Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3468/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 və üçüncü şəxs Maraqlı şəxs MMC-yə qarşı kredit xətti müqavilələri üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 və üçüncü şəxs Maraqlı şəxs MMC-yə qarşı kredit xətti müqavilələri üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (Kreditor) ASC «Xalq» Bankı ilə borc alan Maraqlı şəxs MMC (bundan sonra «Borcalan» adlandırılacaq) arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/025N16L01687222 №-li Kredit xətti müqaviləsinə (xx.xx.2022-ci il tarixli 01 №-li Əlavə sazişlə edilmiş dəyişikliklər nəzərə alınmaqla; bundan sonra «1-ci Kredit müqaviləsi» adlandırılacaq) əsasən sonuncuya 36 (otuz altı) ay müddətinə, kreditdən istifadəyə görə illik 6 % (altı faiz) ödənilməsi şərtilə 500 000 (beş yüz min) ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açılmışdır. Borcalan tərəfindən kredit xətti çərçivəsində ayrılmış vəsaitdən tam həcmdə (500 000 ABŞ dolları) istifadə edilmişdir. Borcalanın 1-ci Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə: 1) İddiaçı ASC “Xalq” Bankı, Borcalan və ipoteka qoyan Cavabdeh1 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus olan ünvan 1 ünvanında yerləşən 131.2 kv.m ümumi sahədən (bundan sonra «1-ci İpoteka predmeti» adlandırılacaq) ibarət qeyriyaşayış sahəsinin və eyni ünvanda yerləşən 596.4 kv.m ümumi sahədən (bundan sonra «2-ci İpoteka predmeti» adlandırılacaq) ibarət qeyri-yaşayış sahəsinin ipoteka qoyulması barədə xx.xx.2022-ci il tarixli DKM/025N16L01687222/İM №-li İpoteka müqaviləsi (bundan sonra "xxxx" adlandırılacaq); 2) İddiaçı ASC “Xalq” Bankı, Borcalan və ipoteka qoyan Cavabdeh1 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 95 ünvanında (Yeni qaydalarla ünvanı: ünvan 3dən (bundan sonra «3-cü İpoteka predmeti» adlandırılacaq) ibarət qeyri-yaşayış sahəsinin ipoteka qoyulması barədə xx.xx.2022-ci il tarixli DKM/025N16L01687222/SİM-2 №-li Sonrakı İpoteka müqaviləsi (bundan sonra "xxxx" adlandırılacaq); 3) İddiaçı ASC “Xalq” Bankı, Borcalan və ipoteka qoyan Cavabdeh3 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus olan ünvan 4 ünvanında mülkiyyətində olan 0.0967 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 51.80 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin (bundan sonra «4-cü İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2022-ci il tarixli DKM/025N16L01687222/SİM-3 №-li Sonrakı İpoteka müqaviləsi (bundan sonra "xxxx" adlandırılacaq); 4) İddiaçı ASC “Xalq” Bankı, Borcalan və ipoteka qoyan Cavabdeh3 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus olan Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə yaşayış məntəqələrinin torpaqlar(ın)a aid olan 0.12 ha torpaq sahəsinin (bundan sonra «5-cı İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2022-ci il tarixli DKM/025N16L01687222/SİM-4 №-li Sonrakı İpoteka müqaviləsi (bundan sonra "xxxx" adlandırılacaq); 5) İddiaçı ASC “Xalq” Bankı, Borcalan və ipoteka qoyan Cavabdeh2 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, sol tərəf ünvanında yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə yaşayış məntəqələrinin torpaqlar(ın)a aid olan 0.12 ha torpaq sahəsinin (bundan sonra «6-cı İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2022-ci il tarixli DKM/025N16L01687222/SİM-5 №-li Sonrakı İpoteka müqaviləsi (bundan sonra «5-ci İpoteka müqaviləsi» adlandırılacaq) bağlanmışdır. Qeyd edilən İpoteka predmetlərinə dair ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC “Xalq” Bankına 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı İpoteka predmetləri üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq olaraq xx.xx.2022-ci il tarixli ********** qeydiyyat №-li, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat №-li, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat №li, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat №-li, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat №-li və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat №-li Çıxarışlar verilmişdir. İİ İddiaçı (Kreditor) ASC «Xalq» Bankı ilə borc alan Maraqlı şəxs MMC(bundan sonra «Borcalan» adlandırılacaq) arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/025N16L01812422 №-li Kredit xətti müqaviləsinə (bundan sonra «2-ci Kredit müqaviləsi» adlandırılacaq) əsasən sonuncuya 36 (otuz altı) ay müddətinə, kreditdən istifadəyə görə illik 6 % (altı faiz) ödənilməsi şərtilə 400 000 (dörd yüz min) ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açılmışdır. Borcalan tərəfindən kredit xətti çərçivəsində ayrılmış vəsaitdən tam həcmdə (400 000 ABŞ dolları) istifadə edilmişdir. Borcalanın 2-ci Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə: 1) İddiaçı ASC “Xalq” Bankı, Borcalan və ipoteka qoyan Cavabdeh1 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 95 ünvanında (Yeni qaydalarla ünvanı: ünvan 3dən (3-cü İpoteka predmeti) ibarət qeyri-yaşayış sahəsinin ipoteka qoyulması barədə xx.xx.2022-ci il tarixli DKM/025N16L01812422/İM-1 №-li İpoteka müqaviləsi (bundan sonra "xxxx" adlandırılacaq); 2) İddiaçı ASC “Xalq” Bankı, Borcalan və ipoteka qoyan Cavabdeh3 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus olan ünvan 4 ünvanında mülkiyyətində olan 0.0967 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 51.80 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin (4-cü İpoteka predmeti)ipoteka qoyulması barədə xx.xx.2022-ci il tarixli DKM/025N16L01812422/İM-2 №-li İpoteka müqaviləsi (bundan sonra "xxxx" adlandırılacaq); 3) İddiaçı ASC “Xalq” Bankı, Borcalan və ipoteka qoyan Cavabdeh3 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr №-si: **********71, qeydiyyat №-si: **********, qeydiyyat tarixi: xx.xx.2014-cü il) əsasən sonuncuya mülkiyyət hüququ ilə məxsus Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə yaşayış məntəqələrinin torpaqlar(ın)a aid olan 0.12 ha torpaq sahəsinin (5-ci İpoteka predmeti) ipoteka qoyulması barədə xx.xx.2022-ci il tarixli DKM/025N16L01812422/İM-3 №-li İpoteka müqaviləsi (bundan sonra "xxxx" adlandırılacaq); 4) İddiaçı ASC “Xalq” Bankı, Borcalan və ipoteka qoyan Cavabdeh2 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, sol tərəf ünvanında yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə yaşayış məntəqələrinin torpaqlar(ın)a aid olan 0.12 ha torpaq sahəsinin (6-cı İpoteka predmeti) ipoteka qoyulması barədə xx.xx.2022-ci il tarixli DKM/025N16L01812422/İM-4 №-li İpoteka müqaviləsi (bundan sonra «9-cu İpoteka müqaviləsi» adlandırılacaq) bağlanmışdır. Qeyd edilən İpoteka predmetlərinə dair ipoteka hüququnun qeydiyyata alınması barədə ASC “Xalq” Bankına 3-cü, 4-cü, 5-ci və 6-cı İpoteka predmetləri üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq olaraq xx.xx.2022-ci il tarixli ********** qeydiyyat №-li, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat №-li, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat №li və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat №-li Çıxarışlar verilmişdir. 1-ci Kredit müqaviləsinin və 2-ci Kredit müqaviləsinin (bundan sonra birlikdə «Kredit müqavilələri» adlandırılacaq) 2.7-ci bəndlərinə və onların 1 №-li Əlavələri olan Annuitet ödəniş cədvəllərinə əsasən, Borcalan kreditləşmə müddətinin ilk 24 (iyirmi dörd) aylıq dövrünü əhatə edən güzəşt müddəti ərzində yalnız kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi, həmin müddət bitdikdən sonra isə hər ay bərabər məbləğdə ödəniş həyata keçirməklə əsas borcu hesablanmış faizlərlə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Borcalan öz öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, Kredit müqavilələri üzrə əsas borc məbləğlərini tam şəkildə banka qaytarmamış və əsas borc məbləğlərinə hesablanmış faizlərin mühüm hissəsini ödəməmişdir. Beləliklə, Borcalan Maraqlı şəxsMMC-nin xx.xx.2025-ci il tarixinə 1-ci Kredit müqaviləsi üzrə İddiaçı qarşısında 400 802,08 (dörd yüz min səkkiz yüz iki ABŞ dolları 08 sent) ABŞ dollarıməbləğində gecikdirilmiş borcu yaranmışdır ki, bunun da 398 000 (üç yüz doxsan səkkiz min) ABŞ dolları vaxtı keçmiş əsas borcdan, 2 802,08 (iki min səkkiz yüz iki ABŞ dolları 08 sent) ABŞ dollarıisə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə borc alan Maraqlı şəxs MMC kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka 1-ci Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan cərimə faizlərini də ödəməlidir ki, xx.xx.2025-ci il tarixinə qeyd edilən məbləğ 9 556,55 (doqquz min beş yüz əlli altı ABŞ dolları 55 sent) ABŞ dolları təşkil edir. Maraqlı şəxs MMC-nin xx.xx.2025-ci il tarixinə 2-ci Kredit müqaviləsi üzrə İddiaçı qarşısında gecikdirilmiş borcu isə 392 126,81 (üç yüz doxsan iki min yüz iyirmi altı ABŞ dolları 81 sent) ABŞ dolları təşkil edir ki, bunun da 387 130 (üç yüz səksən yeddi min yüz otuz) ABŞ dolları vaxtı keçmiş əsas borcdan, 4 996,81 (dörd min doqquz yüz doxsan altı ABŞ dolları 81 sent) ABŞ dolları isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə 2-ci Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən Maraqlı şəxsMMC kredit üzrə əsas borc məbləğinin ödənilməsini gecikdirdiyinə görə Banka vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan cərimə faizlərini də ödəməlidir ki, xx.xx.2025-ci il tarixinə qeyd edilən məbləğ 9 306,56 (doqquz min üç yüz altı ABŞ dolları 56 sent) ABŞ dolları təşkil edir. Kredit müqavilələri üzrə Borcalan tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq İddiaçının Kredit müqavilələrinin 3.1.3-cü yarımbəndlərinə əsasən,əsas borc məbləğinin qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək və öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34-cü maddələrinə əsasənipoteka qoyulmuş əmlaklar hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq, Cavabdehlərə “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2025-ci il tarixli YUB-XO- 18.3.2025-002 nömrəli (xx.xx.2022-ci il tarixli DKM/025N16L01687222/SİM-4 №-li Sonrakı İpoteka müqaviləsi üzrə), xx.xx.2025-ci il tarixli YUB-XO-18.3.2025-003 nömrəli (xx.xx.2022-ci il tarixli DKM/025N16L01687222/SİM-3 №-li Sonrakı İpoteka müqaviləsi üzrə), xx.xx.2025-ci il tarixliYUB-XO-18.3.2025-004 nömrəli (xx.xx.2022-ci il tarixli DKM/025N16L01687222/İM №-li İpoteka müqaviləsi üzrə), xx.xx.2025-ci il tarixliYUB-XO- 18.3.2025-005 nömrəli (xx.xx.2022-ci il tarixli DKM/025N16L01687222/SİM-2 №-li Sonrakı İpoteka müqaviləsi üzrə), xx.xx.2025-ci il tarixliYUB-XO-18.3.2025-006 nömrəli (xx.xx.2022-ci il tarixli DKM/025N16L01687222/İM №-li İpoteka müqaviləsi üzrə), xx.xx.2025-ci il tarixliYUBXO-18.3.2025-007 nömrəli (xx.xx.2022-ci il tarixli DKM/025N16L01687222/SİM-5 №-li Sonrakı İpoteka müqaviləsi üzrə), xx.xx.2025-ci il tarixli YUBXO-18.3.2025-001 nömrəli (xx.xx.2022-ci il tarixli DKM/025N16L01812422/İM-2 №-li İpoteka müqaviləsi üzrə), xx.xx.2025-ci il tarixli YUB-XO18.3.2025-008 nömrəli (xx.xx.2022-ci il tarixli DKM/025N16L01812422/İM-4 №-li İpoteka müqaviləsi üzrə), xx.xx.2025-ci il tarixliYUB-XO-18.3.2025- 009 nömrəli (xx.xx.2022-ci il tarixli DKM/025N16L01812422/İM-3 №-li İpoteka müqaviləsi üzrə), xx.xx.2025-ci il tarixliYUB- XO-18.3.2025-010 nömrəli (xx.xx.2022-ci il tarixli DKM/025N16L01812422/İM-1 №-li İpoteka müqaviləsi üzrə)Bildirişlər göndərilmiş və İddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmetləri hesabına ödənilməsi üçün bu əmlak obyektlərinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlak obyektinə tutmanın yönəldilməsi haqqında xx.xx.2025-ci il tarixli YUB-XO-18.3.2025-002 nömrəli bildirişin qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli YUB-XO-19.3.2025-009 №-li, xx.xx.2025-ci il tarixli YUB-XO- 18.3.2025-003 nömrəli bildirişin qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli YUB- XO-19.3.2025-010 №-li, xx.xx.2025-ci il tarixli YUB-XO-18.3.2025-004 nömrəli bildirişin qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli YUB-XO-19.3.2025-003 №-li, xx.xx.2025-ci il tarixli YUB-XO-18.3.2025-005 nömrəli bildirişin qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli YUB-XO-19.3.2025-004 №-li, xx.xx.2025-ci il tarixli YUB-XO- 18.3.2025-006 nömrəli bildirişin qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli YUB- XO-19.3.2025-002 №-li, xx.xx.2025-ci il tarixli YUB-XO-18.3.2025-007 nömrəli bildirişin qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli YUB-XO-19.3.2025-011 №-li, xx.xx.2025-ci il tarixli YUB-XO-18.3.2025-001 nömrəli bildirişin qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli YUB-XO-19.3.2025-005 №-li, xx.xx.2025-ci il tarixli YUB-XO- 18.3.2025-008 nömrəli bildirişin qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli YUB- XO-19.3.2025-008 №-li, xx.xx.2025-ci il tarixli YUB-XO-18.3.2025-009 nömrəli bildirişin qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli YUB-XO-19.3.2025-006 №-li, xx.xx.2025-ci il tarixli YUB-XO-18.3.2025-010 nömrəli bildirişin qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli YUB-XO-19.3.2025-007 №-liƏrizələrilə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə elektron qaydada müraciət edilmiş və həmin İdarə tərəfindən bildirişlərin qeydə alınması həyata keçirilmişdir. İddiaçı tərəfindən Cavabdehlərə ipoteka qoyulmuş əmlak obyektlərinin satılması və İddiaçının yuxarıda qeyd edilən tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi Cavabdehlər tərəfindən göstərilən istiqamətdə hər hansı əməli addım atılmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi xahiş olunur. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı aidiyyət qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır; Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarı: Bənd 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Bənd 14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlara əsasən, cavabdehlərdən Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 (VÖEN **********) vergi orqanında qeydiyyatdan keçmişlər və onların adına vergi ödəyicisinin eyniləşdirmə nömrələri mövcuddur. İddiaçı "xxxx" ASC isə sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxsdir. İpoteka ilə təmin edilmiş 500000 ABŞ dolları məbləğində kredit xəttinin açılmasına dair xx.xx.2022-ci il tarixli kredit müqaviləsi kommersiya hüquqi şəxsləri "xxxx" ASC ilə Maraqlı şəxs MMC arasında bağlanmaqla, təyinatı dövriyyə vəsaitlərinin artırılması olmuşdur. Hazırda tutmaların yönəldilməsi tələb edilən əmlaklar da məhz həmin kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədilə ipoteka ilə yüklü edilmişdir. Tələbdən də göründüyü kimi, hazırda tutmaların ipoteka premdeti olan əmlaklara yönəldilməsi tələbi məhz "xxxx" ASC ilə üçüncü şəxs Maraqlı şəxs MMC arasında bağlanmış borcalana kredit limiti açılması barədə xx.xx.2022-ci il tarixli Əsas kredit müqaviləsi ilə bağlı olan "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqavilələrindən irəli gəlmişdir. Belə olan halda məhkəmə mübahisənin predmetini və subyektiv tərkibi nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan ümumi məhkəmədə yox, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Digər Cavabdeh3 münasibətdə isə məhkəmə qeyd edir ki, o, fiziki şəxs olsa da, MPM-nin 30-cu maddəsinin tələbinə əsasən ona qarşı eyni tələb də digər tələblərlə birlikdə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.2-ci maddəsinə və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.2-ci bəndinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən (“Hökumət ödəniş portalı, VÖEN **********1, qəbz nömrəsi **********, tarix: 19.05.25, saat: 09:48:49) ödənilmiş 1486.00 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" ASC-yə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152.1, 152.1.3, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 üçüncü şəxs Maraqlı şəxs MMC-yə qarşı kredit xətti müqavilələri üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən (“Hökumət ödəniş portalı, VÖEN **********1, qəbz nömrəsi **********, tarix: 19.05.25, saat: 09:48:49) ödənilmiş 1486.00 manat manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" ASC-yə geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3468/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3468/2025
22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver