Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3815/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, İlk iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladları X1 və X2 ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu Kərpic küçəsi 14 saylı evin 13 saylı mənzilinə köçürülməsi, onların həmin mənzildə yaşamalarına və sərbəst istifadələrinə maneçilik törətməməsi vəzifəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həvalə edilməsi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 50 manatın və mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat xərcin cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Öz növbəsində, Cavabdeh1 İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, onun qarşılıqlı iddiasının təmin edilməsi, cavabdeh İddiaçı azyaşlı övladları X1 və X2 ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu Kərpic küçəsi 14 saylı evin 13 saylı mənzilindəki yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə e- 2(006)-3815/2023 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Günay Abidovanın icraatında olan İddiaçı Cavabdeh2 qarşı “mənzilin birgə mülkiyyət hesab edilməklə, ½ hissədə pay hüququnun tanınması və s.” tələbinə dair iddiası üzrə e-2(006)- 1337/2023 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə mülki işlər üzrə icraatın birləşdirilməməsini və işlərin hər birinə ayrı-ayrılıqda baxılmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 mülki işlərin bir icraatda birləşdirilməsini məqsədəuyğun hesab etdiyini bildirdi. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı Cavabdeh2 qarşı “mənzilin birgə mülkiyyət hesab edilməklə, ½ hissədə pay hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və hal-hazırda e-2(006)-1337/2023 nömrə adı altında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Günay Abidovanın icraatındadır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və hal-hazırda e-2(006)-3815/2023 nömrə adı altında baxılmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında olan eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, hazırki iş üzrə iddiaçının nümayəndəsi və vəkilinin işlərə birgə baxılmasına dair ərizəsini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq, hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə e-2(006)-3815/2023 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Günay Abidovanın icraatında olan İddiaçı Cavabdeh2 qarşı “mənzilin birgə mülkiyyət hesab edilməklə, ½ hissədə pay hüququnun tanınması və s.” tələbinə dair iddiası üzrə e-2(006)-1337/2023 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-3815/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3815/2023
19.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver