Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3406/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X24 Cavabdeh2 nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X24 Cavabdeh2nə qarşı məcburi dövlət sosial sığorta haqqının ödənilməsi və hesabatın verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Ə.F.Qarayev adına 2 nömrəli X6 neyroinfeksiya şöbəsində 2007-2008-ci illərdə işlədiyi dövr üzrə qanunla müəyyən edilmiş məcburi dövlət sosial sığorta haqqının onun sığorta hesabına ödəmək və bu barədə müvafiq icra hakimiyyəti orqanına hesabat vermək vəzifəsinin Cavabdeh1nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlərdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Professor Ə.F.Qarayev adına 2 nömrəli X7 1-ci yoluxucu şöbədə palata xadiməsi vəzifəsində, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Neyroinfeksiya şöbəsində bilavasitə tam iş günü ərzində sanitar qadın vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixdən hal-hazıra qədər Cavabdeh1n Neyroinfeksiya şöbəsində sanitar qadın vəzifəsində işləyir. Onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin və göstəricilərin siyahısı”nın 19-cu bölməsinin Səhiyyə və sosial təminat idarələri olan a) bəndinə əsasən vərəm və infeksion idarələrində, bölmələrində və kabinetlərində: kiçik tibb heyəti vəsifəsinə uyğundur və onun güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Mərkəz Filialında araşdırma zamanı məlum olmuşdur ki, onun Professor Ə.F.Qarayev adına 2 nömrəli X7 işlədiyi 2007-2008-ci illər üzrə xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqqları fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Bundan sonra məsələnin araşdırılması üçün o, yenidən Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına müraciət etmişdir. Onun müraciəti əsasında Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı Cavabdeh1nə xx.xx.2023-cü il tarixli məktub göndərərək, o, İddiaçı Professor Ə.F.Qarayev adına 2 nömrəli X7 işlədiyi 2007-2008-ci illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcədə məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların, əmək haqqı cədvəllərinin əmək kitabçasının, bank hesabından çıxarışların, əmək müqavilələrinin, əmrlərin və s. sənədlərin filiala təqdim edilməsini bildirmişdir. Lakin, bu günə qədər Cavabdeh1n mühasibatlıq şöbəsi zəruri sənədləri Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim etməmişdir. Daha sonra vəkili Cavabdeh1nə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən Cavabdeh1nə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktub üzrə, o, İddiaçı Professor Ə.F.Qarayev adına 2 nömrəli X7 işlədiyi 2007-2008-ci illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcədə məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların, əmək haqqı cədvəllərinin əmək kitabçasının, bank hesabından çıxarışların, əmək müqavilələrinin, əmrlərin və s. sənədlərin Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh1 X24 tərəfindən ona göndərilən xx.xx.2024-ü il tarixli cavab məktubunda Ə.F.Qarayev adına 2 nömrəli X6 neyroinfeksiya şöbəsində çalışan İddiaçı 2007-2008-ci illərdə işlədiyi dövr üzrə əmək haqqı cədvəllərinin tapılmadığı bildirilmişdir. Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, Sığorta edənlərin vəzifələri aşağıdakılardır: müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək. Lakin, Cavabdeh1 X24 onun Ə.F.Qarayev adına 2 nömrəli X6 neyroinfeksiya şöbəsində 2007-2008-ci illərdə işlədiyi dövr üzrə qanunla müəyən edilmiş sosial sığorta haqqını ödəməyərək və bu barədə müvafiq icra hakimiyyəti orqanına hesabat verməyərək, onun sosial təminat hüququnu pozmuşdur. Buna görə də o, problemin barışıq yolu ilə həll edilməsi üçün cavabdehə mediasiya təklifi göndərdir. Onlar 3 saylı Bakı Mediasiya Təşkilatının mediatoru Zaur Mirzəbəyov tərəfindən ilkin mediasiya sessiyasına çağırılmışlar. Lakin, cavabdehin nümayəndəsi Mediasiya sessiyasına gəlmədiyinə görə ona xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. O, mediasiya sessiyasında iştiraka görə 3 saylı Bakı Mediasiya Təşkilatına 60 manat haqq ödəmişdir. Hesab edir ki, onun Ə.F.Qarayev adına 2 nömrəli X6 neyroinfeksiya şöbəsində 2007-2008-ci illərdə işlədiyi dövr üzrə qanunla müəyən edilmiş sosial sığorta haqqını ödəmək və bu barədə müvafiq icra hakimiyyəti orqanına hesabat vermək vəzifəsinin Cavabdeh1nə həvalə edilməsi barədə qətnamə qəbul edilməlidir. Sonradan iddiaçının ərizəsi əsasında Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X24 Cavabdeh2 əlavə cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X24 Cavabdeh2 nümayəndəsi X3 izahatında bildirdi ki, Cavabdeh2 yeni yaranmış bir qurumdur. 2024-cü ilin aprel ayından fəaliyyət göstərir. İddiaçı əvvəllər Ə.F.Qarayev adına 2№li X7 işləmişdir. Həmin ilin aprel ayından Cavabdeh2 tabeliyinə verilmişdir. İddiaçıya aid 2007-2008-ci illərə dair əmək haqqı cədvəlləri hələki tapılmamışdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X8 izahatında bildirdi ki, Cavabdeh1 2007-2008-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqları ilə bağlı illik hesabatda (B 3) iddiaçıya aid məlumatlar qeyd edilmədiyindən məcburi dövlət sosial sığorta haqqı şəxsin fərdi hesabında oturmamışdır. Bu məsələ ilə bağlı Cavabdeh1nə bir sıra lazımi sənədlərin təqdim edilməsi üçün 2 dəfə məktubla müraciət etmişlər. Cavabdeh1 onlara cavab olaraq bildirmişdir ki, iddiaçının əmək haqqı cədvəlləri tapılmamışdır. Sənədlər onlara təqdim olunmadığından Dövlət Sosial Müdafiə Fonduna müraciət edə bilməmişlər. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X12 izahatında bildirdi ki, Cavabdeh1 2007-2008-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqları ilə bağlı illik hesabatda (B 3) iddiaçıya aid məlumatlar qeyd edilmədiyindən məcburi dövlət sosial sığorta haqqı şəxsin fərdi hesabında oturmamışdır. Bu məsələ ilə bağlı Cavabdeh1nə bir sıra lazımi sənədlərin təqdim edilməsi üçün 2 dəfə məktubla müraciət etmişlər. Cavabdeh1 cavab olaraq bildirmişdir ki, iddiaçının əmək haqqı cədvəlləri tapılmamışdır. Sənədlər təqdim olunmadığından Dövlət Sosial Müdafiə Fonduna müraciət edə bilməmişlər. İş yeri illik hesabatda hansı işçinin adını verirsə o işçilərin arasında məcburi dövlət sosial sığorta haqqı bölünür. İllik hesabata onlar nəzarət edə bilmirlər. İllik hesabat iş yeri tərəfindən təqdim olunur. İllik hesabatda iddiaçının adı yoxdur. Ona görə də xanıma düşəcək məbləğ digər işçilər arasında bölünmüşdür. Ödənişləri halhazırda Vergilər Nazirliyi qəbul edir. Müəssisənin əgər borcu varsa o borclar Vergilər Nazirliyinə təqdim edilməlidir. Cavabdeh1nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirlyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.2007-ci ildən Prof. Ə.F.Qarayev adına 2 nömrəli X7, xx.xx.2021-ci il tarixdən hal-hazırdakı X19 X20 Neyroinfeksiya şöbəsində sanitar qadın vəzifəsində işləyir. xx.xx.2007-ci il tarixindən (201 №-li, xx.xx.2007-ci il tarixli əmr) xx.xx.2017-ci il tarixə qədər İ yoluxucu şöbədə palata xadiməsi, xx.xx.2017-ci il tarixdən (102 №-li, xx.xx.2017-ci il tarixli əmr) xx.xx.2021-ci il tarixə qədər (667 №-li; xx.xx.2021-ci il tarixli əmr) Neyroinfeksiya şöbəsində bilavasitə tam iş günü ərzində sanitar qadın vəzifəsində işləmişdir. İddiaçı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə siyahının 19-cu bölməsinin Səhiyyə və sosial təminat idarələri olan a) bəndinə əsasən vərəm və infeksion idarələrində, bölmələrində və kabinetlərində: kiçik tibb heyətinə uyğundur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən Cavabdeh1nə ünvanlanmış məktubda göstərilmişdir ki, araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Sığorta (Hesabat) altsistemındə Xəstəxananın 2007-2008-cı illər üçün təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarında Səmədovanın məlumatlarının qeyd olunmadığı müəyyən olunmuşdur. Xəstəxana tərəfindən təqdim edilmiş 2007-2008-ci illər üçün məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda Ə.Səmodovanın məcburi dövlət sosial sığorta haqlarının səhv nəticəsində hansı işçi və ya işçilərin fərdi şəxsi hesablarında qeyd olunması müəyyənləşdırilərək, İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlarının fərdi şəxsi hesabına işlənilməsi üçün yoxlanılmasına zərurət yaranan əlavə sənədlər (Ə. Səmədovanın və işçinin və ya işçilərin (səhvən qeyd edilən) “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarının (06) (Forma B3), əmək kitabçalarının, əmək haqqı cədvəllərinin, əmək haqqı aldıqları bank hesabından çıxarışlarının, əmək müqavilələrinin, işə qəbul olunma, işdən azad edilmə və məzuniyyətdə olma əmrlərinin imza və möhürlə təsdiq olunmuş surətləri) tərəfindən Filiala təqdim edildikdən sonra qeyd olunan məsələ ilə bağlı araşdırılma aparılacaqdır. Lazımı sənədlərin təqdim edilməsi ilə bağlı səlahiyyətli nümayəndəsi Qədımova Lalə ilə işçi qaydada əlaqə saxlanılmış və müvafiq izahat verilmişdir. İş materiallarında olan Bakı şəhəri Səhiyyə İdarəsi Ə.Qarayev adına 2 nömrəli X6 xx.xx.2021-ci il tarixli 667-K №li əmrindən görünür ki, Ə.Qarayev adına 2 saylı X14 qoşulma yolu ilə hüquqi varisi kimi yenidən təşkil edilmiş “X23” X20 tabeliyinə verildiyi üçün Ə.Qarayev adına 2 saylı X14 işçiləri ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin a bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Cavabdeh1n məhkəməyə ünvanladığı məktubda göstərilmişdir ki, İddiaçı iş fəaliyyətini Ə.F.Qarayev adına 2 saylı X7 davam etdirir. X16 isə hazırda TƏBİB-in Müşahidə Şurasının xx.xx.2024-cü il tarixli qərarı ilə yaradılan “Pediatriya Mərkəzi”ninnəzdində davam etdirir. İş materiallarında olan Respublika Pediatriya Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh2 X24 08 aprel 2024-cü il tarixdən fəaliyyət göstərir və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi” X20 05 aprel 2024-cü il tarixli əmrlə 2 nömrəli X14 Mərkəzin strukturuna verilmişdir. Ə.F.Qarayev adına 2 nömrəli X14 isə 2007-2008-ci illərdə Cavabdeh1n tabeliyində olmuş və müvafiq sənədlər bu günə kimi Cavabdeh2 X24ə verilməmişdir. Odur ki, İddiaçı 2007- 2008-ci illərdə işlədiyi dövr üzrə əmək haqqı cədvəlləri Mərkəzimizdə mövcud olmadığından 10 sentyabr 2024-cü il tarixli məktubun tərəfimizdən icra edilməsi mümkün olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının direktoru cənab Hüseyn Paşayevin xx.xx.2023-cü il tarixli 3-17-1/2- 193876/2023 nömrəli sorğu məktubuna Cavabdeh1n direktoru cənab K.Ələkbərovun 13 fevral 2024-cü il tarixli 18-1-2/2-824/2024 nömrəli cavab məktubunda İddiaçı aid tələb edilən sənədlərin, o cümlədən onun işə qəbul əmri, işdən çıxma əmri, əmək kitabçası, əmək müqaviləsi və işçinin vəzifə təlimatının Filiala təqdim edilməsi, lakin 2007-2008-ci illərdə işlədiyi dövr üzrə əmək haqqı cədvəlləri tapılmadığından məlumat verilməsinin mümkün olmadığı göstərilmişdir. Həmin cavab məktubu ilə bir daha müəyyən edilir ki, İddiaçı məxsus sənədlər bu günə kimi onların Mərkəzə təqdim edilməmişdir. Qeyd olunanlarla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının direktoru cənab Hüseyn Paşayevə və Cavabdeh1n direktoru cənab X4 tərəfindən məktublar göndərilərək sorğunuzun təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini xahiş edilmişdir. Bundan başqa, vətəndaş İddiaçı məxsus 2007-2008-ci illərə dair əmək Nəsimi Rayon Məhkəməsinə göndərilməsini təmin etməklə tədbirləri davam edir. İş materiallarında olan Respublika Pediatriya Mərkəzinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının direktoru cənab Hüseyn Paşayevə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh2 X24 08 aprel 2024-cü il tarixdən fəaliyyət göstərir və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 üzrə 05 aprel 2024-cü il tarixli əmrlə 2 nömrəli X14 Mərkəzin strukturuna verilmişdir. Ə.F.Qarayev adına 2 nömrəli X14 isə 2007-2008-ci illərdə Cavabdeh1n tabeliyində olmuş və müvafiq sənədlər bu günə kimi Cavabdeh2 X24ə verilməmişdir. Odur ki, İddiaçı 2007-2008-ci illərdə işlədiyi dövr üzrə əmək haqqı cədvəlləri Mərkəzdə mövcud olmadığından Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli məktubunun tərəfimizdən icra edilməsi mümkün olmamışdır. Bundan başqa, Sizin xx.xx.2023-cü il tarixli 3-17-1/2-193876/2023 nömrəli sorğu məktubuna Cavabdeh1n direktoru cənab K.Ələkbərovun 13 fevral 2024-cü il tarixli 18-1-2/2-824/2024 nömrəli cavab məktubunda İddiaçı aid tələb edilən sənədlərin, o cümlədən onun işə qəbul əmri, işdən çıxma əmri, əmək-kitabçası, əmək müqaviləsi və işçinin vəzifə təlimatının Filialınıza təqdim edilməsi, lakin 2007-2008-ci illərdə işlədiyi dövr üzrə əmək haqqı cədvəlləri tapılmadığından məlumat verilməsinin mümkün olmadığı göstərilmişdir. Həmin məktubla bir daha müəyyən edilir ki, İddiaçı məxsus sənədlər bu günə kimi bizim Mərkəzə təqdim edilməmişdir. Qeyd olunanlarla bağlı Cavabdeh1n direktoruna tərəfindən məktub göndərilmişdir. İş materiallarında olan Respublika Pediatriya Mərkəzinin Cavabdeh1nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh2 X24 08 aprel 2024-cü il tarixdən fəaliyyət göstərir və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 üzrə 05 aprel 2024-cü il tarixli əmrlə 2 nömrəli X14 Mərkəzin strukturuna verilmişdir. Ə.F.Qarayev adına 2 nömrəli X14 isə 2007-2008-ci illərdə rəhbərlik etdiyiniz Cavabdeh1n tabeliyində olmuş və müvafiq sənədlər bu günə kimi Cavabdeh2 X24ə verilməmişdir. Odur ki, İddiaçı 2007-2008-ci illərdə işlədiyi dövr üzrə əmək haqqı cədvəlləri Mərkəzimizdə mövcud olmadığından Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli məktubunun tərəfindən icra edilməsi mümkün olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının direktoru cənab Hüseyn Paşayevin xx.xx.2023-cü il tarixli 3-17-1/2-193876/2023 nömrəli sorğu məktubuna 13 fevral 2024-cü il tarixli 18-1-2/2-824/2024 nömrəli cavab məktubunuzda İddiaçı aid tələb edilən sənədlərin, o cümlədən onun işə qəbul əmri, işdən çıxma əmri, əmək kitabçası, əmək müqaviləsi və işçinin vəzifə təlimatının DSMF-a təqdim edilməsini, lakin 2007-2008-ci illərdə işlədiyi dövr üzrə əmək haqqı cədvəlləri tapılmadığından məlumat verilməsinin mümkün olmadığını göstərmişdir. Azərbaycan Respubliksının Konstitusiyasının 38-ci maddəsinin V bəndinə əsasən Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta –fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin j) bəndinə əsasən işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək işəgötürənin əsas vəzifəsindən biri hesab edilmişdir. Həmin Məcəllənin 304-cü maddəsinə əsasən 1.Sosial sığorta — müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 2. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. Həmin Məcəllənin 306-cı maddəsinə əsasən 1. İşçilərin sosial sığortası məcburi dövlət sığortası, onların özləri tərəfindən könüllü sığortalanması və işəgötürən tərəfindən aparılan əlavə sığorta formalarında həyata keçirilir. 2. İşçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı 2 nömrəli X7 işlədiyi 2007-2008-ci illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri onun fərdi hesabında köçürülməmiş, bununla bağlı müvafiq qurumlara olunan müraciətlər nəticə verməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı 2007-2008-ci illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin onun fərdi hesabına köçürülməsi vəzifəsi hazırda çalışdığı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X20 ərazi bölməsi olan Cavabdeh2 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən iddia tələbi qismən təmin edilməli, İddiaçı Ə.F.Qarayev adına 2 nömrəli X6 neyroinfeksiya şöbəsində 2007-2008-ci illərdə işlədiyi dövr üzrə qanunla müəyyən edilmiş məcburi dövlət sosial sığorta haqqının onun sığorta hesabına ödəmək vəzifəsi Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X20 ərazi bölməsi Cavabdeh2 üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Ə.F.Qarayev adına 2 nömrəli X6 neyroinfeksiya şöbəsində 2007-2008-ci illərdə işlədiyi dövr üzrə qanunla müəyyən edilmiş məcburi dövlət sosial sığorta haqqının onun sığorta hesabına ödəmək vəzifəsi Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X20 ərazi bölməsi Cavabdeh2 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-3406/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3406/2024
17.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver