Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3654/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdə «X8» (xx.xx.2023-cü ildə şirkəti adı və təşkilatı-hüquqi forması dəyişdirilərək Cavabdeh ASC olmuşdur) MMC-də «Kollektor» vəzifəsinə təyin olunmuş, xx.xx.2014-cü ildən etibarən şirkətdə aparılan struktur dəyişikliyi və eyni ştat cədvəlinin tətbiqi ilə əlaqədar olaraq işçinin vəzifəsi «2-ci dərəcəli Kollektor» adlandırılmışdır. xx.xx.2014-cü il tarixdən etibarən «Mühasib» vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixindən «Baş Mühasib» vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci ildə isə «problemli kreditlərin icra edilməsi» Departamentinin Müdiri vəzifəsinə keçirilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi, 71-ci maddə və 72-ci maddəsinin «s» və «e» bəndlərində nəzərdə tutulan əmək vəzifələrini kobud surətdə pozması səbəbi ilə ***-**** saylı əmrlə xitam verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə əmək məzuniyyətində olmuşdur. Əmək məzuniyyətindən qayıdan zaman ona məlum olmuşdur ki, o, tutduğu vəzifədən müvafiq qaydada azad edilib. İddiaçı əmək kitabçasını poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə almışdır. İddiaçı ilə son haqqhesab edilsə də, hesab edir ki, son haqq-hesab düzgün hesablanmamışdır. Belə ki, əmək məzuniyyətinə görə kompensasiyanın hesablanması və son haqq-hesab düzgün olmamasından ibarətdir. İddiaçının işdən çıxarılması ilə bağlı əsaslandırılmış əmrin və onun əsası qismində çıxış edən sənədlərin təsdiq edilmiş surətini vəkil bürosunun ünvanına göndərilməsi üçün sorğu ilə cavabdehə müraciət olunsa da, sadəcə əmrin surəti göndərilmişdir. Əmrin əsası qismində çıxış edən və onda göstərilən Xidməti araşdırmanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli akt həm iddiaçı ilə tanış edilməmiş, həm də sorğuya verilmiş cavaba əlavə olunmamışdır. İlk növbədə qeyd edilməlidir ki, əmək kitabçasından da göründüyü kimi iddiaçı cavabdeh müəssisədə bir ildən çox müddət ərzində işləmiş, bu müddət ərzində bir dəfə də olsun işdən yayınma halları olmamış, işlədiyi müddət ərzində hər hansı intizam tənbehi almamış, işçiyə heç bir xəbərdarlıq və ya töhmət verilmədən, hətta onun izahatı alınmadan barəsində nəticəsi qeyri-məlum olan xidməti araşdırma aparmaqla, ona birbaşa ƏM-nin 186.2-ci maddəsində nəzərdə tutulmuş ən ciddi tənbeh növünü, yəni əmək müqaviləsini, ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsini tətbiq edilməsi ədalətli hesab edilməməlidir. Bu xüsusda cavabdeh tərəfindən ortaya qoyulmuş mövqe ƏM-nin 186.3-cü maddəsində müəyyən olunmuş qaydada da ziddir. Bundan başqa, iddiaçı Əmək Məcəlləsinin müvafiq maddələri ilə işdən azad olunsa da, qanunvericiliyin tələblərinə zidd olaraq şəxsin əmək müqaviləsinə qeyd olunan əsaslarla xitam verilməsinin zərurəti, iddiaçı tərəfindən qanunvericiliyin maddələrinin pozulmasının nədən ibarət olması ilə bağlı heç bir əsaslandırma aparılmamış, bu hal iddiaçıya naməlum olaraq qalmışdır. Bundan əlavə tərəflər arasında bağlanmış Cavabdeh ASC tərəfindən İddiaçı əmək müqaviləsi və şirkətin daxili qaydalarına əsasən 2023-cü ilin aprel və may ayları üzrə yığımların 0,4%-i həcmində əmək haqqına əlavənin ödənilmədiyi müəyyən edilmişdir. Hesab edir ki, Cavabdeh ASC tərəfindən iddiaçıya əmək müqaviləsi və şirkətin daxili qaydalarına əsasən 2023-cü ilin aprel və may ayları üzrə yığımların 0,4%-i həcmində əmək haqqına əlavənin ödənilməsi zəruridir. Göstərilənləri nəzərə alaraq Cavabdeh ASC-nin İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, ***-**** saylı əmrin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, Cavabdeh ASC tərəfindən İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, Cavabdeh ASC tərəfindən İddiaçı əmək müqaviləsi və şirkətin daxili qaydalarına əsasən 2023-cü ilin aprel və may ayları üzrə yığımların 0,4%-i həcmində əmək haqqına əlavənin ödənilməsi, Cavabdeh ASC tərəfindən İddiaçı hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc ödənilməsi, 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, ümumiyyətlə hesab edirlər ki, hazırki mülki iş üzrə sübutetmə yükü cavabdeh tərəfin üzərinə düşür. Bunu AR Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe də təsdiq edir. Ona görə də, işçi işəgötürən qarşısında daha zəifdir. Lakin cavabdeh tərəf bununla bağlı demək olar ki, heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Təqdim edilən sənədlər də, elə onların özləri tərəfindən hazırlanmış arayışlardan ibarətdir. Hesab edirlər ki, həmin sənədlər də mötəbər sübut hesab edilə bilməz. Bundan başqa, cavabdeh tərəfindən 11 iyun tarixli auditor rəyi təqdim edilmişdir ki, həmin rəyin sübut əhəmiyyəti yoxdur. Ona görə də iddiaçı 02 iyun tarixdə işdən çıxarılmışdır və o, işdən çıxarıldıqdan sonra tərtib edilmiş heç bir sənəd nəzərə alına bilməz. Bundan başqa, AR Əmək Məcəlləsinin 70-ci maddəsində bildirilir ki, işçi yalnız bir maddə ilə işdən çıxarıla bilər. Lakin cavabdeh tərəf iddiaçının işdən çıxarılması barədə əmrdə 2 maddəyə, həm 70-ci maddəsinin «ç» bəndində, həm də 72-ci maddəyə istinad etmiş və əmr əsaslandırılmamışdır. Həmin əmrdə yalnız akta istinad etdirilmişdir. Digər bir məsələ ondan ibarətdir ki, AR Əmək Mcəlləsinin 187-ci maddəsinə əsasən işçinin dinlənilmə hüququ vardır. Lakin iddiaçı işdən çıxarılarkən onun izahatı alınmamışdır. Digər bir məsələ AR Əmək Məcəlləsinin 69-cu maddəsi ilə bağlıdır. Belə ki, iddiaçı xx.xx.2023cü ildə ərizə yazaraq işdən çıxmaq istədiyini bildirmişdir. Lakin işəgötürənin belə bir niyyətinin olmadığını görərək, əmək məzuniyyətindən istifadə etmək istəmişdir və 01 aprel və 02 iyun 2023-cü il tarixləri arasında məzuniyyətdə olmuşdur. Lakin o hələ işə qayıtmadan 31 may və 01 iyun tarixlərində tərtib olunmuş aktlara əsasən iddiaçı işə qayıtdığı gün onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən təktərəfli qaydada xitam verilmişdir. Ümumiyyətlə iddiaçıya işə qayıtması ilə bağlı öz fikrini bildirməyə belə icazə verilməmişdir. Bundan başqa, tərəflərdən elektron qaydada məhkəməyə təqdim edilmiş məktubdan da görünür ki, iddiaçıya məktub ünvanlanaraq onun əvəzinə artıq yeni bir işçi götürüldüyündən onun artıq orada işləməsinin mümkün olmayacağı bildirilmişdir. İddiaçının nümayəndəsi və vəkili bütün bu qeyd edilən xüsusatları nəzər alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və nümayəndəsinin və vəkilin qeyd etdiklərini təsdiq edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı həmçinin göstərmişdir ki, «Whatsapp» yazışlamalı olub, lakin ona sadəcə müdiriyyətinin onunla danışmaq istəməsi bildirilmişdir. O, da danışmaq istəmədiyini bildirmişdir. Həmçinin onlar bilirdilər ki, o, xaricdədir və iyunun 5-i qayıdacaqdır. Onun fikrinin alınması üçün gözləyə bilərdilər. Lakin gözləmədən artıq hərəkətlərə başlamışdılar. Aktlarda direktor olmadığından o, onun yerinə imza atmışdır. Bununla bağlı "xxxx"dən soruşmuşdur. Oradan problem olmadığı bildirilmişdir. Lakin sonradan onun imzaladığı aktlar qəbul edilməmiş geri qaytarılmış və direktor imza çəkmişdir. «İphone» markalı telefonlar hazırda onda deyil, Samir Mustafayevdədir. İşdən öz ərizəsi ilə çıxmaq istəməsinə səbəb - direktorla aralarında mütəmadi olaraq münaqişələrin baş verməsi, onun barəsində təsisçilərə yalan məlumatlar verməsi və onun belə gərgin ortamda işləmək istəməməsidir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ümumiyyətlə hazırki mülki mübahisənin kökündə duran məsələlərin formal hüquqi və məzmun tərəfləri vardır. O, hazırda hər iki tərəfə toxunmaq istəyir. Qarşı tərəf bildirir ki, iddiaçı işdən çıxarılarkən tərəflərindən pozuntulara yol verilmişdir. Nəzərinə çatdırır ki, iddiaçı işdən çıxarılması ilə bağlı AR X6 xidmətinə müraciət etmişdir. Həmin qurum ölkədə əmək münasibətlərinə nəzarət edən qurumdur. Daha sonra həmin qurum bununla bağlı onlara müraciət edərək həmin məsələ ilə bağlı sənədləri onlardan tələb etdi və tərəflərindən həmin sənədlər göndərildi. Lakin sonradan bunun nəticəsi ilə bağlı onlara heç bir məlumat daxil olmadı. Onlar yalnız hazırki məhkəmə mübahisəsi başladıqdan sonra həmin quruma müraciət edərək, araşdırmanın nəticəsini soruşmuşlar.oradan onlara bildirilmişdir ki, iddiaçıya məktub ünvanlayaraq, şikayətinn əsassız olması və işəgötürən tərəfindən heç bir pozuntuya yol verilmədiyi bildirilmişdir. Yəni, əmək münasibətlərinə birbaşa nəzarət edən orqan onların hərəkətlərində heç bir pozuntu aşkar etməmişdir. Uzun illər onların şirkətdə işləmiş və vəzifəsi artan templə irəliləmiş bir işçinin işdən çıxarılmasının səbəblərinə gəlincə isə nəzərinə çatdırmaq istəyir ki, onun işdən çıxarılmasına birinci səbəb onun davamlı olaraq yeni təyin olunmuş maliyyə menecerləri ilə münaqişə yatarması olmuşdur. Bunun nəticəsində 5 maliyyə meneceri işdən çıxarılmışdır. Həmin maliyyə menecerlərini birləşdirən ümumi cəhət isə ondan ibarətdir ki, onların hər biri işə başladıqdan sonra maliyyə sahəsində uçot qurmağa çalışdıqca onların iddiaçı ilə münaqişəsi yaşamasıdır. Nəticədə onların hər biri işdən çıxmaq məcburiyyətində qalmışdır. Sonuncu maliyyə meneceri isə işə 2022-ci ilin sonunda başlamışdır. Lakin o, digərlərindən daha peşəkar olmuş və bəzi faktları ortaya çıxarmağı bacarmışdır. Bunu görən iddiaçı isə təsisçilərə bildirmişdir ki, onunla işləyə bilir və onun dediyi kimi olmazsa işdən çıxacaqdır. Təsisçilər də, artıq bu hallardan sıxıldıqları üçün bu dəfə ona bildirmişdilər ki, gedə bilər. Bundan sonra iddiaçı xx.xx.2023-cü ildə işdən çıxmaq ilə bağlı ərazisini yazır. O, həmin gün iki halla bağlı ərizə yazmışdır. O, ilkin olaraq ona iki aylıq məzuniyyət verilməsini, bundan sonra isə 2 iyun tarixindən işdən çıxmaq istəməsin bildirmişdir. Daha sonra iddiaçı məzuniyyətə çıxmışdır. Bundan qısa müddət sonra isə "xxxx" sistemində problemlər yaranmağa başlamışdır. Problemli kreditlər departamentinin əsas şöbəsi olan məhkəmə icra sənədlərinin icrasına nəzarət şöbəsinin rəhbəri Sərxan Əfəndiyev idi. O, yaranmış problemlə bağlı onlara müraciət etmişdir. Onlar da bunun kəsici bir nasazlıq olduğunu hesab etmişlər. Təxminən 20 aprel tarixində "xxxx" sisteminin yaradıcısı və ona qulluq edən şirkətin rəhbəri X14 yazaraq yaranmış problemin səbəbinin mart ayının 28-dək 29-na keçən gecə VPN vasitəsi ilə giriş olunması və oradakı alqoritmlərin dəyişdirilməsi olduğunu bildirmişdir. Yalnız aprel ayının sonlarına yaxın sistemin işinin bərpa olunmasına nail oluna bilinmişdir. Aparılmış dəyişiklərin xarakterinə baxdıqda isə görünür ki, ümumilikdə sistemdə 20 dəyişiklik olunmuşdur. Onların hər biri də onun işini pozmağa yönəlmişdir. Bunu isə yalnız onun işinə hakim olan biri edə bilərdi. Daha sonra isə həmin girişin iddiaçıya aid login ilə olunduğu ortaya çıxmışdır. Həmin dəyişikliyin iddiaçı tərəfindən edildiyini göstərən hallara gəlincə isə bildirir ki, "xxxx" sisteminə giriş üçün nəzərdə tutulmuş loginlər unikaldır və ilk dəfə sistem administratoru tərəfindən müvəqqəti parol qoyulur. Daha sonra isə istifadəçiyə həmin parolu dəyişərək yeni parol təyin edilməsi bildirilir. İlk dəfə iddiaçıya parol xx.xx.2021-ci il tarixdə, yəni sistem yaradılarkən verilib. Daha sonra isə iddiaçı tərəfindən yeni parol qoyulub. Həmin parolu isə ondan başqa bilən olmayıb. Sistemə hansı İP ünvanı ilə giriş olunduğuna gəlincə isə bildirir ki, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin verdiyi məktuba əsasən sistemə giriş edilən İP ünvanı "xxxx" provayderinə məxsusdur. Onu da qeyd edir ki, onların şirkətdə «Azfibernet» provayderi xidmət göstərir. Əgər həmin daxilolma şirkətdə edilmiş olsaydı, «Azfibernet» provayderinə məxsus olan İP ünvanından istifadə ediləcəkdi. İddiaçının loginindən mart ayı ərzində istifadə statistikasına baxsalar görərlər ki, o, məzuniyyətdə olduğu vaxtlarda VPN ilə edilmiş girişlərin əsasn hissəsi xaricdən olub. Bir neçə dəfə şirkətdən girişlər edilib ki, bu zaman «Azfibernet» provayderinə məxsus olan İP ünvanından istifadə olunub. Qalan bütün İP ünvanları "xxxx"ə məxsus olub. Xüsusi ilə 28- 29 mart ayında edilmiş daxilolmalar da "xxxx"ə məxsus İP ünvanından edilmişdir. İddiaçı əvvəlki iclaslardan birində bildirmişdir ki, onun yaşadığı mənzildə «Citynet»dən istifadə olunur. İnternet axtarış sistemlərindən birində axtarış versələr görərlər ki, "xxxx" və «Citynet» eyni provayderin iki adıdır. Bundan başqa iddiaçı bildirmişdir ki, həmin hadisə baş verərkən kompüteri şirkətdə olub. 29 mart tarixində isə işdən çıxmaqla bağlı ərizəsini yazıb və həmin gün də kompüteri özü ilə aparıb. Məhkəməyə tərəflərindən təqdim edilmiş VPN çıxarışlardan da görünür ki, 29 martdan əvvəl və sonra eyni İP ünvanından sistemə giriş edilmişdir. Əlavə olaraq onu da bildirir ki, iddiaçının sistemə girişi 29 mart tarixində bağlanılıb. Lakin o, şirkətə müraciət edərək sistemə girişinin bərpa olunması və öz maillərinə baxmalı olduğunu bildirmişdir. Bununla bağlı 29 martda razılıq verilir və onun sistemə girişi bərpa olunaraq 01 aprel tarixində yenidən sistemə girişi bağlanılır. 30 martdakı daxil olmalara da ğaxsalar, yenə eyni İP ünvanından giriş olduğunu görə bilərlər. Bütün bu hallar sübut edir ki, qeyd edilən İP ünvanı iddiaçıya məxsus olmuşdur. "xxxx" sisteminin işinin pozulmasının şirkətə vurmuş olduğu ziyana gəlincə isə ekspert rəyindən görünür ki, həmin ayda yığımlar aşağı düşmüşdür. İddiaçı bunun səbəbinin həmin ayda işdə olmaması olduğunu bildirsə də, növbəti aylarda yığımların məbləğinin təkrar qalxması bunu təkzib edir. Bütün bunları etməkdə onun məqsədi o idi ki, yığımlar aşağı düşsün və təsisçilər məcbur qalacaq onu təkrar geri çağırsın. Onun əsas niyyəti isə direktor olmaq idi. O, bununla kifayətlənməmiş və şirkətin iki ana qolundan biri olan «CallCenter»də çalışan ən fəal bir neçə işçini də işdən çıxdıqdan sonra özü ilə aparmışdır. Şirkət məxsus telefonları mənimsənilməsinə gəlincə isə bildirir ki, onları öz adından təhvil alıb və onun istifadəsində olub. Bundan başqa o, şirkətə məxsus olan kompüteri də apararaq qaytarmayıb. İddiaçının iddia tələbində göstərdiyi bonuslara gəlincə isə bildirir ki, bu tələb də tam əsassızdır. Belə ki, AR X2 məktubunda da bildirilmişdir ki, onunla bağlanmış əmək müqaviləsində belə bir şərt olmamışdır. Bu sadəcə işəgötürən tərəfindən könüllü ödənilən ödəmişdir. Yəni bonusları ödəmək onun vəzifəsi deyil, hüququdur. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan əmək kitabçasının kserosurətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə «X8» MMC-nin Kollektor şöbəsinin kollektor vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə «X8» MMC-də aparılan struktur dəyişiklikləri və yeni ştat cədvəlinin tətbiqi ilə əlaqədar olaraq işçinin vəzifəsi 2-ci dərəcəli Kollektor adlandırılmış, xx.xx.2014-cü il tarixdə mühasib vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixdə Baş mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə PKDİ (problemli kreditlərin idarəedilməsi Departamentinin) müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2023-cu il tarixdə şirkətin adı və təsərrüfat-hüquqi forması dəyişdirilərək Cavabdeh ASC olmuş, xx.xx.2023cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu üçün işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
8. İş materiallarında olan «İşəgötürən» qismində «X8» MMC ilə «İşçi» qismində İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 044 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı «X8» MMC kollektor vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədən bağalnmış, işin ilk 1 ayı sınaq müddəti hesab edilmiş, sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilməsi, aylıq əmək haqqısı 218,02 manat müəyyən edilmişdir.
9. İş materiallarında olan «X8» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 044 saylı əmək müqaviləsinə xx.xx.2014-cü il tarixli Əlavəsinin surətindən görünür ki, tərəflər əmək müqaviləsinin 2-ci maddəsinin 2.1-ci və 2.2-ci bəndləri dəyişdirilərək, əmək kontraktının tərəflərin bütün bərabərliyi prinsipinə əməl edilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək bağlanılması, işçinin xx.xx.2014-cü il tarixdən işə başlanması barədə razılığa gəlmişlər.
10. İş materiallarında olan «X8» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 044 saylı əmək müqaviləsinə xx.xx.2014-cü il tarixli Əlavəsinin surətindən görünür ki, tərəflər əmək müqaviləsinin 1-ci maddəsinin 1.2-ci bəndi və 4-cü maddəsinin 4.2-ci bəndi dəyişdirilərək, işçinin vəzifəsi 2-ci dərəcəli Kollektor adlandırılması və işçinin (bütün vergilər daxil olmaqla) əmək haqqısı 220 manatın təşkil etməsi barədə razılığa gəlmişlər.
11. İş materiallarında olan «X8» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 044 saylı əmək müqaviləsinə xx.xx.2014-cü il tarixli Əlavəsinin surətindən görünür ki, tərəflər əmək müqaviləsinin 1-ci maddəsinin 1.2-ci bəndi və 4-cü maddəsinin 4.2-ci bəndi dəyişdirilərək, işçinin vəzifəsi Mühasib adlandırılması və işçinin (bütün vergilər daxil olmaqla) əmək haqqısı 250 manatın təşkil etməsi, işçinin xx.xx.2014-cü il tarixdən işə başlanması barədə razılığa gəlmişlər.
12. İş materiallarında olan «X8» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 044 saylı əmək müqaviləsinə xx.xx.2014-cü il tarixli Əlavəsinin surətindən görünür ki, tərəflər əmək müqaviləsinin 2-ci maddəsinin 2.1-ci və 2.3-cü bəndləri dəyişdirilərək, əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əmək edilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək bağlanması, işçinin xx.xx.2015-ci il tarixdən işə başlanması barədə razılığa gəlmişlər.
13. İş materiallarında olan «X8» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 044 saylı əmək müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavəsinin surətindən görünür ki, tərəflər əmək müqaviləsinin 1-ci maddəsinin 1.2-ci bəndi və 4-cü maddəsinin 4.2-ci bəndi dəyişdirilərək, işçinin vəzifəsi Baş Mühasib adlandırılması və işçinin (bütün vergilər daxil olmaqla) əmək haqqısı 420 manatın təşkil etməsi barədə razılığa gəlmişlər.
14. İş materiallarında olan «X8» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 044 saylı əmək müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavəsinin surətindən görünür ki, tərəflər əmək müqaviləsinin 2-ci maddəsinin 2.1-ci və 2.3-cü bəndləri dəyişdirilərək, əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əmək edilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək bağlanması, işçinin xx.xx.2016-cı il tarixdən işə başlanması barədə razılığa gəlmişlər.
15. İş materiallarında olan «X8» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 044 saylı əmək müqaviləsinə xx.xx.2016-cı il tarixli Əlavəsinin surətindən görünür ki, tərəflər əmək müqaviləsinin 2-ci maddəsinin 2.1-ci və 2.3-cü bəndləri dəyişdirilərək əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əmək edilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək bağlanması, işçinin xx.xx.2016-cı il tarixdən işə başlanması barədə razılığa gəlmişlər.
16. İş materiallarında olan «X8» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 044 saylı əmək müqaviləsinə xx.xx.2017-ci il tarixli Əlavəsinin surətindən görünür ki, tərəflər əmək müqaviləsinin 4-cü maddəsinin 4.2-ci bəndi dəyişdirilərək, işçinin (bütün vergilər daxil olmaqla) əmək haqqısı 450 manatın təşkil etməsi barədə razılığa gəlmişlər.
17. İş materiallarında olan «X8» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 044 saylı əmək müqaviləsinə xx.xx.2018-ci il tarixli Əlavəsinin surətindən görünür ki, tərəflər əmək müqaviləsinin 4-cü maddəsinin 4.2-ci bəndi dəyişdirilərək, işçinin (bütün vergilər daxil olmaqla) əmək haqqısı 2690 manatın təşkil etməsi barədə razılığa gəlmişlər.
18. İş materiallarında olan «X8» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 044 saylı əmək müqaviləsinə xx.xx.2018-ci il tarixli Əlavəsinin surətindən görünür ki, tərəflər əmək müqaviləsinin 4-cü maddəsinin 4.2-ci bəndi dəyişdirilərək, işçinin (bütün vergilər daxil olmaqla) əmək haqqısı 3110 manatın təşkil etməsi barədə razılığa gəlmişlər.
19. İş materiallarında olan «X8» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 044 saylı əmək müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavəsinin surətindən görünür ki, tərəflər əmək müqaviləsinin 4-cü maddəsinin 4.2-ci bəndi dəyişdirilərək işçinin (bütün vergilər daxil olmaqla) əmək haqqısı 3335 manatın təşkil etməsi barədə razılığa gəlmişlər.
20. İş materiallarında olan «X8» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 044 saylı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli Əlavəsinin surətindən görünür ki, tərəflər əmək müqaviləsinin 4-cü maddəsinin 4.2-ci bəndi dəyişdirilərək əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əmək edilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2020-cı il tarixdən etibarən əmək haqqısı 2219 manat təyin edilməsi barədə razılığa gəlmişlər.
21. İş materiallarında olan «X8» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 044 saylı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 14 №-li Əlavəsinin surətindən görünür ki, tərəflər əmək müqaviləsinin 1-ci maddəsinin 1.2-ci bəndi və 4-cü maddəsinin 4.2-ci bəndi dəyişdirilərək, işçinin xx.xx.2020-ci il tarixdən etibarən «Mühasibatlıq və Nəzarət» şöbəsinin Baş Mühasib-şöbə rəisi vəzifəsinə təyin edilməsi, əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əmək edilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2020-cı il tarixdən etibarən əmək haqqısı 2443 manat təyin edilməsi barədə razılığa gəlmişlər.
22. İş materiallarında olan «X8» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 044 saylı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli 16 №-li Əlavəsinin surətindən görünür ki, əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əmək edilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2021-ci il tarixdən etibarən işçinin Problemli kreditlərin idarəedilməsi departamentinin Müdiri vəzifəsinə keçirilməsi barədə dəyişikliyin edilməsi haqqında razılığa gəlmişlər.
23. İş materiallarında olan «X8» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 044 saylı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli 17 №-li Əlavəsinin surətindən görünür ki, tərəflər əmək müqaviləsinin 4-cü maddəsinin 4.2-ci bəndi dəyişdirilərək əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əmək edilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2021-ci il tarixdən etibarən əmək haqqısı 3375 manat təyin edilməsi barədə razılığa gəlmişlər.
24. İş materiallarında olan «X8» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 044 saylı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli 17/1-T №-li Əlavəsinin surətindən görünür ki, tərəflər əmək müqaviləsinin 4-cü maddəsinin 4.20-ci bəndi əlavə edilərək əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əmək edilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2022-ci il tarixdən etibarən işçinin şirkət tərəfindən şəxsi avtomobili üçün yanacaqla təmin olunması barədə razılığa gəlmişlər.
25. İş materiallarında olan «X8» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 044 saylı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli 18 №-li Əlavəsinin surətindən görünür ki, tərəflər əmək müqaviləsinin 4-cü maddəsinin 4.2-ci bəndi dəyişdirilərək əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əmək edilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2022-ci il tarixdən etibarən əmək haqqısı 4555 manat təyin edilməsi barədə razılığa gəlmişlər.
26. İş materiallarında olan «X8» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 044 saylı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli 19 №-li Əlavəsinin surətindən görünür ki, tərəflər əmək müqaviləsinin 4-cü maddəsinin 4.2-ci bəndi dəyişdirilərək əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əmək edilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2022-ci il tarixdən etibarən əmək haqqısı 4556 manat təyin edilməsi barədə razılığa gəlmişlər.
27. İş materiallarında olan «X8» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 044 saylı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 20 №-li Əlavəsinin surətindən görünür ki, tərəflər əmək müqaviləsinin 4-cü maddəsinin 4.2-ci bəndi dəyişdirilərək əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əmək edilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2023-cü il tarixdən etibarən əmək haqqısı 5699 manat təyin edilməsi barədə razılığa gəlmişlər.
28. İş materiallarında olan «Şirkət» qismində "xxxx" MMC ilə «Korporativ Abunəçi» qismində «X8» MMC arasında bağlanmış 1861 saylı xx.xx.2013-cü il tarixli Mobil Rabitə Xidmətlərinin göstərilməsinə dair Müqaviləyə 18 saylı xx.xx.2021-ci il tarixli Əlavəsindən görünür ki, tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə 1861 saylı xx.xx.2013-cü il tarixli Mobil Rabitə Xidmətlərin göstərilməsinə dair Müqavilənin 8.1-ci maddəsinin şərtlərinə əsasən yeni şərtlər barədə razılığa gəlmişlər: 1.«Koprorativ Abunəçi» 1 il ərzində (xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) istifadəsində olan nömrələrdə müvafiq seçilmiş tarif paketi çərçivəsində «Şirkət»in təqdim etdiyi xidmətlərdən fasiləsiz istifadə etdiyi üçün Şirkət ümumi dəyəri 4095 manat (ƏDV xaric) 1 ədəd Apple İphone 12 Pro 256 GB və 1 ədəd Apple İphone 12 Pro 128 GB cihazlarını təqdim edir. Bunun qarşılığında «Korporativ Abunəçi» 12 ay (xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) ərzində istifadəsində olan nömrələrdə müvafiq seçilmiş tarif paketi çərçivəsində «Şirkət»in təqdim edəcəyi xidmətlərdən fasiləsiz istifadə etməlidir. Şirkət «Korporativ Abunəçi»nin yazılı sifarişi əsasında cihazları müvafiq sifarişini alındığı gündən 15 iş günü ərzində təhvil-təslim sənədləri əsasında öz hesabına «Korporativ Abunəçi»yə təqdim edir.
2. Əgər bu Müqavilə 7.2-ci bəndə uyğun olaraq «Korporativ Abunəçi» tərəfindən vaxtından əvvəl ləğv olunarsa, bu halda «Korporativ Abunəçi» təqdim edilən ümumi dəyəri 4095 manat (ƏDV xaric) olan 1 ədəd Apple İphone 12 Pro 256 GB və 1 ədəd Apple İphone 12 Pro 128 GB cihazların qiymətini «Şirkət»ə tam ödəməlidir.
3. «Korporativ Abunəçi» tərəfindən Rabitə Xidmətlərinə görə ödənişlər vaxtıvaxtında edilmədikdə «Şirkət» təhvil-təsdim aktı ilə təqdim olunan cihazların istifadəsini məhdudlaşdırıla bilər. Təhvil-təslim aktında qeyd olunan mobil cihazlarının «Korporativ abunəçi» tərəfindən kənar nömrələrdə istifadə edilməsi onların «Şirkət» tərəfindən istifadəsinin məhdudlaşdırılmamasına əsas deyil.
29. İş materiallarında olan «Təhvil verən» qismində "xxxx" MMC və «Təhvil alan» qismində «X8» MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, «Təhvil alan» 1 ədəd Apple İphone 12 Pro 256 GB və 1 ədəd Apple İphone 12 Pro 128 GB cihazların qəbul etməyi, «Təhvil alan» 15 gün müddəti üzrə müqavilə çərçivəsində "xxxx" MMC-yə (Təhvil verənə) qarşı hər hansı iddia və ya tələbinin olmadığını təsdiq etmişdir.
30. İş materiallarında olan «Şirkət» qismində "xxxx" MMC ilə «Korporativ Abunəçi» qismində «X8» MMC arasında bağlanmış 1861 saylı xx.xx.2013-cü il tarixli Mobil Rabitə Xidmətlərinin göstərilməsinə dair Müqaviləyə 23 saylı xx.xx.2022-ci il tarixli Əlavəsindən görünür ki, tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə 1861 saylı xx.xx.2013-cü il tarixli Mobil Rabitə Xidmətlərin göstərilməsinə dair Müqavilənin 8.1-ci maddəsinin şərtlərinə əsasən yeni şərtlər barədə razılığa gəlmişlər: 1.«Koprorativ Abunəçi» 1 il ərzində (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) istifadəsində olan nömrələrdə müvafiq seçilmiş tarif paketi çərçivəsində «Şirkət»in təqdim etdiyi xidmətlərdən fasiləsiz istifadə etdiyi üçün Şirkət ümumi dəyəri 5421 manat (ƏDV xaric) 1 ədəd İphone 14 Pro Max 256 GB Deep Purple, 1 ədəd İphone 14 Pro 128 GB Black və 2 ədəd Nokia 105 X16 cihazlarını təqdim edir. Bunun qarşılığında «Korporativ Abunəçi» 12 ay (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) ərzində istifadəsində olan nömrələrdə müvafiq seçilmiş tarif paketi çərçivəsində «Şirkət»in təqdim edəcəyi xidmətlərdən fasiləsiz istifadə etməlidir. Şirkət «Korporativ Abunəçi»nin yazılı sifarişi əsasında cihazları müvafiq sifarişini alındığı gündən 15 iş günü ərzində təhvil-təslim sənədləri əsasında öz hesabına «Korporativ Abunəçi»yə təqdim edir.
2. Əgər bu Müqavilə 7.2-ci bəndə uyğun olaraq «Korporativ Abunəçi» tərəfindən vaxtından əvvəl ləğv olunarsa, bu halda «Korporativ Abunəçi» təqdim edilən ümumi dəyəri 5421 manat (ƏDV xaric) 1 ədəd İphone 14 Pro Max 256 GB Deep Purple, 1 ədəd İphone 14 Pro 128 GB Black və 2 ədəd Nokia 105 X16 cihazlarının qiymətini «Şirkət»ə tam ödəməlidir.
3. «Korporativ Abunəçi» tərəfindən Rabitə Xidmətlərinə görə ödənişlər vaxtıvaxtında edilmədikdə «Şirkət» təhvil-təsdim aktı ilə təqdim olunan cihazların istifadəsini məhdudlaşdırıla bilər. Təhvil-təslim aktında qeyd olunan mobil cihazlarının «Korporativ abunəçi» tərəfindən kənar nömrələrdə istifadə edilməsi onların «Şirkət» tərəfindən istifadəsinin məhdudlaşdırılmamasına əsas deyil.
31. İş materiallarında olan «Təhvil verən» qismində "xxxx" MMC və «Təhvil alan» qismində «X8» MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, «Təhvil alan» 1 ədəd İphone 14 Pro Max 256 GB Deep Purple, 1 ədəd İphone 14 Pro 128 GB Black və 2 ədəd Nokia 105 X16 cihazların qəbul etməyi, «Təhvil alan» xx.xx.2022-ci il tarixdən - xx.xx.2023-cü il tarixədək müddət üzrə müqavilə çərçivəsində "xxxx" MMC-yə (Təhvil verənə) qarşı hər hansı iddia və ya tələbinin olmadığını təsdiq etmişdir.
32. İş materiallarında olan Cavabdeh ASC-nin PKİD-nin müdiri İddiaçı tərəfindən Cavabdeh ASC-nin direktoru S.Mustafayevin adına yazılmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 131ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2018-xx.xx.2019-cu il dövrü üçün 2 təqvim günü (əlavə), xx.xx.2020-xx.xx.2021-ci il iş dövrü üçün 2 təqvim günü (əlavə), xx.xx.2021-xx.xx.2022-ci il iş dövrü üçün 15 təqdim günü (13 əsas, 2 əlavə), xx.xx.2022-xx.xx.2023-cü il iş dövrü üçün 32 təqvim günü (30 əsas, 2 əlavə), xx.xx.2023xx.xx.2024-cü il iş dövrü üçün 7 təqvim günü (5 əsas, 2 əlavə), ümumi olaraq 58 təqvim günü olan əmək məzuniyyətini təqdim edilməsini xahiş etmişdir.
33. İş materiallarında olan Cavabdeh ASC-nin PKİD-nin müdiri İddiaçı tərəfindən Cavabdeh ASC-nin direktoru S.Mustafayevin adına yazılmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, ərizəsinə əsasən onu xx.xx.2023-cü il tarixdə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.
34. İş materiallarında olan Cavabdeh ASC-nin direktoru S.Mustafayev tərəfindən Cavabdeh ASC-nin əməkdaşı İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən əmək müqaviləsinə xitam verilməsi haqqında ərizəsi ilə bağlı nəzərinə çatdırırlar ki, ərizəsində qeyd etdiyi tarixdən işə başlamaqla İddiaçı çalışdığı vəzifəyə yeni işçi ilə əmək müqaviləsi bağlanmışdır.
35. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ASC-nin direktoru S.Mustafayevə ünvanlanmış 011 nömrəli, xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən tərəflərindən Cavabdeh ASC-nin əmlakının qiymətləndirilməsinin auditi aparılmışdır. Qiymətləndirmə zamanı inventarizasiya aparılmış və inventarizasiya zamanı mövcud əmlaklar, onların sayı, qiyməti, texniki parametrləri təqdim olunmuş siyahıda qeyd edilmişdir. Lakin, inventarizasiya zamanı məktubunda qeyd olunan aşağıdakı inventar aşkar olunmamışdır: dəyəri 2160 manat olan «Apple iphone 12 Pro 256 GB (2021-ci il), dəyəri 1935 manat olan «Apple iphone 12 Pro 128 GB (2021-ci il), dəyəri 39,80 manat olan «Nokia 105 X16» (2022-ci il), dəyəri 39,80 manat olan «Nokia 105 X16» (2022-ci il), dəyəri 2881 manat olan «İphone 14 Pro Max 256 GB Deep Purple» (2022-ci il).
36. İş üzrə «X1» MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 78 nömrəli mütəxəssis rəyinin surətindən görünür ki, -1-ci sual üzrə: - Cavabdeh ASC-nin "xxxx" CRM sisteminə xx.xx.2023-cü il tarixdə saat 02:24:37-dən 03:52:09-dək uzaqdan qoşulma proqramı (Kerio VPN) vasitəsilə 1 saat 27 dəqiqə 32 saniyə sistemdə aktiv olmaqla, SQL serser bazasında axtarış sistemində bir çox dəyişikliklər olunmuş, heç bir aktiv istifadəçi olmadığından dəyişiklər Log (qeydiyyat) kitabçasına həmin istifadəçi tərəfindən daxil olunmuşdur. -2-ci sual üzrə: - Qeyd edilən vaxt kəsiyində "xxxx" CRM sisteminə giriş aşağıdakı ünvandan olmuşdur: uclD – 6049f68e31eab; Login – mailto:н.и@боа.азElektron ünvan ; User name – nijat.ismailov; email - mailto:н.и@боа.азElektron ünvan ; İpaddress – 192.168.10.8 5.134.58.36. -3-cü sual üzrə: - Dəyişikliklər "xxxx" CRM sisteminin biznes proseslərə ail məlumatları filtrasiya edən alqoritmlərin parametrlərinin dəyişilməsi və ya silinməsindən ibarət olmuşdur (dəyişiklərlə və şəbəkəyə daxil olmalara dair yazılı sübutlar rəyin tədqiqat hissəsində əks olunur). - 4-cü sual üzrə: - araşdırma nəticəsində müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə «nijat.ismailov» istifadəçisi tərəfindən yaradılmış VPN bağlantısı vasitəsilə Cavabdeh ASC-nin şəbəkəsinə daxil olması "xxxx" CPM sisteminin iş proseslərinin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnib. Qeyd edilən dəyişikliklər səbəbindən həmin xidməti məlumatların istifadəçisi olan Şirkətin struktur bölmələri məlumatlara dair sorğu etdikdə müvafiq məlumat kateqoriyaları üzrə tamamilə təhrif edilmiş cavablar almışlar. Sistmin çalışmasında yaranmış qüsurların səbəblərinin tapılması, dəyişikliklərin törətdiyi nəticələrin aradan qaldırılması, sistemin əvvəlki işlək vəziyyətə qaytarılması üçün əlavə vaxt, maliyyə və işçi qüvvəsi ehtiyatları sərfiyyatı zərurəti yaranmışdır. "xxxx" CRM sisteminin işlək vəziyyətdə olmadığı dövrdə Şirkətin "xxxx" CRM sisteminə implementasiya olunmuş biznes prosesləri pozulmuşdur ki, nəticədə bu da Şirkətin maddi ziyanla üzləşməsinə gətirib çıxarmışdır.
37. İş materiallarında olan Cavabdeh MMC-nin Problemli Kreditlərin İdarəedilməsi Departamentinin İcra İşləri şöbəsinin müdiri Sərxan Əfəndiyev tərəfindən Cavabdeh MMCnin direktoru Samir Mustafayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, 2023-cü ilin mart ayının son iş günlərindən etibarən Şöbənin "xxxx" sistemi ilə işləməkdə çətinliklərlə üzləşmişdir. Belə ki, xüsusilə növbəti qovluqlar işləmirdi: «İnkasso qoyulmalı işlər» qovluğu, hansı ki, borcluların pensiyalarına, müavinətlərinə və s.yönəldilməli işləri əks etdirir, «Əmək haqqına yönəlməli-icrada olmayan (hüquqi şəxs)qalıq» qovluğu, hansı ki, icra qurumu tərəfindən əmək haqlarına yönəldilməmiş işləri əks etdirir, «1000 və daha yuxarı İcra tədbirləri görülməli» qovluğu, hansı ki, borcluların əmlakı üzərində həbs qoyulmalı işləri əks etdirir. Buna görə də onların şöbənin işçiləri təqaüd və pensiyalara inkasso qoyulması, əmlaklara həbs qoyulması və yönəldilməsi qalmış əmək haqlarına dair icra qurumlarına siyahıları hazırlayıb təqdim edə bilmirlər. Onların Şöbənin əməkdaşları hər ayın əvvəlində 1-14 tarixləri arası göstərilən parametrlər üzrə belə siyahıları tərtib edib, icra qurumlarına təqdim edirlər. O, bu barədə İT menecer Emin Sultanova bir neçə dəfə məlumat vermişdir. Lakin bu problem üzərindən uzun müddət keçəndən sonra, aprelin son həftəsində aralan qalxdı.
38. İş materiallarında olan Cavabdeh ASC tərəfindən Cavabdeh ASC-nin əməkdaşı İddiaçıova ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Şirkətinə iş ahənginə ziyan gətirən, onun qanuni maraqlarına zərər vuran bir sıra hallar aşkar olunmuşdur. Bu hallar İddiaçı işi ilə əlaqədardır. Belə ki, N.İsmayıov tərəfindən Şirkətin "xxxx" CRM sistemində 20-ə yaxın alqoritmində gizli olaraq pozucu dəyişikliklər etməyi səbəbindən həmin sistemin bir sıra biznes sistemlərinin uçot bazaları qeyri-işlək vəziyyətə düşmüşdür. Eyni zamanda "xxxx" MMC-nin göstərdiyi xidmətlərdən fasiləsiz istifadəyə görə illik loyallıq proqramları çərçivəsində hədiyyə olaraq Şirkətə verilmiş telekommuni kasiya cihazlarının təhvil-təslim aktları İddiaçı tərəfindən imzalanmış, bu cihazlar Şirkətə təhvil verilməmişdir. İddiaçı tərəfindən aktların imzalanmasına və cihazların təhvil alınmasına icazə olmamışdır. Daha sonra Şirkətdə işlədiyi dövrdə istifadəsi üçün Lenovo ThinkBook 15G2 İTL/15.6’ Full HD/i5-1135G7/16GB/512GB SSD/ NV MX450 2GB/ FP/ Free D/ Grey (20VE0053RU) S/N: MP1WKH9J noutbuku verilmişdir (dəyəri 1900 manat). Bununla yanaşı istifadəsi üçün İddiaçı həmçinin Şirkətin adına alınmış İphone 13 Pro Max 256 GB SBL modelli kommunikasiya cihazı verilmişdir (dəyəri 3540 manat). Həmin cihazın dəyərini Şirkətə ödəmək öhdəliyi İddiaçı götürmüşdür və bundan sonra həmin cihaz İddiaçı adına keçməli idi. Lakin İddiaçı telefonun dəyərini ödəməmişdir. Bu səbəbdən İddiaçı təklif edirlər ki, təcili olaraq Cavabdeh MMC-yə İnsan resursları şöbəsinə yaxınlaşıb, həmin məsələlərə dair yazılı izahat verməklə aydınlıq gətirsin.
39. İş materiallarında olan Cavabdeh ASC-nin Hüquq şöbəsinin müdiri Elşən Səfərov, İT təhlükəsizlik şöbəsi üzrə meneceri Tahir Cəfərov, İnsan resursları üzrə meneceri Tacirə Namazova tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə İnsan resursları üzrə meneceri Tahirə Namazova Cəmiyyətinin PKİD müdiri işləyən və hazırda məzuniyyətdə olan İddiaçı saat 12.00 radələrində ***-***-**-** mobil nömrəsinə zəng etmiş, əmək müqaviləsinin xitam edilməs ilə bağlı onu Cəmiyyətə gəlməyi dəvət etmişdir. İddiaçı ölkədə olmadığını bildirmiş, Bakıya 05 iyunda gələcəyini demişdir. Daşa sonra T.Namazova eyni müraciətlə İddiaçı ***-***-**-** vatsap nömrəsinə yazaraq, Şirkət rəhbərliyinin tapşırığına əsasən onun aydınlıq gətirməli olduğu halları bildirmiş və bir daha onu izahat vermək üçün Şirkətə gəlməsini xahiş etmişdir. İddiaçı cavab olaraq əksinə Şirkətin ona izahat verməli məsələlər olduğunu, ofisə gəlməyəcəyini və izhat verməyəcəyini bildirmiş, şirkət nəyi düzgün və qanuni hesab edirsə, onu da etsin yazmışdır.
40. İş materiallarında olan Xidməti araşdırmanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh ASC-nin direktorunun xx.xx.2023-cü il tarixli ***-**** nömrəli əmri ilə yaradılmış, Hüquqi şöbəsinin müdiri Elşən Səfərov, İT təhlükəsizlik şöbəst üzrə menecer Tahir Cəfərov, İT menecer Emin Sultanov və İnsan resursları üzrə menecer Tacirə Namazovadan ibarət Komissiya xidməti araşdırma apararaq aşağıdakı müəyyən etdi. Cavabdeh ASC-nin "xxxx" CRM sistemi 2023-cü il mart ayının 29-dan başlayaraq nasaz işləmiş, bir sıra məlumat göstəriciləri Cəmiyyətin aidiyyəti struktur bölmələri üçün əlçatmaz olmuşdur. Xüsusilə, sistemin «İnkasso qoyulmayan işlər», «Əmək haqqına yönəlməli - İcrada olmayan (hüquqi şəxs) - qalıq», «1000 və daha yuxarı İcra tədbirləri görülməli» bölmələri işləmirdi. Bu barədə Cəmiyyətin Problemli Kreditlərin İdarəedilməsi Departamentinin («PKİD») İcra İşləri Şöbəsinin müdiri Sərxan Əfəndiyevin İT menecer Emin Sultanova dəfələrlə məlumat vermişdir. İT menecer E.Sultanov və sistemə texniki və proqramı təminatını həyata keçirən kənar vendor İqor Skorik uzun müddət bu nasazlığın səbəbini tapa bilməmişdir. Nəhayət, xx.xx.2023-cü il tarixdə İ.Skorik tərəfindən İT menecer E.Sultanova bildirilmişdir ki, PKİD müdiri İddiaçı adından "xxxx" sisteminə giriş edilmiş və əksər alqoritmlərdə dəyişiklik edilib, qeyri-işlək vəziyyətə gətirilmişdir. İT menecer E.Sultanov bu barədə Cəmiyyətin direktoru S.Mustafayevə məlumat vermişdir. Bundan sonra Cəmiyyətin özünün və kənar İT mütəxəssislərinin köməyi ilə "xxxx" sisteminin alqoritmləri üzərində bərpa işləri başlamış, sistemin işi bərpa edilmişdir. Bundan sonra digər kənar İT mütəxəssislərinə müraciət edilmiş, sistem üzərində edilmiş dəyişikliklərin müstəqil araşdırılması və rəy verilməsi xahiş edilmişdir. «X1» MMC tərəfindən verilmiş rəydə göstərilmişdir ki, Cavabdeh ASC-nin "xxxx" CRM sisteminə xx.xx.2023-cü il tarixində saat 02:24:37-dən 03:52:09-dək uzaqdan qoşulma proqramı (Kerio VPN) vasitəsilə 1 saat 27 dəqiqə 32 saniyə sistemdə aktiv olmaqla, SQL server bazasında axtarış sistemində bir çox dəyilikliklər olunmuş, heç bir aktiv istifadəçi olmadığından dəyişikliklər Log (qeydiyyat) kitabçasına həmin istifadəçi tərəfindən daxil olunmuşdur. Dəyişikliklər "xxxx" CRM sisteminin biznes proseslərə aid məlumatları filtrasiya edən alqoritmlərin parametrlərinin dəyişilməsi və ya silinməsindən ibarət olmuşdur. Qeyd edilən vaxt kəsiyində "xxxx" CRM sisteminə giriş aşağıdakı ünvandan olmuşdur: uclD -6049f68e31eab; Login - mailto:н.и@боа.азElektron ünvan ; User name nijat.ismailov; email - mailto:н.и@боа.азElektron ünvan ; İpaddress - 192.168.10.8 5.134.58.36. Qeyd edilməlidir ki, PKİD müdiri İddiaçı 2023-cü ilin martın 28-də Cəmiyyətin Direktorlar Şurasının sədri ilə danışarkən, işdən gedəcəyini bildirmişdir. Buna müsbət cavab verildikdən sonra, martın 28-dən 29-na keçən gecə yuxarıda şərh edilmiş dəyişiklikləri sistemə etməklə, onu nasaz vəziyyətə salmış, bundan sonra isə ertəsi gün Şirkətə gəlib, qalan əmək məzuniyyətindən xx.xx.2023-cü il tarixədək istifadə haqqında, eyni zamanda xx.xx.2023-cü il tarixindən isə işdən öz arzusu ilə getməsi haqqında ərizələr yazmışdır. İddiaçı sistemdə etdiyi dəyişiklər barədə Şirkətin nə rəhbərliyinə, nə sistem administratoruna, nə də həmin məlumatlarla işləyən struktur bölmələrinə xəbər vermişdir. Bununla yanaşı "xxxx" MMC-nin göstərdiyi xidmətlərdən fasiləsiz istifadəyə görə əlillik loyallıq proqramları çərçivəsində Cavabdeh ASC-yə hədiyyə olaraq 2021 və 2022-ci illərdə verdiyi telekommunikasiya cihazlarının İddiaçı tərəfindən təhvil alınıb, Cəmiyyətə təhvil vermədiyi haqqında daxil olmuş məlumatlar yoxlanmışdır. "xxxx" MMC-dən sorğu ilə alınmış 2021 və 2022-ci illərə aid təhvil-təslim aktlarına baxış keçirilərkən, aktların İddiaçı tərəfindən imzalandığı, bu zaman Cəmiyyətin firma möhüründən deyil, RKİD daxili «Hüquq departamenti» möhüründən istifadə etdiyi, Cəmiyyətin adından «X5» sözləri qarşısında özü imza etməklə, aşağıdakı cihazları qəbul etdiyi və Cəmiyyətə təhvil vermədiyi müəyyən edilmişdir: dəyəri 2160 manat olan «Apple iphone 12 Pro 256 GB (2021-ci il), dəyəri 1935 manat olan «Apple iphone 12 Pro 128 GB (2021-ci il), dəyəri 39,80 manat olan «Nokia 105 X16» (2022-ci il), dəyəri 39,80 manat olan «Nokia 105 X16» (2022-ci il), dəyəri 2881 manat olan «İphone 14 Pro Max 256 GB Deep Purple» (2022-ci il), cəmi 7055,6 manat. Qeyd edilən imzalar və möhür cəmiyyətin rəhbərliyinin icazəsi və məlumatı olmadan qoyulmuş, cihazlar mənimsənilmişdir. Bununla yanaşı PKİD müdiri İddiaçı istəyinə uyğun olaraq, dəyərini Cəmiyyətin "xxxx" MMC-yə ödəyəcəyini, İddiaçı isə isə Cəmiyyətə bu məbləğləri geri ödəyəcəyi və bundan sonra İddiaçı mülkiyyətinə keçəcəyi şərti ilə kredit şərtləri ilə aldığı və qiyməti 3540 manat olan aşağıdakı telefon aparatı da İddiaçı qalsa da, dəyəri Cəmiyyətə ödənilməmişdir: Müştərinin mobil nömrəsi: 552119029, mobil cihazın modeli: İphone 13 Pro Max 256 GB SBL, müqavilənin müddəti: 12 ay, müqavilənin başlanğıc tarixi: xx.xx.2022, müqavilənin bitmə tarixi: xx.xx.2023. Bununla yanaşı PKİD müdiri İddiaçı Lenovo ThinkBook 15G2 İTL/15.6’ Full HD/i5-1135G7/16GB/512GB SSD/ NV MX450 2GB/ FP/ Free D/ Grey (20VE0053RU) S/N: MP1WKH9J noutbuku (dəyəri 1900 manat) verilmişdir. İddiaçı həmin noutbuku Cəmiyyətə qaytarmaqdan imtina etmişdir. Aşkar edilmiş hallarla bağlı İnsan resursları üzrə meneceri Tacirə Namazova məzuniyyətdə olan PKİD müdiri İddiaçı xx.xx.2023-cü il tarixdə saat 12.00 radələrində ***- ***-**-** mobil nömrəsinə zəng edərək, əmək müqaviləsinin xitam edilməsi ilə bağlı onu Cəmiyyətə gəlməyi dəvət etmişdir. İddiaçı ölkədə olmadığını bildirmiş, Bakıya 05 iyunda gələcəyini demişdir. Daha sonra T.Namazova eyni müraciətdə İddiaçı ***-***-**-** vatsap nömrəsinə yazaraq, Şirkət rəhbərliyinin tapşırığına əsasən onun aydıqlıq gətirməli olduğu halları bildirmiş və bir daha onu izahat vermək üçün Şirkətə gəlməsini xahiş etmişdir. İddiaçı cavab olaraq əksinə Şirkətin ona izahat verməli məsələlər olduğunu, ofisə gəlməyəcəyini və izahat verməyəcəyini bildirmiş, Şirkət nəyi düzgün və qanuni hesab edirsə, onu da etsin yazmışdır. Qeyd edilmiş hallar xidməti araşdırma üzrə hazırki Komissiya üzvlərinin iştirakı ilə aktlaşdırılmışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixdə İddiaçı ünvanına aşkar olunmuş pozuntular haqqında izahat verməsi haqqında yazılı məktub göndərilmişdir. Məktub xx.xx.2023-cü il tarixdə qapı bağlı olduğu üçün geri qaytarılmışdır. Yuxarıda şərh edilən hallar PKİD müdiri İddiaçı tərəfindən qəsdən əmək funksiyasını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal əhəngi pozulmuş, mülkiyyətçinin və işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi xələl gəlmişdir. Bununla da Cəmiyyətin gəlir əldə etməsi üçün uzun müddət fəaliyyət imkanları məhdudlaşmış, iş prosesləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Qeyd edilən dəyişikliklər səbəbindən həmin xilməti məlumatların istifadəçisi olan Şirkətin struktur bölmələri məlumatlara dair sorğu etdikdə müvafiq məlumatlardan məhrum edilmişlər. Sistemin çatışmasında yaranmış qüsurların səbəblərinin tapılması, dəyişikliklərin törətdiyi nəticələrin aradan qaldırılması, sistemin əvvəlki işlək vəziyyətə qaytarılması üçüq əlavə vaxt, maliyyə və işçi quvvəsi ehtiyatları sərfiyyatı zərurəti yaranmışdır. Araşdırmanın nəticələri Cavabdeh ASC-nin rəhbərliyinə təqdim edilir.
41. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli, ***-**** nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə, 71-ci maddəyə və 72-ci maddəsinin «ç» və «e» bəndində nəzərdə tutulan əmək vəzifələrini kobud şəkildə pozması səbəbilə Cavabdeh ASC-nin Xidməti araşdırmanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli akta, xx.xx.2023-cü il tarixli akta əsaslanaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən Cavabdeh ASC-nin PKİD-nin müdiri İddiaçı ilə bağlanılmış xx.xx.2014-cü il tarixli 044 №-li əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən etibarən xitam verilməsi əmr edilmişdir.
42. İş materiallarında Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, işində yol verdiyi hüquq pozuntularına görə İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdr.
43. İş materiallarında olan Cavabdeh ASC-nin direktoru S.Mustafayev tərəfindən Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mediasiyaya dair göndərdiyi təklifə cavab olaraq bildirmək istəyirlər ki, mediasiya prosesində iştirak etmək niyyətindədirlər. Eyni zamanda bildirirlər ki, mediasiya prosesini Bakı şəhəri 15 saylı mediasiya təşkilatında keçirilməsini məqsədəuyğun hesab edirlər.
44. İş materiallarında olan Bakı 15 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/MT015/2023-00306/02 nömrəli arayışından görünür ki, İddiaçı işə bərpa, əmək haqqı və bonusların ödənilməsi ilə bağlı əmək mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə saat 11.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
45. İş materiallarında olan "xxxx" MMC-nin direktoru X10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müstəqil auditorun hesabatından görünür ki, o, Cavabdeh ASC-nin (VÖEN: **********) 2023-cü ildə 6 aylıq dövriyyəsinin təhlilini aparmış, audit zamanı təqdim olunmuş sənədlərdə əsas kimi götürülmüş təsdiqedici sənədlər yoxlanılmış, habelə sifarişçi təsərrüfat subyektinin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir. Hesab edir ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışdır. Aparılmış yoxlama ilə müəyyən edilmişdir ki, Cavabdeh ASC-nin 2023cü ildə 6 aylıq ümumi dövriyyəsi 5.002.367,43 manatdan ibarətdir və aylar üzrə auditor rəyində əlavə edilmiş açıqlamada öz əksini tapmışdır. Yoxlama xx.xx.2023-cü il tarixdə başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmışdır.
46. İş materiallarınd olan Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən Cavabdeh ASC-nin direktoru Samir Mustafayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, "xxxx" MMC-nin göstərdiyi xidmətlərdən fasiləsiz istifadəyə görə illik loyallıq proqramları çərçivəsində hədiyyə olaraq şirkətə verilmiş müxtəlif telekommunikasiya cihazlarının hazırda şirkətdə olmaması və kənar şəxslər tərəfindən istifadəsinin qarşısının alınması məqsədilə qeyd olunanlar araşdırıldı. Məktubda qeyd olunan cihazların «İphone 12 Pro» markalı **********39645 imei kodlu, «İphone 12 Pro» markalı **********7667 imei kodlu, «Nokia 105» markalı **********25474 imei kodlu, «Nokia 105» markalı **********25383 imei kodlu və «İphone 14 Pro» markalı **********13506 imei kodlu mobil telefonların tapılması məqsədilə Mobil Operatorlarına sorğu göndərilmişdir. "xxxx" MMC-dən alınmış cavabda **********13506 və **********25383 imei kodlu cihazların 2023-cü ilin iyun və iyul aylarında xx.xx.1990-cı il təvəllüdlü İddiaçı məxsus olan ***-***-**-** sim kart nömrəsilə istifadə olunduğu qeyd olunmuşdur. Digər **********39645, **********67667 və **********25474 imei kodlu nömrələrin xx.xx.2023-cü il tarixədək istifadə aşkar olunmamışdır. "xxxx" MMC-dən daxil olmuş cavabda **********67667 və **********13506 imei kodlu mobil telefonların istifadəsi aşkar olunmamışdır. **********39645, **********25474 və **********25383 imei kodlu mobil telefonların isə xx.xx.2023-cü il tarixədək olan müddətdə aşağıdakı şəxslər tərəfindən istifadə olunduğu qeyd olunmuşdur: ***-***-**-** nömrənin X4 tərəfindən, ***-***-**-** nömrəsinin İddiaçı tərəfindən, ***-***-**-** nömrəsinin X9 tərəfindən, ***-***-**-** nömrəsinin İddiaçı tərəfindən, ***-***-**-** nömrəsinin İddiaçı tərəfindən.
47. İş materiallarında olan Cavabdeh ASC-nin İnsan resursları üzrə menecer T.Namazova tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ASC ilə əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv edilmiş İddiaçı 2023-cü ilin mart ayında səhhətinin pozulması səbəbindən işdə 11-17 mart tarixləri arası müddətdə olmamışdır (əmək qabiliyyətinin olmaması vərəqəsi seriya SN 00008 № 0095824).
48. İş materiallarında olan Cavabdeh ASC-nin İT şöbəsinin meneceri E.Sultanov və İT təhlükəsizlik şöbəsi üzrə meneceri T.Cəfərov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ASC-nin əməkdaşlı olmuş İddiaçı xx.xx.2023-cü il tarixdə işdən çıxma haqqında ərizə təqdim etdiyi haqqında Şirkətin İT şöbəsinə məlumat daxil olan kimi həmin əməkdaşın Kerio VPN vasitəsilə korporativ elektron poçtuna, Tabus CRM sisteminə və şirkətdaxili serverlərə giriş hüququ dayandırılmışdır. İddiaçı xahişi və Şirkətin Direktorunun icazəsi ilə xx.xx.2023-cü il tarixdə bu giriş hüququ müvəqqəti olaraq açılmış, daha sonra xx.xx.2023-cü il tarixdən etibarən giriş hüququ birdəfəlik bağlanmışdır.
49. İş materiallarında olan "xxxx" MMC-nin direktoru İ.Skorik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ASC-nin əməkdaşı olmuş İddiaçı aid "xxxx" CRM sisteminə daxil olma login yaxud parolun dəyişdirilməsi haqqında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddət ərzində "xxxx" CRM sisteminə xidmət göstərən "xxxx" MMC-yə heç bir sifariş daxil olmamış və belə dəyişiklik "xxxx" şirkət tərəfindən edilməmişdir.
50. İş materiallarında olan Cavabdeh ASC-nin İT şöbəsinin meneceri E.Sultanov, İR şöbəsinin meneceri T.Namazova, İnzibati işlər şöbəsinin müdiri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ASC-nin əməkdaşı olmuş İddiaçı istifadəsinə verilmiş Lenovo ThinkBook 15G2 İTL/15.6’ Full HD/i5-1135G7/16GB/512GB SSD/ NV MX450 2GB/ FP/ Free D/ Grey (20VE0053RU) S/N: MP1WKH9J kompüterin (noutbukun) xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddət ərzində Şirkətin ofisində tərk edilməsi, saxlanması və ya təhvil verilməsi barədə İT şöbəsinə, İnsan resursları üzrə şöbəyə və ya İnzibati işlər şöbəsinə heç bir məlumat daxil olmamışdır.
51. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Cavabdeh ASCnin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh ASC-nin keçmiş işçisi İddiaçı əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinin X6 Xidmətinin Bakı şəhər İdarəsində araşdırmanın nəticəsi ilə əlaqədar məlumatın verilməsi haqqında müraciətinə baxılmışdır. Bununla əlaqədar İddiaçı bildirilmişdir ki, Cavabdeh ASC tərəfindən təqdim olunan sənədlərdən və aktlardan onunla Cavabdeh ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Müqaviləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməkdikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verildiyi və 1685,40 manat son haqq-hesabının bank hesabına köçürüldüyü müəyyən edilmişdir. Eyni zamanda İddiaçı nəzərinə çatdırılmışdır ki, onun müraciətində qeyd olunan «mükafat», Problemli kreditlərin idarə edilməsi departamentinin əməkdaşları tərəfindən əmək funksiyasının yerinə yetirilməsi nəticəsində borcların yığımının qaldırılmasına yönəlmiş bonuslardan və bu bonuslar əmək müqaviləsinin şərti kim müəyyən edilməmişdir. Həmçinin İddiaçı nəzərinə çatdırılmışdır ki, həmin məktubda 2023-cü ili naprel və may aylarında İddiaçı məzuniyyətdə olduğundan belə bonuslar ona təyin edilmədiyi qeyd olunmuşdur.
52. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş məktubdan görünür ki, "xxxx" MMC-dən təqdim edilmiş məlumata əsasən qəraradadda qeyd olunan "xxxx" MMC-yə məxsus 5.134.58.36 saylı İP ünvan istifadə üçün "xxxx" MMC-yə verilmişdir.
53. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-nin direktoru İqor Skorik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ASC-nin "xxxx" CRM sisteminə giriş qaydası haqqında məlumat təqdim edirlər. Cavabdeh ASC-nin əməkdaşına "xxxx" CRM sisteminə giriş hüququ verilən zaman həmin əməkdaşa sistem administratoru yaxud İR meneceri tərəfindən unikal login (əməkdaşın korporativ email ünvanı, şirkətdə qeydiyyatda alırdığı mobil telefon nömrəsi və ya fin kodu) və əməkdaş ilk dəfə daxil olmaq üçün parolu təyin edir. İşçi bunu edə bilmirsə, sistem administratoru şərti olaraq ixtiyarı parol təyin edir (Cavabdeh ASC-nin İT şöbəsinin tövsiyəsi ilə «12345»). Bu zaman əməkdaşa tövsiyə edilir ki, ilk dəfə "xxxx" CRM sisteminə giriş etdikdən sonra şərti parolu dəyişib, yalnız özünün biləcəyi yeni parolu təyin etsin. Yenilənmiş parol yalnız istifadəçiyə məlum olur. İlk dəfə verilmiş və ya sonradan dəyişilmiş parol yalnız qüvvədə olan login və ya parolla daxil olduqdan sonra dəyişdirilə bilər. Qüvvədə olan parol bilinmədikdə (unudulduqda və s.), yeni parol yalnız istifadəçinin yenidən qeydiyyatdan keçməsi yolu ilə təyin edilə bilər. Bu halda «parolu unutmusunuz?» düyməsini sıxmaqla, «parolun bərpası» səhifəsinə keçir. Bu səhifədə «bərpa etmək» düyməsi sıxıldıqdan sonra əməkdaşın korporativ elektron poçt ünvanına unikal parol göndərilir. Bu paroldan "xxxx" sisteminə daxil olmaq üçün deyil, yalnız yeni parolun təyin edilməsi üçün istifadə edilə bilər. Qeyd edilən qayda "xxxx" CRM sisteminin müəllifi "xxxx" MMC tərəfindən qoyulmuş, sistemdə saxlanılan məlumatlara çatımlığın yalnız buna xüsusi icazəsi olan şəxslərdə olması məqsədini daşıyır. Eyni zamanda bildirirlər ki, "xxxx" CRM sisteminin bazasındakı məlumatlara əsasən 01 yanvar-02 iyun 2023-cü il tarixləri arası müddət ərzində mailto:н.i@боа.азElektron ünvan adlı istifadəçinin "xxxx" CRM sisteminə giriş parolu dəyişdirilməmişdir. Eyni zamanda test olaraq həmin login adından «12345» parolu ilə "xxxx" CRM sisteminə daxil olmaq imkanı tərəflərindən yoxlandıqda, sistem bu parolun səhv olduğunu bildirir.
54. İş materiallarında olan Cavabdeh ASC-nin İT şöbəsinn meneceri E.Sultanov, İT təhlükəsizlik şöbəsi üzrə menecer T.Cəfərov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, «KERİO Control VPN Client» servisi Cavabdeh ASC tərəfindən daxili şəbəkəyə kənardan daxilolma hüququ olan əməkdaşlarının istifadəsinə verdiyi noutbuklara, onların korporativ şəbəkəyə şirkətxarici ərazilərdən avtorizasiyası və təhlükəsiz giriş imkanı üçün verilir. Cavabdeh ASC-nin internetinə Lan vasitəsilə qoşulma zamanı «KERİO Control VPN Client» servisi fəaliyyət göstərmir. Əgər «KERİO Control VPN Client» servisi xüsusi olaraq qoşulmaqla Lan və ya Wi-Fi vasitəsi ilə şəbəkəyə qoşulma olursa, belə qoşulma yalnız 185.118.50.34 – 185.118.50.38 id-ləri (AzFibernet) vasitəsi ilə ola bilər.
55. İş materiallarında olan Cavabdeh ASC-nin Maliyyə direktoru Z.Salahov və Portfelin Monitorinqi və Hesabat şöbəsinin müdiri N.Məmmədzadə tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 2022-ci ilin dekabr ayından 2023-cü ilin may ayınadək müddət ərzində Cavabdeh ASC-nin tələb hüquqları üzrə borcluların nağdsız gəlirlərinə (pensiya, müavinət, əmək haqqı və s.) yönəldilmələr üzrə mədaxilin dinamikasını aşağıdakı kimi olmuşdur: -2022-ci ilin dekabr ayı üçün – 74484 (cəmi kredit müqaviləsinin sayı), 5633 (gəlirlərlə yönətlmə sayı), 673.108,64 manat (gəlirlərə yönəltmə üzrə cəmi mədaxil); -2023-cü ilin yanvar ayı üçün – 75666 (cəmi kredit müqaviləsinin sayı), 2565 (gəlirlərlə yönətlmə sayı), 342,006,49 manat (gəlirlərə yönəltmə üzrə cəmi mədaxil); -2023-cü ilin fevral ayı üçün – 75690 (cəmi kredit müqaviləsinin sayı), 3926 (gəlirlərlə yönətlmə sayı), 508.461,70 manat (gəlirlərə yönəltmə üzrə cəmi mədaxil); -2023-cü ilin mart ayı üçün – 76501 (cəmi kredit müqaviləsinin sayı), 3750 (gəlirlərlə yönətlmə sayı), 529.000,73 manat (gəlirlərə yönəltmə üzrə cəmi mədaxil); -2023-cü ilin aprel ayı üçün – 76888 (cəmi kredit müqaviləsinin sayı), 3264 (gəlirlərlə yönətlmə sayı), 443.223,20 manat (gəlirlərə yönəltmə üzrə cəmi mədaxil); -2023-cü ilin may ayı üçün – 75646 (cəmi kredit müqaviləsinin sayı), 4362 (gəlirlərlə yönətlmə sayı), 501.279,23 manat (gəlirlərə yönəltmə üzrə cəmi mədaxil).
56. İş materiallarında olan Cavabdeh ASC-nin İnsan resursları üzrə menecer T.Namazova tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ASC-nin əməkdaşı olmuş İddiaçı 2023-cü ilin mart ayının 01-10 tarixlərində işdə olmuş, 2023-cü ilin mart ayının 8 - bayram günü olmuş, 2023-cü ilin mart ayının 11-17 tarixlərində - xəstəlik vərəqəsinə əsasən işdə olmamış, 2023-cü ilin mart ayının 18-19,25-26 tarixlərdə - istirahət günləri olmuş, 2023-cü ilin mart ayının 27-31 tarixlərində - işdə olmamışdır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
57. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixdən cavabdeh şirkətdə müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2021-ci il tarixdən Problemli Kreditlərin İcra Edilməsi Departamentinin müdiri vəzifəsində işləmişdir. Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli ***-**** saylı əmri ilə əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Cavabdeh ASC-nin Xidməti araşdırmanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlar göstərilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmri qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçı xx.xx.2023-cü il tarixli, ***-**** saylı əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, cavabdeh tərəfindən iddiaçıya əmək müqaviləsi və şirkətin daxili qaydalarına əsasən 2023-cü ilin aprel və may ayları üzrə yığımların 0,4%i həcmində əmək haqqına əlavənin ödənilməsi, cavabdeh tərəfindən iddiaçıya hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc ödənilməsi, 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
58. Məhkəmə iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir.
59. Məhkəmə iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir.
60. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır.
61. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir.
62. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
63. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.
64. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.
65. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər.
66. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.
67. Qeyd edilən Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
68. Həmin Məcəllənin 72-ci maddəsinin «e» bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
69. Həmin Məcəllənin 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
70. İşçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi əmək vəzifələrini kobud şəkildə pozulması hallardından biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsini göstərmişdir. Bu zaman işəgötürənin, müəssisənin və ya mülkiyyətinin qanuni mənafeyinə xələl gətirən kobud səhvlər və hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır. İşçi öz əmək fəaliyyətini iş vaxtı ərzində həyata keçirtdiyi üçün və yalnız bu müddət ərzində ona əmək qanunvericiliyi şamil edildiyi üçün belə göstərmək olar ki, onun yol verdiyi kobud səhv, yaxud hüquqazidd hərəkətlər iş vaxtı ərzində olmalıdır. İşçinin yol verdiyi kobud səhvlər müxtəlif səbəblər və hallarla bağlı olmalıdır. İşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə, onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa düşülür. İşəgötürən bu əsasla əmək müqaviləsinə o zaman xitam verə bilər ki, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvlər, yaxud hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilmiş olsun.
71. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin direktoru İqor Skorik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, test olaraq mübahisəli login adından «12345» parolu ilə "xxxx" CRM sisteminə daxil olmaq imkanı tərəflərindən yoxlandıqda, sistem bu parolun səhv olduğunu bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya məxsus giriş sistemi yalnız özünün bildiyi parol olmuşdur. Bundan əlavə isə iş üzrə «X1» MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 78 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh ASC-nin "xxxx" CRM sisteminə xx.xx.2023-cü il tarixdə saat 02:24:37-dən 03:52:09-dək uzaqdan qoşulma proqramı (Kerio VPN) vasitəsilə 1 saat 27 dəqiqə 32 saniyə sistemdə aktiv olmaqla, SQL serser bazasında axtarış sistemində bir çox dəyişikliklər olunmuş, heç bir aktiv istifadəçi olmadığından dəyişiklər Log (qeydiyyat) kitabçasına həmin istifadəçi tərəfindən daxil olunmuş və bu kimi girişlərin nəticəsi olaraq "xxxx" CRM sisteminin işlək vəziyyətdə olmadığı dövrdə Şirkətin "xxxx" CRM sisteminə implementasiya olunmuş biznes prosesləri pozulmuşdur ki, nəticədə bu da Şirkətin maddi ziyanla üzləşməsinə gətirib çıxarmışdır. Həmçinin mülki işin materiallarında görünür ki, iddiaçı həmin tarixlərdə ölkə xaricində olmuş və olduğu həmin ölkə üzrə ip ünvanlardan sistemə vpn vasitəsilə girişlər edilmişdir (bunun əksini isə iddiaçı sübuta yetirə bilməmişdir). Bundan başqa mülki iş materiallarında olan Cavabdeh ASC-nin Maliyyə direktoru Z.Salahov və Portfelin Monitorinqi və Hesabat şöbəsinin müdiri N.Məmmədzadə tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 2022-ci ilin dekabr ayından 2023-cü ilin may ayınadək müddət ərzində Cavabdeh ASC-nin tələb hüquqları üzrə borcluların nağdsız gəlirlərinə (pensiya, müavinət, əmək haqqı və s.) yönəldilmələr üzrə mədaxilin dinamikası aşağı düşmüşdür.
72. Məhkəmə qeyd edir ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olduğu üçün cavabdehin iddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətdiq etməsi tam qanunidir.
73. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, əmrin ləğv edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.
74. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2023-cü il tarixli, ***-**** saylı əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.
75. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbləri əsassız hesab olunduğu üçün, iddia tələbi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, əmək müqaviləsi və şirkətin daxili qaydalarına əsasən 2023-cü ilin aprel və may ayları üzrə yığımların 0,4%-i həcmində əmək haqqına əlavənin ödənilməsi, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc ödənilməsi hissələri də prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparmadan yuxarıda göstərilən əsaslarla rədd edilməlidir.
76. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.» tələbinə dair iddia tələbləri əsassız olduğuna görə təmin edilməməlidir.
77. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
78. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri - 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir.
79. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
81. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.» tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.