Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3571/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı MMMC-nin Cavabdeh qarşı xidmətlərə görə haqqın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMMC Cavabdeh qarşı xidmətlərə görə haqın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMMC-nin xeyrinə 628 manat məbləğində pulu və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 658 pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMMC Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və Mülki Məcəlləsinin müvafiq müddəalarının tələblərinə uyğun təsis olunmuş və qeyri-kommersiya təşkilatı olmaqla, Mənzil Məcəlləsinin tələblərinə əsasən ünvan 1 ünvanda yerləşən çoxmənzilli binanın idarə edilməsi fəaliyyətini həyata keçirir. İddiaçı MMMC-nin üzvlərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qəraı ilə çoxmənzilli binanın idarə edilməsi ilə əlaqədar kommunal xidmətlərin məbləğləri müəyyənləşdirilmişdir. İddiaçı MMMC-yə 918 manat məbləğində borcu yaranmış Cavabdeh İddiaçı MMMC 13 may 2024-cü il tarixdə 8/24 saylı xəbərdarlıq göndərilərək kommunal xərclərə görə borcun qısa zamanda ödənilməsinin təmin olunması xahiş edilsə də, hazırki vaxtadək Cavabdeh tərəfindən ödənilməli olan kommunal xərclər ödənilməmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə Cavabdeh iddia tələbini etiraf edərək onun təmin olunmasına etiraz etmədi. Həmçinin izahatında bildirdi ki, o, 13 ildir ünvan 1 ünvanda yerləşən çoxmənzilli binada yaşayır. Himayəsində 1 övladı vardır və ona yalnız o, baxır. İşsiz olduğu tələb olunan məbləği hazırda ödəməyə maddi imkanı yoxdur. Həmin məbləği yalnız hissə-hissə hər ay 50-60 manat ödəyə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMMC-nin təsis ümumi yığıncağının protokolundan görünür ki, ünvan 1də yerləşən mənzil mülkiyyətçilərindən təklif olunmuşdur ki, xidmət haqqı hər kv.m 30 qəpik müəyyən edilməsi nəzərdə tutulmuşdur (kommunal xidmətlərə daxildir: 24 saat evlərə suyun verilməsi və su çənlərinin təmizlənməsi, su nasosların aylıq servis xidməti, 16 ədəd liftin servisi, zibil tullantılarının daşınması, həyətin və mərtəbələrin işıqlandırılması, həyətin və mərtəbələrin süpürüb, yuyulması və yığışdırılması, liftlərin və su nasosların aylıq işıq pulunun Azərişığa ödənilməsi, MMMC-nin işçilərinə aylı əmək haqqının verilməsi). İş materiallarında olan İddiaçı MMMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş maliyyə arayışından görünür ki, ünvan 1 bina 4, blok 3, mənzil 134 ünvanda yaşayan Cavabdeh xx.xx.2024-cü il tarixinə kommunal xərclərə görə borcu 628 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh tərəfindən kommunal xidmətlərə görə 628 manat borcu mövcuddur. Məhkəmə iclasında cavabdeh iddianı etiraf etməklə, onun təmin olunmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi 135.2.1.yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh İddiaçı MMMC-nin xidmətlərindən istifadə etdiyindən, kommunal, məişət və göstərilən digər xidmətlərə görə haqqı ödməlidir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsini lazımınca yerinə yetirmədiydən, bununla da onun kommunal, məişət və göstərilən digər xidmətlərə görə borcu yarandığından, iddiaçı kommunal, məişət və göstərilən digər xidmətlərə görə haqqı tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüquqlarından istifadə etmiş, lakin kommunal, məişət və göstərilən digər xidmət xərclərini ödəməli olmalarına dair vəzifələrini isə lazımınca icra etməyərək, öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, kommunal, məişət və göstərilən digər xidmət xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ödənilməmiş kommunal xidmətlərə görə 628 manat və ödənilmiş dövlət rüsumu olaraq 30 manat alınaraq İddiaçı MMMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-3571/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3571/2024
19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver