Məhkəmə qərarları › İş №e-2(006)-341/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-341/2024

29.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-341/2024 29.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı «X7 LTD» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməkdə cavabdeh Kayman Adalarının Cavabdeha qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Kayman Adalarının Cavabdeha qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdehın Texnoloji-Nəqliyyat sexinin rəisi vəzifəsində işləmişdir. Şirkətin xx.xx.2023-cü il tarixli, 23X-OK №-li əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndi ilə əmək münasibətlərinə xitam verilmişdir. Sözügedən əmri qanunsuz hesab edir. Əmrdə göstərilənlərə əsasən əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən müddətli olaraq bağlanmaqla, sonradan müvafiq qaydada müddəti uzadılaraq sonuncu onun qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixinə kimi müəyyən edilmişdir. Əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar ona xx.xx.2023-cü il tarixdə xitam veriləcəyi barədə İddiaçı xx.xx.2023-cü il tarixdə müvafiq bildiriş təqdim edilmiş, bildirişlə tanış olmasına baxmayaraq onu imzalamaqdan imtina etdiy üçün rəsmi qaydada poçt vasitəsi ilə bildirişin İddiaçı qeydiyyatda olduğu ünvana göndərilmişdir. Əmək müqaviləsində nəzərdə tutulan iş linə uyğun olaraq iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək məzuniyyətində olmuş, onun əmək məzuniyyətindən sonra ilk iş günü hesab edilən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəliklə bağlı iş yerində olmamışdır və bu barədə xx.xx.2023-ü il tarixdə xəstəlik vərəqəsi təqdim etmişdir. Yuxarıda göstərilənlərə əsasən Texnoloji-Nəqliyyat sexinin rəisi İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «b» bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Lakin, həqiqət, Cavabdehın xx.xx.2023-cü il tarixli 23X-OK №-li əmrində göstərildiyi kimi deyildir. Şirkətin əmrdə qeyd edildiyi kimi əmək müqaviləsinə xitam veriləcəyi barədə ona heç kim bildiriş verilməyib, bundan başqa qeydiyyatda olduğu ünvan üzrə də bildiriş almamışdır. O, 2023cü il iyul ayının 3-cü Sabunçu rayon X8 şöbəsində həkim müayinəsində olmuşdur, həmin gün müayinə üçün sistemdə qeydiyyata düşmüşdür. Bir gün sonra, yəni iyul ayının 4-də xəstəxanada yatmaqla müalicə almağa başlamışdır. Müalicəsi xx.xx.2023-cü il tarixdə qurtarıb və o, iyul ayının 12-i işə getmişdir. Sözügedən əmrlə o, xx.xx.2023-cü il tarixdə Şirkətə işə getdiyində tanış olmuşdur. Yəni o, sağlamlığı ilə əlaqədar xəstəxanada yatarkən iş yeri onu heç bir məlumat vermədən işdən çıxarıb. Məsələnin həlli ilə bağlı xx.xx.2023-cü il tarixdə mediasiya təklifi, on iş günü gözlədikdən sonra isə bu barədə Bakı 15 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə mediasiya görüşü təyin olunsa da, cavabdeh görüşə gəlməmiş və həmin mediasiya təşkilatından MŞB/MT015/2023-0082/02 №-li arayışı ona təqdim olunub. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət edir. Göstərilənləri nəzərə alaraq Cavabdehın xx.xx.2023-cü il tarixli 23X-OK №-li əmrini ləğv edərək işə bərpa olunmasına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonra İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2016-cı il tarixində «X9 Ltd» Şirkətinin Azərbaycan Respublikasındakı Filialına Sex rəisi vəzifəsinə qəbul edilmişdir. Həmin vəzifədə 5 ildən çox müddət işlədikdən sonra həmin filialın rəhbərliyindən Kayman Adalarının Cavabdeha «Sex rəisi» vəzifəsinə keçəcəyi bildirilmiş və bunun üçün əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmasını istənilmişdir. O, onlara güvənərək ərizəsini yazmış və xx.xx.2022-ci il tarixində Kayman Adalarının Cavabdehı ilə 3 aylıq əmək müqaviləsi bağlamışdır. Müqavilənin müddəti bir neçə dəfə uzadılmasına baxmayaraq xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Açıq aşkar görünür ki, əvvəlki iş yeri - «X9 Ltd» Şirkətinin Azərbaycan Respublikasındakı Filialındakı əmək müqaviləsinə xitam verilməsinin səbəbi onun həmin şirkətdə 5 ildən artıq işləməsi idi. Əmək Məcəlləsinin 45.5-ci maddəsinə görə «Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir». Görünür rəhbərlik onunla istədiyi vaxt heç bir əsas olmadan sağollaşa bilməyəcəyini düşünərək o, yeni şirkətə transfer etmək qərarına gəlmişdir. «X7 Lld» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Kayman Adalarının Cavabdehı eyni şəxslər tərəfindən idarə olunur və bu şirkətlər arasında hər zaman belə «transferlər» olub. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında hər iki filialın hüquqi ünvanı eynidir: Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 69. Belə olan halda isə «X7 Ltd» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə arasındakı əmək müqaviləsinə faktiki olaraq xitam verilməsindən söhbət gedə bilməz. Hesab edir ki, rəhbərliyin bu qondarma «transfer» siyasəti onun əmək münasibətlərinin fasiləsizliyinə mane olmamalı və əmək müqaviləsi müddəsiz hesab edilməlidir. Bundan başqa Kayman Adalarının Cavabdehı onunla əmək müqaviləsini müddətli olaraq bağlamamalı idi. Şirkət, görünür Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinə istinad etməklə müqaviləni müddətli bağlayıb. Ancaq həmin bənddə deyildiyinin əksinə olaraq burada tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməyib və razılığı olmamışdır. Müqaviləyə imza atmasını hüquq bərabərliyi prinsipinin təmin ediliməsi və onun razılığı mənasına gəlmir. O, müqaviləni imzalayarkən 3 aylıq müddət məsələsinə iradını bildirmişdir, ancaq qarşı tərəf müddət məsələsində israrlı olduğu üçün isini riskə atmayaraq imza atmışdır. «Razılıq» deyiləndə iradə ifadəsi başa düşülür. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradə motivlə (dərkolunmuş maraqla) müəyyənləşdirilir. Onun bu müddətə (3 aya) münasibətdə motivi yox idi. Müqavilədəki imza isə müddətə (3 aya) münasibətdə öz-özlüyündə iradənin ifadəsi sayıla bilməz motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Bütün bunları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun Cavabdeha qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya gorə əmək haqqının hesablanıb verilməsinə dair mülki iş üzrə bəzi halların iddia ərizəsinə əlavə edilməsinə zərurət yaranmışdır. İddia ərizəsindən də göründüyü kimi mən Cavabdehı tərəfindən qanunsuz olaraq işdən çıxarılmışdır. İddia tələbinə heç bir əlavə etmədən aşağıda qeyd edilən məsələləri yazılı şəkildə məhkəmənin diqqətinə çatdırır. Onun işlədiyi «X7 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdehı eyni rəhbərliyə tabe olmaqla vahid bir şirkətin tərkib hissələridir. O, «X7 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı Filialında müddətsiz əmək müqaviləsi əsasında işlədiyi dövrdə rəhbərlik tərəfindən ona «X11» şirkətində işləməyə başlamalı olması bildirilmişdir. Rəhbərliyin sözündən çıxmasının sonradan onun üçün yaxşı nəticələnməyəcəyini anlandığı üçün məcburi olaraq onların bu tapşırığı ilə razılaşmışdır. O, xx.xx.2022-ci il tarixdə «X7 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı Filialında işdən azad edilmiş, xx.xx.2022-ci il tarixdə, yəni cəmi 1 gün sonra isə Cavabdehda isə başlamışdır. İnternet Vergi İdarəsi platformasında hər iki vergi ödəyicisinin tarixçəsinə diqqət yetirsələr, Davlyatov Vladimir adlı şəxsin hər iki şirkətdə fərqli tarixlərdə qanuni təmsilçi olması aydın görünür ki, bu da qeyd etdiyi kimi hər iki şirkətin işçilərini maneəsiz «transfer» etməsinin ən bariz etməsinin ən bariz göstəricisidir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında hər iki filialın hüquqi eyvanı eynidir - Bakı şəhəri, Nəsimi rayonu, Nizami, ev 69. «X7 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı Filialı və «X11» şirkəti «X12 Management Limited» şirkətinin (VÖEN - **********) strukturuna tabe olmaqla eyni şirkət kimi fəaliyyət göstərirlər. Bunu hər iki şirkətin rəsmi blankında belə görmək mümkündür. Belə ki, hər ikı şirkətin blankının aşağı sol hissəsində «Subsidiary of X12» sözləri yazılmışdır. «Google» axtarış sistemində yoxladıqda belə nüfuzlu saytlarda həm «X7 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı Filialı, həm də «X11» şirkətinin «X12 Management Limited» şirkətinin strukturuna tabe olduğu haqda məlumatlar çıxır ki, bu da qeyd edilən şirkətlərin eyni rəhbərliyə tabe olmaqla faktiki olaraq bir şirkət formasında fəaliyyət göstərdiyini bir daha sübut edir. «X12 Management Limited» şirkətinin strukturunda olan bir şirkətin ştat cədvəlində qeydiyyatda olub digər şirkətlərin işlərini icra edən işçilərin adları barədə məhkəməyə məlumat verir: Vüqar Həsənov - Binəqədi ƏŞ-nin (Global Energynin digər şirkəti) ştat cədvəlində qeydiyyatda olmasına baxmayaraq Şirvan ƏŞ və Karasu ƏŞ-də alqı-satqı işlərini icra edir; Elçin Maqsudlu - Şirvan ƏŞ-nin Texnoloji nəqliyyat sexinin rəisi olmasına baxmayaraq Neftçala ƏŞ-də (Global Energynin digər şirkəti) texnoloji nəqliyyat sexini idarə edir. Bu şirkətlər özlərini müstəqil huquqi şəxs kimi göstərsələr də, əslində hamısı eyni mərkəzdən idare olunur və işçilərini heç bir rəsmiləşdirmə olmadan qanunsuz şəkildə biri digərinə göndərir. Adıçəkilən müəssisələrdə nəinki onun, eyni zamanda yüzlərlə işçinin bu qaydada əmək hüquqları pozulur, lakin rəhbərliyə zidd getməmək üçün, dolayısıyla işini itirməkdən qorxduğu üçün heç kəs bu məsələni ictimailəşdirə və öz əmək hüquqlarını tələb edə bilmir. «X7 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı Filialı və «X11» şirkətində eyni və ya müxtəlif vəzifələrdə işləyən bir neçə işçi barədə məhkəməyə məlumat verirəm: Prezident - X5, Təhlükəsizlik texnikası üzrə məsləhətçi - Mehrabov Musa, Baş energetik - Quliyev Vüsal, Kadrlar şöbəsinin rəisi - Əliyev Fərid, Mühafizə şöbəsinin rəisi - Mikayılov Namiq, Karasu ƏŞ-də Əməyin təşkili və planlaşdırma şöbəsinin rəisi - Vəliyev Əlisətdar (daha əvvəl Şirvan ƏŞdə Sosial işçilərə nəzarətçi işləyib). Adıçəkilən şəxslərin ata adını və fin kodunu bilməməsi səbəbindən hazırkı vəziyyətdə rəsmi sübutları məhkəməyə təqdim edə bilmir, lakin məhkəməyə cavabdehdən qeyd edilən şəxslərin ata adının və fin kodunun tələb edilməsinə dair vəsatətlə müraciət etmişdir. Vəsatət təmin edildikdən sonra vəkili tərəfindən müvafiq sorğu veriləcək və sübutlar məhkəməyə təqdim ediləcəkdir. Aşağıdakı qaldırıcı qurğular «X7 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı Filialının mülkiyyətində olmasına baxmayaraq o, işlədiyi dövrdə «X11» şirkətində aylarla istifadə edilmişdir: (QƏTS - Quyuların əsaslı təmir sexi) - H025755 dövlət qeydiyyat nişanlı UPA- 80 Qazmada, H025754 dövlət qeydiyyat nişanlı UPA60/80 QƏTS-də (Qeyd edilən qaldırıcı «X13» şirkətində işlədiyi vaxt H011843 dövlət qeydiyyat nişanlı (sonradan maşının nömrəsi dəyişildi) Kraz-65101 markalı yanacaq doldurma avtomaşını qaldırıcıya yanacaq verməyə gələrkən həmin avtomaşını idarə edən və «X13» şirkətində sürucu işləyən Əlinin ehtiyatsızlığı üzündən qəza baş vermişdi. Nəticədə H025754 dövlət qeydiyyat nişanl qaldırıcının kabinəsinin sol qapısı əzilmişdi. Bu səbəblə sürücü Əliyə töhmət elən edilmişdi), H025770 dövlət qeydiyyat nişanlı A-40 QƏTS-də (Karasu ƏŞ-də işlədiyi vaxtda qaldırıcının mühərriki sıradan çıxmışdı, Şırvan ƏŞ-nin işçiləri 2022-ci ilin dekabr ayında mühərriki öz emalatxanalarında təmir edib Karasu ƏŞ-yə göndərmişdilər. 2023-cü ilin əvvəlində Şirvan ƏŞ-nın işçiləri tərəfindən mühərrik qaldırıcının üzərinə quraşdırılmışdır. Mühərrikin quraşdırılmasında Şirvan ƏŞ-nın Texnoloji nəqliyyat sexinin təmir sahəsinin rəisi Mübariz Həsənov, çılıngəri Saleh Hüseynov və digər işçilər iştirak ediblər. Mühərrik işə salındıqdan sonra texnikanı Şirvan ƏŞ-yə aparıblar), 18T064 dövlət qeydiyyat nişanlı UPT-32 QƏTS-də, Xüsusi texnikalar vaxtaşırı: H025841 dövlət qeydiyyat nişanlı Vakkum avtomaşını, H025620 dövlət qeydiyyat nişanlı Dərə qazan avtomaşın, 18T966 dövlət qeydiyyat nişanlı Ekskavator, Dərə qazan (Yamabur) H025 620 dövlət qeydiyyat nişanlı, maye yığan (Vakkum) H025 841 dövlət qeydiyyat nişanlı, maye yığan (Vakkum) H025 776 dövlət qeydiyyat nişanlı, sıxılmış hava yaradan (Kompressor) H025 757 dövlət qeydiyyat nişanlı. O, «X7 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı Filialından işdən çıxdığı dövrdə müddətsiz əmək müqaviləsi əsasında fəaliyyət göstərirdi. Bu zaman onun aldığı əməkhaqqı da Karasu ƏS-də işləyərkən aldıqları əmək haqqından daha yüksək idi. Həmin dövrdə onun 60 yaşı var idi. 60 yaşlı bir şəxsin müddətsiz əmək müqaviləsi əsasında işlədiyi və daha yüksək əmək haqqı aldığı bir müəssisədən müddətli əmək müqaviləsi əsasında daha aşağı əmək haqqı olan vəzifəyə işləməyə keçməsi nə qədər məntiqlidir? 5 ildən sonra onun pensiya huququ yaranırdı. Həmin müddətin onun üçün vacib olduğunu nəzərə alsalar, əvvəlki iş yerini könüllü şəkildə dəyişmədiyinin bir daha sübut olunduğunu görərlər. İş materiallarından göründüyü kimi cavabdeh onunla 3 aylıq müqavilə bağlamış, bir neçə dəfə müqaviləni yeniləmiş, ən sonda isə onu işdən kənarlaşdırmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-cı maddəsində müddətli əmək müqaviləsi bağlanan hallar müəyyən edilmişdir ki, həmin halların heç biri hazırkı halda mövcud deyildir. «X7 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı Filialında işlədiyi dövrdə rəhbərlik tərəfindən ona «X11» şirkətində işləməyə başlamalı olduğu bildirmişdir. Onun rəhbərliyin dediyi ilə razılaşmamaq kimi bir şansı yox idi. Uzun müddətdir işlədiyi iş yerini yalnız rəhbərliyin göstərişi ilə dəyişmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd etdiyi faktlardan da göründüyü kimi «X7 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdehı eyni rəhbərliyə tabe olmaqla vahid iır şirkətin tərkib hissələridir və o, sadəcə onların birindən digərinə transfer edilmişdir. Cavabdeh tərəfindən mənimlə 3 aylıq müqavilənin bağlanaraq ardıcıl olaraq dəfələrlə uzadılması əmək huququnun kobud şəkildə pozulması kımı qiymətləndirilməlidir. Belə ki, əmək müqaviləsi işəgötürən tərəfindən tərtib edilərək işçiyə imzalanması üçün təqdim edilmişdir və o, işini itirməmək üçün məcbur qalıb o müqaviləm imzalamışdır. Onun yerinə yetirdiyi iş daimi xarakterli iş olmuşdur. Cavabdeh 3 aylıq müqavilə bağlamaq ve onun uzadılması səlahiyyətini özündə saxlamaqla onu özündən asılı hala salmış, beləliklə də, isini itirməmək üçün əmək hüquqlarının kobud şəkildə pozulmasına etiraz etməməsinə məni məcbur qoymuşdur. Belə ki, cavabdehin müqavilə müddətini uzatmamasından ehtiyyat etdiyindən, hətta müqavilənin 3 aylıq bağlanmasına belə etiraz etməkdən çəkinmiş, məcbur qalaraq həmin müqaviləni imzalamışdır və bu da sonradan hazırkı fəsadlarını verərək işə bərpa mübahisəsinin yaranmasına səbəb olmuşdur. Cavabdeh hərəkətləri qanundan suiistifadədir. Belə ki, cavabdeh qanunda müddətli müqavilə bağlanması ilə bağlı müddəadan sui-istifadə etmiş, heç bir əsas olmadan onunla qanunsuz olaraq 3 aylıq müqavilə bağlayaraq onu dəfələrlə uzatmışlar. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək bildirir ki, cavabdeh tərəfindən onunla 3 aylıq müqavilənin bağlanaraq ardıcıl olaraq dəfələrlə uzadılması tamamilə qanunsuz olmuşdur və o, öz işinə bərpa edilməlidir. Göstərilənlərə əsasən iddiaçı iddia ərizəsində qeyd edilən tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı «X7 LTD» Şirkətinin Azərbaycan Respublikasındakı Filialında 2016-cı ildə işə daxil olub və müddətli əmək müqaviləsi bağlayıb. Daha sonra isə 5 ili tamam olduğundan əmək müqaviləsi avtomatik muddətsizə keçirilib. Daha sonra rəhbərlik tərəfindən iddiaçıya bildirilib ki, burada əmək müqviləsinə xitam veriləcək və Cavabdehda işə qəbul olunacaqdır. Əlavə olaraq qeyd edir ki, bu zaman iddiaçının 60-a yaxın yaşı olub. İddiaçı iki seçim qarşısında qalıb, ya bunu qəbul edəcəkdi, ya da işdən çıxacaqdı O, da məcburiyyət qarşısında qalaraq, bunu qəbul edib. İddiaçının işlədiyi “X7 LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdehı eyni rəhbərliyə tabe olmaqla vahid bir şirkətin tərkib hissələridir. İddiaçı xx.xx.2022-ci il tarixdə «X7 LTD» şirkətinin Azərbaycan Respublikasındakı Filialında işdən azad edilmiş, xx.xx.2022-ci il tarixdə, yəni cəmi 1 gün sonra isə Cavabdehda işə başlamışdır. İnternet Vergi İdarəsi platformasında hər iki vergi ödəyiciyisinin tarixçəsinə diqqət yetirsələr, Davlyatov Vladimir adlı şəxsin hər iki şirkətdə fərqli tarixlərdə qanuni təmsilçi olması aydın görünür ki, bu da yuxarıda da qeyd etdiyi kimi hər iki şirkətin işçilərini maneəsiz transfer etməsinin ən bariz göstəricisidir. Bundan başqa Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında hər iki filialın hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nizami, ev 69dur. «X7 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı Filialı və «X11» şirkəti «X12 Management Limited» şirkətinin strukturuna tabe olmaqla eyni şirkət kimi fəaliyyət göstərirlər. Bunu hər iki şirkətin rəsmi blankında belə görmək mümkündür. Belə ki, hər iki şirkətin blankının aşağı sol hissəsində «Subsidiary of X12» sözləri yazılmışdır. «Google» axtarış sistemində yoxladıqda belə nüfuzlu saytlarda həm «X7 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı Filialı, həm də «X11» şirkətinin «X12 Management Limited» şirkətinin strukturuna tabe olduğu haqda məlumatlar çıxır ki, bu da qeyd edilən şirkətlərin eyni rəhbərliyə tabe olmaqla faktiki olaraq bir şirkət formasında fəaliyyət göstərdiyini bir daha sübut edir. «X12 Management Limited» şirkətinin strukturunda olan bir şirkətin ştat cədvəlində qeydiyyatda olub digər şirkətlərin işlərini icra edən işçilərin sayı da,kifayət qədərdır. Bu şirkətlər özlərini müstəqil hüquqi şəxs kimi göstərsələr də, əslində hamısı eyni mərkəzdən idarə olunur və işçilərini heç bir rəsmiləşdirmə olmadan qanunsuz şəkildə biri digərinə göndərir. Adıçəkilən müəssisələrdə nəinki iddiaçının, eyni zamanda yüzlərlə işçinin bu qaydada əmək hüquqları pozulur, lakin rəhbərliyə zidd getməmək üçün, dolayısıyla işini itirməkdən qorxduğu üçün heç kəs bu məsələni ictımailəşdirə və öz əmək hüquqlarını tələb edə bilmir. «X7 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı Filialı və «X11» şirkətində eyni və ya müxtəlif vəzifələrdə işləyən bir neçə işçi barədə məlumatlar əldə etmişlər, lakin onların ata adlarını bilmədiklərdən məhkəmə sorğusu ilə müraciət edərək ətraflı məlumat əldə edə bilmirlər. Bundan başqa muxəlif qurğular və avtomaşınlar «X7 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı Filialının mülkiyyətində olmasına baxmayaraq iddiaçı işlədiyi dövrdə «X11» şirkətində aylarla istifadə edilmişdir. İddiaçı «X7 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı Filialından işdən çıxdığı dövrdə müddətsiz əmək müqaviləsi əsasında fəaliyyət göstərirdi. Bu zaman onun aldığı əmək haqqı da Karasu ƏŞ-də işləyərkən aldığı əməkhaqqıdan daha yüksək idi. Həmin dövrdə iddiaçının 60 yaşı var idi, 60 yaşlı bir şəxsin müddətsiz əmək müqaviləsi əsasında işlədiyi və daha yüksək əmək haqqı aldığı bir müəssisədən müddətli əmək müqaviləsi əsasında daha aşağı əmək haqqı olan vəzifəyə işləməyə keçməsi məntiqli deyil. 5 ildən sonra iddiaçının pensiya hüququ yaranırdı. Həmin müddətin iddiaçı üçün vacib olduğunu nəzərə alsalar, əvvəlki ış yerini könüllü şəkildə dəyişmədiyinin bir daha sübut olunduğunu görərlər. İş materiallarından göründüyü kimi cavabdeh iddiaçı ilə 3 aylıq müqavilə bağlamış, bir neçə dəfə müqaviləni yeniləmiş, ən sonda isə iddiaçını işdən kənarlaşdırmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsi bağlanan hallar müəyyən edilmişdir ki, həmin halların heç biri hazırki halda mövcud deyildir. «X7 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı Filialında işlədiyi dövrdə rəhbərlik tərəfindən iddiaçıya «X11» şirkətində işləməyə başlamalı olduğu bildirmişdir. İddiaçının rəhbərliyin dediyi ilə razılaşmamaq kimi bir şansı yox idi. Uzun müddətdir işlədiyi iş yerini yalnız rəhbərliyin göstərişi ilə dəyişmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd edilən faktlardan da göründüyü kimi «X7 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdehı eyni rəhbərliyə tabe olmaqla vahid bir şirkətin tərkib hissələridir və iddiaçı sadəcə onların birindən digərinə «transfer» edilmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə 3 aylıq müqavilənin bağlanaraq ardıcıl olaraq dəfələrlə uzadılması əmək hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, əmək müqaviləsi işəgötürən tərəfindən tərtib edilərək işçiyə imzalanması üçün təqdim edilmişdir və iddiaçı işini itirməmək üçün məcbur qalıb o müqaviləni imzalamışdır. İddiaçının yerinə yetirdiyi iş daimi xarakterli iş olmuşdur. Cavabdeh 3 aylıq müqavilə bağlamaq və onun uzadılması səlahiyyətini özündə saxlamaqla iddiaçını özündən asılı hala salmış, beləliklə də, işini itirməmək üçün əmək hüquqlarının kobud şəkildə pozulmasına etiraz etməməyinə onu məcbur qoymuşdur. Belə ki, cavabdehin müqavilə müddətini uzatmamasından ehtiyyat etdiyindən, hətta müqavilənin 3 aylıq bağlanmasına belə etiraz etməkdən çəkinmiş, məcbur qalaraq həmin müqaviləni imzalamışdır və bu da sonradan hazırki fəsadlarını verərək işə bərpa mübahisəsinin yaranmasına səbəb olmuşdur. Cavabdehin hərəkətləri qanundan sui-istifadədır. Belə ki, cavabdeh qanunda müddətli müqavilə bağlanması ilə bağlı müddəadan sui-istifadə etmiş, heç bir əsas olmadan iddiaçı ilə qanunsuz olaraq 3 aylıq müqavilə bağlayaraq onu dəfələrlə uzatmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin tələbinə əsasən hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV nissələrı ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 20 oktyabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir, «Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçılik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə ışıəmək hüququnun, habelə digər əsas insan huquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır.” Göründüyü kımı, ölkənin ali konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsi belə öz qərarında işçi və işəgötürənin faktiki cəhətdən bərabər olmadığını, yəni işçinin daha zəif, işəgötürəndən iqtisadi cəhətdən asılı olmasını öz qərarında təsbit etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, iddiaçı «X7 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı Filialında 2016-cı ildən işə başlamışdır. Əvvəl əmək müqaviləsi müddətli olaraq başlayıb, 5 ili tamam olduqdan sonra isə müddətsizə keçirilmişdir. İddiaçı «X7 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı Filialındakı işinə bərpa olunmasını xahiş edir. İddiaçı «X7 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı Filialındakı işdən çıxarılarkən onun buna etirazını bildirməsi imkanı olmayıb. Göstərilənlərə əsasən iddiaçının iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, tərəflərindən qanunvericiliyin bütün tələblərinə və bütün hüquqi prosedurlara tam riayət olunub və iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası ƏM-nin müddətli əmək müqaviləsinin bağlanması hallarını özündə əks etdirən 47-ci maddəsində qeyd edilir ki, müvafiq əmək funksiyalarının mürəkkəbliyi müddətli əmək müqaviləsinin bağlanması üçün əsaslardan biridir. İddiaçının əvvəl çalışdığı «X7 LTD» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə aralarında heç bir hüquqi bağlılıq yoxdur. İddiaçı tərəf bildirir ki, eyni şəxs ayrı-ayrı vaxtlarda «X7 LTD» Şirkətinin Azerbaycan Respublikasındakı Filialı ilə Cavabdehın qanuni təmsilçisi olmuşdur. Bunun üçün qanunvericilikdə heç bir qadağa yoxdur. Hüquqi ünvana gəlincə isə həmin ünvanda tək adıçəkilən şirkətlər yox, digər şirkətlər də, fəaliyyət göstərir. «X12 Management Limited» şirkətinə gəlincə isə o ümumi anlayışdır. Belə ki, o, müəyyən ərazidə fəaliyyət göstərən şirkətlərə menecement xidməti göstərir. Onların fəaliyətini təmin edir. Aralarında heç bir tabelilik münasibəti yoxdur, eyni Cavabdehı Şirvan bölgəsində neft-qaz sahəsində fəaliyyət göstərir. Həmçinin onun tabeliyində kifayət qədər mürəkkəb struktura malik nəqliyyat sexi vardır ki, həmin sexdə 200-dən artıq texnika vardır. İddiaçının daha öncə ayrı bir şirkətdə əmək fəaliyyəti ilə məşğul olması onun yeni işə qəbul olunduğu şirkətdə təcrübəli işçi kimi nəzərə alınması demək deyildir. Ona gorə də, iddiaçının darazılığı ilə və şərtlər ona əvvəlcədən bildirilməklə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. İşlədiyi dövrdə o, 3 aylıq əmək müqaviləsi ilə işə götürülüb. Buna səbəb də, işəgötürənin onun təyin olunduğu vəzifənin öhdəsindən gəlib-gəlməməsinin müəyyən olunması olub. Daha sonra bu müddət bir neçə dəfə uzadılıb. Yəni burada heç bir qərəzlilikdən söhbət gedə bilməz. 1 il 6 ay iddiaçı onların şirkətdə çalışıb. Lakın növbəti dəfə işəgötürən üçün əmək müqaviləsinin müddətinin uzadılması üçün işçinin peşəkarlıq səviyyəsi yetərli qədər olmayıb. Bundan sonra qanunvericiliyə müfaviq qaydada ona bununla bağlı bildiriş verilib. Daha sonra iddiaçı əmək məzuniyyətindən istifadə etmək üçün müraciət edib və onun bu hüququ təmin edilib. Sonra isə o, əmək fəaliyyətinin müvəqqəti itirilməsinə səbəb olan xəstəliklə əlaqədar məzuniyyətdə olub. Bütün bu müddətlər gözlənildikdən sonra onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. İşçi dəvət olunaraq müvafiq imzalar alınıb və ona sənədlər təqdim olunub. Yəni tərəflərindən heç bir pozuntuya yol verilməyib. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs «X7 LTD» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs «X7 LTD» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi iştirakları olmadan baxılmasını mümkün hesab edir.

8. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan Kayman Adalarının Cavabdehı ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01/22 saylı əmək müqaviləsinin surətindən görünür ki, Qasımov X2-nəqliyyat sexinin rəisi vəzifəsinə qəbul edilir (bənd 1.1). Bu əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən qüvvəyə minir və xx.xx.2022-ci il tarixə qədər qüvvədədir. İşəgötürən və ya işçi tərəfindən bu əmək müqaviləsinə və (və ya) qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv edilməyənə qədər qüvvədədir (bənd 2.1). İşin birinci 2 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsinə birtərəfli qaydada xitam verə bilər (bənd 2.2.). İşçi xx.xx.2022-ci il tarixdən işə başlayır (bənd 2.3). İşəgötürən işçiyə işlədiyi hər təqvim ayı üçün 5000 manat məbləğində bərabər olan ümumi (yəni bütün vergilər, sosial sığorta v əvə ödənişlər daxil olmaqla) əmək haqqı ödəyəcək. Zərərli və ağır əmək şəraitində çalışan işçi üçün zərərli və ağır əmək şəraitində işə görə 0 həcmində əmsal müəyyən olunur. Ödəniş ayda bir dəfə (hər ayın 10-dan gec olmayaraq) işçinin faktiki işləmiş ay əsasında onun bank hesabına elektron şəkildə köçürüləcək. İşəgötürən qeyd edilən əmək haqqından gəlir vergisini və sosial sığorta haqlarını dövlət büdcəsinə çıxacaq. Əmək haqqının ödənişi ilə bağlı bank əməliyyat xərcləri (bank haqları) işəgötürənin hesabına ödəniləcək (bənd 4.1).

10. İş materiallarında olan Kayman Adalarının Cavabdehı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, hazırki məktubla nəzərə çatdırırlar ki, Kayman Adalarının Cavabdehı ilə İddiaçı arasında imzalanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Bu barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, Şirkətdən əmək müqaviləsinin xitam verilməsi ilə bağlı qanunvericiliyin tələbinə əsasən müvafiq sənədləri gəlib götürməmişdir və götürməməsi səbəbləri barədə Şirkətə məlumat verməmişdir. Əmək müqaviləsinin xitam edilməsi ilə bağlı son haqq-hesab İddiaçı ödənilmişdir. Belə olduğu təqdirdə hazırki məktubun qoşmasında əmək müqaviləsinin xitam verilməsi ilə bağlı sənədlər İddiaçı göndərilir və beləliklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin Şirkət tərəfindən yerinə yetirildiyi İddiaçı bildirilir.

11. İş materiallarında olan Kayman Adalarının Cavabdehın xx.xx.2023-cü il tarixli, 23X-OK saylı əmrin surətindən görünür ki, Kayman Adalarının Cavabdehın Texnoloji- Nəqliyyat sexinin rəisi vəzifəsində işləyən İddiaçı ilə imzalanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixədək müddətli olaraq bağlamaqla, sonradan müvafiq qaydada müddəti sonuncu onun qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixinə kimi müəyyən edilmişdir. Əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar ona xx.xx.2023-cü il tarixdə xitam veriləcəyi barədə İddiaçı xx.xx.2023-cü il tarixində müvafiq bildiriş təqdim edilmiş, bildirişlə tanış olmasına baxmayaraq onu imzalamaqdan imtina etdiyi üçün rəsmi qaydada poçt vasitəsi ilə bildirişin İddiaçı qeydiyyatda olduğu ünvana göndərilmişdir. Əmək müqaviləsində nəzərdə tutulan iş ilinə uyğun olaraq İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək məzuniyyətində olmuş, onun əmək məzuniyyətindən sonra ilk iş günü hesab edilən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək xəstəliklə bağlı iş yerində olmamışdır və bu barədə xx.xx.2023-cü il tarixdə xəstəlik vərəqəsi təqdim etmişdir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndini rəhbər tuturaq Texnoloji- Nəqliyyat sexinin rəisi İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsi əmr edilmişdir.

12. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlardan görünür ki, Kayman Adalarının Cavabdehın qanuni təmsilçisi Rustem Qaifullin, hüquqi ünvanı –Bakı şəhəri, Nəsimi rayonu, Nizami rayonu, ev 69 İSR Plaza, «X7 Ltd» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının qanuni təmsilçisi Alexander Anokhin, hüquqi ünvanı-ünvan 5imited» Şirkətinin Azərbaycan Respublikası Filialının qanuni təmsilçisi X16, hüquqi Bakı şəhəri, Nəsimi rayon, Nizami küçəsi, ev 340 göstərilmişdir.

13. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin tarixçəsinin surətindən görünür ki, Kayman Adalarının Cavabdehın xx.xx.2008-ci il tarixdən X1, xx.xx.2008-ci il tarixdən X17, xx.xx.2010-cu il tarixdən X1, xx.xx.2012-ci il tarixdən Narbutovskix Aleksandr, xx.xx.2012ci il tarixdən X1, xx.xx.2014-cü il tarixdən Gutuyev İqor, xx.xx.2014-cü il tarixdən Narbutovskix Aleksandr, xx.xx.2014-cü il tarixdən Gutuyev İqor, xx.xx.2017-ci il tarixdən Davlyatov Vladimir, xx.xx.2017-ci il tarixdən Gutuyev İqor, xx.xx.2017-ci il tarixdən Davlyatov Vladimir, xx.xx.2017-ci il trixdən Gayfullin Rustem, xx.xx.2022-ci il tarixdən Davlyatov Vladimir, xx.xx.2022-ci il tarixdən hal-hazıra kimi Gaifullin Rustem qanuni təmsilçisi kimi göstərilmişdir.

14. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin tarixçəsinin surətindən görünür ki, «X7 Ltd» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2009-cu il tarixdən Garipov Nail, xx.xx.2010-cu il tarixdən X10, xx.xx.2010-cu il tarixdən Qaripov Nail, xx.xx.2012-ci il tarixdən Davlyatov Vladimir, xx.xx.2012-ci il tarixdən X10, xx.xx.2014-cü il tarixdə Davlyatov Vladimir, xx.xx.2022-ci il tarixdən Anokhin Alexander, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixdən hal-hazıra kimi Anokhin Alexander qanuni təmsilçisi kimi göstərilmişdir.

15. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X14 X18 X19 tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Ekol» Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun və ona əlavə edilmiş xəstəlik tarixinin surətlərindən görünür ki, Qasımov X3 şöbəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicə almışdır. Son kliniki diaqnoz: Xroniki rieolonifrit, Vahid sağ böyrənin kistaları, Xroniki böyrək çatmamazlığı, 3cü mərhələ prostadın adenoması 1-ci dərəcə, renal anemiya, renal hipertenziya keçirilmiş insultun qalıq əlamətləri.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə cavabdeh Kayman Adalarının Cavabdehın Texnoloji-nəqliyyat sexinin rəisi vəzifəsinə işə qəbul etmiş və onunla xx.xx.2022-ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsi 3 ay müddətinə xx.xx.2022-ci il tarixədək bağlanılmış, müqavilədə müəyyən edilmiş müddət bitdikdən sonra hər dəfə əmək münasibətləri davam etdirildiyindən əmək müqaviləsi müəyyən edilmiş müddətə - 3 ay uzadılmış hesab edilmiş, həmin əmək münasibətləri xx.xx.2023-cü il tarixədək davam etmişdir. Cavabdeh təşkilat tərəfindən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar ona xx.xx.2023-cü il tarixdə xitam veriləcəyi barədə xx.xx.2023-cü il tarixdə müvafiq bildiriş iddiaçıya təqdim edilmişdir. İddiaçı bildirişlə tanış olmasına baxmayaraq onu imzalamaqdan imtina etdiyi üçün rəsmi qaydada poçt vasitəsi ilə bildirişin iddiaçının qeydiyyatda olduğu ünvana göndərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək məzuniyyətində olmuş, onun əmək məzuniyyətindən sonra ilk iş günü hesab edilən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəliklə bağlı iş yerində olmamışdır və bu barədə xx.xx.2023-cü il tarixdə xəstəlik vərəqəsi işəgötürənə təqdim etmişdir. Kayman Adalarının Cavabdehın xx.xx.2023-cü il tarixli 23X-OK saylı əmri ilə İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı onunla əmək müqaviləsinin müddətli bağlanması üçün əsas olmamasını iddia edərək, onun işdən azad olunması barədə əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Azərbaycan Respublikası Konstitusiyasının əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

18. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir.

19. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır.

20. Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır.

21. Məhkəmə həmçinin qeyd edir ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir.

22. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında iddiaçının Texnoloji-nəqliyyat sexinin rəisi vəzifəsinə qəbul edilməsi ilə əlaqədar yazılı formada tərtib edilmiş müddətli əmək müqaviləsi bağlanılmışdır.

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.

24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

25. Məhkəmə qeyd edir ki, qanunvericilik əmək müqaviləsinin müddətli bağlanmasının hüquqi əsaslarını müəyyən edir. Belə əsaslardan biri 47-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuşdur.

26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər.

27. Məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə əlaqədar vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirilməlidir.

28. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir.

29. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır.

30. Tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: - həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. - müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda.

31. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsinin 2.1ci bəndi müqavilənin müddətli olaraq 3 ay müddətinə bağlanılmasını nəzərdə tutduğundan, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmə hesab edir ki, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış,iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmişdir.

32. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

33. Göstərilən Məcəllənin 73-ci maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

34. Həmin Məcəllənin 73-ci maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

35. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilmə əsasını müəyyən edir. Qanunvericilik əmək müqaviləsinin xitam verilmə əsaslarının biri kimi əmək müqaviləsinin müddətinin qurtarmasını nəzərdə tutur. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsinin 2 şərtin olması zəruridir:

1. əmək müqaviləsinin müddətinin qurtarması;

2. müddətli əmək müqaviləsinin xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü.

36. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat Qanunun yuxarıda göstərilən tələbləri baxımından əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqadar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur.

37. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının əvvəl «X7 LTD» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə hazırki cavabdeh Kayman Adalarının Cavabdehı arasında hər hasnı hüquqi bağlılığın olması müəyən edilməmişdir. Belə ki, onların eyni hüquqi ünvanda yerləşməsinə səbəb isə onların Bakı şəhəri, Nəsimi rayonu, Nizami rayonu, ev 69 İSR Plaza –da biznes mərkəzində yerləşməsi olmuşdur. Bundan əlavə isə məhkəməyə təqdim edilmiş müvafiq vergi məlumatlarına əsasəndə hər iki hüquqi şəxsin bir-birindən törəməsi, çevrilməsi, hüquqi varisliyi və s müəyyən edilməmiş və bu barədə digər sübutları iddiaçı tərəf təqdim edə bilməmişdir. Həmçinin məhkəmə qyed edir ki, hər iki hüquqi şəxsin hər hansı bir qarşılıqlı kommersiya məqsədləri ilə fəaliyyət göstərməsi (müqavilə münasibətləri çərçivəsində) onların eyni hüquqi şəxs olması demək deyildir. Bundan əlavə isə iddiaçı tərəfindən verilmiş etiraza (hər iki hüquqi şəxsin «X12 Management Limited» şirkəti tərəfindən idarə olunması) münasibətdə isə qeyd edir ki, bununlada bağlı heç bir sübut məhkəməyə təqdim edilə bilməmiş və bundan əlavə isə «X12 Management Limited» şirkətinin yalnız hər iki hüquqi şəxsə müvafiq xidmət göstərilməsi müəyyən edilmişdir(cavabdehin izahatına əsasən).

38. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən cavabdeh təşkilatla iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, iddiaçının onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə Kayman Adalarının Cavabdehın xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır.

39. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur və bu səbəbdən onun ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb əsassızdır və təmin edilməməlidir.

40. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbləri əsassız hesab olunduğu üçün, iddia tələbi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsi də prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparmadan yuxarıda göstərilən əsaslarla rədd edilməlidir.

41. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı «X7 LTD» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməkdə cavabdeh Kayman Adalarının Cavabdeha qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

44. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

45. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı «X7 LTD» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməkdə cavabdeh Kayman Adalarının Cavabdeha qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar