Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3772/2025 12.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin verdiyi səlahiyyət əsasında onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Mühafizə Departamenti rəisi X4 13-1-18/3-10-3336/2025 nömrəli xx.xx.2025-ci il tarixli əmrinin qanunsuz sayılaraq ləğv edilməsi, onun işə bərpa olunmağı və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi və mediasiya prosesi zamanı İMS xərci 50 manat və kargüzarlıq xərci üçün 10 manat olmaqla, ümumilikdə ödədiyi 60 manat məbləğin cavabdehdən onun hesabına tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ali təhsilli, milli ordunun ehtiyatda olan zabiti (kapitan, bölük komandiri), Vətən müharibəsi iştirakçısıdır. xx.xx.2001-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hərbiləşdirilmiş mühafizə xidməti, Gəncə yanğından mühafizə komandasına yanğınsöndürən vəzifəsinə qəbul edilmişdir. xx.xx.2004-cü ildə həmin komandanın böyük yanğınsöndürən vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu Təhlükəsizlik Xidmətinin Gəncə yanğın təhlükəsizliyi komandasının yanğınsöndürəni vəzifəsinə keçirilmişdir. xx.xx.2005xx.xx.2007-ci illərdə həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2007-ci ildə xidmətdən tərxis olunduqdan sonra Azərbaycan Dövlət Dəmir Yolu Təhlükəsizlik Xidmətinin Gəncə yanğın təhlükəsizliyi komandasının böyük yanğınsöndürəni vəzifəsinə qəbul edilmişdir. xx.xx.2010-cu il tarixdə həmin komandanın qorovul rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2012-ci il tarixdə həmin komandanın komanda rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2015-ci ildə Gəncə yanğından mühafizə qatarına qatar rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı ildə Gəncə yüklərin və obyektlərin mühafizə komandasının rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu ildə Gəncə yanğından mühafizə komandasına komanda rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə Gəncə mühafizə bölməsinə bölmə rəisinin müavini vəzifəsinə keçirilmişdir. Ümumi iş stajı hərbi xidmət müddəti nəzərə alınmasa, 22 ilə yaxındır. Keçən bu müddət ərzində "xxxx" QSC-nin sədrinin 141ş/a nömrəli xx.xx.2016cı il tarixli əmri ilə həmin təşkilatın ən yüksək mükafatı olan “Fəxri Dəmiryolçu” nişanı ilə təltif olunmuşdur. Lakin, "xxxx" QSC rəhbərliyinin verdiyi səlahiyyət əsasında "xxxx" QSC Mühafizə Departamenti rəisi X4 13-1-18/3-10-3336/2025 nömrəli xx.xx.2025-ci il tarixli əmri ilə onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Sözügedən əmrdən narazıdır. Əmr rəhbərliyin ona qarşı qanunsuz qərəzinin nəticəsidir. Hesab edir ki, əmr qanunsuz sayılaraq ləğv edilməli, işə bərpa olnumalı və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı məbləği hesablanaraq ona ödənilməlidir. Sonradan iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə əlavə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “ç" bəndinə əsasən xitam verilməsi barədə “Azərbaycan Dəmir Yolları" QSC Mühafizə Departamenti rəisi X4 13-1-18/3-10.-3336/2025 nömrəli xx.xx.2025-ci il tarixli əmrinin qanunsuz sayılaraq ləğv edilməsi, onun işə bərpa olunmağı və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi və mediasiya prosesi zamanı İMS xərci 50 manat və kargüzarlıq xərci üçün 10 manat olmaqla, ümumilikdə ödədiyi 60 manat məbləğin cavabdehdən onun hesabıma tutulması barədə iddia tələbi məhkəmənin icraatındadır. Keçən dövr ərzində məhkəmə iclaslarında aparılmış araşdırmalardan məlum olmuşdur ki, cavabdeh tərəfin İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin "ç" bəndinə əsasən işdən qovmasına heç bir əsası olmamışdır. Cavabdehin irəli sürdüyü arqumentlər isə ya əsassızdır ya da iş prosesi zamanı yaranan xırda pozuntulardan ibarətdir ki, bu da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hisəsində qanunverici tərəfindən qeyd edilən (Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.) tələblərə ziddir. Belə ki, əvvəla İddiaçı bundan əvvəl də bu kimi nöqsanlar səbəbindən rəhbərlik tərəfindən töhmət aldığı bildirilir. Əvvəla həmin sözügedən töhmət barədə əmr onlara yalnız məhkəmə gedişində təqdim edilib və İddiaçı heç bir vaxt belə bir töhmətin ona elan olunması barədə məlumatsız olduğunu bildirmişdir. Halbuki, məhkəmə icraatı dövründə əlavə sənədlər başlığı altında məhkəməyə təqdim olunmuş həmin xx.xx.2024-cü il tarixli 13-1-18/3-13-1900/2024 tarixli əmrin 3-cü bəndində də açıq-aşkar qeyd edilmişdir ki, əmrin mətni ilə tanış edilmə icra edilməlidir. Onlar bu tanışetməni sübut etməsini cavabdehə təklif etsələr də, cavabdeh bunu hələ ki sübuta yetirməmişdir. İkincisi, əmək qanunvericiliyi tənbeh tədbiri verilmiş şəxsin 6 ay ərzində təkrarən həmin əməlləri törətməsi halında bu tənbeh tədbirini keçərli sayır. Bir il iki ay əvvəl “verilmiş” tənbeh tədbirinə istinad edilməsi qanunla uzlaşmır. Üçuncüsü qeyd edilmiş digər ərazidə olan texnika, avadanlıq və mal-materiallar təhvil-təslim olunmaması, mühafizə postunda növbədə olan əməkdaşlar mobil telefon vasitəsi ilə növbə rəisi tərəfindən distant qaydada təlimatlandırılsa da, TNU-19 formalı “Əməyin mühafizəsi üzrə təlimatların qeydiyyat jurnalı”nda keçirilmiş təlimatın qısa məzmunu və s. məlumatlar barədə qeydiyyatın aparılmaması, XU-3 formalı “Mühafizə departamentinin naryadları tərəfindən mühafizə olunan vaqonların stansiyadan getməsi və gəlməsinin uçotu kitabı”nda məlumatların müəyyən sütunlar üzrə doldurulmadığı, “İşçilərin işə gəlib-getmələrinin davamiyyət jurnalı”nda bəzi əməkdaşların imzalarının real işdə olma tarix və vaxtlarını əks etdirmədiyi müəyyən edilmişdir. Həmçinin son dövrlər üzrə statistik hesabatların göstəricilərinə əsasən X12 nizam-intizamın səviyyəsinin aşağı olması, işdə olmama hallarının artması, yol verdikləri əmək və icra pozuntularına görə əməkdaşlar barəsində görülmüş tədbirlərin xüsusi çəkisinin digər bölmələrə nisbətdə yüksək olması kimi “böyük və bağışlanılmaz” qüsurlara gəlincə isə yenə də yuxarıda qeyd etdiyi kimi məhkəmə iclaslarında araşdırmalar aparılmış və ərazidə olan texnika, avadanlıq və mal-materiallar təhvil-təslim olunmaması məsələsində ümumiyyətlə həmin sözügedən mal-materialın baş idarə tərəfindən təhvil təslim edilərək Gəncə mühafizə bölməsinə verilmədiyi aşkarlamışdır. Mühafizə postunda növbədə olan əməkdaşlar mobil telefon vasitəsi ilə növbə rəisi tərəfindən distant qaydada təlimatlandırılsa da, TNU-19 formalı “Əməyin mühafizəsi üzrə təlimatların qeydiyyat jurnalı”nda keçirilmiş təlimatın qısa məzmunu və s. məlumatlar barədə qeydiyyatın aparılmaması məsələsində məlum olmuşdur ki, vaxt çatışmazlığından bu hal yaranmış, lakin mobil telefon vasitəsi ilə növbə rəisi tərəfindən distant qaydada təlimatlandırılmışdır. Bundan başqa XU-3 formalı “Mühafizə departamentinin naryadları tərəfindən mühafizə olunan vaqonların stansiyadan getməsi və gəlməsinin uçotu kitabı”nda məlumatların müəyyən sütunlar üzrə doldurulmadığı məsələsində də, yəni mövzu sütunların ümumiyyətlə boş olmasından və qeydiyyatın aparılmamamısından deyil, sadəcə səliqəsiz tərtib edilməsindən ibarət olduğu aydınlaşdırılmışdır. Bundan başqa “İşçilərin işə gəlib- getmələrinin davamiyyət jurnalı”nda bəzi əməkdaşların imzalarının real işdə olma tarix və vaxtlarını əks etdirmədiyi məsələsi mühafizəçilərin qatarları müşayət üçün getdikdən və Qazax, Ağstafa kimi stansiyalarda iş vaxtının sona çatdığından geriyə Gəncə şəhərinə qayıtmalarının mümkünsüz olduğu müəyyən edilmişdir. Həmçinin son dövrlər üzrə statistik hesabatların göstəricilərinə əsasən X12 nizam-intizamın səviyyəsinin aşağı olması, işdə olmama hallarının artması, yol verdikləri əmək və icra pozuntularına görə əməkdaşlar barəsində görülmüş tədbirlərin xüsusi çəkisinin digər bölmələrə nisbətdə yüksək olması məsələsinə gəlincə isə X12ki işçilərin digər bölmələrə nisbətdə daha çox işçisinin olması ilə əlaqədar olması müəyyən edilmişdir. Bundan başqa cavabdeh orqan öz işinin qanuniliyini təsdiq etmək üçün məhkəməyə saxta sənədlər verməkdən belə çəkinməmişdir. Belə ki, verdiyi vəsatət əsasinda mübahisələndirdikləri əmrin onlara təqdim olunan cədvəl forması ilə sonradan (təxminən 1,5 ay sonra) təqdim olunan mətn formalı əmrlərinin QR-kodları oxunan zaman aydın oldu ki, əmrlər birlikdə deyil, ayrı-ayrı fayllar şəklində yerləşdirilmiş, lakin nömrələri fərqli olmalı olduğu halda eyni nömrə ilə nömrələnmişlər. Həmçinin sənədlərin link nömrələrində 25.025 (iyirmi beş min iyirmi beş) sənəd aralığı mövcuddur ki, həmin aralıqda yəni 22 may 2025-ci il tarixdə verilmiş başqa bir əmr vardır ki, bu da sənədin saxta olduğunu sübut edir. Bundan başqa vəsatəti əsasında məhkəmənin "xxxx" QSC-nin Mühafizə Departamentinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı məktubda bildirilmişdir ki, məhkəmənin icraatında İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğvi, işə bərpa və iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin Mühafizə Departamentinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli iclas protokolunda “tərəflərə əmək müqavilələrinə öz ərizələri əsasında xitam verilməsi üçün müraciət etmələrinə dair xitab olunduğu” göstərilmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq, komitə tərəfindən tərəflərə əmək müqavilələrinə öz ərizələri əsasında xitam verilməsi üçün müraciət etmələrinə dair xitab olunduğu təsdiq edən məlumatın (sənədlərin) mümkün ən qısa müddət ərzində (xx.xx.2025-ci il tarixdən gec olmayaraq) məhkəməyə təqdim edilməsinin təmin edilməsi xahiş olunur. Bu məktuba isə yalnız həmin təşkilatın iclas protokolunun çıxarışının təqdim edilməsi bildirilmişdir. Bu hal da sübut edir ki, E. Hacıyevin işdən qovulması qərəz, sifariş və qanunsuzluqla olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və öz izahatında bildirdi ki, əgər həmkarlar ona müraciət etmiş olsa idi, onun təqsiri sübuta yetirilsəydi, o, başqa çıxış yolu olmadığı üçün öz ərizəsi ilə işdən ayrılardı. Lakin onun heç bir təqsiri olmamışdır. Qeyd edilən nöqsanlar ona aid deyil, nə işçinin geyimi, nə də ki üzünün qırxılmamış olması onun qüsuru deyil. Üstəlik də həmin gecə mühafizənin təşkilinə cavabdeh növbə rəisidir. O, elektron sənəd dövriyyəsi sistemini dərindən bilir. Hər iki sənəd sanki eyni gündə vurulmuş sənədlərdir. Ancaq nömrələri fərqlidir. 1 gün fərqlə olan sənəd arasında o qədər çox sənədin olması mümkün deyil. Xırda qüsurlara görə işdən çıxarılması düzgün deyil. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini müdafiə etdi və öz izahatında bildirdi ki, məhkəmənin həmkarlara ünvanlanan sorğusunda göstərilən sual ayrıdır, gələn cavab isə ayrı. Cavab olaraq qarşı tərəf protokolu göndərmişdir. Protokolun onsuz da onlarda var. Protokolda xitab olunduğunu görüb vəsatət təqdim etmişdir ki, həmin xitabın sübutu göstərilsin. Həmçinin məhkəmədə məktubunda göstərmişdir ki, xitam verilməsi üçün müraciət edilməsinə dair xitab olunduğu göstərilir. Yaranmış zərurətlə əlaqədar olaraq, komitə tərəfindən tərəflərə əmək müqavilələrinə öz ərizələri əsasında xitam verilməsi üçün müraciət edilməsinə dair xitab olunduğunu təsdiq edən sənədlər verilsin. Amma protokolda bununla bağlı məlumat göstərilməyib. Cavabla bağlı onu qeyd edir ki, deməli, hansısa sübut yoxdur. Sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Həmkarlar İttifaqı rəsmi orqandır və rəsmi sənədləri olmalıdır. Həmkarlar İttifaqı işçinin əmək məsələlərini, konstitusion hüquqlarını qorumalıdır. Əmək insanın yaşamasına stimul verən onun dolanışığını təmin edən əsas fəaliyyətdir. Əməyi mühafizə edən orqan bu məsələyə ehtimallarla yanaşmamalıdır. O, işçinin qüsurlarını Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə çıxarmalarına əsas hesab etmir. Başqa işçilər ondan daha çox nöqsana yol vermiş, mühafizəçi postu qoyub getmişdir. Lakin, İddiaçı “Fəxri Dəmiryolçu” təltifi də vardır. Belə olan halda işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə çıxarılması onun işdən qovulması deməkdir və sonralar işləməsinə, yüksək vəzifə tutmasına maneçilik törədir. Çünki o, artıq etimadı doğrultmayan biri kimi görünür. Bildirir ki, iddiaçıya həmkarlar tərəfindən məlumat verilməmişdir. Sənəddə əsas olaraq həmkarlar ittifaqının qərarı götürülüb. Bunu gördükdə onlar departamentə və baş idarəyə xəbərnaməli məktublar göndərmiş və protokolu istəmişdilər. Həmçinin teleqram da göndərilmişdir. 23 may tarixində teleqrama cavab göndərilib. Cavabda bildirilib ki, onların 8 may 2025-ci il tarixli müraciətinə baxılıb. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən onun müqaviləsinə xitam verilmişdir. Teleqramda göstərilib ki, 2025-ci il 14 saylı protokolla bağlı "xxxx" ASC departamentinin birləşmiş həmkarlar ittifaqına müraciət etməyi məqsədəuyğundur. İddiaçı qeyd edir ki, Həmkarlar İttifaqının iclasından xəbəri olmayıb. 6 martda əmrin altında görüb. İddiaçı arxayın olmuşdur ki, onu işdən qova bilməzlər, çünki Həmkarlar ittifaqına üzvdür. Ancaq həmkarlar ittifaqının razılığını görəndə təəccüblənmişdir. Çünki, ona məlumat verilməyib. QR kod vasitəsilə link açıldıqda sənədlərin sıralama nömrəsi göstərilir və iki sənəd arasında 25.025 sənəd var. İstənilən telefonla baxmaq olar. İki sənəd bir günə aid olmalı idi, lakin sənədlərin arasında 25.025 sənəd var və bir gündə bu mümkün deyil. Sistem üzərində tarix dəyişdirilib, ancaq linki dəyişə bilirlər. Təlimatlandırma var, sütunlar üzrə doldurulma haqqında yazılıb ki, düzgün doldurulmamışdır, amma doldurulub boş deyil. Ola bilər ki, səliqəsizdir. İşçilərin imza atması ilə bağlı da qeyd edir ki, işçi bir qatarla başqa rayona gedir, iş saatı artıq orda başa çatır. Bunlar iş prosesində olan xırda qüsurlardır. İddiaçı 2024-cü ildə töhmət almışdır. Ancaq qanunda 6 ay ərzində istinad etmə haqqı göstərilib. Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qovulma düzgün deyildir. İddianın təmin olunması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etmədi və öz izahatında bildirdi ki, iddiaçı daha öncə onun sualına cavab olaraq bildirib ki, əgər Həmkarlar İttifaqı ona məlumat versə idi də, o, işdən çıxma barədə ərizəyə yazmağa razı olmayacaqdı. Həmkarlar istənilən halda iddiaçıya məlumat verib. İddiaçının iclasa gəlib-gəlməməsi mahiyyəti dəyişmir. Sənədlərin nömrəsindən danışırlar, orada 7.000 sənəd var. Ancaq nömrə 3.000-dir. O zaman elə olur ki, digərləri nömrəsizdir? Sənədin ardıcıllıq nömrəsindən deyil, iddiaçı öz qüsurlarından danışmalıdır. Belə absurd fikirlər lazım deyildir. Üstəlik də iddiaçı işdən çıxarılsa da, qanunsuz olaraq həmin sənəd dövriyyəsinə daxil olur.İddiaçı may ayında işdən çıxarılıb. Belə halda başqalarının əmrini necə əldə edə bilər. Bütün nöqsanlar araşdırılıb. Heç bir qərəz yoxdur. Yoxlamalar aparılıb, nöqsanlarına görə işdən çıxarılıb. İddianın əsassız olduğunu hesab edir, əmrin qüvvədə qalmağını xahiş edir. İş materialları: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin 13-1-18/3-10- 3336/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozduğuna və əmək funksiyalarını lazımi qaydada icra etmədiyinə görə Mühafizə departamentinin X13 rəis müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin '‘ç” bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. Həmçinin əmrdə göstərilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin Gəncə mühafizə bölməsi və postlarında 07-xx.xx.2025-ci il tarixlərində qəfləti yoxlama keçirilən zaman bir sıra nöqsanlar aşkar olunmuşdur. Belə ki, ərazidə olan texnika, avadanlıq və mal-materiallar təhvil-təslim olunmaması, mühafizə postunda növbədə olan əməkdaşlar mobil telefon vasitəsi ilə növbə rəisi tərəfindən distant qaydada təlimatlandırılsa da, TNU- 19 formalı “Əməyin mühafizəsi üzrə təlimatların qeydiyyat jurnalı”nda keçirilmiş təlimatın qısa məzmunu və s. məlumatlar barədə qeydiyyatın aparılmaması, XU-3 formalı “Mühafizə departamentinin naryadları tərəfindən mühafizə olunan vaqonların stansiyadan getməsi və gəlməsinin uçotu kitabı"nda məlumatların müəyyən sütunlar üzrə doldurulmadığı, “İşçilərin işə gəlib-getmələrinin davamiyyət jurnalı”nda bəzi əməkdaşların imzalarının real işdə olma tarix və vaxtlarını əks etdirmədiyi müəyyən edilmişdir. Həmçinin son dövrlər üzrə statistik hesabatların göstəricilərinə əsasən X12 nizam-intizam səviyyəsinin aşağı olması, işdə olmama hallarının artması, yol verdikləri əmək və icra pozuntularına görə əməkdaşlar barəsində görülmüş tədbirlərin xüsusi çəkisinin digər bölmələrə nisbətdə yüksək olması müəyyən edilmişdir. Bu kimi halların əvvəlki illərdə də olması, xidməti işin aparılmasını lazımi səviyyədə təşkil etmədikləri üçün bölmə rəisi X11 və müavini İddiaçı xx.xx.2024-cü il tarixində töhmət verilməsinə baxmayaraq, onlar tərəfindən nəticə çıxarılaraq zəruri tədbirlər görülməmişdir. Araşdırma ilə əlaqədar təqsirkar şəxslərin dairəsi müəyyən edilmiş, onlardan müvafiq izahat alınmış, aidiyyəti əməkdaşlara xəbərdarlıqlar edilmiş, eləcə də intizam tədbirləri görülmüşdür. Aşkar olunmuş nöqsanların, xidməti pozuntuların mühafizə bölməsində yolverilməz olduğunu, xidmətin təşkili və aparılmasına nəzarətin qeyri-qənaətbəxş olduğunu nəzərə alaraq X13 rəis müavini İddiaçı əvvəllər verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq Azərbaycan Respublikası Əmək Mcəlləsinin 10-cu maddəsinin “a” (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək), “b” (əmək intizamına və müəssisəX15na əməl etmək) bəndlərinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin intizam Nizamnaməsi”nin 2.2-ci (tabeliyində olan işçilərin işini düzgün təşkil etmək, onların vaxtında və dəqiq yerinə yetirilməsini yoxlamaq, qatarların hərəkətinin təhlükəsizliyinin təşkili məsələlərinə xüsusi diqqət yetirmək) və 2.2.3cü yarımbəndlərinin (əmək və icra intizamının səviyyəsinin yüksəldilməsinə diqqət yetirmək, iş vaxtı itkisinin və kadr axınının qarşısını almağa nail olmaq, iş zamanı fərqlənən işçiləri mükafatlandırmaq, əmək intizamını və bu Nizamnamə ilə müəyyən edilmiş intizam qaydalarını pozanları intizam məsuliyyətinə cəlb etmək, insanlara, onların ehtiyaclarına, sorğularına diqqətli münasibət göstərmək), ADY-nın İdarə Heyətinin xx.xx.2018-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X15”nın 3.1.7-ci yarımbəndinin (şəxsi maraqları naminə vəzifə səlahiyyətlərindən istifadə etməmək) tələblərinin pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü ehtiyatda olan kapitan İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçmişdir və “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 09.2020-ci il tarixli Sərəncamına əsasən N nömrəli hərbi hissəyə təhvil verilmiş və xx.xx.2020-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq səfərbərlikdən tərxis edilmişdir. N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli fəxri fərmanın surətindən görünür ki, “Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü“ münasibəti ilə və döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nailiyyətlərə görə kapitan İddiaçı təltif olunmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixli əmrə əsasən, “Fəxri Dəmiryolçu” nişanı ilə təltif edilmişdir. İddiaçı məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Azərbaycan Dövlət Dəmiryolu Hərbiləşdirilmiş Mühafizə Xidmətinin Gəncə yanğından mühafizə komandasına yanğınsöndürən vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə böyük yanğınsöndürən vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci il tarixdə Azərbaycan Dövlət Dəmiryolu Təhlükəsizlik Xidmətinin Gəncə yanğın təhlükəsizliyi komandasının yanğınsöndürəni vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndinə əsasən (hərbi xidmətə buraxıldığı üçün) işdən azad edilmişdir. xx.xx.2005-xx.xx.2007-ci il tarixlərdə hərbi xidmətdə qulluq etmişdir. xx.xx.2007-ci il tarixdə Azərbaycan Dövlət Dəmiryolu Təhlükəsizlik Xidmətinin Gəncə yanğın təhlükəsizliyi komandasının böyük yanğınsöndürəni vəzifəsinə qəbul edilmiş, xx.xx.2010-cu il tarixdə həmin komandanın qarovul rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixdə həmin komandanın rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdə Gəncə yüklərin və obyektlərin mühafizəsi komandasının rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdə Gəncə yanğından mühafizə qatarının rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixdə Gəncə yanğından mühafizə komandasına komanda rəisi vəzifəsinə keçirilmişdir, xx.xx.2023-cü il tarixdə Gəncə mühafizə bölməsi üzrə bölmə rəisinin müavini vəzifəsinə keçirilmiş və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bakı 18 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/18-2025-00378 nömrəli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə saat 14:30-da keçirilən mediasiya sessiyasına gəlmiş, cavabdehin nümayəndəsi isə mediasiya sessiyasına gəlməmişdir. 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci iddiaçı tərəfindən ödənilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş sənədin surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı ilə əmək müqaviləsi xx.xx.2007-ci il tarixdə bağlanmış, xx.xx.2024-cü il tarixdə töhmət almış, xx.xx.2016-cı il tarixdə “Fəxri Dəmiryolçu” təltifinə layiq görülmüşdür. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin NH rəisi Kazım Kazımov, TT şöbəsi Səfər Soltanov, İR şöbə rəisi Pərvin Aslanov, MB rəisi Taleh Abdullayev, GMB rəisi Elşad Nəsibov, GMB rəis müavini İddiaçı və GMB növbə rəisi Xosrov Azadi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:15-dən xx.xx.2025-ci il saat 01:00-dək EMB-nin Gəncə stansiyası, Yeni Lokomotiv depo və Qərb vaqon deposunda yaz baxışı ilə əlaqədar baxış keçirilmiş və bir sıra nöqsanlar aşkar edilmişdir. Belə ki, Gəncə stansiyasında xidmətdə olan mühafizəçilərdən beş nəfərin mülki geyimdə xidmətdə olduqları aşkar edilmişdir. Gəncə stansiyasında xidmətdə olmalı olan səyyar atıcı Tural Əliyevin xidmətdə olmadığı, daha sonra bölmə rəisi E.Nəsibov T.Əliyevin onun arxasınca gəldiyini müəyyən etmişdir. Bölmənin sənədlərinə baxış keçirən zaman bütün postlarda işə davamiyyət kitablarının qaydalara uyğun imzalanmadığı aydın olmuşdur. XU3 forma kitablarının yeni qaydalara uyğun doldurulmadığı məlum olmuşdur. Qərb vaqon deposunda xidmətdə olan baş atıcı Həsənov Samirin üzünün tüklü olduğu aydın olmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Mühafizə Departamentinin aparıcı mütəxəssisi Ceyhun Məmmədov, mütəxəssi Mehman Əliyev və Gəncə MB-nın bölmə rəisi Elşad Nəsibov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2025-ci il tarixində və xx.xx.2025-ci il tarixində Gəncə MB-da yaranan xidməti nöqsanla əlaqədar Mühafizə Departamentinin Daxili Araşdırmalar şöbəsinin əməkdaşları Gəncəyə ezam olunmuşlar. Araşdırma prosesində zərurətlə əlaqədar olaraq, Gəncə MBnin rəhbərliyindən yazılı izahat yazmalarını tələb etmişlər, lakin Gəncə MB-nin rəis müavini İddiaçı yazılı izahat yazmaqdan imtina etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş mühafizə departamenti üzrə 2024-cü ildə müxtəlif səbəblərdən növbə üzrə iş saatlarının pozulmasının statistikasından görünür ki, X12 xəstəlik səbəbindən 840, icazə səbəbindən 101, işə gəlməmə səbəbindən 26, işə gecikmə səbəbindən 45 və digər səbəblərə görə 2 dəfə olmaqla, cəmi 1.014 dəfə iş saatlarının pozulması halı qeydə alınmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş mühafizə departamenti üzrə 2025-ci ilin 1-ci rübündə müxtəlif səbəblərdən növbə üzrə iş saatlarının pozulmasının statistikasından görünür ki, X12 xəstəlik səbəbindən 143, icazə səbəbindən 24, işə gəlməmə səbəbindən 2, işə gecikmə səbəbindən 12 dəfə olmaqla, cəmi 181 dəfə iş saatlarının pozulması halı qeydə alınmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnspeksiya şöbəsinin böyük mütəxəssisi tərəfindən Mühafizə Departamentinin rəisi Tikrar Quliyevə ünvanlanmış xidməti məruzənin surətindən görünür ki, X12 201 nəfər xəstəliklə əlaqədar bülletendə olan, 96 nəfər isə xidmətdən qısa müddətli icazə alan əməkdaş müəyyən edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək X12 32 nəfər xəstəliklə əlaqədar bülletendə olan, 10 nəfər xidmətdən qısa müddətli icazə alan, 1 nəfər gecikən və 2 nəfər xidmətə çıxmayan əməkdaşlar müəyyən edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin 13-1-18/3-13- 1900/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, Mühafizə departamentinin X13 rəisi X8 və Mühafizə departamentinin X13 rəis müavini İddiaçı töhmət elan edilməsi əmr edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentində xx.xx.2025-ci il tarixində keçirilmiş müşavirənin protokolunun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq, Mühafizə departamentinin X13 rəisi X6 və Mühafizə departamentinin X13 rəis müavini İddiaçı əmək müqavilələrinin ləğv edilməsi qərara alınmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli iclasının 14 nömrəli protokolundan çxıarışın surətindən görünür ki, Mühafizə departamentinin X13 rəis müavini İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə iddia tələbinə etirazla müraciət edərək göstərmişdir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə ADY-nin Mühafizə departamentinin xx.xx.2025-ci il tarixli 13-1-18/3-10-3336/2025 nömrəli əmri tam qanuni və əsaslıdır. Belə ki, ADY-nin Mühafizə Departamentinin rəisi Tikrar Quliyevin xx.xx.2024-cü il tarixli 13-1-18/3-13-1900/2024 nömrəli İntizam tənbehinin verilməsi və intizam qaydalarının pozulması haqqında əmrinə əsasən Mühafizə departamentinin Xidmətin təşkili şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-xx.xx.2024cü il tarixlərdə Ağstafa, Gəncə və Yevlax mühafizə bölmələrində xidməti yoxlamalar aparılmışdır. Yoxlamalar zamanı sözügedən mühafizə bölmələrində bir sıra nöqsanlar aşkar olunmuşdur. X13 rəisi X11 və rəis müavini İddiaçı xidməti işin aparılmasını lazımi səviyyədə təşkil etməməklə eyni zamanda yol verdikləri müəyyən nöqsanları yenidən təkrarlamaqla ADY-nin “X15” və əmək vəzifələrinin müvafiq tələblərini kobud şəkildə pozduqları müəyyən olunmuşdur. Bu səbəbdən X13 rəisi X8 və rəis müavini İddiaçı “töhmət” elan olunmuş və gələcəkdə belə hallar təkrar baş verdikdə qanunvericiliyə əsasən onlara qarşı daha ciddi tədbirlər görüləcəyi bildirilmişdir. Bundan sonra, ADY-nin Mühafizə departamentində xx.xx.2025-ci il tarixində keçirilmiş müşavirənin protokoluna əsasən araşdırma zamanı müəyyən edilmişdir ki, 07-xx.xx.2025-ci il tarixlərində departamentin əməkdaşları tərəfindən Gəncə mühafizə bölməsi və postlarında qəfləti yoxlamalar aparılmışdır. Belə ki, ərazidə olan texnika, avadanlıq və mal-materialların təhvil-təslim olunmaması, mühafizə postunda növbədə olan əməkdaşlar mobil telefon vasitəsi ilə növbə rəisi tərəfindən distant qaydada təlimatlandırılsa da, TNU-19 formalı “Əməyin mühafizəsi üzrə təlimatların qeydiyyat jurnalı”nda keçirilmiş təlimatın qısa məzmunu və s. məlumatlar barədə qeydiyyatın aparılmaması, XU-3 formalı “Mühafizə departamentinin naryadları tərəfindən mühafizə olunan vaqonların stansiyadan getməsi və gəlməsinin uçotu kitabı”nda məlumatların müəyyən sütunlar üzrə doldurulmadığı, “İşçilərin işə gəlib-getmələrinin davamiyyət jurnalında bəzi əməkdaşların imzalarının real işdə olma tarix və vaxtlarını əks etdirmədiyi müəyyən edilmişdir. Həmçinin, son dövrlər üzrə statistik hesabatların göstəricilərinə əsasən X12 nizam-intizamın səviyyəsinin aşağı olması, işdə olmama hallarının artması, yol verdikləri əmək və icra pozuntularına görə əməkdaşlar barəsində görülmüş tədbirlərin xüsusi çəkisinin digər bölmələrə nisbətdə yüksək olması müəyyən edilmişdir. Bu kimi halların əvvəlki illərdə də olması, xidməti işin aparılmasının lazımi səviyyədə təşkil etmədikləri üçün bölmə rəisi X11 və müavini İddiaçı xx.xx.2024-cü il tarixində töhmət verilməsinə baxmayaraq, onlar tərəfindən nəticə çıxarılaraq zəruri tədbirlər görülməmişdir. Araşdırma ilə əlaqədar təqsirkar şəxslərin dairəsi müəyyən edilmiş, onlardan müvafiq izahat alınmış, aidiyyəti əməkdaşlara xəbərdarlıqlar edilmiş, eləcə də intizam tədbirləri görülmüşdür. Aşkar olunmuş nöqsanların, xidməti pozuntuların mühafizə bölməsində yolverilməz olduğunu, xidmətin təşkili və aparılmasına nəzarətin qeyri-qənaətbəxş olduğunu nəzərə alaraq X13 rəis müavini İddiaçı əvvəllər verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək), “b” (əmək intizamına və müəssisəX15na əməl etmək) bəndlərinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi”nin 2.2.1-ci (tabeliyində olan işçilərin işini düzgün təşkil etmək, onların vaxtında və dəqiq yerinə yetirilməsini yoxlamaq, qatarların hərəkətinin təhlükəsizliyinin təşkili məsələlərinə xüsusi diqqət yetirmək) və 2.2.3-cü yarımbəndlərinin (əmək və icra intizamının səviyyəsinin yüksəldilməsinə diqqət yetirmək, iş vaxtı itkisinin və kadr axınının qarşısını almağa nail olmaq, iş zamanı fərqlənən işçiləri mükafatlandırmaq, əmək intizamını və bu Nizamnamə ilə müəyyən edilmiş intizam qaydalarını pozanları intizam məsuliyyətinə cəlb etmək, insanlara, onların ehtiyaclarına, sorğularına diqqətli münasibət göstərmək), ADY-nin İdarə Heyətinin xx.xx.2018-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X15”nın 3.1.7-ci yarımbəndinin (şəxsi maraqları naminə vəzifə səlahiyyətlərindən istifadə etməmək) tələblərinin pozulduğu müəyyən edilmişdir. Həmçinin, xx.xx.2025-ci il tarixdə akt tərtib edilmiş və aktı tərtib edən şəxslərdən biri də İddiaçı olmuşdur. Aktda qeyd olunur ki, həqiqətən də xx.xx.2025-ci il tarixdə saat 22:15-dən xx.xx.2025-ci il saat 01:00-dək GMB-nin Gəncə stansiyası Yeni Lokomotiv depo və Qərb vaqon deposunda yaz baxışı ilə əlaqədar baxış keçirilmiş və bir sıra nöqsanlar aşkar edilmişdir. Belə ki, Gəncə stansiyasında xidmətdə olan mühafizəçilərdən beş nəfərin mülki geyimdə xidmətdə olduqları müşahidə edilmişdir. Gəncə stansiyasında xidmətdə olmalı olan səyyar atıcı Tural Əliyevin xidmətdə olmadığı, daha sonra bölmə rəisi ilə birgə bölməyə gəldiyi müəyyən olmuşdur. Bölmə rəisi X1 arxasınca gəldiyini bildirmişdir. Bölmənin sənədlərinə baxış keçirilən zaman bütün postlarda işə davamiyyət kitablarının qaydalara uyğun imzalanmadığı aydın olmuşdur. XU- 3 formalı kitabların yeni qaydalara uyğun doldurulmadığı məlum olmuşdur. Qərb vaqon deposunda xidmətdə olan baş atıcı Samir Həsənovun üzünün tüklü olduğu aydın olmuşdur. Aktda qeyd olunanların, həmçinin, Qızılca qəsəbəsində 11 saylı Qırmadaş mühafizə postunda tərtib edilən aktların doğru olduğunu öz imzaları ilə təsdiq etmişlər. xx.xx.2025-ci il tarixli akta əsasən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə X12 yaranan xidməti nöqsanla əlaqədar Mühafizə Departamentinin Daxili araşdırmalar şöbəsinin əməkdaşları Gəncəyə ezam olunmuşlar. Araşdırma prosesində zəruriyyətlə əlaqədar olaraq X13 rəhbərliyindən yazılı izahat yazmaqlarını tələb etmişlər, lakin X13 rəis müavini İddiaçı yazılı izahat yazmaqdan imtina etmişdir. Lakin bölmə rəisi X14 isə xx.xx.2025-ci il tarixli izahatında qeyd etmişdir ki, o və bölmə rəisinin müavini İddiaçı bölmə rəhbərliyi olaraq vəzifə təlimatına uyğun olaraq bölmədə olan bütün nöqsanlar o cümlədən əməkdaşlar tərəfindən buraxılan nöqsanlara görə birbaşa cavabdeh şəxs olduqlarını dərk edir və gələcəkdə xidməti pozuntulara yol verilməməsi üçün müvafiq tədbirlər görülməsinə söz verir. Bundan sonra, ADY-nin Mühafizə Departamentinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli 14 nömrəli protokoldan çıxarışından məlum olur ki, 24 aprel 2025-ci il tarixində keçirilmiş müşavirənin nəticələrinə əsasən müəyyən edilmişdir ki, ADY-nin Mühafizə departamentinin X12 rəhbərlik tərəfindən vəzifə funksiyalarının icrasında ciddi nöqsanlara yol verilmiş, iş və icra intizamı pozulmuş, eyni zamanda xidmətin təşkili sahəsində sistemli çatışmazlıqlar müşahidə olunmuşdur. Müşavirə zamanı bölmənin fəaliyyəti təhlil olunmuş, əməkdaşların xidməti vəzifələrini yerinə yetirməsində, davamiyyət və intizam məsələlərində, həmçinin, xidməti qaydalara riayətdə ciddi pozuntuların mövcud olduğu müəyyən edilmişdir. Xüsusilə bölmə rəisi Nəsibov Elşad və rəis müavini İddiaçı xidmətin təşkili və nəzarətində səhlənkarlığa yol verdikləri, bu səbəbdən də əmək intizamının pozulduğu və xidmətin səmərəliliyinin azaldığı vurğulanmışdır. 2024-cü il ərzində bu nöqsanların aradan qaldırılması məqsədilə müəyyən tədbirlər görülsə də, nəticələrin qənaətbəxş olmadığı və 2025-ci ilin ilk rübündə də analoji halların təkrarlandığı müəyyən edilmişdir. Həmçinin, əməkdaşlar arasında xidməti geyim qaydalarının pozulması, xidməti postların icazəsiz tərk olunması və iş yerlərinin düzgün təşkil edilməməsi halları qeydə alınmışdır. X13 rəisi X6 və İddiaçı işə davamiyyətlərinin, nizam-intizamlarının aşağı səviyyədə olmasını nəzərə alaraq əmək müqavilələrinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi təklif edilmişdir. Həmçinin, X2 Komitəsinin sədri İsmayıl Abdullayev öz çıxışında iddiaçı və digər şəxsə əmək müqavilələrinə öz ərizələri əsasında xitam verilməsi üçün müraciət edəcəkləri halda, onlara şiddətli töhmət verilməklə əmək müqavilələrinə öz xahişləri əsasında xitam verilməsi yönündə rəy bildirəcəyini qeyd etmişdir. BHİK-nin sədrinin təklifi Elşad Nəsibov tərəfindən qəbul edilmiş, İddiaçı tərəfindən isə rədd edilmişdir. Bu səbəbdən, İddiaçı əmək müqaviləsinin AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Əlavə olaraq qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixli 13-1-18/3-13- 1900/2024 nömrəli intizam tənbehinin verilməsi haqqında əmrdən nəticə çıxarmayaraq təkrar əmək və icra intizamını ciddi şəkildə pozduğu, tutduğu xidməti vəzifələrinin məsuliyyətini dərk etmədiyi, Departament rəhbərliyi tərəfindən göstərilmiş etimadı doğrultmadığı, əmək funksiya və vəzifə borclarını yerinə yetirməyərək bölmədə işin, əmək və icra intizamının normal ahəngini pozduğu üçün intizam xətasına yol vermişdir. Bu səbəbdən də işəgötürənin onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməsi tam qanuni və əsaslı olmuşdur. Yuxarıda qeyd olunanları əsas tutaraq, İddiaçı "xxxx" QSC-yə (ADY) qarşı “əmək müqaviləsinin ləğv edilməsinə dair əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi”nin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Daxili Araşdırmalar şöbəsinin aparıcı mütəxəssisi Məmməd Tağıyev tərəfindən Mühafizə departamentinin rəisi Tikrar Quliyevə ünvanlanmış xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Növbətçi hissə rəisinin xx.xx.2025-ci il tarixli, 13-1-18/3-58-2650/2025 nömrəli, xx/xx/2025-ci il tarixli, 13-1-18/3- 58-2711/2025 nömrəli, Gəncə mühafizə bölməsi rəisinin xx/xx/2025-ci il tarixli, 13-1-18/3- 56-2696/2025 nömrəli və Ağstafa mühafizə bölməsi rəisinin xx/xx/2025-ci il tarixli, 13-1- 18/3-56-2655/2025 nömrəli xidməti məruzələri araşdırılmışdır. Bununla əlaqədar, müvafiq sənədlər toplanmış, aidiyyəti əməkdaşların yazılı izahatları alınmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, 07-xx.xx.2025-ci il tarixlərində Departamentin əməkdaşları tərəfindən Gəncə mühafizə bölməsi və postlarında qəfləti yoxlamalar aparılmışdır. Keçirilmiş yoxlamalar zamanı bir sıra nöqsanlar aşkar olunmuşdur. Belə ki, saat 18:00-dan 20:00-dək Qızılca qəsəbəsində yerləşən 11 saylı Qırmadaş MMC mühafizə postunda aparılan yoxlama zamanı növbədə olan atıcı Rasim Alışov mühafizəsi ona həvalə olunmuş ərazini nəzarətsiz buraxaraq, yoxlama qrupunu vaxtında aşkar edə bilməmişdir. Atıcının ayıq-sayıqlığının yoxlanılması məqsədi ilə ərazidə olan 25 litrlik, 20 ədəd yanacaq dolu kanistrlərdən 1 ədədi yoxlama qrupu tərəfindən götürülsə də, atıcı Rasim Alışovun nəzarətindən yayınmışdır. Ümumilikdə, ərazidə olan texnika, avadanlıq və mal-materiallar təhvil-təslim olunmurlar. Mühafizə postunda növbədə olan əməkdaşlar mobil telefon vasitəsi ilə növbə rəisi tərəfindən distant qaydada təlimatlandırılsa da, TNU-19 formalı “Əməyin mühfizəsi üzrə təlimatların qeydiyyat jurnalı”nda keçirilmiş təlimatın qısa məzmunu və s. məlumatlar barədə qeydiyyatlar aparılmamışdır. “İşçilərin işə gəlibgetmələrinin davamiyyət jurnalı”nda bəzi əməkdaşların imzalarının real işdə olma tarix və vaxtlarını əks etdirmədiyi aydın olmuşdur. Ümumilikdə, sözügedən post bölmə rəhbərliyi tərəfindən xx.xx.2025-ci il tarixindən yoxlanılmamışdır. Saat 22:15-dən 01:00-dək Gəncə stansiyasında növbədə olan əməkdaşların xidməti fəaliyyətlərinin yoxlanılması zamanı səyyar atıcı Tural Əliyevin postda olmaması aşkar edilmişdir. Araşdırma zamanı, səyyar atıcı Tural Əliyevin bölmə rəisi tərəfindən xidməti vəzifələrinin icrası ilə uyğun olmayan işə cəlb edildiyi müəyyən olunmuşdur. Belə ki, əməkdaş onu avtomobili ilə gətirməsi üçün bölmə rəisinin çağırışı əsasında mühafizə postunu tərk etmiş və bölmə rəisini gətirdikdən sonra posta qayıtmışdır. Bununla yanaşı, növbədə olan 5 əməkdaşın mülkü geyimdə olmaları aşkar olunsa da, onlardan yalnız səyyar atıcı Vüsal Qocayevin xx.xx.2024-cü il tarixində yeni xidməti geyim forması ilə təmin olunduğu müəyyən edilmişdir. Qərb vaqon deposu mühafizə postu yoxlanılarkən, növbədə olan baş atıcı Samir Həsənovun üzü tüklü vəziyyətdə olması aşkar edilmişdir. Növbə otağında olan xidməti sənədlərə baxış zamanı, XU-3 formalı “Mühafizə departamentinin naryadları tərəfindən mühafizə olunan vaqonların stansiyadan getməsi və gəlməsinin uçot kitabın”nın və “İşçilərin işə gəlib-getmələrinin davamiyyət jurnalı”nın düzgün aparılmaması müəyyən edilmişdir. Belə ki, XU-3 formalı “Mühafizə departamentinin naryadları tərəfindən mühafizə olunan vaqonların stansiyadan getməsi və gəlməsinin uçot kitabın”nda məlumatların müəyyən sütunlar üzrə doldurulmadığı və yaxud müvafiq qaydada yazılmadığı, “İşçilərin işə gəlib-getmələrinin davamiyyət jurnalı”nda bəzi əməkdaşların imzalarının real işdə olma tarix və vaxtlarını əks etdirmədiyi aydın olmuşdur. Araşdırma prosesində müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixində, saat 08:00-da Gəncə stansiyasına daxil olan 2608 saylı qatarın tərkibində olan 11 yanacaq yüklü çən vaqonları mühafizə və müşayiət edilməsi üçün 3484 nömrəli marşrut vərəqi əsasında səyyar atıcı Tural Əliyevə təqdim edilmişdir. Səyyar atıcı Tural Əliyev qatarı qəbul etsə də, heç kimə məlumat vermədən sözügedən vaqonların yerləşdiyi xidməti postu özbaşına tərk etmiş və nəticədə 2608 saylı qatar müşayiətsiz yola düşmüşdür. Səyyar atıcı Tural Əliyev, qatarın müşayiətsiz yola düşməsi barədə aidiyyəti üzrə məlumat vermədən, şəxsi avtomobili ilə ona təqdim olunan qatarın arxasınca getsə də ona çatmamışdır. Qatar yola düşdükdən təxminən 2 saat sonra növbə rəisi Xosrov Azadi tərəfindən səyyar atıcı ilə mobil telefon əlaqəsi yaradılarkən X21 stansiyasında olduğunu bildirmiş, lakin qatarın müşayiətsiz getdiyi barədə məruzə etməmişdir. Eyni zamanda, baş atıcı Qəmbər Verdiyevin qatarın müşayiətsiz getməsini dəqiqləşdirmədən 2608 saylı qatarın saat 12:10-da nöqsansız yola düşməsi barədə növbə rəisi Xosrov Azadiyə məlumat verməsi müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlar müvafiq xidməti məruzə, aktlar, araşdırma materialı və əməkdaşlardan alınmış yazılı izahatlarda öz əksini tapmışdır. Bununla yanaşı, X13 rəis müavini İddiaçı hər-hansı bir əsas gətirməyərək yazılı izahat verməkdən imtina etmiş və qeyd olunan hal müvafiq qaydada aktlaşdırılmışdır. Baş atıcı Samir Həsənov, xəstə olduğu ilə əlaqədar işə gəlmədiyi üçün növbəyə çıxdıqdan sonra araşdırmaya cəlb ediləcəkdir. Qeyd edilir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin stasionar və qeyri-stasionar postlarında mühafizə işinin təşkili proseduru”nun 4.1. bəndinə əsasən səyyar atıcı Vüsal Qocayev işə başlayarkən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mühafizə əməkdaşlarının geyim normativi prosedur”una uyğun olaraq müəyyən edilmiş xüsusi geyim formasında olmalıdır. Vəzifə təlimatının müvafiq funksiyalarına uyğun olaraq, xidməti vəzifəsinin icrası zamanı atıcı Rasim Alışov işində, hərəkətində daim sayıq davranmağa, digər şəxslərdən buraxılış rejimi qaydalarına və obyektdaxili rejimə riayət olunmasını tələb etməyə borcludur və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin stasionar və qeyri-stasionar postlarında mühafizə işinin təşkili proseduru”nun müvafiq tələblərinə əsasən təyin olunduğu postun hüdudları daxilində patrulluq etməklə obyektin mühafizəsini fasiləsiz həyata keçirməlidir. Vəzifə təlimatının müvafiq funksiyalarına uyğun olaraq, xidməti vəzifəsinin icrası zamanı səyyar atıcı Tural Əliyev mühafizə postunu tərk etməməyə, işində, hərəkətində daim sayıq davranmağa, qatarın müşayiətsiz getməsi hallarına yol verməməyə, növbə ərzində baş verən bütün hadisələri rəhbərinə məruzə etməyə və xidməti vəzifələrinin icrası ilə uyğun olmayan hərəkətlərə yol verməməyə borcludur. Vəzifə təlimatının müvafiq funksiyalarına uyğun olaraq, baş atıcı Qəmbər Verdiyev postun fəaliyyət göstərdiyi sahədə (obyektdə) xidməti təşkil etmək, işçilərin praktik xidmət aparmalarına nəzarət etməyə borcludur. Ümumilikdə, son dövrlər üzrə statistik hesabatların göstəricilərinə əsasən X12 nizam-intizamın səviyyəsinin aşağı olması, işdə olmama hallarının artması və yol verdikləri əmək və icra pozuntularına görə əməkdaşlar barəsində görülmüş tədbirlərin xüsusi çəkisinin yüksək olması müəyyən edilmişdir. Belə ki, 2024-cü il ərzində bölmənin 39 əməkdaşının barələrində müvafiq tədbirlər görülmüşdür. Onlardan, 4 nəfərlə fərdi qaydada istiqametverici söhbətlər aparılmış, 12 nəfərə şifahi qaydada xəbərdarlıq edilmiş, 14 nəfərə yazılı qaydada xəbərdarlıq edilmiş, 6 nəfərə töhmət verilmiş, 2 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş və araşdırma prosesində 1 nəfərlə bağlanmış əmək müqaviləsinə xitam verildiyi müəyyən olunmuşdur. 2025-ci ilin 1-ci rübü ərzində bölmənin 9 əməkdaşının barələrində müvafiq tədbirlər görülmüşdür. Onlardan, 2 nəfərlə fərdi qaydada istiqametverici söhbətlər aparılmış, 2 nəfərə şifahi qaydada xəbərdarlıq edilmiş, 2 nəfərə yazılı qaydada xəbərdarlıq edilmiş, 2 nəfərə töhmət və 1 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bundan başqa, 2024-cü il ərzində bölmədə 1014 növbə üzrə əməkdaşların işdə olmadıqları (840 xəstə, 101 icazəli, 45 gecikmə, 26 işə gəlməmə və 2 digər hal) müəyyən olunmuş, bu da bölmələr üzrə birinci yerdə olmaqla departament üzrə ümumi göstəricinin 17,5 faizini təşkil edir. 2025-ci ilin 1-ci rübü ərzində bölmədə 181 növbə üzrə əməkdaşların işdə olmadıqları (143 xəstə, 24 icazəli, 12 gecikmə və 2 işə gəlməmə) müəyyən olunmuş, bu da bölmələr üzrə birinci yerdə olmaqla departament üzrə ümumi göstəricinin 19,4 faizini təşkil edir. Vəzifə təlimatının müvafiq funksiyalarına görə, bölmə rəisi Elşad Nəsibov və bölmə rəsinin müavini İddiaçı bölmənin fəаliyyətinə rəhbərlik еtməyə, bölmə üzrə xidməti təşkil etməyə, bölmənin xidməti ərazisində dаşınаn yüklərin və obyektlərin qоrunmаsını təmin etməyə, stаnsiyаlаrın pаrklаrındа və yоl bоyuncа qаtаrlаrdа yükləri qоruyаn səyyar atıcıların, obyektləri mühafizə edən baş atıcı və atıcıların xitməti fəaliyyətlərini müntəzəm yoxlamağa, davamiyyətə, iş vaxtı tаbеçiliyində оlаn işçilərin xаrici görünüşünə və müvаfiq gеyim fоrmаsındа оlmаlаrınа nəzаrət еtməyə borcludurlar. “Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi”nin 2.2.1. bəndinə əsasən, rəhbər işçilər tabeliyində olan işçilərin işini düzgün təşkil etməyə, 2.3. bəndinə əsasən tabeliyində olan işçilər arasında intizamın vəziyyətinə və onların üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar. Bildirilir ki, xidməti işin aparılmasını lazımi səviyyədə təşkil etmədikləri üçün Departament rəisinin 13-1-18/3-13-1900/2024 nömrəli əmri ilə bölmə rəisi Elşad Nəsibov və bölmə rəisinin müavini İddiaçı xx.xx.2024-cü il tarixində “töhmət” verilmişdir. Bununla yanaşı, vəzifə təlimatının müvafiq funksiyalarını pozduğuna görə departament rəisinin 13- 1-18/3-13-1351/2025 nömrəli əmri ilə bölmə rəisi Elşad Nəsibova xx.xx.2025-ci il tarixində “töhmət” verilmişdir. Əlavə olaraq qeyd edilir ki, bölmə rəisi Elşad Nəsibovun verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardandır. Eyni zamanda, bölmə rəsinin müavini İddiaçı dəfələrlə yazılı izahat verməkdən imtina etməsi, onun qeyri-səmimilik nümayiş etdirməsi kimi qiymətləndirilir. Buradan belə nəticəyə gəlinir ki, bölmə rəisi Elşad Nəsibov və bölmə rəsinin müavini İddiaçı əmək funksiyalarını və vəzifə borclarını yerinə yetirmədiklərinə görə bölmədə işin, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, X13 rəisi X11, rəis müavini İddiaçı, baş atıcı X5, atıcı X16, səyyar atıcılar X17 və X10 qanunvericiliyin, Cəmiyyətin daxilində müəyyən edilmiş norma, o cümlədən qaydaların müvafiq tələblərinə əməl etməmələri "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X15”nın 8.2 bəndinə əsasən intizam xətası sayılır və onların intizam məsuliyyətinə cəlb edilməsi məqsədə müvafiqdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin X13 bölmə rəisinin müavininin vəzifə təlimatının xx.xx.2024-cü il tarixli redaksiyasından görünür ki, bölmə rəisinin müavininin əmək funksiyaları aşağıdakılardır:
1. Bölmə rəisi ilə birgə bölmənin fəaliyyətinə rəhbərlik etmək, bölmə üzrə xidməti təşkil etmək, xidməti və məişət otaqlarının təchizatına, əmlakının düzgün istismarına, saz saxlanmasına və qorunmasına nəzarət etmək;
2. Bölmənin xidməti ərazisində daşınan yüklərin və obyektlərin qorunmasını təmin etmək, əməliyyat-profilaktika işlərini aparmaq;
3. Yüklərin qorunmasını, buraxılış rejimi və dəmir yol nəqliyyatında müəyyən edilmiş qaydaların tələblərinə riayət edilməsini, habelə vətəndaşlarla istehsalatla əlaqəsi olmayan bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasını, oğurluqların qarşısının alınması və baş vermiş oğurluqların üstünün açılması üzrə əməliyyatprofilaktika işlərinin aparılmasını təşkil etmək;
4. Bölmənin şəxsi heyətinin iş cədvəlini və tabelini tərtib etmək, işə davamiyyət, iş saatlarının düzgün hesablanmasına nəzarət etmək; bölmənin aylıq iş planını tərtib edilməsində iştirak etmək;
5. Stansiyaların parklarında və yol boyunca qatarlarda yükləri qoruyan səyyar atıcıların, obyektləri mühafizə edən baş atıcı və atıcıların və yanğından mühafizə qatarında xidmət göstərən işçilərin xitməti fəaliyyətlərini müntəzəm yoxlamaq;
6. Şəxsi heyətin iş vaxtından səmərəli istifadə etməsinə nəzarət həyata keçirmək, qabaqcıl və müasir iş forma və metodlarını praktikada geniş surətdə tətbiq etmək;
7. İş vaxtı şəxsi heyətin sağlamlığını və təhlükəsizliyini qorumaq, məişət şəraitinə qayğı göstərmək, tabeçiliyində olan işçilərin xarici görünüşünə, o cümlədən, müvafiq geyim formasında olmalarına nəzarət etmək, bölmədə çalışan işçilərin X15na riayət etmələrini tələb etmək;
8. Bölmədə silah-sursat, texnika və digər əmlakların vəziyyətini nəzarətdə saxlamaq, silah və sursatların düzgün saxlanılmasını, qorunmasını, istifadə olunmasını təmin etmək;
9. Xidməti ərazidə baş vermiş oğurluqların və kommersiya qüsurlarının qeydiyyatını aparmaq, oğurlanmış yüklərin axtarışı və oğruların tutulması üçün tədbirlər görmək, hüquq mühafizə orqanları və stansiyalarda yüklərin qorunmasına cavabdeh şəxslərlə daim işgüzar əlaqə saxlamaq, baş verən hadisələr barədə mütəmadi olaraq departament rəhbərliyinə və növbətçi hissəyə məlumat vermək;
10. Cəmiyyətin, departament rəhbərliyinin, bölmə rəisinin əmr və göstərişlərinin vaxtlı-vaxtında şəxsi heyətə çatdırmaq, qeyd olunmuş tələblərin tam yerinə yetirilməsi işini təşkil etmək;
11. Mühafizə olunan obyekt rəhbərliyi ilə razılaşdırılmış qaydalara riayət edilməsinə nəzarət etmək;
12. İş prosesində əldə etdiyi məlumatları ancaq xidməti fəaliyyət üçün istifadə etmək, məlumatların daim məxfi saxlanılmasını təmin etmək;
13. Xidməti vəzifələrinin icrası ilə uyğun olmayan və ADY-nin adına xələl gətirə biləcək hərəkətlərə yol verməmək;
14. Departamentin Növbətçi hissəsi və qorunan obyektlərin rəhbərləri ilə daim koordinasiyalı fəaliyyət aparmaq. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 25-ci maddəsinin İ hisəssinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2 və 3-cü hissələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 84-cü maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası,həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il,əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. 84-cü maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 189-cu maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmək barədə qətnamə və ya bu maddənin ikinci hisəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı tərəfindən irəli sürülən dəlillər onun tərəfindən əmək funksiyalarının pozulmamasından, aşkar edilmiş nöqsanların az əhəmiyyətli olmasından, onun barəsində daha əvvəllər tətbiq edilməsi göstərilən intizam tənbehindən xəbərsiz olmasından, həmkarlar ittifaqı tərəfindən onun öz ərizəsi ilə işdən çıxmasına dair ona müraciət edilməməsindən və hazırda cavabdeh tərəfindən təqdim edilən əsaslandırılmış əmrin sonradan tərtib edilməsindən ibarət olmuşdur. Məhkəmə İddiaçı X13 rəis müavini kimi vəzifə təlimatına üzərinə düşən vəzifələrini və əmək funksiyalarını lazımi qaydada yerinə yetirib yetirməməsinin qiymətləndirilməsini bilavasitə işəgötürənin səlahiyyətində olmasını nəzərə alır. Bununla belə "xxxx" QSC-nin müvafiq bölmələrinin əməkdaşları tərəfindən aparılmış qəfləti yoxlama zamanı aşkar edilmiş nöqsanlar mühafizənin təşkilində yol verilmiş boşluqları müəyyən etməyə imkan verir. Üstəlik də həmin anda bölmənin rəisi tərəfindən də yol verilmiş pozuntular səmimi şəkildə etiraf edilmişdir. İddiaçı həmin aşkar edilmiş pozuntuların bölmənin rəisinə, həmin an üçün növbə rəisinə, ümumiyyətlə ondan başqa istənilən digər əməkdaşa aid etməsinə dair mövqeyi də onun bu məsələyə münasibətini qiymətləndirməyə mane olmur. İstər qəfləti yoxlama zamanı mühafizə obyektindən hər hansı bir əşyanın, hazırki halda bir yanacaq konteynerinin yoxlama əməkdaşları tərəfindən götürülməklə, mühafizəçinin bunu aşkar etməməsi, istərsə də, İddiaçı müvafiq sənədləşmənin, qeydiyyat jurnallarının tələb olunan səviyyədə tərtib etməməsi, ümumiyyətlə mühafizə işinin təşkilinə və əmək və icra intizamına nəzarətin tələb olunan şəkildə icrası işgötürən tərəfindən qiymətləndirilmişdir. İddiaçının onun daha əvvəllər töhmət alması barədə məlumatsız olmasını və hətta belə bir hal olmuş olsa da belə, müddət etibarilə həmin töhmətə istinad edilməsinin əsassız olmasını bildirmişdir. İddiaçının öz işinin peşəkarı olması, illərdir bu sahədə qüsursuz və səmərəli fəaliyyətinə dair dəlilləri baxımından onun daha əvvəl yol verilmiş pozuntulara görə töhmət alması barədə əmrdən məlumatsız olmasına dair dəlili inandırıcı deyildir. Əlbəttə Əmək qanunvericiliyi intizam tənbehinin qüvvədən düşməsinə dair qaydanı müəyyən etsə də, bu halın işəgötürən tərəfindən işçinin əmək fəaliyyətinin qiymətləndirilməsində nəzərə alınmasını istisna etmir. İddiaçının digər dəlili onun Əmək Məcəlləsinin müvafiq maddəsi ilə azad edilməsinə dair həmkar ittifaqı təşkilatı tərəfindən onun məlumatlandırılmamasından ibarət olmuşdur ki, məhkəmə bu halda iki məqamı diqqətə çatdırır. Əvvəla həmkarlar ittifaqı üzvü olan işçinin Əmək Məcəlləsinin müvafiq maddəsi ilə işdən azad edilməsinə dair həmin ittifaqın razılığının alınması üçün işəgötürən tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciət edilmişdir. Həmkarlar ittifaqının işçi ilə hansı qaydada müzakirələr aparılması isə həmin təşkilatın öz səlahiyyətinə aid olan məsələdir. Hazırki mübahisə çərçivəsində həmkarlar ittifaqının iddiaçının dəlillərindən irəli gələn hərəkətlərinə qiymət verilməsi mümkün deyildir. Digər bir məqam isə ondan ibarətdir ki, X13 rəisi Elşad Nəsibovun özünün işdən çıxma barədə ərizə yazmasına razılığı fonunda, həmin bölmə rəisinin müavininin məlumatlandırılmaması barədə dəlillər ağlabatan deyildir. Hər bir halda İddiaçı özünü hər hansı bir nöqsana görə məsul hesab etmədiyindən onun işdən çıxma barədə ərizə yazması təklifinə müsbət cavab verməməsi aydındır. Nəhayət məhkəmə işəgötürən tərəfindən əsaslandırılmış əmrin sonradan tərtib edilməsi ilə bağlı dəlilləri ilə bağlı bildirir ki, elektron sənəd dövriyyəsində sənədin sonradan tərtib edilməklə daha əvvəlki tarixlə qeydiyyata alınmasına dair dəlillər hazırki məhkəmə icraatında deyil, artıq başqa hüquqi müstəvidə araşdırılmalı haldır. Hər bir halda işəgötürən tərəfindən məhkəməyə əsaslandırılmış əmr və həmin əmrin qəbul edilməsini şərtləndirilən əsaslar, aparılmış araşdırma materialları təqdim edilmişdir. Ümumiyyətlə iddiaçının 20 ildən artıq hazırki cavabdeh olan işəgötürənlə əmək münasibətlərində olması, fəxri dəmiryolçu adına layiq görülməsi və müharibə iştirakçısı olması fonunda onun yol verdiyi nöqsanlara görə işdən azad edilməsinə işəgötürənin mövqeyi iddiaçıya qərəzli kimi görünsə də, işəgötürən tərəfindən məhz həmin işçiyə qarşı qərəzli münasibət müəyyən edilmir. Qanun qarşısında hamı bərabərdir.Müəyyən edilir ki, bölmənin digər əməkdaşlarına da münasibətdə müvafiq tədbirlər görülmüşdür. Daha aşağı vəzifəli şəxslərin daha yüngül tənbeh tədbirlərinə məruz qalması və bölmə rəsininin və onun müavinin isə əmək fəaliyyətinə xitam verilməsi elə onların daha yüksək vəzifəüstünlük yox, öhdəlik- sahibi olmalarının nəticəsidir. Beləliklə iddiaçının onun Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi işdən azad edilməsinin qanunsuz və əsassız olmasına dair dəlilləri cavabdehin əsaslı etirazı ilə təkzib edilmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüsalə Musayeva