Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3600/2023 23.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «əqdin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əqdin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Mkrtiçyan Aleksandr Aşotoviçlə Bakı şəhəri, 27 aprel 1989-cu il tarixdə 22 saylı Bakı şəhəri Dövlət Notariat kontorunda reyestrdə D-4832 sayı ilə qeydə alınaraq bir il müddətinə on min rubl (Doqovor zayma) müqaviləsi bağlayaraq həmin müqaviləni təsdiq etdirmişdir. Belə ki, müqavilə o dövr üçün verilən borcun cavabdeh tərəfindən geri qaytarılmasını həyata keçirmək qeyri mümkün olduğundan, Cavabdeh borcu ödəmədiyi təqdirdə, öhdəliyi yaşadığı və istifadəsində olduğu Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5 "d"-də yerləşən daşınmaz əmlaka yönəldilməsini şifahi razılaşmışdırlar. Habelə mövcud zaman ərzində hamıya bəlli olan müharibə olduğunu və daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmadığını nəzərə almaqla “10 min rubl borc" müqaviləsini yuxarıda qeyd olunan daşınmaz əmlakın alqı-satqısına görə bağlamışdırlar. Müqavilənin şərtlərində təsbit olunduğu kimi öhdəlik Bakı şəhərində həyata keçirməli və İddiaçı müqaviləni tutulma üçün təqdim etmək hüququna malikdir müddəaları cavabdehdən təhviltəslim aldığları Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5 "d"-də yerləşən daşınmaz əmlakın alqı-satqı müqaviləsi üçün nəzərdə tutulmuşdur, lakin daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmadığından həyat keçirə bilməmişdirlər. Həmin vaxtdan ailə üzvləri ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Göstərilənlərə əsasən Cavabdehlə iddiaçının Bakı şəhəri 27 aprel 1989-cu ildə bağlanmış Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5 "d"-də yerləşən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə göndərilmiş bildirişlər cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə mülki işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 27 aprel 1989-cu il tarixli borc müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı və ünvan 2da yaşayan Cavabdeh, aşağıdakılar barədə bu müqaviləni bağlamışlar. Vətəndaş Cavabdeh vətəndaş İddiaçı borc olaraq bir il müddətinə on min rubl məbləğində pul borc götürmüş, vətəndaş Cavabdeh qeyd edilmiş müddətdən əvvəl ödənişi həyata keçirmək, vətəndaş İddiaçı isə ödənişi qəbul etmək hüququna malikdir. Ödəniş Bakı şəhərində həyata keçirilməlidir. Əgər vətəndaş Cavabdeh qeyd edilmiş müddətədək borcunu ödəməsə vətəndaş İddiaçı müqaviləni tutulma üçün təqdim etmək hüququna malikdir. Müqavilənin rəsmiləşdirilməsi və təsdiqi ilə əlaqədar olan bütün xərcləri vətəndaş İddiaçı ödəmişdir. Müqavilə iki nüsxədən ibarət tərtib və təsdiq edilmişdir, onlardan biri 22 saylı Bakı şəhəri dövlət notariat kontorunun işlərində saxlanır, digəri isə İddiaçı verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətti Nəsimi rayonu Mənzil- Kommunal Təssərüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışlarından görünür ki, İddiaçı 27 sentyabr 1989-cu il tarixindən müqaviləyə əsasən ünvan 3 ünvanında qeydiyyatsız yaşayıb, 30 dekabr 2012-ci il tarixindən isə həmin ünvanda ailəsi ilə birlikdə qeydiyyatdadır. İş materiallarında olan 02 avqust 2023-cü il tarixli “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” əhali qrupuna dahil olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, "xxxx" ASC-nin Nəsimi Rayon Sukanal İdarəsi və İddiaçı Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqında” Qanununa və “Sudan istifadə Qaydaları”na uyğun olaraq bu müqaviləni bağlamışlar. İş materiallarında olan 02 avqust 2023-cü il tarixli, AKX-05584xx/xx-2023 saylı “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, “Azəriqaz” İB və İddiaçı Azərbaycan Respublikası mülkü qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il “12” may tarixli “80” nömrəli qərarı ilə təstiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olaraq bu müqaviləni bağlamışlar. İş materiallarında olan 25 avqust 2023-cü il tarixli, 1246/08 saylı İstehlakçının qaz təsərrufatının inventar aktından görünür ki, **********00040 nömrəli istehlakçının hesap kodu İddiaçı məxsusdur. İş materiallarında olan Azərişıq ASC tərəfindən təqdim edilmiş “Abunə haqqında” çıxarışdan görünür ki, **********D0004 nömrəli abunə İddiaçı məxsusdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 27 aprel 1989-cu il tarixdə Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5 "d"-də yerləşən daşınmaz əmlakını Cavabdeh 10.000 rubl ödəməklə satın almış, cavabdeh yaşayış sahəsini iddiaçıya təhvil vermişdir. Mübahisəli yaşayış sahəsi həmin vaxtdan hal-hazırdadək iddiaçının istifadəsindədir. Cavabdeh vəd etsə də, sonradan əqdi notariat təsdiq etməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri həmin dövrdə yarandığından hazırki işə xx.xx.2000-ci il tarixə qədər qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 230-cü maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən tərəflərdən biri notariat qaydasında təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. «R.Cavadov və digərlərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 may 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarından görünür ki, əqdi (yaşayış evinin alğı-satqısı haqqında müqaviləni) tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. «Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarından görünür ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmaldıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalıdır və onun yazılı formada tərtib edilməsinə dair tələb əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 27 aprel 1989-cu il tarixdə iddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5 "d"-də yerləşən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı, cavabdehin sonradan həmin əqdi notariatda təsdiq etməkdən boyun qaçırmasını tam təsdiq olunduğundan və iddiaçının əqdi tamamilə icra etmiş tərəf olaraq həmin əqdin bağlanmış hesab edilməsini tələb etmək hüququ olduğundan, həmin müqavilə bağlanmış hesab edilməli, iddiaçının dəyərini ödəməklə satın aldığı cavabdehə məxsus Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5 "d"-də yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiyindən, həmin hissəyə onun mülkiyyət hüququ tanınmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5 "d"-də yerləşən daşınmaz əmlakın alqı-satqısı üzrə müqaviləsi bağlanmış hesab edilsin. Cavabdeh məxsus olmuş Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5 "d"-də yerləşən daşınmaz əmlakına İddiaçı mülkiyyət hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №e-2(006)-3600/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3600/2023
23.10.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver