Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3800/2024 09.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X8 iştirakları, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X10rşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödənc məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X10rşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X17 tərəfindən keçirilən qərəzli attestasiya komissiyasının qərarına uyğun verilən 3-24-2/3-01-k-72/2024 nömrəli əmrin ləğv edilməsi, 3-24-2/3-01-k-72/2024 nömrəli əmr nəticəsində işdən çıxarılan İddiaçı işə bərpa edilməsi, iddiaçı işə bərpa olunana qədər işəgötürənin təqsiri ucbatından buraxılmış iş günlərinə görə itirilmiş əməkhaqqının işəgötürən tərəfindən tam ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X17 tərəfindən keçirilən qərəzli attestasiya komissiyasının qərarına uyğun verilən 3-24-2/3-01-k-72/2024 nömrəli qanunsuz əmrin ləğv edilməsi, 3-24-2/3-01-k-72/2024 nömrəli əmr nəticəsində işdən çıxarılan İddiaçı işəə bərpa edilməsi, iddiaçı işə bərpa olunana qədər işəgötürənin təqsiri ucbatından buraxılmış iş günlərinə görə itirilmiş əməkhaqqının işəgötürən tərəfindən tam ödənilməsi, iddia tələbi ilə bağlı yekun məhkəmə aktı çıxarılanadək, əmək haqqının gecikdirilməsinə görə əmək haqqının 3 faizi məbləğində ödəncin hesablanaraq cavabdeh tərəfindən iddiaçıya öqənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X17 (bundan sonra Mərkəz) xx.xx.2024-cü il tarixində attestasiya keçirərək, İddiaçı münasibətdə qanunsuz qərar qəbul etmiş və onun əmək fəaliyyətinə xx.xx.2024-cü il tarixində əmək məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam vermişdir. Keçirilən attestasiyanın qərəzli olmasını sübut edən hallar vardır. İlkin olaraq vurğulamaq lazımdır ki, xx.xx.2024-cü il tarixində 3-24-2\3-01f 20/2024 nömrəli əmr Mərkəzin direktor vəzifəsini icra edən Akif Maarifli tərəfindən imzalanmışdır. Eyni zamanda attestasiya komissiyasının katibi qismində Zemfira Zeynalova tərəfindən xəbərdarlıq bildirişi və attestasiyaya hazırlaşmaq üçün iddiaçıya 30 mövzu təqdim edilərək attestasiyanın Novruz bayramından sonra keçiriləcəyi barədə məlumat verilmişdir. Xəbərdarlıq bildirişi iddiaçıya xx.xx.2024-cü ildə təqdim edilmişdir. İddiaçıya və digər işçilərə 30 mövzuya hazırlaşmaq üçün bir ay müddət verilmişdir. İddiaçı və digər işçilər sualların mədəniyyət, təhsil sahəsindən xəbəri olmayan, bilik səviyyəsi aşağı olan şəxslər tərəfindən hazırlandığını bildirmiş, onların narazılıqları nəzərə alınaraq həmin suallar proqramdan çıxarılmışdır. Daha sonra xx.xx.2024-cü il tarixində Mədəniyyət Nazirliyinin iki əməkdaşı tərəfindən heç bir rəsmi kommunikasiya vasitəsindən istifadə olunmayaraq “Whatsapp” platformasında qrup yaradılmış, İddiaçı qrupa əlavə edilmişdir. Həmin qrupa əvvəlki 30 mövzuya əlavə 35 mövzu da daxil edərək ümumilikdə 65 mövzu göndərilmiş və bu mövzular əsasında attestasiyanın aparılacağı vurğulanmışdır. Vurğulamaq zəruridir ki, attestasiyanın keçirilməsi qaydalarına müvafiq olaraq attestasiyanın keçirilməsi ilə bağlı şərtləri, qiymətləndirmə meyarlarını, attestasiya komissiyasının sədri və üzvləri haqqında məlumatları əks etdirən heç bir sənəd iddiaçıya təqdim edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində səhhətində yaranmış problemlə əlaqədar işə gəlməmiş, bununla bağlı arayış təqdim etmişdir. İşə gəldiyi gün attestasiyada iştirak etməli olduğu bildirilmiş, İddiaçı iştirak etməkdən imtina etmiş və direktor vəzifəsini icra edən Akif Maarfli işçilərin arasında onu təhqir edərək mənəvi sarsıtmış, şəxsiyyətini alçaltmış və vətəndaşın 1982-ci ildən bəri Mədəniyyət Nazirliyi nəzdində göstərdiyi qüsursuz fəalliyyəti və işçi nüfuzuna xələl gətirmişdir. Attestasiyada iştirak etməsindən asılı olmayaraq iddiaçıya və digər işçilərə hədə-qorxu gəlinmiş və öz ərizələri ilə işdən çıxmaları təklif edilmişdir. Əks halda əmək kitabçalarının əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləkələnərək işdən çıxarılacaqları bildirilmişdir. İşdən çıxmaq istəməyən əksəriyyəti 20, 30, 40 ilə yaxın stajı olan işçilər öz etirazlarını direktor vəzifəsini icra edən Akif Maarfliyə bildirdikdə, o, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “təmizlik işləri” aparmaq məqsədi ilə Mərkəzə təyin edildiyini bildirmişdir. 2023-cü ilin fevral tarixində X19 direktor vəzifəsini icra etməyə başlamışdır. İşçilər iddia edirlər ki, Akif Maarifli vəzifəyə təyin olunduqdan sonra onlara qarşı qərəzli davranmış, mərkəzin fəaliyyəti dayanmış, fəaliyyət üzrə heç bir iş görülməmiş və hətta 2023-cü il və 2024-cü il üçün illik iş planı hazırlanmamışdır. Plan hazırlanmamasına rəğmən işçilər arasında ayrı-seçkilik edilmiş və “fəaliyyətində fərqləndiyinə görə” yanlız bir neçə işçiyə mükafat verilmişdir. Baxmayaraq ki, illik iş planı əvvəl də vurğulandığı kimi olmamışdır. Hüquqlarının pozulması ilə əlaqədar iddiaçı və digər işçilər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatına, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsinə və digər qurumlara müraciət ediblər. Həmçinin xx.xx.2024-cü il tarixində İddiaçı tərəfindən mediasiya müraciəti olmuşdur, xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə mediasiya arayışı əldə edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı əlavə olaraq bildirdi ki, 2023-cü ilin fevral ayından Marifli Akif işə gələndən işçiləri işdən çıxaracağı ilə bağlı qarşısına məqsəd qoymuşdur. 2023-cü ilin noyabr ayına qədər işçiləri incitmişdir. Noyabr ayında işçilər bezmiş və şikayət ərizəsi yazıblar. İşçilər şikayət etdikləri üçün attestasiya keçirməyə başlanmışdır. 2000-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X12 işləyir və bu vaxta qədər heç vaxt həmin müəssisədə attestasiya keçirilməmişdir. 2024-cü ilin fevral ayının 9-da attestasiya barədə məlumat verilmiş və 30 mövzu göndərilmişdir. Attestasiyaya hazırlaşmaq üçün 1 ay vaxtlarının olduğunu bildiriblər. Mart ayının 12-13-ü bildirilmişdir ki, martın 28-i attestasiya olacaq. Bayram günlərində “Whatsapp” platformasında qrup yaradılmış, o da qrupa əlavə edilmişdir. Həmin qrupa əvvəlki 30 mövzuya əlavə 35 mövzu da daxil edərək ümumilikdə 65 mövzu göndərilmiş və bu mövzular əsasında attestasiyanın aparılacağı vurğulanmışdır. İşçilər ehtimal etmişdir ki, yenə 1 ay vaxt veriləcək. Bayram günləri bitdikdən sonra işə qayıtdıqda həmin gün bildirilmişdir ki, sabah attestasiya keçiriləcək. İşçilərin etiraz etməsinə baxmayaraq attestasiya keçirilmişdir. Həmin gün iddiaçının təzyiqi qalxdığı üçün attestasiyada iştirak edə bilməmişdir. Bununla bağlı xəstəlik kağızını təqdim etmişdir. Səhəri gün işə çıxdıqda iddiaçıya əvvəldən heç bir məlumat vermədən komissiyanın təşkil olunduğu bildirilmiş və attestasiyada iştirak etməsi tələb olunmuşdur. Attestasiya keçirildikdən sonra mövzulara cavab verə bilən-bilməyən hamı çağırılaraq ərizə yazıb işdən çıxmaları tələb olunmuş, yazmadıqları təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqavilələrinə xitam verəcəkləri ilə hədələmişlər. İşçilərdən 15-16 nəfər ərizə yazıb özü işdən çıxmışdır. 13-14 nəfər isə yazmamışdır. 10-15 gün keçdikdən sonra isə əmək kitabçalarını götürmələri üçün çağırılmışlar. Əmək kitabçalarını götürüb baxanda görüblər ki, dedikləri kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad olunublar. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, işçilərə 2024-cü ilin fevral ayının 9-da attestasiya keçiriləcəyi barədə xəbərdarlıq təqdim olunmuş və işçilər həmin xəbərdarlıqla tanış edilmişlər. Xəbərdarlıqda da qeyd olunmuşdur ki, əgər işçi üzrsüz səbəbdən attestasiyada iştirak etməzsə, attestasiyadan keçməmiş hesab olunur. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilən attestasiyada telefon vasitəsilə zəng edərək xəstə olduğunu bildirmişdir. Ona telefonda işə gələcəyi gün attestasiya keçiriləcəyi barədə məlumat verilmişdir. Aprel ayının 4-ü və 9-u yenidən attestasiya keçirilmişdir. İddiaçı işdə olmasına baxmayaraq iki attestasiyada da iştirak etməkdən imtina etmiş və bu, aktlaşdırılmışdır. Attestasiya vərəqəsində də iştirak etmədiyi qeyd olunub və komissiya üzvləri tərəfindən imzalanmışdır. Mərkəzdə hazırda 45 əməkdaş vardır. Attestasiyadan əvvəl 1 nəfər özü işdən çıxmışdır. Ümumilikdə 31 nəfər attestasiyada iştirak etmişdir. Onlardan 13 nəfər attestasiyadan keçməmişdir. 14 nəfər isə attestasiyanın nəticələri elan olunmamışdan əvvəl öz ərizələri ilə işdən çıxıblar. Cəmi 4 nəfər attestasiyadan keçmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisaslaşdırma Mərkəzinin direktor vəzifəsini icra edən X18 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən, Qaffarova X9 proqnozlaşdırılması və inkişafı sektorunun mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Mərkəzin xx.xx.2024-cü il tarixli 3-24-2/3-03-P-1/2024 nömrəli protokoluna əsasən, Mərkəzin Attestasiya Komissiyasının yaradılması və Komissiyanın Əsasnaməsinin müvafiq qaydada rəsmiləşdirilməsi qərara alınmışdır. Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisaslaşdırma Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-f-21/2024 nömrəli əmrinə əsasən, Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X2 Komissiyası haqqında Əsasnamə təsdiq edilmişdir. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisaslaşdırma Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 24-2/3-01-f-20/2024 nömrəli əmrinə əsasən Mərkəzin Attestasiya Komissiyasının yaradılması, işçilərin 2024-cü ilin martın 28-29 tarixlərində attestasiyadan keçirilmələri əmr edilmiş, əmrin tələblərinin pozulmasına görə təqsirli bilinən işçilərin intizam məsuliyyətinə cəlb olunması tapşırılmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X6 Nərgiz Orxan qızına ünvanladığı xx.xx.2024-cü il tarixli 04 saylı xəbərdarlıq bildirişinə əsasən, İddiaçı işçilərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə attestasiya komissiyasının yaradılması, onun attestasiya olunacaq işçilər kateqoriyasına aid olması, attestasiyada iştirak etmədiyi halda attestasiyadan keçirilməmiş hesab olunması barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisaslaşdırma Mərkəzinin xx.xx.2024-cü il tarixli aktına əsasən, İddiaçı Mədəniyyət üzrə Elmi-Metodiki və X2 Komissiyası tərəfindən təşkil olunan attestasiyada səhhəti ilə əlaqədar iştirak etməməsi rəsmiləşdirilmişdir. Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyası PHŞ-in sahə həkimi xəbərdarlıq vərəqəsinə əsasən, İddiaçı xx.xx.2024-cü il tarixdə səhhətinin pisləşməsi ilə əlaqədar təcili tibbi yardıma müraciət etmiş, poliklinikaya müraciət etməli olması tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisaslaşdırma Mərkəzinin xx.xx.2024-cü il tarixli aktına əsasən, İddiaçı Mədəniyyət üzrə Elmi-Metodiki və X2 Komissiyası tərəfindən ikinci dəfə təşkil olunan attestasiyada israrlı şəkildə iştirak etməkdən imtina etməsi rəsmiləşdirilmişdir. Mərkəzin xx.xx.2024-cü il tarixli aktına əsasən, İddiaçı Attestasiya Komissiyası tərəfindən üçüncü dəfə təşkil olunan attestasiyada israrlı şəkildə iştirak etməkdən imtina etməsi rəsmiləşdirilmişdir. Mərkəzin 3-24-2/3-03-P-2/2024 saylı xx.xx.2024-cü il tarixli protokoluna əsasən, Planlaşdırma və inkişaf şöbəsinin Fəaliyyətin proqnozlaşdırılması və inkişafı sektorunun mütəxəssisi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-24/3-1-k- 216/2024 nömrəli əmrinə əsasən, Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisaslaşdırma Mərkəzinin direktoru vəzifəsinin əmək funksiyasının icrası 2024-cü ilin aprelin 18-dən 3 ay müddətinə Vüqar Hümbətova həvalə edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-24/3-1-k- 429/2024 nömrəli əmrinə əsasən, Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisaslaşdırma Mərkəzinin direktoru vəzifəsinin əmək funksiyasının icrası 2024-cü ilin iyulun 30-dan 3 ay müddətinə Vüqar Hümbətova həvalə edilmişdir. Mərkəzin xx.xx.2024-cü il tarixli (?) attestasiya vərəqəsinə əsasən 40 il 6 ay (23 il 3 ay) əmək stajına malik İddiaçı attestasiyadan keçməkdən 2 dəfə israrla imtina etdiyi üçün uyğun hesab edilməmiş, attestasiyanın nəticələrinə görə müəssisə rəhbərinin qərarı onun AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi olmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisaslaşdırma Mərkəzinin 3-24-2/3-01k-7/2024 saylı xx.xx.2024-cü il tarixli əmrinə əsasən, İddiaçı attestasiyada iştirak etməməsi ilə bağlı 1 nömrəli xx.xx.2024-cü il tarixli, 3 nömrəli xx.xx.2024-cü il tarixli, 4 nömrəli xx.xx.2024-cü il tarixli aktlarını, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini və 83-cü maddəsini, “Mədəniyyət üzrə Elmi-Metodiki və X5 komissiyasının Əsasnaməsi”nin 6.1.5-ci yarımbəndini və “Mədəniyyət üzrə Elmi-Metodiki və X1 8.6.2-ci yarımbəndini rəhbər tutaraq, Mədəniyyət üzrə Elmi- Metodiki və X3 və inkişaf şöbəsinin Fəaliyyətin proqnozlaşdırılması və inkişafı sektorunun mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 26 aprel 2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. Bakı 10 saylı Mediasiya Təşkilatının 02 iyul 2024-cü il tarixli MŞB/10/2024-00330 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışına əsasən, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisaslaşdırma Mərkəzinə qarşı əmək mübahisəsi ilə bağlı tələbinə dair xx.xx.2024-cü il tarixdə saat 12:00-da ilkin mediasiya sessiyası keçirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri
3. Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə 186 Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları: 1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. 2.3. Attestasiyadan keçməli işçilər üzürlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, müvafiq sənədlər əsasında sonradan tutulmuş qrafikə uyğun attestasiyadan keçirilirlər. 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. 3.1. Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir. 3.6. Attestasiya ilə, o cümlədən attestasiyanın nəticələrinə görə işçinin işdən çıxarılması və ya başqa vəzifəyə (peşəyə) keçirilməsi haqqında mübahisəli məsələlər qanunvericiliyə müvafiq surətdə məhkəmələrdə baxılıb həll edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.”
Konstitusiya Məhkəməsinin Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 1982-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində fəaliyyət göstərmiş, belə ki, xx.xx.1982-ci il tarixdə “İnşaatçılar” klubuna kütləvi işçi vəzifəsinə, xx.xx.1983-cü il tarixdə müvəqqəti olaraq Şəki şəhər M.F.Axundov adına “Ziyalılar evi”nə bədii rəhbər vəzifəsinə, xx.xx.1984-cü il tarixdə “Ziyaylılar evi”nə müvəqqəti direktor vəzifəsinə, xx.xx.1991-ci il tarixdə X.T.S muzeyinə elmi işçi vəzifəsinə, xx.xx.1994-cü il tarixdə X.T.S muzeyinin direktoru vəzifəsinə təyin olunmuşdur. xx.xx.2000-ci il tarixdən Mədəniyyət İşçilərinin Respublika Hazırlıq və İxtisasartırma kursuna böyük metodist, daha sonra baş metodist, mədəni tədbirlərin və təcrübə mübadiləsinin təşkili şöbəsinin müdiri vəzifələrinə təyin olunmuş, xx.xx.2019-cu il tarixdən AR Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X7 iş şöbəsinin İncəsənət sahəsi ilə iş sektoruna 3 aylıq sınaq müddəti ilə metodist vəzifəsinə təyin edilmiş, sınaq müddəti bitdikdən sonra xx.xx.2019-cu il tarixdən müddətsiz əmək müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixdə Planlaşdırma inkişaf şöbəsinin Fəaliyyətin proqnozlaşdırılması sektoruna mütəxəssis vəzifəsinə təyin edilmişdir. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktorunun xx.xx.2024cü il tarixli 3-24-2/3-01-f-20/2024 nömrəli əmrinə görə işçilərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə attestasiya komissiyası yaradılmış, attestasiya komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə təşkil olunan attestasiyada İddiaçı səhhəti ilə əlaqədar iştirak etməmiş, xx.xx.2024-cü il tarixli aktla iddiaçının attestasiyada səhhəti ilə əlaqədar iştirak etməməsi rəsmiləşdirilmişdir. Bundan sonra daha iki – 04 və 09 aprel 2024-cü il tarixlərdə yenidən attestasiyalar təşkil olunmuş, lakin iddiaçı sonrakı attestasiyalarda da iştirak etməmişdir. Mərkəzin xx.xx.2024-cü il tarixli əmrinə əsasən, İddiaçı attestasiyada iştirak etməməsi ilə bağlı onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı sözügedən əmrin ləğv edilərək işə bərpa olunmasını və işə bərpa olunduğu tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının, habelə əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsini xahiş edir və iddiasını uzun illər ərzində işlədiyi müddətdə üzərinə düşən əmək funksiyalarını vicdanla və qüsursuz şəkildə yerinə yetirməsi, müvafiq idarədə çalışdığı 23 il ərzində hər hansı attestasiyanın keçirilmədiyi, yalnız X19 direktor vəzifəsini icra etməyə başladıqdan sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “təmizlik işləri” aparmaq məqsədi ilə Mərkəzə təyin edildiyini və bu məqsədə nail olmasının yollarından biri kimi işçilərə qarşı qərəzli münasibət göstərərək attestasiyanın təşkil edilməsini, attestasiyada iştirak etməmə səbəbi kimi attestasiyanın təşkil olunmasına çox az müddət qalmış mövzuların təqdim olunmasını, bununla da onun imtahana hazırlaşması üçün vaxtın qalmamasını göstərmişdir. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək iddiaçının səhhətində yaranan problemlə əlaqədar onun birinci dəfə keçirilən attestasiyada iştirak etməməsinin üzrlü hal kimi qəbul edilərək daha iki attestasiya təşkil olunduğunu, iddiaçının isə israrlı şəkildə, heç bir üzrlü səbəb göstərmədən sonradan -04 və 09 aprel 2024-cü il tarixlərdə təşkil olunmuş attestasiyalarda iştirak etməkdən imtina etdiyini, bununla da ona ünvanlanmış bildirişdə qeyd edildiyi kimi attestasiyada iştirak etməməsinin onun attestasiyadan keçirilməmiş hesab olunması ilə nəticələndiyini göstərərək iddianın rədd olunmasını xahiş edir. Mübahisəsizdir ki, əmək münasibətlərinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi özü-özlüyündə işçi üçün ağır məhrumiyyətlərə səbəb olur. Belə ki, bunun nəticəsində o, işini, ümid etdiyi gəliri itirir. Bu səbəbdən tətbiq olunan maddi hüquq normasının işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması hazırki halda xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin qanunauyğunluğunun yoxlanılması müəyyən hüquqi araşdırma tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir. İşdən görünür ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisaslaşdırma Mərkəzinin direktoru vəzifəsini icra edən Akif Marifli tərəfindən Attestasiya Komissiyasının yaradılması, həmçinin attestasiyanın keçirilmə qaydalarını özündə əks etdirən müvafiq Komissiyanın Əsasnaməsinin təsdiq olunması xx.xx.2024-cü il tarixdə, yəni, attestasiya keçirilən ildə, daha dəqiq desək, attestasiyanın təşkil olunmasından 1 ay 20 gün əvvəl həyata keçirilmişdir. Halbuki həmin qaydalar müvafiq təqvim ilinin başlanmasına qədər təsdiq edilməli idi. Bundan başqa qanunvericiliyin tələblərinə əsasən attestasiya işçinin əmək müqaviləsi əsasında üzərinə düşən işinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə, peşəyə uyğun olub-olmadığını müəyyən etmək məqsədilə keçirilir. Əmək Məcəlləsinin 65-ci maddəsinin 7-ci və “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.6-cı bəndinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir. Göründüyü kimi qanunverici müvafiq qərarlardan birinin qəbul edilməsi halını attestasiyada bilavasitə iştirak edən işçi barəsində tətbiq edilməsini nəzərdə tutduğu halda, İddiaçı keçirilmiş son attestasiyada ümumiyyətlə iştirak etməməsinə baxmayaraq, yəni, onun işinin peşəkarlıq səviyyəsi yoxlanılmadan, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə, peşəyə uyğun olub-olmadığını aşkara çıxarmadan onun tutduğu vəzifəyə uyğun hesab edilməməsi barədə Attestasiya Komissiyası tərəfindən qərar qəbul edilmiş və cavabdeh işəgötürən həmin qərar əsasında iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə - peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi əsası ilə xitam vermişdir. Halbuki Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisaslaşdırma Mərkəzinin “Attestasiya Komissiyasının yaradılması və işçilərin attestasiyadan keçirilməli olmalarına” dair xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-f-20/2024 nömrəli əmrinin 3.5-ci bəndində, əmrin tələblərinin pozulmasının, pozuntuya görə təqsirli bilinən işçilərin intizam məsuliyyətinə cəlb olunması üçün əsas sayılması müəyyən edilmişdir. Bundan başqa Attestasiya Komissiyası haqqında Əsasnamənin 6.1.5-ci bəndinə əsasən, işçi üzrlü səbəb olmadan attestasiya komissiyasının iclasına gəlmədikdə, o, attestasiyadan keçirilməmiş hesab edilir və həmin işçi barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri tətbiq edilə bilər. Göründüyü kimi cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixdə təşkil olunmuş attestasiyada iştirak etməməsinin, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi əsası kimi çıxış edə bilməsi istisna olunur. Bu halda işəgötürən ona münasibətdə Əmək Məcəlləsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərindən birini tətbiq etməli olduğu halda, bunu etməmiş, əsaslar olmadığı halda Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsini ləğv etmişdir ki, bununla da özünün təsdiq etdiyi həm “Attestasiya Komissiyasının yaradılması və işçilərin attestasiyadan keçirilməli olmalarına” dair xx.xx.2024-cü il tarixli əmrin 3.5-ci bəndinin, həm də Attestasiya Komissiyası haqqında Əsasnamənin 6.1.5-ci bəndinin tələblərinin pozuntusuna yol vermişdir. Eyni zamanda İddiaçı əmək müqaviləsini ləğv edərkən işəgötürən tərəfindən onun uzun illər ərzində (ümumilikdə 42 il, cavabdeh təşkilatda 23 illik fəaliyyəti dövründə) qüsursuz çalışması, yəni, barəsində hər hansı intizam tənbehinin tətbiq edilməməsi (əksinə müxtəlif illərdə vəzifədə yüksələrək böyük metodist, baş metodist, daha sonra şöbə müdiri vəzifələrinə təyin olunması, Mərkəzin Metodiki iş şöbəsinin İncəsənət sahəsi ilə iş sektorunda 3 aylıq sınaq müddətini uğurla tamamlayaraq müddətsiz əmək müqaviləsinin bağlanması onun peşəkarlığına və kollektivdəki nüfuzuna olan etimadın nəticəsi kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir), habelə onun yaşı və əmək pensiyasına çıxmasına çox az müddətin qalmasını nəzərə alaraq işəgötürənin Əmək Məcəlləsinin 186cı maddəsində sadalanan intizam tənbeh tədbirlərindən hər hansı birini tətbiq etmək imkanına malik olduğu halda (yuxarıda adıçəkilən əmrdə və Əsanamədə nəzərdə tutulmasına baxmayaraq) iddiaçıya məhz əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin "c” bəndi ilə ləğv etməyə nə dərəcədə zərurət olması işdən məlum deyil. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, Attestasiya Komissiyası haqqında Əsasnamənin 6.1.6-cı maddəsinə əsasən, işçi üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə də attestasiyadan keçirilməmiş hesab edilir. Cavabdehin nümayəndəsinin iddiaçının sonuncu attestasiyada üzrsüz səbəbdən iştirak etməməsinin onun attestasiyadan keçirilməməsi kimi qiymətləndirilərək, ƏM-nin 70-ci maddəsinin “C” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə haqq qazandırmasına münasibətdə məhkəmə qeyd edir ki, müvafiq Əsasnamədə həm üzrlü, həm də üzrsüz səbəbdən iştirak etməməsi işçinin attestasiyadan keçirilməmiş hesab edilməsi kimi qəbul edilir (6.1.5 və 6.1.6-cı bəndlər). Cavabdehin mövqeyi qəbul edilsə belə çıxır ki, iddiaçı birinci dəfə (28 mart 2024-cü il tarixdə) təşkil olunan attestasiyada səhhəti ilə əlaqədar iştirak etmədiyi halda da onun barəsində eyni əsasla əmək müqaviləsinə xitam verilməli idi. Bu isə, məntiqə sığmayan hal olmaqla, cavabdeh təşkilatın özünün müəyyən etdiyi və təsdiqlədiyi Əsasnamənin müddəaları ilə ziddiyyət təşkil edir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə təşkil olunmuş attestasiyanın nəticəsinə dair cavabdeh təşkilat tərəfindən tərtib olunmuş attestasiya vərəqəsinin tarixi xx.xx.2024-cü il olaraq göstərilmişdir. Cavabdehin nümayəndəsi bunun texniki yanlışlıq olduğunu, əslində həmin vərəqənin xx.xx.2024-cü il tarixdə təşkil olunmuş attestasiyanın nəticəsi ilə bağlı olduğunu bildirmişdir. Lakin sonradan bu yanlışlığın aradan qaldırılması ilə bağlı cavabdeh tərəfindən hər hansı hərəkətin edilməməsi işçi üçün mühüm hüquqi nəticələr doğura bilən attestasiya ilə bağlı proseslərə cavabdehin etinasız yanaşdığını göstərir. Bunu həm də iddiaçıya ünvanlanmış xəbərdarlıq bildirişinin xx.xx.2024-cü il tarixdən qüvvəyə minəcəyi göstərilməklə bildirişin tarixinin qeyd olunmaması təsdiq edir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, cavabdeh tərəfindən attestasiya çoxsaylı nöqsanlarla və pozuntularla təşkil edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin "c” bəndi ilə xitam verilməsi ilə qanunvericiliyinin tələbləri pozulduğundan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X13 3-24-2/3-01-k-72/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmri ləğv edilməlidir. Əmr ləğv edildiyindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi əvvəlki vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iddia tələbinin “əmək haqqının gecikdirilməsinə görə 3 faiz ödəncin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia Əmək Məcəlləsinin 172-ci maddələrinin müddəaları əsasında həll olunmalıdır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023cü il tarixli qərarında göstərmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Adı çəkilən qərarda həm də qeyd olunmuşdur ki, şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Cavabdehin nümayəndəsi iddianın “əmək haqqının gecikdirilməsinə görə ödənc məbləğinin verilməsi” hissəsinə münasibətdə bildirmişdir ki, cavabdeh tərəfindən əmək haqqının hər hansı gecikdirilməsinə yol verilməmişdir, belə ki, qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının əmək müqaviləsi ləğv olunmuşdur və burada işəgötürənin hər hansı təqsirindən söhbət gedə bilməz. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda sadalananlar iddiaçının əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunmasının qanunsuzluğunu, bu qanunsuzluğa yol verilməsi nəticəsində məhz işəgötürənin təqsiri üzündən işçinin əmək haqqını almamasını müəyyən edir. Məhkəmə tərəflər arasında balansı nəzərə alaraq hesab edir ki, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödənc verilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisaslaşdırma Mərkəzinin direktor vəzifəsini icra edən X18 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən xitam verilməsi haqqında cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X17 tərəfindən verilən 3-24-2/3-01-k-72/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmr ləğv edilməli, İddiaçı işə bərpa edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı, habelə əmək haqqının ödənilməsinin gecikdirilməsi ilə əlaqədar iddia ərizəsinin məhkəməyə verildiyi günə qədər olan dövr üçün gündəlik 1 faiz olmaqla ödənc məbləği işəgötürən tərəfindən hesablanmaqla iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, qiymətləndirilməyən iddialar üçün nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisaslaşdırma Mərkəzinin direktor vəzifəsini icra edən X18 ilə Fəaliyyətin proqnozlaşdırılması və inkişafı sektorunun mütəxəssisi vəzifəsi üzrə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən xitam verilməsi haqqında cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X17 tərəfindən verilən 3-24-2/3-01-k-72/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmr ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X4 proqnozlaşdırılması və inkişafı sektorunun mütəxəssisi vəzifəsinə işə bərpa edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək haqqının ödənilməsinin gecikdirilməsi ilə əlaqədar yekun məhkəmə aktının qəbul edildiyi xx.xx.2024-cü il tarixədək qədər olan dövr üçün gündəlik 1 faiz olmaqla ödənc məbləği işəgötürən tərəfindən hesablanmaqla ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi- Metodiki və İxtisaslaşdırma Mərkəzindən 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həbibə Miriyeva