Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3457/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Sabah Residence” MTK-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sabah Rezidence" Mənzil Tikinti Kooperativinin üzərinə 2022-ci ilin iyul ayından başlayaraq 16 yanvar 2018-ci il tarixli, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış Əvəzləşmə müqaviləsinin 6.3. və 7.2.5.-cİ maddələri ilə müəyyən edilən öhdəliyin icra edilməsi vəzifəsinin qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xüsusi mülkiyyətində Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 20 nömrəli evin 23, 24 və 26 saylı üç mənzili vardır. Cavabdeh "xxxx" MTK Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 20 nömrəli evin yerləşdiyi ərazidə yüksək mərtəbəli yaşayış binalarının inşasına həyala keçirmişdir. 16 yanvar 2018-ci il tarixdə İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında Əvəzləşmə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə İddiaçı mülkiyytəində olan mənzilləri boşaldaraq sökülməsi üçün “Sabah Rezidence" MTK-a təhvil vermiş, bunun əvəzinə “Sabah Rezidence" MTK həmin ünvanda inşa etdiyi yeni yaşayış binasında İddiaçı təmirli mənzil verməsinə dair öhədliyi vardır. Eyni zamanda həmin Müqavilənin 6.3.-cü maddəsinə görə “Sabah Rezidence" MTK yeni mənzil təmir edilərək İddiaçı təhvil verilənədək müvəqqəti yaşayış sahəsi təmin edilməsi məqsədilə hər tə təqvim İddiaçı üçün hər 3 yaşayış sahəsinə cəmi 1050 manat olmaqla kompensasiya ödəməlidir. "xxxx" MTK İddiaçı ləmirli mənzili təhvil verməmişdir Bundan əlavə "xxxx" MTK 2022-ci ilin iyul ayından Müqavilənin 6.3.-cü maddəsi ilə müəyyən edilən kompensasiyanı İddiaçı ödəməmiş və müqavilə öhdəliyini icra etməmişdir. Daha sonra, iddiaçının nümayəndəsi ərizə təqdim edərək, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə 2022-ci ilin dekabr ayından başlayaraq 16 yanvar 2018-ci il tarixli, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış Əvəzləşmə müqaviləsinin 6.3. və 7.2.5.ci maddələri ilə müəyyən edilən öhdəliyin icra edilməsi vəzifəsinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsn izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan kooperativ Cavabdeh MTK ilə mülkiyyətçi İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əvəzləşdirmə müqaviləsinin surətindən görünür ki, həmin müqavilə mülkiyyətçinin mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 20 nömrəli evin 23, 24, və 26 saylı mənillərinisökülmək üçün “Kooperativ”-ə təhvil verməyi, “Kooperativ” isə bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında mənzili mülkiyyətçiyə təhvil verməyi öhdəsinə götürməsi haqqında bağlanmışdır. Həmin müqavilənin 6.2-ci bəndində göstərilmişdir ki, sərəncama əsasən yaşayış binasının yerləşdiyi ünvanda bütün yaşayış sahələrinin söküntüsü tam başa çatdırıldıqdan sonra 24-30 ay müddətində inşa olunacaq yaşayış binasında təmirli mənzil “Kooperativ” tərəfindən “Mülkiyyətçi”-yə təhvil verilir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən mülkiyyətçi yaşayış sahələrini “Kooperativ”-ə təhvil verdiyi tarixdən mənzilin təmiri başa çatdırılanadək “Mülkiyyətçi”-yə təhvil verilənədək “Mülkiyyətçi”-nin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün hər 3 yaşayış sahəsinə cəmi 1050 manat olmaqla kompensasiya Kooperativ” tərəfindən “Mülkiyyətçi”-yə ödənilir. Kompensasiya 3 aylıq qabaqcadan olmaqla “Mülkiyyətçi”-nin bank hesabına ödənilir. Həmin müqavilənin 7.2.5-ci bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş qaydada “Mülkiyyətçi”-yə mənzil təhvil verilənə qədər “Mülkiyyətçi”-ni müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə kompensasiya ödəmək “Kooperativ”-in öhdəliyinə aid edilmişdir. İş materiallarında olan pretenziyadan görünür ki, iddiaçı tərəfindən cavabdehə əvəzləşmə müqaviləsi üzrə öhdəliyinin 5 gün ərzində icra edilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, Cavabdeh MTK iddiaçı tərəfindən isə öhdəlik icra edilməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı əvəzləşmə müqaviləsi üzrə öhdəliklərini tam olaraq yerinə yetirdiyindən, onun cavabdehə qarşı öhdəliyin icra edilməsi barədə tələbi tam əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sora MPM) 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MTK-nın üzrərinə İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 6.3-cü və 7.2.5-ci maddələri üzrə müəyyən edilən öhdəliyin 2022-ci ilin iyul ayından hesablanmaqla icra edilməsi vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən, iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh MTK-nın üzrərinə İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 6.3-cü və 7.2.5-ci maddələri üzrə müəyyən edilən öhdəliyin 2022-ci ilin iyul ayından hesablanmaqla icra edilməsi vəzifəsi qoyulsun. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-3457/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3457/2023
18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver