Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-35/2025 04.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "mənzilin tikintisi haqqında müqavilələrin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "mənzilin tikintisi haqqında müqavilələrin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1449/2023 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-245/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü qanuni qüvvəsini alanadək İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "mənzilin tikintisi haqqında müqavilələrin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Məhkəməyə iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, eyni tələblər üzrə iddia Ali Məhkəmə tərəfindən qüvvədə saxlanıldığı üçün hazırda icraatında olan işin baxılması zərurəti aradan qalxmışdır. O səbəbdən iş üzrə icraatı təzələyib iddia ərizəsinin baxılmamış saxlanılması və dövlət rüsumunun əvəzi kimi ödənilmiş pul məbləğinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçıların nümayəndəsi-vəkili Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə hazırlıq iclasının iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, cavabdeh tərəf isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi-vəkili tərəfindən verilən ərizəni iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmaması qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Bundan əlavə, həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən İddiaçı2 tərəfindən 50 manat, xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən isə İddiaçı1 tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "mənzilin tikintisi haqqında müqavilələrin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalı, həmçinin İddiaçı2 tərəfindən ödənilmiş 50 manat (xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi) və İddiaçı1 tərəfindən ödənilmiş 50 manat (xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi) məbləğində dövlət rüsumu dövlət büdcəsindən onlara qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "mənzilin tikintisi haqqında müqavilələrin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı2 tərəfindən ödənilmiş 50 manat (xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi) və İddiaçı1 tərəfindən ödənilmiş 50 manat (xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi) məbləğində dövlət rüsumu dövlət büdcəsindən onlara geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-35/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-35/2025
04.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver