Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3363/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızını katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2nın cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı "sökülmüş evin bərpa edilməsi, cinayət işinin açılması üçün xüsusi qərarın çıxarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Star City” MMC və Cavabdeh2 qarşı "sökülmüş evin bərpa edilməsi, cinayət işinin açılması üçün xüsusi qərarın çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili X4 iddia tələbinə etiraz edərək, tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdırıb və tərəflərin fikrini dinləyib hesab edir ki, hazırda icraatda olan iddiaçılar İddiaçı1 və İddiaçı2nın cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı "sökülmüş evin bərpa edilməsi, cinayət işinin açılması üçün xüsusi qərarın çıxarılması" tələbinə dair mülki iş məhkəmənin digər hakiminin icraatında olan e- 2(006)-2263/2024 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Star City” MMC və Cavabdeh2 qarşı "sökülmüş evin bərpa edilməsi, cinayət işinin açılması üçün xüsusi qərarın çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh “X8” MMC-nin üzərinə qanunsuz olaraq sökərək məhv etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, 47/49 saylı (52 saylı ərazi MKİS-nin qeydiyyat kartoçkasında ev 47/49, mənzil 1 kimi qeyd olunmuşdur) evin, evin həyətində sökdüyü qarajın və evin hasarını bərpa etmək vəzifəsinin qoyulması haqqında qətnamə qəbul edilməsi, cavadehlər “X8” MMC ilə Cavabdeh2 barələrində qanunsuz olaraq müqavilə bağlamaq adı altında hər iki iddiçı olaraq onlara və analarına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, 47/49 saylı evi qəsdən sökdüklərinə və məhv etdiklərinə görə Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə cinayət işinin başalanılması, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmaları üçün xüsusi qərardad çıxarılması və aidiyyəti üzrə Prokurorluq orqanına göndərilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş iddia ərizəsindən görünür ki, iddiaçı X3 Cavabdeh2 qarşı “evə (mənzilə) köçürmə və evin naturada ½ hissəyə bölünərək istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, ev 47/49-a köçürülməsi, həmin evin həyətyanı sahəsinin və faktiki mövcud olan bütün tikililərinin ½ hissəyə naturada bölünməklə istifadə qaydasının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, məhkəmənin yekun aktının tez əlçatanlığını, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda icraatda olan iddiaçılar İddiaçı1 və İddiaçı2nın cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı "sökülmüş evin bərpa edilməsi, cinayət işinin açılması üçün xüsusi qərarın çıxarılması" tələbinə dair e-2(006)- 3363/2024 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasovun icraatında olan iddiaçı X3 Cavabdeh2 qarşı “evə (mənzilə) köçürmə və evin naturada ½ hissəyə bölünərək istifadə qaydasının müəyyən edilməsi” tələbinə e-2(006)-2263/2024 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hazırda icraatda olan iddiaçılar İddiaçı1 və İddiaçı2nın cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı "sökülmüş evin bərpa edilməsi, cinayət işinin açılması üçün xüsusi qərarın çıxarılması" tələbinə dair e-2(006)-3363/2024 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 Cavabdeh2 qarşı “evə (mənzilə) köçürmə və evin naturada ½ hissəyə bölünərək istifadə qaydasının müəyyən edilməsi” tələbinə e-2(006)-2263/2024 saylı mülki işlə birləşdirilsin. Mülki işlərə birlikdə baxılaraq e-2(006)-2263/2024 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(006)-3363/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3363/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver