Məhkəmə qərarları › İş №e-2(006)-3797/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3797/2022

21.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3797/2022 21.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlak üzərində payların müəyyən edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlak üzərində payların müəyyən edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2004-cü il tarixdə nikaha daxil olmuşlar, nikah 2021-ci il tarixdə pozulmuşdur. Həmin nikahdan üç övladları var. Tərəflər birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 2 ünvanında yerləşən 42 №-li mənzili əldə etmişlər. Azərbaycan Respublikasınin İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məlumatına əsasən daşınmaz əmlak 25 yanvar 2020-ci il tarixdə qeydiyyata alınmış və hazırda cavabdehin mülkiyyətindədir. Cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakdan iddiaçının payına düşən hissəni verməkdən boyun qaçırır. Göstərilənlərə əsasən Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 2 ünvanında yerləşən 42 №-li mənzilə dair ½ hissədə İddiaçı, digər ½ hissədə isə Cavabdeh paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X2 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Kəlbəcər Rayon Məhkəməsində iclası olduğu üçün hazırki məhkəmə iclasında iştirak edə bilməyəcək. Bu səbəbdən işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, onun vəkilinin izahatlarını dinləyib və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 dekabr 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilə X1 25 yanvar 2003-cü il tarixində rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında həmin tarixdə 37 №-li akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 616107 №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 2, mənzil 42 Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 3325 saylı reyestr kitabının 310990 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh adına ünvan 1 ünvanı xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 23 saylı protokoldan çıxarışından görünür ki, vətəndaş Cavabdeh kooperativə üzv qəbul edilmiş və ona "xxxx" MTK-nın Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə 2 ünvanında yerləşən yaşayış binasında giriş 2, mərtəbə 3, otaq sayı 3, sahəsi 103,4 kv.m olan 42 saylı mənzilə tam mülkiyyət hüququ verilmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MTK-nın Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə 2 ünvanında yerləşən yaşayış binasında giriş 2, mərtəbə 3, otaq sayı 3, sahəsi 103,4 kv.m olan 42 saylı mənzilin payçısıdır. Pay haqqını tam ödəmişdir. Əsaslandırıcı hissə: Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər xx.xx.2003cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, eyni zamanda nikah dövründə Cavabdeh adına xx.xx.2020-ci il tarixdə ünvan 1 qeydiyyata alınmış, hazırda iddiaçı birgə nikah dövründə əldə edilmiş cavabdehin mülkiyyətində olan əmlaka 1/2 pay nisbətində onunla cavabdeh arasında bölünməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Eyni Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Qeyd olunan Məcəllənin 36.8-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Göstərilən Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutumayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 tərəflərin birgə nikah dövründə, yəni xx.xx.2020-ci il tarixdə əldə edilmişdir. Bununla da həmin əmlak onların ümumi birgə mülkiyyəti hesab edildiyindən, iddiaçı həmin əmlak üzərində payların müəyyən edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış ünvan 1 tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak üzərində İddiaçı ½ pay hüququ və Cavabdeh ½ pay hüququ üzrə mülkiyyət hüquqları tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış ünvan 1 tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak üzərində İddiaçı ½ pay hüququ və Cavabdeh ½ pay hüququ üzrə mülkiyyət hüquqları tanınsın. Qətnamə İddiaçı və Cavabdeh göstərilən əmlak üzərində paylı mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması üçün əsasdır. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar