Məhkəmə qərarları › İş №e-2(006)-3705/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3705/2022

26.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3705/2022 26.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC və AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC və AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus, ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilin "xxxx" Şirkətlər Qrupu MMC tərəfindən keçirilmiş hərracda tələbkar Cavabdeh2 ASC-yə satılmasına dair 28 fevral 2018-ci il tarixli, 27/5 saylı hərracın nəticələri haqqında yekun protokol və 28 fevral 2018-ci il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edildiyindən Cavabdeh2 ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi və əvvəlki mülkiyyətçi İddiaçı adına çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli qətnaməsilə Cavabdeh2 ASC-nin iddiaçı və X2 qarşı kredit məbləğinin qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddiası qismən təmin edilmiş, müştərək qaydada 29.703,78 manat əsas, 1144,52 manat faiz, 266 manat cərimə borcu olmaqla cəmi 3114,56 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, ona məxsus ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilin açıq hərrac vasitəsilə satışı hesabına həyata keçirilməsi qət edilmişdir. Sonradan "xxxx" Şirkətlər Qrupu MMC-nin hərracın yekunları barədə protokolu ilə tanış olan zaman ona aydın olmuşdur ki, qətnamənin icrası ilə əlaqədar olaraq sifarişçi Xətai rayon İcra və Probasiya şöbəsi "xxxx" Şirkətlər Qrupu MMC-yə sifariş verilmiş və xx.xx.2018-ci ildə hərrac keçirilmiş və ilkin satış qiyməti 45.000 manat müəyyən edilmiş mənzil ilkin olaraq 15% endirim edilməklə 38.250 manata satıldığından, sonradan 25% endirimlə, yəni 28.687 manata iddiaçı bank tərəfindən alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3528/20211 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Niyazi Seyfulla oğlunun cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə və "xxxx" Şirkətlər Qrupu MMC-yə qarşı hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(006)-2930/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuşdur. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(006)-2930/2020 saylı qətnaməsi ləğv olunmuş, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilərək, Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin sifarişi ilə iddiaçı Niyazi Seyfulla oğluna məxsus, ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilin "xxxx" Şirkətlər Qrupu MMC tərəfindən keçirilmiş hərracda tələbkar Cavabdeh2 ASC-yə satılmasına dair 28 fevral 2018-ci il tarixli, 27/5 saylı hərracın nəticələri yekun protokol və 28 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi icra sənədini Xətai Rayon İcra şöbəsinə göndərmişdir. İcra məmuru isə həmin icra sənədinin icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət ünvanlamışdır. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3528 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə hər hansı öhdəliyin qoyulması qeyd olunmadığı üçün icrası mümkün olmamışdır. Həmçinin, Əmanətlərin Sığortalanması Fondu İcra Şöbəsinə cavab məktubu göndərərək həmin mənzilin girovda saxlanılmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ilkin vəziyyətinə qaytarılması həyata keçirilməmişdir. Bundan sonra icra məmuru qətnamənin qətnamənin izah olunması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3528/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsaəsn hakim göstərmişdir ki, qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti isə mülki iş üzrə tərəf olmamış, ona qarşı hər hansı tələb irəli sürülməmişdir. Bu səbəbdən də DƏDRX icra sənədində borclu kimi göstərilməmişdir. Bu səbəbdən qətnaməyə izahın verilmısi mümkün deyildir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdehlər LPO Cavabdeh2 ASC və AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi şəkildə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxış iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ünvanlanan 31 mart 2022-ci il tarixli məktubdan görünür ki, şöbənin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-7132/2016 saylı icra sənədinə əsasən İddiaçı və X1 müştərək qaydada cəmi 31.114,56 manat məbləğində vəsait və 30 manat dövlət rüsumunun Cavabdeh2 ASC-nin xeyrinə tutulması və tutmanın İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə yönəldilməsi qərara alınmışdır. İcraat dövründə şöbəsinin sifariş məktubuna əsasən, göstərilən əmlaka dair "xxxx" Şirkətlər Qrupu MMC tərəfindən keçirilmiş hərraclar zamanı alıcı olmadığından sözügedən əmlak satılmamışdır. Bununla da “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh2 ASC həmin ipoteka predmetini 28.687,50 manat qiymətlə hərracdan əldə etmişdir. Qeyd olunanlara əsasən, ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilinə dair mülkiyyət hüquqlarının ləğv prosesində olan Cavabdeh2 ASC-nin adına qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (Daşınmaz əmlakın reyestr nömrəsi-**********63-05101-093003, qeydiyyat nömrəsi-**********) çıxarış verilmişdir. Bundan sonra borclu tərəfindən verilmiş şikayət nəticəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-3528/2021 saylı qətnaməsinə əsasən İddiaçı məxsus ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilin "xxxx" Şirkətlər Qrupu MMC tərəfindən keçirilmiş hərracda tələbkar LPO Cavabdeh2 ASC-yə satılmasına dair 28 fevral 2018-ci il tarixli 27/5 sayılı hərracın nəticələri haqqında yekun protokol və 28 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Lakin, ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmadığından ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilin girovda saxlanılmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ilkin vəziyyətinə qaytarılması həyata keçirilməmişdir. İş materiallarında olan AR ƏMDK DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-310718/16 saylı məktubuna və ona qoşma edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-3528/2021 saylı icra vərəqəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sayılı Bakı Ərazi İdarəsinə baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-3528/2021 saylı icra vərəqəsi ilə Bakı şəhəri, Xətai rayon İcra və Probasiya şöbəsinin sifarişi ilə iddiaçı Niyazi Seyfulla oğluna məxsus, ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilin "xxxx" Şirkətlər Qrupu MMC tərəfindən keçirilmiş hərracda tələbkar Cavabdeh2 ASC-yə satılmasına dair 28 fevral 2018-ci il tarixli, 27/5 sayılı hərracın nəticələri haqqında yekun protokol və 28 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bakı şəhəri Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-3528/2021 saylı icra vərəqəsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-3528/2021 saylı qətnaməsinə əsasən, iddiaçı Niyazi Seyfulla oğlunun cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə və "xxxx" Şirkətlər Qrupu MMC-yə qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(006)-2930/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(006)-2930/2020 saylı qətnaməsi ləğv olunaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilmiş, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin sifarişi ilə iddiaçı Niyazi Seyfulla oğluna məxsus, ipotekaya qoyulmuş ünvan 6 ünvanında yerləşən 15 saylı mənzilin "xxxx" Şirkətlər Qrupu MMC tərəfindən keçirilmiş hərracda tələbkar Cavabdeh2 ASC-yə satılmasına dair 28 fevral 2018-ci il tarixli, 27/5 saylı hərracın nəticələri haqqında yekun protokol və 28 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdeh LPO Cavabdeh2 ASC-nin İddiaçı qarşı borc tələbi olmuşdur. Məhkəmə qətnaməsinə əsasən, həmin borc pulun İddiaçı və digər cavabdehdən tutulması, tutmanın Niyazi Seyfulla oğluna məxsus ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə yönəldilərək açıq hərrac vasitəsilə satışının həyata keçirilməsi qət edilmişdir (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli qətnaməsi). Həmin daşınmaz əmlakın ilkin satış qiyməti 45.000 manat müəyyən edilərək, 15% endirim ilə 28 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən elə LPO Cavabdeh2 ASC-yə satılmış, bununla bağlı 28 fevral 2018-ci il tarixli, 27/5 saylı hərracın nəticələri haqqında yekun protokol tərtib olunmuş və LPO Cavabdeh2 ASC-yə çıxarış verilmişdir. Niyazi Seyfulla oğlu LPO Cavabdeh2 ASC-yə qarşı iddia tələbi qaldırsa da, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsilə tələb rədd edilmişdir. Lakin, məhkəmə qətnaməsindən Niyazi Seyfulla oğlu tərəfindən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olunaraq, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin sifarişi ilə iddiaçı Niyazi Seyfulla oğluna məxsus, ipotekaya qoyulmuş ünvan 6 ünvanında yerləşən 15 saylı mənzilin "xxxx" Şirkətlər Qrupu MMC tərəfindən keçirilmiş hərracda tələbkar Cavabdeh2 ASC-yə satılmasına dair 28 fevral 2018-ci il tarixli, 27/5 saylı hərracın nəticələri haqqında yekun protokol və 28 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Lakin, hal-hazırda AR ƏMDK DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmadığından iddiaçı məsələ ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə sübutların kifayət qədər əsaslılığını qeyd edərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir; 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz; 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-3528/2021 saylı qətnaməsindən göründüyü kimi, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin sifarişi ilə iddiaçı Niyazi Seyfulla oğluna məxsus, ipotekaya qoyulmuş ünvan 6 ünvanında yerləşən 15 saylı mənzilin "xxxx" Şirkətlər Qrupu MMC tərəfindən keçirilmiş hərracda tələbkar Cavabdeh2 ASC-yə satılmasına dair 28 fevral 2018-ci il tarixli, 27/5 saylı hərracın nəticələri haqqında yekun protokol və 28 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Göründüyü kimi, mübahisəli əmlak üzrə 28 fevral 2018-ci il tarixli, 27/5 saylı hərracın nəticələri haqqında yekun protokol və 28 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, lakin LPO Cavabdeh2 ASC-yə verilmiş çıxarış ləğv edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı məxsus, ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilin "xxxx" Şirkətlər Qrupu MMC tərəfindən keçirilmiş hərracda tələbkar Cavabdeh2 ASC-yə satılmasına dair 28 fevral 2018-ci il tarixli, 27/5 saylı hərracın nəticələri haqqında yekun protokol və 28 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən Cavabdeh2 ASC-nin adına verilmiş çıxarış ləğv edilməli və əvvəlki mülkiyyətçi İddiaçı adına çıxarış verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı məxsus, ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilin "xxxx" Şirkətlər Qrupu MMC tərəfindən keçirilmiş hərracda tələbkar Cavabdeh2 ASC-yə satılmasına dair 28 fevral 2018-ci il tarixli, 27/5 saylı hərracın nəticələri haqqında yekun protokol və 28 fevral 2018ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən Cavabdeh2 ASC-nin adına verilmiş çıxarış ləğv edilsin. Əvvəlki mülkiyyətçi İddiaçı adına çıxarış verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar