Məhkəmə qərarları › İş №e-2(006)-354/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-354/2023

23.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-354/2023 23.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X28 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və s.” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********5-05101-093004 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 30.4 kv.m mənzildən çıxarılması və mənzilin iddiaçının qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********5-05101-093004 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 30.4 kv.m mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı 2013-cü il tarixdə həmin mənzili alandan sonra Cavabdeh kirayə ev axtardığını, həmin evdə kirayə yaşamaq istədiyini bildirmişdir. İddiaçı buna etiraz etməmiş və cavadeh həmin evdə kirayə yaşamağa başlamışdır. Tərəflərin ilkin razılaşmasına görə aylıq icarə haqqı 200 manat təşkil etmiş, daha sonra icarə haqqı 300 manata qədər artmışdır. 2020-ci il tarixə kimi cavabdeh kirayə haqlarını ödəmiş, lakin bütün dünyada baş vermiş “COVİD-19” pandemiyası başladıqdan sonra kirayə haqlarını ödəməkdən yayınmışdır. İddiaçı da buna göz yummuş, həmin vaxt bir müddət icarə haqqı da tələb etməmişdir. 2021-ci ildən etibarən isə cavabdeh ümumilikdə icarə haqqını ödəməmişdir. Buna görə də iddiaçı cavabdehdən mənzili boşaldıb, təhvil verməsini tələb etmişdir. Lakin cavabdeh iddiaçının bu haqlı tələbinə bu günə kimi məhəl qoymamışdır. Dəfələrlə bu barədə şifahi danışıqları olsa da, cavabdeh aqressiv şəkildə, iddiaçını nalayiq ifadələrlə təhqir edərək mənzili tərk etməkdən yayınır. İddiaçı tərəfin əldə etdiyi məlumata görə, Cavabdeh daha əvvəl Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29, 6 nömrəli mənzilin mülkiyyətçisi olmuş, evi başqa bir şəxsə satmışdır. Daha sonra o, həmin mənzildə kirayə yaşamış və həmin vaxtdan da evdən çıxmaqdan imtina etmişdir. Həmin şəxslər də cavabdehə qarşı məhkəmədə iddia qaldırmaqla onu evdən çıxarmışlar. İddiaçı isə evi alan zaman bu barədə məlumatı olmamış, cavabdeh özü bu barədə iddiaçıya məlumat verməmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı mülkiyyətində olan mənzili tərk etməməklə iddiaçının mülkiyyət hüququnu kobud şəkildə pozur. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddianı qəbul etməyib, iddia tələbinə etiraz edərək bildirdi ki, Cavabdeh xx.xx.1954-cü il tarixdə Zəngilan rayonunda anadan olmuş, Zəngilan rayonu, Ağbis kəndində qeydiyyatda olmaqla 1993-cü ildən Zəngilan rayonunun işğalından sonra hal-hazıra kimi Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzilində məskunlaşaraq yaşamışdır. 2013-cü ilin təxminən mart-aprel aylarında mənzilin qapısı döyülmuş, qapını döyən şəxs özünü X4 təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzilin mülkiyyyətçisi, eyni zamanda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğunu bildirmişdir. X18 cavabdehə, həmçinin, bildirmişdir ki, mənzili 28000 (iyirmi səkkiz min) manata satın almış, məqsədi isə evi ucuz alıb baha sataraq əlavə pul qazanmaqdır. Cavabdeh X5 evin onun olmasını təsdiq edən sənədini təqdim etməsini tələb etmiş, Zəngilan rayonundan məcburi köçkün olduğunu və yaşamağa başqa yerinin olmadığını bildirdikdən və X18 “məcburi köçkün” ifadəsini eşitdikdən sonra özünü narahat hiss etməyə başlamış, cavabdehin yaşamağa başqa yerinin olmadığını görüb ona həmin mənzildə yaşaya-yaşaya, kredit kimi, banksız, hissə-hissə pul ödəməklə mənzili 42000 (qırx iki min) manata, yəni aldığı qiymətin yarısı qədər də əlavə pul ödəniləcəyi təqdirdə sata biləcəyini demişdir. Cavabdeh mənzilin hissə-hissə ödəniş olmaqla satılması təklifinə razılaşmış, aylıq 250-300 manat ödəmək şərtilə, cəmi 42000 manata Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzili almışdır. X18 mənzilə dair sənədləri çıxarış alması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verdiyini bildirmişdir. X18 2 ay mənzilin çıxarışını təqdim etmədən Cavabdeh hər ay 250 manat olmaqla 500 manat pul almışdır. Cavabdeh X5 mənzilin çıxarışını gətirib təqdim etməsini və aralarında müqavilə bağlanmasını tələb etdikdə sonuncu mənzilin anası İddiaçı adına qeydə alınmasını təsdiq edən Çıxarış təqdim etmişdir. Cavabdeh X5 anası İddiaçı da gəlib aralarında olan razılaşmaya razı olub-olmadığını üz-üzə müzakirə etdikdən sonra aylıq 300 manatdan ödəniş edə biləcəyini bildirmişdir. Bir gün X18 bir qadınla gəlmiş və həmin qadının anası Çimnaz olduğunu bildirərək mənzili 42000 manata Cavabdeh hissə-hissə ödəməklə satılmasından anasının xəbəri olduğunu bildirdikdən sonra Cavabdeh İddiaçı sual verərək evin sahibi kimi oğlu Samir Zeynalov ilə aralarında olan razılaşmadan da xəbərinin olubolmadığını soruşmuş, iddiaçı oğlu Samir Zeynalovun Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzili Cavabdeh 42000 manata satmasından və həmin pulu da hissə-hissə ayda 300 manat olmaqla ödəcəyi barədə razılaşmadan xəbəri olduğunu bildirərək mənzili almaq üçün hissə-hissə ödənilən 300 manat aylıq pulunun Samir Zeynalova verilməsini xahiş etmişdir. Cavabdeh onlara inanaraq 2013-cü ilin Novruz bayramı ərəfəsində martaprel ayından 2021-ci ilin noyabr ayınadək hər ay 300 manat olmaqla 3100 (üç min yüz) manat mənzilə görə pul ödəmiş, həmin puldan əlavə evi özü alacaqdı deyə həyətdə qonşuların gedişgəlişinə maneə yaratmayacaq bir ölçüdə mənzil istismar sahəsi ilə razılaşdırmaqla mənzilin yanında olan boş sahədə 7000 (yeddi min) manata mətbəx və hamam-tualet tikdirmiş, əlavə 3000 (üç min) manat xərc çəkərək evin eyvanını da 8 kv.metr qabağa çəkərək böyütmüşdür. Məcburi köçkün ailəsi olduğuna görə qonşular və MKİS-nin əməkdaşları cavabdehə çox hörmət qoymuşlar. Bundan başqa, həmin mənzilin təmirinə 8000 (səkkiz min) manat xərc çəkmiş, 1200 (min iki yüz) manat dəyərində plastik qapı-pəncərə və 600 (altı yüz) manat mənzilə dəmir seyf qapı qoydurmuşdur. Yaşadığı məhəllədə mənzilin sahibi kimi onu tanıyırlar. 2021-ci ilin noyabr ayında mənzilin kredit pulundan 300 manat ödədikdən sonra Samir və anası Çimnaz məhəllənin ümumi plana düşdüyünü eşidib mənzili Cavabdeh satmaq fikrindən daşınmışlar, onlar arasında yaranan mübahisə bina tikmək istəyən şirkətin rəhbərliyinə də gedib çıxmışdır. Belə ki, məhəlləni alıb bina tikmək istəyənlər Cavabdeh və ailə üzvlərini məcburi köçkün kimi hara isə yerləşdirərək sonuncuları oradan köçürtmək istədiklərini bildirdikdə X18 və anası İddiaçı buna qəti etirazlarını bildirərək, mübahisəli mənzilin mülkiyyətçiləri onlar olduğu halda həmin mənzilə dair kompensasiyanın Cavabdeh deyil, onlara çatmalı olduğunu bildirmişlər. Orada bina tikmək istəyən şirkətin əməkdaşları X10 və İddiaçı xəbərdarlıq edərək bildirmişlər ki, Cavabdeh və ailə üzvlərinin harada yerləşdirilməsinin və ya köçürülməsinin onlara düşəcək kompensasiyanın məbləğinə heç bir aidiyyəti olmayacaqdır. Beləliklə, X18 ilə İddiaçı birləşərək aralarında olan razılaşmanı pozmuşlar. Cavabdeh X18 və İddiaçı mənzilin dəyərindən kreditlə hissə-hissə ödədiyi 31100 (otuz bir min yüz) manat, mənzilin təmiri üçün xərclədiyi 8000 (səkkiz min) manat, evin eyvanının 8 kv.metr qabağa çəkmək üçün xərclədiyi 3000 (üç min) manat, plastik qapı-pəncərə üçün xərclədiyi 1200 (min iki yüz ) manat və mənzilin giriş qapısı üçün verdiyi 600 (altı yüz) manat olmaqla, ümumi məbləği 50900 (əlli min doqquz yüz) manat olan pulunun qaytarılmasını tələb etmiş, lakin Samir Zamanov Cavabdeh və uşaqlarına hədə-qorxu gələrək Dövlət Təhlükəsizliyi Xidmətinin məxfi əməkdaşı olduğunu bildirmiş, sonradan isə mənzilin pulunu anası İddiaçı tələb etməsini demişdir. Beləliklə, özünü əvvəl Milli Təhlükəsizlik Nazirliyinin, daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək X1 Çimnaz Qurban qızı ilə əvvəlcədən əlbir olaraq Cavabdeh aldatmış, etibardan sui-istifadə edərək sonuncunun 50900 (əlli min doqquz yüz) manat pulunu mənimsəyərək vermirlər. X5 və İddiaçı pulunu tələb etdikdə bildirmişlər ki, Cavabdeh həmin pulu onların mənzilində yaşadığına görə kirayə haqqı kimi əvəzləşdirmişlər. Halbuki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzilində 1993cü ildən Zəngilan rayonu işğal olunandan məskunlaşaraq yaşayır. Məcburi köçkünlərin məskunlaşdıqları yerdən dövlət tərəfindən başqa yaşayış sahəsi ilə təmin edilməyənədək köçürülməsi mümkün deyil. İddiaçı övladı X11 da bu çirkin oyununa alət edərək ev satmaq adı ilə Cavabdeh aldıqları pulları mənimsəyərək Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə cinayət törətmişlər. Bundan başqa, X18 özünü DTX əməkdaşı kimi təqdim edərək tutduğu mövqeyindən və vəzifəsindən sui istifadə etməklə Cavabdeh təhdid edərək hədələmiş və qanunsuz yolla 50900 (əlli min doqquz yüz) manat pulu mənimsəmişdir. Cavabdeh İddiaçı pul ödədiyini iddiaçı iddia ərizəsində etiraf etmişdir. Qeyd olunanları nəzərə alıb iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını, vəkillərin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının 6 nömrəli xx.xx.2001-ci il tarixli protokolundan (Bakı şəhər İcra Hakimiyyəti Başçısının 694 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir) çıxarışdan görünür ki, BŞİH-nə daxil olmuş xx.xx.2001-ci il tarixli, M-1692 nömrəli ərizə Nəsimi rayonu, Ermənistan Respublikasından qaçqın düşmüş Cavabdeh yaşadığı Nəsimi rayonu, R.Axundov küç.29 6 №-li evdə pasport qeydiyyatına alınması və qeydiyyat vəsiqəsinin verilməsi məsələsinə razılıq verilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2002-ci il tarixli 37 nömrəli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, R.Axundov küçəsi, ev 29, mənzil 6 ünvanında yaşayır və xx.xx.2002-ci il tarixdən həmin mənzildə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan AZE seriyalı 07398445 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.1954-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. Vəsiqənin verilmə tarixi xx.xx.2010-cu ildir. Mülki işin materiallarında olan xx.xx.2011-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh adından Məmmədova Zümrüd Əsgər qızı Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən ümumi sahəsi 30.7 kv.m. olan 1 otaqlı 6 saylı mənzili X12 25.000 (iyirmi beş min) manata satmışdır. Mülki işin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(101)-769/2011-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib əmlakı müsadirə olunmamaqla 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, onun 2010-cu ilin sentyabrın 3-də həbsdə saxlanıldığı 1 (bir) il 1 (bir) ay 7 (yeddi) gün təyin edilmiş cəzadan çıxılmaqla barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunmuş, 3 (üç) il sınaq müddəti müəyyən edilərək üzərindəki qəti olaraq əmlakı müsadirə olunmamaqla 5 (beş) il 10 (on) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab olunmuş, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək onun barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmiş, Cavabdeh davranışı üzərində nəzarət Bakı şəhərinin Nəsimi Rayon İcra Şöbəsinə həvalə olunmuş, sınaq müddəti ərzində Cavabdeh üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixdə tərtib edilmiş daşınmaz əmlakın texniki pasportundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 saylı mənzilin (reyestr nömrəsi: **********05-05101-093004) hüquq subyekti X13r. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 saylı mənzil (reyestr nömrəsi: **********05-05101-093004) xx.xx.2011-ci il tarixdə tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) 606 nömrəli reyestr kitabının 55635 nömrəli vərəqində X7 adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2012-ci il tarixli 2(006)-241/2012 saylı qətnaməsindən görünür ki, ilkin iddia ərizəsinin qismən edilməsi, cavabdehlər Cavabdeh, X14 və X15 Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh, X14 və X15 əşyaları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzilindən çıxarılmaları, ilkin iddia ərizəsi qalan hissədə və qarşılıqlı iddia ərizəsi əsassız olduğu üçün rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2188/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2012-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh, cavabdehlər X23, X24, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədova Zümrüd Əsgər qızı tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2012-ci il tarixli qətnaməsinin dəyişidirilmədən saxlanılması qət edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3544/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarından görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədova Zümrüd Əsgər qızının kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2188/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2013-cü il tarixli AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X19 Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən ümumi sahəsi 30.4 kv.m., yaşayış sahəsi 16.5 kv.m., yardımçı sahəsi 13.9 kv.m. olan 1 otaqdan ibarət 6 nömrəli mənzili X3 23508 (iyirmi üç min beş yüz səkkiz) manata satmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 saylı mənzil (reyestr nömrəsi: **********05-05101-093004) xx.xx.2013-cü il tarixdə tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) 606 nömrəli reyestr kitabının 55635 nömrəli vərəqində X2 adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2013-cü il tarixli AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X6 ümumi sahəsi 30.4 kv.m., yaşayış sahəsi 16.5 kv.m., yardımçı sahəsi 13.9 kv.m. olan Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 1 otaqlı 6 nömrəli mənzili İddiaçı 19595 (on doqquz min beş yüz doxsan beş) manata satmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 saylı mənzil (reyestr nömrəsi: **********05-05101-093004) xx.xx.2013-cü il tarixdə tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) 606 nömrəli reyestr kitabının 55635 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 100 (bir yüz) manat məbləğində rüsum ödənilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Muradova X17 rayon sakinidir, Nəsimi rayonu, R.Axundov küçəsi, ev 29, mənzil 6 ünvanında müvəqqəti məskunlaşmışdır. Vətəndaş Cavabdeh qeyd olunan ünvanda xx.xx.1995-ci ildən siyahıya alınmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 16 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Muradova X17 rayonundan məcburi köçkündür, R.Axundov küçəsi, ev 29, mənzil 6 ünvanında müvəqqəti qeydiyyatdadır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********90 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzili xx.xx.2003-cü il tarixdə Cavabdeh adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 13 saylı DNK-nın 4Ə-7/930 reyestr nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2011ci il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 30 saylı DNK-nın 4Ə-58 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. 1 saylı Bakı ASAN Xidmət mərkəzinin notariusu B.Ə.Bağırzadə tərəfindən təsdiq edilmiş 4Ə-384 nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli 15396-5/D saylı arayışından görünür ki, şöbənin icraatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-241/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi xx.xx.2013-cü il tarixdə daxil olmuşdur. xx.xx.2013-cü il tarixdə icra sənədinə xitam verilməsi üçün 17/70-898/9 saylı müşaiətedici məktubla məhkəməyə təqdimatla müraciət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-241/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə 077/2013 saylı icra işi arxivdə aşkar edilmədiyi üçün mülki işin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi imkan xaricindədir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 02/31 nömrəli cavab məktubundan görünür ki, Komitənin Regional idarətetmə və status şöbəsinin 2007-2022-ci illəri əhatə edən elektron məlumat bazasında Cavabdeh “qaçqın” və ya “məcburi köçkün” statusuna malik olub-olmaması barədə heç bir məlumat aşkar edilməmişdir. Beləliklə, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, hazırki mübahisənin predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 nömrəli mənzil xx.xx.2003-cü il tarixdə hazırki iş üzrə Cavabdeh adına ilkin qeydiyyatdan keçmiş, xx.xx.2011-ci il tarixdə cavabdehin adından Məmmədova Zümrüd Əsgər qızı həmin mənzili X12 25.000 manata satmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2012-ci il tarixli 2(006)-241/2012 saylı qətnaməsi ilə Cavabdeh və digərlərinin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və əşyaları ilə birlikdə çıxarılmaları, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2188/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə həmin qətnamənin dəyişidirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3544/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı ilə isə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2188/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2013-cü il tarixdə X19 hazırki mübahisənin predmeti olan mənzili X3 23508 manata, X6 isə xx.xx.2013-cü il tarixdə qeyd olunan mənzili hazırki iş üzrə İddiaçı 19595 manata satmışdır. Sözügedən mənzil xx.xx.2013-cü il tarixdən tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır və həmin vaxtdan hal-hazıradək iddiaçının mülkiyyətindədir. Məhkəmə iddia tələbinin “Cavabdeh xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********5-05101-093004 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 30.4 kv.m mənzildən çıxarılması” hissəsinə münasibətdə qeyd edir ki, mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 nömrəli mənzilin hazırki iş üzrə İddiaçı mülkiyyətində olması müəyyən edildiyindən iddiaçının tələbi bu hissədə haqlıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12-ci maddəsinin İİ hissəsinə görə, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ-İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X20rşı” işi üzrə qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.1-157.2-ci maddələrinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda göstərilən hüquq normalarının hazırki mülki işə tətbiqi nəticəsində belə qənaətə gəlinir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 nömrəli mənzilin mülkiyyətçisidir, Cavabdeh iddiaçının mülkiyyət hüquqlarını pozaraq, onun iradəsi ziddinə, heç bir haqq ödəmədən iddiaçıya məxsus əmlakda heç bir qanuni əsas olmadan yaşayır və həmin əmlakdan istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 30.4 kv.m mənzildən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin “mənzilin İddiaçı qanuni istifadəsinə qaytarılması” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbinin birinci hissəsinin təmin edilməsi özlüyündə mənzilin İddiaçı qanuni istifadəsinə qaytarılması ilə eyni mənanı ifadə etdiyindən, iddia tələbinin bu hissəsinin təmin edilməsinə prosessual qənaət prinsipi baxımından lüzum qalmamışdır. Buna görə də iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddia tələbinə etirazda qeyd etdiyi “Cavabdeh İddiaçı pul ödədiyini iddiaçının iddia ərizəsində etiraf etməsi” məsələsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçının etiraf etdiyi hissədən əlavə pulun ödənilməsini iddia etdiyi halda, onu məhz iddiaçıya və ya onun ixtiyarlı şəxsinə ödədiyini sübuta yetirmək yükünü daşıyır. Cavabdehin mübahisəli mənzilə görə ödədiyi pulu iddiaçıya vermədiyi mübahisəsizdir. Cavabdeh mənzilə görə ödədiyi vəsaiti iddiaçının oğluna verdiyini bildirmiş, lakin bu halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, mənzilə görə pul vəsaitinin X10 verilməsi İddiaçı mənzilə görə pulun ödənilməsi nəticəsinə gəlmək üçün əsas ola bilməz. Çünki həmin vəsaitin X10 verilməsi o zaman mənzilə görə pul vəsaitinin iddiaçıya ödənilməsi öhdəliyinin icrası sayıla bilər ki, X18 İddiaçı ixtiyarlı şəxsi olsun. Halbuki, Cavabdeh X8 icranı qəbul etməyə ixtiyarlı şəxs olmasını, habelə X8 icranı qəbul etməyə ixtiyarsız şəxs olsa belə, İddiaçı buna razılıq verməsini və ya bu icradan fayda götürməsini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh tutularaq İddiaçı verilməli, qalan 50 manat hissəsi isə İddiaçı aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh tutularaq İddiaçı verilsin, qalan 50 manat hissəsi isə İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar