m2 yaşayış sahəsindən ibarət ev istisna olmaqla, digər əmlakların X17 ilə X4 birgə nikah dövründə əldə edilmiş ümumi əmlak olması müəyyən edilmişdir. ünvan 6 ünvanında yerləşən ev isə birgə nikah dövründə əldə olunsa da, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 02/928 saylı məktubuna əlavə edilmiş sənədlərə əsasən, həmin fərdi yaşayış evi bağışlama müqavilələri əsasında əvəzsiz qaydada X9 mülkiyyətinə keçdiyindən onun birgə mülkiyyət kimi qiymətləndirilməsi istisna olunur. Bu səbəbdən də, həmin ev X17 ilə X4 ümumi əmlakı olmamaqla, iddiaçıların mərhum anasına aidiyyəti olmamış, beləliklə miras kütləyə də aid olmamışdır, buna görə də iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 1162-ci maddəsinin tələbi baxımından (Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir) birgə əmlak kimi qiymətləndirilən miras qalmış əmlaklardan iddiaçıların anası X6 aid hissədə iddiaçıların paylarının iddiada irəli sürülən ½ hissədə deyil, 1/3 hissədə müəyyən olunmasını məhkəmə məqsədəmüvafiq hesab edir. Belə ki, Xadiqa Əliquliyeva vəfat etdikdən sonra ər-arvadın birgə mülkiyyətindən ½ hissədə təkcə Çingiz Əliquliyevin, Xadiqa Əliquliyeva aid digər ½ hissədə isə İddiaçı1, İddiaçı2 və Çingiz Əliquliyevin hər birinin 1/3 payı vardır. Ona görə də Xadiqa Əliquliyevaya aid olan ½ hissədə əmlaklar üzərində iddiaçıların hər birinin 1/3 hissədə payı müəyyən olunmalıdır. Digər əmlaklardan Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti ev 67 mənzil 3A xx.xx.1999-cu il tarixli əvəzli müqavilə olan dəyişmə müqaviləsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi Ağamaliyev küçəsi 12 saylı evin 22.0 m2 yaşayış sahəsindən ibarət bir otaqlı 7 saylı mənzil xx.xx.2004-cü il tarixli əvəzli müqavilə olan alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsində yerləşən 22/24 nömrəli evin 99 nömrəli mənzili xx.xx.2007-ci il tarixli əvəzli müqavilə olan alqı-satqı müqaviləsinə əsasən X9 adına qeydiyyatdan keçdiyindən ümumi birgə əmlak kimi qiymətləndirilir və miras əmlak kimi həmin əmlakların X6 aid ½ hissədən iddiaçıların hər birininin 1/3 hissə payı müəyyən edilməlidir. Bunan başqa ** OV *** dövlət qeydiyyat nişanlı X46 minik markalı avtomobil xx.xx.2016-cı il tarixdə, yəni, X11 ilə birgə nikah dövründə əvəzli qaydada X17 tərəfindən əldə olunduğundan, həmin avtomobil də ümumi birgə mülkiyyətə daxildir və miras əmlak kimi həmin əmlakların X6 aid ½ hissədən iddiaçıların hər birininin 1/3 hissə payı müəyyən edilməlidir. "xxxx" ASC-də olan 2550 ədəd səhmə münasibətdə də məhkəmə qeyd edir ki, həmin səhmlər “Səhmlərin alqı-satqı və broker xidmətlərinin göstərilməsi haqqında” müqavilələr əsasında ayrı-ayrı vaxtlarda - 1994, 2007, 2008, 2013-cü illərdə, yəni, X11 ilə birgə nikah dövründə əvəzli qaydada X17 tərəfindən alındığından, həmin səhmlər də ümumi birgə mülkiyyətə daxildir və miras əmlak kimi həmin səhmlərin X6 aid ½ hissədən iddiaçıların hər birininin 1/3 hissə payı müəyyən edilməlidir. İddia tələbinin "xxxx" ASC AZNEFT filialında 10 293 (on min iki yüz doxsan üç) manat məbləğində pul vəsaitinə münasibətdə məhkəmə qeyd edir ki, irəli sürülən məbləğin yalnız 9400 manat hissəsi X17 ilə X4 birgə mülkiyyəti hesab olunur. Belə ki, bank tərəfindən təqdim olunmuş X9 hesabdan çıxarış məlumatlarına əsasən, X9 bankda 9000 əmanəti olmaqla 1 il üçün 855 manat faiz hesablanmış, həmin 855 manat faiz məbləğinin 400 manatını 9000 manatla birlikdə (9400 manat) yenidən xx.xx.2020-ci il tarixdə 1 illik müddətə 9.5 faizlə xx.xx.2020-ci il tarixli əmanət müqaviləsi əsasında depozit hesabına yerləşdirmiş, həmin tarixdə də bundan əvvəlki müqavilə əsasında hesablanmış 855 manat faiz məbləğindən 455 manatını məxaric etmişdir. İddiaçıların tələb etdikləri 10293 manat- 9400 manata hesablanmış 893 manat faizlə birlikdə X17 tərəfindən xx.xx.2021-ci il tarixdə, X4 ölümündən sonra yeni əmanət müqaviləsi əsasında hesaba yerləşdirilmişdir, yəni eyni məbləğ prolonqasiya edilərək, hər dəfə yeni faizlər əldə etdikcə məbləğ artırılaraq yeni əmanət hesabı açılmışdır. Göstərilənlərə əsasən, tələbdə irəli sürülən 10.293 manatın 9400 manat hissəsi xx.xx.2020-ci il tarixdə mərhumun əmanət hesabına yerləşdirilmişdir ki, bu da yalnız həmin hissədə pul vəsaitinin birgə nikah dövündə əldə edilmiş əmlak kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Məhkəmə iddianın Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektindəki 67 saylı binanın həyətində olan qeyri-yaşayış binası (qaraj) ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Səbail Rayon İcra Hakimiyyətinin 198 nömrəli xx.xx.2003-cü il tarixli sərəncamına əsasən X20 adına ilkin texniki pasport tərtib edilərək, həmin daş qaraj daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Məhkəmə hesab edir ki, texniki pasport əsasında X24 ayrılmış 23,8 m2 torpaq sahəsi üzərində 19,7 m2 sahəsi olan qeyri-yaşayış binası (qaraj) üzərində onun ölümündən əvvəl mülkiyyət hüququ qeydiyyata alınmasa da, onun həmin daşınmaz əmlak üzərində əmlak xarakterli subyektiv hüququ ölümü ilə xitam olunmur. Bu baxımdan həmin əmlak Mülki Məcəllənin 1151-ci maddəsi üzrə miras kütləsinə daxil olsa da, onun üzərində payların müəyyən olunması istisna edilir. Bununla bağlı iddiaçılara izah edilir ki, mərhumun adına müvafiq qaydada arayış almaqla mülkiyyət hüququnun rəsmiləşdirilməsini həyata keçirdikdən sonra qeyri-yaşayış binasına (qaraja) münasibətdə miras paylarının müəyyən edilməsini yenidən məhkəmə qaydasında tələb edə bilərlər. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında AR Qanununun 22.2-ci maddəsinə əsaən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə cavabdeh qismində göstərilmiş notarius Cavabdeh2 münasibətdə iddianın rədd olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, vərəsəlik üzrə şəhadətnamələrin verilməsi üzrə iddiaya cavab verməli olan şəxs kimi notariusun özü deyil, notariat ofisi çıxış etdiyindən, hazırda irəli sürülən tələblər notariusa şəxsən yönəlmədiyindən, ona münasibətdə iddia tələbi təmin edilməməlidir. Belə ki, hazırda iddiaya cavab verməli şəxs Bakı şəhəri 28 saylı notariat ofisidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 valideynləri X11 və X7 miras qalmış və birgə mülkiyyət hesab olunan ** OV *** dövlət qeydiyyat nişanlı X46 minik markalı avtomobil; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi Ağamaliyev küçəsi ev 12, mənzil 7; Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti ev 67 mənzil 3A, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi, ev 22/24, mənzil 99; "xxxx" ASC-də olan 2550 ədəd səhm və "xxxx" ASC-nin Azneft filialında X9 əmanət hesabında olan 9400 manat məbləğində pul vəsaitinin X6 aid ½ hissəsindən iddiaçıların hər birininin 1/3 hissə payı müəyyən edilərək həmin hissələrdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 valideynləri X11 və X7 miras qalmış və birgə mülkiyyət hesab olunan ** OV *** dövlət qeydiyyat nişanlı X46 minik markalı avtomobil; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi Ağamaliyev küçəsi ev 12, mənzil 7; Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti ev 67 mənzil 3A, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi, ev 22/24, mənzil 99; "xxxx" ASC-də olan 2550 ədəd səhm və "xxxx" ASC-nin Azneft filialında X9 əmanət hesabında olan 9400 manat məbləğində pul vəsaitinin X6 aid ½ hissəsindən iddiaçıların hər birininin 1/3 hissə payı müəyyən edilərək həmin hissələrdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri 28 saylı Notariat Ofisinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar