Məhkəmə qərarları › İş №e-2(006)-3411/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3411/2024

11.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3411/2024 11.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 (Yeni qaydalarla AZ1008, ünvan 1 ünvanında yerləşən mənzilindən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılması, həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 (Yeni qaydalarla AZ1008, ünvan 1 ünvanında yerləşən mənzilindən Cavabdeh çıxarılması, həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: "xxxx" MTK tərəfindən inşa edilən inşa edilən, ünvan 3 (Yeni qaydalarla AZ1008, ünvan 1 ünvanında yerləşən təmirli mənzili (əşyaları ilə birlikdə) X1 15 oktyabr 2019 cu il tarixdə almışdır. X7 isə həmin mənzili hazırkı Cavabdeh almışdır. Həmin dövrdə mənzilin çıxarışı olmadığından Mənzil hüquqların ötürülməsinə dair Notarial qaydada təsdiq edilmiş mənzil sertifikatı ilə rəsmiləşdirilmişdir. Sözügedən mənzili alarkən Cavabdeh həmin mənzildə ailə üzvləri ilə birlikdə kirayədə qaldığından və iddiaçıdan kirayə haqqı ödəməklə mənzildə müvəqqəti kirayəçi qismində qalmağı xahiş etmişdir. Həmin dövrdə iddiaçının yaşayışını təmin etmək üçün digər mənzili olduğundan, cavabdehlə razılaşaraq kirayə haqqı ödəməklə mənzildə müvəqqəti yaşamasına icazə vermişdir. Sözügedən mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021 ci il tarixli ********** qeydiyyat №-li Çıxarış verilmişdir. Həmin çıxarışa əsasən sözügedən ünvan 3 (Yeni qaydalarla AZ1008, ünvan 1 onun xüsusi mülkiyyətindədir. Cavabdeh artıq bir ilə yaxın müddətdir ki, heç bir kirayə haqqı ödəmir. Dəfələrlə cavabdehə mülkiyyətində olan mənzilini boşaldaraq təhvil verməsini tələb etsə də, cavabdeh onu mənzilinə buraxmır və mənzilindən çıxmaqdan yayınır. O, mülkiyyətində olan mənzilinin və mənzildə olan əmlaklarının (yaşayış üçün tələb olunan məişət əşyalarının) hansı vəziyyətdə saxlanmasından məlumatsızdır. Cavabdehin bu qanunsuz hərəkətləri onun mənzilindən istifadə, sahiblik bir sözlə Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi Vəkil iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə və bildirişin çatdırılmasına dair xəbərnaməyə əsasən) məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Respublikası Prezidenti X6 üzrə Dövlət Komitəsində Qeydiyyata alınmış MS-N seriyalı 000280 saylı xx.xx.2007-ci il tarixli mənzil sertifikatının surətinə əsasən, ünvan 2 ünvanının sertifakat üzrə sahibi Cavabdehdur. xx.xx.2019-cu il tarixdə 8i/3626 reyestr nömrə ilə qeydə alınmış indossomentə əsasən, ünvan 3 ünvanını sertifakat üzrə sahibi Cavabdeh xx.xx.2019-cu il tarixdə mənzil sertifikatı üzrə öz tələblərini X4 vermişdir. xx.xx.2019-cu il tarixdə 8i-8204 reyestr nömrə ilə qeydə alınmış indossomentə əsasən, X8 xx.xx.2019-cu il tarixdə mənzil sertifikatı üzrə öz tələblərini İddiaçı vermişdir. "xxxx" Mənzil-Tikinti Kooperativi Üzvlərinin (Müvəkkillərinin) İclasının xx.xx.2019-cu il tarixli 08 saylı protokoluna əsasən, X3 ərizəsi əsasında kooperativiin üzvülüyündən çıxarılması, İddiaçı ərizəsinə əsasən Kooperativə üzv qəbul edilməsi qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa, habelə elektron məhkəmə informasiya sistemindən çıxarılmış İddiaçı əmlak məlumatlarına əsasən, ünvan 2 (Yeni qaydalarla AZ1008, ünvan 1 mülkiyətçisi İddiaçı xüsusi mülkiyyətindədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan Hüquqlarının və X2 Haqqında» Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması müəyyən edildi ki, ünvan 3 (Yeni qaydalarla AZ1008, ünvan 1 Cavabdeh X4, o da öz növbəsində İddiaçı satmışdır. Hazırda mübahisəli mənzilin mülkiyətçisi İddiaçıdur. İddiaçı sözügedən mənzili alarkən Cavabdeh həmin mənzildə faktiki olaraq yaşadığından iddiaçıdan kirayə haqqı ödəməklə mənzildə müvəqqəti qalmağı xahiş etmiş, iddiaçı da bununla razılaşaraq cavabdehin mənzildə müvəqqəti yaşamasına icazə vermişdir. İddiaçı dəfələrlə cavabdehə mülkiyyətində olan mənzilini boşaldaraq təhvil verməsini tələb etsə də cavabdeh onu mənzilinə buraxmır və mənzildən çıxmaqdan yayınır. Məhkəmə qeyd edir ki, İddiaçı məhkəməyə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli mənzilin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. İşdən görünür ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir və onun həmin evdən tam istifadə etmək hüququ vardır. Mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ Cavabdeh tərəfindən pozulduğundan o, cavabdehin mülkiyyətində olan mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının iradəsinə zidd mənzildə yaşamaqla onun mülkiyyətində olan əmlak üzərində hüququnun həyata keçirilməsi imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Məhkəmə onu da vurğulayır ki, Cavabdeh dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və iddiaya qarşı etirazının əsaslarını irəli sürməmişdir. Göstərilənlərə əsasən cavabdehin mübahisəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair iddia tələbi məhkəmə tərəfindən əsaslı hesab edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh ünvan 2 (Yeni qaydalarla AZ1008, ünvan 1 ünvanından çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 3 (Yeni qaydalarla AZ1008, ünvan 1 ünvanından çıxarılsın və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar