Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-356/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının (cavabdehin) nümayəndəsi və vəkili Vəkil, cavabdehin (iddiaçının) nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Nurməmmədova Rəsmı̇ yyə Hacı qızının cavabdeh "xxxx" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nə (X14 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iddiası, İddiaçı "xxxx" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nin cavabdeh Nurməmmədova Rəsmı̇ yyə Hacı qızına qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nurməmmədova Rəsmı̇ yyə Hacı qızı cavabdeh "xxxx" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nə (X14 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən iddiaçinin pozulmuş mülkiyyət hüquqları bərpa edilməsi, ünvan 1 ünvanında inşa edilən 12 mərtəbəli yaşayış kompleksində “B” bloku 3-cü mərtəbə, 100 kv.m ibarət 2 otaqlı 7/8 saylı mənzil boşaldılaraq,təmirli şəkildə iddiaçının mülkiyyətinə verilməsi, 14 Aylıq (2023-cü ilin may ayından bu günədək) ümumilikdə 8400 azn məbləğində kirayə haqqı və ödənilmiş dövlət rüsumunun (104 azn) cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nin cavabdeh Nurməmmədova Rəsmı̇ yyə Hacı qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 16 iyun 2020-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-5157/2024 nömrəli qərardadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir. İddiaçı Nurməmmədova Rəsmı̇ yyə Hacı qızının iddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı ilə 16 iyun 2020-ci il tarixdə Cavabdeh ilə arasında müqavilə (№16/06-20/002) bağlamışdır. Müqavilənin predmetində Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən binaların sökülərək yerində çox mərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikilməsi nəzərdə tutulmuşdur. İddiaçının cavabdehlə bagladığı müqaviləyə əsasən iddiaçı ona məxsus yaşayış sahəsinin sökülməsinə icazə verəcəyi təqdirdə, cavabdeh 24 ay müddətində ünvan 1 ünvanında inşa edilən 12 mərtəbəli yaşayış kompleksində “B” bloku 3-cü mərtəbə, 100 kv.m ibarət 2 otaqlı 7/8 saylı mənzili təmirli şəkildə iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Əlavə olaraq müqavilədə cavabdehin iddiaçıya mənzil təhvil verilənədək aylıq 600 azn məbləğində pul vəsaitini ödəməli olduğu göstərilmişdir. Cavabdeh tərəfindən mənzilin açarı təhvil verilərək iddiaçıya yaxın vaxtda mənzilə buraxılacaqları bildirilsə də, mənzilə getdikləri vaxt mənzilə daxil olmaqlarına icazə verilməmişdir. Vəd olunan aylıq 600 azn məbləğində kirayə haqqı 2023-cü ilin may ayınadək ödənildikdən sonra dayandırılmış və beləliklə iddiaçı tərəf çarəsiz hala düşmüşdür. İddiaçı (cavabdeh) Cavabdeh MTK-nın etirazının və iddia ərizəsinin əsaslandırıldığı hallar: Cavabdeh MTK-nın nümayəndəsi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 614 saylı, 24 dekabr 2014-cü il tarixli sərəncamına əsasən, Cavabdeh MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinə icazə verilmişdir. Cavabdeh MTK da həmin sərəncamdan irəli gələn məsələlərin həlli məqsədi ilə sərəncamda qeyd olunan ərazidə, yəni Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri MTK-nın səlahiyyətli nümaynədələrinə sənədləri təqdim edərək, nümayəndələrlə danışıqlar aparmış, sökütüsü planlaşdırılan yaşayış və qeyriyaşayış sahələrinin əvəzinə MTK-nın həmin ərazidə inşa edəcəyi binalarda razılaşdırılmış ölçülərdə yaşayış və qeyri-yaşayış sahələrinin verilməsi barədə mülkiyyətçilər və MTK arasında ayrı-ayrı müqavilələr bağlanmışdır. Hazırki iş üzrə İddiaçı da Cavabdeh MTK-nın ofisinə yaxınlaşmış və söküntü ərazisinə düşən Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsində yerləşən 20 №-li evin 6-cı mənzilinə dair X6 adına olan MA seriyalı ******* №-li Çıxarışı və özünün sözügedən ünvanda pasport qeydiyyatında olmasını təsdiq edən şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək, qeyd edilən mənzilin əri Elşən Şamxalova məxsus olduğunu, Elşənin vəfat etdiyini, Elşənin vərəsəsi olduğunu, Elşənlə onun arasında olan nikah haqqında şəhadətnamənin qısa müddət ərzində MTK-ya təqdim edəcəyini bildirmiş və mənzilin MTK tərəfindən sökülməsi müqabilində MTK-nın inşa edəcəyi binadan yeni mənzilin ona verilməsini xahiş etmişdir. Həmin gün, yəni 16 iyun 2020-ci il tarixdə Cavabdeh MTK və İddiaçı arasında 16/06-20/002 saylı müqavilə imzalanmışdır. Tərəflər arasında imzalanmış 16 iyun 2020-ci il tarixli 16/06-20/002 saylı müqavilənin məzmununa digər şətrlərlə yanaşı aşağıdakı şərt də daxil edilmişdir: “...********** qeydiyyat nömrəli, Seriya MA ******* saylı, xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi ünvanında yerləşən 20 nömrəli, 63.4 kv.m ümumi, 37.5 kv.m yaşayış, 25.9 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı 6 nömrəli mənzilin sökülərək, əvəzinə mənzilin ümumi sahəsinə əlavə olaraq 38.5 kv.m yaşayış sahəsi əlavə gəlməklə, binanın bünövrəsinin qazıntısına başlandıqdan sonra 18 ay tikinti-inşaat işlərinin bitməsi, 6 ay təmir işlərinin bitməsi olmaqla ümumilikdə 24 təqvim ayı ərzində ünvan 2 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində “B” bloku, 3-cü mərtəbə, 100 kv.m ibarət, 2 otaqlı 7/8 saylı mənzili tam təmir edib təhvil verməyi öz üzərinə götütür”. Tərəflər arasında müqavilə bağlandıqdan sonra İddiaçı vədinə əməl etməmiş, Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsində yerləşən 20 №-li evin 6-cı mənzilinə dair Çıxarışda adı göstərilən X15 ilə nikah münasibətlərini təsdiq edən nikahın bağlanması barədə şəhadətnaməni MTK-ya təqdim etməmişdir. Bununla bağlı MTK-nın nümayəndələri dəfələrlə İddiaçı ilə əlaqə saxlasalar da, sonuncu müxtəlif bəhanələrlə həmin sənədin təqdim edilməsindən yayınmışdır. Lakin 2020-ci ilin iyul ayında Cavabdeh MTK-ya məlum olmuşdur ki, İddiaçı MTK-ya yalan məlumatlar vermiş, Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsində yerləşən 20 №-li evin 6-cı mənzilinin Elşən Şamxalova məxsus olması barədə qüvvədən düşmüş MA seriyalı ******* №-li Çıxarışı MTK-ya təqdim etmiş və özünü mərhum Elşən Şamxalovun arvadı kimi qələmə verərək, özü üçün qanunsuz əmlak əldə etmək məqsədilə MTK ilə 16/06-20/002 saylı müqavilənin bağlanmasına nail olmuşdur. Belə ki, qeyd edilən vaxt Cavabdeh MTK-nın ofisinə X14 adlı şəxs gələrək, ünvan 3 ünvanda yerləşən mənzilin ona məxsus olması barədə MTK-ya RX seriyalı, ******* nömrəli Çıxarış təqdim etmişdir. X7 bildirdiklərindən məlum olmuşdur ki, ünvan 3 əvvəllər onun övladı Elşən Şamxalova məxsus olmuş, mənzil üzərində Elşənin mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Elşən Şamxalov 14 oktyabr 2012-ci il tarixdə vəfat etmişdir. Elşən Şamxalov sağlığında hər hansı şəxslə rəsmi nikahı olmamaqla yanaşı, övladları da olmamışdır. Bu səbəbdən Elşən Şamxalovun ölümündən sonra yeganə 1-ci növbəli vərəsəsi atası Valeh Şamxalov olmuşdur. Valeh Şamxalov da vərəsə hüququndan istifadə edərək, Bakı şəhəri 13 saylı Notariat Oifsinə müraciət etmiş və ona övladı Elşəndən miras qalan 6 nömrəli mənzilə dair 20 aprel 2013-cü il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnamə əsasında da Valeh Şamxalovun mənzil üzərində mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Valeh Şamxalov MTK-nın əməkdaşına mənzilə dair ******* saylı Çıxarışı, **********57-05102-093003 saylı Texniki pasportu, 77012 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsini, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətlərini MTK-ya təqim etmişdir. İddiaçı ilə bağlı isə Valeh Şamxalov bildirmişdir ki, Rəsmiyyə və övladı Elşən arasında heç vaxt rəsmi nikah qeydə alınmamışdır. Elşən bir müddət Rəsmiyyə ilə qeyri-rəsmi olaraq yaşamışdır. Övladı Elşən öləndən sonra ona məxsus mənzilə dair reyestrdən çıxarış yoxa çıxmışdır. Hazırda isə ona (Valeh Şamxalova) aydın olur ki, həmin çıxarışı İddiaçı qəsdən evdən götürmüş, özündə saxlamışdır. Çıxarış ortadan yoxa çıxdığına görə, o, çıxarışın itirilməsi barədə “Respublika” qəzetində xx.xx.2012-ci il tarixli nəşrində elan yerləşdirilmişdir. İddiaçı, mənzil almaq məqsədilə Cavabdeh MTK-ya qüvvədə olmayan çıxarış təqdim edərək, yalan məlumat verməsi MTK-ya bəlli olduqdan sonra, MTK, İddiaçı ilə bağladığı 16/06-20/002 saylı, xx.xx.2020-ci il tarixli müqaviləni birtərəfli qaydada ləğv etmiş və bu barədə məlumatı rəsmi qaydada poçt vasitəsilə İddiaçı göndərmişdir. Bundan sonra Cavabdeh MTK, söküntü ərazisinə düşən və Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi, 20 №-li evin 6 №-li mənzilin əsl mülkiyyətçisi olan Valeh Şamxalov ilə bağalanacaq müqavilənin şərtləri razılaşdırılımış, sonuncu İddiaçı ilə MTK arasında bağlanmış müqavilənin predmeti olan mənzili istəməmiş, ona bir mərtəbə yuxarıdan mənzil verməyi təklif etmiş, MTK da bu təkliflə razılaşmışdır. Beləliklə də tərəflər arasında 18 avqust 2020-ci il tarixdə 18/1808/20 saylı müqavilə bağlanmışdır. Sözügedən müqavilənin 1.2-ci maddəsinə görə, tərəflər razılığa gəlmişlər ki, Valeh Şamxalova məxsus 6 №-li mənzilin sökülməsindən sonra yeni mənzil inşa edilib tam təmirli vəziyyətdə Valeh Şamxalova təhvil verilənədək, sonuncuya Cavabdeh MTK tərəfindən hər ay kirayə haqqı olaraq 500 manat ödəniləcəkdir. Müqavilənin 1.3-cü maddəsinə görə, Valeh Şamxalovun mülkiyyətində olan 6 №-li mənzilin sökülməsi müqabilində Cavabdeh MTK ünvan 2 ünvanında inşa edəcəyi 12 mərtəbəli yaşayış komleksində “A” bloku, 4-cü mərtəbə, 98.4 kv.m ibarət 2 otaqlı 15 saylı mənzili tam təmirli vəziyyətdə mülkiyyətçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Keçən müddət ərzində də Valeh Şamxalov və Cavabdeh MTK, onlar arasında bağlanmış 18/1808/20 saylı, 18 avqust 2020-ci il tarixli müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmişlər. Valeh Şamxalov mülkiyyətində olan 6 №-li mənzili boşaltmış və sökülməsi üçün Cavabdeh MTK-ya təhvil vermişdir. Cavabdeh MTK isə bank hesabı vasitəsi ilə hər ay Valeh Şamxalova 500 manat kirayə haqqını ödəmiş, habelə ünvan 2 ünvanında inşa edəcəyi 12 mərtəbəli yaşayış komleksində “A” bloku, 4-cü mərtəbə, 98.4 kv.m ibarət 2 otaqlı 15 saylı mənzili tam təmirli vəziyyətdə Valeh Şamxalova təhvil vermişdir. İddiaçı, özünü mənzil mülkiyyətçisi kimi təqdim edərək, yeni mənzilin verilməsi barədə Cavabdeh MTK ilə bağlanmasına nail olduğu xx.xx.2020-ci il tarixli müqavilə MTK tərəfindən birtərəfli qaydada ləğv edilmiş və MTK müqavilənin ləğv edilməsi barədə iradə ifadəsini İddiaçı yazılı qaydada bildirmişdir. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı, sökülməyə məruz qalacaq 6 №-li mənzil ona məxsus olmadığı halda, özünü həmin əmlakın mülkiyyətçisi kimi təqdim edərək, heç bir əvəz ödəmədən yeni mənzilin əldə olunması barədə Cavabdeh MTK ilə 16 iyun 2024-cü il tarixdə müqavilə bağlamış, bu barədə MTK məlumat aldıqdan sonra müqavilənin birtərəfli qaydada ləğv etməsi barədə iradə ifadəsini yazılı və şifahi qaydada İddiaçı bildirməklə, müqaviləni ləğv etmişdir. Bundan sonra İddiaçı tərəfindən Cavabdeh MTK-ya qarşı hər hansı tələb irəli sürülməmişdir. Beləliklə də xx.xx.2020-ci il tarixli müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə iradə ifadəsini Cavabdeh MTK İddiaçı bildirdikdən sonra, MTK-nın İddiaçı qarşısında hər hansı öhdəliyi mövcud olmamışdır. İddiaçı iddia ərizəsində güya ona 2023-cü ilin may ayınadək MTK tərəfindən kirayə haqqı olaraq 600 manatın ödənilməsi barədə dəlili həqiqətə uyğun deyil. Cavabdeh MTK iddiaçıya hər hansı məbləğdə pul ödəməmişdir. Çünki, onlar arasında bağlanmış müqaviləni MTK birtərəfli qaydada ləğv etmiş, bu barədə İddiaçı məlumatlı olmuşdur. Həmin vaxtdan sonra isə İddiaçı ilə Cavabdeh MTK arasında hər hansı münasibətlər yaranmamış, görüşlər və sair hallar baş verməmiş, İddiaçı MTK-ya qarşı hər hansı irad, tələb, pretenziya irəli sürməmişdir. Bütün bunlar onu təsdiq edir ki, İddiaçı Cavabdeh MTK-nın hesabına buna hüququ olmadığı halda, əmlak əldə etmək, əsassız varlanmaq istəyir. Bunu isə məhkəmə yolu ilə həyata keçirmək niyyətindədir. Göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh MTK və İddiaçı arasında hər hansı müqavilə münasibətləri mövcud olmadığına görə, sonuncu müqaviləyə əsaslanaraq MTKdan mənzil və (və ya) pul tələb edə bilməz. Rəsmiyə Nurməmmədovanın Cavabdeh MTK-ya qarşı irəli sürdüyü tələblər əsassızdır. Hazırda İddiaçı Nəsimi Rayon Məhkəməsində Cavabdeh MTK-ya qarşı iddia irəli sürərək, qarşılıqlı öhdəliklər nəzərdə tutan və öz üzərinə düşən öhdəlikləri icra etmədiyi halda, MTK-dan mənzilin ona təhvil verilməsini tələb edir. Bu səbəbdən Cavabdeh MTK hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və sair tələbi barədə” iddiasının təmin edilməməsi və Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 16 iyun 2020ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini, Cavabdeh MTKnın iddiasının isə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vinin nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini qəbul etməyərək məhkəmədən İddiaçı iddiasının rədd, Cavabdeh MTK-nın iddiasının isə təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək bildirmişdir ki, 2020-ci ilin iyun ayında müvəkkilinə MKİS-dən xəbər göndərdilər ki, evi sökürlər. 2011-də ev Elşən Şamxalova məxsus olmuşdur. Valeh Şamxalov MTK-ya müraciət edib soruşub ki, necə olub ki, onun mülkiyyətində olan mənzili 600 manat verməklə istifadə hüququ olan şəxsdən əldə etmişdir? Oradan da açıq-aydın deyilmişdir ki, “sənə nə? Mən çoxmərtəbəli bina tikirəm, ona da mənzil verirəm, sənə də”. Mənzil Valeh Şamxalovdadır, o, problem yaratmır. Bu məzmunda çıxış etməyinin səbəbi odur ki, gələcəkdə mənzilə dair müvəkkilinə qarşı olan iddiaların qarşısını alsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, İddiaçı qonşusudur. 30 ildir ki, həmin həyətdə yaşayır. Şamxalov Elşənin nənəsinin həmin həyətdə evi olub. Elşənin anası boşanıb. Elşənin atasını görməmişdir. Elşən də vəfat edib. Bütün xərcləri Rəsmiyyə xanım qarşılayıb. 3-4 ildir, bina tikilib. Mənzili Cavabdeh MTK-ya sökülməmişdən öncə N.Rəsmiyyə təhvil verib. Rəsmiyyənin evi 2 mərtəbəlidir. O evdə Rəsmiyyə, övladı və yoldaşı yaşayırdı. Şamxalov Valehi tanımamışdır. Rəsmiyyə köçəndən sonra evi gəlib ölçüblər. Rəsmiyyənin evə çıxarışı yox idi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" Mənzi̇ l-Ti̇ ki̇ nti Kooperati̇ vi ilə İddiaçi arasinda bağlanmiş xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən: 1.1 "Tərəf 1" Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çox mərtəbəü yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin həyata keçirilməsi və "Tərəf 2" isə mülkiyyətində olan mənzilin boşaltdınlaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının əvəzləşməsi barədə razılığa gəldilər. 1.2 "Tərəf 1" Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli sərəncamına əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək və tam təmir edilib, təhvil verilənədək "Tərəf 2"yə kirayə edilmiş mənzüdə yerləşdirilməsi üçün aylıq 600 (altı yüz) manat kompensasiya (kirayə haqqım) ödəyir (təqdim edilmiş bank kartı əsasında). 1.3. 'Tərəf 1" Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü ü tarixli sərəncamına və "Tərəf 2"-nin razılığına əsasən ********** qeydiyyat nömrəli, Seriya MA ******* saylı, xx.xx.2011-ci ü tarixli Çıxarışa əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi ünvanında yerləşən 20 nömrəli, 63.4 kv.m ümumi, 37.5 kv.m yaşayış, 25.9 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı 6 nömrəli mənzilin sökülərək, əvəzinə mənzilin ümumi sahəsinə əlavə olaraq 38.5 kv.m yaşayış sahəsi əlavə gəlməklə, binanın bünövrəsinin qazıntısına başladıqdan sonra 18 (on səkkiz) ay tikinti-inşaat işlərinin bitməsi, 6 (altı) ay təmir işlərinin bitməsi olmaqla ümumilikdə 24 (iyirmi dörd) təqvim ayı ərzində ünvan 4 ünvanında inşa ediləcək 12 (on iki) mərtəbəli yaşayış kompleksində "B" bloku, 3-cü mərtəbə, 100 kv.m ibarət, 2 otaqlı 7/8 saylı mənzili tam təmir edib təhvü verməyi öz üzərinə götürür. 1.4 "Tərəf 2" nin əldə etdiyi yaşayış sahəsinin yerləşdiyi binanın idarə olunması, nəzarətdə saxlanılması və ona texniki xidmətlərin göstərilməsi "Tərəf 1" tərəfindən və ya "Tərəf l"in təyin etdiyi digər şirkətlər tərəfindən həyata keçirilir, mənzü təhvil verildikdən sonra xidmət müqaviləsi imzalanır və kommunal haqqı ödənilir. 2.1. Həmin müqavilənin 2.1-ci bədinə əsasən Müqavilə də qeyd edilən mənzilin sökülərək, əvəzinə yeni inşa ediləcək yaşayış binasında, təmirli mənzilin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 86 saylı Qərarı və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli sərəncamı ilə tənzimləndiyindən dəyişdirilmiş mənzillərin dəyəri bir birinə bərabər tutulur. X14 ilə «Yeni Dünya” MTK arasinda xx.xx.2020-ci il tarixli 18/1808/20 sayli müqavilənin surətinə əsasən: 1.1 "Tərəf 1" Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çox mərtəbəü yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin həyata keçirilməsi və "Tərəf 2" isə mülkiyyətində olan mənzilin boşaltdırılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının əvəzləşməsi barədə razılığa gəldilər. 1.2 "Tərəf 1" Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli sərəncamına əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək və tam təmir edilib, təhvil verilənədək "Tərəf 2"yə kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün aylıq 500 (beş yüz) manat kompensasiya (kirayə haqqım) ödəyir (təqdim edilmiş bank kartı əsasında) və kompensasiyanı (kirayə haqqını ödəyir). 1.3. “Tərəf 1" Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü ü tarixli sərəncamına və "Tərəf 2"-nin razılığına əsasən ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü ü tarixli Çıxarışa əsasən onun mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, 57,1 kv.m ümumi, sahəsindən ibarət 6 nömrəli mənzilin sökülərək, əvəzinə binanın bünövrəsinin qazıntısına başladıqdan sonra 18 ay (on səkkiz) ay tikinti-inşaat işlərinin bitməsi, 6 (altı) ay təmir işlərinin bitməsi olmaqla ümumilikdə 24 (iyirmi dörd) təqvim ayı ərzində ünvan 4 ünvanında inşa ediləcək 12 (on iki) mərtəbəli yaşayış kompleksində "A" bloku, 4-cü mərtəbə, 98.4 kv.m ibarət, 2 otaqlı 15 saylı mənzili tam təmir edib təhvil verməyi öz üzərinə götürür. 1.4 "Tərəf 2" nin əldə etdiyi yaşayış sahəsinin yerləşdiyi binanın idarə olunması, nəzarətdə saxlanılması və ona texniki xidmətlərin göstərilməsi "Tərəf 1" tərəfindən və ya "Tərəf l"in təyin etdiyi digər şirkətlər tərəfindən həyata keçirilir, mənzü təhvil verildikdən sonra xidmət müqaviləsi imzalanır və kommunal haqqı ödənilir. 2.2. Həmin müqavilənin 2.1-ci bədinə əsasən Müqavilə də qeyd edilən mənzilin sökülərək, əvəzinə yeni inşa ediləcək yaşayış binasında, təmirli mənzilin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 86 saylı Qərarı və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli sərəncamı ilə tənzimləndiyindən dəyişdirilmiş mənzillərin dəyəri bir birinə bərabər tutulur. İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişə əsasən xx.xx.2020-ci il tarixli müqavilənin MTK tərəfindən birtərəfli qaydada ləğv edilməsi barədə məlumat verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-559/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin surətinə əsasən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Əfəndiyev (Plotnikov) küçəsi 20 saylı evin, 6 saylı mənzilinə istifadə hüququ tanınmışdır. Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 2V-115 saylı reyestrlə təsdiq edilmiş vərəsəlik işində olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsindəki 20 saylı evin 06 saylı mənzilinin mülkiyyətçisi X15 olmuşdur. - Ölüm haqqında AZ-1 seriyalı 577811 nömrəli şəhadətnamədən görünür ki, X15 xx.xx.2012-ci il tarixdə ölmüşdür. - Nəsimi Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2012-ci il tarixli arayışından görünür ki, X15 xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X14, anası X4r. - Nəsimi Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2012-ci il tarixli arayışından görünür ki, X9 xx.xx.2011-ci il tarixdə ölmüşdür. - X14 tərəfindən Notariat Kontoruna ünvanlanmış xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, oğlu X15 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Miras əmlak Bakı şəhəri, Nəsimi rayonu, Əfəndiyev (Plotnikov) küçəsi 20 saylı evin, 6 saylı mənzilindən ibarətdir. O, göstərilən əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, ondan başqa vərəsələr yoxdur. - Bakı şəhəri 13 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2014-cü il tarixli şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən X6 vərəsəsi X14 müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsindəki 20 saylı evin 06 saylı mənzilinin mülkiyyətçisi X10r. Boşanma haqqında 299800 nömrəli xx.xx.1978-ci il tarixli şəhadətnamənin surətinə əsasən X14 ilə X9 arasındakı nikah xx.xx.1915-ci il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli 3-21-3-02/2-370/2025 saylı məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Plotnikov küçəsi 20 saylı evin, 6 saylı mənzili ilkin olaraq X3 adına qeydiyyatdan keçmişdir. Daha sonra xx.xx.2011-ci il tarixli, 2V-215 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən mənzil X6 adına qeydiyyatdan keçmişdir. xx.xx.2013-cü il tarixli, 2V/115 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qeyd edilən mənzil X7 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda təsdiq olunmuş xx.xx.2011-ci il tarixli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Plotnikov küçəsi 20 saylı evin, 6 saylı mənzilin mülkiyyətçisi X3 vərəsəsi X11r. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 845 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Plotnikov küçəsi 20 saylı evin, 6 saylı mənzilinin X1 müqaviləsi bağlanması və şəxsi hesab açılması barədə sərəncam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 487 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Plotnikov küçəsi 20 saylı evin, 6 saylı mənzili X1 verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli 3-16-5xx-xx-13409/2024 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən valideynləri X14 ilə X16 olan xx.xx.1970-ci il təvəllüdlü Elşən Şamxalovun (xx.xx.2012-ci ildə vəfat etmişdir) doğumu Nəsimi rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. X2 (Şamxalova) Marina Vladimirovna ilə xx.xx.1999-cu ildə Səadət Sarayında (Bakı Nikah Evi) nikaha daxil olmuş və bu nikahın pozulması xx.xx.2000-ci ildə Nəsimi rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbləri rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı X15 ilə faktiki nikah münasibətlərində olmuş, sonuncu xx.xx.2012-ci il tarixdə ölmüşdür. Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsindəki 20 saylı evin 6 nömrəli mənzilinin mülkiyyətçisi X15 olmuşdur. Onun ölümündən sonra atası X14 notariat kontoruna xx.xx.2012-ci il tarixdə ərizə ilə müraciət edərək, oğlundan miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Əfəndiyev (Plotnikov) küçəsi 20 saylı evin, 6 saylı mənzilinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, Bakı şəhəri 13 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X6 vərəsəsi X14 müəyyən edilmişdir. Adıçəkilən şəhadətnamə əsasında qeyd edilən mənzil X7 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Odur ki, işə mahiyyəti üzrə baxan məhkəmə əvvəlcə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinə dair iddianın qanuni əsaslarını yoxlamalıdır. Məlum olduğu kimi, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (məsələn, əmlak verməli, iş görməli və s.), müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi əsaslarından biri də müqavilədir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında müqavilədən irəli gələn mülki hüquq münasibətləri vardır. İddiaçı, Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və pul tələbinin əsası kimi aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə istinad edərək, həmin əqddən irəli gələn, lakin icra edilməmiş öhdəliyin yerinə yetirilməsini, yəni mənzilin təhvil verilməsini və ödənilməyən kirayə haqlarının ödənilməsini tələb edir. Belə ki, İddiaçı ilə Cavabdeh ilə arasında bağlamış xx.xx.2020-ci il tarixli 16/06-20/002 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli sərəncamına və İddiaçı razılığına əsasən ********** qeydiyyat nömrəli, Seriya MA ******* saylı, xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi ünvanında yerləşən 20 nömrəli, 63.4 kv.m ümumi, 37.5 kv.m yaşayış, 25.9 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı 6 nömrəli mənzilin sökülərək, əvəzinə mənzilin ümumi sahəsinə əlavə olaraq 38.5 kv.m yaşayış sahəsi əlavə gəlməklə, 24 (iyirmi dörd) təqvim ayı ərzində ünvan 2 ünvanında inşa ediləcək 12 (on iki) mərtəbəli yaşayış kompleksində "B" bloku, 3-cü mərtəbə, 100 kv.m ibarət, 2 otaqlı 7/8 saylı mənzili tam təmir edib təhvil verməyi, təhvil verilənədək İddiaçı kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün aylıq 600 (altı yüz) manat kompensasiya (kirayə haqqını) ödəməyi öz üzərinə götürmüşdür. Hazırda İddiaçı müqavilədə ona verilməsi nəzərdə tutulan mənzilin boşaldılaraq, təmirli şəkildə mülkiyyətinə verilməsi, 14 aylıq (2023-cü ilin may ayından hesablanmaqla) ümumilikdə 8400 manat məbləğində kirayə haqqının cavabdehdən tutularaq ona verilməsini xahiş edir və iddiasını onunla əsaslandırır ki, MTK 24 ay müddətində mənzili təmirli şəkildə iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürsə də öhdəliyinə əməl etməmiş, habelə müqavilədə cavabdehin iddiaçıya mənzil təhvil verilənədək ödəməli olduğu aylıq 600 azn məbləğində kirayə haqqını 2023-cü ilin may ayından sonra ödəməmişdir. Cavabdeh MTK nümayəndəsi isə İddiaçı, sökülməyə məruz qalacaq 6 №-li mənzil ona məxsus olmadığı halda, özünü həmin əmlakın mülkiyyətçisi kimi təqdim edərək, heç bir əvəz ödəmədən yeni mənzilin əldə olunması barədə Cavabdeh MTK ilə 16 iyun 2024-cü il tarixdə müqavilə bağladığını, bu barədə MTK məlumat aldıqdan sonra müqavilənin birtərəfli qaydada ləğv etməsi barədə iradə ifadəsini yazılı və şifahi qaydada İddiaçı bildirməklə, müqaviləni ləğv etdiyini, bundan sonra MTK-nın İddiaçı qarşısında hər hansı öhdəliyinin olmadığını, İddiaçı Cavabdeh MTK-nın hesabına buna hüququ olmadığı halda, əmlak əldə etmək, əsassız varlanmaq istədiyini bildirib, iddianın rədd olunmasını və müqavilənin ləğv edilməsini xahiş edir. Məhkəmə ilk olaraq Nurməmmədova Rəsmı̇ yyə Hacı qızının iddiasına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Eyni yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 №-li, 14 iyun 2022-ci il tarixli qərardadında əks olunmuşdur (26- 27-ci bəndlər). Məhkəmə qeyd edir ki, Cavabdeh MTK iddia ərizəsində müqavilənin faktiki olaraq etibarsız hesab edilməsinin qanunda nəzərdə tutulmuş hüquqi əsaslarını qeyd etməklə onun ləğv olunmasını xahiş etsə də, iddia ərizəsinin məzmunu (iddianın əsası) və MTK-nın nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahat onun iradə ifadəsinin müqavilənin etibarsızlığına yönəldiyini göstərir. Odur ki, həm Nurməmmədova Rəsmı̇ yyə Hacı qızının iddiasına münasibətdə əqddən irəli gələn tələb kimi, həm də Cavabdeh MTK-nın iddasının əsası kimi mübahisə predmeti olan müqavilənin etibarlılığına qiymət verilməsini məhkəmə məqsədəmüvafiq hesab edir. İşin araşdırılmış hallarından görünür ki, Nurməmmədova Rəsmı̇ yyə Hacı qızı X15 ilə rəsmi nikahda olmadığı halda, özünü onun arvadı kimi təqdim edərək 16 iyun 2020-ci il tarixdə, qüvvədə olmayan çıxarışı təqdim etməklə, sağlığında X6 mülkiyyətində olmuş əmlakın MTK-ya təhvil verilməsi və əvəzində inşa ediləcək binada yeni mənzilin əldə olunmasına dair müqavilə bağlamışdır. Halbuki müqavilə bağlanan vaxt təhvil verilməsi nəzərdə tutulan əmlak - Bakı şəhəri, Nəsimi rayonu, Əfəndiyev (Plotnikov) küçəsi, ev 20, mənzil 6 vərəsəlik qaydasında X6 yeganə vərəsəsi - atası X7 mülkiyyətində olmuşdur (mənzil xx.xx.2013-cü il tarixdən sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır). Məhkəmə qeyd edir ki, Cavabdeh MTK-nın etirazının “İddiaçı, mənzil almaq məqsədilə MTK-ya qüvvədə olmayan çıxarış təqdim edərək, yalan məlumat verməsi” barədə dəlili əqdin aldatma yolu ilə bağlanılması barədə nəticəyə gəlmək üçün yetərli deyildir. Belə ki, aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur ki, baxılan işdə İddiaçı uzun müddət Elşən Şamxalovla faktiki nikah münasibətlərində olması nəticəsində özünü sonuncunun arvadı hesab etməsi, habelə bu hala əsaslanmaqla onun əri hesab etdiyi şəxsin evinə istifadə hüququnun tanınmasını həyata keçirməsi, o cümlədən Valeh Şamxalovun vərəsəliklə bağlı sənədləşdirmə işlərinin aparılmasından məlumatının olmamasının ağlabatanlılığı nəzərə alındıqda, aldatma halına istinad etməklə müqavilənin birmənalı etibarsızlığı nəticəsinə gəlmək mümkün deyildir. Belə ki, aldatma müqavilə tərəfinin ortaya qoyduğu iradəsinin qarşı tərəfin onu qəsdən yanıltması nəticəsində zədələnməsidir. Belə bir iradə ümumiyyətlə mövcud deyilsə, onun (aldatma ilə) zədələnməsindən də söhbət gedə bilməz. Odur ki, hazırkı halda İddiaçı tərəfindən aldadılmaya yol verilməsi təkzibolunmaz sübutlarla öz təsdiqini tapmamışdır. Bununla belə məhkəmə qeyd edir ki, hazırkı müqavilənin səlahiyyəti olmayan şəxs (İddiaçı) tərəfindən bağlanmasının müəyyən edilməsi bu halın onun etibarsızlığı əsası kimi nəzərdən keçirilməsini labüd edir. Belə ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün tələb olunan etibarlılıq şərtlərindən biri də onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakının tələb olunmasıdır. İşdən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-559/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Əfəndiyev (Plotnikov) küçəsi 20 saylı evin, 6 saylı mənzilinə istifadə hüququ tanınmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 158.1-ci maddəsinin tələbi baxımından mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.3cü maddəsinə görə isə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə qeyd edir ki, İddiaçı mənzil barəsində tanınan istifadə hüququ əmlak hüququ hesab edilsə də, ona həmin mənzil üzərində mülkiyyətçi statusunu vermir. Hazırkı işin hallarından isə mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçı Nurməmmədova Rəsmı̇ yyə Hacı qızının əmlak üzərində mülkiyyət hüququ yaranmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Hazırkı halda İddiaçı başqasının – üçüncü şəxs Valeh Şamxalovun mülkiyyətində olan əmlak üzərində buna səlahiyyəti olmadan sərəncam vermiş, səlahiyyətli şəxs tərəfindən həmin əqdin bəyənilməsi halı isə müəyyən edilməmişdir. Göründüyü kimi Nurməmmədova Rəsmı̇ yyə Hacı qızı səlahiyyəti olmayan şəxs kimi əqdin bağlanmasını həyata keçirmişdir ki, bu da həmin əqdin etibarsız əqd kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə etibarsız olduğundan, yəni, hər hansı hüquqi nəticələr yaratmadığından həmin əqddən irəli gələn tələbin təmin edilməsi istisna edilir. Çünki etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Belə ki, əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Nurməmmədova Rəsmı̇ yyə Hacı qızının cavabdeh "xxxx" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nə qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iddiası təmin edilməməlidir. Cavabdeh MTK-nın iddiasına münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı iddiası çərçivəsində tərəflər arasındakı xx.xx.2022-ci il tarixli müqavilənin səlahiyyətsiz şəxs tərəfindən bağlanılması məhkəmə tərəfindən müəyyən edildiyindən, etibarsız sayılan müqavilənin ləğv edilməsi tələbinin təmin edilməsi zərurəti də aradan qalxmış olur. Bununla belə məhkəmə iddianın mahiyyəti üzrə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllədə nəzərdə tutulmuşdur ki, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Qeyd edilməlidir ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı müqavilə etibarsız hesab edilməsəydi belə, iddiaçı Cavabdeh MTK-nın iddia ərizəsində göstərdiyi hallar mübahisə predmeti olan müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün əsas kimi çıxış edə bilməzdi. Belə ki, hazırkı işdən qanunvericiliyin yuxarıda göstərilən maddələrində nəzərdə tutulan halların baş verməsini müəyyən etmək mümkün olmamışdır. Çünki tərəflərin müqavilənin ləğvi ilə bağlı razılaşması olmamış, müqavilənin əhəmiyyətli dərəcədə pozulması, o cümlədən müqavilə bağlanarkən tərəflərin əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları müəyyən edilməmişdir. Məhkəmə Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbi baxımından qeyd edir ki, müqavilə etibarsız hesab edildiyindən, belə bir tələb olub-olmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi izahatında İddiaçı müqavilə üzrə hər hansı kirayə haqqının ödənilmədiyini bildirmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə etibarsız hesab edilən xx.xx.2020-ci il tarixli müqavilə üzrə kooperativə münasibətdə restitusiya tətbiq olunmasına zərurət yoxdur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə etibarsız hesab edilməklə, hər iki iddia tələbi rədd edilməlidir. Məhkəmə Cavabdeh MTK-nın nümayəndəsinin Nurməmmədova Rəsmı̇ yyə Hacı qızı və X7 əməllərində AR Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət baş vermə faktının aşkar olunması barədə xüsusi qərardad qəbul edilməsi ilə bağlı vəsatətinə münasibətdə qeyd edir ki, həmin şəxslərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırkı mülki iş üzrə xüsusi qərardad qəbul edilməsinə zərurət yoxdur. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbləri təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu hər bir iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Nurməmmədova Rəsmı̇ yyə Hacı qızı ilə "xxxx" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ arasında bağlanmış xx.xx.2020-ci il tarixli 16/06-20/002 nömrəli müqavilə etibarsız hesab edilsin. İddiaçı Nurməmmədova Rəsmı̇ yyə Hacı qızının cavabdeh "xxxx" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nə (X14 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu Nurməmmədova Rəsmı̇ yyə Hacı qızına aid edilsin. İddiaçı "xxxx" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nin cavabdeh Nurməmmədova Rəsmı̇ yyə Hacı qızına qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu "xxxx" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-356/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-356/2025
12.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver