Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3392/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Xesed “Qerşon" X4rşı “əmrlərin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xesed "QERŞON" X9 tərəfindən qəbul olunmuş 19 saylı, 2 mart 2022-ci il tarixli və 28 saylı, 06 may 2022-ci il tarixli əmrlərin ləğv olunması və onun işə bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2010-cu il tarixdən etibarən Xesed “Qerşon” X5 Tibb proqramın rəhbəri vəzifəsində çalışmışdır. Lakin 01 mart 2022-ci il tarixdə cavabdeh tərəfindən ona ünvanlanan Xəbərdarlıq məktubunda son dövrlərdə dünyada yaranmış qlobal şəraitlə əlaqədar olaraq yaranan çətinliklər səbəbilə, çalışdığı "Kurator" vəzifəsi üzrə ştat vahidinin ixtisarı və bağlanması zərurəti yarandığı qeyd olunmuşdur. 02 mart 2022-ci il tarixli, 19 saylı əmrlə isə çalışdığı "Kurator" vəzifəsinin ixtisarı əmr olunmuşdur. Beləliklə 06 may 2022-ci il tarixdə 28 saylı daha bir əmrə əsasən onun Xesed “Qerşon” X5 tutduğu "Kurator" vəzifəsindən azad edilməsi və əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 "b" bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Lakin işin əsli ondan ibarətdir ki, 2021-ci ilin dekabr ayında İsrail dövləti tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsi ilə XESED "QERŞON" X8 və orada mövcud olan ştat vahidlərinə təqdim olunması üçün büdcə ayrılmışdır. Yekunda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən XESED "QERŞON" X8 təqdim olunmuş büdcənin təyinatında onun və onun tutduğu "Kurator" vəzifəsinin də adları qeyd olunmuşdur. Göstərilənlərə əsasən, XESED "QERŞON" X9 tərəfindən qəbul olunmuş 19 saylı, 02 mart 2022-ci il tarixli və 28 saylı 06 may 2022-ci il tarixli əmrlər ləğv olunmalı, İddiaçı tutduğu "Kurator" vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixli, 24 saylı əmr ilə Xesed “Qerşon” X5 tibb proqramının rəhbəri vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixli, 28 saylı əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “kurator” vəzifəsindən azad edilmişdir. X11 X1 in Azerbaıjan “JOİNT BAKU”-nun Azərbaycandakı nümayəndəliyi tərəfindən “Qerşon” Xesedinin direktoru Şaul Davıdova ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4 nömrəli bildirişdən görünür ki, dünyada baş verən və vəsaitlərin toplanmasına mənfi təsir edən qlobal vəziyyətlərlə əlaqədar 2022-ci il üçün “Qerşon” Xesedinin proqram maliyyələşdirilməsinin 2021-ci il büdcəsi ilə müqayisədə azaldığı, vəsaitlərin toplanması şöbəsinin proqnozlarına əsasən onlar cari ildə büdcənin əlavə olaraq azaldılmasının gözləndiyi bildirilmişdir. Qəyyumluq altında olan ahıl insanlar üçün təqdim edilən xidmətlərin həcminə və keyfiyyətinə xələl dəymədən ən yaxın vaxtda proseslərin optimallaşdırılması xahiş edilmiş, həmçinin bu bildirşin nəzərə alınmasını, Xesedin cari büdcəsində müvafiq dəyişikliklər hazırlanması və büdcənin azaldılması layihəsini təsdiq edilməsi üçün 31 yanvar tarixində günün sonuna qədər göndərilməsi xahiş edilmişdir. Xesed “Qerşon" X9 tərəfindən X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, son dövrlərdə dünyadaki qlobal şəraitlə əlaqədar XESED «QERŞON» X6 maliyyələşdirilməsində müəyyən çətinliklər yaşanır. Bu səbəbdən Mərkəzin fəaliyyətinin maliyyə nəticələrinin təkmilləşdirilməsi, iqtisadi səmərəliliyinin daha da artırılması və xərclərinin optimallaşdınlması zərurətindən irəli gələrək, işçi qüvvəsinin tərkibinin restrukturizasiyası, o cümlədən çalışdığı ‘‘Kurator” vəzifəsi üzrə ştat vahidinin ixtisarı və bağlanması zərurəti yaranmışdır. Borisovnanın XESED «QERŞON» X5 əmək stajı ümumilikdə 10 ildən artıq olduğu üçün Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən doqquz təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulmuşdur. 1 mart 2022-ci il tarixindən başlanan xəbərdarlıq müddəti 6 may 2022- ci il tarixində başa çatacağı bildirilmiş, bu müddət ərzində iş axtarmaq üçün əmək funksiyalarının icrasından tam azad edilmişdir. xx.xx.2022-ci il tarixli 19 nömrəli əmrin surətindən görünür ki, Əmək Məcəlləsinin 78 və 79-cü maddələrinin tələblərinə riayət edilməklə “kurator” vəzifəsi üzrə ştat vahidinin qanunvericiliyin tələblərinə uyğun olaraq ixtisar edilməsi, müvafiq vəzifədə çalışan işçiyə tətbiq edilən qanunvericiliklə müəyyən edilmiş qaydada bildiriş təqdim edilməsi, ixtisar prosedurları İnsan Resursları şöbəsi tərəfindən əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yerinə yetrilməsi əmr edilmişdir. xx.xx.2022-ci il tarixli 28 nömrəli əmrin surətindən görünür ki, X2 Xesed «Qerşon» X9 İctimai Birliyində tutduğu “Kurator” vəzifəsindən azad edilməsi və X7 ilə 04 yanvar 2018-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 maddəsinin “b” bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydaya riayət edilməklə 06 may 2022-ci il tarixdən ləğv edilməsi, işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2023-ci İl tarixinədək olan iş ilinə görə son haqq-hesabının və işdənçıxarma müavinətinin qanunvericiliyə uyğun şəkildə hesablanaraq ödənilməsi mühasibatlığa həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi, əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar bu əmrin surəti, işçinin əmək kitabçası və son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı, işçinin təminatları və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməsi əmr edilmişdir. "xxxx" ASC-nin Xesed “Qerşon" X6 direktoru Ş.M.Davudova ünvanladığı xx.xx.2022ci il tarixli, 2578 saylı məktubdan görünür ki, Xesed “Qerşon" X6 Azərbaycan Beynəlxalq Bank “Mərkəzi” filialında açılmış hesabları üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək daxil olmalar mövcud deyildir. Xesed “Qerşon” X9” İB-nin məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, 2021-2022-ci illər üzrə “Xesed “Qerşon” X9” İctimai Birliyi ilə “X12 X10, tnk” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında qrant müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Qrantın icra müddəti xx.xx.2021 xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. Qrantın ümumi məbləği 439.951 ABŞ dolları təşkil etmişdir. “Xesed “Qerşon” X9” İctimai Birliyi xx.xx.2018-ci il tarixli 0-003 saylı icarə müqaviləsi əsasında Bakı şəhəri, Zərifə Əliyeva, 55 ünvanı üzrə Biznes Mərkəzinin 3 mərtəbəsində yerləşən 34B saylı ofisdə fəaliyyət göstərir, icarə müqaviləsi üzrə aylıq icarə haqqı 2.166,85 manat (iki min yüz altmış altı manat 85 qəpik) təşkil edir. Respiyent - “Xesed “Qerşon” X9” İctimai Birliyi ilə Donor - “X12 X10, tnk” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanılmış xx.xx.2021-ci il tarixli “Qrant verilməsi haqqında” müqavilənin surətindən görünür ki, donor müqavilənin 1 saylı Əlavəsində qeyd olunan proqramlara əsasən Azərbaycanda olan yəhudi əsilli aztəminatlı əhaliyə tibbi, ərzaq məhsulları ilə təminat, evdə qulluqla bağlı və digər bu xarakterli humanitar yardımın göstərilməsi üçün əvəzsiz qaydada qrantı təqdim etməyi öhdəsinə götürür. Müqavilə xx.xx.2021-ci tarixdən qüvvəyə minir və xx.xx.2022-ci tarixədək müddətə bağlanılır. Büdcə məbləği 439.951 ABŞ dolları təşkil edir. xx.xx.2021-ci il tarixli “qrant verilməsi haqqında” müqaviləyə 1 nömrəli əlavədən görünür ki, müqavilə predmeti olan qrant aşağıda qeyd olunan proqramlar üzrə Resipiyentə təqdim edilir: • “Evdə Qulluq" -evdə qulluq göstərilməsi ehtiyacı olan yəhudi icması üzvü olan insanlara gündəlik həyatda onların gigiyenik tələblərini həyata keçirilməsinə və onlara evdə gündəlik və icma həyatında sərbəst yaşam standartlarını artırmağa kömək edir, • “Bank kartı ilə ərzaq" proqramı - bu proqramda yəhudi icmasının üzvlərinə kriteriyalara əsasən debit bank kartları verilir ki, həmin karta hər ay müəyyən məbləğdə pul keçirilir. Həmin müştəri istədiyi dükandan isti yemək hazırlamaq üçün istədiyi ərzaqları almaq imkanı qazanır. • “Bank kartı ilə dərmanlar” proqramı - bu proqramda yəhudi icmasının üzvlərinə kriteriyalara əsasən debit bank kartları verilir ki, həmin karta hər ay müəyyən məbləğdə pul keçirilir.Həmin müştəri istənilən aptekdən istənilən dərman preparatını ala bilər. • Reabilitasiya ləvazimatlarının kirayəsi yəhudi icmasının ehtiyacı olan müştərilərinə onların sərbəst hərəkət etməsi üçün lazımı reabilitasiya ləvazimatlarının pulsuz kirayə verilməsi, • “Gündüz mərkəzi" - bu proqram yəhudi icmasının evdən sərbəst çıxa bilməyən üzvlərinə kompleks tədbirləri təklif edir. Bu tədbirlər qrup şəkilində keçirilir və şəxsi qayğı xidmətlərini təklif edir, • SOS proqramı - bu proqram təcili köməyə ehtiyacı olan üzvlər üçün nəzərdə tutulmuşdur (buraya tibb əməliyyatları, bahalı dərman preparatları və məişət avadanlıqlarının alınması və təmiri daxildir). • İcma proqramları hökumət və yəhudi bayramları ilə bağlı kütləvi mədəni tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur. • Risk ailələrinə kömək proqramı - bu proqram ehtiyacı olan ailələrin aşkarlanması, onların ehtiyaclarının müəyyən olunması, sosial və material ehtiyatlarına əsasən bölünməsi, və 2 yaşından 16 yaşına qədər olan uşaqların təhsil və tərbiyələri ilə bağlı kömək edir. Həmçinin, bu proqram uşaqların və ailələrin iş ixtisaslar üzrə təhsil maliyyələşdirilməsini, sərbəst və istirahət vaxtlarının təşkilinə, onlara tibbi kömək və ərzaqlann bank kartı vasitəsi ilə əldə edilməsinə kömək edilir. Proqramda xüsusi köməyə ehtiyacı olan uşaqlara üstünlük verilir. xx.xx.2021-ci il tarixli “qrant verilməsi haqqında” müqaviləyə əlavə edilmiş 1 saylı Cədvəldən görünür ki, büdcə məbləği 439.951 ABŞ dolları təşkil edir. O cümlədən risk ailələri üzrə büdcə 78.600 ABŞ dolları, evdə qulluq - 93.960 ABŞ dolları, inzibati xərclər – 107.905 ABŞ dolları, icma proqramları – 0, maddi yardım – 130.980 ABŞ dolları, klub proqramları – 21.990 ABŞ dolları və SOS – 6.516 ABŞ dolları təşkil edir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixli, 24 saylı əmr ilə Xesed “Qerşon» X5 tibb proqramının rəhbəri vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixli 19 nömrəli əmrə əsasən “kurator” vəzifəsi üzrə ştat vahidinin qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi əmr edilmişdir. Bunun nəticəsində İddiaçı tərəf olduğu əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli 28 saylı əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xesed "QERŞON" X9 tərəfindən qəbul olunmuş 19 saylı, 2 mart 2022-ci il tarixli və 28 saylı, 6 may 2022-ci il tarixli əmrlərin ləğv olunması və onun işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 77.1-77.3-cü maddələrinin tələblərinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçiiddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, ixtisar edilmənin məqsədəuyğunluğu məsələsi müzakirə edilmiş və gəlinən nəticə əsaslandırımış, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisar edilməsi səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə vaxtında xəbərdar edilmiş, əmək funksiyasının icrasından tam azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmışdır. Bundan başqa MMC tərəfindən 28 saylı, 6 may 2022-ci il tarixli əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir. İddiaçının xx.xx.2021 - xx.xx.2022-ci illəri əhatə edən dövr üzrə formalaşdırılmış büdcədə ona və tutduğu “kurator” vəzifəsinə birbaşa aid bəndin olmasına, ştatın ixtisar edilməsinin cavabdeh Xesed "QERŞON" X6 əməkdaşları tərəfindən ona qarşı edilən ayrıseçkilik və qərəzlilik zəminində baş verməsinə dair irəli sürdüyü dəlillər ilə əlaqədar isə məhkəmə qeyd edir ki, sözügedən dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və s. məsələlərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə həmçinin iddiaçı tərəfindən mübahisələndirilən Xesed "QERŞON" X6 19 saylı, 2 mart 2022-ci il tarixli əmri ilə əlaqədar qeyd edir ki, sözügedən məsələnin həlli cavabdeh-hüquqi şəxsin diskresion səlahiyyətlərinə aiddir. Belə ki, müəssisə istehsalın və idarəçiliyinin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququna malikdir. İşçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv olunduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda işə baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunub-olunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edib-etməməsinə dair məsələləri nəzərdən keçirməlidir. İş materiallarından göründüyü kimi Xesed “Qerşon" X9 qəbul etdiyi 19 saylı, 2 mart 2022-ci il tarixli əmri Mərkəzin maliyyələşdirilməsində, vəsaitlərin toplanmasında müəyyən çətinliklərin yaranması, bu səbəbdən Mərkəzin fəaliyyətinin maliyyə nəticələrinin təkmilləşdirilməsi, iqtisadi səmərəliliyinin daha da artırılması və xərclərinin optimallaşdırılması zərurəti ilə əlaqələndirmiş, qəyyumluq altında olan ahıl insanlar üçün təqdim edilən xidmətlərin həcminə və keyfiyyətinə xələl dəyməməsinə üstünlük vermişdir. Bundan başqa məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi və bu tələblərin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən iddiasının rədd edilməsi nəticəsinə gəlir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Xesed “Qerşon” X4rşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-3392/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3392/2022
03.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver