Məhkəmə qərarları › İş №e-2(006)-3382/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3382/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3382/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin cavabeh Cavabdeh, maraqlı şəxs DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı «avtomobilin ərazidən çıxarılması və pul» tələbinə dair ilkin iddia ərizəsi üzrə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı MMC cavabeh Cavabdeh, maraqlı şəxs DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı «avtomobilin ərazidən çıxarılması və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Ban nömrəsi WP0ZZZ97ZEL080945, dövlət qeydiyyat nişanlı 99 HC011 olan «Porsche Panemera» markalı avtomobilin Bakı şəhəri, Nəsimi rayonu, M.Əliyev 7 ünvanda yerləşən «Porsche Bakı Mərkəzi»nin servisindən götürülərək DYP-nin müvafiq mühafizə olunan duracağına yerləşdirilməsi Cavabdeh dayanacaq haqqı kimi avtomobilin servisə təhvil verildiyi gündən iddia ərizəsi məhkəməyə təqdim edilən günədək, yəni 16.01.2018-ci il tarixdən 08.04.2021-ci il tarixədək olan 812 gün üçün hər günə 5 manat olmaqla, ümumilikdə 4060 manat məbləğinə pulun və 30 manat dövlət rüsmunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək Cavabdeh məxsus Ban nömrəsi WP0ZZZ97ZEL080945, dövlət qeydiyyat nişanlı 99 HC011 olan «Porsche Panemera» markalı avtomobilin Bakı şəhəri, Nəsimi rayonu, M.Əliyev 7 ünvanda yerləşən «Porsche Bakı Mərkəzi»nin servisindən götürülərək DYP-nin müvafiq mühafizə olunan duracağına yerləşdirilməsi və Cavabdeh dayanacaq haqqı kimi, avtomobilin «Porsche Bakı Mərkəzi»nə yerləşdirildiyi 16.01.2018-ci il tarixdən 17.07.2021-ci il tarixədək olan 1277 gün üçün hər günə 5 manat olmaqla, ümumilikdə 6385 manat məbləğinə pulun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsin məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin ona qarşı olan iddia tələbinin rədd edilməsi, ona vurduğu ziyanın müqabilində 50.000 avronun Azərbaycan manatı ilə hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə ilkin iddia tələbini müdafoyə edərək, öz izahatında bildirmişdir ki, "Porsche” markalı avtomobillərin Azərbaycanda rəsmi təmsilçisi olan İddiaçı MMC “Porsche Bakı Mərkəzi” kimi qeyd edilən avtomobillərin alqısatqısı ilə yanaşı, həm də Mərkəzdə avtomobillərə xidmət mərkəzi, yəni servis də fəaliyyət göstərir ki, həmin servisdə «Porsche» markalı avtomobillərə müxtəlif texniki xidmətlər həyata keçirilir. 16.01.2018-ci tarixdə Cavabdeh məxsus Ban nömrəsi WP0ZZZ97ZEL080945, dövlət qeydiyyat nişanlı 99 HC011 “Porsche Panamera” markalı avtomobil yaranmış nasazlıqlarla əlaqədar “Porsche Bakı Mərkəzi”nə ilqar Bağırov adlı şəxs tərəfindən gətirilərək təqdim edilmişdir. Servisin işçiləri tərəfindən avtomobilə baxış keçirilərək avtomobildə olan qüsurlarla əlaqədar qüsur aktı tərtib edilmiş və həmin qüsurların aradan qaldırılması üçün ümumi xərc müəyyən edilmişdir. Belə ki, avtomobilə texniki xidmət göstərilməsi üçün ilkin xərc kimi 51 560 manat müəyyən edilmiş və müştəriyə xidmətin göstərilməsinə başlanılması üçün ilkin olaraq avans kimi 10.000 manat ödənilməli olduğu bildirilmişdir. Bundan sonra ilqar bildirilmişdir ki, avtomobil servisdə qalsın və iki gün ərzində 10 000 manatı ödəyəcəkdir. Əlavə olaraq qeyd edək ki, avtomobildə olan qüsurlar iddia ərizəsinə əlavə edilmiş 16.01.2018-ci il tarixli qüsur aktında öz əksini tapmışdır. Belə ki, avtomobildə ilkin vizual baxış zamanı müşahidə olunmuş qüsur və çatışmazlıqlar aşağıdakı hissələrdədir: ön bufer, ön buferin sağ, sol və orta setkaları, həmin setkaların 4 sayda kantları, ön buferin 4 sayda kranşteynləri və 2 sayda buferə keçən kranşteynləri, ön buferin 4 saydı radarların provodkası, ön sağ və sol fara yuyanlar, ön faralara su vuran forsunkalar, ön faralara su vuran forsunkaları ön faralara su vuran mexanizmin qapağı, şlankı, ön sağ və sol diodlar, ön buferin 10 sayda dəmir və sancaqları, ön usilitel, ön panel, ön alt panel, ön alt usilitel, 3 sayda ön vozduxovodlar, 2 sayda piyada təhlükəsizlik sensoru, kapotun paneldəki kilidi, kapotun kilidinin trosu, ön kapot, kapotun 2 sayda barit sensorları, 2 sayda ön kapotun petlələri, 3 sayda alın şüşəsinə su vuranlar, həmin su vuranların borusu, ön sağ və sol qanadlar, ön sağ, sol jabralar, 2 sayda şlanqlar, ön sağ və sol dönmə işıqları, 2 sayda ön sağ/sol qapı ilə qanad arasındakı plastmaslar, 2 sayda sağ/sol qanadların dəmir kranşteynləri, 2 sayda ön sağ/sol qanadaltı, 2 sayda həmin qanadaltıların ön hissələri, ön sağ və sol faralar, ayaqaltıqların (padnoşqaların) 2 sayda kranşteynləri və 20 sayda alt/üst knopkaları, sağ/sol ayaqaltlıqları (padnoşqaları) - 2 sayda, 2 sayda brizqoviqlər, 2 sayda damın sağ/sol kantları və 10 sayda knopkaları, mühərrikin ön hissəsinin 4 sayda pastmasları (vetrovikləri), 2 sayda şüşə silənlər, mühərrikin 3 sayda üst plastmasları, arxa bufer, arxa buferin 4 sayda radarları və şnuru, arxa buferin 2 sayda otrajateli arxa buferin alt spoyleri, arxa sağ/sol səsbuğucuların (qluşitellərin) jabraları - 2 sayda, arxa buferin üst plastması, arxa sağ və sol stoplar. Lakin daha ərtaflı müayinə olunsa qüsurlar qeyd olunanlarla kifayətlənməyə bilər. Lakin həmin tarixdən hal-hazırki tarixədək yuxarıda qeyd edilən avtomobilə dair hər hansı ödəniş edilməmiş, bu səbəbdən də «Porsche Bakı Mərkəzi’’ndə avtomobillə bağlı hər hansı təmir işlərinə başlanılmamışdır. Həmin tarixdən qeyd olunan avtomobil Mərkəzin saxlanc yerində qalmışdır. Bununla da avtomobil servisdə müəyyən sahəni məşğul etmişdir. Belə ki, dəfələrlə ilqarın mobil nömrəsi (***-***-**-** ) ilə əlaqə saxlanılmasına baxmayaraq, o, müxtəlif bəhanələrlə hal-hazıradək avtomobili təhvil almaqdan boyun qaçırmışdır, məsələ ilə əlaqədar avtomobilin sahibi Cavabdeh rəsmi müraciət ünvanlanmış, həmin müraciətlə Mərkəzdə müxtəlif bərpa işlərinin aparılması zərurəti yarandığından və əlavə saxlanc yeri mövcud olmadığından qeyd edilən avtomobilin təhvil götürülməsi tələb edilməsinə baxmayaraq, müraciətə hər hansı münasibət bildirilməmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvan 4 ünvanına dəfələrlə gedilməsinə baxmayaraq, məlum olmuşdur ki, həmin ünvanda yaşayış yoxdur, özü isə xaricdədir. Bundan əlavə mövcud reqlamentə əsasən “Porsche Bakı Mərkəzi”ndə təmir edilməsi üçün təqdim edilmiş hər bir avtomobil, təmiri başa çatdıqdan dərhal sonra, bu mümkün olmadıqda isə 1 gün ərzində təqdim edən şəxs tərəfindən təhvil götürülərək Mərkəzdən uzaqlaşdırlmalıdır. Əks halda avtomobilin təhvil alınmadığı hər gün üçün 5 manat məbləğində dayanacaq haqqı hesablanaraq xidmət haqqının üzərinə əlavə edilir. Bu hal qüsur aktında da qeyd edilir. Qeyd edilənləri nəzərə alaraq, hesab edirik ki, Cavabdeh məxsus Ban nömrəsi WP0ZZZ97ZEL080945, dövlət qeydiyyat nişanlı 99 HC011 olan «Porsche Panemera» markalı avtomobilin Bakı şəhəri, Nəsimi rayonu, M.Əliyev 7 ünvanda yerləşən «Porsche Bakı Mərkəzi»nin servisindən götürülərək DYP-nin müvafiq mühafizə olunan duracağına yerləşdirilməlidir və Cavabdeh dayanacaq haqqı kimi, avtomobilin «Porsche Bakı Mərkəzi»nə yerləşdirildiyi 16.01.2018-ci il tarixdən 17.07.2021-ci il tarixədək olan 1277 gün üçün hər günə 5 manat olmaqla, ümumilikdə 6385 manat məbləğinə pulun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Sonda iddiaçının nümayəndəsi Nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia isə onunla əsaslandırlımışdır ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh, İddiaçı MMC Nəsimi Rayon Məhkəməsinə müraciət edərək mənə məxsus avtomobilin ərazidən çıxarılması və məndən dayanacaq haqqı kimi həmin avtomobilin servisə təhvil verildiyi gündən iddia ərizəsi məhkəməyə təqdim edilən günədək, yəni 16.01.2018-ci il tarixdən 08.04.2021-ci il tarixədək olan 812 gün üçün hər günə 5 manat olmaqla, ümumilikdə 4060 məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun onların xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia əsassızdır, aşağıdakı səbəblərə görə rədd olunmalı və onun qarşılıqlı iddia üzrə tələb təmin olunmalıdır. Belə ki, qarşı tərəf iddia edir ki. 16.01.2018-ci il tarixdə Cavabdeh məxsus Ban nömrəsi WP0ZZZ97ZEL080945, dövlət qeydiyyat nişanı 99HC011 olan “Porsche Panamera” markalı avtomobil üzərində mühərriki, sürətlər və hərəkət hissəsi olmadan yaranmış digər əlavə nasazlıqlara əlaqədar “Porsche Bakı Mərkəzi”nə İlqar Bağırov adlı şəxs tərəfindən evakuator vasitəsilə gətirilərək təqdim edilmiş, servisin işçiləri tərəfindən avtomobilə baxış keçirilərək avtomobildə olan qüsurlarla əlaqədar Qüsur aktı tərtib edilmiş və həmin qüsurların aradan qaldırılması üçün ümumi xərc müəyyən edilmişdir. Belə ki. avtomobilə texniki xidmət göstərilməsi üçün ilkin xərc kimi 51.560 manat müəyyən edilmiş və müştəriyə xidmətin göstərilməsinə başlanılması üçün ilkin olaraq avans kimi 10.000 manat ödənilməli olduğu bildirilmişdir. Bundan sonra İlqar bildirmişdir ki, avtomobil servisdə qalsın və iki gün ərzində 10.000 manatı ödəyəcəkdir. İlkin iddia üzrə iddiaçının ərizəsindən belə məlum olur ki, guya ki, həmin gündən indiyənədək təmir üçün ödənilməli olan pulun ödənilməsindən və avtomobilin servisdən götürülməsindən yayınır. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin heç bir məntiqə sığmayan dəlillərə münasibət bildirməzdən əvvəl ilkin olaraq qeyd etmək istəyirəm ki, mən biznes fəaliyyəti ilə məşğul oluram, maddi vəziyyətim qənaətbəxşdir və onlarla avtomobilin uzun müddət istər açıq havada, istərsə də bağlı şəraitdə saxlancda saxlamaq imkanı vardır. Eyni zamanda cavabdehə münasibətdə bir sıra səbəblərdən ona hörmətlə yanaşır, ona qarşı nə əvvəllər, nə də ki, indi heç bir qərəzli münasibəti olmamışdır. Ban nömrəsi WP0ZZZ97ZEL080945, dövlət qeydiyyat nişanı 99HC011 olan “Porsche Panamera” markalı avtomobili 2014-cü ildə 173.000 ABŞ dollara, nağd pula cavabdehdən almışdır. 2018-ci ilin əvvəllərində həmin avtomobil qəzaya uğrayaraq ön hissədən əzilmiş, avtomobilə ziyan dəyimişdir. Avtomobilin təmir olunması məqsədilə servisə aparılmış və həmin servisdə maşına baxış keçirilmiş, əzilmiş, deformasiyaya uğramış ehtiyyat hissələri müəyyən edilmişdir. Həmin servisdə Saşa adlı usta maşının mühərrikini (motorunu) və ötürücülər qutusunu (korobkanı) avtomobilin üzərindən çıxardıqdan sonra deformasiyaya uğramış hissənin robota salınmaq zərurəti olduğunu bildirmişdir. Həmin xidmətin yalnız “Porsce”nin rəsmi distribütoru, İddiaçı MMC “Porsche Bakı Mərkəzi”ndə olduğuna görə avtomobil gətirilərək təmir işlərinin aparılması üçün avtomobilin texniki pasportu ilə birlikdə cavabdehə təhvil verilmişdir. Avtomobil robota salınmış, deformasiyaya uğrayan hissə ilkin vəziyyətə gətirilmiş, təmir edilmişdir. Təmir üçün cavabdehə 1.000 (min) manat pul ödənilmişdir. Təmir işləri qurtardıqdan sonra avtomobilə baxış keçirilərkən avtomobilin təmir olunduqdan sonra ilkin vəziyyətə gətirilməməsi üzərindən əhəmiyyətli qiymətə malik bir çox ehtiyat hissələrinin götürüldüyü müəyyən edilmişdir. Bu barədə iradları bildirdikdə qarşı tərəf iradları nəzərə alaraq tezliklə avtomobili əvvəlki vəziyyətə gətirəcəyini, çatışmayan hissələrin yerinə qoyulacağını bildirərək xahiş etdi ki, bu barədə müvafiq orqanlara və 3-cü şəxslərə məlumat verməyək. Səbəbini isə belə izah etdi ki, bu məlumatların yayılması onların imicinə və işgüzar nüfuzuna ziyan vurar. Odur ki, mən cavabdehin nüfuzuna etimad edərək çatışmayan (və ya oğurlanmış) hissələrin gətizdirilməsi üçün ona vaxt verilməsi barədə razılığa gəldik. Təəssüf ki, bu gün ki vəziyyət başqadır, qarşı tərəf öz öhdəliklərini yerinə yetirməyib, avtomobildəki çatışmamazlıqlar aradan qaldırılmayıb, mənə külli miqdarda ziyan vurub. Vurulmuş ziyanı ödəmək əvəzinə məndən saxlanc pulu tələb etməklə mən: qabaqlayaraq məsuliyyətdən yayınmaq istəyir. Təqdim etdiyi qəza yerində çəkilmiş fotoşəkillərin surətindən göründüyü kimi avtomobilin ön hissəsi əzilmiş, arxa buferin sol tərəfindən xırda təmirə ehtiyac duyulsa da avtomobilin arxa hissəsinin bütün detalları yerindədir. Lakin iş materiallarında olan qüsur aktının 37-45 sıralarında avtomobilin arxa buferinin, arxa buferin radarları, arxa buferin radarların şnuru, arxa buferin otrajateli, arxa buferin alt spoyleri, arxa sag/sol qluşitelin jabraları, arxa buferin üst plasması, arxa sağ stop, arxa sol stopun olmadığı göstərilmiş və həmin detalların ümumi dəyəri 6.940 manat olduğu müəyyən edilmişdir. Bundan əlavə olaraq gözlə görünən digər hissələrdən katalizator, interkuler, pinevma, avtomobilin 2 ədəd üst kantları servisdən oğurlanmışdır. Avtomobilin ehtiyat hissələrinin satışı, gətirilməsi xarici valyuta ilə hesablandığını nəzərə alsaq mütəxəssislər tərəfindən ilkin hesablamalara görə ona vurulmuş ziyanın təqribi məbləği 50.000 avro dəyərindədir. Lakin avtomobil daha ətraflı müayinə olunarsa vurulmuş ziyanın göstərilən məbləğdən artıq olacağı istisna edilmir. Yuxarıda göstərilənləri əsas tutaraq hesab edir ki, ilkin iddia üzrə iddia tələbi rədd edilməli, vurulmuş ziyanın ödənilməsinə dair qarşılıqlı iddia tələbi təmin edilməlidir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə ilkin iddianı müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, maşını 2017-ci ildə idarə etmişdir. 2017-ci ilin fevral ayının 25-də maşın vurlumuşdur. 2018-ci lldə maşını təmir üçün «Porsche” Servis-ə gətirmişdir. Maşını servisə apardıqda akt ilə təhvil verməmişdir. Qarşı tərəf qüsur aktı təqdim etmişdir. Maşın uzun müddətdir ki, servisdədir. Maşının bəzi hissələrini oğurlamışlar. 32965 manat ödənilməsini təklif etmişlər, ancaq bu məbləğə razılaşmamışdır. İlkin olaraq 1000 manat ödəniş etmişdir. Maşını təhvil verib 1-2 ay sonra gəldikdə maşının bəzi hissələrinin olmadığını görmüşdür. Ondan 10.000 manat avans istənilmişdir. 3 ildir ki, maşın servisdədir. Qüsur aktını qarşı tərəf gizlətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh və Cavabdeh Alahverdi oğluna və maraqlı şəxs DİN Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan və İddiaçı MMC tərəfindən təqdim edilmiş qüsur aktından görünür ki, dövlət qeydiyyat nişanlı 99 HC011 olan «Porsche Panemera» markalı avtomobilin təmiri üçün cəmi 51.560 manat müəyyən edilmiş və avtomobilin təmiri ilə bağlı razılıq əldə olunmazsa təhvil götürülmədiyi hər gün üçün 5.00 manat dayanacaq haqqı hesablanacaqdır. İş materiallarında olan və İddiaçı MMC tərəfindən təqdim edilmiş 16.01.2018-ci il tarixli qüsur aktından görünür ki, dövlət qeydiyyat nişanlı **-HC-*** olan «Porsche Panamera» markalı avtomobilin təmiri üçün cəmi 51.560 manat müəyyən edilmişdir. Avtomobilin təmiri ilə bağlı razılıq əldə olunmazsa təhvil götürülmədiyi hər gün üçün 5 manat haqq hesablanacaq. İş materiallarında olan “Cinayət işinin başlanmasını rədd edilməsi barədə” 27.07.2021-ci il tarixli qərardan görünür ki, toplamış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 15.11.2021-ci il tarixli 9/7314 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş 16.01.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı, «Porsche Panamera» markalı, 99 HC011 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 45.165.0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında əlavə edilmiş “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” 17 iyul 2021-ci il tarixli Aktından görünür ki, “Porsche Panamera” markalı ** HC *** dövlət qeydiyyat nişanlı avtomobil «Porsche Bakı Mərkəzi» servis rəhbəri tərəfindən 11 saylı cərimə meydançasına DYP-nin mühafizə olunan duracağına təhvil verildi. İş materiallarından görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə ilkin iddia tələbi ilə əlaqədar qeyd edir ki, “Porsche” markalı avtomobillərin Azərbaycanda rəsmi təmsilçisi olan İddiaçı MMC “Porsche Bakı Mərkəzi” kimi qeyd edilən avtomobillərin alqı-satqısı ilə yanaşı, həm də Mərkəzdə avtomobillərə xidmət mərkəzi, yəni servis də fəaliyyət göstərir ki, həmin servisdə «Porsche» markalı avtomobillərə müxtəlif texniki xidmətlər həyata keçirilir. 16.01.2018-ci tarixdə Cavabdeh məxsus Ban nömrəsi WP0ZZZ97ZEL080945, dövlət qeydiyyat nişanlı 99 HC011 “Porsche Panamera” markalı avtomobil yaranmış nasazlıqlarla əlaqədar “Porsche Bakı Mərkəzi”nə İlqar Bağırov adlı şəxs tərəfindən gətirilərək təqdim edilmişdir. Servisin işçiləri tərəfindən avtomobilə baxış keçirilərək avtomobildə olan qüsurlarla əlaqədar qüsur aktı tərtib edilmiş və həmin qüsurların aradan qaldırılması üçün ümumi xərc müəyyən edilmişdir. Belə ki, avtomobilə texniki xidmət göstərilməsi üçün ilkin xərc kimi 51 560 manat müəyyən edilmiş və müştəriyə xidmətin göstərilməsinə başlanılması üçün ilkin olaraq avans kimi 10.000 manat ödənilməli olduğu bildirilmiş, lakin, ödəniş edilməmişdir. Beləliklə, avtomobilin sahibi Cavabdeh avtomobilin təmiri üçün ödəniş etməmiş və bu səbəbdən “Porsche Bakı Mərkəzi” avtomobillə bağlı təmir işlərinə başlamamışdir. Həmin tarixdən avtomobil Mərkəzinin saxlanc yerində qalmış, bununla da avtomobil servisdə müəyyən sahəni məşğul etmişdir. Müəyyən edilmişdir ki, avtomobili 16.01.2018-ci il tarixdən 17.07.2021-ci il tarixədək “Porsche Bakı Mərkəzi”-nin dayanacağında saxlanılmışdır. Avtomobilinin dayanacaqda saxlanması üçün hər günə 5 manat olmaqla dayanacaq haqqı 6385 manat məbləğində hesablanmışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərər cavabdehdən tutulmalı və Cavabdeh dayanacaq haqqı kimi, avtomobil servisə təhvil verildiyi gündən “Porsche Bakı Mərkəzi”-nin ərazisindən götürülərək DYP-nin müvafiq mühafizə olunan duracağına yerləşdirildiyi günədək, yəni 16.01.2018-ci il tarixdən 17.07.2021-ci il tarixədək hesablanmalıdır. Ona görə məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh məxsus Ban nömrəsi WP0ZZZ97ZEL080945, dövlət qeydiyyat nişanlı 99- HC-011 “Porsche Panamera” markalı avtomobil «Porsche Bakı Mərkəzi»nin servisindən götürülərək DYP-nin müvafiq mühafizə olunan duracağına yerləşdirilməsini nəzərə alaraq, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə əlaqədar qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ona vurulan ziyan müqabilində 50000 manat Avronun Azərbaycan manatı ilə hesablanaraq İddiaçı MMC-dən tutulmasını məhkəmədən xahiş etmişdir. Lakin, Cavabdeh avtomobilin hansı vəziyyətdə «Porsche Bakı Mərkəzi»-nə gətirildiyini sübutları məhkəməyə təqdim edə bilmədi. Bundan başqa, Cavabdeh məxsus “Porsche Panamera” markalı avtomobilin «Porsche Bakı Mərkəzi»nə yerləşdirilmədən 3 ildən çox vaxt keçmiş, lakin həmin müddət ərzində Cavabdeh avtomobilin ehtiyyat hissələrinin çatışmaması və ya oğurlanması faktı ilə müvafiq orqanlara müraciət etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı MMC-nin cavabeh Cavabdeh, maraqlı şəxs DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı «avtomobilin ərazidən çıxarılması və pul» tələbinə dair ilkin iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh dayanacaq haqqı kimi, avtomobilin «Porsche Bakı Mərkəzi»nə yerləşdirildiyi 16.01.2018-ci il tarixindən 17.07.2021-ci il tarixədək olan 1277 gün üçün hər günə 5 (beş) manat olmaqla, ümumilikdə 6385 (altı min üç yüz səksən beş) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Allahverd oğlunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməli, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Dövlət büdcəsinə köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir.. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı MMC-nin cavabeh Cavabdeh, maraqlı şəxs DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı «avtomobilin ərazidən çıxarılması və pul» tələbinə dair ilkin iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh dayanacaq haqqı kimi, avtomobilin «Porsche Bakı Mərkəzi»nə yerləşdirildiyi 16.01.2018-ci il tarixindən 17.07.2021-ci il tarixədək olan 1277 gün üçün hər günə 5 (beş) manat olmaqla, ümumilikdə 6385 (altı min üç yüz səksən beş) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMCyə qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar