Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3361/2022 25.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixli, AN-İ № ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Cavabdeh1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 106,8 kv.m olan mənzili almış və həmin mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Alqı-satqı zamanı Cavabdeh1 oğlu iddiaçıya bildirdi ki, ona təcili pul lazım olduğu üçün mənzili satır və ondan xahiş etdi ki, onun başqa yaşayış yeri olmadığı üçün alqı-satqıdan sonra həmin evdə qohumları - Cavabdeh3 oğlu və Cavabdeh2 ilə birlikdə kirayədə yaşasın. Cavabdeh iddiaçıya bildirdi ki, 12 aydan sonra o, başqa bir yaşayış yeri alıb ora köçəcəkdir və xahiş etdi ki, 12 ay müddətinə kirayə müqaviləsi bağlanılmaqla o, həmin qohumları ilə birlikdə orada kirayəçi olaraq yaşasın. İddiaçının da planı həmin mənzili kirayə vermək və gəlir əldə etmək olduğundan, Cavabdeh1 oğlu ilə müqavilə şərtlərini razılaşdıraraq xx.xx.2020-ci il tarixdə aylıq kirayə haqqı 1000 manat olmaqla, 12 ay müddətinə cavabdehlə kirayə müqaviləsi bağladılar. Lakin, kirayə müqaviləsinin müddətinin 01 avqust 2021-ci il tarixdə bitməsinə baxmayaraq, Cavabdeh1 oğlu və digər cavabdehlər mənzildən çıxmaq istəmir. Bu azmış kimi, Cavabdeh1 oğlu digər şəxslərin də - başqa qohum və ya tanışlarını da həmin mənzilə köçürmüş və mənzili həmin şəxslərin istifadəsinə vermişdir. Dəfələrlə Cavabdeh1 oğlundan iddiaçıya məxsus mənzili digər cavabdehlər və oraya köçürdüyü digər şəxslərlə birlikdə boşaltmasını və mənzili ona təhvil verməsini tələb etsə də, o, başqa yaşayış yerinin olmadığını bildirməklə kirayə münasibətlərinin davam etdirilməsini iddiaçıdan tələb edərək mənzildən çıxmır və mülkiyyət hüququnu qanunsuz və əsassız şəkildə məhdudlaşdırır. İddiaçı isə kirayə münasibətlərini davam etdirmək istəmir. Hazırda cavabdehlər və mənzildən istifadə edən digər şəxslər bu qanunsuz hərəkətlərini davam etdirirlər. Bundan başqa, cavabdehlər və orada qanunsuz olaraq yaşayan digər şəxslər iddiaçıya öz əmlakına daxil olmağa və əmlakından sərbəst şəkildə istifadə etməyə də maneələr törədirlər. Bununla yanaşı, kirayə müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müqavilə üzrə kirayə haqları Cavabdeh1 oğlu tərəfindən iddiaçıya ödənilməmişdir. İddiaçı kirayə haqqı borcunu dəfələrlə cavabdehdən ödəməsini tələb etsə də, bu günədək cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Belə ki, cavabdehin kirayə müqaviləsi üzrə iddiaçıya 12000 (on iki) min manat (12 ay x 1000 manat = 12000 manat) məbləğində ödənilməmiş kirayə haqqı borcu vardır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3939/2022 saylı qərarı ilə həmin mənzildə qeydiyyatda olan, mənzil satılarkən mənzilin satılmasına notarial qaydada razılıq vermiş cavabdehlər - Cavabdeh3 oğlu və Cavabdeh2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Göründüyü kimi, cavabdehlər və həmin mənzilə köçürülmüş digər şəxslər xx.xx.2022-ci il tarixdən etibarən həmin məzildə qanunsuz olaraq yaşayırlar. Yəni, həmin mənzil cavabdehlərin və orada yaşayan digər şəxslərin qanunsuz istifadəsindədir. Eyni zamanda, Cavabdeh1 oğlunun iddiaçıya 12000 (on iki) min manat məbləğində ödənilməmiş kirayə haqqı borcu vardır. Odur ki, iddiaçı cavabdehlərin və onun mülkiyyətində olan mənzilə köçürülmüş digər şəxslərin həmin mənzildən çıxarılması və kirayə müqaviləsi əsasında ödənilməmiş 12000 (on iki) min manat məbləğində kirayə haqqının, məhkəməyə ödənilmiş 126 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 oğlundan tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiaçının mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh3 oğlu və Cavabdeh2 həmin mənzilə köçürülmüş və həmin mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslərlə birlikdə çıxarılması, mənzilin iddiaçıya təhvil verilməsi və cavabdehlər və mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslər tərəfindən əmlaka daxil olmağa və sərbəst şəkildə istifadə etməyə törədilən bütün növ maneələrin aradan qaldırılması, Cavabdeh1 oğlu ilə iddiaçı arasına bağlanılmış 08/20 saylı, xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi üzrə 12000 (on iki) manat məbləğində ödənilməmiş kirayə haqqı borcunun və məhkəməyə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 oğlundan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 həmin mənzilə köçürülmüş və həmin mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslərlə birlikdə çıxarılması, mənzilin iddiaçıya təhvil verilməsi və cavabdehlər və mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslər tərəfindən əmlaka daxil olmağa və sərbəst şəkildə istifadə etməyə törədilən bütün növ maneələrin aradan qaldırılması, Cavabdeh1 oğlu ilə iddiaçı arasına bağlanılmış 08/20 saylı, xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi üzrə 12000 (on iki) manat məbləğində ödənilməmiş kirayə haqqı borcunun və məhkəməyə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 oğlundan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə teleqramlar göndərərək, aralarında razılıq ediləcəyi halı ilə əlaqədar işə baxılmasının təxirə salınmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarındakı notariat qaydasında təsdiq olunmuş 30 iyul 2020-ci il tarixdə Bakı şəhəri 51 saylı Notariat kontorunun xüsusi notariusu Ü.F.Kərimov tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 Cavabdeh1 tərəfindən İddiaçı 114.500 manat məbləğinə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 01 avqust 2020-ci il tarixli, 08/20 saylı kirayə müqaviləsindən görünür ki, ünvan 1 12 ay müddətinə, aylıq 1000 (bir min) manat kirayə haqqı ödənilməsi şərti ilə Cavabdeh1 kirayəyə verilmişdir. Əsaslandırıcı hissə: Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə mənzil kirayəyə verilmiş, cavabdeh mənzildən istifadə etmiş, lakin müqavilə üzrə öhdəliyini icra etməyərək iddiaçıya kirayə haqlarını ödəməmiş, hazırda da həmin əmlakdan istifadə etməkdə davam edir. Məhkəmə iddia tələbinin “ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 həmin mənzilə köçürülmüş və həmin mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslərlə birlikdə çıxarılması, mənzilin iddiaçıya təhvil verilməsi və cavabdehlər və mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslər tərəfindən əmlaka daxil olmağa və sərbəst şəkildə istifadə etməyə törədilən bütün növ maneələrin aradan qaldırılması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qeyd olunan Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. “Marks Belçikaya qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçıya məxsusdur, həmin yaşayış sahəsi cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin yaşayış sahəsini cavabdehlərin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdehlər yaşayış sahəsini boşaltmaqdan imtina etmişlər. İddiaçı hazırda həmin sahədən istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehlərin kirayə müqaviləsinin şərtlərini pozmaqla, iddiaçını mənzilindən istifadə etmələri iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı və cavabdehlər yaşayış sahəsindən çıxarılmalı və müvafiq mənzil iddiaçıya təhvil verilməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh1 oğlu ilə iddiaçı arasında bağlanılmış 08/20 saylı, xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi üzrə 12000 (on iki min) manat məbləğində ödənilməmiş kirayə haqqı borcunun və məhkəməyə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 oğlundan tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 425.2-ci maddəsinin tələbinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 676.0-ci maddəsinə əsasən bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: -676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; -676.0.2. kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır; -676.0.3. üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir; -676.0.4. yaşayış otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otaq həmişə elə vəziyyətdə olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatına və sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi ilə bağlı olmasın. Həmin Məcəllənin 685.2-ci maddəsinə görə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: - 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; - 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kirayə müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan 12 ay üzrə 12.000 (on iki min) manat kirayə haqqını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 (həmin mənzilə köçürülmüş və həmin mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslərlə birlikdə) çıxarılmalı, mənzil iddiaçıya təhvil verilməli, cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 (həmçinin mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslər) tərəfindən iddiaçının əmlaka daxil olmasına və sərbəst şəkildə istifadə etməsinə törədilən bütün növ maneələr aradan qaldırılmalı, Cavabdeh1 oğlu ilə İddiaçı arasında bağlanılmış 08/20 saylı, xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi üzrə 12000 (on iki min) manat məbləğində ödənilməmiş kirayə haqqı borcu və məhkəməyə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 oğlundan tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 (həmin mənzilə köçürülmüş və həmin mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslərlə birlikdə) çıxarılsınlar, mənzil iddiaçıya təhvil verilsin. Cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 (həmçinin mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslər) tərəfindən iddiaçının əmlaka daxil olmasına və sərbəst şəkildə istifadə etməsinə törədilən bütün növ maneələr aradan qaldırılsın. Cavabdeh1 oğlu ilə İddiaçı arasında bağlanılmış 08/20 saylı, xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi üzrə 12000 (on iki min) manat məbləğində ödənilməmiş kirayə haqqı borcu və məhkəməyə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 oğlundan tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-3361/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3361/2022
25.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver