Məhkəmə qərarları › İş №e-2(006)-3430/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3430/2023

07.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3430/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması barədə» iddia ərizəsi üzrə mülki işə 07 noyabr 2023-cü il tarixdə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın pozulması barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 08 avqust 2018-ci il tarixdə 539 nömrə ilə Səadət Sarayında (Bakı nikah evi) qeydə alınmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 08 avqust 2018-ci ildə Səadət Sarayında (Bakı Nikah evi) nikaha daxil olmuşdur. Onların birgə nikahından 07 yanvar 2020-ci il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Cavabdehlə ailə həyatı qurduğu ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən ailə münasibətləri pisləşmiş və onlar nikahlarının pozulmasına qərar vermişlər. O, mediasiyaya müraciət etmiş və onlar aralarında qarşılıqlı razılıq əsasında barışıq sazişi imzalamışlar. Onlar aralarında bağlanmış 08 avqust 2018-ci ildə 539 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında onlara barışıq üçün əlavə vaxt verilmədən pozulması, birgə nikahlarından doğulmuş 07 yanvar 2020-ci il təvəllüdlü X1 anasının yanında qalması barədə razıdılığa gəlmişlər. Həmçinin onlar aliment məsələsini də öz aralarında qarşılıqlı razılıq əsasında müəyyən etməyi və Cavabdeh 12000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Göstərilənləri nəzərə alaraq, məhkəmədən onunla Cavabdeh arasında 08 avqust 2018-ci il tarixdə bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tərəflərin artıq uzun müddətdir ki, ailə münasibətlərinin pozulduğunu və faktiki olaraq ayrıldıqlarını, bundan sonra ailənin bərpasının mümkün olmadığını, həmçinin tərəflər arasında barışıq sazişi bağlanaraq birgə nikahdan olan uşağın anasının yanında saxlanılması və alimentlə bağlı razılıq əldə olunduğunu bildirərək, tərəflərə barışıq üçün 3 ay vaxt verilmədən nikahlarının pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 26 oktyabr 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq iddia tələbinin təmin olunmasına etiraz etmədiyini, iddiaçı ilə aralarında barışıq sazişi imzalandığını bildirərək, məhkəmədən onlara 3 ay vaxt verilmədən nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizələri nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən 08 avqust 2018-ci il tarixdə verilmiş AZ-İİ № 272370 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X5 arasında 08 avqust 2018-ci il tarixdə Səadət Sarayında (Bakı nikah evi) nikah bağlanmış və 539 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Heydərova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 07 yanvar 2020-ci il tarixdə X3 adlı uşağı doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı 12 saylı Mediyasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/12-2023-00514 saylı Barışıq sazişindən görünür ki, hər iki tərəf aralarında bağlanmış 08 avqust 2018-ci ildə 539 nömrə ilə Səadət Sarayında (Bakı nikah evi) qeydə alınmış nikahın onlara barışıq üçün vaxt verilmədən pozulmasına razıdırlar, İddiaçı birgə nikahdan anadan olan 07 yanvar 2020-ci il təvəllüdlü X2 anası Cavabdeh himayəsində qalmasına razılıq verir, həmçinin tərəflər aliment məsələsini öz aralarında qarşılıqlı razılıq əsasında müəyyən etməyi və iddiaçı cavabdehə 12000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 26 oktyabr 2023-cü il tarixli teleqramdan görünür ki, Cavabdeh həmin teleqramda iddia tələbinin təmin olunmasına etiraz etməmiş, iddiaçı ilə aralarında razılığa gələrək barışıq sazişi imzaladıqlarını bildirərək, məhkəmədən onlara 3 ay vaxt verilmədən nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 08 avqust 2018-ci il tarixdə Səadət Sarayında (Bakı nikah evi) nikah bağlanmış və 539 akt qeydi ilə rəsmiləşdirilmişdir. Tərəflərin birgə nikahından 07 yanvar 2020-ci il tarixdə X3 adlı uşaqları doğulmuşdur. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə nikahının pozulmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, tərəflərə barışıq üçün 3 ay vaxt verilmədən nikahlarının pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh da teleqramla məhkəməyə müraciət edərək iddianın təmin edilməsinə etiraz etmədiyini və onlara 3 ay vaxt verilmədən nikahının pozulmasını xahiş etmişdir. Qeyd etmək lazımdır ki, «İnsan Hüquqları Haqqında» Ümumi Bəyənnamənin 16-cı maddəsinin 1-ci bəndinə əsasən, yetkinlik yaşına çatmış kişilər və qadınlar irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər. Onlar nikaha daxil olarkən, nikah müddətində və onun pozulması zamanı eyni hüquqlardan istifadə edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinin tələblərinə əsasən, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinin tələbinə görə, ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə, ərarvadın nikahın pozulmasına razılığı olduqda, bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci, 22.2.1-ci maddələrinin tələblərinə görə, nikah məhkəmə qaydasında pozularkən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən edə bilər. «Uşaq hüquqları haqqında» xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 7.1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkün olduğunu, onların birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağının mənafeyini, tərəflər arasında bağlanmış barışıq sazişini nəzərə nəzərə alıb, mövcud qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında 08 avqust 2018-ci il tarixdə Səadət Sarayında (Bakı Nikah evi) bağlanmış və 539 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından anadan olmuş 07 yanvar 2020-ci il təvəllüdlü X4 adlı uşağı anası Cavabdeh yanında saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında 08 avqust 2018-ci il tarixdə Səadət Sarayında (Bakı Nikah evi) bağlanmış və 539 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından anadan olmuş 07 yanvar 2020-ci il təvəllüdlü X4 adlı uşağı anası Cavabdeh yanında saxlanılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar