Məhkəmə qərarları › İş №e-2(006)-3485/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3485/2023

11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3485/2023 11.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, onun vəkil və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Sərhad oğlunun cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı "müqavilə üzrə öhdəliklərin, dəymiş maddi və mənəvi zərərin ödənilməsi və pul tələbinə" dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sərhad oğlu cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı "müqavilə üzrə öhdəliklərin, dəymiş maddi və mənəvi zərərin ödənilməsi və pul tələbinə" dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-BR-*** dövlət qeydiyyat nişanlı "Kia Optima" markalı avtomobilin 10 aylıq icarəsinə görə 6000,0 manat. **-KG-*** dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin 9 aylıq icarəsinə görə 4500,0 və **-BG-*** dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobillərin 10 aylıq icarəsinə görə 5000,0 manat olmaqla, ümumilikdə 15.500.0 (on beş min beş yüz) manat pulun, avtomobillərin carı və kosmetik təmir xərclərinə görə **-BR-*** dövlət qeydiyyat nişanlı "Kia Optima' markalı avtomobilin 1570.0 manat. **-KG-*** dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin 2320.0 manat, və **-BG-*** dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin 2410 manat olmaqla ümumilikdə 6300,0 (altı min üz yüz) manat pulun, avtomobillərin yol hərəkəti qaydalarına düzgün riayət edilməməsi nəticəsində 99-BR- 959 dövlət qeydiyyat nişanlı "Kia Optima" markalı avtomobildə 274.8 manat. **-KG-*** dövlət qeydiyyat nişanlı Toyota Prius" markalı avtomobildə 539,5 manat və **-BG-*** dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobildə isə 851,1 manat oimaqla törədilmiş inzibati xətalara görə tətbiq edilmiş cərimələrə gorə, ümumilikdə 1.665.4 (min altı yüz altmış beş) manat pulun, vurulmuş mənəvi zərərin əvəzi kimi xeyrimə 6.000.0 (altı min) manat pulun ümumilikdə. 29.465,40 (iyirmi doqquz min dörd yüz altmış beş) manat pulun, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 179 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə verərək, Cavabdeh kimi iddiaçını cəlb edərək 50.000,0 manat pul verib müxtəlif şəxslərin adında olan, **-BR-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı və **-BG-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillərə dair “alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair” iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda iddia ərizəsi üzrə 2(004)- 3105/2023 saylı mülki iş Yasamal Rayon Məhkəməsinin icraatında olduğundan icraatda olan 2(006)-3485/2023 saylı mülki işin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3105/2023 saylı mülki iş ilə əlaqəli olduğu üçün bir icraatda birləşdirilməsi məqsədəmüvafiq olduğundan, 2(006)-3485/2023 saylı mülki işin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3105/2023 saylı ilə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun vəkil və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı və 2(006)- 3485/2023 saylı mülki iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3105/2023 saylı iş ilə birləşdirilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3105/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 167.2-ci maddəsinə əsasən hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. Beləliklə məhkəmə hesab edir ki, məhkəmənin icraatında olan İddiaçı Sərhad oğlunun cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı "müqavilə üzrə öhdəliklərin, dəymiş maddi və mənəvi zərərin ödənilməsi və pul tələbinə" dair iddia ərizəsi üzrə mülki iş ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə iddia ərizəsi üzrə mülki iş bir-biri ilə əlaqəli iş olduğundan və İddiaçı vəkil və nümayəndəsi Vəkil mülki işin baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etdiyindən, 2(006)- 3485/2023 saylı mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3105/2023 saylı mülki işə birləşdirilib birlikdə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Sərhad oğlunun cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı "müqavilə üzrə öhdəliklərin, dəymiş maddi və mənəvi zərərin ödənilməsi və pul tələbinə" dair 2(006)- 3485/2023 saylı mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3105/2023 saylı mülki işə birləşdirilib birlikdə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir. Hakim: Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar