Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3346/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC və Cavabdeh1na qarşı “əqdin etibarsızlığı, daşınmaz əmlaka olan hüquqların bərpa edilməsi və maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC və Cavabdeh1na qarşı “əqdin etibarsızlığı, daşınmaz əmlaka olan hüquqların bərpa edilməsi və maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 8 iddiaçının atası, mərhum X8 mülkiyyətində olmuşdur. Həmin bağ sahəsində iddiaçının özü də hazırda rəsmi qeydiyyatdadır. İddiaçının atası vəfat edənədək, uzun müddət onlarla yaşamamışdır. İddiaçı özü də xeyli müddətdir ki, xarici ölkədə Argentinada işləyir və imkan olduqca Azərbaycan Respublikasına da ailəsinin yanına gəlib-gedir. Bu yaxınlarda, iddiaçı internet səhifələrində onun rəsmi qeydiyyatda olduğu bağ sahəsində villa tikildiyini görmüş və bundan sonra Azərbaycanda yaxınları ilə əlaqə saxlayanda, ona bildirilmişdir ki, iddiaçının rəsmi qeydiyyatda olduğu və atasına məxsus olmuş torpaq sahəsində tikinti işləri aparılır. Qeyd etmək lazımdır ki, iddiaçı mübahisəli torpaq sahəsində öz vəsaiti hesabına özünə əlavə ev də inşa etmiş və həmin evin daxilində ona məxsus bir sıra ev əşyaları və şəxsi əşyaları olmuşdur. Sonradan iddiaçının vəkili tərəfindən verilmiş sorğuya cavab məktubundan müəyyən edilmişdir ki, mərhum atası tərəfindən iddiaçının qeydiyyatda olduğu ünvanda yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh1 təsdiq edilmiş 4Ə-2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmiş, bağ sahəsi xx.xx.2021-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixdə isə torpaq sahəsi və üzərində inşa edilmiş bağ evi ilə birlikdə vahid əmlak kimi cavabdehin adına qeydiyyata alınmışdır. İddiaçı hesab edir ki, onun rəsmi qeydiyyatda olduğu yaşayış sahəsi onun xəbəri və razılığı olmadan özgəninkiləşdirilmiş və bununla da onun əmlaka olan hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu bəndinin tələbinə görə, “Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.” İddiaçıya verilmiş məlumata əsasən, iddiaçının tikmiş olduğu yaşayış evi də cavabdehlər tərəfindən sökülmüşdür. Daşınar əşyalarının taleyi barədə də heç bir məlumat yoxdur. İddiaçı hesab edir ki, cavabdehlər tərəfindən onun ünvan 8nə olan hüquqları pozulmuş, qanunsuz olaraq onun tərəfindən inşa edilmiş yaşayış evi də sökülmüş və ona maddi zərər yetirilmişdir. Beləliklə, iddiaçı hesab edir ki, onun ünvan 8nə olan hüquqları bərpa edilməli və cavabdehlər tərəfindən sökülmüş yaşayış evi bərpa edilərək, əvvəlki vəziyyətinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən, iddianın təmin edilərək, ünvan 8nə dair Cavabdeh1 təsdiq edilmiş 4Ə2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; ünvan 8nə dair Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qeydiyyatların ləğv edilməsi, İddiaçı ünvan 8nə olan hüquqlarının bərpa edilməsi və cavabdehlər tərəfindən sökülmüş iddiaçıya məxsus yaşayış evinin cavabdehin vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında qeyd etdi ki, iddia tələbi əsassızdır və buna görə də təmin edilməməlidir. Belə ki, mübahisəli əmlakın əvvəlki mülkiyyətçisi olan və eyni zamanda da iddiaçının atası X15 xx.xx.2014-cü il tarixdə ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə xüsusi mülkiyyət hüququ üzrə çıxarış əldə etmişdir. Daha sonra X15 ilə Cavabdeh3 arasında Cavabdeh1 bağlanmış 30 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeyd edilən torpaq sahəsi sonuncuya satılmışdır və Cavabdeh3 isə xx.xx.2022-ci il tarixdə həmin torpaq sahəsi üzərində yerləşən tikili ilə birlikdə vahid əmlak kimi qeydiyyata aldıraraq çıxarış əldə etmişdir. İş materiallarında olan sənədlərdən də görünür ki, mübahisələndirilən müqavilə bağlanılarkən qanunvericiliklə tələb edilən bütün notarial hərəkətlər edilmiş və heç bir sənəddə iddiaçının orada qeydiyyatda olması öz əksini tapmamışdır. Həmçinin, iddiaçının qeydiyyat ünvanı “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağ- 1,1640/38” kimi qeyd edilsə də, bağ sahəsinə məxsus heç bir sənəddə məhz formada (Bağ-1 və s.) bu ünvana rast gəlinmir. ƏMDX DƏDKR PHŞ tərəfindən təqdim edilmiş sənədlərə əsasən də mübahisə predmetinin ünvanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1640/38, yeni qaydalarla: AZ1076, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X9 küçəsi, 383 kimi qeyd edilmişdir. İddiaçının hansı ünvana və hansı əsaslarla qeydiyyata düşməsi, müvafiq əmlak satılarkən həmin ünvanda qeydiyyatda olan şəxs kimi adına heç bir sənəddə rast gəlinməməsi işin şübhəli halı olaraq qalır və iddiaçı tərəfindən bunun əksini sübut edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. İşin iddia tələbinin əsassızlığını sübut edən digər bir halı xx.xx.2023- cü il tarixli alqı-satqı müqaviləsi ilə qeyd edilən əmlakın X7 özkəninkiləşdirilməsi və bundan sonra onun mülkiyyət hüququnu təsdiq edən yeni çıxarışı əldə etməsi və bu alqı-satqı prosesi zamanı da qeyd edilən əmlakda iddiaçının qeydiyyatda olması faktının aşkarlanmamasıdır. Buradan da aydın olur ki, Cavabdeh3 bu bağ sahəsini əldə edərkən orada satıcının qızının qeydiyyatı olmasını yalnız iki yolla öyrənə bilərdi: ya alıcı bu barədə məlumat verməsi yolu ilə, yaxud notariat hərəkətləri zamanı belə bir faktın aşkarlanması yolu ilə. Hər bir halda notariat hərəkətlərində də belə bir faktın aşkarlanmaması iddiaçının qeyd edilən bağ sahəsində deyil, başqa ünvanda qeydiyyatda olmasına dəlalət edir və qeyd edilən uyğunsuzluqlar Cavabdeh3 təqsiri ucbatından baş vermədiyindən, o vicdanlı alıcı olduğundan, əmlaka dair əqdlərin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının nəzərə alınmasına, mübahisənin vicdanlı sahiblik, əqdlərin etibarsızlığı ilə bağlı mülki qanunvericilikdə müəyyən edilmiş yuxarıda göstərilən müddəaların məzmununa və legitim məqsədinə uyğun həll edilməsinə nəzərən hazırki iddia tələbi əsassız olduğundan hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC və Cavabdeh1na qarşı “əqdin etibarsızlığı və s.” tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, İddiaçı tərəfindən verilmiş əqdin etibarsızlığı, daşınmaz əmlaka olan hüquqların bərpa edilməsi və maddi zərərin əvəzinin ödənilməsi tələblərinə dair verilmiş iddia ərizəsinə iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, 1997-ci ildən ev satılana qədər sözügedən bağ sahəsində yaşamışlar. Xıdırov Aydınla 2011-ci il tarixdə boşanmışdılar, lakin sonradan barışmışdılar. Xıdırov Aydın da ora gəlib-gedirdi. Sonradan onlar başqa yerə getmişdilər, gələndə görmüşdülər ki, bağ sahəsi satılıb. Bağ evi qayınatasından qalmışdı. Qayınatası öləndə Xıdırov Aydının bütün qardaşları razılıq vermişdi ki, ev ona qalsın. Qayınatası səhv etmirsə, 1999, ya da 2000-ci il tarixdə vəfat etmişdir. Gülşən uzaq olduğu üçün yasa gələ bilməmişdi. Cümə axşamlarında iştirak edə bilmişdi. Xıdırov Aydın evin yanında Gülşən üçün də balaca bir ev tikmişdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclası ilə bağlı iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə digər cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırki işə iştirak etməyən iddiaçınin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə izahatını və çıxışını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən 07 noyabr 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən, 0.12 hektar torpaq sahəsi 7 saylı order və X14 kitabında xx.xx.2012-ci il tarixdə 30484 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2014-cü il tarixdə X8 adına qeydiyyata alınmışdır. Arxiv qovluğunda mövcud olan sənədlərə əsasən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə və ərizə ilə təqdim edilmiş çıxarışın itirilməsi barədə qəzetdə elan və Bakı şəhər BPİ-nin tapıntılar bürosunun xx.xx.2017-ci il tarixli, 0339-16379-1217 nömrəli arayışı əsasında sözügedən baş sahəsinə dair X8 adına çıxarışın dublikatı verilmişdir. Daha sonra Mərdəkan bağ massivi, 1640/38 saylı bağ sahəsi ünvanında yerləşən, 0.12 hektar torpaq sahəsi Cavabdeh1 təsdiq edilmiş 4Ə-2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə isə torpaq sahəsi və üzərində inşa edilmiş bağ evi ilə birlikdə vahid əmlak kimi onun adına qeydiyyata alınmışdır. 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş 4Ə-1489 reyestr nömrəli, xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsi əsasında 0.12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 407.8 kv.m olan 1640/38 saylı bağ evi xx.xx.2023-cü il tarixdə X5 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. -Məhkəmə sorğusuna cavab olaraq Cavabdeh1 tərəfindən təqdim edilmiş notariat işinin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən 1241679№-li, RX seriyalı Çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə X8 adına qeydiyyata alınmışdır. -Həmin notariat işinin materiallarından görünür ki, X15 ərizə ilə Bakı şəhəri 53 saylı notariat ofisinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən torpaq sahəsini satmaq istədiyini bildirmiş, xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında isə satıcı X.Aydın ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəni alıcı Cavabdeh3 satmışdır. -Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilən Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən 427549 saylı Çıxarışın surətindən görünür ki, ünvan 2 xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən 427549 saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivi, 1640/38. Yeni qaydalarla: AZ 1076, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X9 küçəsi, 383 ünvanında bağ evi xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh3 adına qeydiyyata alınmışdır. -xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh3 və alıcı X12 arasında müqavilə bağlanmış, həmin müqavilə əsasında satıcı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1640/38 Yeni qaydalarla: AZ 1076, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X9 küçəsi, 383 ünvanında yerləşən mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 407.8 kv/m olan bağ evinin tam mülkiyyət üzrə ona məxsus hissəni alıcı X1. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən xx.xx.2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivi, 1640/38. Yeni qaydalarla: AZ 1076, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X13 küçəsi, 383 ünvanında bağ evi xx.xx.2023-cü il tarixdə X5 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - 2 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixdə 15-26681 saylı reyestr nömrəsi olan etibarnamədən görünür ki, İddiaçı həmin tarixdə bir sıra səlahiyyətləri, o cmlədən məhkəmədə nümayəndəliklə bağlı səlahiyyətləri Vəkil etibar etmişdir Beləliklə, işin araşdırılmış halları ilə müəyyən edildi ki, ümumi sahəsi 0.12 ha olan ünvan 2 (Yeni qaydalarla: AZ 1076, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X9 küçəsi, 383) iddiaçının atası X8 mülkiyyətində olmuş, həmin bağ sahəsi Xıdırov Aydın tərəfindən xx.xx.2021-ci il tarixdə hazırki iş üzrə Cavabdeh3 300.000 manat məbləğinə satılmış və sonuncunun adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Daha sonra X15 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Eyni zamanda müəyyən edildi ki, həmin bağ sahəsi üzərində sonradan bağ evi inşa edilmiş və həmin bağ evi də Cavabdeh3 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı mərhum atasına məxsus olmuş ünvan 2 üzərində hazırda rəsmi qeydiyyatda olduğunu və bağ sahəsi ərazisində özünə məxsus evin və evin daxilində də bir sıra ev və şəxsi əşyaların olduğunu iddia edir. Eyni zamanda, iddiaçı həmin bağ sahəsinin atası tərəfindən onun xəbəri və razılığı olmadan xx.xx.2021-ci il tarixdə Cavabdeh3 satıldığını və özünə məxsus evin cavabdehlər tərəfindən söküldüyünü iddia edərək, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, Cavabdeh3 həmin bağ sahəsi üzərində qeydiyyatlarının ləğv edilməsini, onun özünün həmin bağ sahəsinə hüquqlarının bərpa edilməsini və sökülmüş evin cavabdehlərin vəsaiti hesabına bərpa edilməsini məhkəmədən tələb edir. Məhkəmə tərəfindən müəyyən edilən hallardan biri də odur ki, iddiaçının cavabdeh Q.Rəşada satıldığını və onun mülkiyyətində olduğunu iddia etdiyi ünvan 2 və həmin bağ sahəsi üzərində cavabdeh tərəfindən tikilən bağ evi xx.xx.2023-cü il tarixdə üçüncü şəxs X2 və xx.xx.2023-cü il tarixdə H.Muradın adına qeydiyyata alınmışdır. Hazırda iddiaçı onun rəsmi qeydiyyatda olduğu yaşayış sahəsi onun xəbəri və razılığı olmadan mübahisəli torpaq sahəsinin Cavabdeh3 adına özgəninkiləşdirilməsi ilə onun əmlaka olan hüquqları pozulmasını mübahisələndirmiş, tələbinin əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu bəndinə istinad edir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. - 6.1 və 6.1.2-cı maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri də mülki hüquq subyektlərinin iradə sərbəstliyidir. - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyada) onun faydalı təbii xassələrini hasil etməyin, habelə, ondan fayda götrməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddiaçı ünvan 8 ünvanında qeydiyyatda olsa da, təqdim edilmiş notariat icraatlarında bu barədə məlumat olmamış və X15 mülkiyyətində olan əmlakını Cavabdeh3 adına özgəninkiləşdirərkən təqdim etdiyi ərizələrində bu barədə məlumat qeyd etməmişdir. Lakin, məhkəmə aşağıdakılara əsasən hesab edir ki, X15 mülkiyyətində olan əmlakına dair sərəncam verərək onu Cavabdeh3 adına özgəninkiləşdirən zamanı satdığı əmlak üzrə qeydiyyatda olan və orada faktiki olaraq yaşamayan iddiaçının razılığının olmaması faktı ciddi qanun pozuntusu kimi qiymətləndirilmə və bu əsasla da mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün hüquqi əsas vermir. Belə ki, yuxarıda sadalanan qanun normalarından göründüyü kimi, mərhum X6 ikən mülkiyyəti üzrə sərəncam verməkdə tam sərbəst idi və bu hüququnu reallaşdırmışdır. Həmçinin, müəyyən edilmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin təsdiqindən sonra X15 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və iddiaçı atasının yas mərasimlərində iştirak etmək üçün Azərbaycan Respublikasına gəlmiş, hətta xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı Asan xidmət mərkəzinin notariat ofisində özündə bir sıra səlahiyyətləri, o cümlədən məhkəmədə nümayəndəliklə bağlı səlahiyyətlərini Vəkil etibar edilməsi əks edilən 15-26681 saylı reyestr nömrəsi olan etibarnamə də vermişdir. Hətta məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 da ifadəsində iddiaçının uzaq olduğu üçün yasa gələ bilməsə də, cümə axşamlarında iştirak edə bilməsini göstərmişdir. Lakin, məhkəmə atasının vəfatından sonra Azərbaycan Respublikasının ərazisində olmaqla alqı-satqı müqaviləsinin bağlanmasından məlumatlı olmamasına dair iddiaçı tərəfin izahatlarını, eləcə də onun bu yaxınlarda internet səhifələrində rəsmi qeydiyyatda olduğu bağ sahəsində villa tikildiyini görməsi və bundan sonra Azərbaycanda yaxınları ilə əlaqə saxlayanda, ona iddiaçının rəsmi qeydiyyatda olduğu və atasına məxsus olmuş torpaq sahəsində tikinti işləri aparılmasının bildirməsini göstərməsinə dair dəlillərini qətiyyən inandırıcı saymır və hesab edir ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-nin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işin araşdırılmış halları ilə hesab edir ki, iddiaçının atasının vəfatından sonra Azərbaycan Respublikasının ərazisində olarkən bağ sahəsinin atası tərəfindən özgəninkiləşdirilməsi barədə məlumatı olmuş və o, xx.xx.2021-ci ildə də vəkilə etibarnamə versə də, uzun müddət bu halı mübahisələndirməmişdir. Həmçinin, məhkəmə mərhum atası tərəfindən iddiaçının qeydiyyatda olduğu ünvanda yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh1 təsdiq edilmiş 4Ə-2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilməsi, bağ sahəsinin xx.xx.2021-ci il tarixdə sonuncunun adına qeydiyyata alınması və xx.xx.2022-ci il tarixdə isə torpaq sahəsi və üzərində inşa edilmiş bağ evi ilə birlikdə vahid əmlak kimi cavabdehin adına qeydiyyata alınmasına dair ilk dəfə iddiaçının vəkili tərəfindən verilmiş sorğuya cavab məktubunun məzmunundan xəbəri olmasına dair izahatlara da qismən tənqidi yanaşır və hesab edir ki, o, xx.xx.2022-ci il tarixdə torpaq sahəsi və üzərində inşa edilmiş bağ evi ilə birlikdə vahid əmlak kimi cavabdehin adına qeydiyyata alınmasını həmin tarixdə dəqiq bilməsə də, işin yuxarıda müəyyən edilmiş halları ilə atası tərəfindən xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilməsi, bağ sahəsinin xx.xx.2021-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmasını bilmiş və bilməyə də bilməzdi. Belə ki, atasının vəfatından sonra Azərbaycan Respublikasının ərazisində olan iddiaçı atasından qalmış miras əmlak kimi mübahisəli bağ sahəsinin mövcud olmasını bildiyi halda onun hüquqi taleyi ilə maraqlanmaması inandırıcı deyildir. Məhkəmə hesab edir ki, Mərdəkan bağ massivi, 1640/38 saylı bağ sahəsi ünvanında yerləşən, 0.12 hektar torpaq sahəsinə dair Cavabdeh1 təsdiq edilmiş 4Ə-2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması faktı müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının qeydiyyatda olduğu ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin Cavabdeh1 təsdiq edilmiş 4Ə-2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 49cu bəndinin tələbi pozulması halı olsa da belə, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür ki, bu da qanunvericiliklə kəsici müddət kimi müəyyən edilmişdir. Bu halda iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilməsinə zərurət yoxdur. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Həmçinin, məhkəmə qeyd edir ki, həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə bununla bağlı qeyd edir ki, ən azından iddiaçı vərəsəlik hüququ baxımından miras qalmış mübahisəli bağ sahəsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş müddətdə notariata müraciət edə bilərdi. Əgər həqiqətən iddiaçının bağ sahəsinin satılmasından xəbəri olmasa idi, vərəsə olaraq notariata müraciət etdiyi təqdirdə həmin əmlakın satılmasından bu yolla xəbəri ola bilərdi. Lakin, işin yuxarıda göstərilən müəyyən edilmiş və araşdırılmış faktiki halları bunun əksini göstərir. Məhkəmə işin araşdırılmış hallarına əsasən hesab edir ki, iddiaçı 2021-ci ilin oktyabr ayında atasının vəfatından sonrakı dövrdə yas mərasimləri ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində olarkən alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirmək imkanı olsa da bunu etməmişdir. Məhz bu baxımından hazırda iddiaçının alqı-satqı müqaviləsi əsasında hüququnun pozulmasını vəkil sorğusu əsasında əldə edilmiş cavab məktubu əsasında ona 2023-cü ili fevral ayında məlum olmasına istinad etməsinə məhkəmə tənqidi yanaşaraq əhəmiyyətsiz sayır. Məhkəmə göstərilənlərlə yanaşı işin bu halına da diqqət yetirməyə zəruri görür ki, iddiaçının alqı-satqı müqaviləsi əsasında hüququnun pozulmasını vəkil sorğusu əsasında əldə edilmiş cavab məktubu əsasında ona 2023-cü ili fevral ayında məlum olması və bununla da müddət ötürülmədən verilmiş iddia əsaslı olması qəbul edilsə belə, nəzərə alınmalıdır ki, mübahisələndirilən müqavilə üzrə tərəf olan Cavabdeh3 hazırki iş üzrə vicdanlı əldə edəndir. Belə bir statusa həmçinin hazırda mübahisəli bağ sahəsini əldə etməyə dair sənədləri hazırki iş üzrə iddia predmeti olmayan həmin sahənin yeni mülkiyyətçisi X12 da malikdir. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. Qanunvericilik vicdanlılığın qoruyucu təsirindən yararlana bilməsi üçün bəzi hallarda şəxsin müəyyən vaxt ərzində vicdanlı olmasını, bəzi hallarda isə müəyyən bir anda vicdanlı olmasını şərt qoymuşdur. Həmçinin, qanunvericilik daşınmaz əmlaka hüquqlar əldə edərkən reyestrə güvənən üçüncü şəxsin əldə etdiyi hüquqlarının qorunmasının məhz onun hüquqları əldə edərkən vicdanlı olması halında mümkün olduğu müəyyən edilmişdir. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Sözügedən qərarda daha sonra göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qeyd edilən qərara əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cumlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyiin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmin qərarda həmçinin göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Bu baxımdan məhkəmənin qənaətinə görə, iddiaçının iddiası əsaslı olsa idi belə, onun hüquqlarının pozulması ilə bağlı məsuliyyəti, habelə bununla əlaqədar onun məruz qaldığı zərərin əvəzinin ödəmək yükü müqaviləni bağlayan atasının üzərinə düşürdü ki, o da artıq vəfat etmişdir. Hər bir halda məhkəmə hesab edir ki, əmlakı əldə etmiş Cavabdeh3 vicdanlı əldə edən kimi hüquqları xələl görə bilməzdi. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi ünvan 8nə dair Cavabdeh1 təsdiq edilmiş 4Ə2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, tələbin ünvan 8nə dair Cavabdeh1 təsdiq edilmiş 4Ə2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi əsassız olduğundan digər törəmə tələblərin (ünvan 8nə dair Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qeydiyyatların ləğv edilməsi, İddiaçı ünvan 8nə olan hüquqlarının bərpa edilməsi və cavabdehlər tərəfindən sökülmüş iddiaçıya məxsus yaşayış evinin cavabdehin vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması) əlavə araşdırılmasına lüzum görmür və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC və Cavabdeh1na qarşı “əqdin etibarsızlığı, daşınmaz əmlaka olan hüquqların bərpa edilməsi və maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya ad edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3346/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3346/2023
30.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver