Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3801/2024 14.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi "Mədəniyyət üzrə Elmi- Metodiki və X6"nə qarşı "işə bərpa, buraxılmış iş günlərinə görə zərərin ödənilməsi və s" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi "Mədəniyyət üzrə Elmi- Metodiki və X6"nə qarşı "işə bərpa, buraxılmış iş günlərinə görə zərərin ödənilməsi və s" tələbinə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X6 (bundan sonra Mərkəz) xx.xx.2024-cü il tarixində attestasiya keçirərək, İddiaçı münasibətdə qanunsuz qərar qəbul etmiş və onun əmək fəaliyyətinə xx.xx.2024-cü il tarixində əmək məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam vermişdir. Keçirilən attestasiyanın qərəzli olmasını sübut edən hallar vardır. Belə ki, xx.xx.2024-cü il tarixində 3-24-2\3-01f 20/2024 nömrəli əmr Mərkəzin direktor vəzifəsini icra edən Akif Maarifli tərəfindən imzalanmışdır. Eyni zamanda attestasiya komissiyasının katibi qismində Zemfira Zeynalova tərəfindən xəbərdarlıq bildirişi və attestasiyaya hazırlaşmaq üçün iddiaçıya 30 mövzu təqdim edilərək attestasiyanın Novruz bayramından sonra keçiriləcəyi barədə məlumat verilmişdir. Xəbərdarlıq bildirişi iddiaçıya xx.xx.2024-cü ildə təqdim edilmişdir. İddiaçıya 30 mövzuya hazırlaşmaq üçün bir ay müddət verilmişdir. İddiaçı və digər işçilər sualların mədəniyyət, təhsil sahəsindən xəbəri olmayan, bilik səviyyəsi aşağı olan şəxslər tərəfindən hazırlandığını bildirmiş, onların narazılıqları nəzərə alınaraq həmin suallar proqramdan çıxarılmışdır. Daha sonra xx.xx.2024-cü il tarixində Mədəniyyət Nazirliyinin iki əməkdaşı tərəfindən heç bir rəsmi kommunikasiya vasitəsindən istifadə olunmayaraq “Whatsapp” platformasında qrup yaradılmış, İddiaçı qrupa əlavə edilmişdir. Həmin qrupa əvvəlki 30 mövzuya əlavə 35 mövzu da daxil edərək ümumilikdə 65 mövzu göndərilmiş və bu mövzular əsasında attestasiyanın aparılacağı vurğulanmışdır. Vurğulamaq zəruridir ki, attestasiyanın keçirilməsi qaydalarına müvafiq olaraq attestasiyanın keçirilməsi ilə bağlı şərtləri, qiymətləndirmə meyarlarını, attestasiya komissiyasının sədri və üzvləri haqqında məlumatları əks etdirən heç bir sənəd İddiaçı təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı və digər işçilər Novruz bayramı tətilindən sonra işə qayıtdıqda iş vaxtı qrupa attestasiyanın xx.xx.2024-cü il tarixində keçiriləcəyi barədə məlumat göndərilmişdir. İddiaçının və digər işçilərin etirazlarına baxmayaraq attestasiya həmin tarixdə keçirilmişdir. İddiaçı və 30 nəfərə yaxın işçi zorla attestasiya komissiyasının qarşısına çıxarılmışdır. Attestasiyada iştirak etmiş iddiaçı və digər işçilər attestasiya zamanı mövzudan yayınmaların olduğu, kənar suallar verildiyini bildirmişlər. Attestasiyada iştirak etməyə qanuni əsaslarla etiraz edən İddiaçı isə təhqirlərə məruz qalmışdır. Attestasiyada iştirak etməsindən asılı olmayaraq iddiaçıya və digər işçilərə hədə-qorxu gəlinmiş və öz ərizələri ilə işdən çıxmaları təklif edilmişdir. Əks halda əmək kitabçalarının əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləkələnərək işdən çıxarılacaqları bildirilmişdir. 2023-cü ilin fevral tarixində X7 direktor vəzifəsini icra etməyə başlamışdır. İşçilər iddia edirlər ki, Akif Maarifli vəzifəyə təyin olunduqdan sonra onlara qarşı qərəzli davranmış, mərkəzin fəaliyyəti dayanmış, fəaliyyət üzrə heç bir iş görülməmiş və hətta 2023-cü il və 2024-cü il üçün illik iş planı hazırlanmamışdır. Plan hazırlanmamasına rəğmən işçilər arasında ayrı-seçkilik edilmiş və “fəaliyyətində fərqləndiyinə görə” yanlız bir neçə işçiyə mükafat verilmişdir. Baxmayaraq ki, illik iş planı əvvəl də vurğulandığı kimi olmamışdır. xx.xx.2024-cü il tarixində İddiaçı tərəfindən mediasiya müraciəti edilmiş, xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə mediasiya arayışı əldə edilmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X6 tərəfindən keçirilən qərəzli attestasiya komissiyasının qərarına uyğun verilən 3-24-2/3- 01-k-67/2024 nömrəli qanunsuz əmrin ləğv edilməsini, İddiaçı işə bərpa edilməsini, iddiaçı işə bərpa olunana qədər işəgötürənin təqsiri ucbatından buraxılmış iş günlərinə görə itirilmiş əməkhaqqının işəgötürən tərəfindən tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.Daha sonra iddiaçı tərəf iddia həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X6 tərəfindən keçirilən qərəzli attestasiya komissiyasının qərarına uyğun verilən 3-24-2/3-01k-67/2024 nömrəli qanunsuz əmrin ləğv edilməsini, 3-24-2/3-01-k-67/2024 nömrəli əmr nəticəsində işdən çıxarılan İddiaçı işə bərpa edilməsini, iddiaçı işə bərpa olunana qədər işəgötürənin təqsiri ucbatından buraxılmış iş günlərinə görə itirilmiş əməkhaqqının işəgötürən tərəfindən tam ödənilməsinin təmin edilməsi və iddia tələbi ilə bağlı yekun məhkəmə aktı çıxarılanadək əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 3 faizi məbləğində ödəncin hesablanaraq cavabdeh tərəfindən iddiaçıya öğdənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Daha sonra cavabdehin nümayəndəsi X3 tərəfindən “iddia müddətinin tətbiq edilməsi barədə” vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Mədəniyyət üzrə Elmi- Metodiki və İxtisasartırma Mərkəzinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, mövcud qanunvericilik əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və yalnız həmin müddətlər ərzində səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. İddia müddətinin əhəmiyyəti əsasən ondan ibarətdir ki, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, digər tərəfdən, iddia müddəti institutu hüquq münasibətlərində qeyri-müəyyənliyin və qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd olunmalıdır ki, iddiaçının əmək müqaviləsinə 2024-cü ilin aprel ayının 26-da xitam verilməsi və bu barədə əmrin ona həmin gün təqdim edilməsi, iddiaçının mediasiyaya 2024-cü ilin may ayının 24-də müraciət etməsi, mediasiya prosesinə 2 iyul 2024-cü ıl tarixində xitam verilməsi, iddiaçının həmin tarixdən 10 gün keçdikdən sonra - 12 iyul 2024-cü il tarixində məhkəməyə müraciət etməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-24-2/3-01-k-69/2024 nömrəli əmrin mübahisələndirilməsinə dair iddia müddətinin axımı 2024-cü ilin aprel ayının 26-da başlanmış, iddiaçı həmin tarixdən 28 gün keçdikdən sonra - 2024-cü ilin 24 may tarixində mediasiyaya müraciət etmişdir. Beləliklə, iddia müddətinin əhəmiyyətli hissəsi iddiaçının mediasiyaya müraciət etdiyi tarixədək keçmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə uyğun olaraq, tərəflər arasında mediasiya prosesinə xitam verildiyi 2 iyul 2024-cü il tarixindən' etibarən iddia müddətinin axımı bərpa olunaraq davam etmiş, iddiaçı isə həmin tarixdən 10 gün keçdikdən sonra - 12 iyul 2024cü il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə, mediasiyaya müraciət edənədək 28 gün, mediasiyadan sonra isə 10 gün omaqla, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ona təqdim olunduğu tarixdən 38 gün keçdikdən sonra məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 6.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, cavabdeh müəssisə xx.xx.2024-cü il tarixində attestasiya keçirərək, İddiaçı münasibətdə qanunsuz qərar qəbul etmiş və onun əmək fəaliyyətinə xx.xx.2024-cü il tarixində əmək məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam vermişdir. Keçirilən attestasiyanın qərəzli olmasını sübut edən hallar vardır. xx.xx.2024-cü il tarixində 3-24-2\3- 01f 20/2024 nömrəli əmr Mərkəzin direktor vəzifəsini icra edən Akif Maarifli tərəfindən imzalanmışdır. Eyni zamanda attestasiya komissiyasının katibi qismində Zemfira Zeynalova tərəfindən xəbərdarlıq bildirişi və attestasiyaya hazırlaşmaq üçün iddiaçıya 30 mövzu təqdim edilərək attestasiyanın Novruz bayramından sonra keçiriləcəyi barədə məlumat verilmişdir. Xəbərdarlıq bildirişi iddiaçıya xx.xx.2024-cü ildə təqdim edilmişdir. İddiaçıya 30 mövzuya hazırlaşmaq üçün bir ay müddət verilmişdir. İddiaçı və digər işçilər sualların mədəniyyət, təhsil sahəsindən xəbəri olmayan, bilik səviyyəsi aşağı olan şəxslər tərəfindən hazırlandığını bildirmiş, onların narazılıqları nəzərə alınaraq həmin suallar proqramdan çıxarılmışdır. Daha sonra xx.xx.2024-cü il tarixində Mədəniyyət Nazirliyinin iki əməkdaşı tərəfindən heç bir rəsmi kommunikasiya vasitəsindən istifadə olunmayaraq “Whatsapp” platformasında qrup yaradılmış, İddiaçı qrupa əlavə edilmişdir. Həmin qrupa əvvəlki 30 mövzuya əlavə 35 mövzu da daxil edərək ümumilikdə 65 mövzu göndərilmiş və bu mövzular əsasında attestasiyanın aparılacağı vurğulanmışdır. Vurğulamaq zəruridir ki, attestasiyanın keçirilməsi qaydalarına müvafiq olaraq attestasiyanın keçirilməsi ilə bağlı şərtləri, qiymətləndirmə meyarlarını, attestasiya komissiyasının sədri və üzvləri haqqında məlumatları əks etdirən heç bir sənəd İddiaçı təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı və digər işçilər Novruz bayramı tətilindən sonra işə qayıtdıqda iş vaxtı qrupa attestasiyanın xx.xx.2024-cü il tarixində keçiriləcəyi barədə məlumat göndərilmişdir. İddiaçının və digər işçilərin etirazlarına baxmayaraq attestasiya həmin tarixdə keçirilmişdir. İddiaçı və 30 nəfərə yaxın işçi zorla attestasiya komissiyasının qarşısına çıxarılmışdır. Attestasiyada iştirak etmiş iddiaçı və digər işçilər attestasiya zamanı mövzudan yayınmaların olduğu, kənar suallar verildiyini bildirmişlər. Həmçinin iddiaçı attestasiya nəticəsinə mövcud 270 bal üzərindən sadəcə 5 balla qiymətləndirilib. Halbuki həmin 270 balın hardan götürülməsi və nəyin əsasında formalaşması, həmçinin iddiaçının attestasiya nəticəsində bilik və bacarıqlarının yoxlanmasının nəzərdə tutulması və verilən suallarla biliyinin olmaması müəyyən olunmuş olsa belə, onun bacaraqılarının olmamasının hansı meyarla müəyyən olunması bəlli deyildir. Həmçinin attestasiyada iştirak etməyə qanuni əsaslarla etiraz edən İddiaçı isə təhqirlərə məruz qalmışdır. Attestasiyada iştirak etməsindən asılı olmayaraq iddiaçıya və digər işçilərə hədə-qorxu gəlinmiş və öz ərizələri ilə işdən çıxmaları təklif edilmişdir. Əks halda əmək kitabçalarının əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləkələnərək işdən çıxarılacaqları bildirilmişdir. İddiaçınn işdən çıxarılması barədə əmrdə attestasiya vərəqəsinə istinad edilmişdir ki, bu da, qanunsuzdur. Belə ki, işçinin tutduğu vəzifəyə uyğun olmaması ilə bağlı müvafiq qərar qəbul edilməli və işçinin işdən çıxarılması barədə əmrdə həmin qərara istinad edilməli idi. Əlavə olaraq onu da, qeyd edək ki, 2023-cü ilin fevral tarixində X7 direktor vəzifəsini icra etməyə başlamışdır. İşçilər iddia edirlər ki, Akif Maarifli vəzifəyə təyin olunduqdan sonra onlara qarşı qərəzli davranmış, mərkəzin fəaliyyəti dayanmış, fəaliyyət üzrə heç bir iş görülməmiş və hətta 2023-cü il və 2024-cü il üçün illik iş planı hazırlanmamışdır. Plan hazırlanmamasına rəğmən işçilər arasında ayrı-seçkilik edilmiş və “fəaliyyətində fərqləndiyinə görə” yanlız bir neçə işçiyə mükafat verilmişdir. Baxmayaraq ki, illik iş planı əvvəl də vurğulandığı kimi olmamışdır. Hüquqlarının pozulması ilə əlaqədar iddiaçı və digər işçilər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatına, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə və digər qurumlara müraciət etmiş, ən sonuncu olaraq isə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. İddia müddətinin ötürülməsi barədə vəsatətə münasibət bildirərək, iddia müddətinin ötürülmədiyini, qeyd edilən müddət ərzində müxtəlif qurumlara, yekunda isə məhkəməyə müraciət etdiklərini qeyd etmişdir. 7.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə edərək, iddiasının təmin edilməsini xahiş etmişdir. 8.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, biliyi olmayan birinin bacarığının olmasından söhbət edə bilməz. İddiaçı tərəf əvvəl 30 sualın verilməsi, daha sonra isə 35 sualın artırılmasını qeyd etsə də, bu tam olaraq belə olmayıb. Sualların sayı artırılmayıb. Sadəcə sualların əhatə dairəsi genişləndirilib. Həmçinin qeyd etmişdir ki, video görüntülərdən də, göründüyü kimi, iddiaçıya sadəcə gördüyü işlərlə bağlı sual verilib ki, iddiaçı həmin suallara belə cavab verə bilməyib. Halbuki iddiaçı 6-7 ildir ki, həmin müəssisədə həmin işlərin yerinə yetirilməsində iştirak edib. Hər bir işçi üçün fərdi attestasiya vərqində yekun qərar qeyd edilib. Daha sonra isə bir ay müddətində işəgötürənə həmin qərar əsasında işçi barəsində müvafiq addımların atılmasına hüquq verilmişdir ki, işəgötürən həmin qərar əsasında iddiaçının işdən çıxarılması barədə əmr verib. İddiaçının işdən çıxarılması tam qanuni şəkildə icra edilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir. Həmçinin iddiaçı tərəfindən iddia müddətinin də ötürüldüyünü, qeyd edilənləri nəzərə almaq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 10.Mülki işin materiallarında olan işəgötürən "Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi- Metodiki və X6" ilə işçi İddiaçı arasında bağlanmış 14 mart 2023-cü il tarixli müddətli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı "Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi- Metodiki və X6"ndə Təhlil, təlim və tədris şöbəsinin Tədris proqramları ilə iş sektorunun mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. 11.Mülki işin materiallarında olan 3-24-2/3-01-k-67/2024 saylı 26 aprel 2024-cü il tarixli əmrin surətindən görünür ki, Mədəniyyət üzrə Elmi-metodiki və X1, təlim və tədris şöbəsinin Tədris proqramları ilə iş sektorunun mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 26 aprel 2024-cü il tarixdən xitam verilmişdir. 12.Mülki iş materiallarında olan 21 nömrəli xəbərdarlıq bildirişindən görünür ki, işçilərin peşkarlıq səviyyəsini yoxlamaq və tutduqları peşəyə uyğun olub-olmadıqlarını müəyyən etmək üçün attestasiya keçiriləcəyi ilə bağlı İddiaçı xəbərdarlıq edilmiş və xəbərdarlıq xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir. Həmin bildiriş alt hissəsində tanış oldum yazısı və imza əks olunmuşdur. 13.Mülki iş materiallarında olan xx.xx.2024-cü il tarixli attestasiya vərəqəsindən görünür ki, İddiaçı ona attestasiya zamanı verilən 5 sual üzrə heç bir cavab verməmiş və həmin fakt komissiya üzvləri tərəfindən imzalarla təsdiq edilmişdir. 14.Mülki iş materiallarında olan 09 fevral 2024-cü il tarixli 3-24-2/3-01-f-20/2024 saylı əmrin surətindən görünür ki, direktor vəzifəsini icra edən Akif Marifli tərəfindən 09 nəfərdən ibarət iki attestasiya komissiyasının yaradılması barədə əmr qəbul edilmiş, attestasiyanın keçirilməsi tarixi 28-29 mart 2024-cü il tarixlərə təyin edilmişdir. Bundan əlavə, əmrdə işçilərin bir ay əvvəldən məlumatlandırılmaları əmr edilmişdir. 15.Mülki iş materiallarına əlavə edilmiş 09 aprel 2024-cü il tarixli 3-24-2/3-03-P-3/2024 saylı protokoldan görünür ki, təhlil, təlim və tədris şöbəsinin tədris proqramları ilə iş sektorunun mütəxəsisi İddiaçı tutduğu vəzifəyə uyğun olmayan hesab edilmişdir. 16.Mülki işin materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/3-01372 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında birinci tərəf İddiaçı və ikinci tərəf "Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X6" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X3 iştirak etmişlər, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 17.Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə işəgötürən "Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X6" arasında 14 mart 2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanılaraq, sonuncu "Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X6"ndə Təhlil, təlim və tədris şöbəsinin Tədris proqramları ilə iş sektorunun mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş, 09 fevral 2024-cü il tarixli 3-24-2/3- 01-f-20/2024 saylı əmrlə attestasiya komissiyası yaradılaraq, 28-29 mart 2024-cü il tarixlərdə attestasiya keçiriməsi qərara alınmış, bununla bağlı İddiaçı xx.xx.2024-cü il tarixdə bildiriş verilmiş, 28 mart 2024-cü il tarixdə iddiaçı ilə keçirilmiş attestasiya zamanı sonuncu ona ünvanlanmış 5 sualdan heç bir suala cavab verə bilməməsi səbəbindən tutduğu vəzifəyə uyğun hesab edilmədiyindən, onunla bağlanmış əmək müqaviləsinə 26 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin “70” maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçirilmiş attestasiyanı qərəzli hesab edərək, işə bərpa olunmasını və buraxılmış müddət üçün əmək haqqı ödənilməsi haqqında qətnamə qəbul edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 18.Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. 19.Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ, Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. 20.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 21.Həmin Məcəllənin 10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. 22.Həmin Məcəllənin 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. 23.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsidir. Həmin maddənin qeyd hissəsinə əsasən, maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası başa düşülməlidir. 24.Həmin Məcəllənin 65-ci maddəsinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. 25.Həmin Məcəllənin 67-ci maddəsinə əsasən, attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyriobyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. 26.Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetin 23 may 2001-ci il tarixli qərarının 1.2-ci maddəsinə əsasən, 1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. 27.Beləliklə, məhkəmə qeyd edir ki, işəgötürən Əmək Məcəlləsinə uyğun olaraq işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə qanunvericiliyin tələblərinə müvafiq surətdə attestasiya komissiyası yarada bilər və iş yerlərinin attestasiyasını keçirə bilər. Attestasiya nəticəsində tutduğu vəzifəyə uyğun hesab edilməyən şəxslər ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilə bilər. Mülki iş materiallarından da göründüyü kimi, işəgötürən “Mədəniyyət üzrə Elmimetodiki və İxtisasartırma Mərkəzi” tərəfindən də işçilərlə attestasiya keçirilmiş, lakin İddiaçı attestasiya nəticələrinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Bununla da onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ilə keçirilmiş attestasiya qanunvericiliyin tələblərinə uyğun aparılmış, qeyri-obyektivliyi və qərəzliliyi təsdiq edəcək hər hansı hal aşkar edilməmişdir. 28.Belə ki, iddiaçı iddia ərizəsində ona xx.xx.2024-cü il tarixdə bir ay sonra attestasiya olunacağı ilə barədə xəbərdar edildiyini, lakin onlara ilkin olaraq 30 mövzu verilsə də, sonradan qeyri-rəsmi olaraq sualların sayının artırılaraq 65-ə çatdırıldığını bildirmişdir. İddiaçıya bir ay əvvəl, yəni xx.xx.2024-cü il tarixdə xəbərdarlıq bildirişi ünvanlanması işin mübahisəsiz halıdır. İddiaçı iddia ərizəsində həmin xüsusatı təsdiq etmiş, iş materiallarındakı bildirişdə də imza ilə həmin xüsusat təsdiq edilmişdir. Lakin, qeyd etmək lazımdır ki, iddiaçının qeyd etdiyi suallar siyahısının artırılaraq 65-ə çatdırılması və bu suallara hazırlaşmaq üçün vaxt verilmədiyini təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. 29.Qeyd etmək lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, iddiaçı qeyd edilən halları təsdiq etmək üçün hər hansı sübut təqdim etməmişdir. Buna baxmayaraq, bildirmək lazımdır ki, Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli qərarında ümumiyyətlə işçilərə suallar siyahısının qabaqcadan verilməli olması müddəası əks etdirilməmiş, sadəcə öz ixtisasına uyğun suallar verilə bilməsi qeyd edilmişdir. Attestasiya vərəqəsinə baxdıqda müəyyən olunur ki, iddiaçıya ancaq mədəniyyət sahəsinə aid suallar təqdim edilmiş, lakin suallara onun tərəfindən cavab verilməmişdir. Bunu məhkəmənin son iclasında verilən bir neçə suala münasibətdədə iddiaçı cavablandıra bilməmiş və mülki işin materiallarına əlavə edilmiş sərt diskə əlavə edilmiş video görüntüdəndə iddiaçının ümumiyyətlə heç bir suala belə cavab verə bilmədiyi müəyyən edilmişdir. 30.Habelə, qeyd etmək lazımdır ki, iddiaçı iddia ərizəsində attestasiya keçirilməsi ilə bağlı şərtlər, qiymətləndirmə meyarları, komissiya sədri və üzvləri haqqında ona məlumat verilmədiyini bildirsə də, ona təqdim edilən xəbərdarlıq bildirişində sözügedən əmrlə (attestasiya komissiyasının yaradılması haqqında) tanış olma qaydası, o cümlədən həmin əmrə əlavə edilmiş ikinci attestasiya komissiyasının tərkibinin təsdiq edilməsi üzrə 2 nömrəli əlavədə komissiya üzvləri və sədri haqqında məlumatlar əks etdirilmişdir. Bundan əlavə, iddiaçı qiymətləndirmə meyarları ilə bağlı məsələni mübahisələndirsə də, məhkəmə hesab edir ki, həmin xüsusat hazırki iddia üzrə vacib əhəmiyyətə malik deyildir. Belə ki, iddiaçı ona ünvanlanan 5 sual üzrə heç bir suala doğru cavab vermədiyi müəyyən edilmişdir. (bir sual üzrə natamam cavab) 31.Eyni zamanda, iddiaçı iddia ərizəsində təhqirlərə məruz qaldığını, idarə rəhbəri tərəfindən ona qərəzli davranıldığını qeyd etsə də, həmin təhqirlərin nədə ifadə olunduğunu, nə ilə təsdiq edildiyini bildirməmiş, qərəzi sübut edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçının nümayəndəsi və vəkili keçirilmiş attestasiyanın nəticələrinə dair qərar olmadığına istinad etsədə mülki işin materiallarında keçirilmiş attetasiyanın nəticəsi barədə 09 aprel 2024-cü il tarixli yekun protokolun sonunda qərara alınması qeyd edilmiş, hər bir şəxs barədə yekunda qərar qəbul edilmiş və bu protokol özlüyündə qərara bərabər tutulması deməkdir. 32.Habelə cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsi ilə bağlı məhkəmə hesab edir ki, hazırda verilən iddia əsassız olduğundan prosessual qənaət prinsipi baxımından iddia müddətinin tətbiqi məsələsinə münasibət bildirilməsinə zərurət yoxdur. 33.Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi qanunidir. Bu səbəbdən xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.
34. İddiaçının iddia tələbinin xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi hissəsi təmin edilmədiyindən prosessual qənaət prinsipini nəzərə almaqla digər tələblər hissəsi olan məcburi iş buraxmaya görə pulun ödənilməsi və gecikdirilmiş əmək haqqı üzrə faizin ödənilməsi hissəsidə əlavə araşdırılma aparılmadan bu hissələrdə də təmin edilməməlidir. 35.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 37.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 38.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 40.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi "Mədəniyyət üzrə Elmi- Metodiki və X6"nə qarşı "işə bərpa, buraxılmış iş günlərinə görə zərərin ödənilməsi və s." tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.