Məhkəmə qərarları › İş №e-2(006)-3841/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3841/2025

20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3841/2025 20.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair (birinci iş) və iddiaçı Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə qarşı “ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin əsassız hesab edilməsi, mənzilə tutma yönəldilməməsi” tələbinə dair (birləşdirilən iş) iddia ərizəsi üzrə mülki işdə Cavabdeh vəkilinin mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə vəsatətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh və Zamin qarşı kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və zamini Zamin arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit üzrə əsas borc üzrə 93997,72 (doxsan üç min doqquz yüz doxsan yeddi manat yetmiş iki qəpik) manat, faiz borcu üzrə 16973,49 (on altı min doqquz yüz yetmiş üç manat qırx doqquz qəpik) manat, cərimə borcu üzrə 5477,68 (beş min dörd yüz yetmiş yeddi manat altımış səkkiz qəpik) manat,- cəmi 116448,89 (bir yüz on altı min dörd yüz qırx səkkiz manat səksən doqquz qəpik) manat, xx.xx.2024-cü tarixli kredit üzrə əsas borc üzrə 45277,11 (qırx beş min iki yüz yetmiş yeddi manat on bir qəpik) manat, faiz borcu üzrə 6480,08 (altı min dörd yüz səksən manat səkkiz qəpik) manat, cərimə borcu üzrə 3818,53 (üç min səkkiz yüz on səkkiz manat əlli üç qəpik) manat,- cəmi 55575,72 ( əlli beş min beş yüz yetmiş beş manat yetmiş iki qəpik) manat, xx.xx.2024-cü il tarixli kredit üzrə borc 17475,08 ( on yeddi min dörd yüz yetmiş beş manat səkkiz qəpik ) manat, faiz borcu üzrə 3248,26 (üç min iki yüz qırx səkkiz manat iyirmi altı qəpik) manat, cərimə borcu üzrə 2271,49 (iki min iki yüz yetmiş bir manat qırx doqquz qəpik) manat,- cəmi 22994,83 ( iyirmi iki min doqquz yüz doxsan dörd manat səksən üç qəpik) manat;- ümumilikdə 195019,44 (bir yüz doxsan beş min on doqquz manat qırx dörd qəpik) manat məbləğində pulun tutulması, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 486 (dörd yüz səksən altı) manat və İpoteka predmentinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 87 (səksən yeddi) manat məbləğində pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi; tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan 345150 (üç yüz qırx beş min yüz əlli ) manat qiymətləndirilən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 203, Yeni qaydalarla; AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9, ünvanında yerləşən 2 saylı mənzilə yönəldilərək hərraca çıxarılması, əmlakların açıq hərrac yolu ilə satılaraq, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin iddiaçı BOKT "xxxx" MMC-yə yaranmış borcunun ödənilməsinə yönəldilməsi, borc məbləği tam ödənilmədiyi təqdirdə qalıq məbləğin cavabdehlərdən tutulması və ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 203,Yeni qaydalarla; AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9, ünvanında yerləşən 2 saylı mənzilin hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılaraq ailə üzvləri və digər şəxslər ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 06/427-2024 saylı kredit xətti müqaviləsi bağlanılmışdır. Bağlanmış kredit xətti müqaviləsinin 2.1 və 2.2-ci bəndlərinə əsasən şəxsi istifadəsi üçün 150000 (bir yüz əlli min) manat məbləğində kredit xətti açılmışdır. Həmin tarixdə kredit xətti müqaviləsinin 1 saylı əlavəsi ilə 100000 (bir yüz min ) manat məbləğində 60 ay müddətə illik 28 %, xx.xx.2024-cü il tarixdə isə 06/427-2024 saylı bərpa olunan kredit xətti müqaviləsinə 2 saylı əlavə olaraq 50000 (əlli min) manat məbləğində 36 ay müddətə illik 28 %, xx.xx.2024-cü il tarixdə 10/806/2024 saylı dövriyyə vəsaitinin artırılması üçün 18500 (on səkkiz min beş yüz) manat məbləğində 36 ay müddətə illik 28 % olmaqla kredit ayrılmışdır. Bundan əlavə, borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə həmçinin Zamin ilə xx.xx.2024-cü il tarixdə 06/427-2024 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə Zamin təşkilata olan öhdəliklərini tam yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Həmçinin qeyd olunan xx.xx.2024-cü il tarixli 06/427-2024 saylı kredit xətti müqavilənin təminatı kimi Cavabdeh məxsus Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqişəxsi tərəfindən verilmiş (Reyestr № **********05-05301- 093231, qeydiyyat №**********, qeydiyyat tarixi xx.xx.2024-cü il) çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ ilə borcalana məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 203,Yeni qaydalarla; AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9, 2 saylı mənzili xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsi əsasında İpoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. İpoteka müqaviləsi notarial təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Borclunun xx.xx.2025ci il tarixə qeyd edilən kredit müqavilələri üzrə ödənilməli olan borc xx.xx.2024-cü il tarixli kredit üzrə əsas borc üzrə 93997,72 (doxsan üç min doqquz yüz doxsan yeddi manat yetmiş iki qəpik) manat, faiz borcu üzrə 16973,49 (on altı min doqquz yüz yetmiş üç manat qırx doqquz qəpik) manat, cərimə borcu üzrə 5477,68 (beş min dörd yüz yetmiş yeddi manat altımış səkkiz qəpik) manat,- cəmi 116448,89 (bir yüz on altı min dörd yüz qırx səkkiz manat səksən doqquz qəpik) manat, xx.xx.2024-cü tarixli kredit üzrə əsas borc üzrə 45277,11 (qırx beş min iki yüz yetmiş yeddi manat on bir qəpik) manat, faiz borcu üzrə 6480,08 (altı min dörd yüz səksən manat səkkiz qəpik) manat, cərimə borcu üzrə 3818,53 (üç min səkkiz yüz on səkkiz manat əlli üç qəpik) manat,- cəmi 55575,72 ( əlli beş min beş yüz yetmiş beş manat yetmiş iki qəpik) manat, xx.xx.2024-cü il tarixli kredit üzrə borc 17475,08 ( on yeddi min dörd yüz yetmiş beş manat səkkiz qəpik ) manat, faiz borcu üzrə 3248,26 (üç min iki yüz qırx səkkiz manat iyirmi altı qəpik) manat, cərimə borcu üzrə 2271,49 (iki min iki yüz yetmiş bir manat qırx doqquz qəpik) manat,- cəmi 22994,83 ( iyirmi ikimin doqquz yüz doxsan dörd manat səksən üç qəpik) manat;- ümumilikdə 195019,44 (bir yüz doxsan beş min on doqquz manat qırx dörd qəpik) manat təşkil edir. Həmçinin, borcalan ayrılmış kreditlərin qaytarılmasını müqavilələrin 2.5-ci bəndinə əsasən Əlavə №1-də (ödəniş qrafiki) qeyd olunan tarixlərdə ödənilməli idi. Lakin cavabdehlər xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərindən icra etməyərək öhdəliklərini pozmuşdur. məlidirlər. Qeyd olunanlara əsasən Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaklara tutma yönəldilməli, kredit müqaviləsinin icrasının təminat üsulu kimi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 203,Yeni qaydalarla; AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9, ünvanında yerləşən 2 saylı mənzili açıq hərracda satılmaqla əldə edilmiş pul vəsaiti hesabına cavabdehlərin iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787ci məhəllə, ev 38, mənzil 203,Yeni qaydalarla; AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9 ünvanında yerləşən 2 saylı mənzili ipoteka ilə yüklü edilərkən tərəflərin razılığı ilə 345150 (üç yüz qırx beş min yüz əlli) manat bazar dəyəri məbləğində dəyər ilə qiymətləndirilmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh və zamini Zamin arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit üzrə əsas borc üzrə 93997,72 (doxsan üç min doqquz yüz doxsan yeddi manat yetmiş iki qəpik) manat, faiz borcu üzrə 16973,49 (on altı min doqquz yüz yetmiş üç manat qırx doqquz qəpik) manat, cərimə borcu üzrə 5477,68 (beş min dörd yüz yetmiş yeddi manat altımış səkkiz qəpik) manat,- cəmi 116448,89 (bir yüz on altı min dörd yüz qırx səkkiz manat səksən doqquz qəpik) manat, xx.xx.2024-cü tarixli kredit üzrə əsas borc üzrə 45277,11 (qırx beş min iki yüz yetmiş yeddi manat on bir qəpik) manat, faiz borcu üzrə 6480,08 (altı min dörd yüz səksən manat səkkiz qəpik) manat, cərimə borcu üzrə 3818,53 (üç min səkkiz yüz on səkkiz manat əlli üç qəpik) manat,- cəmi 55575,72 ( əlli beş min beş yüz yetmiş beş manat yetmiş iki qəpik) manat, xx.xx.2024-cü il tarixli kredit üzrə borc 17475,08 ( on yeddi min dörd yüz yetmiş beş manat səkkiz qəpik ) manat, faiz borcu üzrə 3248,26 (üç min iki yüz qırx səkkiz manat iyirmi altı qəpik) manat, cərimə borcu üzrə 2271,49 (iki min iki yüz yetmiş bir manat qırx doqquz qəpik) manat,- cəmi 22994,83 ( iyirmi iki min doqquz yüz doxsan dörd manat səksən üç qəpik) manat;- ümumilikdə 195019,44 (bir yüz doxsan beş min on doqquz manat qırx dörd qəpik) manat məbləğində pulun tutulması, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 486 (dörd yüz səksən altı) manat və İpoteka predmentinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 87 (səksən yeddi) manat məbləğində pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi; tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan 345150 (üç yüz qırx beş min yüz əlli ) manat qiymətləndirilən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 203, Yeni qaydalarla; AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9, ünvanında yerləşən 2 saylı mənzilə yönəldilərək hərraca çıxarılması, əmlakların açıq hərrac yolu ilə satılaraq, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin iddiaçı BOKT "xxxx" MMC-yə yaranmış borcunun ödənilməsinə yönəldilməsi, borc məbləği tam ödənilmədiyi təqdirdə qalıq məbləğin cavabdehlərdən tutulması və ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 203,Yeni qaydalarla; AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9, ünvanında yerləşən 2 saylı mənzilin hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılaraq ailə üzvləri və digər şəxslər ilə birlikdə mənzildən çıxarılması, məhkəmə-əmtəəşünaslıq ekspertizanın aparılması üçün MBA LTD MMC-nin hesabına ödənilmiş 500 (beş yüz) manat xidmət haqqının tutularaq BOKT "xxxx" MMC-nin hesabına köçürülməsi və cavabdehlərin gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində olmaqla vəsaitin hesablanaraq tutulmasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə qarşı “ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin əsassız hesab edilməsi, mənzilə tutma yönəldilməməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin əsassız hesab edilməsi, "xxxx" BOKT-a olan borcun məbləğinin düzgün hesablanması və ipoteka predmeti olan Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 203, Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9, 2 saylı mənzilə tutma yönəldilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı arasında xx.xx.2024-cu il tarixdə 06/427-2024 saylı kredit xətti müqavilələri bağlanmışdır. Bağlanmış kredit xətti müqaviləsinin 2.1 və 2.2 bəndlərinə əsasən şəxsi istifadə üçün müvafiq olaraq 150.000 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2024cü il tarixdə kredit xətti müqaviləsinin 1 saylı əlavəsi ilə 100.000 manat məbləğində 60 ay müddətə illik 28% olmaqla kredit ayrılmışdır. xx.xx.2024-cü il tarixdə isə 06/427-2024 saylı bərpa olunan kredit xətti müqaviləsinə 2 saylı əlavə olaraq 50.000 manat məbləğində 36 ay müddətə illik 28 % olmaqla kredit ayrılmışdır. Qeyd olunan müqavilələrin təminatı kimi Cavabdeh ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı arasında 06/427-2024-İP saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin tələblərinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 203 (Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9, 2 saylı mənzil) "xxxx" Bank Olmayan Kredit Təşkilatında ipoteka (girov) ilə yüklü edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixində "xxxx" BOKT tərəfindən ipoteka predmetinə tutma yönəldilməsinə dair bildiriş ünvanlanaraq, Banka xx.xx.2024-cü il tarixli kreditlər üzrə 11.555 manat, xx.xx.2024-cü il tarixli kredit üzrə 4.513 manat, xx.xx.2024-cü il tarixli kredit üzrə 3.190 manat, ümumilikdə xx.xx.2025-ci il tarixə 19.258 manat məbləğində borcu olduğu, borcun 3 gün müddətində ödənilməsini təmin etməli olduğunu bildirmişlər. Qeyd edir ki, bank tərəfindən onlara ünvanlanan xx.xx.2025-ci il tarixli ipoteka predmetinə tutma yönəldilməsinə dair bildiriş və bildirişdə qeyd olunan həm borcun məbləği, həm evin qeyd olunan qiyməti, həmçinin digər şərtlərlə razı deyillər. Hal-hazırda məhkəməyə müraciət edərək, işə məhkəmə qaydasında baxılmasını, xx.xx.2025-ci il tarixli ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin əsassız hesab edilməsini, "xxxx" BOKT-a olan borc məbləğinin düzgün hesablanmasını və ipoteka predmeti olan Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 203-ə (Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9, 2 saylı mənzil) tutma yönəldilməməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) elektron kabinet vasitəsilə müraciət edərək, işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, 1. 13 iyun 2024-cü il tarixli 06/427-2024 saylı kredit xətti müqaviləsinin 2.2 bəndinə görə kreditin təyinatı həmin müqaviləyə əlavədə qeyd olunur. 13 iyun 2024-cü il tarixli 1 saylı əlavənin "kreditin təyinatı" hissəsində kreditin təyinatı "yük avtomobilinin alınması" kimi qeyd olunub. 2. 15 oktyabr 2024-cü il tarixli 10/806-2024 saylı kredit xətti müqaviləsinin "kreditin təyinatı" hissəsində "biznes krediti" kimi qeyd olunub. Həmin müqavilənin 2.2 bəndində isə kreditin təyinatı "dövriyyə vəsaitlərinin artırılması" kimi qeyd olunub. 3. Cavabdeh ********** VÖEN-i. Cavabdehin fərdi sahibkar olması. 4. İddiaçının ********** VÖENi-i. Yuxarıda qeyd olunanlardan mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu aydın olur. Beləliklə, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edildiyindən hesab edir ki, hazırkı mübahisəyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə iş materiallarınıvə mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə ərizəni araşdıraraq, mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak edərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Vəsatətin həllini məhkəmənin mülahizəsinə həvalə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.4-cü maddəsinin tələbinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 403-1.1-ci maddəsində isə müəyyən edilmişdir ki, işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 saylı qərarının: - 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. - 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, hazırki mübahisə iddiaçı kommersiya hüquqi şəxsi ilə cavabdeh fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisədir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə verilmiş kreditin təyinatı biznes krediti və dövriyyə vəsaitlərinin artırılması üçün müəyyən edilmişdir. Habelə xx.xx.2024-cü il tarixli müqavilə yük avtomobilinin alınması üçün kreditin verilməsini nəzərdə tutur. “Elektron Məhkəmə” İnformasiya Sistemi məlumatlarından müəyyən edilir ki, Cavabdeh fəaliyyətini müvəqqəti dayandırmış olsa da, əsas fəaliyyət növü yük avtomobili nəqliyyatının fəaliyyəti olmaqla vergi ödəyicisidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 26, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair (birinci iş) və iddiaçı Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə qarşı “ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin əsassız hesab edilməsi, mənzilə tutma yönəldilməməsi” tələbinə dair (birləşdirilən iş) iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar