Məhkəmə qərarları › İş №e-2(006)-3633/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3633/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3633/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı Fazı̇ l oğlunun cavabdeh Orucov Elçı̇ n Aydın oğluna qarşı kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi, predmetinin açıq hərracda satılması və boşaldılması tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Fazı̇ l oğlu cavabdeh Orucov Elçı̇ n Aydın oğluna qarşı kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi, predmetinin açıq hərracda satılması və boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə görə 200000 (iki yüz min) ABŞ dolları, yəni Azərbaycan Respublikası Mərkəzi Bankının təyin etdiyi məzənnə ilə 340.000 (üç yüz qırx min) manat məbləğində pulun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞnin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsumun, dövlət rüsumu kimi ödənilmiş 630 (altı yüz otuz) manat pulun və vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması; bütün tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən,ümumi sahəsi 141,1 kv.m olan bağ evinə və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,02083 ha olan torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış quymətinin 400000 manat müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 340981 (üç yüz qırx min doqquz yüzsəksən bir) manat pulun İddiaçı ödənilməsi; ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən,ümumi sahəsi 141,1 kv.m olan bağ evinə və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,02083 ha olan torpaq sahəsinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində özü tərk etmədikdə Cavabdeh oradan çıxarılması və əmlakların boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixədək 200000 (iki yüz min) ABŞ dolları, yəni, Azərbaycan Respublikası Mərkəzi Bankının təyin etdiyi məzənnə ilə 340.000 (üç yüz qırx min) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən,ümumi sahəsi 141,1 kv.m olan bağ evini və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,02083 ha olan torpaq sahəsi iddiaçı qarşısında girov qoyulmuş və həmin əmlakların ipoteka yüklülüyü xx.xx.2021-ci il tarixdə və ********** nömrə ilə reyestrdə qeydə alınmışdır. Lakin, Cavabdeh tərəfindən kredit müqaviləsinin şərtlərinə vaxtında və lazımi qaydada əməledilməmişdir. Belə ki, kredit müqaviləsi üzrə ödənişlər hazıra qədər qərəzli olaraq cavabdeh tərəfindən icra edilməmiş və belə vəziyyət kredit müqaviləsi üzrə borcun tam şəkildə geri tələb edilməsinə əsas vermişdir. Cavabdehin bu günə olan borcu 200000 (iki yüz min) ABŞ dolları, yəni, Azərbaycan Respublikası Mərkəzi Bankının təyin etdiyi məzənnə ilə 340.000 (üç yüz qırx min) manat təşkil edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 elekron kabinet vasitəsilə vəsatətlə məhkəməyə müraciət edərək işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar və İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi əslində investisiya müqaviləsi kimi çıxış etmişdir. Hər iki tərəfion birgə bisnesdə niyyəti mənfəət əldə etmək olmuşdur. Bu səbəbdən də qeyd edilən iş ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə vəsatəti və iş materiallarını araşdıraraq, mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Həmin qərarda göstərilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış tərəflərin vergi məlumatlarına əsasən, İddiaçı Fazı̇ l oğlu (VÖEN **********) və cavabdeh Orucov Elçı̇ n Aydın oğlu (VÖEN **********) qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanında uçota alınmış, fərdi sahibkar statusuna malik olan vergi ödəyiciləridir, mübahisənin predmeti cavabdehə (müqavilədə birbaşa göstərilməsə də, cavabdeh tərəfin bildirdiyinə əsasən) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verilmiş 200000 manat kreditin qaytarılması ilə bağlıdır. Beləliklə, tərəflərin fərdi sahibkar statusuna malik olması, habelə mübahisənin predmeti ilə bağlı tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakteri, hazırkı mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə kimi qiymətləndirilə bilməsi üçün qanunla tələb edilən şərtlərin iş üzrə yerinə yetirildiyi barədə qənaətə gəlməyə kifayət edir. Sözügedən hallar da öz növbəsində əsas verir ki, hazırkı mübahisə MPM-in tələblərinə və Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli qərarının izahlarına əsasən kommersiya mübahisəsi kimi xarakterizə edilsin. Məhkəmə yuxarıda adıçəkilən qərarda göstərilən mövqedən çıxış edərək, qeyd edir ki, İddiaçı Fazı̇ l oğlunun öz fəaliyyətini müvəqqəti dayandırması, yəni onun VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Belə ki, onun Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə uçotdan çıxarıldığı müəyyən edilməmişdir. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı Fazı̇ l oğlunun cavabdeh Orucov Elçı̇ n Aydın oğluna qarşı kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi, predmetinin açıq hərracda satılması və boşaldılması tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Fazı̇ l oğlunun cavabdeh Orucov Elçı̇ n Aydın oğluna qarşı kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi, predmetinin açıq hərracda satılması və boşaldılması tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar