Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-340/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı, İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3, İlk iddia üzrə Cavabdeh Əliəşrəf qızının, İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh Əliəşrəf qızına qarşı «mənzildən məcburi çıxarılma və mənzilin təhvil verilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh Əliəşrəf qızının İddiaçı qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əliəşrəf qızına qarşı «mənzildən məcburi çıxarılma və mənzilin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əliəşrəf qızının ünvan 1 ünvandan məcburi çıxarılması və onun ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsi, 100 manat dövlət rüsumunun Cavabdeh Əliəşrəf qızından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, xx.xx.2023-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əliəşrəf qızının ünvan 2 ünvandan məcburi çıxarılması və onun ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsi, Cavabdeh Əliəşrəf qızının qanunsuz istifadəsində olan, ona məxsus ünvan 2 ünvanda yerləşən mənzildə xx.xx.2023-cü il tarixdən yaşadığı bütün müddətlər üzrə ayda 300 manat olmaqla, 15 ay üzrə cəmi 4.500 manat kirayə haqqının və ödənilmiş 65 manat dövlət rüsumunun Cavabdeh Əliəşrəf qızından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, xx.xx.2023-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əliəşrəf qızının ünvan 3 ünvandan məcburi çıxarılması və onun ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsi, Cavabdeh Əliəşrəf qızının qanunsuz istifadəsində olan, ona məxsus ünvan 2 ünvanda yerləşən mənzildə xx.xx.2023-cü il tarixdən yaşadığı bütün müddətlər üzrə ayda 300 manat olmaqla, 15 ay üzrə cəmi 4.500 manat kirayə haqqının və ödənilmiş 165 manat dövlət rüsumunun Cavabdeh Əliəşrəf qızından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xəlilova X4 Həmid Əbdül oğluna qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, onun yaşadığı ünvan 2 ünvanına istifadə hüquqlarının tanınması və evdən istifadəyə maneənin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən 50,75 m2 sahəsi olan yaşayış sahəsi bağışlama müqaviləsi əsasında atası X12 tərəfindən ona verilmişdir. Bundan əvvəl həmin mənzil 2008-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında atasına məxsus olmuş və həmin mənzildə yalnız atası qeydiyyatda olmuşdur. xx.xx.2022-ci il tarixdə adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış alınmışdır. Qeyd edilən ünvanda olan həmin mənzil ona məxsus olsa da, mənzildə Cavabdeh yaşayır. Belə ki, mərhum əmisi X13 və onun həyat yoldaşı Cavabdeh ünvan 4 ünvanda yaşamışlar. Lakin ev şəraiti bərbad vəziyyətdə və yaşayış üçün qeyri-qənaətbəxş olduğundan atası, əmisinə və həyat yoldaşına ev şəraitləri düzələnədək əvvəllər özünə məxsus Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi ev 3/1 mənzil 33 ünvanda yerləşən mənzildə müvəqqəti yaşamağı təklif etmişdir. 10 ildən artıq əmisi və həyat yoldaşı qeyd edilən mənzildə tək yaşamışlar, onların uşaqları olmamışdır. Lakin mənzilin enerji, su sərfiyyatına görə ödənişlər atası, onun adına keçiriləndən sonra isə özü tərəfindən ödənilmişdir. Əmisi təxminən 10 il bundan əvvəl vəfat etmiş və yoldaşı həmin mənzildə qısa müddət yaşayandan sonra onda olan məlumata görə Maştağa qəsəbəsində qohumlarının mənzilinə köçmüşdür. Təxminən 2021-ci il tarixdə cavabdehə məxsus Bakı şəhəri Vidadi küçəsi ünvanda yerləşən 22 saylı ev sökülmüş və cavabdehə kompensasiya ödənilmişdir. Atası, anası və onun öz ailəsi (3 nəfər uşaq daxil olmaqla) hal-hazırda ünvan 5 ünvanda yerləşən, mülkiyyət hüququ əsasında ona məxsus 85 saylı mənzildə yaşayırlar. Bacısı və ailəsi kirayədə yaşayır və öz evləri yoxdur. Hövsan qəsəbəsində yerləşən mənzildə yeddi nəfər qalır və mənzildə darısqallıq yarandığından ünvan 6 ünvanda yerləşən mənzili təmir etdirmək və ata-anasını, həm də bacısının mənzil şəraitinin yaxşılaşdırılması üçün və kirayə haqqından azad etməsi üçün həmin mənzilə köçürtmək istəyir. Lakin qeyd edilən mənzilin təmir edilməsi və yaxın qohumlarının həmin mənzilə köçməsi niyyətində olmasını öyrənən mərhum əmisinin həyat yoldaşı Cavabdeh mənzilə daxil olub onları mənzilə buraxmaqdan imtina edir və bildirir ki, həmin mənzil onun özünə məxsusdur, bu mənzildən çıxmaq fikri yoxdur. Bir neçə dəfə cavabdehə həmin mənzildən çıxmaq təklif edilsə də, cavabdeh mənzili tərk etməkdən imtina edir və onun ailəsiylə birlikdə ona məxsus mənzilə köçməsinə mane olur. Hətta bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etmək məcburiyyətində qalmışlar. Dəfələrlə ona məxsus mənzildən çıxması və mənzili ona təhvil verməsi barədə xəbərdarlığına baxmayaraq, cavabdeh mənzildən çıxmaqdan imtina edir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlk iddia üzrə İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia üzrə iddiaçının izahatı ilə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, Cavabdeh İddiaçı mülkiyyətində olan mənzildə yaşaması və iddiaçının öz mənzili üzərində isitfadə hüquqlarını məhdudlaşdırılması səbəbindən iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin təqdim etdiyi çıxarışdan aydın olur ki, ünvan 7 ünvanda yerləşən mənzil xx.xx.2022-ci il tarixdən bu günə qədər İddiaçı mülkiyyətindədir. İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə İddiaçı mülkiyyətində olan mənzildə uzun illərdir yaşadığını etiraf etmişdir. Buna görə də hesab edir ki, iddiaçını mənzil üzərində istifadə hüququnu məhdudlaşdıran Cavabdeh mənzildən çıxarılanadək yaşadığı dövrlər üzrə sözügedən mənzil üçün ayda 300 manat olmaqla, 15 ay üzrə cəmi 4.500 manat kirayə haqqı ödəməlidir. Qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi verilmişdir. Hesab edir ki, Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilə bilməz. Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin ilk cümləsində yazılmışdır ki, «... və ərimin anasına məxsus olan ...» cümləsinin bu hissəsi tamamilə yanlış və əsasızdır. Belə ki, ünvan 7 ünvanda yerləşən mənzil heç vaxt iddiaçının anası X10 aid olmamış, sözügedən əmlak Nizami Rayon Xalq Deputatları İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 43/5 saylı qərarı ilə iddiaçının atası X3 verilmiş və həmin mənzil Ə.Xəlilov tərəfindən iddiaçıya bağışlanılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin **********99-05301-093021 reyestr nömrəli, ********** saylı qeydiyyat nömrəli çıxarışından da aydın olur ki, sözügedən mənzil İddiaçı mülkiyyətindədir və İddiaçı həmin mənzildə rəsmi qeydiyyatdadır. Qarşılıqlı iddiada Cavabdeh iddia etmişdir ki, «... ünvan 7 ünvanda yerləşən evə gəlin köçmüşəm». Lakin Cavabdeh gəlin olaraq ünvan 8 ünvanda yerləşən evə gəlin köçmüş, bu səbəbdən də mənzilə dair istifadə hüququ əldə edərək, 2019-cu ildə kompensasiya almışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qeyd etmişdir ki, «qaynanam, yoldaşım və mən həmin evdə birgə yaşamışıq, təsərrüfat aparmışıq və mənzillə bağlı xərclər çəkmişik». Burda belə bir nüans var ki, həmin mənzilin müəyyən bir hissəsini istifadə edən, xüsusən də, evdə uzun müddət ailəsi ilə birgə yaşayan hər bir şəxs mənzildə təsərrüfat da apara, mənzillə bağlı xərclər də çəkə, istifadə nəticəsində sıradan çıxmış məişət və digər avadanlıqları təmir də edə, gündəlik ərzaq və sair digər tələbatı ödəyəcək məişət əqdləri bağlaya bilər. Eləcə də, bu mənzilə sadəcə onlar deyil, burda yaşayan hər kəs bu sadalanan xərcləri çəkmişlər. Belə xərclərin çəkilməsi əmlak üzərində istifadə hüququnun tanınması üçün əsas ola bilməz. Qarşılıqlı iddiada göstərilmişdir ki, «qaynanam rəhmətə gedən tarixdən mərhum yoldaşımla mən həmin dövrdən indiyədək miras qalmış əmlak payını faktiki olaraq qəbul etmişik». Mənzildə istifadə hüququnun tanınması ilə bağlı iddia ərizəsində qeyd olunmuş bu cümləni absurd hesab edir. Çünki məsələ burasındadır ki, yaranmış konflikt miras əmlakla bağlı deyildir. Üstəlik sözügedən mənzil heç vaxt Zara Xəlilovaya aid olmamışdır ki, bu əmlak o rəhmətə getdikdən sonra miras olaraq vərəsələr arasında bölünsün. Qarşılıqlı iddia ərizəsində «yoldaşım rəhmətə gedənə qədər, mənə iddiaçının atası (yəni, Xəlilov Əbdül) tərəfindən heç bir irad tutulmamış, evdən çıxarılmağa dair hər hansı bir tələb irəli sürülməmişdir», «... gedəcək bir yerim olmamasını da nəzərə almadan təhkidlə evi tərk etməyimi istəyir» qeyd olunmuşdur. Belə ki, əsassız iddialardan biri də budur ki, Cavabdeh və onun yoldaşı Tahir Xəlilova sözü gedən mənzildə yaşamasına müvəqqəti icazəni Əbdül Xəlilov vermiş, son vaxtlara kimi onlar bu evdə yaşamışlar və onlara heç kim «bu evdən çıxın» deməmiş və hətta İddiaçı da Cavabdeh qarşı bu günə qədər heç bir istər fiziki, istərsə də psixoloji təzyiq etməmişdir. Lakin situasiya bunu göstərir ki, Cavabdeh yaşayacağı başqa yerlər olmasına rəğmən, İddiaçı bu iddianı qaldırdıqdan sonra cavabdeh gəlib bu mənzildə yaşamağa başlamışdır. Belə ki, İddiaçı mülkiyyətçisi olduğu mənzil barədə sərəncam, istifadə və sahiblik hüquqlarını özündə saxladığından, bu onun təbii hüququdu və eləcə də qanunidir. Qarşılıqlı iddia ərizəsində bildirmişdir ki, «mənim mübahisəli mənzilə ehtiyacım vardır, başqa yaşayış yerim yoxdur». Lakin Cavabdeh sözügedən mənzildən başqa yaşayış yeri olduğu üçün bəzən başqa ünvanda yaşamış və iddiaçıya məxsus mənzilin açarlarını özündə saxlamışdır. Məntiqə əsasən bir sual ortaya çıxır, başqa yaşayış yeri yox idisə, niyə bəzi vaxtlarda başqa ünvanda yaşamışdır? Qarşılıqlı iddia ərizəsində Cavabdeh bildirmişdir ki, «mən və mərhum ərim həmin ünvanda (Bakı şəhəri Vidadi küçəsi 22 ünvanında) yalnız pasport qeydiyyatında olmuşuq». Lakin xx.xx.2019-cu il tarixli Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş **********964 saylı ərizəyə əsasən, Cavabdeh Əşrəf qızı Bakı şəhəri Vidadi küçəsi 22 ünvanda yerləşə mənzilə istifadə hüququ olduğundan gələcəkdə tələb irəli sürməməsi şərti ilə 5.000 manat kompensasiya almışdır. Buna görə də, Cavabdeh istifadə etdiyi əmlakdan kompensasiya almaq hüququndan istifadə etməsi onu göstərir ki, Cavabdeh başqa yaşayış yeri olmuş və buna görə hətta kompensasiya da almışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair xx.xx.2001-ci il tarixli qərarına, Azərbaycan Respublikasının qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53, 123, 217.2-ci maddələrinə istinad edərək elə bir fikir formalaşdırmağa çalışmışdır ki, sözügedən mənzil Zara Xəlilovaya məxsus olmuş və ailə üzvü olaraq onun da haqqı varmış. Lakin mülkiyyətçi Zara Xəlilova deyil, İddiaçı olduğundan, Cavabdeh qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsində sadalanan icarədarın arvadı (əri), onların uşaqları və valideynlərindən hər hansısa biri olmadığından belə bir qənaətə gəlməyə əsas verir ki, yaratmaq istədiyi fikir yanıltıcı məna daşıyır. Məhkəmədən ilk iddia ərizəsinin təmin edilməsi və qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Əliəşrəf qızı qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 19 iyul 1989-cu il tarixdə X5 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur və ərinin anasına məxsus olan ünvan 7 ünvanda yerləşən evə gəlin köçmüşdür. Qaynanası, yoldaşı və o, həmin evdə birgə yaşamış, təsərrüfat aparmış, mənzillə bağlı xərclər çəkmiş, övladları olmasa da nikahları normal qaydada davam etmişdir. 1990-cı ildə qaynanası rəhmətə getmişdir. Yoldaşı X5 isə 14 mart 2013-cü ildə rəhmətə getmişdir. Yoldaşı rəhmətə gedənə qədər onunla birgə yaşamışdır. Daha sonra isə həmin mənzildə bu günə qədər fasiləsiz olaraq tək yaşayır. Qayınanası rəhmətə gedən tarixdən mərhum həyat yoldaşı ilə o, həmin dövrdən indiyədək miras qalmış əmlak payını faktiki olaraq qəbul etmişlər. Ona görə də, əri və o, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqları və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirdiklərinə görə miras vərəsə tərəfindən qəbul edilmiş hesab olunur. Onun əri ilə birlikdə 1989-cu ildən həmin mənzildə yaşamasını şahid qismində qonşuları Şahid2 və Şahid1 öz ifadələri ilə və 81 saylı MTK-nın arayışı ilə də təsdiq edilir. Mənzilə görə kommunal haqları, MTK-ya ödənilən təsərrüfat xərcini, məişət tullantılarının atılmasına görə ödənişi həmişə əri ilə özü ödəmişlər, hazırda kart vasitəsi ilə kommunal xərcləri abunə kartı vasitəsi ilə özü ödəyir, evin təmiri işlərini isə yoldaşı ilə bərabər aparmışlar. Yoldaşı rəhmətə gedənə qədərki dövr ərzində ona iddiaçının atası, onun qaynı tərəfindən heç bir irad tutulmamış, evdən çıxmasına dair hər hansı tələblər irəli sürülməmişdir. Mərhum əri anasına məxsus olmuş, anasının sağlığında və ölümündən sonra da etirazsız və fasiləsiz onun istifadəsində olan evin qardaşı tərəfindən öz adına rəsmiləşdirilməsindən xəbərsiz olmuşdur. Yalnız indi iddia ərizəsinin surətini aldığı zaman ona məlum olmuşdur ki, qayını 2008-ci ildə onun yaşadığı mənzilə dair çıxarış almışdır. Son zamanlar qaynının oğlu, İddiaçı tərəfindən tez-tez rahatlığı pozulur. İddiaçı onu evdən çıxarıb küçəyə atmaq istəyir, hətta 68 yaşının olmasını, övladsız olmasını, əmək qabiliyyətsizsizliyini, səhhətinin pozulmasını, gedəcək bir yerinin olmamasını da nəzərə almadan təkidlə evi tərk etməsini istəyir. O, iddiaçıya mərhum ərinin vərəsə olduğunu və faktiki vərəsəliyi qəbul etdiyini bildirdikdə, iddiaçı isə lazım gələrsə onu mənzildən məhkəmə qaydasında çıxartdıracağını demişdir. İlkin iddia üzrə iddiaçıya «əgər hüquqları pozulurdusa niyə atası mərhum qardaşının sağ olduğu dövrdə bir dəfə də bu barədə söhbət açmamış, əgər onun doğrudan da hüquqları pozulmuşdursa o zaman niyə indiyə kimi heç yerə və o cümlədən də məhkəməyə müraciət etməmişdir. Üstündən 34 il vaxt keçəndən sonra məhkəməyə müraciət edir?» sualını vermiş olsa da, cavab ala bilməmişdir. Axı mənzil rəhmətlik nənələrindən balalarına qalan mülkdür, o necə ahıl qadının sığındığı yeganə mənzilə qanunsuz göz dikə bilər? Eyni zamanda bildirir ki, onun mübahisəli mənzilə ehtiyacı vardır, başqa yaşayış yerləri yoxdur, bu mənzildə yaşamaq kimi həyati əhəmiyyətli zərurət vardır. Belə ki, ilk iddia ərizəsində guya onun mülkiyyətində Bakı şəhəri Vidadi küçəsi 22 ünvanda yerləşən evin olmasına dair qeyd tamamlilə yanlışdır, həqiqiəti əks etdirmir. O və mərhum əri həmin ünvanda yalnız pasport qeydiyyatında olmuşlar. Pensiya yaşında ahıl bir qadının yeganə sığınacaq yerləri olan mənzildən çıxarılmasını istəmək insaf, humanizm, ədalət qaydalarına tamamilə ziddir. Ona görə də, hesab edir ki, ilk İddiaçı onun ünvan 7 ünvanda olan mənzildən məcburi çıxarılması barədə iddiası rədd edilməli və onun İddiaçı qarşı yaşadığı ünvan 7 ünvana istifadə hüquqlarının tanınması barədə qarşılıqlı iddiası təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında deyilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Ona görə də, mübahisə 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu ilədək Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, də yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. İlk iddia üzrə Cavabdeh Əliəşrəf qızı məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, yaşadığı evə 34 il bundan öncə gəlin gəlmişdir. Ondan əvvəl yoldaşı və qaynanası həmin evdə yaşamışdır. Həmin ev Əbdülün evi deyildir. Bu ev əslində onun qaynanasının bacısının oğlunun evi olmuşdur. Bu evi o tikdirmişdir. Daha sonra o, evi xalasına, yəni qaynanasına bağışlamışdır. Həmin şəxsin adı Gülağadır, indi o rəhmətə getmişdir. Onun yoldaşı cəzaçəkmə müəssisəsində olmuşdur, ordan çıxandan sonra evi qaynanasının adına rəsmiləşdirmək istəmişlər, lakin ona demişlər ki, o, cəzaçəkmə müəssisəsindən çıxdığı yerdə qeydiyyata düşməlidir. O, sonra gəlib öz anası ilə yaşamışdır. Bu ev də kooperativ ev olduğu üçün qaynanasının üstünə kimsə yazılmalıdır deyə Əbdülü qaynanasının üstünə yazmışlar. Onun mülkiyyətində daşınmaz əmlak yoxdur. Onun mülkiyyətində heç vaxt daşınmaz əmlak olmamışdır. Yaşadığı mənzil qaynanasının mülkiyyətində olmuşdur. Yaşadığı mənzilin qaynanasının adına olması barədə sənəd yoxdur, lakin bunu kooperativin sədri öz ifadəsi ilə təsdiq edə bilər. Məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin və nümayəndələrinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, ünvan 10 ünvanda qeydiyyatda olmaqla yaşayır. O, Cavabdeh Əliəşrəf qızının qonşusudur. Cavabdeh Əliəşrəf qızı 1989-cu ildə həmin evə gəlin gəlmişdir. O, Cavabdeh balaca uşaq olandan tanıyır. Cavabdeh Əliəşrəf qızı həmişə orada yaşamışdır. İddiaçı o, balaca olanda həmin evdə yaşamış, lakin sonra evdən çıxıb getmişdir. Hazırda yaşadığı ünvanda 1984-85-ci illərdən bu günkü günə kimi yaşayır. Cavabdeh Əliəşrəf qızı həmin evdə 1980-ci illərin sonundan yaşayır. Cavabdeh Əliəşrəf qızı həmin evə gəlin gəlmişdir. Cavabdeh Əliəşrəf qızı həmin evə el adəti ilə toyları olmuş və gəlin gəlmişdir. O, Cavabdeh Əliəşrəf qızının mütəmadi olaraq həmin evdə yaşamasını görmüşdür. Cavabdeh Əliəşrəf qızının daim sayğacı açıq olmuş, qazın kranı açıq olmuşdur. Lakin o, sonuncunun qapısını döyüb evdə olub-olmamasını yoxlaya bilməzdi. O, 2023-cü ilin 6, 7, 8-ci aylarında bağda yaşamışdır. Cavabdeh Əliəşrəf qızı 2022-ci ilin yanvar ayından dekabr ayına kimi həmin evdə yaşamışdır. İddiaçının əmisinin toyunda iştirak etməmişdir. Onun valideynləri iştirak etmişdir. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, ünvan 11 ünvanda qeydiyyatda olmaqla yaşayır. O, Cavabdeh Əliəşrəf qızının qonşusudur. Cavabdeh Əliəşrəf qızı 1989-cu ildə həmin evə gəlin gəlmişdir. Həmin vaxtda onun 15-16 yaşı olmuşdur. O, 1992-ci ildən 1996-cı ilə kimi hərbi xidmətdə olmuşdur. Daha sonra hərbi xidmətdən qayıdıb həmin evdə yaşamışdır. O, 1974-cü ildən hazırda yaşadığı mənzildə yaşayır. Cavabdeh Əliəşrəf qızı həmişə həmin mənzildə yaşamışdır. Xəlilova X9 müəllimin yoldaşı olmuşdur. Xəlilova X7 xanımın evinə gəlin gəlmişdir. O, Zərifə xanımı görmüşdür. Cavabdeh Əliəşrəf qızı həmin evə gəlin köçənə qədər həmin ev Tahir müəllimin evi olmuşdur. O, ancaq Tahir müəllimin həmin evdə yaşadığını görmüşdür. Onun başqa yaşayış yeri yoxdur. Cavabdeh Əliəşrəf qızı 2023-cü ilin aprel, may, iyun, iyul, avqust aylarında və 2022-ci ilin yanvar ayından dekabr ayına qədər həmin evdə yaşamışdır. Cavabdeh Əliəşrəf qızı həmin evə el adəti ilə gəlin gəlmişdir. O, toyda iştirak etməmişdir, anası toyda iştirak etmişdir. Cavabdeh Əliəşrəf qızının yoldaşı 2005-ci il və ya 2006-cı ildə rəhmətə getmişdir, dəqiq yadında deyil. Cavabdeh Əliəşrəf qızı 34 və ya 33 nömrəli mənzildə yaşayır. O, İddiaçı görməmişdir. Həmin vaxtı uşaq olmuşdur, İddiaçı atası Xəlilov Əbdülü görməmişdir. Cavabdeh Əliəşrəf qızının qaynanasının nə vaxt rəhmətə getdiyini dəqiq bilmir. Cavabdeh Əliəşrəf qızı 1989-cu ilin yay aylarında həmin evə gəlin gəlmişdir. Nənəsi evdə dünyasını dəyişmişdir. Şahid X14 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, mənzilin Əbdül Xəlilovun adına rəsmişləşdirilməsində şəxsən iştirak etmişdir, çıxarışın verilməsi üçün zəruri olan sənədləri hazırlamışdır. Əbüdülün qardaşı Xəlilov Tahirlə söhbət olmuşdur ki, onun razılığı olduqdan sonra mənzil Əbdülün adına rəsmiləşdiriləcəkdir. Tahir Xəlilov mənzilin qardaşı Əbdülün adına keçirilməsinə etiraz etməmişdir. Əbdül orda söz vermişdir ki, heç kəsin mənzil maraqlarına toxunulmayacaqdır. Daha sonra Tahir rəhmətə gedəndən sonra Mahirə xanım şikayət edirdi ki, onu mənzildən sıxışdıraraq çıxmasını tələb edirlər. Mahirə xanıma təzyiqlər olanda sonuncu onları çağırırdı və onlar yığıncaqlar keçirirdilər və qərar qəbul edirdilər ki, Mahirə xanım mənzildə yaşamalıdır. Cavabdeh Əliəşrəf qızı həmişə orda yaşamışdır. O, kooperativin sədri kimi 2016-cı ildən işləyir. Mahirə xanım ora 1989-1990-cı ildən gəlmişdir. O, orada işləyəndən həmin mənzildə yalnız Mahirə xanım və onun mərhum həyat yoldaşını görmüşdür. Mahirə xanımın mərhum həyat yoldaşı Tahirin razılığı ona görə tələb edilirdi ki, Tahir orada yaşayırdı. Tahir həmin mənzildə qeydiyyatda olmamışdır. Onların yarı notarial hərəkətlər etmək səlahiyyətləri var. O, işlədiyi müddətdə kommunal ödənişləri Tahir edirdi, Tahir rəhmətə gedəndən sonra Mahirə xanım edirdi. Aldıqları kommunal ödənişlərə görə qəbzlərdə həmin mənzildə kim yaşayırsa onun adını qeyd etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Nəsimi rayon XDS İK-nın 17 yanvar 1986-cı il tarixli 43/5 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzili X2 ayrılmışdır. - ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 30 iyun 2010-cu il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzili xüsusi mülkiyyət kimi X1 adına qeydiyyata alınmışdır. - 15 sentyabr 2022-ci il tarixdə 6 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat ofisində bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X6 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilini İddiaçı bağışlamışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyatdan keçmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin 16 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzili (xx.xx.1986-cı il tarixli 216803 nömrəli orderə, xx.xx.2010-cu il tarixli 43 nömrəli maliyyə arayışına və xx.xx.2010-cu il tarixli 32 nömrəli 2 saylı forma üzrə arayışa əsasən) xx.xx.2010-cu il tarixdə X1 adına qeydiyyata alınmış, lakin 6 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-1977 saylı bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlanmışdır. - 14 avqust 2023-cü il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 2 ünvanda X6 qeydiyyatdadır. - 18 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri Vidadi küçəsi ev 22 ünvanda qeydiyyatdadır. - 81 saylı MTK tərəfindən verilmiş 20 oktyabr 2023-cü il tarixli 32 saylı arayışdan görünür ki, Cavabdeh Əliəşrəf qızı 1989-cu ildən indiyə kimi Bakı şəhəri ünvan 12 ünvanda 2013-cü il tarixə qədər mərhum əri X8 ilə birlikdə yaşamışdır. Hal-hazırda Cavabdeh Əliəşrəf qızı qeyd olunan ünvanda tək yaşayır. - 81 saylı MTK tərəfindən verilmiş 24 oktyabr 2023-cü il tarixli 35 saylı arayışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzili üzrə illik təsərrüfat xərcləri 1989-2013-cü illər ərzində həmin ünvanda yaşamış mərhum X8 tərəfindən, onun ölümündən sonra isə 2014-cü ildən başlayaraq arvadı Cavabdeh Əliəşrəf qızı tərəfindən ödənilmişdir və hal-hazırda da onun tərəfindən ödənilir. - Nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə Cavabdeh Əliəşrəf qızı arasında nikah 19 iyul 1989-cu il tarixdə Səadət Sarayında 2033 saylı akt qeydi ilə bağlanmışdır. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 14 mart 2013-cü il tarixdə vəfat etmişdir. Mübahisə predmetinin (ilk və qarşılıqlı iddialar üzrə) müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə ilk iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq ilk iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda qarşılıqlı iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, ilk və qarşılıqlı iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, «işdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilk, həm də qarşılıqlı iddia ayrıayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir». Odur ki, məhkəmə hazırki mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı ardıcıllıqla aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İşin faktiki hallarından göründüyü kimi, mübahisəli mənzilin atası tərəfindən bağışlama əqdi əsasında iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır və həmin mülkiyyətdə cavabdehin buna hər hansı hüququ olmadan yaşamasını iddiaçı onun qanunla qorunan mülkiyyət hüququnun pozulması kimi qiymətləndirir. İşin faktiki araşdırılmış hallarından görünür ki, cavabdeh həmin mənzilə əvvəlki mülkiyyətçinin razılığı ilə köçmüş və yaşamış, hətta mülkiyyətçinin vəfatından sonra kommunal ödənişləri də həyata keçirmişlər. Cavabdeh ərinin vəfatından sonra da həmin mənzildə yaşamaqda davam etmişdir. Hazırda mülkiyyətçinin tələbinə baxmayaraq cavabdeh mənzildən çıxmağa imtina edərək hətta mənzilə hüquqlarının olmasını da iddia edir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilində cavabdeh buna hər hansı hüququ olmadan yaşaması faktı iddiaçının qanunla qorunan mülkiyyət hüququnun pozulmasıdır və bu səbəbdən, ilk iddia qismən təmin edilməli, cavabdeh həmin mənzildən çıxarılmalı, iddiaçı isə mülkiyyətçi kimi həmin mənzilə köçürülməlidir. Lakin məhkəmə ilk iddianın ayda 300 manat olmaqla, 15 ay üzrə cəmi 4.500 manat kirayə haqqının tutulması hissədə təmin edilməsini mümkün saymır. Belə ki, yuxarıda qeyd edildiyi kimi cavabdeh əvvəlki mülkiyyətçinin razılığı ilə əri ilə həmin mənzilə köçmüş və onun, eləcə də ərinin vəfatından sonra hazırki vaxta kimi orada heç bir hüquqi əsası olmadan yaşamağa davam edir. İstər əvvəlki, istərsə də hazırki mülkiyyətçi ilə aralarında mənzildə kirayə haqqı ödənilməsi şərti ilə yaşaması ilə bağlı razılaşma olmadığından məhkəmə tələbin bu hissəsini əsassız sayır. Həmçinin, iddiaçı irəli sürmüş olduğu iddia tələbində ailə üzvlərinin də onunla birlikdə həmin mənzilə köçürülməsini xahiş etsə də, göründüyü kimi, iddiaçının ailə üzvləri iddiaçıdan fərqli olaraq onunla birlikdə mənzilə köçürülmələrinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməmişlər. Eyni zamanda, qeyd edilməlidir ki, mənzilə köçürülmə mülkiyyətçinin razılığı əsasında baş verdiyindən, ilk iddia üzrə iddiaçı bu hüququndan istifadə etməklə, iddia tələbində qeyd etdiyi şəxslərin (ailə üzvlərinin) sözügedən mənzilə köçürülməsinə imkan yarada bilər. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Həmçinin məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair təqdim etdiyi sübut kimi qiymətləndirdiyi hallar (şahid ifadələri) mötəbər olmamaqla qarşılıqlı iddianın əsaslı olmasını təsdiq etmir. Belə ki, qarşılıqlı iddiaçı 19 iyul 1989-cu il tarixdə X5 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmaqla ərinin anasına məxsus olan ünvan 7 ünvanda yerləşən evə gəlin köçməsini göstərsə də, müəyyən edilmişdir ki, həmin ev X3 verilmiş və sonradan onun tərəfindən İddiaçı bağışlanılmışdır. Göstərilən hal qarşılıqlı iddianın qaynanasının rəhmətə gedən tarixdən mərhum yoldaşı ilə həmin dövrdən indiyədək miras qalmış əmlak payını faktiki olaraq qəbul etmələrinə dair dəlilini də təkzib edir və məhkəmə qeyd edir ki, göstərilən mənzil Cavabdeh Əliəşrəf qızının qayınanasına məxsus olmadığı üçün onun ölümündən sonra ondan miras əmlak qalmamışdır ki, vərəsələr arasında bölünsün. Məhkəmə qarşılıqlı iddianın əsası kimi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair xx.xx.2001-ci il tarixli qərarına, Azərbaycan Respublikasının qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53, 123, 217.2-ci maddələrinə istinad etməsinə də mövqe bildirərək qeyd edir ki, Cavabdeh qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbləri baxımından həmin mənzilə istifadə hüququ əldə etməmişdir. Belə ki, özünün də bildirdiyi ki, 1989-cu ildə mübahisəli mənzilə köçərkən ünvan 7 ünvanda yerləşən mənzil heç vaxt iddiaçının anası X10 aid olmamışdır. Bundan başqa, tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, qeyd edilən mənzildə yaşamalarına baxmayaraq cavabdehə qeydiyyatda olduğu Bakı şəhəri Vidadi küçəsi ünvanda yerləşən 22 saylı evin sökülməsi ilə bağlı kompensasiya ödənilmişdir. Məhkəmə həmçinin qarşılıqlı iddiaçının həm ərinin, həm də qaynının (əvvəlki mülkiyyətçi) sağlığından hazırki vaxta kimi mənzildə yaşamasına heç bir irad bildirilməməsinə dair dəlillərinə də qiymət verərək bu halların mövcudluğunun belə onun mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün hüquqi əsaslardan biri kimi qiymətləndirmir. Bundan əlavə, məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı mübahisəli mənzilə istifadə hüquqlarının yaranmasını zənn etdiyi halda bu mübahisəni əvvəlki mülkiyyətçinin və ərinin də sağlığında da qaldırmaq hüquqlarından istifadə etməmiş, yalnız hazırki iddia ilə mülkiyyətçi onun mülkiyyətindən çıxarılmasına dair iddia qaldırdan sonra hüquqi əsası olmadan yaşadığı mənzildən çıxmamaq üçün hüquqdan sui-istifadə edərək hazırki qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mılki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X11 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Beləliklə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olan mənzilə münasibətdə hər hansı hüququ olmadığı üçün qarşılıqlı iddia əsassızdır və təmin edilə bilməz. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə ilk iddia ərizəsi təqdim edilməsi üçün 165 manat, qarşılıqlı iddia ərizəsi təqdim olunması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh Əliəşrəf qızına qarşı «mənzildən məcburi çıxarılma və mənzilin təhvil verilməsi» tələbinə dair ilk iddiası qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh Əliəşrəf qızı Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilindən məcburi çıxarılmalı və ilk iddia üzrə İddiaçı həmin mənzilə köçürülməli, ilk iddia qalan hissədə rədd edilməli, qarşılıqlı iddia üzrə Cavabdeh Əliəşrəf qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 100 manatı ilk iddia üzrə Cavabdeh Əliəşrəf qızından tutularaq ilk iddia üzrə İddiaçı ödənilməli, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun 65 manatı ilk iddia üzrə iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh Əliəşrəf qızına qarşı «mənzildən məcburi çıxarılma və mənzilin təhvil verilməsi» tələbinə dair ilk iddiası qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh Əliəşrəf qızı Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilindən məcburi çıxarılsın və ilk iddia üzrə İddiaçı həmin mənzilə köçürülsün. İlk iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia üzrə Cavabdeh Əliəşrəf qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 100 manatı ilk iddia üzrə Cavabdeh Əliəşrəf qızından tutularaq ilk iddia üzrə İddiaçı ödənilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumunun 65 manatı ilk iddia üzrə iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-340/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-340/2024
20.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver