Məhkəmə qərarları › İş №e-2(006)-343/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-343/2023

24.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-343/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin əmək münasibətlərinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli, 338-K saylı əmrin ləğv edilərək işə bərpa edilməyi, işə bərpa edilməyinə dair məhkəmə aktının icra edildiyi günədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq verilməsi, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə günlük 1 faiz məbləğin hesablanaraq ödənilməsi, ödənilməmiş sosial ödənişlərimin tam ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyəti üçün kompensasiya və ödənişin gecikdirilməsi ilə bağlı hər gün üçün 1 faiz olmaqla məzuniyyət pulunun düzgün hesablanıb ödənilməsi, onunla olan əmək kontraktına qanunsuz və əsassız olaraq xitam verildiyi üçün keçirdiyi mənəvi istiraba görə isə 5000 manat dəyərində kompensasiyanın, həmçinin mediatora ödənilmiş 50 manat Cavabdeh MMC-dən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflər Məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh MMCyə qarşı “işə bərpa” tələbinə dair e-2(006)-343/2023 saylı mülki iş üzrə mübahisənin məhkəmədənkənar həll edilməsi barədə razılığa gəldiklərini bildirmiş və iddiadan imtina edərək tərtib edilmiş barışıq sazişinin təsdiq olunaraq iş üzrə Azərbaycan Respublikası MPM-nin 261- ci maddəsinə əsasən icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh MMC razılaşdırılmış 60000 (altmış min) manat məbləği məhkəmə iclasında ödəməklə barışıq sazişinin ilkin şərtini icra etmişdir. İddiaçı bu məbləği əldə etməsi ilə bağlı qəbz imzalamışdır. Tərəflər barışığın şərtlərini aşağıdakı formada müəyyənləşdirmişdir:

1. Sazişin predmeti

“Birinci tərəf” və “ikinci tərəf” (bundan sonra birlikdə tərəflər adlanacaq) razılığa gəlirlər ki, Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-343/2023 saylı mülki işi üzrə mübahisəni sazişin aşağıdakı bəndlərində göstərilən şərtlərlə həll edirlər.

2. Tərəflərin öhdəlikləri 2.1. “Birinci tərəf” – İddiaçı “İkinci tərəf”ə – Cavabdeh MMC-yə qarşı bütün tələblərindən və əmək münasibətlərindən irəli gələn bütün digər tələblərindən, (yəni – işəbərpa, məcburi işburaxma müddəti üçün əməkhaqqı, ödənilməmiş məzuniyyət haqqı və s.) imtina edir. 2.2. “İkinci tərəf” “Birinci tərəf”ə vergi və digər tutulmalar xaric 60000 (altmış min) manat məbləğində vəsaiti ödəməyi öz öhdəsinə götürür. Məhkəmə işi çərçivəsində məhkəmə ekspertiza xərci varsa, həmin xərci ödəməyi “İkinci tərəf” öz öhdəsinə götürür. 2.3. “Birinci tərəf” “İkinci tərəf”in 2.2-ci bənddə qeyd edilən öhdəlikləri icra etməsi ilə bütün tələblərinin təmin edildiyini təsdiq edir. Eyni zamanda tərəflər bir-biri ilə razılığa gəlirlər ki, bu məsələ ilə bağlı gələcəkdə bir-birilərinə qarşı heç bir iddia qaldırmayacaqlar. 2.4. Bu sazişdə birbaşa müəyyən olunub-olunmamasından asılı olmayaraq, tərəflər bu barışıq sazişi üzrə öhdəliklərini yerinə yetirmək üçün zəruri olan bütün hərəkətləri, müraciətləri vicdanla və ləngitmədən həyata keçirəcək, eyni qaydada sənədləri tərtib edəcək və ya imzalayacaqlar. 2.5. Tərəflər bu barışıq sazişi üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, bir-birinin əleyhinə istifadə etməyəcəklər.

3. Sazişin hüquqi nəticələri

3.1. Bu barışıq sazişi imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. 3.2. Bu barışıq sazişi 3 (üç) orijinal nüsxədə, Azərbaycan dilində tərtib olunub, sazişin hər bir iştirakçısında bir nüsxə və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-343/2023 saylı mülki iş materiallarında bir nüsxə saxlanılır. 3.3. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz nümayəndələri vasitəsilə tanışdırlar, razılaşmalar onların iradəsinə uyğundur, məzmunu onlara tam aydındır və hər-hansı qeyri-müəyyənlik yoxdur, onlara öz hüquq məsləhətçiləri tərəfindən izahlar verilmişdir.

Məhkəmə iclasında iştirak edən tərəflər yuxarıda göstərilən şərtlərlə razılaşaraq ərizəni imzalamaqla barışıq sazişini bağlamışdır. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə tərəflər – İddiaçı və Cavabdeh MMC arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:

1. Sazişin predmeti “Birinci tərəf” və “ikinci tərəf” (bundan sonra birlikdə tərəflər adlanacaq) razılığa gəlirlər ki, Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-343/2023 saylı mülki işi üzrə mübahisəni sazişin aşağıdakı bəndlərində göstərilən şərtlərlə həll edirlər.

2. Tərəflərin öhdəlikləri

2.1. “Birinci tərəf” – İddiaçı “İkinci tərəf”ə – Cavabdeh MMC-yə qarşı bütün tələblərindən və əmək münasibətlərindən irəli gələn bütün digər tələblərindən, (yəni – işəbərpa, məcburi işburaxma müddəti üçün əməkhaqqı, ödənilməmiş məzuniyyət haqqı və s.) imtina edir. 2.2. “İkinci tərəf” “Birinci tərəf”ə vergi və digər tutulmalar xaric 60000 (altmış min) manat məbləğində vəsaiti ödəməyi öz öhdəsinə götürür. Məhkəmə işi çərçivəsində məhkəmə ekspertiza xərci varsa, həmin xərci ödəməyi “İkinci tərəf” öz öhdəsinə götürür. 2.3. “Birinci tərəf” “İkinci tərəf”in 2.2-ci bənddə qeyd edilən öhdəlikləri icra etməsi ilə bütün tələblərinin təmin edildiyini təsdiq edir. Eyni zamanda tərəflər bir-biri ilə razılığa gəlirlər ki, bu məsələ ilə bağlı gələcəkdə bir-birilərinə qarşı heç bir iddia qaldırmayacaqlar. 2.4. Bu sazişdə birbaşa müəyyən olunub-olunmamasından asılı olmayaraq, tərəflər bu barışıq sazişi üzrə öhdəliklərini yerinə yetirmək üçün zəruri olan bütün hərəkətləri, müraciətləri vicdanla və ləngitmədən həyata keçirəcək, eyni qaydada sənədləri tərtib edəcək və ya imzalayacaqlar. 2.5. Tərəflər bu barışıq sazişi üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, bir-birinin əleyhinə istifadə etməyəcəklər.

3. Sazişin hüquqi nəticələri

3.1. Bu barışıq sazişi imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. 3.2. Bu barışıq sazişi 3 (üç) orijinal nüsxədə, Azərbaycan dilində tərtib olunub, sazişin hər bir iştirakçısında bir nüsxə və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-343/2023 saylı mülki iş materiallarında bir nüsxə saxlanılır. 3.3. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz nümayəndələri vasitəsilə tanışdırlar, razılaşmalar onların iradəsinə uyğundur, məzmunu onlara tam aydındır və hər-hansı qeyri-müəyyənlik yoxdur, onlara öz hüquq məsləhətçiləri tərəfindən izahlar verilmişdir. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar