Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3823/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işdə icraatların birləşdirilməsi məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, X7 və X1 müştərək qaydada 2692,33 manat məbləğində pulun, mediasiya üçün ödənilmiş 183 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə xx.xx.2024-cu il tarixində, X7 ilə xx.xx.2024-cü il tarixində, Cavabdeh2 ilə xx.xx.2025-ci il tarixində müddətsiz əmək müqavilələri bağlanmışdır. Sonuncu ilə işin birinci 3 ayı sınaq müddəti hesab edilmişdir. X4 xx.xx.2024-cü il, X7 isə xx.xx.2024-cü tarixində öhdəliklər imzalayaraq İddiaçı MMC-nin kollektiv müqaviləsinin, müəssisədaxili intizam qaydalarının və bağlanmış əmək müqaviləsinin tələblərini tam qəbul etməsi və şirkətdə işlədiyi müddət ərzində qeyd olunan şərtlərə riayət etməsini öhdəsinə götürmüşdür. Bu öhdəliklərə aiddir: işdən çıxmazdan öncə 15 gün əvvəlcədən rəhbərliyi yazılı ərizəsi ilə xəbərdar etməsi, işlədiyi müddət ərzində daxili nizam intizam qaydalarının pozduğuna, vəzifə səlahiyyətlərini aşdığına və ya vəzifə öhdəliklərinin icrası zamanı yol verdiyi səhvlərə və nöqsanlara görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıması, işdən ayrıldığı zaman üzərnə düşən öhdəlikləri (təhvil təslim) 1 ay ərzində yerinə yetirməsə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq onunla bağlı şirkətin bu barədə məhkəməyə müraciət etməsinə etiraz etməməsi. Cavabdeh2 xx.xx.2025-ci il tarixində eyni məzmunlu öhdəlik imzalayaraq orada işdən çıxmazdan öncə 30 gün əvvəlcədən rəhbərliyi yazılı ərizəsi ilə xəbərdar etməsi göstərilmişdir. Cavabdehlərdən X7 ilə bağlanmış əmək müqaviləsinin 3.1.1-ci bəndində vəzifə öhdəlikləri olaraq rəflərdə malların düzülüşü və doldurulması; Mağazada malların təhlükəsizliyinin təmin edilməsi;Məhsul seçimində alıcılara kömək; Şirkət tərəfindən müəyyən edilmiş mal növlərinin satışının təşviqi; Qəbul edilmiş malların qəbulu və yerləşdirilməsi; Məhsulda qiymətlərin etiketlənməsi; İnventarlaşdırmada iştirak; Malların satış müddətinə nəzarət; Kassada nağd və nəğdsiz ödəniş sənədlərin saxlanılması;Məhsulların qəbul edilməsində iştirak etməsi göstərilmişdir. Cavabdehlərdən Cavabdeh2 ilə bağlanmış əmək müqaviləsinin 3.1.1-ci bəndində vəzifə öhdəlikləri olaraq satış işinin təşkili göstərilmişdir. Cavabdehlərdən X4 ilə bağlanmış əmək müqaviləsinin 3.1.1-ci bəndində vəzifə öhdəlikləri olaraq məhsul seçimində müştəriyə kömək etmək və çeşidlər barədə məlumat vermək; Mağazaya daxil olan məhsulların qəbulunda iştirak etmək,satışa hazırlamaq;müştəri məmnuniyyətini təmin etmək; məhsulların vitrində daima təmiz və səliqəli olmasını təmin etmək; Mağaza menecerinin verdiyi digər tapşırıqları icra etmək göstərilmişdir. X4 xx.xx.2024-cü il tarixində, X7 isə xx.xx.2024-cü il tarixində bildirişxəbərdalığı imzalayaraq onlara bildirilmişdir ki, əmək müqaviləsinin 9.3-cü bəndinə əsasən işçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürənə 1 təqvim ayı qabaqcadan yazılı xəbərdar edilməlidir. Xəbərdarlıq olmadığı halda Əmək Məcəlləsinin 70ci maddəsinin "xxxx" bəndi ilə işdən azad ediləcəklər. X4 və Cavabdeh1 xx.xx.2025xx.xx.2025-ci il tarix aralıqlarında iş günləri heç bir məlumat vermədən işə gəlməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşlar. Buna qədər isə onlara heç bir sənəd və ya üzürlü səbəb təqdim etmədən işə gəlməyərək şirkətin daxili nizam-intizam qaydalarını, o cümlədən də səhlənkarlıqla və etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə 07 may 2025-ci ildə xəbərlarlıqlar ünvanlanış, xx.xx.2025-xx.xx.2025-ci il tarix aralıqlarında iş günlərində işə gəlməyərək işin ahəngini kobud şəkildə pozduğuna görə onlara xx.xx.2025-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2 a bəndinə əsasən töhmət elan edilmişdir. Əmrlə nəzərlərinə çatdırılmışdır ki, növbəti günlərdə təkrar belə hal baş verdikdə qanunvericiliyə əsasən ona qarşı şiddətli töhmət tətbiq ediləcəkdir. xx.xx.2025-ci il tarixli əmrlə X3 və X6 xx.xx.2025-xx.xx.2025-ci il tarix aralıqlarında iş günlərində işə gəlməyərək işi ahəngini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2 a bəndinə əsasən şiddətli töhmət elan edilmişdir. 08 may 2025-ci il tarixdə cavabdehlərdən Cavabdeh2 əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən, digər cavabdehlərin isə əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə sözügedən Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Buna əsas cavabdehlərin iddiaçı MMC-də satıcı vəzifəsində işlədikləri dövrdə əmək fəaliyyətləri zamanı əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməmələri, əmək və intizam qaydalarını pozması olmuşdur. Hesab edirlər ki, cavabdehlər əmək vəzifələrinə və funksiyalarına əməl etməyərək iddiaçıya əvvəlcədən xəbərdar etməməklə işdən azad edilməsi barədə ərizə vermələri və iş yerinə heç bir üzürlü səbəb göstərmədən gəlməmələri nəticəsində malların satışının kəskin azaldılmasına səbəb olmuş qərəzli hərəkətlərinə görə iddiaçı qarşısında vurduqları maddi ziyana görə məsuliyyət daşıyırlar. Belə ki, cavabdehlərin işlədiyi mağazada xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixlərdə 99302,40 Azn məbləğində satış olmuş, cavabdehlərin işə çıxmadıqları xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi isə 87635,64 Azn məbləğində satış olmuşdur. Beləliklə də, cavabdehlərin hərəkətləri nəticəsində satışın azalması 11666,76 manat təşkil etmiş, malların maya dəyəri nəzərə alınmaqla 2692, 33 manat gəlir itirilmişdir. Cavabdehlər itirilmiş gəlir məbləğində iddiaçı qarşısında müştərək məsuliyyət daşıyırlar. Belə ki, onlar işdən çıxma barədə xəbərdarlıq müddətini gözləmədən işə çıxmamaları nəticəsində mağazaya gələn müştərilərə xidmət etmək üçün lazımi sayda işçi olmadığından satış və gəlir azalmışdır. Cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçı onların yerinə işçilər tapanadək mağazada lazımi qədər satıcının olmaması göstərilən xidmətlərin keyfiyyətinə və satışa öz mənfi təsirini göstərməklə yanaşı yuxarıda göstərilən məbləğdə ziyan vurulmuşdur ki, bu ziyanın da cavabdehlər tərəfindən müştərək qaydada qarşılanması qanunvericiliklə və cavabdehlərin imzaladıqları öhdəlik, bildiriş, həmçinin əmək müqaviləsinin məzmunu ilə tənzimlənir. Eyni zamanda bildirirlər ki, İddiaçı MMC uzun illərdir “Karaca” və digər mağazalar şəbəkəsi adı altında fəaliyyət göstərir. Fəaliyyət dövründə Bakı şəhəri və bölgələrdə filiallar açılmış və açılmaq mərhələsindədir. Hazırda MMC-nin nəzdində 15 – dən çox mağazalar fəaliyyət göstərir. Bütün mağazalarda işə qəbul olunmuş personalın əsas vəzifələri təkcə mal satmaq deyil, həmçinin müştəri məmnunuyyətidir. Personal öz vəzifələrini və əmək funkisyalatrını yerinə yetirməklə yanaşı şirkətin nüfuzunda daima yüksəkdə olmasını gözləməlidirlər. Bununla yanaşı müştərilərə göstərilən mədəni xidmət qarşılığında “Karaca” mağaza şəbəkələrinin reytinqi həmişə yüksək olmuş, hətta mağazların daimi müştəriləri yaranmışdır. Qeyd olunur ki, cavabdehlərin etinasız, məsuliyyətsiz və səhlənkar münasibətləri nəticəsində mağazalara həvəslə gələn müştərilərin vaxtında qarşılanmaması, onlarda mağazanın fəaliyyəti barədə müəyyən mənfi təəssürat yaradır. Çoxlu sayda müştəriyə az sayda presonalın xidmət göstərməsi də, bu halların yaranmasına öz təsirini istər-istəməz göstərir. Beləliklə də, cavabdehlərin yuxarıda göstərilən hərəkətləri nəticəsində onlara maddi ziyandan başqa işgüzar nüfuzlarına və reytinqlərinə hansı mənfi təsirinin göstərməsi göz qabağındadır. Vurulmuş maddi ziyanın qarşılanmasından başqa işgüzar nüfuzumuzun qorunması üçün məhkəmə müdafiə hüququndan istifadə etməyə məcburdurlar. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək iddia tələblərini müdafiə etdiklərini bildirmiş və işə onların iştirakı olmadan baxaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə məhkəmənin icraatında olan digər mülki iş - iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı “əmrlərin ləğv edilməsi, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi, əlavə iş saatlarına görə ödənilməyən məbləğlərin ödənilməsi, ödənilməmiş məzuniyyət haqqının ödənilməsi” tələbinə dair işlə hazırki baxılan mülki işin bir icraatda birləşdirilməsini müzakirə etmiş və məhkəmə iclasında iştirak edən cavabdehlər məsələnin həllini məhkəmənin mülahizəsinə həvalə etdiklərini bildirmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki tələb daha əvvəl məhkəmənin icraatına qəbul edilmiş iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı “əmrlərin ləğv edilməsi, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi, əlavə iş saatlarına görə ödənilməyən məbləğlərin ödənilməsi, ödənilməmiş məzuniyyət haqqının ödənilməsi” tələbinə dair mülki işlə bir icraatda birləşdirilməli və bununla əlaqədar icraata xitam verilməlidir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını,prosessual qənaət prinsipinə nail olunmasını, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-3823/2025 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı “əmrlərin ləğv edilməsi, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi, əlavə iş saatlarına görə ödənilməyən məbləğlərin ödənilməsi, ödənilməmiş məzuniyyət haqqının ödənilməsi” tələbinə dair e-2(006)-3679/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Birləşdirilmiş mülki iş üzrə e-2(006)-3679/2025 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-3823/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3823/2025
25.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver