Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3470/2023 04.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli Dövlət Reyestrindən çıxarışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21, mənzil 205 ünvanında yerləşən yaşayış sahəsi iddiaçı Rüstəmova Günel Paşa qızı və Cavabdeh oğlunun payları 2/1 nisbətində olmaqla paylı mülkiyyətdədir. Onların həmin mənzilə dair mülkiyyət hüququ hər birinə ayrılıqda 2/1 pay nisbətindədir. Lakin buna baxmayraq Rüstəmova Günel Paşa qızı öz mülkiyyətində olan əmlakdan heç bir formada istifadə edə bilmir. Mülkiyyətində yaşayış sahəsi olmasına baxmayaraq İddiaçı övladı ilə birlikdə başqa ünvanda yaşayır. Belə ki, ünvan 1anında yerləşən yaşayış sahəsi Cavabdeh oğlunun sahibliyində və istifadəsindədir. Evin giriş qapısının açarları cavabdehin sərəncamındadır. Bu səbəbdən Rüstəmova Günel Paşa qızı həmin mənzilə daxil ola bilmir. Cavabdeh iddiaçının bu istəyinin yerinə yetməsinə hər vasitə ilə maneəçilik törədir. Cavabdeh qəti olaraq bildirmişdir ki, Rüstəmova Günel Paşa qızının həmin mənzildə yaşamasına heç vaxt imkan verməyəcəkdir. Güya ki həmin mənzildə özü yaşayır. Halbuki Cavabdeh oğlu həmin mənzili kirayə verərək aylıq gəlir əldə edir. Beləliklə də iddiaçı Rüstəmova Günel Paşa qızının ən əsas konstitusion hüququ olan mülkiyyət hüququ pozulur. Eyni zamanda, neçə illər ərzində Rüstəmova Günel Paşa qızı mülkiyyətindən məhrum olmaqla yanaşı həmin mənzili kirayə verəcəyi təqdirdə ondan gələcək gəlirdən də məhrum olmuşdur. Belə ki, həmin mənzilin aylıq kirayəsi ən azı 300 manat civarındadır. Kirayə qiymətinin 300 manat olduğunu var saysaq həmin mənzil kirayə verilsəydi İddiaçı kirayə müqaviləsindən 2/1 nisbətinə uyğun olaraq 150 manat arası gəlir əldə edə bilərdi. 150 manatlıq məbləği 10 illik müddətə hesablasaq 18000 manat (120ay x 150manat=18000 manat) əldən çıxmış faydanın olduğu müəyyən olunur. Bu isə kifayət qədər böyük məbləğdir. Lakin cavabdehin sadaladığımız hərəkətləri nəticəsində İddiaçı həmin gəlirdən məhrum olmuşdur. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21, mənzil 205 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi və İddiaçı mülkiyyətindən məhrum olduğu 2013-cü ildən 2023-cü ilədək 10 illik müddət əsas götürülməklə 120 aylıq icarə haqqının 2/1 hissəsinin dəyəri olan 18000 (on səkkiz min) manat əldən çıxmış faydanın və ödənilmiş 144 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Cavabdeh "mənzilə köçürülmə və s” tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və 2013cü ildən bugünədək 18 000 (on səkkiz min) manat kirayə haqqının verilməsinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mənzil kirayə verilmiş olsaydı 10 illik kirayə haqqının yarı hissəsi olan 18 000 manat ona verilməlidir. Bununla əlaqədar bildirir ki, İddiaçı ilə 10 fevral 2004-cü ildə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin birgə nikahdan 07 dekbar 2004-cü il tarixində X2 və 17 iyul 2008-ci il tarixində X1 anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1940/2012 saylı, 18 may 2012ci il tarixli qətnaməsi ilə İddiaçı ilə nikahları pozulmuşdur. Həmin vaxtdan oğlu Musa onunla, qızı Sevil isə anası ilə birlikdə ünvan 2 ünvanında yaşayırlar. Uşaqlardan biri onun, digərinin isə iddiaçının himayəsində olduğuna görə aliment ödəməli olmasam da, iddiaçıya hər ay müəyyən məbləğdə vəsait ödəmiş və bu barədə qəbzlər mövcuddur. Birgə nikah dövründə əldə edilmiş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 41.7 kv.m olan, 2 otaqlı mənzil iddiaçı ilə onun paylı mülkiyyətimdədir və hər birisinin əmlaka hissədə payı mövcuddur. Göstərilən yaşayış sahəsi 3 mərtəbəlikönə binanın 3-cü mərtəbəsində yerləşir və mənzil paylı mülkiyyətdə olsa da, naturada bölünmədiyi üçün mənzilin hansı hissədə iddiaçıya, hansı hissədə ona məxsus olması məlum deyildir. Bundan əlavə, nikahları pozulduğuna görə iki ailənin, yəni iddiaçı ilə onun orada birlikdə yaşamağımız mümkün deyildir. İddiaçı ilə bir ailədə yaşamağmız mümkün olmadığından 2012-ci ildə ayrılaraq ayrı-ayrı ünvanlarda yaşayıblar. Hal-hazırda isə mənzili naturada bölmədən, yəni kimin hansı hissədən istifadə edəcəyini müəyyən etmədən birlikdə yaşamağımız mümkün deyildir. Həmçinin iddiaçı 10 il ərzində kirayə haqqını tələb etməkdə haqlı deyil. Belə ki, mənzil yaşayış üçün yararsız vəziyyətdədir və kirayədə deyildir. Mənzilin yerləşdiyi bina yararsız və köhnə olduğuna görə söküntü altına düşdüyündən iddiaçıya mənzili sataraq əldə olunan pul vəsaitini bölməyi təklif etsə də, o buna razı olmayaraq imtina etmişdir. Odur ki, yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, İddiaçı iddiasının təmin edilməməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Bundan öncə keçirilmiş məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etirazını müdafiə edərək, iddia ərizəsinin təmin edilməməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının vəkili Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil bundan öncə keçirilmiş məhkəmə iclasında ki izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ünvan 1anında yerləşən yaşayış sahəsi iddiaçı Rüstəmova Günel Paşa qızı və Cavabdeh oğlunun payları 2/1 nisbətində olmaqla paylı mülkiyyətdədir. Onların həmin mənzilə dair mülkiyyət hüququ hər birinə ayrılıqda 2/1 pay nisbətindədir. Lakin buna baxmayaraq Rüstəmova Günel Paşa qızı öz mülkiyyətində olan əmlakdan heç bir formada istifadə edə bilmir. Belə ki, ünvan 1anında yerləşən yaşayış sahəsi Cavabdeh oğlunun sahibliyində və istifadəsindədir. Hazırda iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21, mənzil 205 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsini və İddiaçı mülkiyyətindən məhrum olduğu 2013-cü ildən 2023-cü ilədək 10 illik müddət əsas götürülməklə 120 aylıq icarə haqqının 2/1 hissəsinin dəyəri olan 18000 (on səkkiz min) manat əldən çıxmış faydanın və ödənilmiş 144 manat dövlət rüsumunun Cavabdeh alınaraq özünə ödənilməsini tələb edir. Mülki işin materialları: Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qüydiyyatı daşınmaz əmlakın Dövlət reyestrinin ******* saylı çıxarışdan görünür ki, ünvan 1anında yerləşən yaşayış sahəsi iddiaçı Rüstəmova Günel Paşa qızı və Cavabdeh oğlunun payları 2/1 nisbətində olmaqla paylı mülkiyyətdədir. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk öncə iddianın mübahisəli mənzilə köçürülmə hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir. Belə ki, mülki işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21, 205 saylı mənzilin paylı mülkiyyətçiləridirlər. İddiaçı mübahisəli evin ½ hissəsi üzrə mülkiyyətçisi olmasına baxmayaraq, cavabdehin hərəkətləri nəticəsində həmin evə köçüb, qeyd olunan evdən istifadə edə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən qanunun normasından göründüyü kimi mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır. Göründüyü kimi mülkiyyət hüququ (o cümlədən mülkiyyət hüququnun xüsusi növü olan paylı mülkiyyət hüququ) üç səlahiyyəti (sahiblik, istifadə, sərəncam) özündə birləşdirir və həmin səlahiyyətlərdən birinin məhdudlaşdırılması mülkiyyət hüququnun pozulmasına dəlalət edir. İşdən göründüyü kimi iddiaçı mübahisəli evin ½ hissəsinin mülkiyyətçisi olsa da, həmin evin digər paylı mülkiyyətçisi olan cavabdehin hərəkəti nəticəsində öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Bu da onun mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Məhkəmə bu halda hesab edir ki, iddiaçının mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməklə haqlı olmuş və onun iddiası mənzilə köçürülməsi hissəsində təmin olunmaqla, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21, mənzil 205-ə köçürülməlidir. Məhkəmə iddianın əldən çıxmış fayda kimi 18.000 manat hissə ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı 2013-cü ildən 2023-cü ilədək (120 ay) qeyd edilən əmlakı icarəyə verəcəyini və verdiyi təqdirdə aylıq 150 manat qazancından məhrum olmasını qeyd etsədə bununla bağlı məhkəməyə mötəbər sübutlarını təqdim etməmişdir. Yəni iddiaçı tərəf həqiqətəndə ona icarə (kirayə) üçün üçüncü şəxs tərəfindən müraciətin (təklif ) edilməsi barədə sübutlarıda təqdim edə bilməməklə bir daha vermiş olduğu iddianın əsassızlığının olmasına dəlalət edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi (pul tələbinə aid hissədə) yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan iddiaçı Cavabdeh qarşı "əldən çıxmış fayda kimi 18.000 manat pul" tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1anında yerləşən yaşayış sahəsinə köçürülsün. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №e-2(006)-3470/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3470/2023
04.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver