Məhkəmə qərarları › İş №e-2(006)-3409/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3409/2022

20.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3409/2022 20.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X5 ilə aralarında Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində 02 dekabr 1995-ci il tarixdə 535 saylı akt qeydi ilə bağlanmış nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X6 Bakı şəhərində doğulması faktının qeydə alınması, doğum akt qeydinin ata qrafasında X4, ana qrafasında Ərizəçi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun X2 Bakı şəhərində 27 avqust 2016-cı il tarixdə Mehdi adlı oğlan uşağı doğması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, X5 ilə evlənərək, Bakı şəhər Nərimanov rayon Qeydiyyat Şöbəsində xx.xx.1995-ci il tarixdə 535 saylı akt qeydi ilə nikah bağlamışlar. X1 ilə birgə nikahlarından xx.xx.2016-cı il tarixdə ev şəraitində bir oğlan övladları doğulmuşdur. Doğuş qəflətən baş verdiyinə görə onlar həmin vaxt evə təcili tibbi yardım və ya həkim dəvət etmədiklərindən uşağa doğum haqqında tibbi arayış verilməmişdir. Ona görə də, bu günə kimi xx.xx.2016-cı il tarixdə doğulmuş uşaqları X6 adına doğum haqqında şəhadətnamə ala bilməmişlər. Lakin həkim müayinələrindən keçərək uzi və dopler olunması barədə tibbi sənədləri var və bu sənədlərin tarixi ilə hamiləliyin neçənci həftəsi olması barədə sübutları vardır. Doğuş evdə qəflətən baş verdiyindən həmin vaxt yanında olan qaynının arvadı X10 ilə qonşuluqda yaşayan Arifə adında tibb bacısı doğuşda ona köməklik göstərmişlər. Bu faktı şahid qismində onlar da təsdiq edə bilərlər. Əlavə olaraq əri və onun ailə üzvlərinin hamısı bilir ki, Mehdi onların uşağıdır, atası Movçatdır, anası isə odur. X3 ilə onun arasında Bakı şəhər Nərimanov rayon Qeydiyyat Şöbəsində bağlanmış xx.xx.1995-ci il tarixli 535 saylı nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdllü X6 adına doğum haqqında şəhadətnamə verilməsini maraqlı şəxs olan Maraqlı şəxsndən xahiş etmişdir. Lakin Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixli, 05/Q-420/75 saylı məktubla müraciətinə rəsmi qaydada imtina verilərək bildirilmişdir ki, xx.xx.2016-cı il təvəllüdlü övladının doğumunun qeydə alınması ilə bağlı müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilməlidir. Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edə bilmədiyi üçün X5 ilə aralarında Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində bağlanmış xx.xx.1995-ci il tarixli, 535 saylı nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdllü X6 adına doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Eyni zamanda, Bakı şəhəri Nərimanov rayonu 37 saylı Şəhər Poliklinikasına da müraciət etmişdir. Müraciətinə xx.xx.2022-ci il tarixdə PHŞ 1.1.1-2-2022-1511 saylı məktubla imtina verilmiş və ərizəsində qaldırdığı məsələ Bakı şəhər Baş Səhiyyə Mərkəzinin səlahiyyətləri xaircində olması qeyd edilməklə məhkəmə orqanlarına müraciət etməsini tövsiyə etmişlər. Ona görə də, hesab edir ki, X5 ilə aralarında Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində bağlanmış xx.xx.19995-ci il tarixli, 535 saylı nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdllü X6 Bakı şəhərində doğum faktının müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, uşaq 4cü mikrorayonda, qızının evində anadan olmuşdur. Nəvəsidir, qızının uşağıdır. Anası Ərizəçi, atası Vəliyev Movaçatdır. Onlar o vaxt evli idilər. Doğum evdə oldu. Tibb bacısını o, çağırdı. Halı pis idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, ərizəçi onun qaynının yoldaşıdır. Uşaq isə qaynının oğludur. Anası Mahnurdur. Uşaq 2016-cı ilin avqust ayında anadan olmuşdur. Anası ona zəng elədi, o isə tibb bacısını çağırdı və doğuma yardım etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, ərizəçi onun yoldaşıdır. 1995-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Uşaq onun oğludur. 2016-cı ilin avqustunda anadan olmuşdur. O, işdə idi. Ona zəng gəldi və o, evə gəldi, vəziyyəti ağır idi. Uşaq onlarla qalır. Atası odur. Anası da orada idi. Qardaşının yoldaşı tibb bacısı çağırdı. xx.xx.1995-ci il tarixdə verilmiş İİ-JQ seriyalı 264261 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X9 arasında nikah 02 dekabr 1995-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsində 535 saylı akt qeydi ilə bağlanmış, nikah bağlanandan sonra arvada Vəliyeva soyadı verilmişdir. Ərizəçi tərəfindən təqdim olunmuş tibbi sənədlərdən görünür ki, ərizəçi həqiqətən hamilə olmuş, müvafiq prosedurlardan keçmişdir. MediLux tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli tibbi sənəddə LMP-yə görə 32 həftəlik tək canlı hamiləlik müşahidə edilmişdir. MediLux tərəfindən keçirilmiş ultrasəs müayinəsinin nəticələrinə dair xx.xx.2016-cı il tarixli tibbi sənəddən həkim G.İbrahimovanın müayinəsində olan ərizəçinin hamiləliyi ilə bağlı zəruri məlumatlar qeyd edilmişdir (kişi cinsli döl, çəkisi 3,500 qr.). İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2022-ci il tarixli 05/9-420/75 saylı məktubdan görünür ki, ərizəçinin xx.xx.2016-cı il təvəllüdlü övladının doğumunun qeydə alınması ilə bağlı müraciətinə baxılmışdır. Ərizəçiyə qanunvericiliyin tələbləri izah edilərək, qeyd olunanların nəzərə alınması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur; 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur; 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır; 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, Ərizəçi xx.xx.2016cı il tarixdə Bakı şəhərində ev şəraitində 1 oğlan uşağı dünyaya gətirmişdir. Lakin həmin uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. Bununla bağlı Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət edilsə də, uşaq ev şəraitində doğulduğu üçün doğumun qeydiyyatı mümkün olmamış, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra doğumun qeydə alınması üçün uşağın himayəçisinin zəruri sənədlərlə aidiyyəti qeydiyyat şöbəsinə müraciət edə bilməsi Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən tövsiyə edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Bakı şəhərində xx.xx.2016-cı il tarixdə oğlan uşağı doğması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Bakı şəhərində xx.xx.2016-cı il tarixdə oğlan uşağı doğması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar