Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-335/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçı Mı̇ kayılzadə Nı̇ şanə Fərman qızı, onun vəkili Vəkil, cavabdehlər Cavabdeh1 (yekun məhkəmə iclasına gəlməmişdir) və Cavabdeh2 iştirakları ilə, İddiaçı Mı̇ kayılzadə Nı̇ şanə Fərman qızının cavabdehlər Cavabdeh1̇ oğlu və Cavabdeh2 qarşı miras payın verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Mı̇ kayılzadə Nı̇ şanə Fərman qızı cavabdehlər Cavabdeh1̇ oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən ünvan 1 ünvanında yerləşən (mərhum atasına çatacaq) mənzilə dair miras payın ona düşən hissəsinin ayrılaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, dünyaya gəlməmişdən öncə atası X12 17 aprel 1994-cü il tarixdə Azərbaycan Respublikası torpaqlarının Füzuli rayonunda müdafiəsi zamanı şəhid olmuşdur. 1993-cü il tarixdə valideynləri rəsmi nikaha daxil olduqdan sonra Bak şəhəri, Nəsimi rayonu, Namiq Məlikov 13A ünvanında yaşamışlar. Həmin ünvanda əmiləri Cavabdeh2 və Cavabdeh1 yaşamışlar. Lakin adı çəkilən mənzil babası X8 mülkiyyətində idi. Atası aprel ayında şəhid olduqdan bir müddət sonra əmiləri evdə anasyla yola getməmiş və o, dünyaya gəldikdən sonra əmiləri anası həmin evdən qovmuşlar. İllər sonra o, böyüdükdən sonra atasından ona düşən payı əmilərimdən istədikdə onlar ona guya babası onlara ayrı ev almış və onlar anasıyla həmin evdə yaşayır. Bu səbəbdən onun orada hüququnun olmadığını ona heç bir payın verilməyəcəyini söylədi. Halbuki nə babası onlara ev almış, nə də ki atasından ona keçəcək olan paydan imtina etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı Mı̇ kayılzadə Nı̇ şanə Fərman qızı və onun vəkili Vəkil iddia ərizəsinin məzmununa izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. İddiaçı əlavə olaraq bildirdi ki, mübahisəli ev atası ilə anası evlənəndə onlara verilmişdir. Əmiləri olan cavabdehlərin özlərinin ayrı evləri olmuşdur. Atası öləndən sonra əmisi Cavabdeh2 öz evini satıb, gəlib orada yaşamağa başladı. Şəhid ailəsi kimi dövlət tərəfindən mənzillə təmin olunmuşlar. Əvvəl elə bilirdi ki, dövlət tərəfindən onlara ev verildiyi üçün ata mülkündən ona pay düşmür. Təxminən 5 il əvvəl digər şəhid övladları ilə danışıq əsnasında onların həm şəhid ailəsi kimi evlərinin olduğunu, həm də atalarına məxsus əmlakdan mirasın qaldığını öyrənmişdir, bundan sonra atasına çatacaq payı əmilərindən tələb etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddianı qəbul etmir. Qardaşı 1994-cü ilin aprel ayında şəhid olmuşdur. Atası 2001ci ildə vəfat etmişdir. Mübahisəli evin çıxarışı yoxdur. Heç kimi o evdən qovmamışlar. İddiaçı o evdən çıxanda 1 yaşı olmuşdur. O nə bilir, kim-kimi döyüb. Ev köhnə, 51 kv. metrlik evdir. Dövlət tərəfindən iddiaçı tərəfə şəhid ailəsi olduqları üçün 50 kv. metrdən çox ev verildi. Ona görə də, onların yanından köçüb ora getdilər. 1988-ci ildə cavabdeh özünə başqa ev almışdır. 1999-cu ildə həmin evi satmışdır. 1989-1990-cı illərdə atası ilə bu evi tikmişlər. Bu evin tikilməsinə o da pul qoymuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Cavabdeh X13 yekun məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı Şəhəri Nəsimi Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ seriyalı 107845 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2001-ci il tarixdə kəskin ürək qan damar çatışmamazlığından vəfat etmişdir. Bakı Şəhəri Nəsimi Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ seriyalı 107846 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2001-ci il tarixdə beyin qan dövranının kəskin çatışmamazlığından vəfat etmişdir. Vİ-ЖГ seriyalı 289489 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X3 arasında olan nikah xx.xx.1993-cü il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Ələkbərova soyadı verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Qeydiyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 964492 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası müdafiəsi zamanı döyüşdə həlak olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1377 saylı sərəncamının surətindən görünr ki, S.Əsgərova küçəsi 184 №-li mənzil S.Ələkbərovaya mənzil növbəsi catana kimi müvəqqəti yaşayış üçün verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu, N.Məlikov küçəsi, 13 A saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Q.Ələkbərovun nikahı haqqında məlumat aşkar edilmədi. Həmçinin məlumat verilir ki, valideynləri X14 ilə Ələkbərova (İbrahimova) Xanımnaz İbrahimxəlil qızı olan xx.xx.1857-ci il təvəllüdlü Cavabdeh1 Qulu oğlunun doğumu xx.xx.1958-ci ildə, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh2un doğumu xx.xx.1963-cü ildə, xx.xx.1965-ci il təvəllüdlü X7 və X9 doğumu xx.xx.1965-ci ildə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Eyni zaman da bildirilir ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 13 saylı notariat ofisində X8 adına vərəsəlik işi açılmış, lakin hazırkı tarixədək vərəsəlik şəhadətnaməsi verilməmişdir. Həmçinin qeyd olunur ki, informasiya sistemində X14 tərəfindən vəsiyyətnamə qoyulması aşkar edilməmişdir. Bakı şəhəri 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 80 saylı məktubundan görünür ki, N.Məlikov küçəsi 13 saylı ünvan X10 adına olub. Mikayılzadə (Ələkbərova) Nişanə Fərman qızı bu ünvanda qeydiyyatda olub, xx.xx.1998-ci ildə qeydiyyatdan çıxıb. X1 xx.xx.1993-cü ildə qeydiyyatda olub, xx.xx.1998-ci ildə qeydiyyatdan çıxıb. X6 xx.xx.1981-ci ildən qeydiyyatda olub vəfat etməsi ilə əlaqədar xx.xx.1994-cü ildən qeydiyyatdan çıxıb, onlar sözügedən ünvanda yaşamırlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (əvvəlki redaksiya) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Mülki Prosessual Məcəllə Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, iş üzrə tərəflərin təqdim etdikləri, eləcə də məhkəmə tərəfindən əldə olunaraq araşdırılmış sübutlarla, habelə tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı X6 iddiaçı dünyaya gəlməmişdən öncə - xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası torpaqlarının Füzuli rayonunda müdafiəsi zamanı şəhid olmuşdur. Ata babası X14 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. X14 vəfat etdikdən sonra onun 6 nəfər birinci növbə qanun üzrə vərəsəsi – övladları: Cavabdeh1, Cavabdeh2, Səmayə Ələkbərova, Məsmə Ələkbərova, Südabə Ələkbərova və nəvəsi - 1994-cü ildə vəfat etmiş oğlunun qızı İddiaçı (mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideyni (atası) sağ olmamışdır) qalmışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının babası Qulu Ələkbərovun sağlığında onun istifadəsində və sahibliyində olmuşdur. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 13 saylı notariat ofisində X8 adına vərəsəlik işi açılmış, lakin hazırkı tarixədək vərəsəlik şəhadətnaməsi verilməmişdir. İddiaçı hazırkı məhkəmə mübahisəsində babasının sağlığında ona məxsus olmuş fərdi yaşayış evindən birinci dərəcəli vərəsə kimi mərhum atasına çatacaq payı almağa nail olmaq istəyir və dövlət tərəfindən şəhid ailəsi kimi evlə təmin olunduğundan ata mülkündən ona pay düşmədiyini zənn etdiyini, təxminən 5 il əvvəl digər şəhid övladları ilə danışıq əsnasında onların həm şəhid ailəsi kimi evlərinin olduğunu, həm də atalarına məxsus əmlakdan mirasın qaldığını öyrəndikdən sonra atasına çatacaq miras payı digər vərəsələrdən - əmilərindən tələb etmək qərarına gəldiyini bildirərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair miras payın ona düşən hissəsinin ayrılaraq verilməsi tələbini irəli sürür. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olub-olmadığı müəyyən edilməlidir. Mülki Məcəllənin 1159.1.3-cü maddəsinin tələbi baxımından miras qoyanın birinci dərəcəli vərəsəsi – nəvəsi kimi İddiaçı atasına çatası miras payı tələb etmək üçün subyektiv hüququnun olduğu müəyyən edilir. Lakin məhkəmə qeyd edir ki, bu hüququn realizə edilməsi üçün miras əmlakın olması mütləqdir. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə sorğusu əsasında daxil olmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, 13 A saylı fərdi yaşayış evinin qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Göründüyü kimi hazırda iddiaçının miras payının ayrılaraq verilməsini tələb etdiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olduğundan miras əmlaka daxil ola bilməz. Nəzərə alınmalıdır ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquqlar (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə müvafiq olaraq vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada miras qoyanın miras əmlakına daxil olan əmlakın həcminin, o cümlədən əmlakın hüquqi statusunun müəyyən edilməsi vərəsəlik institutunun vacib aspektlərindən biridir. Bundan başqa, məhkəmə qeyd edir ki, mübahisəli əmlak miras kütləsinə daxil olsaydı belə, iddiaçı mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etmədiyindən onun mirasdan pay tələb etmək hüququ da olmayacaqdı. Çünki Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (hazırkı iş üzrə miras açıldığı vaxt Mülki Məcəllənin qüvvədə olan redaksiyası). Vərəsə İddiaçı xx.xx.1994-cü il təvəllüdlü olması nəzərə alınarsa, xx.xx.2001-ci ildə miras açılan zaman o, məhdud fəaliyyət qabiliyyətli şəxs olmuşdur. Mülki Məcəllənin 28.3cü maddəsinə görə 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur, 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Mülki Məcəllənin 1244-cü maddəsinə görə isə fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Həmin dövrdə mirası (əmlakın miras kütləsinə daxil olduğunu fərz etsək belə) bu cür qəbul etmənin həyata keçirilməsi müəyyən edilməmişdir. Bundan başqa, iddiaçı yetkinlik yaşına çatdığı 2012-ci ildən MM-nin 1202.2-ci maddəsinin tələblərinə uyğun olaraq, fəaliyyət qabiliyyəti şəxs kimi 1246-cı maddədə nəzərdə tutulmuş müddət ərzində də mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduğunu bəyan etməmiş, notariat kontoruna müraciət etməmişdir (Burada söhbət, fərdi yaşayış evinin özbaşına tikili kimi deyil, dövlət qeydiyyatına alınaraq miras qoyanın mülkiyyətində olması və ya mülkiyyət hüququ qeydiyyata alınmasa da, onun həmin ev üzərində əmlak xarakterli subyektiv hüququnun olması ehtimalından gedir). Görünən odur ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarının qəbul edildiyi tarixdən sonra (iddia ərizəsində də həmin qərarda vərəsəliyin qəbulu ilə bağlı müddətin ləğv edildiyinə istinad etməklə) iddiaçı tərəf vərəsəliklə bağlı məsələni mübahisələndirmək qərarına gəlmişdir ki, bununla bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli həmin Qərarında mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyi təsbit edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkil tərəfindən təqdim olunmuş hesabatda göstərilən saatları nəzərdən keçirərək, işin xarakterini və işə sərf oluna bilən real vaxtları nəzərə almaqla hesab edir ki, iddiaçı Mı̇ kayılzadə Nı̇ şanə Fərman qızına hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosu tərəfindən Vəkil 150 manat əmək haqqının hesablanaraq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi ağlabatandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Mı̇ kayılzadə Nı̇ şanə Fərman qızının cavabdehlər Cavabdeh1̇ oğlu və Cavabdeh2 qarşı miras payın verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Vəkil tərəfindən iddiaçı Mı̇ kayılzadə Nı̇ şanə Fərman qızına göstərilmiş hüquqi yardıma görə cəmi 150 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-335/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-335/2025
15.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver