Məhkəmə qərarları › İş №e-2(006)-3753/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3753/2024

07.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3753/2024 07.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi, onun vəkil və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "doğum faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "doğum faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X1 doğum faktının müəyyən edilməsi, müvafiq doğum haqqında şəhadətnamənin verilməsini Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: X4 və Ərizəçi 23 iyun 2022-ci il tarixdə, "nikahın bağlanması haqqında akt qeydləri kitabının” 897 №-li qeydi ilə Səadət Sarayında (Bakı Nikah evi) rəsmi qaydada nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından övladı xx.xx.2023-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Övladı xx.xx.2023-cü il tarixdə doğulmuş X1 doğum haqqında şəhadətnaməsinin alınmasında köməklik göstərilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2024-cii il tarixli, 3168/8-716/24 saylı məktubu ilə bildirilmişdir ki, qanunvericiliyə uyğun illər üzrə Nəsimi Rayon Qeydiyyat Şöbəsində yoxlama aparılmış və qeyd edilən şəxslərin doğumu haqqında akt qeydi barədə heç bir məlumat aşkar edilməmişdir. Doğum faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra doğumun qeydə alınması üçün uşaqların hiınayəçisi zəruri sənədlərlə aidiyyəti qeydiyyat şöbəsinə müraciət edə bilər. Beləliklə, Nəsimi Rayon Qeydiyyat Şöbəsi aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. xx.xx.2023-cü il təvəllüdlü X3 ev şəraitində doğulmuş və bununla bağlı şahidlər də var. Həmçinin, Ərizəçi hamiləlik müddətində 3 nömrəli qadın məsləhətxanasında müayinələrdən keçmişdir. Bununla bağlı onlara arayış da təqdim edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi 3 nömrəli Qadın Məsləhətxanası tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 4 saylı arayışa əsasən ünvan 1 ünvanında yaşayan Ərizəçi, həqiqətən xx.xx.2023-cü il tarixdə 3 nömrəli Qadın Məsləhətxanasında 11 həftəlik hamiləlik diaqnozu il qeydiyyata alınmışdır. Hamiləlik müddətində 4 dəfə müayinələrdən keçmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, tərəfindən Maraqlı şəxsnə müraciət olunaraq xx.xx.2023-cıi il təvəllüdlü X2 doğum haqqında şəhadətnamənin verilməsi xahiş edilmişdir. Hazırda onun xx.xx.2023-cü il təvəllüdlü oğlu X1 doğum haqqında şəhadətnaməsinin olmaması Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, eləcə də uşaq bağçasına yerləşdirilməsinə, gələcəkdə təhsil almasına və s. hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun vəkil və nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə dair məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxs Nəsimi Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Səadət sarayı (Bakı nikah evi) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ 510230 nömrəli nikah haqqında şədatənamənin surətinə əsasən, Əzizbəyov Bəxtiyar ilə Ərizəçi ilə xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar. Bakı Baş Səhiyə X8 Şəxsi 3 nömrəli qadın məsləhətxanasının 17 may 2024-cü il tarixli 4 saylı arayışının surətindən görünür ki, Ərizəçi xx.xx.2023-cü il tarixində 3 nömrəli Qadın Məsləhətxanasnda 11 həftəlik hamiləlik diaqnozu ilə qeydiyyata alınmışdır. Hamiləlik müddətində 4 dəfə müayinələrdən keçmişdir. Bakı Şəhəri Nəsimi Rayon Qeydiyat Şöbəsinin xx.xx.2024-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, qanunvericiliyə uyğun illər üzrə Nəsimi Rayon Qeydiyyat Şöbəsində yoxlama aparılmış və qeyd edilən şəxslərin doğumu haqqında akt qeydi barədə heç bir məlumat aşkar edilməmişdir. Odur ki, doğum faktı Məhkəmə qaydasında müəyyən edildikdən sonra doğumun qeydə alınması üçün uşaqların himayəçisi zəruri sənədlərlə aidiyyəti qeydiyyat şöbəsinə müraciət edilməsi bildirilmişdir. 12 saylı Uşaq Poliklinikasının 4351 saylı xx.xx.2024-cü il tarixli Ərizəçi verilmiş arayışından görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X3 hal-hazırda sağlamdır və poliklinikada qeydiyyatdadır. Bakı Baş Səhiyə X8 Şəxsi 3 nömrəli qadın məsləhətxanasının 02 sentyabr 2024-cü il tarixli 43 saylı arayışından görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Ərizəçi xx.xx.2023-cü il tarixdə 3 nömrəli Qadın Məsləhətxanasındaqeydiyyata düşmüşdür. AR Səhiyyə Nazirliyinin hamilə və zahının tibbi kitabçasının surətindən görünür ki, Ərizəçi 25 fevral (hamiləliyin müddəti 12-13 həftəlik), 03 aprel (hamiləliyin müddəti 17 həftəlik), 05 may (hamiləliyin müddəti 23 həftəlik) və 04 iyul (hamiləliyin müddəti 32 həftəlik) 2023-cü il tarixlərdə hamiləliyi ilə əlaqədar həkim qəbulunda olmuşdur. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış Ərizəçi sərhədkeçmə məlumatlarından görünür ki, ərizəçi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına giriş etmişdir. (uşaq doğulan vaxt Azərbaycan Respublikası ərazisində olmuşdur) Məhkəmə iclasında şahid qismində dindirilmiş: X4 ifadəsində bildirmişdir ki, Ərizəçi əridir. Onlar arasında olan nikah xx.xx.2022-ci il tarixdə bağlanmşdır. Arvadı hamilə idi. Bilirdi ki, uşaq oğlan uşağıdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Aytən onu sancısı tutduğuna görə yuxudan oyatmış, o da onlarla bilrikdə yaşayan bacısı Güləri çağırmış və bacısının köməyi ilə uşaq doğulmuşdur. Bacısı Gülər özü ixtisasca həkim-ginekoloqdur. X5 ifadəsində bildirmişdir ki, Ərizəçi baldızıdır. Qardaşının ailədi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə qardaşı Bəxtiyar onu çağırmış və arvadının sancısı tutduğunu bildirmişdir. O, da Aytənə köməyə gəlmiş və uşağın doğulmasına köməklik göstərmişdir. Uşaq doğulan zaman evdə onlardan başqa şəxs olmamışdır. Özü ixtisasca həkimginekoloqdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür; 4.3 Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır Məhkəmənin mövqeyi: Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, Ərizəçi xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində oğlan uşağı dünyaya gətirmiş, lakin həmin uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, ərizəçi uşağına doğum haqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmiş, o da öz növbəsində məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ərizəçi da məhkəməyə müraciət edərək, oğlu X1 xx.xx.2023-cü il tarixdə doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin faktı təsdiq edən sənədin alınması ərizəçiyə övladını uşaq bağçasına yerləşdirməsi, gələcəkdə təhsil alması və s. hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Göründüyü kimi Ərizəçi uşağı üçün doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin bərpasını tələb etdiyi halı, yəni oğlu X1 xx.xx.2023-cü il tarixdə doğulmasını iş üzrə toplanmış sübutlarla təsdiq etmək mümkündür. Bu halı təsdiq edən sənəd- yəni uşağa aid doğum haqqında şəhadətnamə hazırda mövcud olmadığından, bu hal yalnız aparılmış icraat çərçivəsində toplanmış sübutlarla təsbit olunmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 xx.xx.2023-cü il tarixdə tibb müəssisəsindən kənаrdа Ərizəçi tərəfindən doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Akt qeydləri kitabında X1 təvəllüdü “xx.xx.2023-cü il”, cinsi “kişi”, doğulduğu yer “Bakı şəhəri”, ata adı qrafasında “X4”, milliyyəti “azərbaycanlı”, ana adı qrafasında “Ərizəçi”, milliyyəti “azərbaycanlı” kimi yazılsın. Hazırkı qətnamə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar