Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3412/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı “X4 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Azərbaycan” QSC Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 368,253.73 ABŞ dollarının ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 42,604.91 (qırx iki min altı yüz dörd ABŞ dolları 91 sent) ABŞ dollarının və 307.30 manat dövlət rüsumunun tutularaq İddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X4 Azərbaycan” QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, «X4 Azərbaycan» QSC ilə Cavabdeh arasında 31 iyul 2013-cü il tarixdə kredit verilməsi haqqında 42720 nömrəli saylı müqavilə bağlanmış həmin kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətində (30 iyul 2018-ci il tarixinədək), illik faiz dərəcəsi 11 % (on bir faiz) olmaqla 950.000 (doqquz yüz əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 1 saylı əlavə Razılaşmaya əsasən kredit müqaviləsinin 1.3 maddəsinin 1-ci cümləsi redaksiya olunadaq kreditə hesablanmış illik faiz dərəcəsi 10% müəyyən edilmişdir. Kredit müqaviləsinə 2 saylı əlavə Razılaşmaya görə kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə dəyişikliyin edilməsi müəyyən edilmişdir. Kredit müqaviləsinin təminatı olaraq 31 iyul 2013-cü il tarixili İpoteka müqaviləsinə əsasən cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında, ümumi sahəsi 248.6 kv.m, yaşayış sahəsi 131.7 kv.m., yardımçı sahəsi 116.9 kv.m.-dən ibarət 5 otaqlı mənzilini Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarış seriya RX N° 0218124; tarix xx.xx.2013). Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar bank məhkəməyə müraciət etmişdir. İşə baxan Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, e-2(006)-93/2021 saylı qətnaməsi ilə Cavabdehdən cəmi 375 919.51 (üç yüz yetmiş beş min doqquz yüz on doqquz ABŞ dolları 51 sent) ABŞ dollarının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsini qət etmişdir. Apellyasiya qaydasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli 2(103)-5763/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etmədən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e- 2(006)-93/2021 saylı qətnaməsini dəyişdirmədən saxlanmasını qət etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1302/2022 saylı qərarı ilə Kasassiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-5763/2021 saylı qətnaməsi qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yeni apellasiya baxışına qaytarılmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılaraq Bankın Kassasiya şikayti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3878/2022 saylı qətnaməsi ilə Bankın Apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, e-2(006)-93/2021 saylı qətnaməsi mübahisələndirilən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdehin xx.xx.2021-ci il tarixə əsas borc üzrə 375 919.51 ABŞ dolları ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh 3 mart 2021-ci ildən sonra bu günə kimi hər hansı bir ödəniş etməmişdir və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən İddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 368,253.73 ABŞ dolları hissəsi ödənilməmiş qalmaqdadır. 3 mart 2021-ci ildən 23 iyun 2023-cü ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla, 42,604.91 (qırx iki min altı yüz dörd ABŞ dolları 91 sent) ABŞ dolları təşkil edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iddianın qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 31 iyul 2013-cü il tarixli 42720 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 11 % dərəcəsi ilə 950000 ABŞ Dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan “X4 Azərbaycan” QSC-nin X1 xx.xx.2013-cü il tarixli, 42720 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalan hissəsinin ödənilməsinin gecikdirilməsinə görə dəymiş zərərin hesablanmasına dair 11 iyul 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 42720 saylı kredit müqaviləsi üzrə əsas borcdan qalan 368.253.73 ABŞ dollarının ödənilməsinin 833 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 42604.91 ABŞ dolları təşkil edir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-93/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı «X4 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracda satılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 368.253,73 (üç yüz altmış səkkiz min iki yüz əlli üç dollar yetmiş üç sent) ABŞ dolları əsas kredit borcu, 2.665,78 (iki min altı yüz altmış beş dollar yetmiş səkkiz sent) ABŞ dolları faiz borcu, 5000 (beş min) ABŞ dolları cərimə borcu, ümumilikdə 375.919,51 (üç yüz yetmiş beş min doqquz yüz on doquz dollar, əlli bir sent) ABŞ dollar (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 4180 (dörd min yüz səksən) manat sığorta haqqı, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu «X4 Azərbaycan» QSC-nin xeyrinə tutulması, tutma Cavabdeh mülkiyyətinə olan, ilkin satış qiyməti 2.480.000 (iki milyon dörd yüz səksən min) manat məbləğində müəyyən edilməklə ünvan 1 ünvanında, ümumi sahəsi 248.6 kv.m, yaşayış sahəsi 131.7 kv.m., yardımçı sahəsi 116.9 kv.m.-dən ibarət 5 otaqlı mənzilə yönəldilsin, borc ipoteka predmetinin açıq hərracdan satılması hesabına ödənilsin, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsi Cavabdeh tutulması, hərracda mənzil «X4 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə 10 gün müddətində boşaldılaraq «X4 Azərbaycan» QSC-nə təhvil verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi, iş üzrə aparılmış qiymətləndirmə tədqiqatlarının dəyəri 500 ( beş yez) manat Cavabdeh tutularaq "xxxx" MMC, VÖEN **********, AZ65UBAZ**********0060AZN001, "UNİBANK" KB-nin 11 saylı Dərnəgül filialı, KOD502058 VÖEN **********, Müxbir hesab AZ46NABZ******************** SWİFT NABZAZ2C hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, «X4 Azərbaycan» QSC ilə Cavabdeh arasında 31 iyul 2013-cü il tarixdə kredit verilməsi haqqında 42720 nömrəli saylı müqavilə bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətində (30 iyul 2018-ci il tarixinədək), illik faiz dərəcəsi 11 % (on bir faiz) olmaqla 950.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar bank məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, e-2(006)-93/2021 saylı qətnaməsi ilə cavabdehdən cəmi 375 919.51 (üç yüz yetmiş beş min doqquz yüz on doqquz ABŞ dolları 51 sent) ABŞ dollarının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsini qət etmişdir. Apellyasiya qaydasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli 2(103)-5763/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etmədən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e- 2(006)-93/2021 saylı qətnaməsini dəyişdirmədən saxlanmasını qət etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1302/2022 saylı qərarı ilə Kasassiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-5763/2021 saylı qətnaməsi qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yeni apellasiya baxışına qaytarılmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılaraq Bankın Kassasiya şikayti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3878/2022 saylı qətnaməsi ilə Bankın Apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, e-2(006)-93/2021 saylı qətnaməsi mübahisələndirilən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdehin xx.xx.2021-ci il tarixə əsas borc üzrə 375 919.51 ABŞ dolları ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Hazırda iddiaçı tərəf vaxtı keçmiş 368.253.73 ABŞ dolları gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 42604.91 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) cavabdehdən tutulmasını tələb edir. Mübahisənin həll edilməsi üçün tətbiq edilməli maddi hüquq normalarından göründüyü kimi, iddia vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış 42,604.91 (qırx iki min altı yüz dörd ABŞ dolları 91 sent) məbləğində zərərin (əldən çıxmış faydanın) tutulmasına dair hissədə əsaslıdır. Çünki, Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 % ödənilməsini tələb etmək hüququna malikdir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüququ nəticələri müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulması ilə bağlı iddiaçının nümayəndəsinin izahatından bəlli olduğu kimi, məhkəmə qətnaməsi mövcud olduğundan, kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitdiyindən və borc məbləği ödənilmədiyindən, iddiaçının gecikdirilmiş faizin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də iddia əsaslıdır və təmin olunmalıdır. Xəbərdarlıq məktubundan (bildirişdən) görünür ki, «X4 Azərbaycan” QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh yuxarıda qeyd edilən pul vəsaitini ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi verilməsi üçün 307.30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 368.253,73 ABŞ dollarının ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 42.604,91 (qırx iki min altı yüz dörd ABŞ dolları 91 sent) ABŞ dolları pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 307,30 (üç yüz yeddi) manat 30 qəpik dövlət rüsumu iddiaçı «X4 Azərbaycan” QSC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 368.253,73 ABŞ dollarının ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 42.604,91 (qırx iki min altı yüz dörd ABŞ dolları 91 sent) ABŞ dolları pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 307,30 (üç yüz yeddi) manat 30 qəpik dövlət rüsumu iddiaçı «X4 Azərbaycan” QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3412/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3412/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver