Məhkəmə qərarları › İş №e-2(006)-345/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-345/2023

26.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-345/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X46 oğlunun katibliyi, Ərizəçi vəkili-nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «doğumun qeyd edilməsi faktının müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «doğumun qeyd edilməsi faktının müəyyən olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1976-cı il tarixində Ermənistan SSR, Amasiya rayonu, Ellərkənd kəndində anadan olması və bu barədə doğumun qeyd edilmə faktının müəyyən edilməsi, onun adına doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı Lətifov, adı Zöhrab, ata adı Kollektiv, doğum tarixi xx.xx.1976-cı il, doğum yeri Ermənistan SSR, Amasiya rayonu, Ellərkənd kəndi, ata qrafasında X2, milliyəti azərbaycanlı, ana qrafasında anası X19, milliyəti azərbaycanlı kimi qeydiyyat aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1976-cı il tarixində Ermənistan SSR, Amasiya rayonu, Ellərkənd kəndində anadan olmuşdur. Doğumun qeyd edildiyi yer Ermənistan Respublikası, Amasiya rayonu, Küllücə kənd sovetidir. X2, anası Bayramova (Lətifova) Simuzər Əliyar qızıdır. Ərizəçi 1988-ci ildə Ermənistan Respublikasından ailəlikcə qaçqın düşərək Azərbaycan Respublikasına gəlmiş, həmin vaxtdan Bakı şəhərində məskunlaşaraq, ünvan 1 ünvanında yaşayır. Ərizəçi məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmiş, o doğum haqqında akt qeydinin bərpa edilməsinə dair Maraqlı şəxsnə müraciət edərək, doğum haqqında şəhadətnamənin verilməsini xahiş etsə də ərizəçiyə “ərizəsində doğum yerinin “Ermənistan, Amasiya rayonu” olduğu qeyd etdiyini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələbinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası üzrə qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizəni verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Doğum haqqında şəhadətnamənin verilməsi bir çox sənəd işləri üçün, o cümlədən daşınmaz əmlak və s. sənədləşmə işlərinin həll edilməsi üçün tələb olunur. Ərizəçinin valideynləri X2 22 yanvar 1994-cü il tarixdə, anası Bayramova (Lətifova) Simuzər Əliyar qızı isə 13 may 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişlər. X5 məxsus olan əmək kitabçasından görünür ki, həmin kitabça 1 iyul 1988-ci il tarixdə Amasiya rayonu, Güllüçə sovxozu tərəfindən 1935-ci il təvəllüdlü X9 verilmişdir. Bayramova (Lətifova) Simuzər Əliyar qızına məxsus olan əmək kitabçasından görünür ki, həmin kitabça 1 iyul 1988-ci il tarixdə Amasiya rayonu, Güllüçə sovxozu tərəfindən 1938-ci il təvəllüdlü X6 verilmişdir. Ərizəçi bacıları X13 17 iyun 1961-ci il tarixdə, X7 08 iyun 1969-cu il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Ellərkənd kəndində anadan olmuşlar. Həmçinin Bakı şəhəri, Nəsimi rayon Hərbi Komissarlığından xx.xx.1994-cü il tarixdə Ərizəçi verilmiş hərbi biletdən də görünür ki, o xx.xx.1976-cı il tarixində anadan olmuşdur. Bundan başqa nikah haqqında şəhadətnamədən də görünür ki, xx xxxxxx 1976-cı il təvəllüdlü Ərizəçi 12 may 2007-ci il tarixdə X10 ilə nikaha daxil olmuşdur. Göstərilənlərə əsasən Ərizəçi Ermənistan SSR, Amasiya rayonu, Ellərkənd kəndində anadan olması və bu barədə doğumun qeyd edilmə faktı müəyyən edilməli, onun adına doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı Lətifov, adı Zöhrab, ata adı Kollektiv, doğum tarixi xx.xx.1976-cı il, doğum yeri Ermənistan SSR, Amasiya rayonu, Ellərkənd kəndi, ata qrafasında X2, milliyəti azərbaycanlı, ana qrafasında anası X19, milliyəti azərbaycanlı kimi qeydiyyat aparılmalıdır. Ərizəçi vəkili-nümayəndəsi Vəkil tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Ellər kəndində doğulması, atası milliyyətcə azərbaycanlı olan X12, anasının milliyyətcə azərbaycanlı olan X14 olması, buna uyğun olaraq ona doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X23 vəkili-nümayəndəsi Vəkil ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkili-nümayəndəsinin izahatını, çıxışını dinləyib, şahidlərin ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, əvvəlki məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşıdır. Ərizəçi xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Ellər kəndində anadan olmuşdur. X1, anaları X8r. Əvvəlki məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşıdır. Ərizəçi xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Ellər kəndində anadan olmuşdur. X1, anaları X8r. Mülki işin materiallarında olan Ermənistan Respublikası, Amasiya rayonu, Küllücə kənd soveti tərəfindən verilmiş İ-ЗЖ seriyalı 404692 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X24 17 iyun 1961-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Ellər kəndində doğulmuşdur. Mülki işin materiallarında olan Ermənistan Respublikası, Amasiya rayonu, Küllücə kənd soveti tərəfindən verilmiş İ-ЗЖ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X21 8 iyun 1969-cu il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Ellər kəndində doğulmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X27 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş 8062 nömrəli vəsiqədən görünür ki, X14 1988ci il tarixdə yaşadığı yeri Amasiyanı tərk etmişdir. Mülki işin materiallarında olan xx.xx.1994-cü il tarixdə Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş İV-ЖГ seriyalı 373658 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X42 xx.xx.1994-cü il tarixdə ölmüşdür. Mülki işin materiallarında olan Bakı şəhəri, Nəsimi rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş hərbi biletdən görünür ki, Ərizəçi doğum yeri Ermənistan Respublikası, Amasiya rayonu qeyd edilmişdir. Mülki işin materiallarında olan AZ-İ seriyalı 320915 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X3 nikahı Nəsimi rayon VVADQ şöbəsində xx.xx.2007-ci il tarixdə 244 nömrəli ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Lətifova soyadı verilmişdir. Ərizəçi doğulduğu yer Ermənistan Respublikası, Amasiya rayonu qeyd edilmişdir. Mülki işin materiallarında olan Nəsimi RPİ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur. Mülki işin materiallarında olan AZE seriyalı 17134050 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X25 xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur. Mülki işin materiallarında olan AA1098690 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X22 xx.xx.1969-cu il tarixdə doğulmuşdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı 272780 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 05/Q-246/58 nömrəli Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış müraciətə cavab məktubunda qeyd edilmişdir ki, ərizədə Ərizəçi doğum yeri “Ermənistan, Amasiya rayonu” olduğu qeyd edildiyi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələbinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası üzrə qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizəni verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. İtmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. Mülki işin materiallarında olan Nəsimi rayon MKTB-nin 16 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 407 nömrəli arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizəsinin verilməsinə görə Ərizəçi tərəfindən 100 manat rüsum ödənilmişdir. Mülki işin materiallarında olan sorğu vasitəsilə məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Vətəndaşlıq X18 Xidmətinin xx.xx.2022-ci il tarixli, 05/2-9144/13 nömrəli məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydinə dair məlumatın istənilməsi barədə müraciətə cavab olaraq “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Ərizəçi doğum akt qeydi aşkar edilməmişdir (adı çəkilən şəxsin xx.xx.2007-ci ildə Nəsimi rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahı haqqında akt qeydinə baxış keçirilərkən onun Ermənistan Respublikası, Amasiya rayonunda doğulduğu müəyyən edilmişdir). Mülki işin materiallarında olan sorğu vasitəsilə məhkəməyə daxil olmuş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 082-44712-1222 nömrəli məktubuna əlavə edilmiş fərdi uçot kartının təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Ellər kəndində doğulduğu, atasının X12, anasının X14, eyni zamanda ünvan 1 ünvanında qeydiyyatda olması qeyd edilmişdir. Mülki işin materiallarında olan sorğu vasitəsilə məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022ci il tarixli 018-31032-1222 nömrəli məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Ərizəçi xx.xx.2005-ci il tarixdən hal-hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Ərizəçi qeydiyyata alınmasına əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunverciliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. Məktuba əlavə edilmiş Ərizəçi xx.xx.1993-cü il tarixdə verilmiş XXV-JQ seriyalı 665739 nömrəli keçmiş SSRİ pasportunun 1 nömrəli ərizə formasının kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Ellər kəndində doğulduğu, atasının X12, anasının X14, eyni zamanda ünvan 1 ünvanında qeydiyyatda olması qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçi X12 xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Ellər kəndində doğulmuşdur. X12 hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Şəxsiyyət vəsiqəsində və təqdim edilmiş digər sənədlərdə atasının adı Kollektiv qeyd edilmişdir. Ərizəçi X12 doğum haqqında şəhadətnaməsini itirmiş və bu səbəbdən doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs tərəfindən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildiyi, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün olmadığından məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ərizəçi X12 da məhkəməyə müraciət edərək, onun, yəni xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Ellər kəndində doğulması, atasının milliyyətcə azərbaycanlı olan X12, anasının milliyyətcə azərbaycanlı olan X14 olması, buna uyğun olaraq ona doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsini xahiş edir. X12 həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Bu sənədin alınması ərizəçiyə bir sıra hüquqi məsələlər üçün lazımdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X16 və X11 ərizəçi X4 bacısı, atalarının X12, analarının isə X14 olduqlarını bildirdilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Qərarın 1.6-cı bəndində isə məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – Mülki-Prosessual Məcəllənin) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki-Prosessual Məcəllənin 307.2 və 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Mülki-Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki-Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Qərarın 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Qərarın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, ərizəçi X12 həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə əldə edə bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə bir çox sənəd işləri üçün, o cümlədən daşınmaz əmlak və s. sənədləşmə işlərinin həll edilməsi üçün lazımdır. Ərizəçi X4 xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Ellər kəndində doğulması, milliyyətinin azərbaycanlı, atasının milliyətçə azərbaycanlı olan X12, anasının milliyyətcə azərbaycanlı olan X14 olması faktı öz təsdiqini tapır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Ellər kəndində doğulması, atasının milliyyətcə azərbaycanlı olan X12, anasının milliyyətcə azərbaycanlı olan X14 olması faktı müəyyən edilməli, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməli və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Ellər kəndində doğulması, atasının milliyyətcə azərbaycanlı olan X12, anasının milliyyətcə azərbaycanlı olan X14 olması faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar